Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-23/2023 15.03.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Dövlət ittihamçısı2, Müdafiəçi, Təqsirləndirilən şəxs iştiraki ilə, xx.xx.1981-ci ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respulbikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, himayəsində iki yetkinlik yaşına çatmamış uşağı, Göyçay şəhəri, Şəhriyar küçəsi, ev 10, mənzil 28-də qeydiyyatda olan, Ucar rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3, 29,177.2.2 və 29, 177.2.3, 66.2 və 66.5-ci maddələri ilə 03 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X1 saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 27 fevral 2022ci il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs Nurəddin oğluna məxsus Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsi, dalan 1, ev 58-də yerləşən, saxlanc yeri hesab olunan fərdi yaşayış evinin həyətyanı sahəsinə həyət darvazasının üzərindən keçməklə daxil olub, fərdi yaşayış evinin örtülü vəziyyətdə olan, lakin kilidlənməmiş giriş qapısını açmaqla həmin evə qanunsuz daxil olaraq, oradan 150 manat dəyərində 01 ədəd 5 il müddətində istifadə olunmuş, 37 (94 sm) diaqonallı ekran ölçüsünə malik, “Samsung LE37C650L1W” markalı televizoru, 20 manat dəyərində 01 ədəd 3 il müddətində istifadə olunmuş, “Yupiter- YP516” markalı, DVB peyk aparatını və onun 9 metr uzunluğunda kabelini, 110 manat dəyərində 01 ədəd 30 ildən artıq istifadə olunmuş, SSRİ istehsalı olan 220V-50Hz parametrli, “ÇAYKA 132M” markalı patartikən maşını, 20 manat dəyərində 01 ədəd 3 il müddətində istifadə olunmuş, Çin istehsalı 300 MB ötürücülüyə malik, “tp-link TD-W 896 İN” markalı modern cihazını gizli yolla talamaqla Zərərçəkmiş şəxs 300 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 01 mart 2022-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs Nurəddin oğluna məxsus Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsi, dalan 1, ev 58-də yerləşən, saxlanc yeri hesab olunan fərdi yaşayış evinin həyətyanı sahəsinə həyət darvazasının üzərindən keçməklə daxil olub, fərdi yaşayış evinin örtülü vəziyyətdə olan, lakin kilidlənməmiş giriş qapısını açmaqla həmin evə qanunsuz daxil olaraq, oradan hər biri 380 manat dəyərində 02 ədəd hündürlüyü 215 sm, eni 80 sm, qalınlığı 4 sm, MDF materialdan hazırlanmış, istifadə olunmamış, uzunluğu 2,5 metr olan qapını, 20 manat dəyərində 01 ədəd 02 il müddətində istifadə olunmuş, Yaponiya istehsalı, 220-240V/50-60HZ 1350 W parametrli, “Geepas” markalı buxarlı ütü, 250 manat dəyərində 01 ədəd 15 il müddətində istifadə olunmuş, Yaponiya istehsalı, 240 volt output 850 parametrli, benzin mühərrikli, “SAWAFUJİ ELEMAX SH1000DX” markalı generatoru gizli yolla talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 1030 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilir. İş üzrə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərimişdir ki, xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Seymura məxsus Göyçay şəhəri M.Rəsulzadə küçəsində yerləşən evinə getmiş, darvazanın üstündən aşaraq həyətə daxil olmuşdur. Daha sonra evin 1-ci mərtəbəsində olan otağın qapısını açaraq oraya daxil olmuşdur. Qapı bağlı olsa da, kilidli olmamışdır. Otağa daxil olandan sonra orada bir neçə məişət əşyasının olduğunu görmüşdür. Otaqdan 1 ədəd “Samsung” markalı, plazma ekranlı televizoru, 1 ədəd modem cihazını, televizorun yanında olan markasını bilmədiyi peyk aparatını və həmin aparatın kabelini oğurlamışdır. Həmçinin zalın 1-ci mərtəbəsindəki pilləkənin altından 1 ədəd paltartikən maşını da oğurlamışdır. Darvazanı içəridən açaraq oğurladığı əşyaları küçəyə çıxartmışdır. Daha sonra darvazanı yenidən bağlamış və hasardan aşaraq həyətdən çıxmışdır. Bundan sonra R.İsayev küçəsi istiqamətində getmiş, həmin əşyaları taksi ilə yaşadığı evə aparıb gizlətmişdir. Bundan sonra Rafiq adlı tanışı ilə görüşüb, Rafiqdən borc pul istəmiş və girov kimi televizor verəcəyini bildirmişdir. Lakin Rafiq ona pulu olmadığını bildirmiş və İlham adlı tanışı ilə danışmağı təklif etmişdir. Rafiqlə birlikdə İlham adlı şəxslə görüşmüşlər. İlham ona verəcəyi pulu bir ay ərzində qaytarmasa televizoru verməyəcəyini bildirmiş, razılaşmış və İlham ona 240 manat pul vermişdir. Televizoru İlhama vermişdir. Bundan sonra metal alverçisi olan Habilə özündə olan paltartikən maşını təklif etmişdir. Habil də onunla razılaşmış və ona 30 manata Habilə satmışdır. xx.xx.2022-ci il tarixdə saat 20 radələrində eyni qaydada Seymurun evinə təkrar daxil olmuşdur. Bu dəfə isə evin 1-ci mərtəbəsindəki zaldan 1 ədəd ütünü, evin 2-ci mərtəbəsindəki eyvandan isə 2 ədəd qapını oğurlamışdır. Həmçinin həyətin darvazasının yaxınlığındakı hamamdan 1 ədəd işıq generatorunu oğurlamışdır. Eyni qaydada, yəni darvazanı açaraq həmin əşyaları küçəyə çıxartmışdır. Sonra yenə də həyətə keçib darvazanı içəridən bağlamış və hasardan aşaraq küçəyə çıxmışdır. Yenə də taksi tapıb, həmin əşyaları gətirib, yaşadığı evin yaxınlığında gizlətmiş və Habilə zəng edərək generatoru təklif etmişdir. Habil də almaq istədiyini bildirmişdir. Oğurladığı generatoru gətirib, Habilə 40 manata satmışdır. Bir neçə gün sonra yenidən Habilə oğurladığı digər əşyaları, yəni 2 ədəd qapını, ütünü və modem cihazını təklif etmişdir. Həmin vaxt Habil ona evdə olmadığını, onun həmin əşyaları Habilin yaşadığı evə aparmağını və gəlib baxacağını bildirmişdir. Taksi ilə 2 ədəd qapını, ütünü və modem cihazını satmaq üçün Habilin evinə getmişdir. Həmin əşyaları Habilə satmaq istəyəndə polis əməkdaşları oraya gəlmiş və onu saxlamışlar.Törətdiyi əməlindən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəmişdir. İş üzrə Zərərçəkmiş şəxs Nurəddin oğlu teleqram vasitəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs Nurəddin oğlu istintaq dövründə verdiyi ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi vardır. xx.xx.2022-ci il tarixdə oğlu Məhəmməd Göyçay şəhərinə getmişdir. Həmin gün axşam saat 21 radələrində Məhəmməd ona zəng edərək evə getdiyi zaman oradan televizor, modern, peyk aparatının və həmin aparatın kabelinin oğurlandığını aşkar etdiyini bildirmişdir. Bu barədə qardaşı Etibara zəng edərək məlumat vermiş və evə gedib baxmasını demişdir. Bir qədər sonra Etibar zəng edərək həqiqətən də evin zalında olan televizor, peyk aparatı, həmin aparatın kabeli və internet üçün modern cihazının, həmçinin evin pilləkənlərinin altında olan paltartikən maşının oğurlandığını bildirmişdir. Ertəsi gün, Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək oğurluq olması barədə şikayət etmişdir. Həmin gün axşam saat 21 radələrində oğlu Məhəmməd ona zəng edərək evdən təkrar oğurluq hadisəsinin baş verdiyini bildirmişdir. Məhəmməd bu dəfə evdən 2 ədəd qapının, onların bağlı paketdə olan çərçivələrinin, hamamda olan generatorun və otaqda 1 ədəd ütünün də oğurlandığını və bu barədə DİN-in 102 xidmətinə məlumat verdiyini bildirmişdir. Oğurlanmış televizor Samsung markalı, plazma ekranlı olmuş, diaqonal ölçüsünü dəqiq bilmir, təxminən 5-6 il əvvəl 1150 manata almış, hazırda dəyəri 400 manat, Modernin markası “TP Link” olmuş, təxminən 3 il əvvəl amış, dəyəri hazırda 35 manat, Peyk aparatının markasını bilmir, təxminən 3-4 il əvvəl almış, dəyəri hazırda 40 manat, Paltartikən maşın SSRİ istehsalıdır, “ÇAYKA 132 M” markalıdır və 30 ildən artıqdır ki, istifadədədir. Həmin paltartikən maşının dəyəri təxminən 100 manat, Ütünün markası “GEEPAS” olmuş, buxarlı ütü olmuş, təxminən 2 il əvvəl almışdır, hazırda dəyəri 40 manat, generator SAWAFUJİ ELEMAX SH1000DX” markalı, Yaponiya istehsalı olmuş, 15 il əvvəl almış, həmin vaxtdan onun özündədir və hazırda dəyəri 150 manat, qapılar MDF materialdan olmuş, 2022-ci ilin yanvar ayında almışdır, bir ədədini çərçivələri ilə birlikdə 380 manat, kabel isə 9 metr uzunluqda olmuş, dəyəri təxminən 10 manatdır. İş üzrə şahid qismində ifadə vermiş X2 göstərmişdir ki, qardaşı Seymur ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. Seymurun Göyçay şəhəri M.Rəsulzadə küçəsində yerləşən fərdi yaşayı evi vardır. xx.xx.2022-ci il tarixdə axşam saat 21 radələrində Seymurun oğlu Məhəmməd Bakı şəhərindən gəlmişdir. Məhəmməd yemək yedikdən sonra öz evlərinin açarını götürmüş və evə baxmağa gedəcəyini demişdir. Onların evi yaxın olduğuna görə təxminən 20 dəqiqə sonra Seymur ona zəng edərək evdən televizor, modern, peyk aparatı və həmin aparatın kabelinin oğurlandığını, bu barədə Məhəmmədin məlumat verdiyini bildirmiş, həmin evə getmişdir. Evin zalında olan televizor, peyk aparatı, həmin aparatın kabeli və internet üçün modern cihazı, həmçinin evin pilləkənlərinin altında olan paltartikən maşının oğurlandığını görmüşdür. Bu barədə Seymurla danışarkən Seymur ertəsi gün polisə şikayət edəcəyini bildirmişdir İş üzrə şahid qismində ifadə vermiş Şahid5 göstərmişdir ki, ailəsilə birlikdə Bakı şəhərində yaşayır. Eyni zamanda Göyçay şəhəri M.Rəsulzadə küçəsində yerləşən fərdi yaşayış evi vardır. xx.xx.2022-ci il tarixdə saat 21 radələrində evə baxmaq getmiş, həyətin darvazasının qapısını açarla açıb həyətə daxil olmuşdur. Daha sonra evin giriş qapısına yaxınlaşıb, qapını açmışdır. Evin giriş qapısının qıfılı xarab olduğu üçün açarla kilidlənməmişdir. Evə girəndən sonra isə orada olan televizor, modern, peyk aparatı və həmin aparatın kabelinin oğurlandığını görmüş, atası Seymura zəng edərək bu barədə bildirmişdir. Atası da əmisi Etibara məlumat vermiş və əmisi də oraya gəlmişdir. Əmisi gələndən sonra müəyyən etmişlər ki, həmçinin evin pilləkənlərinin altında olan paltartikən maşın da oğurlanmışdır. Atası Seymur polisə məlumat verəcəyini demişdir. Sonra onlar qapını bağlayıb evdən çıxmışlar. Atası da səhəri gün polisə şikayət edəcəyini demişdir. Səhəri gün, atası X4 Nazirliyinin 102 xidmətinə şikayət etmişdir. İş üzrə şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, ünvan 2 ünvanda ailəsilə birlikdə yaşayır. Yaşadığı evin həyətində metal alveri ilə məşğul olur. 2022-ci ilin fevral ayının sonlarında Nurlan ona zəng edərək özündə olan paltartikən maşını satmaq istədiyini bildirmişdir. Paltartikən maşını evinə gətirməsini bildirmiş, bir qədər sonra Nurlan yaşadığı evə gəlmiş və “ÇAYKA 132 M” markalı bir ədəd paltartikən maşını Nurlandan 30 manata almışdır. Bir qədər sonra Nurlan ona təkrar zəng edərək özündə olan generatoru satdığını bildirmiş və həmin generatoru da ona gətirməyini demişdir. Nurlan bir qədər sonra ona 1 ədəd “SAWAFUJİ ELEMAX SH1000DX” markalı generator gətirmişdir. Həmin generatoru 40 manata almağa razılaşmış və Nurlana 40 manat pul vermişdir. xx.xx.2022ci il tarixdə Nurlan ona zəng edərək özünə məxsus 2 ədəd qapını satmaq istədiyini bildirmişdir. Evdə olmadığını, qapıları yaşadığı evə aparmağını, özü də evə gələcəyini bildirmiş, yaşadığı küçəyə dönəndə Nurlan yaşadığı evin qapısının yanında dayanmış və qapıları gətirmişdir. Avtomobildən düşəndə polis əməkdaşları gəlmiş və Nurlanı saxlamışlar. Həmin vaxtı bilmişdir ki, Nurlan ona satdığı generatoru, paltartikən maşını və satmaq istədiyi 2 ədəd qapını oğurlamışdır. Cinayət işinə əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/2129 nömrəli rəyindən görünür ki, , 01 ədəd 5 il müddətində istifadə olunmuş, 37 (94 sm) diaqonallı ekran ölçüsünə malik, “Samsung LE37C650L1W” markalı televizorun qiyməti 150 manat, 01 ədəd 3 il müddətində istifadə olunmuş, “Yupiter-YP516” markalı, DVB peyk aparatının və onun 9 metr uzunluğunda kabelinin qiymət i20 manat, 01 ədəd 15 il müddətində istifadə olunmuş, Yaponiya istehsalı, 240 volt output 850 parametrli, benzin mühərrikli, “SAWAFUJİ ELEMAX SH1000DX” markalı generatorun qiyməti 250 manat, 01 ədəd 30 ildən artıq istifadə olunmuş, SSRİ istehsalı olan 220V-50Hz parametrli, “ÇAYKA 132M” markalı patartikən maşının qiyməti 110 manat, 02 ədəd hündürlüyü 215 sm, eni 80 sm, qalınlığı 4 sm, MDF materialdan hazırlanmış, istifadə olunmamış, uzunluğu 2,5 metr olan qapının bir ədədinin qiyməti 380 manat olmaqla 02 ədədi ümumilikdə 760 manat, 01 ədəd 02 il müddətində istifadə olunmuş, Yaponiya istehsalı, 220-240V/50-60HZ 1350 W parametrli, “Geepas” markalı buxarlı ütünün qiyməti 20 manat, 01 ədəd 3 il müddətində istifadə olunmuş, Çin istehsalı 300 MB ötürücülüyə malik, “tp-link TD-W 896İN” markalı modern cihazının qiyməti isə 20 manat dəyərində müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş Ucar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3, 29,177.2.2, 29, 177.2.3, 66.2 və 66.5-ci maddələri ilə 03 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 27 fevral 2022-ci il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs Nurəddin oğluna məxsus Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsi, dalan 1, ev 58-də yerləşən, saxlanc yeri hesab olunan fərdi yaşayış evinin həyətyanı sahəsinə həyət darvazasının üzərindən keçməklə daxil olub, fərdi yaşayış evinin örtülü vəziyyətdə olan, lakin kilidlənməmiş giriş qapısını açmaqla həmin evə qanunsuz daxil olaraq, oradan 150 manat dəyərində 01 ədəd 5 il müddətində istifadə olunmuş, 37 (94 sm) diaqonallı ekran ölçüsünə malik, “Samsung LE37C650L1W” markalı televizoru, 20 manat dəyərində 01 ədəd 3 il müddətində istifadə olunmuş, “Yupiter- YP516” markalı, DVB peyk aparatını və onun 9 metr uzunluğunda kabelini, 110 manat dəyərində 01 ədəd 30 ildən artıq istifadə olunmuş, SSRİ istehsalı olan 220V-50Hz parametrli, “ÇAYKA 132M” markalı patartikən maşını, 20 manat dəyərində 01 ədəd 3 il müddətində istifadə olunmuş, Çin istehsalı 300 MB ötürücülüyə malik, “tp-link TD-W 896 İN” markalı modern cihazını gizli yolla talamaqla Zərərçəkmiş şəxs 300 manat dəyərində maddi ziyan vurmaqla və bundan başqa təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 01 mart 2022-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs Nurəddin oğluna məxsus Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsi, dalan 1, ev 58-də yerləşən, saxlanc yeri hesab olunan fərdi yaşayış evinin həyətyanı sahəsinə həyət darvazasının üzərindən keçməklə daxil olub, fərdi yaşayış evinin örtülü vəziyyətdə olan, lakin kilidlənməmiş giriş qapısını açmaqla həmin evə qanunsuz daxil olaraq, oradan hər biri 380 manat dəyərində 02 ədəd hündürlüyü 215 sm, eni 80 sm, qalınlığı 4 sm, MDF materialdan hazırlanmış, istifadə olunmamış, uzunluğu 2,5 metr olan qapını, 20 manat dəyərində 01 ədəd 02 il müddətində istifadə olunmuş, Yaponiya istehsalı, 220-240V/50-60HZ 1350 W parametrli, “Geepas” markalı buxarlı ütü, 250 manat dəyərində 01 ədəd 15 il müddətində istifadə olunmuş, Yaponiya istehsalı, 240 volt output 850 parametrli, benzin mühərrikli, “SAWAFUJİ ELEMAX SH1000DX” markalı generatoru gizli yolla talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 1030 manat dəyərində maddi ziyan vurmaqla Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətdməsi tam sübuta yetir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir.Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməli etiraf etməklə səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinə olmadığını, himayəsində iki yetkinlik yaşına çatmamış uşağı olmasını cəzasını yüngülləşdirən hal kimi, eləcədə əməlində cinayətin residivi olmasını ağırlaşdıran hal kimi nəzərə alaraq ona təqsirləndirildiyi maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs, hazırki cinayəti Ucar rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən əvvəl törətdiyi müəyyən edildiyindən ona cinayətlərin məcmusu üzrə cəza təyin olunmalıdır.Belə olan halda CM-nin 66.2 və 66.5-ci maddələrinin tələbləri nəzərə alımaqla hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə Ucar rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla qəti olaraq cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən azadalıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Cəzasının əvvəli həbsə alındığı vaxtdan xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan 01 ədəd paltartikən maşın, 01 ədəd işıq generatoru, 01 ədəd ütü, 01 ədəd peyk aparatı, 01 ədəd televizor, 01 ədəd modern cihazı, 9 metr uzunluğunda kabel, 02 ədəd qapının Zərərçəkmiş şəxs Nurəddin oğluna qaytarıldığı nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərci 50 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351, 353, 381, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 2 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin olunmuş 2 il 06 ay azadlıqdan məhrum etmə cəzası ilə Ucar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(063)-46/2022 nömrəli hökmü ilə təyin olunmuş 3 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssiəsində çəksin. Cəzasının əvvəli həbsə alındığı vaxtdan xx.xx.2022-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə xərci 50 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №1(046)-23/2023
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-23/2023
15.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver