Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-24/2023 18.04.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, Dövlət ittihamçısı2, müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1, zərərçəkmiş şəxsin hüquqi varisi X4 və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə, xx.xx.1971-ci ildə Göyçay rayonunda anadan olmuş, evli, orta təhsilli, məhkum olunmamış, Göyçay rayon Cəyirli kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair, xx.xx.1995-ci ildə Göyçay rayonunda anadan olmuş, subay, orta təhsilli, Aznar QSC-nin Nar otelinin istixana müdiri vəzifəsində işləyən, məhkum olunmamış, Göyçay Natəvan küçəsi ev 28-də qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə saat 21:11-də sürücülük vəsiqəsi olmaqla ayıq vəziyyətdə etibarnamə əsasında idarə etdiyi “VAZ 21063” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobillə Göyçay şəhəri M.Hüseynzadə küçəsi ilə Göyçay rayon polis şöbəsi istiqamətində hərəkətdə olarkən «Təzə bazarın» qarşısına çatdıqda «Yol Hərəkəti» haqqında Azərbaycan Respublikası Qanununun 54- cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq nizamlanmayan piyada keçidinə yaxınlaşarkən avtomobilin sürətini hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi həddə qədər azaltmalı piyada keçidinə daxil olmuş piyadaya yol verməli və bundan sonra hərəkətin təhlükəsizliyinin təmin olunacağına əmin olaraq hərəkətini davam etdirməli olduğu halda bunu etməmiş, yolu piyada keçidi ilə soldan sağa keçən X7 idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə vuraraq yolun sağ hərəkət hissəsinə yıxmaqla sonuncuya posttravmatik şokla müşaiyət olunan döş qəfəsinin, çanağın, qarm boşluğunun küt travması ilə əlaqədar V, Vİ, Vİİ qabırğaların, sağ körpücük sümüyünün, V bel fəqərəsinin, oma, sağ oturaq və qasıq sümüklərinin sınıqları, alnın, qarnın ətrafların çoxsaylı sıyrıqları, başın alın-təpə nahiyəsinin dərialtı qansızması, ümümilikdə həyat üçün təhlükəli olan,ehtiyyatsızlıqdan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirilməklə, X5 ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törədib, yol hərəkəti qaydalarını pozmuşdur. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə saat 21:11-də sürücülük vəsiqəsi olmaqla ayıq vəziyyətdə, özünə məxsus idarə etdiyi “VAZ” 21074 markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Göyçay şəhəri M.Hüseynzadə küçəsi ilə Göyçay rayon polis şöbəsi istiqamətində hərəkətdə olarkən «Təzə bazarın» qarşısına çatdıqda «Yol Hərəkəti» haqqında Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq metereoloji şəraiti, hərəkətin intensivliyini, görmə şəraitini nəzərə almayaraq, hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməmiş, qarşısında hərəkətdə olan Təqsirləndirilən şəxs1 idarə etdiyi Vaz 21063 markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin yolu piyada keçidi ilə soldan sağa keçən X7 vuraraq yolun sağ hərəkət hissəsinə yerə yıxması nəticəsində Qorxmaz Vəliyevi idarə etdiyi VAZ” 21074 markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobillə sürüyərək X8 posttravmatik şokla müşaiyət olunan döş qəfəsinin, çanağın, qarın boşluğunun küt travması ilə əlaqədar V, Vİ, Vİİ qabırğaların, sağ körpücük sümüyünün, V bel fəqərəsinin, oma, sağ oturaq və qasıq sümüklərinin sınıqları, alnın, qarnın ətrafların çoxsaylı sıyrıqları, başın alın-təpə nahiyəsinin dərialtı qansızması, ümümilikdə həyat üçün təhlükəli olan,ehtiyyatsızlıqdan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirilməklə, X5 ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törədib, yol hərəkəti qaydalarını pozmuşdur. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs1 özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 21 radələrində etibarnamə əsasında idarə etdiyi Vaz 21063 markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobillə Göyçay şəhəri M.Hüseynzadə küçəsində yerləşən “təzə bazar” adlanan yerin qarşısında yaşadığı Göyçay rayon Cəyirli kəndi istiqamətində hərəkətdə olan zaman yolun avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş hissəsində piyada keçidi ilə X1 görmüş, X10 yolu sol hissədən sağ hissəsinə yəni “təzə bazar” adlanan yerdən “Kontakt home” mağazası istiqamətində olmuşdur. Piyada keçidində yeni addımlağa başladığı üçün oradan tez keçəcəyini düşünərək onun piyada keçidindən keçməsini gözləməmiş və avtomobilinin hərəkətini davam etdirmişdir. Piyada keçidinə yaxınlaşan zaman X10 idarə etdiyi avtomobilin sağ qabaq hissəsindən dəymişdir. Bundan sonra dərhal avtomobilini yolun kənarına çəkərək saxlamış, X8 yaxınlaşaraq köməklik etmək istəyən zaman arxada hərəkətdə olan Vaz 21074 markalı ** CM *** dövlət qeydiyyat nişanlı avtomobilin altında qalmasını görmüşdür. Bundan sonra Vaz 21074 markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 və ətrafda olan şəxslərin köməyi ilə X7 Kamranbəyin avtomobilinin qabaq alt hissəsindən çıxartmışlar. Qorxmaz Vəliyevi hadisə yerinə gələn təcili tibbi yardım avtomobilinə qoyaraq dərhal Göyçay RMX-ya gətirmişlər. Hadisə baş verən zaman avtomobilində qızı Şahid1, arvadı X11 və azyaşlı nəvəsi olmuşdur. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanı ödəmiş, onunla barışmışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs2 özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, xx.xx.2022- ci il tarixdə saat 21 radələrində özünə məxsus idarə etdiyi Vaz 21074 markalı ** CM *** dövlət qeydiyyat nişanlı avtomobillə Göyçay şəhəri M.Hüseynzadə küçəsində yerləşən “Bolluq” marketin qarşısında saxlayaraq çörək almaq üçün avtomobilindən düşmüşdür. Marketdən bazarlıq etdikdən sonra yenidən avtomobilinə əyləşərək M.Hüseynzadə küçəsi ilə hərəkətə başlamışdır. Natavan küçəsi istiqamətində hərəkətdə olarkən “təzə bazarın” qarşısına çatdıqda yerdə X5 avtomobilin altında süründüyünü görmüş, Qorxmaz Vəliyevi gördüyü anda avtomobilini dayandırmışdır. Bundan sonra dərhal avtomobildən düşərək kənarda olan şəxslərin köməyi ilə ön hissəsini qaldıraraq Qorxmazı avtomobilin qabaq alt hissəsindən çıxarmışdır. Bundan sonra dərhal 103 xidmətinə zəng edərək hadisə baş verən yerə təcili tibbi yardım çağırmış, təcili tibbi yardım avtomobilinə Qorxmaz Vəliyevi qoyduqdan sonra polis əməkdaşları ilə birlikdə Göyçay rayon polis şöbəsinə gəlmişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanı ödəmiş, onunla barışmışdır. İş üzrə zərərçəkmiş şəxs X5 hüquqi varisi X9 ifadə verərək göstərmişdir ki, X3 onun atasıdır. xx.xx.2022-ci il tarixdə saat 22 radələrində yaşadığı evdə olan zaman atasının yol nəqliyyat hadisəsi nəticəsində xəsarət aldığını eşidərək Göyçay RMX-ya getmiş, atasının vəziyyətinin yaxşı olmadığını görmüşdür. Atası bir neçə gün Göyçay rayon xəstəxanasında qaldıqdan sonra həkimlər müalicənin davam etdirilməsinin mümkünsüz olduğunu bildirirək atasını Bakı şəhərində müalicəsinin davam etdirilməsinin lazım olduğunu bildirmişlər. Atasını təcili tibbi yardım avtomobili ilə Bakı şəhərinə gətirmişlər. Atasını Bakı şəhərində yerləşən Respublika Klinik xəstəxanasına yerləşdirdikdənn sonra ilk günlər orada müalicə olunarkən səhhəti normal olmuşdur. Lakin son günlərdə atasının vəziyyəti pisləşməyə başlamış, həyatını xilas etmək mümkün olmamışdır. Hadisə zamanı ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən ödənilmişdir. Hazırda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində gösdərmişdir ki, Təqsirləndirilən şəxs1 onun atasıdır. xx.xx.2022-ci il tarixdə saat 21 radələrində atasının idarə etdiyi Vaz 21063 markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobillə onu işdən götürüb birlikdə yaşadıqları Göyçay rayon Cəyirli kəndinə gedən zaman Göyçay şəhəri, M.Hüseynzadə küçəsində yerləşən “Təzə bazar” adlanan yerin qarşısında hərəkətdə olan zaman anidən avtomobilin qabaq hissəsindən səs gəlmiş və atası yolu keçən X7 vurmuşdur. Bundan sonra atası dərhal avtomobilini yolun kənarına çəkərək avtomobilini saxlamışdır. Onlar avtomobildən düşən zaman arxada hərəkətdə olan Vaz 2107 markalı avtomobilin atasının vurub yerə yıxdığı X2 görmüşdür. Məhkəmədə şahid qismində ifadə Şahid2 ifadəsində gösdərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Elməddin Vahidovla qardaşı Təqsirləndirilən şəxs2 məxsus onun idarə etdiyi Vaz 2107 markalı ** SM *** dövlət qeydiyyat nişanlı avtomobillə Göyçay şəhərindən yaşadıqları Göyçay şəhəri Natavan küçəsi istiqamətində hərəkətdə olan zaman Göyçay şəhəri “Avtobaza dairəsi” adlanan yerə çatdıqda Elməddin Vahidov və qardaşı Kamranbəy avtomobildən düşərək orada olan “Bolluq” marketə girmişlər. Bundan sonra Kamranbəy avtomobili işə salaraq yenidən Göyçay şəhəri M.Hüseynzadə küçəsi ilə hərəkətə başlamış, həmin yerdən təxminən 50 metr məsafədə uzaqlaşdıqdan sonra ani olaraq Kamranbəyin avtomobilini tormozlamasını görmüş, Kamranbəy avtomobili saxlamışdır. Onlar avtomobildən düşdükdən sonra avtomobilin altında X5 uzandığını görmüşlər. Dərhal avtomobilin qabaq hisssəsini qaldıraraq həmin şəxsi oradan çıxarmışlar. Bundan sonra hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardımın əməkdaşları gəlmişdir. X7 təcili yardım avtomobilinə qoyaraq Göyçay rayon xəstəxanasına yola salmışlar. Cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs2 “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətini təyin edən tibbi müayinəsinə dair xx.xx.2022-ci il tarixli 205 saylı protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 sipirtli içki qəbul etməmişdir. Cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs1 “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətini təyin edən tibbi müayinəsinə dair xx.xx.2022-ci il tarixli 206 saylı protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 sipirtli içki qəbul etməmişdir. Cinayət işinə əlavə edilmiş məhkəmə-tibbi xx.xx.2022-ci il tarixli 06/meş saylı rəyindən görünür ki, X5 bədəni üzərində aşağıdakı xəsarətlər vardır:
1. X5 ölümünə səbəb posttravmatik şokla müşaiyət olunan döş qəfəsinin, çanağın, qarın boşluğunun küt travması ilə əlaqədar 5,6,7-ci qabırğaların, sağ körpücük sümüyünün, 5-ci bel fəqərəsinin, oma, sağ oturaq və qasıq sümüklərinin sınıqları nəticəsində inkişaf edən böyrəklərin travmatik anuriyası, işeması və kəskin böyrək çatışmazlığı olmuşdur. 2.3.4.5 X6 posttravmatik şok, böyrəklərin travmatik anuriyası və işeması ilə müşayiət olunan döş qəfəsinin, çanağın, qarın boşluğunun küt travması ilə əlaqədar 5,6,7ci qabırğaların, sağ körpücük sümüyünün, 5-ci bel fəqərəsinin, oma, sağ oturaq və qasıq sümüklərinin sınıqları, alnın, qarnın ətrafların çoxsaylı sıyrıqları, başın alm-təpə nahiyəsinin dərialtı qansızması aşkar edilmişdir. Qeyd olunan xəsarətlər həyatı olub bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixinə uyğun gəlir, yol-nəqliyyat hadiəsi nəticəsində yarana bilərdilər və dərəcəsinə görə ümümilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanm əlamətlərinə malikdirlər. Xəsarətlərlə ölüm arasında bilavasitə səbəbli əlaqə vardır. Xəsarətlər qısa zaman kəsiyində yetirildiyindən və öz xarakterinə həyat üçün təhlükəli olan əlamətlərə malik olduğundan onları ayırmaq, hansı avtomobil tərəfindən yetirilmiş xəsarətlərdən ölümün baş verməsini təyin etmək mümkün deyildir. Belə ki, hər iki avtomobillə yetirilmiş xəsarət ölümə səbəb olmuşdur. Cinayət işinə əlavə edilmiş Məhkəmə - ekpertiza mərkəzinin 02 dekabr 2022-ci il tarixli 8/3109 nömrəli rəydən görünür ki, “Vaz 21063” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmçinin “Vaz 21074” markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış tədqiqatın dəyəri 85 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli 75 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 sürücülük hüquqları məhdudlaşdırılmamışdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə saat 21:11-də idarə etdiyi “VAZ 21063” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobillə Göyçay şəhəri M.Hüseynzadə küçəsi ilə Göyçay rayon polis şöbəsi istiqamətində hərəkətdə olarkən «Təzə bazarın» qarşısına çatdıqda «Yol Hərəkəti» haqqında Azərbaycan Respublikası Qanununun 54- cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq nizamlanmayan piyada keçidinə yaxınlaşarkən avtomobilin sürətini hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi həddə qədər azaltmalı piyada keçidinə daxil olmuş piyadaya yol verməli və bundan sonra hərəkətin təhlükəsizliyinin təmin olunacağına əmin olaraq hərəkətini davam etdirməli olduğu halda bunu etməmiş, yolu piyada keçidi ilə soldan sağa keçən X7 idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə vuraraq yolun sağ hərəkət hissəsinə yıxmaqla sonuncuya posttravmatik şokla müşaiyət olunan döş qəfəsinin, çanağın, qarm boşluğunun küt travması ilə əlaqədar V, Vİ, Vİİ qabırğaların, sağ körpücük sümüyünün, V bel fəqərəsinin, oma, sağ oturaq və qasıq sümüklərinin sınıqları, alnın, qarnın ətrafların çoxsaylı sıyrıqları, başın alın-təpə nahiyəsinin dərialtı qansızması, ümümilikdə həyat üçün təhlükəli olan,ehtiyyatsızlıqdan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirilməklə, X5 ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törədərək Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetir və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə saat 21:11-də idarə etdiyi “VAZ” 21074 markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Göyçay şəhəri M.Hüseynzadə küçəsi ilə Göyçay rayon polis şöbəsi istiqamətində hərəkətdə olarkən «Təzə bazarın» qarşısına çatdıqda «Yol Hərəkəti» haqqında Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq metereoloji şəraiti, hərəkətin intensivliyini, görmə şəraitini nəzərə almayaraq, hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməmiş, qarşısında hərəkətdə olan Təqsirləndirilən şəxs1 idarə etdiyi Vaz 21063 markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin yolu piyada keçidi ilə soldan sağa keçən X7 vuraraq yolun sağ hərəkət hissəsinə yerə yıxması nəticəsində Qorxmaz Vəliyevi idarə etdiyi VAZ” 21074 markalı, **- CM-*** dövlət qeydiyyat nişanlı avtomobillə sürüyərək X8 posttravmatik şokla müşaiyət olunan döş qəfəsinin, çanağın, qarın boşluğunun küt travması ilə əlaqədar V, Vİ, Vİİ qabırğaların, sağ körpücük sümüyünün, V bel fəqərəsinin, oma, sağ oturaq və qasıq sümüklərinin sınıqları, alnın, qarnın ətrafların çoxsaylı sıyrıqları, başın alın-təpə nahiyəsinin dərialtı qansızması, ümümilikdə həyat üçün təhlükəli olan,ehtiyyatsızlıqdan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirilməklə, X5 ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törədərək Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetir və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində qeyd edilmişdir ki törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə az ağır cinayət törətdiyini, hadisə zamanı vəfat etmiş şəxsin hüquqi varisi ilə barışdığını, dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan heç bir şikayəti və tələbinin olmadığını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi maddənin sanksiyası həddində sürücülük hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs1 ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə az ağır cinayət törətdiyini, hadisə zamanı vəfat etmiş şəxsin hüquqi varisi ilə barışdığını, dəymiş ziyanı ödədiyini,zərərçəkmiş şəxsin hüquqi varisinin ondan heç bir şikayəti və tələbinin olmadığını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasının ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi maddənin sanksiyası həddində sürücülük hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs2 ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilən və hökm qüvvəyə mindiyi zaman həbsdə olmayan məhkum icra məmurunun təqdim etdiyi müvafiq göstərişə əsasən müəyyən edilən vaxtda məntəqə tipli cəzaçəkmə müəssisəsinə şəxsən gəlməlidir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət prosesini həyata keçirən orqandan gizlənmədiklərini, məhkəmə baxışının normal gedişinə mane olmamadqılarını, ölmüş şəxsin hüquqi varisinin onlara qarşı heç bir tələb və şikayətinin olmamasını nəzərə alıb, barələrində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm icraya yönələnədək dəyişdirilmədən saxlanılmasını mümkün hesab edir. İş üzrə məhkəmə xərci olan 85 manat pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan “Vaz 21063” markalı, ** BL *** və Vaz 21074 markalı ** CM *** dövlət qeydiyyat nişanlı avtomobillərin saxlanması üçün sahibləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351, 353, 354 , 381, 384 -cü maddələrini rəhbər tutaraq məhkəmə
HÖKMETDİ:
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci olan 85 manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Hökmün icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: İbrahim Fəttahov