Məhkəmə qərarları › İş №1(046)-22/2023

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-22/2023

25.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-22/2023 25.01.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Dövlət ittihamçısı2 və Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakı ilə, xx.xx.1992-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işsiz, məhkum olunmamış, subay, Göyçay rayonu Şəkər kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti alıtna vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs həmkəndlisi Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə, günorta saatlarında atası Yədulla Pənahova kobud cavab qaytarması səbəbindən ondan qisas almaq qərarına gəlib bu məqsədlə xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs Göyçay rayonu Şəkər kəndində yaşadığı evin həyətində yerləşən tövləsinin yanına gələrək sonuncuya məxsus həmin tövlənin tavanında olan quru yonca otuna üzərində olan alışqanla qəsdən od vurub yandırmaqla tavanında 180 manat dəyərində cəmi 40 ədəd quru yonca ot bağlamaları, tövlənin daxilində isə biri 1800 manat, digəri isə 2000 manat dəyərində cəmi iki baş “şvis” cinsli iribuynuzlu heyvanları, eləcə də sonrakı mövcud halda təmir bərpa işlərinin aparılması üçün 3240 manat tələb olunan ümumi 36 kv.m tövləni yandırmaqla Zərərçəkmiş şəxs ümumilikdə 7220 (yeddi min iki yüz iyirmi) manat, yəni xeyli miqdarda ziyan vurmaqla onun əmlakını yandırmaqla qəsdən məhv etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Göyçay rayonun Şəkər kəndində yaşayır. Zərərçəkmiş şəxs onun həmkəndlisidir. xx.xx.2022-ci il tarixdə günorta saatlarında atası Yədulla ilə kənddə piyada gedərkən Zərərçəkmiş şəxs ilə rastlaşmış, həmin vaxt atası Yədulla Raqif ilə zarafat etmiş, lakin Raqif əsəbləşərək atası Yədullaya onun yanında “saçın saqqalın ağarıb, yenədə yerini bilmirsən, Rusifın yanında sənə başqa söz demirəm get özümə ayıb bilirəm” deyərək cavab qaytarmışdır. Atası Yədulla isə Raqifdən belə kobudluq gözləmədiyi üçün heç bir reaksiya verməmiş və Raqifə cavab qaytarmamışdır. xx.xx.2022-ci il tarixdə günorta yemək yedikdən sonra saat 14 radələrində evdən çıxıb cibində olan siqaret çəkmək üçün istifadə etdiyi alışqanla Raqifin yaşadığı evin yanına getmişdir. Raqfinin yaşadığı evin həyətinin darvazasına yaxınlaşıb, əli ilə qapını itələyib açaraq həyətə daxil olmuşdur. Ətrafa nəzər yetirib heç kimi görmədiyindən irəli gedib 20-30 metr qarşı sol tərəfdə tavanında quru ot olan tövləyə yaxınlaşmışdır. Yenə ətrafa baxıb heç kimi görməmişdir. Tövləyə yaxınlaşanda tövlədə inək səsi eşitşsə də, tövləyə daxil olmamış və tövlədə neçə baş inəyin olduğunu bilməmişdir. Üzərində olan alışqanı çıxarıb qəsdən tövlənin tavanında olan və kənara sallanan quru yonca otuna alov vurub yandırmışdır. 20-30 saniyə gözləmişdir ki, ot alovlansın və ot tüstüləyərək alovlanmağa başlamışdır. Tövlənin yandığını və tüstünün yayıldığını görüb gəldiyi yol ilə darvaza tərəfə qaçmışdır. Arxadan Raqif onu “qaçma, dayan” deyərək səslədiyini eşidib Raqifin onun arxası ilə qaçıb qaçmadığını bilmək üçün dönüb arxaya baxmışdır. Raqifin ağacların yanında azyaşlı oğlu Turalla olduğunu və onu gördüklərini görüb dayanmamış, qaçıb getmişdir. Daha sonra FHN-nin əməkdaşları hadisə yerinə gəlmişlər və yanğını söndürmüşlər. Törətdiyi əməldən peşmandır. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəmiş, onunla barışmışdır. Zərərçəkmiş şəxs məhkəmə hazırlıq iclası zamanı ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmiş, onunla barışmış, ondan heç bir şikayət və tələbinin olmadığını bildirmiş, məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, ailə üzvləri ilə birlikdə Göyçay rayonu Şəkər kəndində yaşayır. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində həyətindəki tövlənin üstündən tüstüləndiyini görmüşdür. Həmin vaxt azyaşlı oğlu Tural da onun yanında olmuşdur. Oğlu Tural iti yerişlərlə tövləyə tərəf gedəndə tövlənin alovlanaraq yandığını görmüşlər. Onun diqqəti tövlədə qaldığından ətrafa baxmamış, oğlu Tural isə həmin zaman həyətin darvazası tərəfə kiminsə qaçdığını görüb ona “ata qaçdı” deyərək ona əli ilə işarə etmişdir. Turalın göstərdiyi tərəfə baxanda Rusifin qaçdığını görmüş, arxasında “qaçma dayan!” qısqırmış, lakin Rusif qaçmışdır. Həmin vaxt tövlənin Rusifin yandırdığını bilmişdir. Tövlədə qalmış iki baş “şvis” inəklərini çıxartmaq istəmiş, lakin alov və tüstü tövləni tam bürüdüyü üçün tövlənin qapısını açıb içəri daxil olmaq mümkün olmamışdır. Dərhal FHN-nin 101 xidmətinə və DİN-in 102 xidmətinə zəng vurub bu barədə məlumat vermişdir. Hadisə nəticəsində ona iki baş “şvis” cinsindən olan inəklərin, eləcə də quru otla dolu tövləsinin yanması nəticəsində ümumilikdə 7,220 manat ziyan dəymişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 göstərmişdir ki, Göyçay RİHB-nin Şəkər kəndi üzrə icra nümayəndəsi vəzifəsində çalışır. Təqsirləndirilən şəxs və Salmanov X1 sakinləridir. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Şəkər kəndində icra nümayəndəliyinin inzibati binasında həmin kəndin bələdiyyə sədri Qurban İbrahimovla bir yerdə olan zaman Zərərçəkmiş şəxs yaşadığı evin həyətində içərisində iribuynuzlu heyvanları ilə birlikdə tövləsnin yanması, onun polisə və FHN-nə xəbər verməsi barədə məlumat daxil olmuşdur. Dərhal Zərərçəkmiş şəxs yaşadığı ünvana getmişlər. FHN və polisin xidməti avtomobillərinin hadisə yerində olduğunu görmüşlər, yaxınlaşdıqda isə həyətdə qarşı sol tərəfdə kiçik tövlənin yandığını və yanğınsöndürənlərin artıq yanğını söndürdüklərini, eyni zamanda tövlədə iki baş iri buynuzlu heyvanların cəsədlərinin olmasını görmüşlər. Məlum olmuşdur ki, tövlənin içərisində 2 baş iribuynuzlu heyvanlarla yanaşı, tövlənin tavanında da xeyli quru ot yanmışdır. Hadisənin nə cür baş verməsi ilə bağlı Zərərçəkmiş şəxs maraqlananda, tövləsinin Təqsirləndirilən şəxs tərəfindən yandırıldığını bildirmişdir. Cinayət işinə əlavə edilmiş məhkəmə-yanğın-texniki və kimyəvi ekspertizasının 30 iyun 2022-cil il tarixli 10/31xx-xx/3263-6/2816 nömrəli rəyindən görünür ki, yanğının mənbəyinin tövlənin tavan-dam hissəsində olması, kənardan gətirilmiş alışdırma vasitəsinin təsirindən baş verməsi üçün xarakterik olması, yanğın nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı təmir - bərpa işlərinin dəyərinin təqribən 3,240.0 manat məbləğində olduğu, baş vermiş yanğının mənbəyi tövlənin tavan-dam hissəsində olduğu, yanğın istintaq tərəfindən müəyyın edildiyi kimi yəni, kənardan gətirilmiş alışdırma vasitəsinin təsirindən baş verməsi üçün xarakterik olması, tədqiqata təqdim olunmuş kül nümunələrinin üzəində tezalışan neft məhsullarına (benzin, kerosin və ya dizel yancağı) məxsus izlərin mövcud olmadığı göstərilsə də, lakin məhkəməəmtəəşünaslıq ekspertizasının nəticəsinə dair heçnə göstərilməmişdir. Aparılmış ekspertizanın xərci 250 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 22 iyul 2022-ci il tarixli 9/5138 nömrəli rəyindən görünür ki, 2022-ci ilin mart ayına : 40 ədəd yonca bağlamasının dəyəri 180 manat(40x4,50 maanat), bir baş üç yaşlı, diri çəkisi 300 kg, şvis cinsindən olan 4 aylıq boğaz inəyin dəyəri 2000 manat, bir baş üç yaşlı, diri çəkisi 300 kg, şvis cinsindən olan inəyin dəyəri 1800 manat təşkil etməklə göstəriulən tədqiqa obyektlərin 2022-ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzri hesablama yolu ilə təxminən 3,980 manat müəyyən edilir. Aparılmış ekspertizanın xərci 50 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş Məhkəmə-psixatrik ekspertizasının 15 sentyabr 2022ci il tarixli, 565 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM- nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçübbiçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Göyçay RPŞ-də xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə araşdırılması aparılan material üzrə həmin məcəllənin 40.2.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə təqdim edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 14 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs Göyçay rayonu Şəkər kəndində yaşadığı evin həyətində yerləşən tövləsini üzərində olan alışqanla qəsdən od vurub yandırmaqla tavanında 180 manat dəyərində cəmi 40 ədəd quru yonca ot bağlamaları, tövlənin daxilində isə biri 1800 manat, digəri isə 2000 manat dəyərində cəmi iki baş “şvis” cinsli iribuynuzlu heyvanları, eləcə də sonrakı mövcud halda təmir bərpa işlərinin aparılması üçün 3240 manat tələb olunan ümumi 36 kv.m həmin tövləsini yandırmaqla Zərərçəkmiş şəxs ümumilikdə 7220 (yeddi min iki yüz iyirmi) manat, yəni xeyli miqdarda ziyan vurmaqla onun əmlakını yandıraraq qəsdən məhv etməklə Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir. Təqsirləndirilən şəxs həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməli etiraf edərək səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödədiyini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən şəxsiyyətini, törətdiyi əməlin xarakterini, təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri, həbs qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə zalından həbsə alınmalı, cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs həbsdə saxlandığı 02 gün müddət CM-nın 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından cıxılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışında hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə baxışında hüquqlarını 07 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 07 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 42 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan Göyçay RPŞ-nin MSSK-da saxlanılan 01 ədəd selefon bağlamada qablaşdırılmış kül nümunələri və 01 ədəd alışqan məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 300 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə təqsirli bilinib, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışınadək həbsdə saxlandığı 2 gün müddət CMnin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlqıdan məhrum etmə cazasından çıxılaraq, üzərində qəti cəza olaraq 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin, məhkəmə zalından həbsə alınsın, cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut olan Göyçay RPŞ-nin MSSK-da saxlanılan 01 ədəd selefon bağlamada qablaşdırılmış kül nümunələri və 01 ədəd alışqan məhv edilsin. İş üzrə ekspertiza xərci olan 300 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 07 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 42 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ013501**********2944, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Hökmün icrası maddi sübutlara və məhkəmə xərclərinə dair hissədə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar