Məhkəmə qərarları › İş №1(046)-26/2023

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-26/2023

04.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-26/2023 04.04.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Dövlət ittihamçısı2, müdafiəçi X2, Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxx 1993-cü ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, məhkum olunmamış, evli, Göyçay rayonun İİ Ərəbcəbirli kəndində qeydiyyatda olan və yaşayan xx.xx.2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 08 iyul 2022-ci il tarixdə saat 10 radələrində baş etibarnamə ilə öz sahibliyində olan və sürücülük vəsiqəsi olmaqla idarə etdiyi VAZ 21063 markalı **- BA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Göyçay rayonun Şıxbəy kəndi ərazisində üzü Göyçay rayonun Yalman kəndi istiqamətində hərəkətdə olarkən, Şıxbəy kəndində yerləşən gölün yanında yolun döngəli hissəsinə çatarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayrılmamalı, yolun döngəli olmasının nəzərə alaraq avtomobili hərəkətin təhlükəsizliyi təmin edə biləcəyi surətlə idarə etməli olduğu, avtomobili öz hərəkət zolağı ilə hərəkət etdirməli, qarşı əks hərəkət zolağına çıxıb qarşıdan əks istiqamətdə hərəkətdə olan nəqliyyat vasitəsinin hərəkəti üçün təhlükə yaratmamalı və öz hərəkəti ilə yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı olduğu halda qeyd olunan maddənin həmin tələblərinə əməl etməməsi səbəbindən, yolun döngəli hissəsinə çatarkən idarə etdiyi avtomobili əks hərəkət zolağına çıxarmış və həmin vaxt əks hərəkət zolağında əks istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs baş etibarnamə ilə sahibliyində olan və sürücülük vəsiqəsi olmaqla idarə etdiyi Qaz 2410 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşı tərəfindən dəyərək toqquşmuş, nəticədə ehtiyatsızlıqdan Qaz 2410 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs sağ dirsək oynağı nahiyəsinin qançırı ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət və döş qəfəsinin sağ yarısında V,Vİ qabırğaların ön qövsünün yerdəyişməyən sınıqları ilə nəticələnən dərəcəsinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirərək yol nəqliyyat hadisəsi törədib yol hərəkəti qaydalarını pozmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, VAZ 21063 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisidir. 08 iyul 2022-ci il tarixdə saat 10 radələrində VAZ 21063 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə nişanlısı X1 ilə Göyçay rayonun Şıxbəy kəndi ərazisində saatda 50 km surətlə Göyçay rayonu Yalman kəndi istiqamətinə hərəkətdə olarkən Şıxbəy kəndi ərazisində öz hərəkət zolağında hərəkətdə olarkən yolun həmin kənddə yerləşən gölün ətrafından keçən hissəsinə, döngəli yerə çatanda diqqətsizliyindən qarşıdan avtomobilin gəlib-gəlmədiyinə əmin olmamış və əks sol zolağa çıxmış, idarə etdiyi avtomobil qarşıdan sol zolaqla yəni əks istiqamətdə gələn Zərərçəkmiş şəxs idarə etdiyi QAZ 24-10 markalı 36 BB-024 dövlət qeydiyyat nişanlı avtomobilin qarşı sol tərəfindən dəyərək həmin avtomobilin hərəkət yolunda toqquşma baş vermişdir. Həmin avtomobili son anda gördüyündən və həmin vaxt aralarında məsafə az olduğundan öz hərəkət zolağına qayıda bilməmişdir. Nəticədə idarə etdiyi avtomobildə arxa sol oturacaqda oturmuş nişanlısı Fatimə İsmayılzadə başın sağ nahiyəsindən və sağ gözünün altından, eləcə də sol biləyindən xəsarət almışdır. Avtomobildən düşdükdə QAZ 24-10 markalı 36 BB-024 dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasından düşmüşdür. Mübariz sağ dirsəyini tutaraq, döş qəfəsində sancıların və ağrıların olduğunu bildirmişdir. Mübarizin idarə etdiyi QAZ 24-10 markalı 36 BB-024 dövlət qeydiyyat nişanlı avtomobilin salonundan isə Aqil və Şəmi düşmüşlər. Aqilin baş nahiyyəsində, Şəminin isə sol dirsəyində sıyrıq xəsarətləri olmuşdur. Hadisə nəticəsində burnu idarə etdiyi avtomobilin sükanına dəysə də xəsarət almamışdır. Avtomobillər olduqları vəziyyətdə toqquşma yerində qalmışlar. Nişanlısı Fatimənin atası Allahverdiyə zəng vurub hadisə yerinə çağırmış, hadisə yerinə gəldikdə problem olmaması üçün hadisə haqqında polisə məlumat verməsini və hadisə yerində qalıb polisləri gözləməsini xahiş edərək yoldan keçən avtomobillərin bir ilə nişanlısı Fatiməni xəstəxanaya aparmışdır. Mübariz, sərnişinləri Aqil və Şəmi, eləcə də Fatimənin atası Allahverdi hadisə yerində qalıb polisləri gözləmişlər. Fatimə ilə xəstəxanada müayinədən keçdikdən sonra polisə gəlib izahat vermişdir. Törətdiyi əməlindən peşmandır. İş üzrə Zərərçəkmiş şəxs göstərmişdir ki, 1991-ci il buraxılışlı boz-ağ rəngli QAZ 24-10 markalı 36 BB-024 dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətindədir. 08 iyul 2022-ci il tarixdə saat 10 radələrində idarə etdiyi QAZ 24-10 markalı 36 BB-024 dövlət qeydiyyat nişanlı avtomobili ilə həmkəndliləri Şahid1 və Şahid2 ilə yaşadığı kənddən rayonun Şıxbəy kəndinə gedərkən Şahid1 qarşıda sağda, Şahid2 isə sol arxa oturacaqda oturmuşlar. Avtomobili saatda 50 km surətlə idarə etmişdir. Şıxbəy kəndi ərazisində yerləşən gölün yanına çatanda qarşıda döngə olduğundan avtomobilin sürətini saatda 30 kilometrə endirib öz hərəkət zolağı ilə, yəni yolun sağ tərəfi ilə hərəkətinə davam edərkən qəfildən həmin yolda qarşıdan üzü Yalman kəndi istiqamətinə lakin onun hərəkət zolağında Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 21063 markalı avtomobil onun idarə etdiyi avtomobilin sol qarşı tərəfindən dəyərək toqquşma baş vermişdir. Həmin avtomobil azca arxaya istiqamətlənib çəpinə dayanmışdır. Nəticədə, sağ dirsəyindən, eləcə də sağ döş nahiyyəsindən, qabırğaları olan hissədən xəsarət alaraq küt ağrılar hiss etmişdir. Aqilin baş nahiyyəsində, Şəminin isə sol dirsəyində sıyrıq xəsarətləri olmuşdur. Şahid1 və Şahid2 avtomobilin qapılarını açıb yerə düşmüşlər. Təqsirləndirilən şəxs maşından düşərək əli ilə burnunu tutub onlara yaxınlaşmış İİ Ərəbcəbirli kəndində yaşadığını bildirmişdir. VAZ 21063 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda arxa sol oturacaqda Rəşadın nişanlısı Fatimə olmuşdur. Rəşadın idarə etdiyi avtomobildə başqa heç kim olmamışdır. Rəşad Fatimənin atası Allahverdiyə zəng vurub hadisə barədə məlumat vermiş, bir qədər sonra Allahverdi ora gələrək onlarla görüşmüşdür. Rəşad Fatiməni xəstəxanaya aparmaq istədiyi üçün Allahverdidən hadisə haqqında polisə məlumat verməsini və hadisə yerində qalıb polisləri gözləməsini xahiş edərək yoldan keçən avtomobillərin bir ilə xəsarət almış nişanlısı Fatiməni xəstəxanaya aparmışıdır. Bir qədər sonra hadisə yerinə Dövlət yol polisi əməkdaşları ilə sənədləşdirmə aparan təhqiqatçı Orxan Kərimov gəlmişdir. Baş vermiş hadisə zamanı sağlamlığına eləcə də avtomobilinə dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir. Buna görə də təqsirləndirilən şəxsdən şikayətçidir və barəsində qanuni tədbirlər görülməsini xahiş edir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 10 radələrində qardaşı Şahid1 ilə yaşadıqları kənddən Zərərçəkmiş şəxs idarə etdiyi QAZ 24-10 markalı 36 BB-024 dövlət qeydiyyat nişanlı avtomobili ilə rayonun Şıxbəy kəndinə gedərkən qardaşı Aqil qarşıda sağda o, isə arxada solda oturmuşdur. Şıxbəy kəndi ərazisində yerləşən gölün yanına çatanda qarşıda döngə olduğundan Mübariz yolun sağ tərəfi ilə hərəkətinə davam edərkən qəfildən qarşıdan üzü Yalman kəndi istiqamətinə Mübarizin hərəkət zolağında Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 21063 markalı avtomobil gələrək Mübarizin idarə etdiyi avtomobilin sol qarşı tərəfindən dəymiş və Mübarizin yolunda toqquşma baş vermişdir. Nəticədə sol dirsəyindən, qardaşı Aqil isə başından sıyrıq xəsarətləri almışlar. Sürücü Mübariz isə sağ dirsəyindən, eləcə də sağ qabırğalarından xəsarət almışdır. Sürücü Zərərçəkmiş şəxs və qardaşı Şahid1 avtomobilin qapılarını açaraq yerə düşmüşlər. Həmin vaxt Təqsirləndirilən şəxs VAZ 21063 markalı avtomobildən burnunu əli ilə tutaraq onlara yaxınlaşmış, İİ Ərəbcəbirli kənd sakini olduğunu bildirmişdir. VAZ 21063 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda arxa sol oturacaqda Rəşadın Fatimə nişanlısı olmuşdur. Rəşad Fatimənin atasına zəng vurub hadisə yerinə çağırmışdır. Bir qədər sonra oraya Fatimənin atası Allahverdi gələrək onlarla görüşmüşdür. Rəşad Allahverdidən hadisə haqqında polisə məlumat verməsini və hadisə yerində qalıb polisləri gözləməsini xahiş edərək yoldan keçən avtomobillərin bir ilə xəsarət almış Fatiməni xəstəxanaya aparmışdır. Mübariz ilə Allahverdi isə hadisə yerində qalıb polisləri gözləmişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 göstərmişdir ki, Təqsirləndirilən şəxs qızı Fatimənin nişanlısıdır. 08 iyul 2022-ci il tarixdə saat 10 radələrində Təqsirləndirilən şəxs qızı Fatimə ilə Göyçay şəhərinə getmək üçün yaşadıqları evdən çıxmışlar. Bir qədər sonra Rəşad ona zəng vurub kənddə gölün yanında Şıxbəy-Yalman avtomobil yolunda döngədə yol nəqliyyat hadisəsi törətdiyini, Fatimənin yüngül xəsarətlər aldığını bildirmiş və gəlməsini xahiş etmişdir ki, Fatiməni xəstəxanaya həkim müayinəsinə aparsın. Hadisə yerinə çatdıqda avtomobil yolunda Yalman kəndi istiqamətində Rəşadın VAZ21063 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilinin dayandığını, qarşı hissəsinin isə əks hərəkət zolağında olduğunu, əks hərəkət zolaqda isə əks istiqamətdə QAZ 24-10 markalı 36 BB- 024 dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını, Şəmi, Aqilin və Mübarizin xəsarət aldığını görmüşdür. Qızı Fatiməyə yaxınlaşanda Fatimə ona sol biləyinin ağrıdığını bildirmişdir. Daha sonra Rəşad qızı Fatiməni xəstəxanaya aparmış, Mübariz ilə hadisə yerində qalaraq, polisin gəlməsini gözləmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid4 ilə göstərmişdir ki, Göyçay RPŞ-nin DYPB-nin YPX inspektoru vəzifəsində işləyir, polis serjantıdır. 08 iyul 2022-ci il tarixdə Polis şöbəsinin daxili qrafiki əsasında əməliyyat qrupunun tərkibində olarkən və şəhər ərazisində xidmət apararkən saat 10 radələrində Göyçay rayonun Şıxbəy-Yalman avtomobil yolunda, yol-nəqliyyat hadisəsi baş verdiyinə dair məlumat daxil olmuşdur. Şıxbəy-Yalman avtomobil yolunun Şıxbəy kəndindən keçən hissəsində döngədə üzü Şıxbəy kəndin mərkəzinə doğru boz-ağ rəngli QAZ 24-10 markalı 36 BB-024 dövlət qeydiyyat nişanlı avtomobilin, qarşısında isə qismən çəpinə üzü Yalman kəndinə qırmızı rəngli YAZ 21063 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandıqlarını, hər iki avtomobilin qarşı tərəflərinin əzilmiş vəziyyətdə olduqlarını görmüşlər. VAZ 21063 markalı 03- BA-933 dövlət qeydiyyat nişanlı avtomobilin qarşı tərəfi QAZ 24-10 markalı 36 BB-024 dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağında olmuşdur. Həmin vaxt hadisə yerində olan Şahid3, hadisə barədə DİN-in 102 xidmətinə xəbər verdiyini, VAZ 21063 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün qızı Fatimənin nişanlısı Təqsirləndirilən şəxs olduğunu, yol nəqliyyat hadisəsi nəticəsində qızı Fatimə xəsarət aldığına görə Təqsirləndirilən şəxs qızı Fatiməni xəstəxanaya apardığını, ona görə də özünün hadisə yerində qalıb polisləri gözlədiyini bildirmişdir. Daha sonra baş təhqiqatçı Orxan Kərimov iki nəfər hal şahidlərini dəvət edərək onların iştirakı ilə hadisə yerini müayinə etməyə başlamışdır. Sorğu zamanı QAZ 24-10 markalı 36 BB-024 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs həmin yolda Şıxbəy kəndinə gedərkən əks tərəfdən gələn VAZ 21063 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin döngədə yoluna çıxdığını və hərəkət zolağında toqquşmanın baş verdiyini bildirmiş və toqquşma yerini göstərmişdir. Baş təhqiqatçı Orxan Kərimov yolun ölçülərini götürmüş, avtomobillərin toqquşduğu nöqtədən yolun soluna və sağma qədər məsafələr ölçülmüşdür. Toqquşma nöqtəsinin QAZ 2410 markalı 36 BB-024 dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət yolunda olması müəyyən edilmişdir. Fotoşəkillər çəkilərək sxem tərtib edilmişdir. Protokol tərtib olunaraq ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işinə əlavə edilmiş Məhkəmə-tibbi ekspertizasının 15 iyul 2022-ci il tarixli 364 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ dirsək oynağı nahiyəsinin qançırı - küt-bərk əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilmiş xx.xx.2022-ci il tarixdə avtomobil qəzası nəticəsində əmələ gəlməsi inkar edilmir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. - Döş qəfəsinin sağ yarısında V,Vİ qabırğaların ön qövsünün yerdəyişməyən sınıqları - küt-bərk əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilmiş xx.xx.2022-ci il tarixdə avtomobil qəzası nəticəsində əmələ gəlməsi inkar edilmir və dərəcəsinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər. Cinayət işinə əlavə edilmiş məhkəmə-ekspertiza mərkəzinin 22 avqust 2022-ci il tarixli, 8/2050 saylı rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ 21063 markalı 03-BA- 933 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1- ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən Qaz 2410 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara qiymət verən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 08 iyul 2022-ci il tarixdə saat 10 radələrində idarə etdiyi VAZ 21063 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Göyçay rayonun Şıxbəy kəndi ərazisində üzü Göyçay rayonun Yalman kəndi istiqamətində hərəkətdə olarkən, Şıxbəy kəndində yerləşən gölün yanında yolun döngəli hissəsinə çatarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayrılmamalı, yolun döngəli olmasının nəzərə alaraq avtomobili hərəkətin təhlükəsizliyi təmin edə biləcəyi surətlə idarə etməli olduğu, avtomobili öz hərəkət zolağı ilə hərəkət etdirməli, qarşı əks hərəkət zolağına çıxıb qarşıdan əks istiqamətdə hərəkətdə olan nəqliyyat vasitəsinin hərəkəti üçün təhlükə yaratmamalı və öz hərəkəti ilə yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı olduğu halda qeyd olunan maddənin həmin tələblərinə əməl etməməsi səbəbindən, yolun döngəli hissəsinə çatarkən idarə etdiyi VAZ 21063 markalı 03-BA- 933 dövlət qeydiyyat nişanlı avtomobili əks hərəkət zolağına çıxararaq, həmin vaxt əks hərəkət zolağında əks istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi Qaz 2410 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşı tərəfindən dəyərək toqquşması nəticəsində ehtiyatsızlıqdan Qaz 2410 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs sağ dirsək oynağı nahiyəsinin qançırı ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət və döş qəfəsinin sağ yarısında V,Vİ qabırğaların ön qövsünün yerdəyişməyən sınıqları ilə nəticələnən dərəcəsinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirərək yol nəqliyyat hadisəsi törədib yol hərəkəti pozmaqla Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetir və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində qeyd edilmişdir ki törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməklə səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəzanı yüngülləşdirən halı və cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilən və hökm qüvvəyə mindiyi zaman həbsdə olmayan məhkum icra məmurunun təqdim etdiyi müvafiq göstərişə əsasən müəyyən edilən vaxtda məntəqə tipli cəzaçəkmə müəssisəsinə şəxsən gəlməlidir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqandan gizlənməməsini, məhkəmə baxışının normal gedişinə mane olmamasını nəzərə alıb, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmasını mümkün hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 128 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351, 353, 354 , 381, 384 -cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 128 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə Göyçay rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar