Məhkəmə qərarları › İş №1(046)-24/2024

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-24/2024

02.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-24/2024 02.04.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ saat 11.25-də Qurbanov Elçin Firudin oğlunun sədrliyi Qəniyev Nurlan Mehman oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili X5 iştirakı ilə, xx.xx.1976-cı il tarixdə Göyçay rayonu Qarayazı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Göyçay rayonu, Qarayazı kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən şəxsi istehlak miqdarından artıq miqdar hesab olunan, yəni təmiz çəkisi 6,47 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 08 dekabr 2023-cü il tarixdə saat 23:30 radələrində Göyçay RPŞ-nin PPXB-nün əməkdaşları tərəfindən Göyçay rayonu, Qarayazı kəndində yaşadığı evin yaxınlığında saxlanılıb ünvan 1 ünvanda yerləşən Göyçay RPŞ-yə gətirilmiş və 09 dekabr 2023-cü il tarixdə saat 00:25 dəqiqədə X4rşısında üzərində şəxsi axtarış keçirilən zaman əynində olan açıq yaşıl rəngli qış gödəkçəsinin sol yan cibindən 1 ədəd kibrit qutusunun içərisində təmiz çəkisi 6,47 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bildi, ifadə verərək göstərdi ki, Göyçay rayonu, Qarayazı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Yaşadığı kənddə mal qara saxlayaraq ailəsini dolandırır. Arabir narkotik vasitə olan marixuanadan istifadə edir. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Göyçay rayonu, Qarayazı kəndi ərazisində mal qara otararkən yerdən kibrit qutusunun içərisində narkotik vasitə olan marixuana tapmış və gələcəkdə istifadə etmək üçün götürmüşdür. Şahid1 Göyçay rayonu, Qarayazı kəndində onunla eyni küçədə qonşuluqda yaşayır, yoldaşlıq münasibətləri vardır. xx.xx.2023-cü il tarixdə saat 23:30 radələrində Qarayazı kəndində yaşadığı evin qarşısında qonşusu Münasiblə bir yerdə dayanıb söhbət edirmiş və həmin vaxt yerdən tapdığı kibrit qutusunun içərisində olan narkotik vasitə marixuana əynində olan qış gödəkçəsinin sol yan cibində olmuşdur. Onlar orada dayanan zaman PPX maşını küçəyə daxil olmuş və polis əməkdaşları avtomobili saxladıqda o, narahatlıq keçirmişdir. Polis əməkdaşları avtomobili saxlayıb düşərək onlara yaxınlaşdıqdan sonra özlərini təqdim edib onlara narkotik vasitə istifadə etməkdə şübhəli olduğunu bildirib polis şöbəsinə aparmışlar. Şöbədə ona hüquqlarını müdafiə etməsi üçün vəkil seçməyə şərait yaradılmış və o, təqdim edilən vəkillərin siyahısından hüquqlarını dövlət hesabına müdafiə etməsi üçün vəkil X1. Vəkil X8 dəvət olunaraq ona təqdim olunmuşdur.Bundan sonra şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun əynindəki açıq yaşıl rəngli qış gödəkçəsinin sol yan cibindən 1 ədəd kibrit qutusunda yaşımtıl rəngli kütlə aşkar edilmiş, həmin kütlə kibrit qutusunun içərisində elektron tərəzidə çəkilmiş və kibrit qutusu ilə birlikdə çəkisi 9,64 qram gəlmiş və zərfdə qablaşdırılaraq zərfin ağzı möhürlənib üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Əməlindən peşmandır. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Göyçay rayon X9 Bölməsinin baş təhqiqatçısı Şahid5 göstərdi ki, Göyçay rayonu, Qarayazı kənd sakinləri Şahid1 və Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 23:30 radələrində Göyçay RPŞ-nin PPXB-nün əməkdaşları Şahid2, Şahid3 və Şahid4 tərəfindən Göyçay rayonu, Qarayazı kəndində saxlanılıb Göyçay RPŞ-nə gətirilərək növbətçi hissəyə təhvil verilmiş, bundan sonra növbətçi hissədə tərəfindən hüquqları izah olunaraq dərhal Şahid1 vəkil Mətanə Həsənova, Təqsirləndirilən şəxs isə vəkil Nəzmi Qasımovla təmin olunmuş və şübhəli şəxs qismində saxlanılmışlar. xx.xx.2023-cü il tarixdə saat 00:25 dəqiqədə həmin şəxslərin üzərində şəxsi axtarış keçirilməsinə başlanmış, şəxsi axtarış zamanı ilk öncə Şahid1 üzərində şəxsi axtarış keçirilmiş, üzərindən pul əsiknazları və 1 ədəd Nokia markalı mobil telefon aşkar edilmiş, mobil telefon sübut əhəmiyyəti kəsb edə biləcəyi üçün götürülmüş, pul vəsaitləri isə sonuncuya qaytarılmış, lakin qanunla qadağan olunmuş hər hansı əşya aşkar olunmamışdır. Ardınca Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, sonuncunun əynində olan açıq yaşıl rəngli qış gödəkçəsinin sol yan cibindən kibrit qutusunun içərisində narkotik vasitə olan marixuana aşkar edilmiş, həmin narkotik vasitə kibrit qutusunun içərisində elektron tərəzidə çəkilmiş, çəkisi 9,64 qram gəlmişdir. Bundan sonra həmin narkotik vasitə tərəfindən qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən kütləni yerdən tapdığını, nə olduğunu bilmədiyini, narkotik vasitə istifadə etmədiyini bildirsə də, lakin tərəfindən izahatı alınarkən sonuncu narkotik vasitə istifadə etdiyini, üzərindən aşkar edilmiş narkotik vasitəni yerdən tapdıqdan sonra şəxsi istifadəsi üçün üzərində saxladığını, lakin şəxsi axtarış zamanı məsuliyyətdən yaxa qurtarmaq üçün üzərindən aşkar edilən kütlənin narkotik vasitə olduğunu bilmədiyini, nartkotik vasitə istifadə etmədiyini deməsini bildirmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Göyçay rayon Polis Şöbəsinin PPXB-nün tağım komandiri Şahid2 göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 21:00-dan xx.xx.2023-cü il saat 09:00-dək Göyçay RPŞ-nin PPXB-nün polis nəfərləri Şahid3 və Şahid4 ilə 5 nömrəli avtopatrul maşınında xidmətə təyin olunmuş, xx.xx.2023-cü il tarixdə saat 23:30 radələrində xidməti avtomobillə Göyçay rayonu, Qarayazı kəndində hərəkətdə olarkən 2 nəfər şəxsin küçədə dayanmasını, avtopatrul maşınını gördükdə narahatlıq keçirərək özlərini şübhəli aparmasını görmüş, həmin şəxslərin hərəkətlərindən narkotik vasitə istifadə edə biləcəklərini düşündükləri üçün avtomobili saxlayıb yaxınlaşaraq özlərini təqdim edib, həmin şəxsləri dəvət edib polis şöbəsinə gətirərək Növbətçi Hissəyə təhvil verib şəxsiyyətlərini müəyyən etmişlər. Həmin vaxt şəxslərin Təqsirləndirilən şəxs və Şahid1 olması müəyəyən olunmuşdur. Bundan sonra aidiyyatı üzrə araşdırma aparılması üçün raportla Şöbə rəhbərliyinə müraciət etmiş, baş təhqiqatçı Şahid5 tərəfindən araşdırma aparılaraq Təqsirləndirilən şəxs və Şahid1 hüquqları izah edildikdən sonra müdafiəçi dəvət etmək hüququ da izah edilmiş, həmin vaxt Şahid1 vəkil Müdafiəçi ilə, Təqsirləndirilən şəxs isə vəkil Nəzmi Qasımovla təmin edilmişlər. Ardınca həmin şəxslərin üzərində şəxsi axtarış keçirilməsinə başlanılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qış gödəkçəsinin sol yan cibindən kibrit qutusunun içərisində narkotik vasitə olan marixuana aşkar edilmiş, həmin narkotik vasitə kibrit qutusunun içərisində elektron tərəzidə çəkilmiş, çəkisi 9,64 qram gəlmişdir. Bundan sonra həmin narkotik vasitə qablaşdrılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitəni yerdən tapdığını bildirmişdir. Məhkəmə baxışında şahidlər Göyçay rayon Polis Şöbəsinin PPXB-nin polis nəfərləri Şahid3 və Şahid4 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirimişdir. Videoçəkilişdən görünür ki, müdafiəçi X5 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq saxlanılan narkotik vasitə, silah və döyüş sursatı, həmçinin cinayət xarakterli digər əşya və predmetlər varsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan qış gödəkçəsinin sol yan cibindən kibrit qutusunun içərisində narkotik vasitə olan marixuana aşkar edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 Bölməsinin 09 dekabr 2023-cü il tarixli, 17/833 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş..” sözləri adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kibrit qutusunda, təmiz çəkisi – 6,47 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qurudulmuş marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına daxildir. Tədqiqatda sərf olundu - 0,05 qram, qalıq - 6,42 qram. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri X2 Məcburi- Narkoloji tibbi yoxlamanın 26 fevral 2024-cü il tarixli, 345 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş şübhəli şəxsi tutma haqqında protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 09 dekabr 2023-cü il tarixdə, saat 00.15-də şübhəli şəxs qismində tutulmuş, 09 dekabr 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək saat 01.50 MSY-dən azad edilmişdir. Beləliklə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 6,47 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, həmin əməl isə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibini yaradır. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, qəsdin obyektinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə olaraq az ağır cinayət törətməsini,himayəsində bir azyaşlı uşağının olmasını, əməlindən peşman olmasını iş üzrə cəzasını yüngülləşdirən hallar olduğunu və iş üzrə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 69.3cü maddəsinə əsasən ibtidai istintaq zamanı faktiki olaraq 08 dekabr 2023-cü il saat 23.30da saxlanıldığı vaxtdan hesablanmaqla həbsdə saxlanılma müddəti nəzərə alınaraq azadlığın məhdudlaşdırılması növündə cəzanın müddəti bir günə iki gün hesablanmaqla müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalı, üzərinə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Göyçay rayonu və müalicə olunacağı tibbi müəssisəsinin olduğu yerin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən Göyçay rayon İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq, narkomaniyadan məcburi müalicə kursu keçmək vəzifələrini yerinə yetirmək vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-cü maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,42 qram narkotik vasitə olan qurudulmuş marixuana Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən istifadə edilmiş videoçəkilişin köçürüldüyü 2 ədəd “DVD”disk cinayət işi materiallarında saxlanılmalıdır. Ekspertiza tədqiqatının dəyəri 35 manat 97 qəpik Azərbaycan Respublikası CPMnin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353,384-cü maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 1 gün həbsdə saxlanılma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla təyin edilmiş cəzadan 2 gün çıxılaraq qəti olaraq ona 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşadığı yer üzrə Göyçay rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Göyçay rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Üzərinə daimi yaşayış yeri olan Göyçay rayonu Qarayazı kəndində yerləşən fərdi yaşayış evini hər gün saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Göyçay rayonu və müalicə olunacağı tibbi müəssisəsinin olduğu yerin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Göyçay rayon İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq, narkomaniyadan məcburi müalicə kursu keçmək vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-cü maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,42 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 2 ədəd “DVD”disk cinayət işi materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının 35 manat 97 qəpik məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar