Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-21/2022 19.04.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və zərər çəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, xx xxx 1991-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşqul olan, məhkum olunmamış, subay, Göyçay rayonun 2-ci Ərəbcəbirli kəndində qeydiyyatda olan, Göyçay rayon Məhkəməsinin 11.10.2021-ci il tarixli qərarı ilə barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, hazırda Penitensiar Xidmətin Şəki Penitensiar Müəsissəsində saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 07 oktyabr 2021-ci il tarixdə, saat 16 radələrində Göyçay rayonun 2-ci Ərəbcəbirli kəndinin ərazisində, yaşadığı evin yaxınlığında həmin kəndin məktəbindən öz yaşadığı evə piyada qayıdan on dörd yaşına çatmayan, yəni xx.xx.2013-cü il təvəllüdlü Zərərçəkmiş şəxs yolun kənarında olan su bərəsinin kənarına apararaq orada cinsiyyət orqanını gərilmiş vəziyyətə gətirdikdən sonra Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə toxunduraraq sonuncuya qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olnunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, xx.xx.2013-cü il təvəllüdlü Zərərçəkmiş şəxs onun qonşusu Elmanın qızıdır. 07 oktyabr 2021-ci il tarixdə, saat 16 radələrində Göyçay rayonun 2-ci Ərəbcəbirli kəndində olmuşdur. Lakin Zeynəbə qarşı heç bir əxlaqsız hərəkətlərə yol verməmişdir. Məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmədə qanuni nümayəndə, anası X1 iştirakı ilə zərər çəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Göyçay rayonu 2-ci Ərəbcəbirli kəndində yaşayır və həmin kəndin orta məktəbinin 3-cü sinif şagirdidir. Təqsirləndirilən şəxs onun həmkəndlisidir. 07.10.2021-ci il tarixdə saat təxminən 16 radələrində məktəbdən çıxaraq sinif yoldaşı Amil Məmmədov ilə birlikdə evə getmişlər. Onlar kənd ərazisində yerləşən İsmixan adlı şəxsə məxsus kiçik mağazaya çatarkən həmkəndlisi Vasif onlara yaxınlaşmışdır. Həmin vaxtı sinif yoldaşı X4 mağazasından kökə almaq istəmişdir. X9 mağazanın bağlı olduğunu demişdir. Amil Vasifə onu evə ötürəcəyini demişdir. Vasif isə Amilə atasının evdə gözlədiyini deyərək özünün onu evə ötürəcəyini demişdir. Amil də çıxıb getmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onun əlindən tutaraq biraz mağazanın qarşısından evlərinə doğru gedib mağazanın qarşı tərəfində qoşqulu traktorun dayandığı yerin yanında olan qoz ağacının yanına aparmışdır. Vasif orada yerdəki kubik daşının üstündə oturaraq onu özünə çəkib qucağında otuzdurmuş və ayaqları ilə yelləmişdir. Vasifin nə etdiyini başa düşməmişdir. Daha sonra Vasif ayağa qalxmış, onu əlindən tutub çaylağa getməyi təklif etmiş, lakin evə getmək istədiyini bildirmişdir. Vasif də onu yaşadığı evə doğru aparmışdır. Həmin yerdən təxminən 30 metr aralıda isə yaşadığı evə gedən yolun sağ tərəfindən keçən su bərəsinin kənarında olan əncir ağacının yanına çatanda Vasif dayanmış, sonra isə ətrafa baxıb onun əlindən tutub bərənin üstündən çəpər tərəfə hoppandırmışdır. Həmin yer bir az içəri olduğundan yoldan ora yaxşı görünmür. Orada Vasif ona biraz orada söhbət edib gedəcəklərini demişdir. Nə baş verdiyini anlamamışdır. Vasif ona “sənə soxsam dözə bilərsən?” deyərək soruşmuş və çəpərin yanına yerə oturaraq əllərini paltarının üstündən onun bədəninin qarın və aşağı hissəsinə toxunduraraq bədənini sığallamağa başlamış və dodağından öpmüşdür. Vasifə etməməsini bildirdikdə, Vasif ona “guya nağayrıram ki, tumarlayıram da səni” deyərək əlləri ilə onun bədəninin müxtəlif hissələrinə toxunmağa davam etmişdir. Vasif həmin vaxtı onun əynində olan tünd göy rəngli gödəkcənin zamokunu açaraq əynindən çıxarmışdır. Həmin vaxt əynində ağ rəngli üzərində düymələri olan uzunqol köynək, üzərində düymələri olan qara rəngli yubka və ağ rəngli kolqotka vardır. Vasif onun soroçkasını yubkasından çıxarıb, eləcə də alt düymələrini açıb əlini paltarının altından sinəsinə toxundurub sığallayaraq “görüm məməşdərin böyüyüb?” deyərək soruşmuşdur. Vasifə “eləmə sən neynirsən” sözləri deyərək soroçkasını yubkasına salıb bağlamaq istəmişdir. Həmin vaxt isə Vasif sakit durmağını deyərək ağzını əli ilə tutmuş və dərhal buraxmışdır. Daha sonra isə Vasif onun soroçkasını bağlamış, öz əynindəki şalvarını aşağı endirib və onun yubkasını aşağı çəkməyə başlamışdır. O, isə Vasifə narazılıq etsə də sonuncu əlləri ilə onun bədəninə toxunmağa davam etmişdir. O, oradan çıxıb getmək istəsə də, Vasif onun əlindən tutaraq “işimiz var, qurtaraq sonra gedərsən ”deyib onu saxlamış və əlini onun yubkasının altına tumuşunun altından salaraq əli ilə onun cinsi orqanına toxunmuşdir. Vasif əlini bir neçə saniyə orada saxlamışdır. Həmin vaxt Vasif öz “şeyini” çıxarmış və əli ilə öz cinsi orqanını tutaraq aşağı yuxarı edib sirkələyərək qalxızıb, digər əli ilə onun cinsiyyət orqanına toxunmuşdur. Təqsirləndirilən şəxs həmin vaxt ona da əli ilə “şeyinə” toxunmağı və özü kimi tutub sirkələməyi bildirmiş, lakin bunu etmək istəməmişdir. Vasif isə əlləri ilə onun baş nahiyəsindən tutaraq öz qalxmış vəziyyətdə olan cinsi orqanını ağzına soxmaq istəmişdir. Lakin bundan imtina etmişdir. Vasif həmin vaxt öz cinsiyyət orqanını bir neçə dəfə üzünə və əlinə sürtmüş, lakin ağzına vurmamışdır. Bu zaman əlləri ilə Vasifi özündən itələyəndə Vasif ona “gözlə baxım” deyərək bərə tərəfdən yola boylanmış, kiminsə gəlib-gəlmədiyini yoxlamışdır. Daha sonra Vasif onu yanına gəlib onu arxası üstə yerə uzadaraq “belə dayan” demişdir. Həmin vaxt Vasifin cinsiyyət orqanı qalxmış vəziyyətdə olmuşdur. Qorxduğundan həmin vaxt bərənin qırağından çəpər kimi yerdən yapışıb ayağa qalxmışdır. Vasif isə ona “bunu da qoymursan eləməyə” deyərək soruşmuşdur. Həmin vaxt qışqırmaq istəyəndə Vasif yenə əli ilə onun ağzından tutub sakit qalmasını xahiş edərək əlini ağzından çəkmiş, ona oyuncaq alacağını bildirmiş və cinsiyyət orqanını bir də onun əlinə vuraraq daha sonra şalvarına salıb şalvarını qaldırmışdır. Həmin vaxt Vasif əlini onun ağzından çəkəndə təsadüfən, yəni bilmərəkdən barmağının dırnağı onun ağzının sol tərəfini azca cızmışdır. Daha sonra isə ikisidə bərənin üzərindən hoppanıb yola çıxmışlar və qonşuları Çinarəgilin evinin yanından keçib evlərinə getmişdir. Vasif də qayıdıb öz evləri tərəfə getmişdir. Evdə valideyinlərinə bu barədə danışmışdır. Sonra isə polisdə izahat verərək hadisə yerini polislərə göstərmiş və hadisə zamanı əynində olan ağ rəngli kolqotkanı, uzunqol düyməli ağ rəngli köynəyi, qara rəngli yubkasını və kapyuşonlu tünd göy rəngli gödəkcəsini polisə təqdim etmişlər. Vasif onu İsmixanın mağazasının yanından evlərinə doğru apararakən küçədə sinif yoldaşı Amildən başqa heç kim olmamışdır. Vasif Amilə onu özünün evə ötürəcəyini dedikdə Amil də öz evlərinə tərəf getmişdir. Onlar Təqsirləndirilən şəxs ilə ikisi küçədə olan zaman və Vasifin ona qarşı əxlaqsız hərəkətlər edən zaman küçədə başqa heç kim olmamış, onları heç kim görməmişdir. Vasif ona qarşı əxlaqsız hərəktlər edən zaman qışqırmamış və səs-küy salmamışdır. X2 Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş, məhkəmədən təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişdir. İş üzrə məhkəmədə şahid qismində qanuni nümayəndəsinin və müəllim mütəxəssisin iştirakları ilə dindirilmiş X5 göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Göyçay rayonu 2-ci Ərəbcəbirli kəndində yaşayır və həmin kəndin orta məktəbində 3-cü sinif şagirdidir. Zərərçəkmiş şəxs onun sinif yoldaşıdır. Hərdənbir Zeynəblə bir yerdə məktəbə gedibgəlirlər. 07.10.2021-ci il tarixdə saat təxminən 16 radələrində Zeynəb ilə məktəbdən çıxıb evlərinə gedərkən sonuncunun yaşadığı evə çatmağına az qalmış, İsmixan əminin mağazasına çatanda o həmin mağazadan hər biri üçün kökə almaq istəmişdir. Həmin vaxt İsmixan əminin mağazasının yaxınında həmkəndliləri Bəhruzun oğlu Vasif tək dayanmışdır. Zeynəb ilə Vasifin yanına çatanda Zeynəbdən aralanıb həmin mağazaya yaxınlaşmış və mağzanın qapısına çatanda, Vasif ona “Amil tükan bağlıdı get evə sonra gələrsən, atan evdə səni gözləyir” demiş, Vasifə inanmış və qayıdıb Zeynəbi evlərinə ötürmək istəyəndə isə Vasif ona “Zeynəbi özüm ötürəcəm, sən get evə” dəyərək bir daha ona evə getməyini bildirmişdir. Bundan sonra Zeynəb ilə sağollaşmış və onların yanında öz yaşadığı evə tərəf getmişdir. Vasif isə Zeynəb ilə birlikdə söhbət edərək asta yerişlə yaxında qoz ağacının yanında olan qoşqulu traktor istiqamətində getmişlər. Uzaqlaşıb öz evilərinə tərəf getmişdir. Zeynəb ilə Vasifin qoşquqlu traktor istiqamətdə getdiklərini görmüş, sonra isə özü yaşadığı evə tərəf uzaqlaşdığından onların sonra hara getmələrini bilməmişdir Zeynəb ilə Vasifin yanından yaşadığı evə uzaqlaşarkən Zeynəbin qışqırmasını, ağlamasını, eləcə də başqa səslər eşitməmişdir. Zeynəb ilə İsmixanın mağazasına yaxınlaşanda, eləcə də, Zeynəb Vasif ilə oradan uzaqlaşanda küçədə ümumiyyətlə başqa heç kim olmamışdır. İş üzrə məhkəmədə şahid ifadə vermiş Şahid3 göstərmişdir ki, həyat yoldaşı Rafər Əliyeva ilə birlikdə Göyçay rayonu 2-ci Ərəbcəbirli kəndində yaşayır. Yaşadığı evin həyətinə birləşik, qapıları küçəyə açılan kiçik ərzaq mağazası işlədir. Eyni zamanda hərdən qoşqulu traktor ilə kəndlərində və ətraf kəndlərdə təsarüfatda işləyir, sakinlərin otlarını və digər məhsulları daşıyır. O, evdə olmayanda arvadı Rafər onun əvəzinə mağazaya nəzarət edir. Ona görə də, çox vaxt mağazada olmadıqlarından mağazanın qapısı bağlı olur və mağazaya gələn müştərilər qapını döyməklə, yada kı “zvonok”dan istifadə etməklə onları çağırır və onlar mağazaya həyətdən daxil olub çöl qapısını açıb gələn müştərilərə xidmət göstərirlər. Təqsirləndirilən şəxs və X3 onların həmkəndliləridir. Elman ailə üzvləri onlarla bir küçədə, lakin onun evindən təxminən 100 metr aralıda yaşayırlar. Vasifgil isə onlara yaxın, avtomaqistral yolun yanında yaşayırlar. Təqsirləndirilən şəxs Elmanın azyaşlı qızı Zeynəbə qarşı əxlaqsızlıq etməsini sonradan bilmişdir. Belə ki, polis əməkdaşları təxminən 2021-ci ilin 09 və yaxud 10 tarixində Vasifi onların küçəsinə gətirib orada dindirən və şəkillərini çəkən günü bilmişdir. Həmin gün bir qədər sonra Vasifin əmisi Teyyubu kənddə yolda görüb nə baş verdiyini, polislərin Vasifin şəkillərini nə səbəbə küçələrində çəkdiklərini maraqlananda Teyyub ona qardaşı oğlu Vasifin həmin yerdə Zeynəbə qarşı əxlaqsızlıq etdiyini, ona görə də polis tərəfindən tutulduğunu və Vasifi hadisə yerinə gətirib dindirdiklərini bildirmişdir. Daha ətraflı həmin hadisə ilə bağlı hər hansı bir məlumatı yoxdur. 07.10.2021-ci il tarixdə sahələrdə iş olmadığına görə traktoru qoşqusu ilə küçədə işlətdikləri mağazanın qarşı tərəfində olan qoz ağacının yanında saxlamışdır, özü isə həyat yoldaşı Rafər ilə bütün günü evlərinin həyətində olmuşlar, həyət-baca işləri görmüşlər, saat 19 radələrində evə yığışmışlar. 07.10.2021-ci il tarixdə saat 16 radələrində o, və həyat yoldaşı Rafər həyətdə olub iş görsələr də, küçədə kiminsə söhbət etməsini, eləcə də mağazaya yaxınlaşmasını və Vasifin kiməsə nəsə deməsini eşitməmişlər. Cinayət işinə əlavə olunmuş Ədliyyə Nazirliyinin məhkəmə Ekspertizası mərkəzindən alınmış 08.10.2021-ci il tarixli 519 saylı rəyindən görünür ki, məhkəmə tibbi ekspertizası zamanı Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət- 1. sol ağız bucağı nahiyyəsində sıyrıq, küt bərk əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən 07.10.2021-ci li tarixinə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. 2. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır. 3. Zərərçəkmiş şəxs arxa keçəcək nahiyyəsində heç bir xəsarət izləri aşkar edilmədi. Cinayət işinə əlavə olunmuş Ədliyyə Nazirliyinin məhkəmə Ekspertizası mərkəzindən alınmış 23 noyabr 2021-ci il tarixli, 6/4771 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 ədəd gödəkçənin, 01 ədəd köynəyin, 01 ədəd ətəyin (yubka), 01 ədəd kalqotkanın; Təqsirləndirilən şəxs məxus olduğu qeyd edilən 01 ədəd şalvarın, 01 ədəd köynəyin və 01 ədəd gödəkçənin səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərin növü və rəngi rəyin 1 nömrəli cədvəlində göstərilmişdir. - Tədqiqata təqdim edilmiş, İbrahimli Zeynəb Elman qızına məxsus olduğu qeyd edilən 01 ədəd ətəyin (yubka) səthi üzərində aşkar edilmiş qara rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlir. - Tədqiqata təqdim edilmiş Vasif Bəhruz oğluna məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın səthi üzərində aşkar edilmiş qara rəngli poliestr kimyəvi lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 ədəd ətəyin (yubka) tərkib liflərinə uyğun gəlir. Cinayət işinə əlavə olunmuş Məhkəmə-psixoloji ekspertizasının 21 dekabr 2021-ci il tarixli, 253 №li rəyindən görünür ki, 1. Zərərçəkmiş şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikrlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikr yürütmə, öz fikrlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə. Subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. 2. Zərərçəkmiş şəxs təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyilli deyildir. 3. Zərərçəkmiş şəxs özündən uydurmağa meyilli deyildir. 4. Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla onunla edilən hərəkətlərin xarakter və mənasını anlaya bilmiş, həmin hərəkətləri “pis iş” kimi xarakterizə edir. 5. Zərərçəkmiş şəxs psixi yaş və fərdi psixi xüsusiyyətlərindən, intellektual inkişafı və emosional halından asılı olaraq müqavimət göstərmək qabiliyyətinə malik olmamışdır. 6. Zərərçəkmiş şəxs psixi inkişafənə nəzərə alaraq onun yaranmış şəraitin mahiyyətini tam dərk etməsə də törədilmiş əməlin “pis iş” olduğunu başa düşmüşdür. 7. Zərərçəkmiş şəxs ona qarşı edilən hərəkətlərdən əvvəl adi, baş vermiş hadisə zamanı və hadisədən sonra isə qorxmuş və həyacanlı psixi-emosional halda olmuşdur. Cinayət işinə əlavə olunmuş Məhkəmə-psixiatrik ekspertizasının 22 dekabr 2021-ci il tarixli, 785 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Cinayət işinə əlavə olunmuş Göyçay MRX PHŞ-dən alınmış 26.10.2021-ci il tarixli 4848 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs psixiatrın və narkoloqun qeydiyyatında yoxdur. Cinayət işinə əlavə olunmuş Göyçay MRX PHŞ-dən alınmış 20.12.2021-ci il tarixli 4912 saylı arayışdan görünür ki, Zərərçəkmiş şəxs psixiatrın qeydiyyatında yoxdur. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs 07 oktyabr 2021-ci il tarixdə, saat 16 radələrində Göyçay rayonun 2ci Ərəbcəbirli kəndinin ərazisində, yaşadığı evin yaxınlığında həmin kəndin məktəbindən öz yaşadığı evə piyada qayıdan on dörd yaşına çatmayan, yəni xx.xx.2013-cü il təvəllüdlü Zərərçəkmiş şəxs yolun kənarında olan su bərəsinin kənarına apararaq orada cinsiyyət orqanını gərilmiş vəziyyətə gətirdikdən sonra Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə toxunduraraq sonuncuya qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər etməklə Azərbaycan Respublikası CM-nin 152.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetir və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 153.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Göyçay rayon məhkəməsinin 11.10.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilməsi barədə Göyçay rayon Prokurorunun təqdimatı təmin edilmiş, Təqsirləndirilən şəxs məhkəmə zalından həbsə alınmış, həbsin əvvəli 09.10.2021-ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Göyçay RPŞ-nin MSSK-da saxlanılan 01 ədəd sellofan torbada qablaşdırılmış Təqsirləndirilən şəxs əynindəki bel hissəsində “Stefano Ricci” sözləri yazılmış qara rəngli şalvar, üzərində “Emporio Armani” sözləri yazılmış uzunqol kofta və içəri boyun hissəsində “G*R*C MAN” sözləri yazılmış qara rəngli gödəkcə Təqsirləndirilən şəxs, eləcə də 01 ədəd sellofan torbada qablaşdırılmış Zərərçəkmiş şəxs əynindəki ağ rəngli kolqotka, içəri boyun hissəsində “Star Kids” sözü yazılmış uzunqol, düyməli ağ rəngli köynək, üzərində düymələri olan qara rəngli yubka və kapyuşonlu tünd göy rəngli gödəkcə Zərərçəkmiş şəxs qaytarılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatlardan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi isə Təqsirləndirilən şəxs məhkəmə baxışı dövründə hüquqlarını 10 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 10 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 60 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə 154.16 manat məbləğində ekseprtiza xərci Təqsirləndirilən şəxs tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347.2, 349, 351- 353,356, 358.2-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 153.2-ci maddəsi ilə təqsirli bilinib, 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni 09.10.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Göyçay RPŞ-nın MSSK-da saxlanılan 01 ədəd sellofan torbada qablaşdırılmış Təqsirləndirilən şəxs əynindəki bel hissəsində “Stefano Ricci” sözləri yazılmış qara rəngli şalvar, üzərində “Emporio Armani” sözləri yazılmış uzunqol kofta və içəri boyun hissəsində “G*R*C MAN” sözləri yazılmış qara rəngli gödəkcə Təqsirləndirilən şəxs, eləcə də 01 ədəd sellofan torbada qablaşdırılmış Zərərçəkmiş şəxs əynindəki ağ rəngli kolqotka, içəri boyun hissəsində “Star Kids” sözü yazılmış uzunqol, düyməli ağ rəngli köynək, üzərində düymələri olan qara rəngli yubka və kapyuşonlu tünd göy rəngli gödəkcə Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə 154.16 manat məbləğində ekseprtiza xərci Təqsirləndirilən şəxs, tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 10 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 60 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ013501**********2944, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Hökmün icrası ekspertiza xərci və maddi sübut hissəsində Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov.
Məhkəmə qərarları › İş №1(046)-21/2022
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-21/2022
19.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver