Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-22/2024 22.05.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1996-cı ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, məhkumluğu olan, subay, Göyçay şəhəri, Z.Bünyadov küçəsi dalan 5, ev 3də qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 234.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri-əsaslandırıcı hissə: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla ələ keçirmək qərarına gəlib bu məqsədlə 2023-cü ilin may ayının sonlarında istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda Göyçay rayonu Kürd kəndində yaşayan Zərərçəkmiş şəxs Göyçay rayonu Kürd kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinin asbest şiferlə çəpərlənmiş hasarından mis məftillə bağlanmış qapısını açaraq qanunsuz olaraq həyətə oradan da həyətdə olan yarım tikiliyə qanunsuz olaraq daxil olub yarımtikilinin içərisindəki hər birinin dəyəri 10 manat, ümumi dəyəri 40 manat olan 4 ədəd Vaz 2107 markalı avtomobilin arxa yayını, 1 ədəd dəyəri 15 manat olan “Vaz 21 07” markalı avtomobilin Dinamo yakrı, 1 ədəd 80 manat dəyərində olan 2002-ci istehsallı Ford Transit markalı avtomobilin feredosunıı, 1 ədəd 20 manat dəyərində olan Vaz 21 07 markalı avtomobilin feredosunu, 1 ədəd 120 manat dəyərində olan 1998-ci il istehsalı olan BMW 328 markalı avtomobilin işlək vəziyyətdə olan Starteri, hər birinin dəyəri 8 manat, ümumi dəyəri 80 manat olan 10 ədəd 30-40 ölçüləri arasında olan yük avtomobilinin təmiri üçün qayış açarını gizli yolla talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 355 (üç yüz əlli beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli yolla ələ keçirmək qərarına gəlib bu məqsədlə 03 iyun 2023-cü il tarixdə saat 03 radələrində Göyçay rayonu Kürd kəndində yaşayan Zərərçəkmiş şəxs Göyçay rayonu Kürd kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinin asbest şiferlə çəpərlənmiş hasarından mis məftillə bağlanmış qapısını açaraq qanunsuz olaraq həyətə oradan da həyətdə olan yarım tikiliyə qanunsuz olaraq daxil olub yarımtikilinin içərisindəki 1997-ci il istehsallı “Qazel” markalı avtomobilə aid hər birinin dəyəri 70 manat olmaqla 8 ədəd resoru gizli yolla talayaraq zərərçəkmiş şəxsə 560 (beş yüz altmış) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, satış məqsədi olmadan «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1,189 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan müddətdə və mənbədən qanunsuz olaraq əldə edərək saxlamış, 19 noyabr 2023-cü il tarixdə, saat 10 radələrində Göyçay şəhəri Z.Bunyadov küçəsində olarkən və üzərində həmin narkotik vasitə heroini daşıyarkən Göyçay RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, saat 11:03-də üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən 01 (bir) ədəd sellofan bükümdə olmaqla təmiz çəkisi 1,189 qram kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Həmçinin, o, satış məqsədi olmadan «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,928 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan müddətdə və mənbədən qanunsuz olaraq əldə edərək saxlamış, 15 dekabr 2023-cü il tarixdə, saat 13 radələrində Göyçay şəhəri Y.Kavalyov küçəsində olarkən və üzərində həmin narkotik vasitə heroini daşıyarkən Göyçay RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, saat 13:40-də üzərinə şəxsi axtarış keçirilərkən əynində olan mavi rəngli cins şalvarın sağ yan cibinin içərisində olan kiçik cibdən 1 ədəd tünd mavi rəngli siqaret kağızına bükülmüş təmiz çəkisi 0,928 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi müəyyən olunmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bildi və ifadə verərərək göstərdi ki, Göyçay rayon Kürd kənd sakini Zərərçəkmiş şəxs tanımır. Yol gedərkən qapısı açıq həyətdə avtomobil ehtiyyat hissələrinin yığıldığını görmüşdür. Maddi ehtiyacı olduğuna görə ehtiyyat hissələrindən 1 ədəd starter, 1 ədəd dinamo yakrı, 4 ədəd avtomobil yayı, 1 ədəd vaz 2107 feredosu və 1 ədəd Ford Transit feredosu və 10 ədəd 30-40 ölçülərində qayış açarı torbaya yığaraq Habil adlı şəxsin metal qəbulu məntəqəsinə aparıb satmış və əldə etdiyi 20 manatı şəxsi ehtiyacları üçün xərcləmişdir. Bir müddət keçdikdən sonra xx.xx.2023-cü il tarixdə saat 03 radələrində yenidən evdən çıxaraq əvvəlcədən gördüyü ehtiyyat hissələrini oğurlamaq üçün Şahin adlı şəxsin həyətinə gəlmişdir. Taxtadan olan qapının mis məftilini açaraq saxlanc otaqlarına daxil olaraq içəridə olan avtomobil 8 ədəd resoru tək-tək götürərək küçəyə yığmışdır. Sonra isə əvvəlcədən özüylə götürdüyü torbaya ehtiyyat hissələrini yığmış və havanın işıqlanmasını gözləmişdir. Təxminən saat 07 radələrində küçədən keçən tanımadığı avtomobili saxladaraq sürücüdən onu “Avtobaza” adlanan əraziyə aparmasını xahiş etmişdir. Həmin avtomobil ilə ‘'Avtobaza” dairəsinin yaxınlığında olan Habil adlı şəxsin metal qəbulu məntəqəsinə getmiş və həyətdən götürdüyü ehtiyyat hissələrini metal qiymətinə hesablatdıraraq Habilə satmışdır. Əldə etdiyi pulla Bakı şəhərinə yollanmışdır. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs həyətinə qapının məftilini açaraq keçmiş, oğurladığı 8 ədəd resoru 25 manata satmışdir. 2023-cü ilin may ayının sonunda Zərərçəkmiş şəxs həyətində olan yarım tikilidən oğurladığı ehtiyyat hissələrini satdıqdan sonra ehtiyacı üçün xərcləmiş, həmin vaxtı oradan bütün ehtiyyat hissələrini oğurlamaq imkanının olmuş, lakin oğurlamamış, pulu qutardıqdan sonra təkrar xx.xx.2023-cü il tarixdə həmin yerə gedərək 8 ədəd resoru oğurlamışdır. 2023-cü ilin noyabr ayının 12-13 tarixlərində Bakı şəhərində olarkən tanımadığı şəxsdən narkotik maddə almışdır. Həmin narkotik maddəni Bakı şəhərindən yaşadığı Göyçay şəhərinə gətirmişdir. xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Göyçay şəhəri Z.Bünyadov küçəsində olarkən üzərində saxladığı narkotik maddəni istifadə etmək üçün küçəyə çıxmışdır. Həmin vaxt yaşadığı evin yaxınlığında küçədə olan zaman 2 nəfər mülkü geyimli şəxslər ona yaxınlaşaraq özlərini Göyçay rayon Polis Şöbəsinin əməkdaşları kimi təqdim etdilər və narkotik vasitələrin istifadəsində şübhəli olduğunu bildirərək onu Göyçay rayon Polis Şöbəsinə dəvət etdilər. Göyçay rayon Polis Şöbəsində ona hüquq və vəzifələri izah edilərək polis şöbəsinin inzibati binasında vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı əynində olan gödəkçənin sağ yan cibində saxladığı 1 ədəd şəffaf rəngli sellefon bükümü, 1 ədəd şpirisi və bir ədəd boş ampulanı çıxararaq masanın üzərinə qoyaraq, həmin büküm açıldıqda içərisində olan qəhvəyi rəngli kütlənin heroin olduğunu bildirmişdir. Həmin maddə elektron tərəzinin üstünə qoyularaq çəkilmiş və çəkisi 1,42 qram olmuşdur. Həmin sellofon büküm, şpiris və ampula iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və üstü kleylənərək, onlar tərəfindən imzalanmışdır. Sonuncu dəfə sosial şəbəkə vasitəsi ilə tanış olduğu adını bilmədiyi şəxsdən bir həftə əvvəl, yəni xx.xx.2023-cü il tarixdə narkotik vasitə almışdır. Həmin günü sosial şəbəkə vasitəsi ilə tanış olduğu adını bilmədiyi şəxsdən narkotik maddə almaq məqsədi ilə tanımadığı avtomobil ilə Bakı şəhərinə getmişdir. Bakı şəhərinə təxminən saat 16 radələrində çatdıqdan sonra “İnstaqram” sosail şəbəkəsində tanımadığı şəxslə əlaqə saxlamış və həmin şəxs ona kart hesabı vermişdir. Həmin hesaba Bakı şəhər Binəqədi rayon ərazisindən bonkamat vasitəsi ilə 50 manat pul köçürtdükdən sonra ona 50 manat dəyərində narkotik maddə olan “Heroin” göndərməyini sifariş etmişdir. Tanımadığı şəxsə pulu köçürtdükdən bir neçə saat sonra həmin şəxs “İnstaqram” vasitəsi ilə əlaqə saxlayıb, narkotik maddəni, Bakı şəhər Binəqədi rayon ərazisində “Xəzri” mehmanxanasının yanında zibil qutusunun yanına qoyduğunu bildirmişdir. Bundan sonra gedib həmin narkotik maddəni oradan götürmüş və narkotik maddənin bir hissəsini özü istifadə etmişdir. Qalan narkotik maddə olan heroini əynində olan mavi rəngli cins materialdan olan şalvarının sağ yan cibinin içində olan kiçik cibə qoyaraq sonra istifadə etməsi üçün saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 13:30 radələrində isə yaşadığı Göyçay şəhərindən evdən çıxıb şəhərə gedərkən Z.Bünyadov küçəsi ilə Yuri Kovalyov küçəsinin kəsişməsində polis işçiləri onu saxlayaraq narkotik maddələrin qəbulunda və üzərində gəzdirilməsində şübhəli olduğunu ona bildirdilər. Onun razılığı ilə onu Göyçay RPŞ-nə gətirdilər, ona hüquq və vəzifələri izah olunaraq dövlət hesabına vəkillə təmin olunmaq istədiyini bildirmişdir. Ona görədə vəkilin iştirakı ilə video çəkilişlə, üzərinə şəxsi axtarış keçirildi, əynində olan mavi rəngli cins materialdan olan şalvarın sağ yan cibinin içərisində olan kiçik cibdən 1 ədəd tünd mavi rəngli siqret kağızına bükülmüş içərisində boz rəngli, toz halında maddə aşkar olunaraq götürülmüşdür. Üzərindən aşkar olunaraq götürülmüş büküm elektron tərəziyə qoyularaq çəkilmişdir. Həmin 1 büküm mavi rəngli siqaret kağızına bükülmüş içərisində boz rəngli, toz halında maddənin çəkisi 1,21 (bir tam, yüzdə iyirmi bir) qram olmuşdu. Sonra həmin 1 ədəd büküm zərfə qoyularaq ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq zərfin ağzı möhürlənmişdir. Müdafiəçisi ilə həmin zərfi imzalamış və bununla bağlı protokol tərtib olunmuşdur. Protokol ucadan oxunmuş və doğru yazıldığı üçün protokolu imzalamışdır. Narkotik vasitəni üzərində saxlamaqda məqsədi özü üçün istifadə etmək olmuşdur. Onu satan şəxslə özünə məxsus mobil telefonla “İnstaqram” səhifəsi vasitəsi ilə əlaqə saxlamış, lakin həmin telefonun pulu olmadığı üçün Bakı şəhərində tanımadığı şəxsə satdığı üçün həmin şəxslə əlaqəni itirmişdir. Uzun illərdir ki, mobil nömrə işlətməmiş, internetə qoşulduqdan sonra “İnstaqram” səifəsi vasitəsi ilə həmin şəxslə əlaqə saxlamışdir. İnstaqram səifəsinə isə hansı nömrə ilə qeydiyyata düşdüyünü xatırlamamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Göyçay rayonu Kürd kəndində yaşayır. Uzun illər sürücü işlədiyi üçün avtomobillərindən qalan ehtiyyat hissələrini həyətində olan saxlanc otağında saxlamışdır. “Qazel”, “Ford” və “BMW” markalı avtomobilə məxsus işlənmiş ehtiyyat hissələri yığaraq birgə saxlamışdır. xx.xx.2023-cü il tarixdə səhər saatlarında ehtiyat hissəsi götürmək üçün bağında olan saxlanc otağına gedib çataraq içəriyə daxil olanda ehtiyyat hissələrinin yerində olmadığını görmüşdür. Sonuncu dəfə 2023-cü ilin may ayının əvvəllərində ehtiyyat hissələri saxlanc otağında görmüşdür. Həmin gündən sonra isə xx.xx.2023-cü il tarixdə saxlanc otağına girib baxmışdır. Oğurluq hadisəsinin konrekt olaraq hansı gündə baş verməsini bilmir, ancaq 2023-cü ilin may ayının əvvəlindən xx.xx.2023-cü il tarix aralığında yaşadığı evin həyətindəki saxlanc otağından təxmini dəyəri 1000 manat olan avtomobil ehtiyyat hissələri oğurlanmışdır. Oğurluq hadisəsi zaman, “Qazel” markalı avtomobilin 8 ədəd resorları, “Vaz” markalı avtomobilin arxa 4 ədəd yayları, 1 ədəd vaz 2107 “Fasonnu çaşka feredosu”, 1 ədəd “dinamonun” içərisi missdən ibarət olan “Yakr” adlandırdığı ehtiyyat hissəsi, “Ford Tranzit” markalı avtomobilin 1 ədəd “Fasonnu çaşka feredosu” və “BMW 3 seriası” markalı avtomobilin 1 ədəd “Starter” əlavə olaraqda 1 ədəd vedrədə yığılmış müxtlif ölçüdə avtomobil təmiri üçün istifadə olunan 10 ədəd açarlar oğurlanıb. Yaşadığı evin arxasında olan hasarın qapısını mis məftillə bağlamışdır. Məhkəməəmtəəşünaslıq verdiyi rəylə razıdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Sonrakı məhkəmə iclasının vaxtı və yeri barədə Zərərçəkmiş şəxs məlumat verilməsinə baxmayaraq o məhkəməyə gəlməmiş, məhkəməyə ərizə göndərərək səhəti ilə əlaqədar məhkəməyə gələ bilmədiyini, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra Zərərçəkmiş şəxs iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün hallarının hərtərəfləri,tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, Göyçay RPŞ-nin KTQ-nin baş inspektor kriminalisti vəzifəsində işləyir. Göyçay rayon sakini Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə rayon polis şöbəsinə dəvət edilkdən sonra üzərinə şəxsi axtarış keçirilən zaman tanımış, onunla aralarında hər hansı düşmənçilik və ya ədavəti olmamışdır. Belə ki, həmin tarixdə saat 11 radələrində rayon polis şöbəsində olan zaman CAB-ın əməliyyat müvəkkili Şahid3, Şahid1 və CAB-nın əməliyyat müvəkkili Şahid2 növbətçi hissənin qarşısına həmin vaxt adını öyrəndiyi Göyçay rayon sakini Təqsirləndirilən şəxs gətirərək həmin şəxsin üzərində narkotik vasitə daşımasında şübhəli olduğunu bildirərək Qüdrət Kərimovun üzərinə şəxsi axtarış keçirilməsi olduğunu bildirmişlər. Həmin vaxt növbədə olan təhqiqatçı Pərvin Ələkbərov tərəfindən Qüdrət Kərimovun Müdafiəçi Ağəli oğlu ilə təmin olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra təhqiqatçı Pərvin Ələkbərov tərəfindən Qüdrət Kərimova hüquq və vəzifələrini izah etdikdən sonra rayon polis şöbəsinə məxsus olan və ona təhkim olunmuş “Panasonic” markalı aparatla Müdafiəçi, CAB-ın əməkdaşı Emin Quluzadə və CAB-m əməliyyat müvəkkili Şahid1 və Şahid3 iştirakı ilə videoçəkiliş vasitəsi ilə Qııdrət Kərimovun üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. İlk öncə təhqiqatçı tərəfindən Qüdrət Kərimova üzərində qanunla qadağan olunmuş hər hansı əşya, predmet narkotik vasitə və.s olub-olmamasını soruşaraq əgər vardırsa təqdim etməsi təklif olundu. Bu zaman Qııdrət Kərimov əynindəki göy rəngli gödəkçənin sağ yan cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin şəffaf rəngli sellofan bükümə nəzər saldıqda içərisində qəhvəyi rəngli maddə olması aşkar olunmuşdur. Aşkar edilmiş həmin sellofan bükümdə olan maddə sellofan bükümlə birlikdə elektron tərəzidə çəkilmiş, sellofan bükümlə birlikdə çəkisi 1,42 qram olmuşdur. Şəxsi axtarış zamanı aşkar edilmiş həmin sellofan büküm götürülmüş və bir ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Zərfin ağzı kleylənərək bağlanaraq möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Qüdrət Kərimovun üzərindən aşkar edilmiş sellofan bükümdə olan maddənin nə olması soruşulduqda, o da üzərindən aşkar edilmiş sellofan bükümdəki qəhvəyi əngli maddənin narkotik vasitə kimi tanıdığı heroin maddəsi olduğunu və özü istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra müdafiəçi, Qııdrət Kərimovun hər hansı etiraz və vəsatəti olmadığını bildirmişdir. Müvafiq sənədləşmə aparılması üçün baxış sona çatmışdır. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində CAB-nin əməliyyat müvəkkili Şahid4, Şahid3 növbətçi hissənin qarşısına Göyçay rayon sakini Təqsirləndirilən şəxs gətirərək həmin şəxsin üzərində narkotik vasitə daşımasında şübhəli olduğunu bildirərək Qüdrət Kərimovun üzərinə şəxsi axtarış keçirilməsi olduğunu bildirmişlər. Həmin vaxt növbədə olan təhqiqatçı Qiyas Beybutov tərəfindən Qüdrət Kərimovun Müdafiəçi Ağəli oğlu ilə təmin olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra təhqiqatçı polis mayoru Qiyas Beybutov tərəfindən Qüdrət Kərimova hüquq və vəzifələrini izah etdikdən videoçəkiliş vasitəsi ilə Qüdrət Kərimovun üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. İlk öncə təhqiqatçı tərəfindən Qüdrət Kərimova üzərində qanunla qadağan olunmuş hər hansı əşya, predmet narkotik vasitə və.s olub-olmamasını soruşaraq əgər vardırsa təqdim etməsi təklif olunmuşdur. Bu zaman Qüdrət Kərimov əynindəki mavi rəngli şalvarın sağ yan cibinin içindəki kiçik cibdən 01 (bir) ədəd mavi rəngli siqaret kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükümə nəzər saldıqda içərisində boz rəngli maddə olması aşkar olunmuşdur, bükümlə birlikdə çəkisi 1,21 qram olmuşdur. Şəxsi axtarış zamanı aşkar edilmiş həmin büküm götürülmüş və bir ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Zərfin ağzı kleylə bağlanaraq möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Qııdrət Kərimovun üzərindən aşkar edilmiş bükümdə olan maddənin nə olması soruşulduqda, o üzərindən aşkar edilmiş bükümdəki maddənin narkotik vasitə kimi tanıdığı heroin maddəsi olduğunu və özü istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra müdafiəçi, Qüdrət Kərimovun hər hansı etiraz və vəsatəti olmadığını bildirmişdir. Müvafiq sənədləşmə aparılması üçün baxış sona çatmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Göyçay RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis baş leytenantıdır. Göyçay rayon sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir ədavəti, münasibəti olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması və üzərində daşıması barədə Göyçay RPŞ-nin əməliyyat aparatına daxil olmuş məlumat əsasında 19 noyabr 2023-cü il tarixdə saat 10 radələrində Təqsirləndirilən şəxs barəsində əməliyyataxtarış tədbirlərinin keçirilməsinə başlanılmışdır. Əməliyyat-axtarış tədbirinin keçirilməsində Göyçay RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və Şahid2 ilə birlikdə iştirak etmişlər. Həmin gün saat təxminən 10:35-də Göyçay şəhəri Z.Bunyadov küçəsində Təqsirləndirilən şəxs görüb ona yaxınlaşıb özlərini təqdim etmişlər. Qüdrət Kərimovun üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu ona bildirib, üzərinə şəxsi axtarış keçirilməsi üçün RPŞ-nə dəvəl etmişlər. Bu zaman Qüdrət Kərimov onlara heç bir etiraz etmədən birlikdə rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra növbətçi hissənin qarşısında növbədə olan təhqiqatçı Pərvin Ələkbərov tərəfindən Qüdrət Kərimovun Müdafiəçi Ağəli oğlu ilə təmin olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra təhqiqatçı Pərvin Ələkbərov tərəfindən Qüdrət Kərimova hüquq və vəzifələrini izah etdikdən videoçəkiliş vasitəsi ilə Qüdrət Kərimovun üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Həmin vaxt videoçəkilişi KTQ-nin inspektoru Sərxan İbrahimov aparmışdır. İlk öncə təhqiqatçı tərəfindən Qüdrət Kərimova üzərində qanunla qadağan olunmuş hər hansı əşya, predmet narkotik vasitə və.s olubolmamasını soruşaraq əgər vardırsa təqdim etməsi təklif olunmuşdur. Bu zaman Qüdrət Kərimov əynindəki göy rəngli gödəkçənin sağ yan cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin şəffaf rəngli sellofan bükümə nəzər saldıqda içərisində qəhvəyi rəngli maddə olması aşkar olunmuşdur. Aşkar edilmiş həmin sellofan bükümdə olan maddə sellofan bükümlə birlikdə elektron tərəzidə çəkilmiş, sellofan bükümlə birlikdə çəkisi 1,42 qram olmuşdur. Şəxsi axtarış zamanı aşkar edilmiş həmin sellofan büküm götürülmüş və bir ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Zərfin ağzı kleylə bağlanaraq möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Qııdrət Kərimovun üzərindən aşkar edilmiş sellofan bükümdə olan maddənin nə olması soruşulduqda, o üzərindən aşkar edilmiş sellofan bükümdəki qəhvəyi rəngli maddənin narkotik vasitə kimi tanıdığı heroin maddəsi olduğunu və özü istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra müdafiəçi, Qüdrət Kərimov hər hansı etiraz və vəsatətin olmadığını bildirmişdir. Müvafiq sənədləşmə aparılması üçün baxış sona çatmışdır. Göyçay rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması və üzərində daşıması barədə Göyçay RPŞ-nin əməliyyat aparatına daxil olmuş məlumat əsasında 15 dekabr 2023-cü il tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə başlanılmışdır. Həmin əməliyyat-axtarış tədbirinin keçirilməsində Göyçay RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid4lə birlikdə iştirak etmişlər. Həmin gün saat 13:00-da Göyçay şəhəri Z.Bunyadov küçəsi ilə Y.kavalyov küçəsinin kəsişməsində Təqsirləndirilən şəxs görüb ona yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin vaxt Qüdrət Kərimovun üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirib, üzərinə şəxsi axtarış keçirilməsi üçün RPŞ-nə dəvət etmişlər. Bu zaman Qüdrət Kərimov onlara heç bir etiraz etmədən birlikdə rayon polis şöbəsinə gəlmişlər. Polis şöbəsinə gəldikdən sonra növbətçi hissənin qarşısında növbədə olan təhqiqatçı Qiyas Beybutov tərəfindən Qüdrət Kərimovun Müdafiəçi Ağəli oğlu ilə təmin olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra təhqiqatçı polis mayoru Qiyas Beybutov tərəfindən Qüdrət Kərimova hüquq və vəzifələrini izah etdikdən videoçəkiliş vasitəsi ilə Qüdrət Kərimovun üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Həmin vaxt videoçəkilişi KTQ-nin inspektoru Sərxan İbrahimov aparmışdır. İlk öncə təhqiqatçı tərəfindən Qüdrət Kərimova üzərində qanunla qadağan olunmuş hər hansı əşya, predmet narkotik vasitə və.s olub-olmamasını soruşaraq əgər vardırsa təqdim etməsi təklif olunmuşdur. Bu zaman Qüdrət Kərimov əynindəki mavi rəngli şalvarın sağ yan cibinin içindəki kiçik cibdən 01 (bir) ədəd mavi rəngli siqaret kağınıza bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükümə nəzər saldıqda içərisində boz rəngli maddə olması aşkar olunmuşdur. Aşkar edilmiş həmin bükümdə olan maddə bükümlə birlikdə elektron tərəzidə çəkilmiş, bükümlə birlikdə çəkisi 1,21 qram olmuşdur. Şəxsi axtarış zamanı aşkar edilmiş həmin büküm götürülmüş və bir ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Zərfin ağzı kleylə bağlanaraq möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Qüdrət Kərimovun üzərindən aşkar edilmiş bükümdə olan maddənin nə olması soruşulduqda, o da üzərindən aşkar edilmiş bükümdəki boz rəngli maddənin narkotik vasitə kimi tanıdığı heroin maddəsi olduğunu və özü istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra müdafiəçi, Qüdrət Kərimov hər hansı etiraz və vəsatətinin olmadığını bildirmişdir. Müvafiq sənədləşmə aparılması üçün baxış sona çatmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid1 şahid qismində dindirilmiş Göyçay RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Göyçay RPŞ-nin CAB-m əməliyyat müvəkkili vəzifəsində işləyir. Göyçay rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması və üzərində daşıması barədə Göyçay RPŞ-nin əməliyyat aparatına daxil olmuş məlumat əsasında 15 dekabr 2023-cü il tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə başlanılmışdır. Həmin əməliyyat-axtarış tədbirinin keçirilməsində Göyçay RPŞ-nin CAB-m əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3la birlikdə iştirak etmişlər. Həmin gün saat 13:00-da Göyçay şəhəri Z.Bunyadov küçəsi ilə Y.kavalyov küçəsinin kəsişməsində Təqsirləndirilən şəxs görüb ona yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin vaxt Qüdrət Kərimovun üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirib, üzərinə şəxsi axtarış keçirilməsi üçün RPŞ-nə dəvət etmişlər. Bu zaman Qüdrət Kərimov onlara heç bir etiraz etmədən birlikdə rayon polis şöbəsinə gəlmişlər. Polis şöbəsinə gəldikdən sonra növbətçi hissənin qarşısında növbədə olan təhqiqatçı Qiyas Beybutov tərəfindən Qüdrət Kərimovun Müdafiəçi Ağəli oğlu ilə təmin olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra təhqiqatçı polis mayoru Qiyas Beybutov tərəfindən Qüdrət Kərimova hüquq və vəzifələrini izah etdikdən videoçəkiliş vasitəsi ilə Qüdrət Kərimovun üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Həmin vaxt videoçəkilişi KTQnin inspektoru Sərxan İbrahimov aparmışdır. İlk öncə təhqiqatçı tərəfindən Qüdrət Kərimova üzərində qanunla qadağan olunmuş hər hansı əşya, predmet narkotik vasitə və.s olub-olmamasını soruşaraq əgər vardırsa təqdim etməsi təklif olunmuşdur. Bu zaman Qüdrət Kərimov əynindəki mavi rəngli şalvarın sağ yan cibinin içindəki kiçik cibdən 01 (bir) ədəd mavi rəngli siqaret kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükümə nəzər saldıqda içərisində boz rəngli maddə olması aşkar olunmuşdur. Aşkar edilmiş həmin bükümdə olan maddə bükümlə birlikdə elektron tərəzidə çəkilmiş, bükümlə birlikdə çəkisi 1,21 qram olmuşdur. Şəxsi axtarış zamanı aşkar edilmiş həmin büküm götürüldü və bir ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Zərfin ağzı kleylə bağlanaraq möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edildi və iştirakçılar tərəfindən imzalandı. Şəxsi axtarış zamanı Qüdrət Kərimovun üzərindən aşkar edilmiş bükümdə olan maddənin nə olması soruşulduqda, o da üzərindən aşkar edilmiş bükümdəki boz rəngli maddənin narkotik vasitə kimi tanıdığı heroin maddəsi olduğunu və özü istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra müdafiəçi, Qüdrət Kərimov hər hansı etiraz və vəsatətin olmadığını bildirmişdir. Müvafiq sənədləşmə aparılması üçün baxış sona çatmışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 13 oktyabr 2023-cü il tarixli, 9/7058 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza təyini haqqında qərarda göstərilən ehtiyat hissələrinin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq 2023-cü ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablamaq yolu ilə təxminən -1997-ci il istehsallı, “Qazel” markalı avtomobilin işlək vəziyyətdə olan 1 ədəd resoru 70 manat; Vaz 2107 markalı avtomobilin işlək vəziyyətdə olan 1 ədəd yayı 10 manat; Vaz 2107 markalı avtomobilin işlək vəziyyətdə olan 1 ədəd Dinamo yakrı 15 manat, 2002-ci il istehsallı Ford Transtit markalı avtomobilin işlək vəziyyətdə olan 1 ədəd feredo 80 manat, Vaz 2107 markalı avtomobilin işlək vəziyyətdə olan 1 ədəd feredosu 20 manat, 1998-ci il istehsalı olan BMV 328 markalı avtomobilin işlək vəziyyətdə olan 1 ədəd Starteri 120 manat, 30-40 ölçüləri arasında olan yük avtomobilin təmiri üçün 10 ədəd qayış açarı 80 manat olmaqla, cəmi dəyəri 395 manat müəyyən edilir. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 19 noyabr 2023-cü il tarixli 17/796 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi -1,189 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 01(bir) şüşə ampulanın içərisində olan cüzi miqdarda maddə hissəcikləri – heroin hissəcikləridir. Heroin hissəcikləri cüzi miqdarda olduğundan onların təmiz çəkisini müəyyən etmək mümkün olmadı. 01(bir) ədəd 3 ml-lik şpirisin içərisində narkotik vasitə qalıqları yoxdur. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi 1,189 qram, tədqiqata sərf edildi 0,050 qram, qalıq 1,139 qramdır. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 15 dekabr 2023-cü il tarixli 17/849 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş büküm 1(bir) ədəd..” sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə,təmiz çəkisi -0,928 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 0,928 qram, tədqiqata sərf edildi 0,050 qram, qalıq 0,878 qram. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin Gəncə regional ambulator şöbəsinin 11 yanvar 2014-cü il tarixli, 14 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsiinn təsiri altına düşmür və onun məcburi müalicəyə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 22 yanvar 2024-cü il tarixli 95 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarxidə MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Göyçay rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2,, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 03 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, hökm dəyişdirilərək CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 234.1, 66.2, 69.3-cü maddələri ilə 02 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış və Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4.9, 2.3, 9.3, 30-cu bəndlərinə əsasən cəzası 06 ay azaldılaraq, üzərinə qəti olaraq 02 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 10 ay 23 gün hissəsini çəkməkdən şərti olaraq vaxtında əvvəl azad edilmişdir. Göyçay rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin 7 (002)-1246/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs 10 ay 23 gün müddətini çəkmədkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, həmin qərar xx.xx.2022-ci il tarixdə Göyçay rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və məhkum Təqsirləndirilən şəxs həmin tarixdə probasiya qeydiyyatına alınmışdır. Məhkum Təqsirləndirilən şəxs cəzası xx.xx.2023-cü il tarixdə başa çatdığı üçün Göyçay rayon İcra və Probasiya Şöbəsində qeydiyyatdan çıxarılmışdır. Məhkəmə baxışı iclasında bir ədəd DVD diskə baxış keçirilmiş, müdafiəçinin iştirakı ilə xx.xx.2023-cü il tarixdə saat 11:03-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən 01(bir) ədəd sellofan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 15 dekabr 2023-cü il tarixdə saat 13:40-də üzərinə şəxsi axtarış keçirilərkən əynində olan mavi rəngli cins şalvarın sağ yan cibinin içərisində olan kiçik cibdən 1 ədəd tünd mavi rəngli siqaret kağızına bükülmüş kustar üsulla hazırlanmış narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülməsi müəyyən edilmişdir. Hüquqi məslələr: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsrə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrini rəhbər tutur. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin əvvəllər məhkum edilməsini, cəzasını çəkib qurtarmadan yenidən cinayət törətməsini,məhkumluğunun olmasını, qəsdin obyektinin mülkiyyət münasibətlərinin və narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini, cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hallar olduğunu, cinayətlərin residivini isə iş üzrə cəzasını ağırlaşdıran hal olduğunu nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən,xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 76.6.3-cü maddəsinə əsasən qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 17-ci bəndinə görə CM-in 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti da nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. İş üzrə obyektiv və subyektiv halların məcmusunu nəzərə alıb, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinin cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz tələbi nəzərə alınmaqla təqsirli bilindiyi CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 66.2-ci madəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza saxlanılmalı, CM-in 76.6.3-cü maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilərək,CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmuzu üzrə hazırki hökmlə təyin edilmiş cəzaya Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək təyin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə üzərində qəti olaraq saxlanılmış 02 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 10 ay 23 gün hissəsi qismən birləşdirilməklə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 2 gün və 15 dekabr 2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 05 ay 07 gün, ümumilikdə 05 ay 09 gün həbsdə saxlanılma müddəti ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Göyçay Rayon Polis Şöbəsində saxlanılan 0,878 qram və 1.139 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut – 8 ədəd ressorun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Ekspertiza tədqiqatlarının cəmi dəyəri 191,04 (yüz doxsan bir manat dörd qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməldir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraat dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə iclasında hüquqlarını 15 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 15 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 90 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilnərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 02 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 10 ay 23 gün hissəsini çəkməkdən şərti olaraq vaxtında əvvəl azad etmə ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə hazırki hökmlə təyin edilmiş cəzaya əvvəlki Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə üzərində saxlanılmış 02 il 05 ay 28 gün azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsi qismən birləşdirilərək qəti olaraq ona 04 (dörd) il 01 (bir) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 2 gün və 15 dekabr 2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 05 ay 07 gün, ümumilikdə 05 ay 09 gün həbsdə saxlanılma müddəti ona təyin edilmiş azadlqıdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti cəza olaraq 03 (üç) il, 07 (yeddi) ay 21 (iyirmi bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Göyçay Rayon Polis Şöbəsində saxlanılan 0,878 qram və 1.139 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 8 ədəd ressorun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatlarının cəmi dəyəri 191,04 (yüz doxsan bir manat dörd qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 15 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 90 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ**********0000002944, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №1(046)-22/2024
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-22/2024
22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver