Məhkəmə qərarları › İş №1(046)-20/2023

Göyçay Rayon Məhkəməsi Qərar — İş №1(046)-20/2023

01.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 1(046)-20/2023 01.02.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Dövlət ittihamçısı3, Müdafiəçi, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1967-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respulikasının vətəndaşı, orta təhsilli, işsiz, məhkum olunmamış, subay, Göyçay rayon Qarabaqqal kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Göyçay rayon Qarabaqqal kəndində yerləşən yaşadığı fərdi yaşayış evinin həyətində onunla bir həyətdə yaşayan qardaşı Zərərçəkmiş şəxs ilə ev üstündə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qardaşı Zərərçəkmiş şəxs bir dəfə yumruqla sağ sifət nahiyyəsindən qəsdən vuraraq sonuncuya sağ gözün yuxarı qapaq nahiyyəsinin iç bucağında qançır fonunda burun beli yumşaq toxumanın bir qədər şişkinli, əllədikcə az ağrılı, burun çəpərinin bir qədər sola doğru əyilməsi və tənəffüs aktının sağ burun dəliyində bir qədər çətinləşməsi ilə nəticələnən burun sümüyünün az yerdəyişmiş sınığı ilə nəticələnən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vuran xəsarətlər yetirmişdir Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs qardaşıdır. Onlar eyni həyətdə yaşayırlar. Aralarında müxtəlif vaxtlarda mülklə bağlı mübahisələr olmuşdur. Borcu olduğu üçün bankdan kredit götürmək qərarına gəlmişdir. xx.xx.2022-ci il tarixdə 15 radələrində kredit təşkilatının nümayəndəsi Əfsər onlara gəldikdən sonra ona kredit verməyin mümkün olub-olmamasını dəqiqləşdirmək üçün həyətə və təssərrüfata baxacağını bildirmiş, bank işçisinə həyəti göstərmişdir. Onlar həyətdə bu barədə söhbət edən zaman ilk öncə qardaşı Rəfail, daha sonra isə arvadı Könül onlara yaxınlaşıb kredit təşkilatının üzvünə ona məxsus torpağın və evin olmadığını və həmin şəxsin ona kredit verməməsini tələb etmişlər. Həmin vaxt qardaşı Rəfailin və arvadı Könülün onun işinə müdaxilə etdiklərinə əsəbiləşərək onlara öz işləri ilə məşğul olmaqlarını demiş, buna baxmayaraq qardaşı Rəfail ilə arvadı Könül ona heç bir məhəl qoymamışlar. Buna görə də, aralarında ilk öncə sözlə mübahisə yaranmış, mübahisə zamanı qardaşı Rəfail onun üzərinə gəldiyi üçün Rəfailin sifət nahiyəsindən bir dəfə yumruqla vurmuşdur. Bu zaman Rəfail zərbənin təsəirindən yerə yıxılmış, həmin vaxt da bank işçisi Şahid2 onların münaqişəli ailə olmaqlarını görüb həyətlərindən getmişdir. Orada olan qardaşı arvadı Könül öz əri Rəfaili yerdən qaldırmış, həmin vaxt Rəfailin sifətindən qan gəlməsini görmüşdür. Qardaşı Rəfail yerdən qalxdıqdan sonra əli ilə burnunu tutub evə tərəf qaçaraq polisə zəng edib məlumat vermişdir. Törətdiyi əməldən peşmandır. Hazırda Zərərçəkmiş şəxs ilə barışmış və ona dəymiş ziyanı ödəmişdir. Buna görə də cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadəsi vermiş Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxs qardaşıdır, eyni həyətdə yaşayırlar. Aralarında müxtəlif vaxtlarda mülki mübahisələr olmuşdur. xx.xx.2022-ci il tarixdə günorta saatlarında qardaşı Sakit yanına gələrək ata mülkümüz olan həyəti banka girov qoyaraq kredit götürmək istədiyini ona bildirmiş, həmin vaxt ona razı olmadığını, kredit götürmək üçün həyətdə olan avtomobilini girov qoymasını bildirmişdir. Sakit ona heç bir məhəl qoymayacağını və bildiyi kimi hərəkət edəcəyini ona demişdir. Həmin gün saat 15 radələrində bank işçisi həyətlərinə gəlmiş, Sakit həmin şəxsə həyəti göstərməsini görüb onların yanına getmiş, Sakitin qardaşı olmasını və iki qardaş olaraq aralarında həyət və ev üstündə mübahisə olmasını bankın işçisinə demişdir. Bank işçisi ilə söhbət edərək qardaşı Sakitin orada cəmi 0,06 ha torpaq sahəsi olmasını bildirmişdir. Həmin vaxt Sakit onunla ilkin olaraq söz mübahisə etmiş, bu zaman həyat yoldaşı Könül də oraya gəlmişdir. Aralarında yaranmış mübahisə zamanı Sakit onun üzərinə gələrək yumruqla bir dəfə onun sağ sifət nahiyyəsindən zərblə vurmuş, zərbənin təsirindən tarazlılığını itirib yerə yıxılmışdır. Həmin vaxt həyətə gələn bank işçisi dərhal oradan uzaqlaşmış, bank işçisi həyətdən getdiyi üçün qardaşı Sakit yenidən üzərinə gəlmək istədikdə arvadı Könül araya girib təkrar vurmasının qarşısını almışdır. Həmin vaxt sifətindən qan axmasını görmüş, arvadı Könül onu yerdən qaldırmışdır. Dərhal sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək bu barədə şikayət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmişdir. Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Buna görə də məhkəmədən cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, Zərərçəkmiş şəxs əri, Təqsirləndirilən şəxs isə əri Rəfailin qardaşıdır. Eyni həyətdə yaşayırlar, müxtəlif vaxtlarda aralarında mülki mübahisələr olmuşdur. xx.xx.2022-ci il tarixdə günorta saatlarında qaynı Sakit yaşadığı evin həyətinə bank işçisi gətirərək kredit götürmək istədiyini görmüş, həmin vaxt əri Rəfail ilə birlikdə qaynı Sakitlə söhbət edən bank içşisinə yaxınlaşaraq həyətin onlara məxsus olmasını, Sakitin adına cəmi 0,06 hektar torpaq sahəsi olmamasını bildirmişlər. Həmin vaxt Sakitlə əri Rəfail arasında söz mübahisəsi yaranmış, mübahisə zamanı qaynı Sakit əri Rəfailin üzərinə gələrək bir dəfə yumruqla sifətindən vurmuşdur. Həmin vaxt əri Rəfail zərbənin təsirindən yerə yıxılmış və burnundan qan axmağa baqşlamışdır. Həmin vaxt orada kənar heç kəs olmamış, hadisə 4-5 dəqiqə ərzində baş verib qurtarmış, heç bir səs küy olmadığından kənar heç kəs toplaşmamışdır. Cinayət işinə əlavə edilmiş Məhkəmə-tibbi ekspertizanın xx.xx.2022-ci il tarixli 515 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ gözün yuxarı qapaq nahiyyəsinin iç bucağında qançır fonunda burun beli yumşaq toxumanın bir qədər şişkinli. əllədikcə az ağrılı, burun çəpərinin bir qədər sola doğru əyilməsi və tənəffüs aktının sağ burun dəliyində bir qədər çətinləşməsi ilə nəticələnən burun sümüyünün az yerdəyişmiş sınığı kiit-bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gəlmələri inkar edilmir və dərəcəsinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır vurmaya aiddilər. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödədiyini bildirərək ərizəsinin nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin xitama verilməsini xahiş etmişdir. Beləliklə tədqiq olunmuş sübutlara qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində göstərilən cinayət əməlini törətdiyi tam sübuta yetir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışması, ondan şikayət və tələbinin olmaması, eləcə də cinayət işinə xitam verilməsi barədə məhkəməyə təqdim etdiyi ərizəni nəzərə alan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 127.1-ci maddəsi ilə verilmiş ittiham üzrə cinayət təqibinə həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən xitam verilməli və cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsində qeyd olunur ki, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43-cü maddəsində məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilməsinin əsasları sadalanmış və həmin əsaslardan biri kimi də həmin Məcəllənin 39-cu maddəsinin 11-ci bəndində nəzərdə tutulan cinayət qanunu müddəalarının qüvvəsi qeyd olunmuşdur. (Məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır.) Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını 05 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 10 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 60 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə verilmiş ittiham üzrə cinayət təqibinə xitam verilməli və o, həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.2, 43.3, 344, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə verilmiş ittiham üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş 10 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 60 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Qərar elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, qərardan 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar