Məhkəmə qərarları › İş №1(046)-24/2021

Göyçay Rayon Məhkəməsi Qərar — İş №1(046)-24/2021

23.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 1(046)-24/2021 23.02.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1961-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonu Şıxbəy kəndində qeydiyyatda olan və yaşayan,barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində xx xxxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 21 radələrində Göyçay rayon Şıxbəy kəndində yerləşən yaşadığı fərdi yaşayış evində aralarında yaranmış ailə münaqişəsi zəminində mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs bir dəfə yumruqla sağ qabırğa və bir dəfə sol kürək nahiyələrindən qəsdən vurduqdan sonra Zərərçəkmiş şəxs zərbələrin təsirindən yataqdan beli üstə yerə yıxılmış, nəticədə ona belin sağ aşağı hissəsində, sağ kürəkaltı nahiyədə, sol kürəkaltı və belin sol aşağı hissələri əhatə edən qançırlar ilə nəticələnən, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən, həmçinin sağ X qabırğanın arxa şöbəsinin az yerini dəyişmiş sınığı ilə nəticələnən, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vuran xəsarətlər vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 21 radələrində Göyçay rayon Şıxbəy kəndində yerləşən yaşadığı fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış ailə münaqişəsi zəminində Zərərçəkmiş şəxs bir dəfə yumruqla sağ qabırğa və bir dəfə sol kürək nahiyələrindən qəsdən vurduqdan sonra Zərərçəkmiş şəxs zərbələrin təsirindən yataqdan beli üstə yerə yıxılmış, az ağır xəsarət almışdır. Törətdiyi əməldən peşmandır. Hazırda Zərərçəkmiş şəxs ilə barışmış və ona dəymiş ziyanı ödəmişdir. Buna görə də cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadəsi vermiş Zərərçəkmiş şəxs göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 21 radələrində Göyçay rayon Şıxbəy kəndində yerləşən yaşadığı fərdi yaşayış evində əri Təqsirləndirilən şəxs ilə mübahisə zamanı Təqsirləndirilən şəxs onun bir dəfə yumruqla sağ qabırğa və bir dəfə sol kürək nahiyələrindən qəsdən vurmuş, çarpayıdan yerə yıxılmışdır. Hazırda əri Təqsirləndirilən şəxs ilə barışmış, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmişdir. Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Buna görə də məhkəmədən cinayət işinə xitam verilməsini xahiş etmişdir. Cinayət işinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 461 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər belin sağ aşağı hissəsində, sağ kürəkaltı nahiyədə və belin sol aşağı hissələri əhatə edən qançırlar, küt-bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixli əmələ gəlmələri inkar edilmir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Sağ X qabırğanın arxa şöbəsinin az yerini dəyişmiş sınığı, küt-bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixli əmələ gəlmələri inkar edilmir və dərəcəsinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır vurmaya aiddirlər. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödədiyini bildirərək ərizəsinin nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin xitama verilməsini xahiş etmişdir. Beləliklə tədqiq olunmuş sübutlara qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində göstərilən cinayət əməlini törətdiyi tam sübuta yetir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumuluğu yoxdur. Zərərçəkmiş şəxs oğlunun Təqsirləndirilən şəxs ilə barışması, ondan şikayət və tələbinin olmaması, eləcə də cinayət işinə xitam verilməsi barədə məhkəməyə təqdim etdiyi ərizəni nəzərə alan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə verilmiş ittiham üzrə cinayət təqibinə həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən xitam verilməli və cinayət məsuliyyətindən azad edilməlidir. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsində qeyd olunur ki, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43-cü maddəsində məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilməsinin əsasları sadalanmış və həmin əsaslardan biri kimi də həmin Məcəllənin 39-cu maddəsinin 11-ci bəndində nəzərdə tutulan cinayət qanunu müddəalarının qüvvəsi qeyd olunmuşdur. (Məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır.) Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə və məhkəmə iclaslarında hüquqlarını 8 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 08 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 48 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə verilmiş ittiham üzrə cinayət təqibinə xitam verilməli və o, həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.2, 43.3, 344, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə verilmiş ittiham üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş 8 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi oğluna 48 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Qərar elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, qərardan 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar