Məhkəmə qərarları › İş №1(046)-23/2021

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-23/2021

14.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-23/2021 14.04.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, evli, himayəsində 3 azyaşlı uşağı olan, Göyçay rayonunun Kürd kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3, 221.2.1, 221.2.2, 221.3 və 326.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində 14 aprel 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs 23.08.2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 məxsus rəsmi sənədlər olan, 05.10.2015-ci il tarixdə Səyyar Asan1 xidmətindən verilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin, həmçinin 08.08.2015-ci ildə Göyçay rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ 057945 nömrəli nikah haqqında şəhadətnamənin üzərinə mürəkkəb qələmlə nalayiq sözlər yazaraq həmin sənədlərin birbaşa təyinatı üzrə istifadə edilməsini və ya onlardan istifadə olunmasını əhəmiyyətli dərəcədə cətinləşdirməklə zədələmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 01.09.2020-ci il tarixdə saat 21 radələrində orta dərəcəli sərxoş vəziyyətdə qayınatası Zərərçəkmiş şəxs3 yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə gələrək, heç bir əsaslı səbəb olmadan, ətrafda olan şəxslərin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyətilə, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran, həmçinin cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər edərək, yəni Ayşənə və ailə üzvlərinə qarşı ucadan nalayiq söyüşlər söyərək təpiklə həyətə giriş qapısını bir neçə dəfə vurmuş, bu zaman səs küyə küçəyə çıxan həyat yoldaşı Zərərçəkmiş şəxs1 üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib silah qismində istifadə etdiyi və istintaq zamanı əldə edilməsi mümkün olmayan bıçaqla zərərçəkmişin sol qol nahiyəsindən bir neçə dəfə vuraraq ona, sol saidin yuxarı - orta 1/3-nin iç – arxa səthlərində dərinin epidermis qatının kəsikləri, sol bazunun aşağı 1/3-nin iç səthində qançır ilə nəticələnən sağlamlığına zərər vurmayan xəsarətlər yetirmiş, həmin vaxt onun Zərərçəkmiş şəxs1 bir neçə dəfə bıçaqla xəsarət yetirməsinin, həmçinin onu sakitləşdirərək bu cür qanunsuz hərəkətlərinin qarşısını almaq istəyən qayınanası Zərərçəkmiş şəxs2 ona mane olmaq istəməsini bəhanə edib, heç bir səbəb olmadan ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs2 müqavimət göstərməklə üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib silah qismində istifadə etdiyi bıçaqla Zərərçəkmiş şəxs2 sol qol nahiyəsindən iki dəfə vuraraq ona, sol bazunun yuxarı – orta – aşağı 1/3-nin yan səthində dərinin epidermis qatının kəsiyi, sol bazunun orta 1/3-nin iç səthində qançırla müşayət olunan sağlamlığına zərər vurmayan xəsarətlər yetirmiş, bundan sonra səs küyə hadisə yerinə toplaşmış ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq edib daha da aqressiv formada ucadan nalayiq söyüşlərini davam etdirməklə əvvəlcədən özü ilə gətirdiyi bir ədəd baltanı götürüb Zərərçəkmiş şəxs3 yaşadığı fərdi yaşayış evinin giriş qapısını və evin pəncərəsinin şüşəsini vurub qırmaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə etdiyi bıçaqla vətəndaşlar üzərində zor tətbiq olunması, həmçinin ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə, habelə zərərçəkmiş şəxsin cəmi 520 manat dəyərində olan əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 01.09.2020-ci il tarixdə saat 22 radələrində orta dərəcəli sərxoş vəziyyətdə Göyçay RMX-nın Publik hüquqi şəxsin X2 Yardım Stansiyasına gələrək başında olan xəsarətlə bağlı ona Göyçay RMX-da tibbi yardım göstərilə biləcəyini bildirən tibb işçilərinə qarşı heç bir səbəb olmadan ucadan nalayiq söyüşlər söyərək, ətrafda olan şəxslərin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyətilə, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran, həmçinin cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər edərək, şalvarının cibindən çıxardığı bir ədəd bıçaqla tibb işçilərinin üzərinə hücum etmiş, həmin zaman atası Şahid3 onun tibb işçilərinə qarşı hücum edib onlara xəsarət yetirmələrinə mane olmasına baxmayaraq, səs küyə hadisə yerinə toplaşmış ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq edib dahada azğın formada ucadan nalayiq söyüşlərini davam etdirməklə yumruqla TTTYS-nın inzibati binasının iki ədəd şüşlərini vurub sındıraraq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, habelə zərərçəkmiş şəxsin cəmi 35 manat dəyərində olan əmlakının zədələnməsi ilə müşayiət edilən təkrarən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 05.09.2020-ci il tarixdə saat 20 radələrində sərxoş vəziyyətdə Göyçay şəhəri Ə.Kərim küçəsində qayınatası Zərərçəkmiş şəxs3 və qayınanası Zərərçəkmiş şəxs2 Bababalar qızını görüb onlara yaxınlaşaraq, ona “yoldaşımı məndən ayıra bilməzsən”, “ərin Zərərçəkmiş şəxs3 arxayınsan?” deyib heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyətilə Zərərçəkmiş şəxs3 sifət nahiyəsindən kəllə ilə qəsdən bir dəfə vuraraq ona, hər iki gözün iç bucağından başlayaraq göz yuvaları altı və burun beli nahiyəsini əhatə edən qançır, burun sümüyünün az yerini dəyişmiş sınığı fonunda burun tənəffüsünün pozulması ilə müşahidə edilən, burun qanaxması ilə nəticələnən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin Məcəllənin 126cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vuran xəsarətlər yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3,221.2.1,221.2.2,221.3 və 326.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, Arvadı Ayşən ilə münasibətləri pozulduğundan 23.08.2020-ci il tarixdə Ayşənin şəxsiyyət vəsiqəsinin üzərinə və nikah haqqında şəhadətnamənin üzərinə mürəkkəb qələmlə nalayiq söyüşlər yazmış və şəkil çəkmişdir. Həmin şəxsiyyət vəsiqəsi ilə doğum haqqında şəhadətnaməni Ayşəngilə verməsi məqsədilə Ayşəngilin qonşuluğunda yaşayan Dilşada vermişdir. Bundan başqa 01.09.2020-ci il tarixdə saat 16 radələrində arvadı Ayşəngilin evinin önündən keçərkən Ayşənin dayısı oğlu Emin pəncərədən ona söyüş söymüşdür. Bir qədər sonra qaynı Ayxan onun yanına gələrək Emin və qardaşı Turalın onunla görüşəcəyini demiş, həmin zaman kağıza onların ünvanına nalayiq ifadə yazaraq Ayxanla onlara göndərmişdir. Həmin gün saat 19 radələrində Göyçay şəhəri ərazisində kafedə 5 bakal pivə içmiş, sonra isə evə gəlmişdir. Evdə olarkən balaca qızı Mədinəni atası Familin Ayşəngilə apardığını öyrənmiş, sonra qırmızı rəngli VAZ-2107 markalı taksi fəaliyyəti ilə məşğul olan Samirə məxsus avtomobillə Ayşəngilə getmişdir. Ayşəngilin yaşadığı evin həyətinə girib həyətdən bir ədəd balta götürmüş, həmin balta ilə Ayşənin dayısı oğlu Turalın üstünə hücum edərək əlində balta ilə onu vurmaq istəyəndə atası Famil onu tutub həyətdən çölə çıxarmışdır. Bundan sonra söyüşlər söymüşdür. Həmin zaman heç kəsin çölə çıxmadığını görüb əlindəki balta ilə həyətə giriş qapısını və pəncərəni vurub qırmışdır. Eyni zamanda ucadan nalayiq söyüşlərini davam etdirərək çölə çıxmalarını tələb etmişdir. Bu zaman onlar hamısı çölə çıxmış, həmin zaman Eminin əlində bel olmuşdur. Daha sonra əlindəki baltanı onlara tərəfə atmış, bu zaman Emin əlindəki bel ilə onun baş nahiyəsindən bir dəfə vurmuş və zərbədən yerə yıxılmışdır. Bundan sonra atası Famil yaxınlaşıb onu yerdən qaldırıb Samirin avtomobili ilə onu xəstəxanaya aparmışdır. Xəstəxanada TTTYS-nin binasının içərisinə girdikdən sonra yerə yıxılmış və uzanıqlı vəziyyətdə qalmışdır. Həmin vaxt tibb işçilərinin heç biri ona köməklik etmədiklərindən və başından qan axdığı üçün cibində olan bıçağı çıxarıb şüşələri sındırmaq istəmiş, lakin şüşələr sınmamışdır. Bu zaman əli ilə TTTYS-nin inzibati binasının iki ədəd pəncərəsinin şüşəsini yumruqla vuraraq sındırmışdır. Sonra isə atası Famil onu həmin taksi ilə Göyçay MRX-ya aparmışdır. Bundan başqa 05.09.2020-ci il tarixdə saat 20 radələrində Göyçay şəhəri, Ə.Kərim küçəsində yerləşən “Tac nar” adlanan kafede pivə içib bayıra çıxdıqda qayınatası Zərərçəkmiş şəxs3, qayınanası Mənzər və qızı Mədinənin getdiyini görmüşdür. Həmin zaman onlara yaxınlaşıb qayınatası Zərərçəkmiş şəxs3 qızını öpmək istədiyini bildirmiş, bu zaman qayınanası Mənzər ona nalayiq ifadə işlətmişdir. Eyni zamanda qayınatası Zərərçəkmiş şəxs3 onun üzərinə gəldikdə əsəbləşib Zərərçəkmiş şəxs3 sifətinə kəllə ilə bir dəfə vurmuşdur. Həmən vaxt qayınanası ona nalayiq söyüşlər söymüşdür. Zərərçəkmiş şəxslər Ayşəni və Mənzərəni bıçaqla vurub xəsarət yetirməmişdir. Törətdiyi əməldən peşmandır. İş üzrə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs3 göstərmişdir ki, 23.08.2020-ci il tarixdə Kamil onun qızına məxsus şəxsiyyət vəsiqəsini və evlilik şəhadətnaməsinin üzərinə nalayiq sözlər yazaraq onlara göndərmiş, eyni zamanda 01.09.2020-ci il tarixdə də Kamil bir ədəd kağız parçasına onların ünvanına nalayiq söyüşlər yazaraq onlara göndərmişdir. Həmin gün saat 20:45 radələrində Kamilin atası Famil nəvəsi Mədinəni onlara gətirmişdir. Həmin zaman Kamilin onlara göndərdiyi kağız parçasını Familə göstərmişlər. Aradan təxminən bir neçə dəqiqə keçdikdən sonra Kamil həyət qapılarına yaxınlaşıb bir neçə dəfə təpik vurub ucadan onlara qarşı nalayiq söyüşlər söyməyə başlamışdır. Qapını açıb çıxanda Kamilin sərxoş vəziyyətdə əlində bıçaq olduğunu görmüşdür. Bundan sonra Kamil onların ünvanına ucadan nalayiq söyüşlər söyərək heç bir səbəb olmadan əlindəki bıçaqla qızı Ayşənin üstünə hücum edib sol qolundan üç dəfə vurub xəsarət yetirmişdir. Həmin vaxt arvadı Mənzərə Kamilə sakitləşməsini bildirərək onun bu cür hərəkətlərinin və Ayşənə xəsarət yetirməsinin qarşısını almaq istəsə də, Kamil ona məhəl qoymamış, eyni zamanda Kamil Ayşənə xəsarət yetirdikdən sonra da Mənzərə onu sakitləşdirmək üçün bütün səylərini göstərsə də, Kamil heç bir səbəb olmadan Mənzərənin ünvanına ucadan nalayiq söyüşlər söyərək Mənzərənin də sol qolundan iki dəfə bıçaqla vurub xəsarət yetirmişdir. Kamil sakitləşməmiş, özü ilə əvvəlcədən gətirdiyi və qapının qarşısına küçədə qoyub saxladığı bir ədəd baltanı götürüb onların üstünə balta ilə hücum etmişdir. Həmin vaxt qaçıb içəri daxil olmuşlar. Lakin Kamil ucadan nalayiq söyüşlər söyərək onlara çölə çıxmalarını tələb edərək əlindəki balta ilə evin pəncərəsini və giriş qapısını vurub qırmışdır. Kamil onları balta ilə vura bilməyəcəyini görüb əlindəki baltanı onlar tərəfə atmış, lakin balta onlara dəyməmişdir. Həmin vaxt Kamil çox sərxoş vəziyyətdə olduğundan yerə yıxılmış və onun başı yerə dəyərək qanamışdır. Bundan sonra atası Famil onu taksi avtomobilə əyləşdirib xəstəxanaya aparmışdır. Bundan başqa 05.09.2020-ci il tarixdə saat 20 radələrində həyat yoldaşı Mənzərə ilə birlikdə mağazaya getmiş, həmin zaman Mənzərənin qucağında Ayşənin azyaşlı qızı Mədinə də olmuşdur. Ə.Kərim küçəsində Kamil sərxoş vəziyyətdə onlara yaxınlaşmış və həyat yoldaşı Mənzərə “yoldaşımı məndən ayıra bilməzsən”, “ərin Zərərçəkmiş şəxs3 arxayınsan?” deyib heç bir səbəb olmadan onun çiynindən tutub özünə tərəfə çevirib bir dəfə kəllə ilə sifət nahiyəsindən vurub xəsarət yetirdikdən sonra hadisə yerindən qaçıb getmişdir. Birinci hadisə zamanı Kamilin əlində olan bıçaq açılıb bağlanan bıçaq olmuş, lakin digər yerlərinə fikir verə bilməmişdir. Həmin bıçağı Kamil özü ilə aparmışdır. Baltanı isə onlara atanda götürüb evin həyətinə qoymuş, sonradan həmin balta təhqiqatçı tərəfindən həyətlərinə baxış zamanı təqdim edilmişdir. 01.09.2020-ci il tarixdə baş vermiş hadisə zamanı orada qızı Ayşən, arvadı Mənzərə, qohumları Emin və Tural, Kamilin atası Famil, qonşuları Sərxan, Dilşad və yol keçən şəxslər olmuşdur. Həmçinin həmin zaman hadisə zamanı səs küyə də həmin şəxslərlə bərabər, yol keçən tanımadığı təxminən 15-20 nəfər şəxslər toplaşmışdır. Həmin hadisə təxminən 30-40 dəqiqə davam etmişdir. 05.09.2020-ci il tarixdə baş vermiş hadisə zamanı isə orada yol keçən tanımadığı şəxslər olmuşdur. Kamilin hadisə zamanı balta ilə evininin pəncərəsini və qapısını sındırması nəticəsində ona cəmi 520 manat maddi ziyan dəymişdir.Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. İş üzrə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, 20.08.2020-ci il tarixdə qızı Ayşən ona zəng vurub əri Kamilin yenə də onu döydüyünü və gəlib onu aparmağını bildirmişdir. Bundan sonra həmin gün axşam radələrində Kamilin evinə getmiş, həmin vaxtı qızı Ayşənlə əri Kamilin mübahisə etdiklərini görmüş və mübahisə zamanı Kamil təpiklə Ayşənin sol ayaq nahiyəsindən vurmuşdur. Həmin vaxtı Ayşəni evə aparacağını demiş, Kamil bu zaman onun sağ qolumu sıxaraq onu çölə itələmişdir. Sonra isə Ayşənin iki azyaşlı uşaqları ilə birlikdə evə gəlmişlər. 01.09.2020-ci il tarixdə saat 17 radələrində evdə usta işləyən qardaşı oğlanları Emin və Tural həyətə düşüb ona yaxınlaşıb bir ədəd kağız parçasını verib Kamilin göndərdiyini bildirmişdirlər. Həmin zaman kağız parçasına baxdıqda görmüşdür ki, Kamil qızı Ayşənin, onun və qardaşı oğlanlarının ünvanına nalayiq söyüşlər yazmışdır. Bundan sonra DİN-nin 102 xidmətinə zəng vurub kürəkəni Kamilin onu döyməsi və öldürməklə hədələməsi barədə məlumat vermişdir. Həmin gün saat 20:45 radələrində qudası, yəni Kamilin atası Famil onların yaşadığı evə gəlmişdir. Famil Ayşənin azyaşlı qızı Mədinəni gətirmişdir ki, onu görsünlər. Kamilin onlara yazıb göndərdiyi və içərisində nalayiq söyüşlər olan həmin kağız parçasını göstərmişlər. Aradan təxminən 5 dəqiqə keçdikdən sonra Ayşənin baldızı Əzizə Həsənova zəng vurub bildirmişdir ki, Kamil əsəbli halda onlara gəlir. Aradan bir neçə dəqiqə keçdikdən sonra Kamil həyət qapısına bir neçə dəfə təpik vurub ucadan onlara qarşı nalayiq söyüşlər söyməyə başlamışdır. Qapıya çıxanda Kamilin sərxoş vəziyyətdə və əlində bıçaq olduğunu görmüşdür. Bundan sonra Kamil heç bir söz demədən və heç bir səbəb olmadan onların ünvanına ucadan nalayiq söyüşlər söyərək qızı Ayşənin üstünə hücum edib sol qolundan bir dəfə bıçaqla vurmuş, Ayşən özünü qorumaq istəsə də, eyni zamanda Kamilin qarşısına keçib ona sakitləşməsini və qızına xəsarət yetirməməsini bildirsə də, Kamil bıçaqla yenə də Ayşənin sol qolundan vurmuş, həmin vaxt nə qədər Kamilə mane olmaq istəsə də Kamil yenə də əl çəkməyərək Ayşəni bıçaqla sol qolundan üçüncü dəfə vurmuşdur. Bundan sonra yenə də Kamilə sakitləşməsini və bu cür hərəkətlərə yol verməməsini bildirib onun bu cür hərəkətlərinin qarşısını almaq üçün səy göstərsə də, Kamil Ayşənə xəsarət yetirdikdən sonra ondan aralanıb heç bir səbəb olmadan onun ünvanına ucadan nalayiq söyüşlər söyərək üstünə hücum edib bıçaqla iki dəfə sol qolundan vurmuşdur. Bundan sonra Kamil özü ilə gətirdiyi və qapının qarşısına küçədə qoyub saxladığı baltanı götürüb ucadan nalayiq söyüşlərini davam etdirməklə yenidən onların üstünə balta ilə hücum etmişdir. Həmin zaman onlar qaçdığından, Kamil əlində balta ilə yaşadığı evin pəncərəsini vurub sındırmış, aqressiv formada bu cür hərkətlərini davam etdirib həyətə giriş qapısını balta ilə vurub qırmışdır.. Eyni zamanda Kamil əlində balta ilə onun, qızı Ayşənin, əri Zərərçəkmiş şəxs3 və evdə usta işləyən qardaşı oğlanları Eminlə Turalın üstünə hücum etmiş, həmin vaxt qaçdıqlarından Kamil əlindəki baltanı onlar tərəfə atmışdır. Kamil həmin vaxt çox sərxoş vəziyyətdə olduğundan yerə yıxılmış, yerə yıxılan zaman Kamilin baş nahiyəsi qanamışdır. Famil taksi avtomobillə oğlu Kamili xəstəxanaya aparmışdır. Sonradan məlum olmuşdur ki, Kamil xəstəxanada da xuliqanlıq hərəkətlərini davam etdirərək xəstəxananın pəncərələrinin şüşlərini vurub sındırmışdır. Bundan başqa 05.09.2020-ci il tarixdə saat 20 radələrində həyat yoldaşı Zərərçəkmiş şəxs3la birlikdə şəhərə mağazaya gedərkən, həmin zaman Ayşənin azyaşlı qızı Mədinə də onun qucağında olmuşdur. MağZərərçəkmiş şəxs3n qayıdanda yolda Kamillə rastlaşmış, həmin vaxtı Kamil yenə də sərxoş vəziyyətdə onlara yaxınlaşıb ona “yoldaşımı məndən ayıra bilməzsən” demişdir. Eyni zamanda “ərin Zərərçəkmiş şəxs3 arxayınsan?” deyib həyat yoldaşı Zərərçəkmiş şəxs3 çiynindən tutub özünə tərəf çevirib bir dəfə kəllə ilə Zərərçəkmiş şəxs3 sifət nahiyəsindən vurub hadisə yerindən qaçıb getmişdir. Kamilin hadisə zamanı balta ilə evlərinin pəncərəsini və qapısını sındırması nəticəsində onlara ümumilikdə 520 manat dəyərində maddi ziyan vurmuşdur. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə iş üzrə zərərçəkmiş şəxs qismində ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs1 ifadəsindən görünür ki, Kamil ilə münasibətləri pozulduğundan 01.09.2020-ci il tarixdə saat 17 radələrində evlərində usta işləyən dayısı oğlanları Emin və Tural həyətə düşüb onlara demişlər ki, Kamil bir ədəd kağız parçası göndərib və həmin kağız parçasında onların ünvanına nalayiq söyüşlərlə təhqiramiz şər və böhtan xarakterli sözlər yazılıb. Bundan sonra anası DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermişdir. Həmin gün saat 20:45 radələrində qayınatası Famil qızı Mədinəni onlara gətirmiş, həmin zaman Familə oğlu Kamilin onlara yazıb göndərdiyi və içərisində nalayiq söyüşlər olan həmin kağız parçasını göstərmişlər. 5 dəqiqə sonra baldızı Əzizə Həsənova zəng vurub bildirmişdir ki, Kamil əsəbli halda onlara gəlir. Aradan bir neçə dəqiqə keçdikdən sonra Kamil həyət qapılarına bir neçə dəfə təpik vurub ucadan onlara qarşı nalayiq söyüşlər söyməyə başlamış, qapını açıb çıxanda görmüşlər ki, Kamil sərxoş vəziyyətdədir və əlində bıçaq var. Bundan sonra Kamil onların ünvanına ucadan nalayiq söyüşlər söyərək heç bir səbəb olmadan əlindəki bıçaqla onun üstünə hücum edib sol qolundan bir dəfə bıçaqla vurmuşdur. Ondan aralanmaq istəsə də Kamil yenə də onun sol qolundan bıçaqla vurmuş, Kamil hər dəfə ona xəsarət yetirmək istəyəndə anası Mənzərə ona mane olmaq istəsə də Kamil yenə də üçüncü dəfə bıçağın əl tutan hissəsinin arxa tin hissəsi ilə sol qolundan vurmuşdur. Eyni zamanda anası Kamilə sakitləşməsini və bu cür xuliqanlıq hərəkətlərinə son qoymasını, nalayiq söyüşlər söyməməsini və onlara hücum edib xəsarət yetirməməsini bildirərək onun qeyd olunan hərəkətləri etməsinə mane olmaq istəsə də, Kamil heç bir səbəb olmadan anası Mənzərənin ünvanına ucadan nalayiq söyüşlər söyərək anasının üstünə gedib sol qolundan iki dəfə bıçaqla vurub xəsarət yetirmişdir. Daha sonra Kamil sakitləşməyərək özü ilə əvvəlcədən gətirdiyi və qapının qarşısına küçədə qoyub saxladığı bir ədəd baltanı götürüb onların üstünə balta ilə hücum etmişdir. Həmin vaxt qaçıb içəri daxil olduqda, Kamil ucadan nalayiq söyüşlər söyərək çölə çıxmalarını tələb edərək əlindəki balta ilə evin pəncərəsini və giriş qapısını vurub qırmışdır. Eyni zamanda Kamil əlində balta ilə onun, anası Mənzərənin, atası Zərərçəkmiş şəxs3 və dayısı oğlanları Eminlə Turalın üstünə hücum edib balta ilə vurmaq istəmişdir. Kamil onları balta ilə vura bilməyəcəyini görüb əlindəki baltanı onlar tərəfə atmışdır. Həmin vaxt Kamil çox sərxoş vəziyyətdə olduğundan yerə yıxılmış və onun başı yerə dəyərək qanamışdır. Bundan sonra atası Famil onu taksi avtomobilə əyləşdirib xəstəxanaya aparmışdır. Bundan başqa 05.09.2020-ci il tarixdə saat 20 radələrində anası Mənzərə, atası Zərərçəkmiş şəxs3 və azyaşlı qızı Mədinə birlikdə mağazaya getmişdirlər. Onlar evə gəldikdən sonra ona məlum olmuşdur ki, Ə.Kərim küçəsində Kamil sərxoş vəziyyətdə onlara yaxınlaşıb anasına “yoldaşımı məndən ayıra bilməzsən”, “ərin Zərərçəkmiş şəxs3 arxayınsan?” deyib atası Zərərçəkmiş şəxs3 çiynindən tutub özünə tərəfə çevirib bir dəfə kəllə ilə sonuncunun sifət nahiyəsindən vurub xəsarət yetirdikdən sonra hadisə yerindən qaçıb getmişdir. Hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. İş üzrə zərərçəkmiş şəxsin nümayəndəsi qismində ifadə vermiş Nümayəndə göstərmişdir ki, 01.09.2020-ci il tarixdə saat 22 radələrində Göyçay rayon TTTYS-də işdə olarkən, Kamil həmin vaxt TTTYS-nin həyətinə VAZ 2107 markalı avtomobillə gəlmiş, həmin vaxt Kamilin sərxoş vəziyyətdə başından xəsarət aldığını görmüşdür. Kamilin atası Famil və sürücü onun qollarına girib Kamili ayaq üstə saxlamağa çalışarkən Kamilin atası Famil onlardan oğlu Kamilə tibbi yardım göstərilməsini xahiş etmişdir. Lakin Kamilin başından qan axdığına görə onun başına tikiş qoymaq lazım olduğundan Göyçay MRX-ya müraciət etməli olduqlarını bildirmişlər. Bu zaman Kamil heç bir əsaslı səbəb olmadan ucadan nalayiq ifadələr işlədərək digər tibb işçilərini təhqir etməyə başlamış, arxa sol cibindən bir ədəd qatlanan bıçaq çıxarıb inzibati binanın içərisinə daxil olaraq orada olan tibb işçilərinin üzərinə doğru gedib həmin bıçaqla onları vurmaq istəmişdir. Lakin atası Famil onu tutub saxlamış, atası Famil Kamili çölə çıxarmış, lakin Kamil yenə də ucadan nalayiq söyüşlər söyməyə davam etdi və inzibati binanın iki ədəd pəncərəsinin şüşəsini yumruqla vuraraq sındırmışdır. Bundan sonra Kamilin atası Famil onu gəldikləri taksi avtomobilinə əyləşdirib aparmışdır. Hazırda Göyçay rayon TTTYS-yə dəymiş ziyan Kamil tərəfindən ödənilmişdir. Buna görə də təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. İş üzrə şahid qismində ifadəsi elan edilmiş Şahid9 Zabit oğlunun ifadəsindən görünür ki, 01.09.2020-ci il tarixdə bibisigilin evində qardaşı Emin ilə işləyərkən, həmin gün saat 17 radələrində evin içərisinə kağız parçası atılmış, həmin kağız parçasını götürüb baxanda görmüşdür ki, Kamil onun, qardaşı Eminin, Mənzərənin və Ayşənin ünvanına nalayiq söyüşlər söymüşdür. Bundan sonra həmin kağız parçasını gətirib Mənzərə vermişdir. Bundan sonra bibisi Mənzərə DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermiş, həmin gün saat 20:45 radələrində Kamilin atası X1 gətirmişdir. 5 dəqiqə keçdikdən sonra Kamilin bacısı Əzizə Həsənova zəng vurub Kamil əsəbli halda ora gəldiyi bildirmişdir. Bir az sonra Kamil həyət qapısına bir neçə dəfə təpik vurub ucadan nalayiq söyüşlər söyməyə başlamış, qapını açıb çıxanda görmüşlər ki, Kamil sərxoş vəziyyətdədir və əlində bıçaq var. Bundan sonra Kamil əlindəki bıçaqla bibisi qızı Ayşənin üstünə hücum edib sol qolundan üç dəfə bıçaqla vurmuşdur. Bundan sonra bibisi Mənzərənin üstünə hücum edib iki dəfə sol qolundan vurub xəsarət yetirmişdir. Eyni zamanda Kamil Ayşənin və bibisi Mənzərənin ünvanına ucadan nalayiq söyüşlər söymüşdür. Daha sonra Kamil sakitləşməyərək özü ilə gətirdiyi bir ədəd baltanı götürüb onların üstünə balta ilə hücum etmişdir. Bu zaman qaçıb içəri daxil olmuşlar. Həmin zaman Kamil ucadan nalayiq söyüşlər söyərək çölə çıxmalarını bildirərək əlindəki balta ilə bibisigilin evinin pəncərəsini və giriş qapısını vurub qırmışdır. Bundan sonra Kamil əlindəki baltanı onlar tərəfə atmışdır. Lakin balta onların heç birinə dəyməmiş, Kamil sərxoş vəziyyətdə olduğundan yerə yıxılmış və onun başı yerə dəyərək qanamışdır. Bundan sonra atası Famil onu taksi avtomobilə əyləşdirib xəstəxanaya aparmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 göstərmişdir ki, 01.09.2020-ci il tarixdə saat 21 radələrində evdə olarkən, küçədə səs küy, ucadan nalayiq söyüşlər eşitmiş, bundan sonra küçəyə çıxanda görmüşdür ki, qonşusu Zərərçəkmiş şəxs3 kürəkəni Kamil sərxoş vəziyyətdə əlində bıçaqla Ayşənin üstünə hücum etmiş, bıçaqla bir neçə dəfə onun sol qolundan, bundan sonra Ayşənin anası Mənzərənin üstünə hücum edib onun da sol qolundan bıçaqla vurub xəsarət yetirmişdir. Həmin zaman Kamilin atası Famil onu sakitləşdirmək istəmiş, lakin Kamil sakitləşməyərək daha da azğın formada ucadan Zərərçəkmiş şəxs3 ailə üzvlərinə qarşı nalayiq söyüşlər söyməklə çöldən bir ədəd baltını götürüb əlində balta ilə onların üstünə hücum etməyə başlamışdır. Bu zaman Zərərçəkmiş şəxs3 və ailəsi qaçmış, lakin Kamil əlində balta ilə onların həyət qapısını və evlərinin pəncərəsinin şüşəsini vurub qıraraq çölə çıxmalarını bildirmişdir. Həmin vaxt Kamil əlindəki baltanı onlara tərəf atmışvə sərxoş vəziyyətdə olduğundan öz ehtiyyatsızlığı nəticəsində yerə yıxılmışdır. Həmin zaman onun baş nahiyəsi qanamış, bundan sonra Kamilin atası Famil ona yaxınlaşıb onu yerdən qaldırıb avtomobillə xəstəxanaya aparmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid4 göstərmişdir ki, 01.09.2020-ci il tarixdə saat təxminən 22 radələrində Göyçay rayon TTTYS-də növbədə olarkən, həmin vaxtı TTTYS-nin həyətinə VAZ 2107 markalı, qırmızı rəngli taksi gəlmişdir. Bu zaman həmin taksidən Kamil düşmüş, həmin vaxtı Kamilin başından qan axmışdır. Həmin zaman Kamilin atası və taksi sürücüsü Kamilin qollarına girib onu ayaq üstə saxlamışlar. Famil həmin vaxtı onlardan oğlu Kamilə tibbi yardım göstərilməsini istəmiş, lakin Kamilin başından qan axdığına görə onun başına tikiş qoymaq lazım olduğunu, buna görə də Göyçay MRX-ya müraciət etməli olduqlarını bildirmişlər. Kamil bu zaman ucadan nalayiq ifadələr işlədərək onu və digər tibb işçilərini təhqir etməyə başlamış, sonra isə arxa sol cibindən bir ədəd qatlanan bıçaq çıxarıb inzibati binanın içərisinə daxil olmuş, sonra isə onun və orada olan tibb işçilərinin üzərinə doğru gedib həmin bıçaqla onları vurmaq istəmişdir. Lakin atası Famil onu tutub saxlamış, bir qədər sonra atası Famil Kamili çölə çıxarmış, lakin Kamil yenə də ucadan nalayiq söyüşlər söyməyə davam edərək inzibati binanın iki ədəd pəncərəsinin şüşəsini yumruqla vuraraq sındırmışdır. Məkhəmədə şahid qismində ifadə vermiş Şahid5 və Şahid6 Şahid4 ilə eyni məzmunlu ifadə vermişlər. İş üzrə şahid qismində ifadəsi elan edilmiş Şahid7 oğlunun ifadəsindən görünür ki, taksi fəaliyyəti ilə məşqul olur, 01.09.2020-ci il tarixdə axşam saat 21 radələrində Kamil ona yaxınlaşıb onu qayınatasıgilə aparmağını bildirmiş, onu qayınatası Zərərçəkmiş şəxs3 yaşadığı evə aparmışdır. Kamil avtomobildən düşüb qayınatası Zərərçəkmiş şəxs3 evinə girmiş, özü isə avtomobilin içərisində dayanmışdır. Bir az sonra Kamili atası Famil zorla darta-darta çölə çıxamrış, həmin zaman Kamilin əlində balta olmuş, ucadan nalayiq söyüşlər söyərək qayınatasının yaşadığı evə giriş qapısını balta ilə vurub qırmışdır. Eyni zamanda Kamilin arvadı, qayınanası, qayınatası və onlarda olan tanımadığı iki nəfər oğlanlar da küçəyə çıxmışlar. Kamil həmin zaman ucadan nalayiq söyüşlər söyərək əlindəki balta ilə onların üzərlərinə hücum etmiş, lakin atası Famil onu saxlamışdır. Bundan sonra atası Famil onu yerdən qaldırıb onun avtomobilinə əyləşdirmiş və birlikdə Göyçay RMX-nın TTTYS-na getmişdir. Orada Kamili avtomobildən düşürüb yerdə uzandırmış, bundan sonra Kamilin atası Famil həkimlərə yaxınlaşıb ona köməklik etmələrini bildirmiş, həkimlər Kamilin xəstəxanaya aparılmasını məsləhət görmüşlər. Bundan sonra Kamil yerdən qalxıb ucadan nalayiq söyüşlər söyərək TTTYS-nın iki ədəd şüşəsini əli ilə vurub sındırmışdır. Atası Famil isə güclə qoluna girib bir təhər gətirib onun avtomobilinə əyləşdirmiş və onu Göyçay RMX-na aparmışdır. Cinayət işinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizanın 03.09.2020-ci il tarixli 384 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində olan xəsarətlər – sol bazunun yuxarı – orta – aşağı 1/3-nin yan səthində dərinin epidermis qatının kəsiyi iti kənara malik kəsici əşyanın, sol bazunun orta 1/3-nin iç səthində qançır, küt-bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri 01.09.2020-ci il tarixinə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizanın 07.09.2020-ci il tarixli 385 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində olan xəsarətlər - sol saidin yuxarı - orta 1/3-nin iç – arxa səthlərində dərinin epidermis qatının kəsikləri, iti kənara malik kəsici əşyanın (əşyaların) təsirindən, sol bazunun aşağı 1/3-nin iç səthində qançır, küt-bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri 01.09.2020-ci il tarixinə uyğun gəlirlər və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizanın 08.09.2020-ci il tarixli 395 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədənində olan xəsarətlər – hər iki gözün iç bucağından başlayaraq göz yuvaları altı və burun beli nahiyəsini əhatə edən qançır, kütbərk əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən 05.09.2020-ci il tarixdə əmələ gəlmələri inkar edilmir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Burun sümüyünün az yerini dəyişmiş sınığı fonunda burun tənəffüsünün pozulması ilə müşahidə edilən burun qanaxması küt-bərk əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən 05.09.2020-ci il tarixdə əmələ gəlmələri inkar edilmir və dərəcəsinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya aiddilər. Məhkəmə-ekspertiza mərkəzindən alınmış 01 dekabr 2020-ci il tarixli 17/613 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd predmet zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici-çapıcı, digər tərəfi əzici xassəyə malik olan məişət-təsərrüfat təyinatlı baltadır, soyuq silah hesab edilmir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Cinayət işinə əlavə edilmiş Göyçay rayon Məhkəməsinin 21.09.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsin əvvəli 19.09.2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs 23.08.2020-ci il tarixdə 05.10.2015-ci il tarixdə Səyyar Asan1 xidmətindən verilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin, həmçinin 08.08.2015-ci ildə Göyçay rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ 057945 nömrəli nikah haqqında şəhadətnamənin üzərinə mürəkkəb qələmlə nalayiq sözlər yazaraq həmin sənədlərin birbaşa təyinatı üzrə istifadə edilməsini və ya onlardan istifadə olunmasını əhəmiyyətli dərəcədə cətinləşdirməklə zədələməsi, bundan başqa 01.09.2020-ci il tarixdə saat 21 radələrində orta dərəcəli sərxoş vəziyyətdə qayınatası Zərərçəkmiş şəxs3 yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə gələrək, heç bir əsaslı səbəb olmadan, ətrafda olan şəxslərin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyətilə, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran, həmçinin cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər edərək, yəni Zərərçəkmiş şəxs3 və ailə üzvlərinə qarşı ucadan nalayiq söyüşlər söyərək təpiklə həyətə giriş qapısını bir neçə dəfə vuraraq, bu zaman səs küyə küçəyə çıxan həyat yoldaşı Zərərçəkmiş şəxs1 üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib silah qismində istifadə etdiyi və istintaq zamanı əldə edilməsi mümkün olmayan bıçaqla Zərərçəkmiş şəxs1 sol qol nahiyəsindən bir neçə dəfə vuraraq ona, sol saidin yuxarı - orta 1/3-nin iç – arxa səthlərində dərinin epidermis qatının kəsikləri, sol bazunun aşağı 1/3-nin iç səthində qançır ilə nəticələnən sağlamlığına zərər vurmayan xəsarətlər yetirmiş, həmin vaxt onun Zərərçəkmiş şəxs1 bir neçə dəfə bıçaqla xəsarət yetirməsinin, həmçinin onu sakitləşdirərək bu cür qanunsuz hərəkətlərinin qarşısını almaq istəyən qayınanası Zərərçəkmiş şəxs2 ona mane olmaq istəməsini bəhanə edib, heç bir səbəb olmadan ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs2 müqavimət göstərməklə üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib silah qismində istifadə etdiyi bıçaqla Zərərçəkmiş şəxs2 sol qol nahiyəsindən iki dəfə vuraraq ona, sol bazunun yuxarı – orta – aşağı 1/3-nin yan səthində dərinin epidermis qatının kəsiyi, sol bazunun orta 1/3-nin iç səthində qançırla müşayət olunan sağlamlığına zərər vurmayan xəsarətlər yetirmiş, bundan sonra səs küyə hadisə yerinə toplaşmış ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq edib dahada azğın formada ucadan nalayiq söyüşlərini davam etdirməklə əvvəlcədən özü ilə gətirdiyi bir ədəd baltanı götürüb Zərərçəkmiş şəxs3 yaşadığı fərdi yaşayış evinin giriş qapısını və evin pəncərəsinin şüşəsini vurub qırmaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə etdiyi bıçaqla vətəndaşlar üzərində zor tətbiq olunması, həmçinin ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavitət göstərməklə, habelə Zərərçəkmiş şəxs3 Əvər oğlunun cəmi 520 manat dəyərində olan əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etməsi, 01.09.2020-ci il tarixdə saat 22 radələrində orta dərəcəli sərxoş vəziyyətdə Göyçay RMX-nın Publik hüquqi şəxsin X2 Yardım Stansiyasına gələrək başında olan xəsarətlə bağlı ona Göyçay RMX-da tibbi yardım göstərilə biləcəyini bildirən tibb işçilərinə qarşı heç bir səbəb olmadan ucadan nalayiq söyüşlər söyərək, ətrafda olan şəxslərin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyətilə, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran, həmçinin cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər edərək, şalvarının cibindən çıxardığı bir ədəd bıçaqla tibb işçilərinin üzərinə hücum edərək, həmin zaman atası Şahid3 onun tibb işçilərinə qarşı hücum edib onlara xəsarət yetirmələrinə mane olmasına baxmayaraq, səs küyə hadisə yerinə toplaşmış ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq edib dahada azğın formada ucadan nalayiq söyüşlərini davam etdirməklə yumruqla TTTYS-nın inzibati binasının iki ədəd şüşlərini vurub sındıraraq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, habelə TTTYS-nın cəmi 35 manat dəyərində olan əmlakının zədələməklə və 05.09.2020-ci il tarixdə saat 20 radələrində sərxoş vəziyyətdə Göyçay şəhəri Ə.Kərim küçəsində qayınatası Zərərçəkmiş şəxs3 və qayınanası Zərərçəkmiş şəxs2 Bababalar qızını ona “yoldaşımı məndən ayıra bilməzsən”, “ərin Zərərçəkmiş şəxs3 arxayınsan?” deyib heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyətilə Zərərçəkmiş şəxs3 sifət nahiyəsindən kəllə ilə qəsdən bir dəfə vuraraq ona, hər iki gözün iç bucağından başlayaraq göz yuvaları altı və burun beli nahiyəsini əhatə edən qançır, burun sümüyünün az yerini dəyişmiş sınığı fonunda burun tənəffüsünün pozulması ilə müşahidə edilən, burun qanaxması ilə nəticələnən Zərərçəkmiş şəxs3 həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vuran xəsarət yetirməklə Azərbaycan Respublikası CMnin 127.2.3, 221.2.1, 221.2.2, 221.3 və 326.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetir, ona həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olmasını, himayəsində üç azyaşlı uşağın olmasını, zərərçəkmiş şəxslərə dəymişz ziyanı ödəməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmadığını, ilk dəfə az ağır cinayət törətdiyini cəzasını yüngülləşdirilən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 127.2.3, 221.2.1, 221.2.2, 221.3 və 326.1-ci maddələrinin sanksiyası həddində Zərərçəkmiş şəxs3lıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni 19.09.2020-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi Zərərçəkmiş şəxs3lıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə və məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə 40 saat və məhkəmə iclasları dövründə isə hüquqlarını 10 saat cəmi 50 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 50 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 300 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 51.06 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan Göyçay RPŞ-nin MSSK-da saxlanılan 01 ədəd balta məhv edilməli, Zərərçəkmiş şəxs1 aid bir ədəd AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsi və bir ədəd AZ-İİ 057945 nömrəli nikah haqqında şəhadətnamə cinayət işin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347.2, 349, 351- 353,356, 358.2-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinib, 2 il müddətinə Zərərçəkmiş şəxs3lığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilinib, 01 il müddətinə Zərərçəkmiş şəxs3lığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-ci maddəsi ilə təqsirli bilinib, 2 il müddətinə Zərərçəkmiş şəxs3lığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 326.1-ci maddəsi ilə təqsirli bilinib, 06 ay müddətinə Zərərçəkmiş şəxs3lığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş Zərərçəkmiş şəxs3lıqdan məhrum etmə cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza olaraq 4 il 6 ay müddətinə Zərərçəkmiş şəxs3lıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni 19.09.2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Göyçay RPŞ-nin MSSK-da saxlanılan 01 ədəd balta məhv edilsin. Zərərçəkmiş şəxs1 aid bir ədəd AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsi və bir ədəd AZ-İİ 057945 nömrəli nikah haqqında şəhadətnamə cinayət işin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 51.06 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 50 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 300 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ013501**********2944, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Hökmün icrası maddi sübutlara və ekspertiza xərcinə dair hissədə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar