Məhkəmə qərarları › İş №1(046)-25/2023

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-25/2023

15.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-25/2023 15.03.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xabutov Elşən Aleksandr oğlunun katibliyi, Müdafiəçi2, Dövlət ittihamçısı2 oğlunun, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1984-cü il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Göyçay şəhəri, Nizami küçəsi, dalan 9, ev 6-da qeydiyyatda olan, Abşeron rayonu, Novxanı qəsəbəsində yaşayan, barəsində həbs qətiman tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan, 23 avqust 2019-cu il tarixdən hesablanmaqla 16 avqust 2010-cu il təvəllüdlü X2, 22 sentyabr 2012-ci il təvəllüdlü X5 və 12 iyul 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 100,00 manat, cəmi 300,00 manat sabit pul məbləğində aliment tutularaq X3 verilməsinə dair Göyçay Rayon Məhkəməsinin qanuni güvvəyə minmiş 2(046)-1438/2019 saylı, 25 sentyabr 2019-cu il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Göyçay Rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli, 3(046)-350/2019 saylı qərarı ilə Azərbaycan Respublikası İXM- nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə, həmin məhkəmənin 27 yanvar 2021-ci il tarixli, 3(046)- 22/2021 saylı qərarı ilə 08 gün inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 05 fevral 2021ci il, 02 aprel 2021-ci il və 02 iyul 2021-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 15 aprel 2022-ci il tarixinə kimi 8080 manat məbləğində aliment borcunu ödəməyərək zərərçəkmiş şəxs X3 maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-1438/2019 saylı, 25 sentyabr 2019-cu il tarixli qətnaməsinə əsasən ondan 23 avqust 2019-cu il tarixdən hesablanmaqla 16 avqust 2010-cu il təvəllüdlü X2, 22 sentyabr 2012-ci il təvəllüdlü X5 və 12 iyul 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 100,00 manat, cəmi 300,00 manat sabit pul məbləğində aliment tutularaq X3 verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra Göyçay rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İlk vaxtlar fasilələrlə ödəniş etsə də, sonradan aralarında münaqişə yarandığından ödəniş etməmişdir. Borcunu uzun müddət keçməsinə baxmayaraq tam şəkildə ödəmədiyindən icra məmuru tərəfindən məcburi icra tədbirlərinə başlanmışdır. Ona aliment borcunun ödənilməsi üçün könüllü müddət barədə bildiriş verilməsinə, dəfələrlə borcun ödənilməsi barədə xəbərdarlıqlar edilməyinə, Göyçay Rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli tarixli qərarına əsasən 10 gün, həmin məhkəmənin 27 yanvar 2021-ci il tarixli 08 gün müddətinə inzibati həbs edilməyinə, inzibati tənbehdən sonra yenidən könüllü müddət təyin olunaraq Azərbaycan Respublikası CM-nin 306.1 -ci maddəsilə nəzərdə tutulan məsuliyyəti izah edilməklə dəfələrlə xəbərdarlıq edilməyinə baxmayaraq, Azərbaycan Respublikası adından çıxarılmış qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini imkanının kifayət qədər olmadığından icra etməmişdir. Fərdi əmək fəaliyyəti ilə məşğul olmaqla, gündəlik 15,00-20,00 manat qazanc əldə edir. Cavabdehə olan aliment borcunu fərdi yaşayış evini satdıqdan sonra ödəyəcəkdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-1438/2019 saylı, 25 sentyabr 2019cu il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 23 avqust 2019-cu il tarixdən hesablanmaqla 16 avqust 2010-cu il təvəllüdlü X4, 22 sentyabr 2012-ci il təvəllüdlü X6 və 12 iyul 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 100,00 manat, cəmi 300,00 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə icra edilməsi üçün Göyçay Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Təqsirləndirilən şəxsə tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş icra məmuru tərəfindən adına olan əmlakın aşkar edilməsi məqsədilə müvafiq orqanlara sorğular edilmiş, akt tərtib edilməklə yaşadığı ünvanda əmlakına baxış keçirilmişdir. Qətnaməni icra etmədiyi üçün Göyçay Rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli inzibati qərarına əsasən 10 gün müddətinə, həmin məhkəmənin 27 yanvar 2021-ci il tarixli qərarına əsasən isə 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Hal-hazırda ona olan aliment borcunu ödəməkdən yayınır. Təqsirləndirilən şəxsdən şikayətçidir və onun barəsində qanuni tədbirlər görülməsini xahiş edir. Məhkəmədə şahid qismində ifadə vermiş Göyçay rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 göstərmişdir ki, Göyçay Rayon Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli, 2(046)-1438/2019 saylı qətnaməsinə əsasən 23 avqust 2019-cu il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs 16 avqust 2010-cu il təvəllüdlü X2, 22 sentyabr 2012ci il təvəllüdlü X5 və 12 iyul 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 100,00 manat olmaqla, cəmi 300,00 manat sabit pul məbləğində aliment tutularaq X3 ödənilməlidir. Borcun məcburi icrası üçün görülən tədbirlər nəticə verməmişdir. Təqsirləndirilən şəxs xəbərdarlıq olunaraq, icra sənədinin icrasını təmin etmək məqsədi ilə Göyçay rayon İcra və Probasiya Şöbəsinə gəlməsi tələb olunmuşdur. O, Şöbəyə gəlsə də aliment pulunu tələbkarın xeyrinə ödəməmişdir. Bu səbəbdən də onun izahatı alınmış və Göyçay Rayon Məhkəməsinin 3(046)-350/2019 saylı, 13 noyabr 2019-cu il tarixli qərarı ilə icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən icra etmədiyi üçün Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra təqsirləndirilən şəxs təkrarən şöbəyə çağırılmış, lakin üzrlü səbəb göstərmədən çağırışa gəlməmişdir. Bu səbəbdən də 12 iyun 2020-ci il tarixdə Təqsirləndirilən şəxs axtarılması haqqında qərar tərtib edilərək Göyçay rayon Polis Şöbəsinə göndərilmişdir. xx.xx.2020- ci il tarixində borclu Təqsirləndirilən şəxs saxlanılaraq Göyçay rayon icra və probasiya şöbəsinə gətirilmiş, onun izahatı alınmışdır. Təqsirləndirilən şəxs həmin vaxt tələbkarın xeyrinə 1020 manat nəğd şəkildə pul ödəmişdir. Bundan sonra təqsirləndirilən şəxs təkrarən şöbəyə çağırılmış, lakin üzrlü səbəb göstərmədən çağırışa gəlməmişdir. Bu səbəbdən də yenidən 21 dekabr 2020-ci il tarixdə borclu Təqsirləndirilən şəxs axtarılması haqqında qərar tərtib edilərək Göyçay rayon Polis Şöbəsinə göndərilmişdir. 27 yanvar 2021-ci il tarixində borclu Təqsirləndirilən şəxs saxlanılaraq Göyçay rayon icra və probasiya şöbəsinə gətirilmiş, onun izahatı alınmışdır. Göyçay Rayon Məhkəməsinin 3(046)-22/2021 saylı, 27 yanvar 2021- ci il tarixli qərarı ilə icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən icra etmədiyi üçün Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Göyçay rayon məhkəməsinin 07 iyul 2020-ci il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İnzibati tənbehdən sonra tələblə bağlı Təqsirləndirilən şəxs məsuliyyəti elan olunmaqla yeni müddət verilmişdir. Ancaq tələb yenə icra olunmamışdır. Görülən icra tədbirləri nəticəsində Təqsirləndirilən şəxs borclu olduğu 9600,00 manat puldan 1520,00 alınaraq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilmiş, 8080,00 manat ödənilməmiş aliment borcu qalmışdır. Borclu Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli, 2(046)-1438/2019 saylı icra vərəqəsini və qətnaməsini ona inzibati tənbeh tətbiq olunmasına və məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq icra etməməkdə davam etməklə həm də faktiki imkanlarından istifadə etməmişdir. Onun əməlində qərəzlilik müşahidə olunmuşdur. Həmçinin tələbkar Mədinə Hacıyevə 06 iyul 2021-ci il tarixdə ərizə ilə şöbəyə müraciət edərək borclu Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işinin başlanılması üçün təqdimat verilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün İstintaq İdarəsinə təqdimatla müraciət olunmuşdur. Cinayət işinə əlavə olunmuş Göyçay Rayon Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli, 2(046)-1438/2019 saylı qətnaməsinə əsasən 23 avqust 2019-cu il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs 16 avqust 2010-cu il təvəllüdlü X2, 22 sentyabr 2012ci il təvəllüdlü X5 və 12 iyul 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 100,00 manat olmaqla, cəmi 300,00 manat sabit pul məbləğində aliment tutularaq X3 verilməsi qət edilmişdir. Cinayət işinə əlavə olunmuş 05 fevral 2021 -ci il, 02 aprel 2021 -ci il və 02 iyul 2021-ci il tarixli xəbərdarlıq məktublarından, eyni zamanda Göyçay Rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli, 3(046)-350/2019 saylı və 27 yanvar 2021-ci il tarixli, 3(046)- 22/2021 saylı qərarlarından görünür ki, Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin qanuni güvvəyə minmiş 2(046)-1438/2019 saylı, 25 sentyabr 2019-cu il tarixli qətnaməsini qərəzli olaraq icra etməmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Göyçay rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Penitensiar Xidmətin Şəki Penitensiar müəssisəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-ci il tarixdə həbs edilmiş, xx.xx.2023-cü il tarixdə Penitensiar Xidmətin Şəki Penitensiar müəssisəsinə gətirilmişdir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan, 23 avqust 2019-cu il tarixdən hesablanmaqla 16 avqust 2010-cu il təvəllüdlü X2, 22 sentyabr 2012-ci il təvəllüdlü X5 və 12 iyul 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 100,00 manat, cəmi 300,00 manat sabit pul məbləğində aliment tutularaq X3 verilməsinə dair Göyçay Rayon Məhkəməsinin qanuni güvvəyə minmiş 2(046)-1438/2019 saylı, 25 sentyabr 2019cu il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Göyçay Rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli, 3(046)-350/2019 saylı qərarı ilə Azərbaycan Respublikası İXM- nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə, həmin məhkəmənin 27 yanvar 2021-ci il tarixli, 3(046)-22/2021 saylı qərarı ilə 08 gün inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 05 fevral 2021-ci il, 02 aprel 2021-ci il və 02 iyul 2021-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 15 aprel 2022-ci il tarixinə kimi 8080 manat məbləğində aliment borcunu ödəməyərək zərərçəkmiş şəxs X3 maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran halların olmamasını, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2023-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347.2, 349, 351- 353,356, 358.2-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökm təqdim olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar