Məhkəmə qərarları › İş №1(046)-22/2021

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-22/2021

23.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-22/2021 23.02.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ İHakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Dövlət ittihamçısı və Müdafiəçi iştirakı ilə xx xxxxxx 2021-ci il tarixdə Göyçay şəhərində xx xxxx 1963-cü il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respulikasının vətəndaşı, orta təhsilli, işsiz, Göyçay rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə 5 ay 27 gün azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, evli, ünvan 1-də qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan müddətdə və mənbədən qanunsuz olaraq əldə etdiyi əkilib becərilməsi qadağan olunmuş 04 ədəd xeyli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarını ünvan 1 ünvanında yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq torpağa əkib yetişdirərək kultivasiya etmiş, xx xxxxxxxx 2020-ci il tarixdə saat 18 radələrində Göyçay rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyətə baxış keçirilərkən həmin bitkilər qeyd edilən yerdən aşkar edilərək götürülmüş, bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 18 radələrində yaşadığı evdə olduğu zaman polis əməkdaşları ona məxsus evə gələrək, həyətində narkotik tərkibli çətənə bitkisi əkməyi ilə bağlı onlarda məlumat olduğunu, həyətinə baxış keçirmək istədiklərini bildirmişlər, həyətinə baxış keçirilməsinə etiraz etməmişdir. Daha sonra dəvət edilmiş iki nəfər hal şahidi, vəkil və polis əməkdaşlarının iştirakı ilə həyətinə baxış keçirilmişdir. Baxış zamanı həyətyanı torpaq sahəsində yerləşən evin sol tərəfində 2 ədəd, onlardan təxminən 2 metr aralıda həyətin ortasında yerləşən nar kolunun dibində isə 4 ədəd sellofan torbalardan ikisində, hər birində bir ədəd olmaqla çətənə bitkiləri aşkar edilmişdir. Lakin digər iki ədəd torpaqla dolu sellofan torbada heç bir bitki aşkar edilməmişdir. Həmin çətənə bitkilərindən yerdə əkilən iki ədədi polis əməkdaşları tərəfindən torpaqdan kökləri ilə birlikdə çıxarılaraq hündürlükləri ölçülmüş və hər birinin hündürlüyü 6 sm olduğu müəyyən edilmiş, 2 ədəd sellofan torbada bitmiş çətənə bitkiləri isə torpaqdan çıxarılmadan sellofan torba ilə birlikdə götürülmüş və onların da uzunluğu ölçülərək hər birinin uzunluğu 2 sm olduğu müəyyən edilmişdir. Həmin çətənə kollarını öz istifadəsi üçün əkmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 göstərmişdir ki, Göyçay RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində çalışır, narkotik vasitələrin əkib-becərilməsində şübhəli olan Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə başlanılmışdır. xx.xx.2020-ci il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs həyətyanı torpaq sahəsinə sahəsinə baxış keçirmək istədiklərini bildirmişlər. Təqsirləndirilən şəxs könüllü olaraq, razılaşmış, evinə və həyətyanı sahəsinə baxış keçirilməsinə etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Müdafiəçi ilə təmin olunaraq hüquq və vəzifələri ona izah edilərək şübhəli şəxs qismində tutulmüşdür. Bundan sonra dəvət edilmiş hal şahidləri və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs həyətinə baxış keçirmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində evin sol tərəfində 2 ədəd, onlardan təxminən 2 metr aralıda həyətin ortasında yerləşən nar kolunun dibində isə 4 ədəd sellofan torbalardan ikisində, hər birində bir ədəd olmaqla çətənə bitkiləri aşkar edilmişdir. Lakin digər iki ədəd torpaqla dolu sellofan torbada heç bir bitki aşkar edilməmişdir. Həmin çətənə bitkilərindən yerdə əkilən iki ədədi torpaqdan kökləri ilə birlikdə çıxarılaraq hündürlükləri ölçülmüş və hər birinin hündürlüyü 6 sm olduğu müəyyən edilmişdir. 02 ədəd sellofan torbada bitmiş çətənə bitkiləri isə torpaqdan çıxarılmadan sellofan torba ilə birlikdə götürülmüşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixində saat 17 radələrində Göyçay şəhərində olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və Təqsirləndirilən şəxs fərdi yaşayış evinə baxış keçiriləcəyini və işdə hal şahidi kimi iştirak etməyini təklif etmişlər. Həmin vaxt digər hal şahidi, Təqsirləndirilən şəxs müdafiəçisi və polis əməkdaşları ilə birlikdə Arif Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçirilmişdir. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs həyətyanı sahədə evin sol tərəfində 2 ədəd, onlardan təxminən 2 metr aralıda həyətin ortasında yerləşən nar kolunun dibində isə 4 ədəd sellofan torbalardan ikisində, hər birində bir ədəd olmaqla çətənə bitkiləri aşkar edilmişdir. Lakin digər iki ədəd torpaqla dolu sellofan torbada heç bir bitki aşkar edilməmişdir. Həmin çətənə bitkilərindən yerdə əkilən iki ədədi polis əməkdaşları tərəfindən torpaqdan kökləri ilə birlikdə çıxarılaraq hündürlükləri ölçülmüş və hər birinin hündürlüyü 6 sm olduğu müəyyən edilmişdir. 02 ədəd sellofan torbada bitmiş çətənə bitkiləri isə torpaqdan çıxarılmadan sellofan torba ilə birlikdə götürülmüşdür və onların da uzunluğu ölçülərək hər birinin uzunluğu 2 sm olduğu müəyyən edilmişdir. Baxış keçirilməsinə dair fotoşəkillər çəkilmiş və protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol hal şahidləri və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş X2 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş məhkəmə-bioloji ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 17/543 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs həyətyanı torpaq sahəsində torpağa əkili vəziyyətdə aşkar edilmiş 02 ədəd şitil” sözləri yazılmış 01 ədəd zərfin içərisindəki 02 (üç) ədəd hündürlükləri 4 sm və 5 sm, ümumi təmiz çəkisi 0,23 qram olan bitki şitilləri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə bitkisinin şitilləridir. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs həyətyanı torpaq sahəsində əkilmiş vəziyyətdə aşkar edilmiş 02 ədəd bitkinin köküçdən götürülmüş torpaq nümunələri....” sözləri yazılmış 01 ədəd zərfin içərisindəki 01 ədəd sellofan torbada olan torpaq nümunəsində əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissəcikləri aşkar edildi. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqədə “Təqsirləndirilən şəxs məxsus olan həyətyanı torpaq sahəsindən aşkar edilmiş 02 ədəd sellofan paketdə 02 ədəd şitillər” sözləri yazılmış 01 ədəd karton qutunun içərisindəki 02 ədəd sellofan bağlamada torpağa əkilmiş vəziyyətdə, 02 ədəd hündürlükləri 2 sm və 3 sm, ümumi təmiz çəkisi – 0,16 qram olan bitki şitilləri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləridir, həmin karton qutunun içərisindəki digər 02 ədəd sellofan bağlamada olan torpaq nümunəsində əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissəcikləri aşkar edilmədi. Aparılmış ekspertizanın dəyəri 35.97 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş məhkəmə-bioloji ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 17/557 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, hər birinin üzərinə yapışdırılmış vərəqədə “Vət. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsindən alınmış....torpaq nümunələri.....” sözləri yazılmış 02 (iki) ədəd sellofan bağlamanın içərisində olan torpaq nümunələrində əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissəcikləri və çətənə (kannabis) bitkisinin hissəcikləri və çətənə (kannabis) bitkisinin toxumları aşkar edilmədi. Aparılmış ekspertizanın dəyəri 35.97 manat təşkil edir. İşdə olan məhkəmə-narkoloji ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 922 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən və Göyçay rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsilə 05 ay 27 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Göyçay rayon Mərkəzi Xəstəxanasından alınmış xx xxxxxxxx 2020-ci il tarixli 4585 nömrəli məktubdan görünür ki, ünvan 1-də yaşayan Təqsirləndirilən şəxs “Narkomaniya” diaqnozu ilə narkoloji kabinetdə qeydiyyatdadır, psixiatrik kabinetdə qeydiyyatda yoxdur. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs 4 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərini Göyçay şəhəri, Z.Bünyadov küçəsi ev 22-də yerləşən yaşadığı evin həyətyanı torpaq sahəsində yetişdirməklə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməli etiraf etməklə peşman olmasını, məsuliyyətini yüngülləşdirən hal kimi, yenidən cinayət törədərək cinayətin residivliyini yaratmasını məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Göyçay rayon polis şöbəsinin təhqiqatçısı Orxan Kərimov tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərara əsasən şübhəli şəxs qismində tutulmuş, xx.xx.2020-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı iki gün nəzərə alınmalı, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini məhkumluğu ödənilmədən törətdiyindən, Azərbaycan Respublikası CM-nin 65-ci maddəsində təsbit edilmiş cinayətlərin residivi nəzərə alınmaqla təqsirləndirildiyi maddənin sanksiyasında müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az olmamaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri, həbs qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə zalından həbsə alınmalı, cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun məhkəməyədək icraat dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs oğlunun məhkəməyədək icraat dövründə və məhkəmə baxışı dövründə hüquqlarını 18 saat müddətində müdafiə etmişdir. Odur ki, X3 göstərilmiş 18 saat hüquqi xidmətə görə vəkil X1 108 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan Göyçay rayon polis şöbəsində 04 (dörd) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitilləri və həmin bitkilərin dibindən götürülmüş torpaq nümunələri və iki ədəd sellofan torbada torpaq nümunələri məhv edilməlilidir. İş üzrə məhkəmə xərci olan 71.94 manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödnilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışınadək həbsdə saxlandığı 2 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlqıdan məhrumetmə cazasından çıxılaraq, üzərində qəti cəza olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş polisin nəzarəti altına verilmə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə zalından həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx.xx.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Göyçay rayon Polis şöbəsində saxlanılan çəkisi 04 (dörd) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitilləri və həmin bitkilərin dibindən götürülmüş torpaq nümunələri və iki ədəd sellofan torbada torpaq nümunələri məhv edilsin. Ekspertiza xərci olan 71.94 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 18 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 108 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar