Məhkəmə qərarları › İş №1(046)-23/2025

Göyçay Rayon Məhkəməsi Qərar — İş №1(046)-23/2025

05.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 1(046)-23/2025 05.08.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 müdafiəçisi Müdafiəçi1, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X4 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X6 cinayət məsuliyyətinə cəlb edilməsinə və onun Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiya həddində azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 müdafiəçisi Müdafiəçi1 çıxış edərək xüsusi ittihamçı X3 məhkəməyə müraciət edərək bildirmişdir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X10 ilə barışmış, ona dəymiş ziyan tam ödənilmiş və Subhan Xəlilova qarşı heç bir şikayət və tələbi yoxdur. Buna görə də barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X10 barəsində olan iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X10 və onun müdafiəçisi Müdafiəçi2 ayrı-ayrılıqda çıxış edərək X2 göstərdiklərini qəbul etmiş, qərar çıxarılmasını məhkəmənin mülahizəsinə buraxmışlar. Məhkəmə iş materiallarını və tərəflərin çıxışlarını, həmçinin xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsinin şikayətdən imtina etmələri və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi ilə bağlı ərizəni nəzərə alaraq hesab edir ki, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətinə dair iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 41.7-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi yalnız zərər çəkmiş şəxsin iradəsindən asılıdır. Bu halda xüsusi ittiham qaydasında şikayət üzrə icraata məhkəmə tərəfindən xitam verilməlidir; 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır; 88.4 və 88.4.2-ci maddələrinə əsasən Xüsusi ittihamçı zərər çəkmiş şəxsin bütün hüquqlarından istifadə edir və onun vəzifələrini yerinə yetirir. Bundan başqa xüsusi ittihamçı bu Məcəllədə nəzərdə tutulmuş qaydada: cinayət təqibi üzrə icraatın hər hansı anında ittihamdan imtina etmək hüququndan istifadə edir; 103.5.2-ci maddəsinə əsasən təmsil etdiyi şəxsin razılığı ilə cinayət prosesinin istənilən anında ittihamdan imtina etmək hüquqlara malikdir. "Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 17-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibinə xitam həmçinin xüsusi ittihamçının irəli sürdüyü ittihamdan imtina etdiyi və ya üzrlü səbəblər göstərmədən təkrarən məhkəmə iclasına gəlmədiyi hallarda da verilir (CPM-nın 43.1.1 və 43.2-ci maddələri). “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 fevral 2009-ci il tarixli qərarına görə Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Beləliklə, məhkəmə X8 qarşı xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi ilə bağlı xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 ərizəsini, prosessual qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 xüsusi ittiham qaydasında şikayəti üzrə cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin: 381.1-ci maddəsinə əsasən birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada apellyasiya instansiyası məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. 381.2-ci maddəsinə əsasən Apellyasiya şikayətinin və ya apellyasiya protestinin verildiyi məhkəmələr: 381.2.2. Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəmələri istisna olmaqla rayon (şəhər) məhkəmələri tərəfındən çıxarılmış hökm və ya qərarlardan yurisdiksiya üzrə apellyasiya məhkəməsinin cinayət kollegiyasına; 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində aşağıdakı hallarda verilir: 384.1.3. cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi haqqında qərar çıxarıldıqda; Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.7 və 43.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 xüsusi ittiham qaydasında şikayəti üzrə cinayət təqibinə xitam verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar