Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-25/2025 07.05.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs Fərux oğlunun, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1986-cı ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respulikasının vətəndaşı, ali təhsilli, işsiz, məhkumluğu ödənilməmiş, evli, himayəsində bir azyaşlı uşağı olan, ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanının mövqeyinə əsasən, Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını xeyli miqdarda gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında yerləşən evdə heç kimin olmadığından əmin olaraq saxlanc yeri kimi istifadə edilən həmin evin zirzəmisinin qapısını açmaqla qanunsuz olaraq zirzəmiyə daxil olub orada olan 5 litr həcmli, latun materialdan hazırlanmış ümumi dəyəri 175 manat olan 01 ədəd samovarı gizli olaraq talayıb oğurlayaraq Zərərçəkmiş şəxs ümumilikdə 175 manat dəyərində maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən özgənin əmlakını xeyli miqdarda gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə xx.xx.2024-cü il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanında yerləşən evdə heç kimin olmadığından əmin olaraq həmin evin mətbəxtinin pəncərəsini əli ilə itələyib açmaqla qanunsuz olaraq evə daxil olub evin yataq otaqlarından birində olan saxlanc yeri kimi istifadə edilən və qapağı qıfıl ilə bağlı olan sandığın qapağını petlə hissəsindən sökərək həmin sandığın içərisində olan 4450 manat məbləğində nəğd pulu, həmin yataq otağında olan paltar dolabından ümumi dəyəri 300 manat olan 01 ədəd kişi gödəkcəsi, 140 manat dəyərində, pambıq materialdan hazırlanmış kişi alt paltarı dəsti (tuman, mayka, hamam tərliyi), dəyəri 50 manat olan 01 ədəd odikalon, dəyəri 50 manat olan 01 ədəd kişi cins şalvarı, dəyəri 90 manat olan 3 kiloqram təmiz bal, dəyəri 30 manat olan 1 kiloqram 500 qram inək yağını gizli olaraq talayıb oğurlayaraq Zərərçəkmiş şəxs ümumilikdə 5110 manat dəyərində maddi ziyan vurmuşdur. Buna görə də ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə ittiham irəli sürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, yaşadığı ünvan 4 ünvanda yerləşən atasına məxsus ev vardır. Həmin evin yerləşdiyi həyətdə həmçinin əmisi Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evi vardır. xx.xx.2024-cü il tarixdə təxminən saat 22 radələrində yaşadığı evin həyətində olan zaman əmisi Aruzun yaşadığı evə bitişik şəkildə inşa edilmiş anbar kimi istifadə edilən yarımçıq tikili olmasını görmüş, əvvəllər də həmin anbarda əmisi Aruza məxsus samovar olmasını bilmiş, buna görə də həmin samovarı götürüb gəzintidə istifadə etmək qərarına gəlmiş, həmin anbara daxil olan zaman qapısının qıfılı olmamış, orada olan 01 ədəd 5 litrlik samovarı götürmüşdür. Daha sonra həmin samovarı Göyçay şəhəri M.Hüseynzadə küçəsində yerləşən "Qardaşlar” marketə gətirmiş, marketin sahibi Hidayət adlı şəxsə verərək saxlamasını xahiş edib gəlib götürəcəyini söyləmişdir. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində küçəyə çıxmaq istəmiş, lakin öz evlərinin həyətinin giriş qapısından çıxmamışdır. Belə ki, onların evinin həyətinin giriş qapısı açılan zaman bərk səs etdiyi üçün atası yuxudan oyanırmış, buna görə də o, adətən əmisi Aruzgilin həyətinin giriş qapısından istifadə etmişdir. Həmin gün də o, əmisi Aruzgilin həyətinin giriş qapısından istifadə edərək küçəyə çıxmaq istəmiş, lakin əmisigilin həyətinin dəmirdən olan giriş qapısının açar vasitəsi ilə bağlı olmasını görmüş, bundan sonra o, əmisigilin evdə olmadıqlarını bilmişdir. Belə ki, əmisi Aruz gecə saatlarında həmişə evdə olduğu üçün o, əmisigilin Bakı şəhərinə getdiklərini düşünmüş, bundan sonra əmisi Aruza məxsus evdən oğurluq etmək qərarına gəlmişdir. Həmin vaxt saat təxminən gecə 00:00 radələrini keçmiş, lakin saatın dəqiq olaraq neçə olmasını bilməmiş, əmisi Aruzun yaşadığı evə yaxınlaşaraq onların həqiqətən də evdə olmadıqlarından əmin olduqdan sonra əmisi Aruzun evinin pilləkənin yanında olan evin mətbəxtinin pəncərəsinə yaxınlaşmışdır. Bu zaman pəncərənin açıq olduğunu, lakin pəncərəyə setka taxıldığını görmüş, bundan sonra ayağını divara dirəyərək pəncərəyə qalxmış və pəncərənin setkasını əli ilə itələyərək mətbəxə daxil olmuşdur. Daha sonra evin digər otaqlarına baxmaq üçün getmiş, lakin həmin vaxt evin otaqlarından birinin qapısı açarla bağlı olduğunu bilmiş və digər açıq olan otaqlara baxmaq qərarına gəlmişdir. Sonra isə əmisi Aruzun yataq otağına daxil olmuş, həmin vaxt otaqda qapısı qıfılla bağlı olan sandıq olmasını görmüş, buna görə də həmin sandığın içərisində pul və qiymətli əşyaların saxlandığını düşünərək həmin sandığın qapısını açmaq istəmiş, amma qıfılı qırmaq istəmədiyi üçün sandığın petləsini çıxararaq qapısını açmaq qərarına gəlmişdir. Yenidən evin mətbəxt hissəsinə qayıdaraq sandığın petləsini açmaq üçün alət axtarmış, bu zaman mətbəxt mebilinin çəkməcələrindən birində kəlbətin olmasını görmüş, elə həmin kəlbətini götürərək əmisinin yataq otağına geri qayıtmış, daha sonra həmin kəlbətindən istifadə edərək sandığın petləsini sökmək istəmiş, sandıq köhnə sandıq olduğu üçün taxtası qopmuş və qapağı açılmışdır. Daha sonra sandığın içərisində pal-paltar, ayaqqabı qutusunun birinin içini açdıqda içərisində 02 ədəd 200 manatlıq pul paçkası, 01 ədəd ABŞ doları paçkası, üzərində “lotareya” yazılmış 01 ədəd konvert və sellofan faylın içərisində qızıl-zinət əşyalarının olmasını görmüş və içərisindəki pulu saydıqda 4450 manat pul olmuşdur. Sonra 4450 manat pulu konvert ilə birlikdə cibinə qoymuş, sellofan faylın içərisində olan qızıl zinət əşyalarını açıb baxmış, orada çoxlu sayda qızıl-zinət əşyalarının olmasını görmüş, həmin qızıl əşyalarına baxan zaman çoxsunun əmisi oğlunun arvadına məxsus olduğunu bilmişdir. Belə ki, o həmin qızılları toyda əmisi oğlunun arvadında görmüş, qızılların hamısına bir-bir baxmış, lakin qızılları oğurlamaq fikirində olmadığı üçün onları yenidən sellofan fayla büküb sandığa qoymuşdur. Sonra həmin otaqda olan paltar dolabını açmış və 01 ədəd kişi gödəkcəsinin olmasını görərək həmin gödəkcəni geyinmişdir. Daha sonra mətbəxtin pəncərəsindən bayıra çıxmış, divardan aşaraq küçəyə keçmiş və birbaşa yoldan keçən taksilərdən biri ilə Bakı şəhərinə getmiş, sonra isə oğurladığı pullardan bir hissəsini Bakı şəhərində xərcləmişdir. Daha sonra isə Biləcəri qəsəbəsində olan zaman polis əməkdaşları ona yaxınlaşmış və Göyçay rayon polis şöbəsinə gətirmişdirlər. Törətdiyi əməlindən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyan atası İlham Qazıyev tərəfindən ödənilmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs əmisi Zərərçəkmiş şəxs məxsus samovarı oğurlamaq niyyəti ilə götürmədiyini, əmisinə məxsus yataq otağında olan sandığın içərisindən qızıl zinət əşyalarının olmasını gördüyünü, lakin onları oğurlamaq niyyəti olmadığı üçün onları götürmədiyini, sandığın içərisindən 4450 manat pulu, həmin otaqda olan paltar dolabını açaraq 01 ədəd kişi gödəkcəsini geyinərək oradan çıxdığını və başqa heç bir şey götürmədiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 07 sentyabr 2024-cü il tarixdə səhər 11 radələrində həyat yoldaşı Şahid1 ilə Bakı şəhərində yaşayan oğlunun evinə getmiş, həmin vaxt yaşadığı ev və həyətin giriş qapısını açarla bağlamışdır. Bir gün sonra, yəni 08 sentyabr 2024-cü il tarixdə günorta saat 14 radələrində yaşadıqları evə qayıtmışlar, həmin vaxt o, həyətin giriş qapısını açıb həyat yoldaşı Məlahəti evə düşürdərək işə qayıtmış, təxminən 1 saat sonra arvadı Məlahət ona zəng edərək yaşadığı evin yataq otağına naməlum şəxs daxil olaraq otaqdakı əşyaları dağıtmasını və eləcə də, həmin otaqda olan ağzı qıfıl ilə bağlı olan sandığın arxa hissəsinin sınıdırlmasını və sandıqda olan 4450 manat pulun oğurlanmasını bildirmişdir. Bundan sonra o, dərhal yaşadığı evə gəlmiş, evə qayıtdıqdan sonra həqiqətəndə sandığın qırılmasını görərək yaşadığı evdən oğurluq hadisəsi olmasından əmin olmuşdur. Daha sonra evindən 4450 manat pulun, qızılzinət əşyalarının və samovarın oğurlanması ilə bağlı Göyçay RPŞ-nə şikayət ərizəsi ilə müraciət etmiş, faktla bağlı cinayət işi üzrə istintaq aparılmışdır. İstintaqın gedişatı zamanı arvadı Şahid1 evdə olan zaman ona yaşadıqları evdən oğurlanmasını zənn etdikləri 1 ədəd qızıl üzük və 1 ədəd qızıl qolbağı evdən tapmasını bildirmiş, arvadı Məlahətdən bunun necə ola biləcəyini soruşmuş, arvadı Məlahət də ona qızılları adətən sandıqda saxladığını, lakin teztez istifadə etdiyi qızıl üzük və qızıl qolbağını sanığa qoymadığını, onları ayrıca olaraq özünə məxsus əşyaların yanında saxladığını, oğurluq hadisəsi baş verən zaman həyəcanlı olduğu üçün bunu xatırlaya bilmədiyini bildirmişdir. Sonradan arvadı Məlahət həqiqətən də həmin qızıl üzük və qızıl qolbağını ona təqdim etmiş, bundan sonra yaşadığı evdən qızıl üzük və qızıl qolbağı oğurlanmamasını bilmişdir. Bundan başqa evdən ona məxsus yataq otağında olan paltar dolabından və həmin sandıqdan pal-paltar da oğurlanmış, belə ki, ona məxsus paltar dolabında olan 01 ədəd kişi gödəkcəsi, pambıq materialdan hazırlanmış kişi alt paltarı dəsti, 01 ədəd adikalon, 01 ədəd kişi cins şalvarı, 3 kiloqram təmiz bal, 1 kiloqram 500 qram olan inək yağı, yaşadığı evin həyətində evə bitişik şəkildə inşa edilmiş saxlanc yeri kimi istifadə edilən köməkçi tikilidən isə 01 ədəd 5 litr tutumlu, latun materialdan hazırlanmış samovar oğurlanmasını bilmişdir. Ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında verilmiş suala cavab olaraq zərərçəkmiş şəxs istintaq vaxtı onun evindən götürülmüş 01 ədəd kişi gödəkcəsinin, pambıq materialdan hazırlanmış kişi alt paltarı dəstinin, 01 ədəd kişi cins şalvarının, 3 kiloqram təmiz balın və 1 kiloqram 500 qram olan inək yağının qiymətinin şişirdildiyini, onların qiymətinin qeyd olunduğu qədər olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Ağaəli qızı ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun əridir. Onlar birlikdə əri Zərərçəkmiş şəxs məxsus ünvan 5 ünvanında yerləşən evdə yaşayırlar. xx.xx.2024-cü il tarixdə təxminən saat 11 radələrində əri Zərərçəkmiş şəxs ilə birlikdə Bakı şəhərində yaşayan oğlunun evinə qonaq getmiş, xx.xx.2024-cü il tarixdə təxminən saat 14 radələrində yaşadığı Göyçay şəhərində yerləşən evə gəlmişlər, lakin əri Aruz evə daxil olmadan birbaşa işə getmişdir. Sonra o yaşadıqları evə daxil olmuş, bir qədər evi gəzdikdən sonra yataq otağına keçmiş, bu zaman evin dağınıq olduğunu, sandığın qapağının qırıldığını və içərisinin otağa dağıdıldığını görmüşdür. Buna görə də dərhal zəng edərək bu barədə əri Aruza məlumat vermiş, bundan bir neçə dəqiqə sonra əri Aruz yaşadıqları evə gəlmiş, bundan sonra həmin sandıqda saxladıqları ümumilikdə 4450 manat nəğd pul və 01 ədəd qızıl üzük və 01 ədəd qızıl qolbağın oğurlanmasını bilmişlər. Daha sonra evin digər otaqlarına baxmışlar, bu zaman mətbəxtin pəncərəsinin açıq olmasını görmüşdür. Əri Zərərçəkmiş şəxs polisə müraciət etmiş, bundan sonra polis əməkdaşları onların yaşadığı evə gələrək baxış keçirmişlər. Onlara məxsus evin yataq otağında olan sandıqdan ümumilikdə 4450 manat nəğd pul və ərinə məxsus paltar dolabında olan 01 ədəd kişi gödəkcəsi, pambıq materialdan hazırlanmış kişi alt paltarı dəsti, 01 ədəd adikalon, 01 ədəd kişi cins şalvarı, 3 kiloqram təmiz bal, 1 kiloqram 500 qram olan inək yağı, yaşadığı evin həyətində evə bitişik şəkildə inşa edilmiş saxlanc yeri kimi istifadə edilən köməkçi tikilidən isə 01 ədəd 5 litr tutumlu, latun materialdan hazırlanmış samovar oğurlanmasını bilmişlər. Onlar əvvəlcə evlərindən 01 ədəd qızıl üzük və 01 ədəd qızıl qolbağın oğurlanmasını zənn etmişlər, buna səbəb isə həmin qızıllar əşyaların sandıqda olan qızılların yanında olmaması olmuş, lakin oğurluq hadisəsi baş verdikdən bir neçə gün sonra evə baxan zaman ona məxsus oğurlanmasını zənn etdiyi qızıl üzük və qızıl qolbağı evdən tapılmış, bundan sonra bu barədə əri Zərərçəkmiş şəxs məlumat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Göyçay rayon polis şöbəsinin xx.xx.2024-cü il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. “Hadisə yerinə baxış və götürmə keçirilməsi barədə” 08 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evidir, Zərərçəkmiş şəxs evini təqdim edərək ona məxsus evdən oğurluq edən şəxsin evin mətbəxt hissəsinin pəncərəsindən evə daxil olduğunu, daha sonra ona məxsus yataq otağında olan sandıqdan pul və qızılları oğurladığını bildirmişdir. Hadisə yerinə baxış zamanı baş inspektor-kriminalist Sərxan İbrahimov tərəfindən hadisə yerindən bir neçə əlbarmaq izləri götürülmüşdür. Hadisə yerinin fotoşəkilləri çəkilmişdir. “Baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, X1 şəhəri Mehdi Hüseynzadə küçəsində yerləşən “Qardaşlar” mağazasını təqdim edərək əmisi Zərərçəkmiş şəxs məxsus evin saxlanc yerindən oğurladığı 01 ədəd samovarı həmin mağzada işləyən Hidayət adlı şəxsə saxlaması üçün vermiş, baxış zamanı həmin 01 ədəd samovar baxış keçirilərək götürülmüşdür. Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 725 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs EMOSİONAL DAVAMSİZ ŞƏXSİYYƏT POZUNTUSU, ÖZÜNÜKƏSMƏLƏRLƏ XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri kompensasiya (yaxşılaşma) mərhələsində olması səbəbindən o, öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırki ekspertiza zamanı da hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 12 dekabr 2024-cü il tarixli, 9/9470 saylı rəyində göstərilmişdir ki, normal vəziyyətdə olan 01 ədəd 5 litr həcmində olan latun materialdan hazırlanmış samovar - 175 manatdır. Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-13-11/2-10485/2024 saylı məktubdan görünür ki, xx.xx.2024-cü il tarixdə Göyçay şəhəri M.F.Axundzadə küçəsində yaşayan Zərərçəkmiş şəxs məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülümüş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmiş, müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədədi (ADİS-in məlumat bankına Göyçay RPŞ-dən daxil olan) xx.xx.1986-cı il tarixdə Göyçay rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin ovuc (sandıqdan üzərindən götürülmüş) əksi ilə eynilik müəyyən etmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə 177.2.2, 177.2.3-1 və 308-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 02 il 02 ay müddətinə azadlıqdan məhrum etmə və 800 manat cərimə cəzasına məhkum edilmiş, Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1 və 308-ci maddəsi ilə təqsirli bilinərək 01 il 07 ay 12 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus əl-barmaq izləri köçürülmüş 01 ədəd plyonka cinayət işinə əlavə edilmiş, 01 ədəd samovar və 850 manat saxlanılması üçün zərərçəkmiş şəxsə qaytarılmışdır. Göyçay rayon İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 800 manat cərimə cəzası xx.xx.2025-ci il tarixdə dövlət nəfinə ödənilmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməli, 129-cu maddənin İİİ bəndinə əsasən isə məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, sübutlar hərtərəfli, tam və obyektiv araşdırmaya əsaslanmaqla daxili inam görə qiymətləndirilməlidir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə bütün toplanmış sübutların məcmusuna görə cinayət işinin həlli üçün kifayət etməsi nöqteyi-nəzərdən qiymət verilməlidir. Sübutların yoxlanılmasında məqsəd onların mötəbərliyinin, yəni onlarda olan məlumatların cinayət işinin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktlara və hallara uyğun gəlib-gəlməməsinin müəyyən edilməsindən ibarətdir. Sübutların qiymətləndirilməsi şübhə doğurmayan həqiqi nəticələrə gəlinməsi ilə tamamlanmalıdır. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli Qərarının 38-ci bəndində göstərilmişdir ki, şəxs cinayət qanununun bir maddəsi ilə tövsif olunan bir neçə cinayətin və yaxud çox epizodlu cinayətin törədilməsində təqsirləndirilirsə (məsələn, bir neçə oğurluq və ya davam edən cinayətin bir neçə epizodu) və məhkəmə baxışı nəticəsində bunlardan bəziləri üzrə ittiham təsdiq edilmirsə, bu hallar cinayətin tövsifinin dəyişməsinə səbəb olmadıqda, məhkəmə ittihamın bu hissədə əsassız hesab edilməsi barədə nəticəni və gəldiyi qənaətin motivlərini hökmün təsviri-əsaslandırıcı hissəsində göstərir. Məhkəmə cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidin ifadələrini, o cümlədən iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə CM-in 177.2.4-cü maddəsilə verilmiş ittiham üzrə hissədə, yəni Zərərçəkmiş şəxs ümumilikdə 5110 manat zərər vurulması ilə bağlı ittiham üzrə ibtidai araşdırma zamanı kobud səhv və qanun pozuntularına yol verilmiş, ittiham mümkün hesab edilə bilməyən və qeyri mötəbər sübutlarla əsaslandırılmışdır. Qeyd olunanlara və həmçinin aşağıda sadalanan əsaslara görə Təqsirləndirilən şəxs həmin epizodla bağlı verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən həmin ittiham verilmiş ümumi ittihamdan xaric edilməlidir. Belə ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamdan müəyyən olunmuşdur ki, sonuncu Zərərçəkmiş şəxs məxsus evin yataq otaqlarından birində olan saxlanc yeri kimi istifadə edilən və qapağı qıfıl ilə bağlı olan sandığın qapağını petlə hissəsindən sökərək həmin sandığın içərisində olan 4450 manat məbləğində nəğd pulu, həmin yataq otağında olan paltar dolabından ümumi dəyəri 300 manat olan 01 ədəd kişi gödəkcəsi, 140 manat dəyərində, pambıq materialdan hazırlanmış kişi alt paltarı dəsti (tursa, mayka, hamam tərliyi), dəyəri 50 manat olan 01 ədəd odikalon, dəyəri 50 manat olan 01 ədəd kişi cins şalvarı, dəyəri 90 manat olan 3 kiloqram təmiz bal, dəyəri 30 manat olan 1 kiloqram 500 qram inək yağını gizli olaraq talayaraq, zərərçəkmiş şəxsə ümumilikdə 5110 manat miqdarında maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Məhkəmə istintaq zamanı Təqsirləndirilən şəxs verdiyi ifadəsində əmisi Aruza məxsus samovarı oğurlamaq niyyəti ilə götürmədiyini, əmisinə məxsus yataq otağında olan sandığın içərisindən qızıl zinət əşyalarının olmasını gördüyünü, lakin onları oğurlamaq niyyəti olmadığı üçün onları götürmədiyini, sandığın içərisindən 4450 manat pulu, həmin otaqda olan paltar dolabını açaraq 01 ədəd kişi gödəkcəsini geyinərək oradan çıxdığını və başqa heç bir şey götürmədiyini, daha sonra Bakı şəhərinə getdiyini, sonra isə oğurladığı pullardan bir hissəsini Bakı şəhərində xərclədiyini bildirmişdir. Halbu ki, ibtidai istintaq zamanı ittihamda qeyd olunan yəni oğurlanmış 01 ədəd kişi gödəkcəsini, pambıq materialdan hazırlanmış kişi alt paltarı dəstini, 01 ədəd odikalon, 01 ədəd kişi cins şalvarını, 3 kiloqram təmiz balı, 1 kiloqram 500 qram inək yağını satın alan şəxslər, həmçinin oğurlanmış əşyalar və məhsullar aşkar edilməmişdir. Eyni zamanda məhkəmə iclasında dindirilmiş iş üzrə zərərçəkmiş şəxs (oğurlanmış əşya və məhsulun qanuni sahibi) ibtidai istintaq orqanı tərəfindən evindən götürülmüş 01 ədəd kişi gödəkcəsinin, pambıq materialdan hazırlanmış kişi alt paltarı dəstinin, 01 ədəd kişi cins şalvarının, 3 kiloqram təmiz balın və 1 kiloqram 500 qram olan inək yağının qiymətinin şişirdildiyini, onların real qiymətinin qeyd olunduğu qədər olmadığını bildirmişdir. Məhkəmə qənaətinə görə ibtidai araşdırma orqanı tərəfindən qeyd edilən ittihamla bağlı maddi sübutların əldə edilməməsi, şahidlərin müəyyən edilməməsi də həmin epizodla bağlı ittihamın həqiqiliyinə şübhələr yaradır. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-in 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Oxşar məsələni bölüşən CPM-in 145.3-cü maddəsində göstərilir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Oxşar hüquqi mövqedə olan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege, Habordo İspaniyaya qarşı işində qeyd edilmişdir ki, təqsirsizlik prezumsiyası prinsi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsinə görə oğurluq əməli xeyli miqdarda ziyan vurmaqla törədildiyi halda yaranır. Maddənin Qeyd hissəsinə görə bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Təsvir olunanlardan görünür ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə, yəni oğurluq əməli xeyli miqdarda ziyan vurmaqla törədildiyi qənayətinə gələrkən sübutların tədqiqinə və qiymətləndirilməsinə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146cı maddələrinin tələblərinə əməl etməmişdir. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs CM-in 177.2.4-cü maddəsilə verilmiş ittiham üzrə hissədə, yəni Zərərçəkmiş şəxs ümumilikdə 5110 manat zərər vurulması ilə bağlı ittiham üzrə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına yalnız şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsində qeyd olunur ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2.7-ci maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.4-cü maddəsilə verilmiş ittiham, yəni Zərərçəkmiş şəxs ümumilikdə 5110 manat miqdarında maddi ziyan vurmaqla oğurluq cinayətini törətməsinə dair müddəa xaric edilməlidir. Təqsirləndirilən şəxs törədilən cinayət əməlində özünü qismən təqsirli bilməsinə dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, həmin dəlillər işin faktiki müəyyən olunmuş halları ilə təkzib olunur. Məhkəmə təqsirləndirilən şəxsin oğurluq etmədiyi, Aruza məxsus anbarın qapısının qıfılı olmadığını, gəzintidə istifadə etmək üçün anbarda olan samovarı götürdüyü kimi dəlillərinə münasibətdə qeyd edir ki, oğurluq obyektiv cəhətdən özgənin əmlakını gizli talamada ifadə olunur. Oğurluq zamanı təqsirkar zor tətbiq etmir, öz vəzifə səlahiyyətlərindən istifadə etmir, əmlakı ələ keçirmək üçün onun sahibi ilə ünsiyyət yaratmağa və sonucunu aldatmağa əl atmır. Oğurluq zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsindən kənar, ondan xəbərsiz və gizli götürərək öz sərəncamına keçirir. Oğurluğun gizliliyinin obyektiv meyarı təqsirkarın ona məxsus olmayan əmlakı götürməsi faktını mülkiyyətçinin və ya başqa titul sahibinin, habelə digər şəxslərin dərk edib-etməməsini nəzərdə tutur. Bu zaman obyektiv meyardan istifadə edərək talamanın gizli hesab edilməsinin bir neçə variantı mümkündür: ikincisi, oğurluq əmlakın mülkiyyətçisinin və ya başqa şəxslərin olduğu birincisi, oğurluq heç bir şahid olmadan törədilir, lakin həmin şəxslər bu və ya başqa səbəbdən təqsirkarın özgənin əmlakını qanunsuz və əvəzsiz götürdüyünü dərk etmirlər. Talamanın gizliliyinin obyektiv meyarının ikinci variantı təcrübədə bəzən səhv olaraq açıq talama kimi qiymətləndirilir. Lakin nəzərə almaq lazımdır ki, məsələn, talama mülkiyyətçinin və ya başqa şəxsin yanında baş versə də, o, baş verən kriminal əməlin mahiyyətini dərk etmək iqtidarında olmadıqda əməl oğurluq hesab ediləcəkdir. Eləcə də əgər təqsirkar öz əməlini çoxlu adamların əhatəsində törədirsə, lakin ətrafdakılar onun kriminal əməl törətdiyini hiss etmirsə və ya onun tamamilə qanunauyğun hərəkət etdiyini hesab edirlərsə özgənin əmlakını belə götürmə də oğurluq hesab ediləcəkdir. Talamanın gizliliyinin subyektiv meyarı təqsirkarın özgənin əmlakını mülkiyyətçidən və başqa şəxslərdən xəlvəti götürmək niyyətini və onun bu əməli məhz gizli törətməsinə daxili inamını nəzərdə tutur. Təqsirkar oğurluq törədərkən məhz gizli hərəkət etdiyinə əmindir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzasız qalacağına ümid edərək, hər vəchlə cinayət məsuliyyətindən yaxa qurtarmağa çalışmış, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və belə ifadə verməklə o, məsuliyyətdən yayınmaq istəyir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs oğluna cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq etməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını və himayəsində bir azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Belə ki, Azərbaycan Respublikası CM-in 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” xx.xx.2009-cu il tarixli Qərarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumuluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Bundan başqa, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 68.2 və 83-cü maddələrinin şərh edilməsinə dair” 22 dekabr 2010-cu il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası CM-in 68.2-ci maddəsində nəzərdə tutulmuş cəzalar toplandıqda məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayır. Bundan başqa, Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair 28 sentyabr 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 83.4-1-ci maddələrinin məzmununa görə, cinayətlərin və ya hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə ilə yanaşı digər cəzaya məhkum olunmuş şəxs məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə yenidən qəsdən cinayət törətdikdə, onun əməli cinayətin residivini yaradır. Azərbaycan Respublikası CPM-in 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəlki hökm üzrə azadlıqdan məhrumetmə cəzasını çəkib qurtarsa da ona təyin edilmiş cərimə cəzası cinayətlərin məcmusu üzrə təyin edildiyindən məhkumluğun başlanğıcı cərimə cəzasının ödənildiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs cərimə cəzasını çəkib qurtarmamış hazırkı cinayət əməlini törətmişdir. Ona görə də onun əməlində cinayətlərin residivi vardır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi yaranır və Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti təqsirləndirildiyi maddənin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilmişdir, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut kimi tanınmış təqsirləndirilən şəxsin əl-barmaq izləri köçürülmüş 01 ədəd plyonka cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, 01 ədəd 5 litr həcmində olan latun materialdan hazırlanmış samovarın və 850 manat miqdarında pulun ibtidai istintaq zamanı qanuni sahibinə qaytarılması nəzərə alınmalı, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə, Zərərçəkmiş şəxs ümumilikdə 5110 manat miqdarında maddi ziyan vurmaqla oğurluq cinayətini törətməsinə dair müddəa ümumi ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus əl-barmaq izləri köçürülmüş 01 ədəd plyonka cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd 5 litr həcmində olan latun materialdan hazırlanmış samovarın və 850 manat miqdarında pulun ibtidai istintaq zamanı qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 50 manat təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 06 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 16 iş saatına görə 96 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Göyçay Rayon Vəkil Bürosunun hesabına (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ**********6424505256 (VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №1(046)-25/2025
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-25/2025
07.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver