Məhkəmə qərarları › İş №1(046)-21/2023

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-21/2023

14.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-21/2023 14.03.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Dövlət ittihamçısı2, Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1999-cu ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, evli, himayəsində bir azyaşlı uşağı olan, İİİ qrup əlil, Bakı şəhəri, Qaradağ rayonu, Sahil Ə/D, Sahil qəsəbəsi, Şimal Keçidi küçəsi ev 14, mənzil 12-də qeydiyyatda olan və Göyçay rayonun Ərəbşahverdi kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2008-ci il təvəllüdlü cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmayan qohumu Şahid3 üzərində daşıdığı ümumi çəkisi 22,06 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 7,24 qram hissəsini saxlamaq üçün xx.xx.2022ci il tarixdə günorta saatlarında sonuncudan satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, elə həmin tarixdə saat 20 radələrində Göyçay rayonu Ərəbşahverdi kəndində olarkən və üzərində həmin eyni tərkibli narkotik vasitə qurudulmuş marixuananı daşıyarkən Göyçay RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmiş, həmin gün saat 21:00-da RPŞ-nin Növbətçi Hissəsinin qarşısında üzərində video çəkiliş vasitəsilə şəxsi axtarış keçirilərkən əynindəki ağ rəngli cins şalvarın sağ yan cibindən 02 (iki) ədəd kibrit qutusunun içərisindəki təmiz çəkisi 7,24 qram kustar üsulla hazırlanmış həmin eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə günorta vaxtlarında Mallı-Şıxlı kəndinə işləmək üçün kəsdirmə yol olan örüş sahəsindən keçib gedərkən qohumu Süleymanla rastlaşmışdır. Süleymanla görüşüb bir qədər söhbət etdikdən sonra Süleyman cibindən 2 ədəd kibrit qutusu çıxarıb saxlamaq üçün ona vermişdir. Həmin kibrit qutularına nəzər saldıqda içərisində qurumuş vəziyyətdə yaşımtıl rəngli kütlə olmasını görüb onların nə olduğunu Süleymandan soruşmuş, həmin vaxt Süleyman kibrit qutularında narkotik vasitə olmasını ona deyib həmin narkotik vasitədən əlavə olaraq özündə də olmasını, üzərində çox saxlamasından qorxduğunu bildirmişdir. İlkin olaraq həmin narkotik vasitə marixuananın olduğu kibrit qutularını götürməmiş, ancaq Süleyman ondan təkidlə xahiş etdiyi üçün Süleymanın verdiyi kibrit qutularını ancaq 1 gün saxlayacağını bildirmişdir. Həmin gün Mallı-Şıxlı kəndində işlədikdən sonra axşam saatlarında evinə qayıtmışdır. Süleymanın ona verdiyi narkotik vasitənin olduğu 2 ədəd kibrit qutuları da bütün günü üzərindəki şalvarının sağ yan cibində qalmışdır. Elə həmin günü saat 20 radələrində yaşadığı Ərəbşahverdi kəndində olan zaman polis əməkdaşları ona yaxınlaşmış və narkotik vasitələrin qanunsuz saxlanılmasında şübhəli olduğunu bildirərək üzərinə baxış keçirilməsi üçün onu Göyçay rayon polis şöbəsinə dəvət etmişlər. Göyçay rayon polis şöbəsində ona hüquq və vəzifələri barədə bildiriş və tutulmağı barədə qərarın surəti təqdim olunmuşdur. Daha sonra Göyçay rayon polis şöbəsinin Növbətçi Hissəsində vəkilin və polis əməkdaşlarının iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə olunmuşdur. Şəxsi axtarış zamanı əynində olan ağ rəngli cins şalvarın sağ yan cibindən 2 ədəd kibrit qutusu aşkarlanmışdır. Həmin 2 ədəd kibrit qutusu açıldıqda içərisində yaşımtıl rəngli kütlə olması aşkar edilmişdir. Həmin kibrit qutuları elektron tərəzidə çəkilmiş və çəkiləri müvafiq olaraq 5,9 qram və 6 qram olmuşdur. Daha sonra isə həmin 2 ədəd kibrit qutusu içərilərindəki yaşımtıl rəngli kütlələr ilə birlikdə bir ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, zərfin ağzı kleylənmiş və möhürlənmiş, sonra polis əməkdaşları tərəfindən götürülmüşdür.Törətdiyi əməldən peşmandır. Məhkəmədə qanuni nümayəndəsi X1 iştirakı ilə şahid qismində ifadə vermişxx.xx.2008-ci il tarixdə anadan olmuş Şahid3 göstərmişdir ki, Göyçay rayonu Mallı- Şıxlı kəndində yaşamaqla, həmin kənd tam orta məktəbin 9-cu sinifində oxuyur. xx.xx.2022-ci il tarixdə o örüş sahəsində heyvan otaran zaman kolluq ərazidə 2 ədəd yaşımtıl ağac görmüş, həmin ağacın “nəşə ağacı” olduğunu bilmişdir. xx.xx.2022-ci il tarixdə örüş sahəsinə getməzdən əvvəl özü ilə 5 ədəd kibrit qutusu götürüb orada həmin çətənə bitkilərinə bənzər üzərində olan qurumuş yarpaqlarını özü istifadə etməsi və eləcə də qalan hissəsini kənd ərazisində narkotik çəkən etibarlı kiməsə satmaq niyyəti ilə yığmışdır. xx.xx.2022-ci il tarixdə günorta saatlarında məktəbdən gəldikdən heyvanları örüş sahəsinə aparan zaman yolda qonşu kənddə yaşayan qohumu Röyal ilə rastlaşmışdır. Qohumu Röyal ondan yaşca böyük olsa da, bir-biri ilə yaxın münasibətləri olmuşdur. Həmin vaxt üzərində olan 5 ədəd kibrit qutularına və 1 ədəd səffaf sellofana yığdığı nəşədən 2 qutusunu Röyala verib 1-2 gün saxlamasını xahiş etmişdir. Həmin vaxt Röyal həmin kibrit qutularında olan yaşımtıl rəngli kütlənin nə olmasını ondan soruşmuş, həmin kütlənin “nəşə” olmasını, müvəqqəti olaraq saxlamasını və az-az istifadə etdikcə ondan götürəcəyini bildirmişdir. Üzərində çox gəzdirməmək və saxlamağa yeri olmadığı üçün 2 qutu “nəşənin” qohumu Röyalın saxlamasını xahiş etmişdir. Həmin vaxt ona heç bir etiraz etməsə də, ancaq həmin nəşəni qorxduğu üçün yalnız 1 gün saxlaya biləyəcəyini bildirmişdir. Bundan sonra 2 qutu “nəşəni” Röyala verib örüş sahəsinə getmişdir. Həmin günü axşam saat 18 radələrində heyvanları evə gətirib özünə siqaret almaq üçün kəndi ərazisindəki mağazaya gedərkən polis əməkdaşları ona yaxınlaşaraq üzərində narkotik vasitələrin qanunsuz saxlanılmasında şübhəli olduğunu bildirərək üzərinə baxış keçirilməsi üçün onu Göyçay rayon polis şöbəsinə dəvət etmişlər. Göyçay rayon polis şöbəsində ona hüquq və vəzifələri barədə bildiriş və tutulması barədə qərarın surəti təqdim olunmuşdur. Daha sonra Göyçay rayon polis şöbəsinin Növbətçi hissəsində vəkili, anası Fəqimə Süleymanovanın və polis əməkdaşlarının iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə olunmuşdur. Şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sol yan cibindən həmin bir ədəd sellofan paket aşkarlanmışdır. Həmin sellofan paket açıldıqda isə içərisindən 3 ədəd kibrit qutusu və 1 ədəd şəffaf sellofan büküm aşkarlanmışdır. Həmin 3 ədəd kibrit qutusunun və 1 ədəd bükümün içərisində yaşılımtıl rəngli kütlə olması aşkar edilmişdir. Həmin kibrit qutuları və 1 ədəd sellofan büküm elektron tərəzidə çəkilmiş və çəkiləri müvafiq olaraq 7,1 qram; 6,3 qram; 6,1 qram və 2,3 qram olmuşdur. Daha sonra isə həmin 3 ədəd kibrit qutusu və bir ədəd sellofan büküm içərisindəki yaşımtıl rəngli kütlələr ilə birlikdə bir ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, zərfin ağzı kleylənmiş və möhürlənmişdir. Daha sonra polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmədə şahid qismində ifadə vermiş Göyçay RPŞ-nin PPXB-nün komandiri Şahid2 göstərmişdir ki, Şahid3 son zamanlar narkotik vasitə istifadəçisi olması və üzərində narkotik vasitələr daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2022-ci il tarixdə şöbə rəhbərliyinə raportla müraciət edildikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə başlanılmışdır. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində digər polis əməkdaşları ilə birlikdə Göyçay rayon Mallı-Şıxlı kəndində getmişlər, həmin kəndə getdikdən sonra kənd ərazisində Şahid3 görüb ona yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin vaxt onlar Şahid3 üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirib, üzərinə şəxsi axtarış keçirilməsi üçün RPŞ-nə dəvət etmişlər. Bu zaman Şahid3 ona heç bir etiraz etmədən birlikdə rayon polis şöbəsinə gəlmişdir. Şahid3 azyaşlı olması səbəbilə üzərinə şəxsi axtarış keçirilməsində və barəsində aparılacaq sənədləşmədə iştirak etməsi üçün onun anası X2 da rayon polis şöbəsinə dəvət etmişdir. Bundan sonra növbətçi hissənin qarşısında Göyçay RPŞ-nin TB-nün təhqiqatçısı Anar Osmanov tərəfindən Şahid3 hüquq və vəzifələri izah olunub qanuni nümayəndəsi qismində anası Fəqimə Süleymanova və müdafiəçi Mətanət Həsənova ilə təmin olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra təhqiqatçı tərəfindən Şahid3 hüquq və vəzifələrini izah etdikdən sonra qanuni nümayəndəsi olan anası Fəqimə Süleymanova, müdafiəçi Mətanət Həsənovanın, videoçəkilişi aparan şöbənin KTQ-nun kiçik inspektoru Şahid1 iştirakı ilə videoçəkiliş vasitəsi ilə Süleymanın üzərinə saat 18:20-da şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı Şahid3 əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd sellofan paket aşkarlanmışdır. Həmin sellofan paket açıldıqda isə içərisindən 3 ədəd kibrit qutusu və 1 ədəd şəffaf sellofan büküm aşkarlanmışdır. Həmin 3 ədəd kibrit qutusunun və 1 ədəd bükümün içərisində yaşılımtıl rəngli kütlə olması aşkar edilmişdir. Həmin kibrit qutuları və 1 ədəd sellofan büküm elektron tərəzidə çəkilmiş və çəkiləri müvafiq olaraq 7,1 qram; 6,3 qram; 6,1 qram və 2,3 qram olmuşdur. Daha sonra isə həmin 3 ədəd kibrit qutusu və bir ədəd sellofan büküm içərisindəki yaşılımtıl rəngli kütlələr ilə birlikdə bir ədəd ağ rəngli zərfə qoyularaq təhqiqatçı tərəfindən qablaşdırılmış, zərfin ağzı kleylənmiş və möhürlənmişdir. Daha sonra polis əməkdaşları tərəfindən götürülmüşdür. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən sorğu zamanı Şahid3 üzərindən aşkar edilən yaşımtıl rəngli narkotik vasitəni satmaq məqsədilə üzərində gəzdirməsini və həmin narkotik vasitənin bir hissəsini də qohumu Röyal adlı şəxsə saxlaması üçün verdiyini bildirmişdir. Şahid3 üzərinə keçirilən şəxs axtarış bitdikən sonra PPXB-nün komandir müavini polis leytenantı Şahid5la Şahid4 Təqsirləndirilən şəxs ətrafında əməliyyat axtarış tədbirləri keçirməyə davam etmişlər. Onlar həmin şəxsin Təqsirləndirilən şəxs olmasını və həmin şəxsin Süleymanın yaşadığı Mallı-Şıxlı kəndinə qonşu kənddə yaşayan Göyçay rayon Ərəbşahverdi kəndində yaşadığını müəyyən etmişlər. Həmin gün saat 20 radələrində Göyçay rayon Ərəbşahverdi kəndi ərazisində Təqsirləndirilən şəxs görüb ona yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirib, üzərinə şəxsi axtarış keçirilməsi üçün RPŞ-nə dəvət etmişlər. Bu zaman sonuncu da, ona heç bir etiraz etmədən onlarla birlikdə rayon polis şöbəsinə gəlmişdir. Rayon polis şöbəsinə gəldikdən sonra növbətçi hissənin qarşısında RPŞ-nin TB-nin təhqiqatçısı Anar Osmanov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunub Müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra Müdafiəçi, Şahid4, PPXB-nün komandir müavini Şahid5 və videoçəkilişi aparan şöbənin KTQ-nun kiçik inspektoru Şahid1 iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə saat 21:00-da şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan ağ rəngli cins şalvarın sağ yan cibindən 2 ədəd kibrit qutusu aşkarlanmışdır. Həmin 2 ədəd kibrit qutusu açıldıqda içərisində yaşımtıl rəngli kütlə olması aşkar edilmişdir. Həmin kibrit qutuları elektron tərəzidə çəkilmiş və çəkiləri müvafiq olaraq 5,9 qram və 6 qram olmuşdur. Daha sonra isə həmin 2 ədəd kibrit qutusu içərilərindəki yaşımtıl rəngli kütlələr ilə birlikdə bir ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, zərfin ağzı kleylənmiş və möhürlənmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid5 Şahid2 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, Göyçay RPŞ-nin KTQ-nin kiçik inspektor kriminalisti vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə 18 radələrində rayon polis şöbəsində olan zaman CAB-ın NMQ-nun baş əməliyyat müvəkkili Şahid4 PPXB-nin komandiri Şahid2 növbətçi hissənin qarşısına həmin vaxt adını öyrəndiyi Göyçay rayon Mallı Şıxlı kənd sakini Şahid3 gətirərək həmin şəxsin üzərində narkotik vasitə daşımasında şübhəli olduğunu bildirərək onun üzərinə şəxsi axtarış keçirilməsi olduğunu bildirmişlər. Şahid3 azyaşlı olması səbəbilə üzərinə şəxsi axtarış keçirilməsində və barəsində aparılacaq sənədləşmədə iştirak etməsi üçün sonuncunun valideyni X2 da rayon polis şöbəsinə dəvət edilmişdir. Bundan sonra növbətçi hissənin qarşısında RPŞ-nin TB-nün təhqiqatçısı Anar Osmanov tərəfindən Şahid3 hüquq və vəzifələri izah olunub qanuni nümayəndəsi qismində anası Fəqimə Süleymanova və müdafiəçi Mətanət Həsənova ilə təmin olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra təhqiqatçı tərəfindən Şahid3 hüquq və vəzifələrini izah etdikdən sonra qanuni nümayəndəsi olan anası Fəqimə Süleymanova, müdafiəçi Mətanət Həsənovanın, onun, PPXB-nün komandir Şahid2 və onun iştirakı ilə videoçəkiliş vasitəsi ilə Süleymanın üzərinə saat 18:20-də şəxsi axtarış keçirilməyə başlanmışdır. Həmin vaxt videoçəkilişi o aparmışdır. Şəxsi axtarış zamanı Şahid3 əynində olan göy rəngli cins şalvarı sol yan cibindən bir ədəd sellofan paket aşkarlanmışdır. Həmin sellofan paket açıldıqda isə içərisindən 3 ədəd kibrit qutusu və 1 ədəd şəffaf sellofan büküm aşkarlanmışdır. Həmin 3 ədəd kibrit qutusunun və 1 ədəd bükümün içərisində yaşımtıl rəngli kütlə olması aşkar edilmişdir. Həmin kibrit qutuları və 1 ədəd sellofan büküm elektron tərəzidə çəkilmiş və çəkiləri müvafiq olaraq 7,1 qram; 6,3 qram; 6,1 qram və 2,3 qram olmuşdur. Daha sonra isə həmin 3 ədəd kibrit qutusu və bir ədəd sellofan büküm içərisindəki yaşımtıl rəngli kütlələr ilə birlikdə bir ədəd ağ rəngli zərfə qoyularaq təhqiqatçı tərəfindən qablaşdırılmış, zərfin ağzı kleylənmiş və möhürlənmişdir. Daha sonra polis əməkdaşları tərəfindən götürülmüşdür. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən sorğu zamanı Şahid3 üzərindən aşkar edilən yaşımtıl rəngli narkotik vasitəni satmaq məqsədilə üzərində gəzdirməsini və həmin narkotik vasitənin bir hissəsini də qohumu Röyal adlı şəxsə saxlaması üçün verdiyini bildirmişdir. Şahid3 üzərinə keçirilən şəxs axtarış bitdikdən sonra Şahid2 orada qalıb müvafiq sənədləşməyə köməklik göstərsə də, o və PPXB-nün komandir müavini polis leytenantı Şahid5la birlikdə Röyal adlı şəxsin ətrafında əməliyyat axtarış tədbirləri keçirməyə davam etmişlər. Həmin gün saat 20 radələrində növbətçi hissə onu yenidən çağıraraq Təqsirləndirilən şəxs üzərinə keçirlən şəxsi axtarış zamanı videoçəkiliş aparmasını bildirmişlər. Həmin şəxs rayon polis şöbəsinə gəldikdən sonra növbətçi hissənin qarşısında RPŞ-nin TB-nün təhqiqatçısı Anar Osmanov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunub Müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra Müdafiəçi, onun, PPXB-nün komandir müavini Şahid5 və onun iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə saat 21:00-da şəxsi axtarış keçirilməyə başlanmışdır. Həmin vaxt videoçəkilişi o aparmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan ağ rəngli cins şalvarın sağ yan cibindən 2 ədəd kibrit qutusu aşkarlanmışdır. Həmin 2 ədəd kibrit qutusu açıldıqda içərisində yaşımtıl rəngli kütlə olması aşkar edilmişdir. Həmin kibrit qutuları elektron tərəzidə çəkilmiş və çəkiləri müvafiq olaraq 5,9 qram və 6 qram olmuşdur. Daha sonra isə həmin 2 ədəd kibrit qutusu içərilərindəki yaşımtıl rəngli kütlələr ilə birlikdə bir ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, zərfin ağzı kleylənmiş və möhürlənmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X5 Bölməsinin Məhkəmə-bioloji ekspertizasının 07 sentyabr 2022-ci il tarixli, 17/707 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim olunmuş, üzərində “Şahid3 üzərindən aşkar edilmiş 3 ədəd kibrit qutusu və bir ədəd büküm....” sözləri yazılmış zərfin içərisindəki 03(üç) ədəd kibrit kutusunda, bir ədəd sellofan bükümdə ümumi təmiz çəkiləri – 14,82 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim olunmuş 03(üç) ədəd kibrit kutusunda və bir ədəd sellofan bükümdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 ədəd kibrit qutusundakı....” sözləri yazılmış zərfin içərisindəki 02(iki) ədəd kibrit kutusunda, ümumi təmiz çəkiləri – 7,24 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim olunmuş 02(iki) ədəd kibrit kutusunda olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş, üzərində "Şahid3 üzərindən aşkar edilmiş 3 ədəd kibrit qutusu və bir ədəd büküm....” sözləri yazılmış zərfin içərisindəki 03 (üç) ədəd kibrit kutusunda və bir ədəd sellofan bükümdə olan qurudulmuş marixuanalar və tədqiqata təqdim olunmuş üzərində "Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş edilmiş 2 ədəd kibrit qutusundakı” sözləri yazılmış zərfin içərisindəki 02(iki) ədəd kibrit qutusunda olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd: 1) Marixuananın təmiz çəkisi 14.82 qram, tədqiqata sərf edildi – 0.05 qram, qalıq 14.77 qram. 2) Marixuananın təmiz çəkisi 7.24 qram, tədqiqata sərf edildi – 0.05 qram, qalıq 7.19 qram. Aparılmış ekspertizanın dəyəri 51.06 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş məhkəmə-psixatrik ekspertizasının 16 noyabr 2022-ci il tarixli 696 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Cinayət işinə əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 19 noyabr 2022-ci il tarixli 1774 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək Göyçay RPŞ-nin MSY-dən azad edilmişdir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi, ümumi 7.24 qram çəkidə narkotik vasitə olan kustar üsulla hazırlanmış marixuananı öz şəxsi istifadəsi üçün qanunsuz olaraq xx.xx.2022-ci il tarixdə saat 20 radələrində yaşadığı Göyçay rayonu Ərəbşahverdi kəndində üzərində saxlamaqla, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olmasını, himayəsində bir azyaşlı uşağın olduğunu və İİİ qrup əlil olduğunu cəzasını yüngülləşdirilən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı iki gün nəzərə alınmalı, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Göyçay RPŞ-nin MSSK-da saxlanılan ekspertiza tədqiqatlarından sonra qalan cəmi 21.96 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 51.06 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347.2, 349, 351- 353,356, 358.2-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışınadək həbsdə saxlandığı iki gün müddət CMnin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qaradağ rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Göyçay RPŞ-nin MSSK-da saxlanılan ekspertiza tədqiqatlarından sonra qalan cəmi 21.96 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 51.06 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Hökmün icrası Qaradağ rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar