Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-26/2025 11.03.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ saat 11.25-də Qurbanov Elçin Firudin oğlunun sədrliyi Qəniyev Nurlan Mehman oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay,fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Göyçay rayonu, Potu kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən xeyli miqdarda hesab olunan, yəni ümumi təmiz çəkisi 6,71 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 24 oktyabr 2024-cü il tarixdə saat 19:33 dəqiqədə Göyçay RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Göyçay şəhəri, Ə.Kərim küçəsində saxlanılmış və saat 19:33 dəqiqədən 19:55 dəqiqəyədək üstünün yoxlanılması zamanı əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd kibrit qutusunda və 06 ədəd ağ rəngli kağız bükümlərdə uyğun olaraq ayrı-ayrılıqda təmiz çəkiləri 4,17 qram, 0,37 qram, 0,45 qram, 0,43 qram, 0,41 qram, 0,46 qram, 0,42 qram olmaqla xeyli miqdarda, yəni ümumi təmiz çəkisi 6,71 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bildi, ifadə verərək göstərdi ki, təxminən bir ilə yaxın müddətdir ki, arabir olaraq “nəşə” kimi tanınan narkotik vasitə olan marixuanadan istifadə edir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında Göyçay şəhəri ərazisində Yuxarı Şirvan kanalından balıq tutmağa gedərkən həmin kanalın sahilində yerdən sellofan torbanın içərisində 01 ədəd kibrit qutusunda və 06 ədəd kağız bükümlərdə narkotik vasitə olan qurudulmuş marixuana tapmış, marixuanadan istifadə etdiyi üçün həmin narkotik vasitəni tanıyaraq kibrit qutusunu və bükümləri sellofan torbanın içərəsindən çıxarıb gələcəkdə istifadə etmək üçün götürmüşdür. Həmin gün saat 19:30 radələrində özünə məxsus «VAZ 2106» markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göyçay şəhəri, Əli Kərim küçəsində olmuş, həmin vaxt avtomobilini yolun kənarında saxlamış, özü isə avtomobilinin kənarında dayanmışdır. Bu zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş, bundan sonra isə ona narkotik vasitə istifadə etməkdə və üzərində saxlamaqda şübhəli olduğunu bildirib şəxsi axtarış keçirəcəklərini bildirmişlər.Onlara etiraz etməmiş, sonra videoçəkiliş vasitəsilə polis əməkdaşı ondan üzərində hər hansı qadağan olunmuş əşyanın olub-olmadığını soruşmuş, həmin vaxt o, üzərində olan 01 ədəd kibrit qutusunda və 06 ədəd kağız bükümlərdə olan narkotik vasitə olan qurudulmuş marixuananı əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən çıxararaq təqdim etmişdir. Bundan sonra üzərindən aşkar edilmiş kibrit qutusunun içərisində və 06 ədəd kağız bükümlərdə olan narkotik vasitə elektron tərəzidə çəkilmiş, zərfdə qablaşdırılaraq zərfin ağzı möhürlənib üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra ona məxsus «VAZ 2106» markalı 42-BF- 486 qeydiyyat nişanlı avtomobildə hər hansı narkotik vasitənin olub olmaması soruşulmuş və avtomobilə baxış keçiriləcəyi bildirilmişdir. Həmin vaxt o, avtomobildə hər hansı qanunsuz əşyanın olmadığını və avtomobilinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən avtomobilinə baxış keçirilmiş, lakin avtomobilindən hər hansı qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Baxış yekunlaşdıqdan sonra polis əməkdaşları onu polis şöbəsinə aparmışlar. Şöbədə Müdafiəçi ilə təmin olunmuşdur. Əməlindən peşmandır. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid2 göstərdi ki, Göyçay rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Şöbəyə Göyçay rayonu, Potu kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində və idarə etdiyi «VAZ 2106» markalı, **-BF-*** qeydiyyat nömrə nişanlı avtomobildə narkotik vasitələr saxlaması, gəzdirməsi və istifadə etməsi ilə barədə əməliyyat məlumatı daxil olmuş, 24 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs olduğu yer barədə əməliyyat məlumatı daxil olduqdan sonra, həmin məlumat əsasında saat 19:30 radələrində CAB-m əməkdaşları Şahid3 Nadir oğlu, Şahid5, Şahid4 və Şahid2 ilə birlikdə Göyçay şəhəri, Əli Kərim küçəsində yerləşən 2 nömrəli məktəbin yaxınlığında Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin yanında müəyyən edib yaxınlaşaraq özlərini təqdim etmiş və barəsində qəbul olunmuş əməliyyat- axtarış tədbirlərinin keçirilməsi barədə qərarı elan edib üzərinə və avtomobilinə baxış keçiriləcəyini bildirmişlər. Bu zaman videoçəkilişdən istifadə edilmiş və videoçəkilişi əməliyyat müvəkkili Şahid2 həyata keçirmişdir. Bundan sonra tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı qadağan olunmuş əşyanın olub-olmaması soruşulmuş, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd kibrit qutusunu və 06 ədəd kağız bükümləri çıxararaq təqdim etmiş, həmin kibrit qutusunu və kağız bükümləri kanala balıq tutmağa gedərkən kanalın kənarında sellofan torbanın içərisindən tapdığını, içərisinə baxdıqda nəşə kimi tanıdığı narkotik vasitə olduğunu görüb istifadə etmək üçün üzərinə götürdüyünü bildirmişdir. Həmin kibrit qutusuna və kağız bükümlərə baxış keçirdikdə içərilərində yaşımtıl rəngli kütlə olması müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs məxsus «VAZ 2106» markalı **-BF-*** qeydiyyat nişanlı avtomobilə Təqsirləndirilən şəxs razılığı ilə baxış keçirilmiş, lakin avtomobildən hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs şöbəyə gətirilmiş, götürülmüş maddi sübut növbətçi hissəyə təhvil verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı Anar Osmanov tərəfindən müdafiəçi ilə təmin olunmuş və təqdim etdikləri Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək qablaşdırılmış 01 ədəd zərfdə olan kütlə və mobil telefon götürülmüşdür. Məhkəmə baxışında şahid Göyçay rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirimişdir. Videoçəkilişdən görünür ki, saat 19:33 dəqiqədən 19:55 dəqiqəyədək Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zamanı əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd kibrit qutusunda və 06 ədəd ağ rəngli kağız bükümlərdə yaşımtıl rəngli kütlə aşkar edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin 25 oktyabr 2024-cü il tarixli, 17/844 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 6 ədəd büküm və 1 ədəd kibrit qutusunda kütlə yazısı, adlar və imzalar olan 01 ədəd zərfin içərisindəki 01 ədəd kibrit qutusunda və 06 ədəd ağ rəngli kağız bükümlərdə uyğun olaraq ayrı-ayrılıqda təmiz çəkiləri – 4,71 qram, 0,37 qram, 0,45 qram, 0, 43 qram, 0,41 qram, 0,46 qram, 0,42 qram ümumi təmiz çəkisi – 6,71 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, 01 ədəd kibrit qutusunda və 06 ədəd ağ rəngli kağız bükümlərdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqatda sərf olundu - 0,14 qram, qalıq - 6,57 qram. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri X1 Məcburi- Narkoloji tibbi yoxlamanın 25 yanvar 2025-ci il tarixli, 117 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş şübhəli şəxsi tutma haqqında protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 02 fevral 2024-cü il tarixdə, saat 22.55-də şübhəli şəxs qismində tutulmuş, 24 oktyabr 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 26 oktyabr 2024-cü tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək saat 12.05-də MSY-dən azad edilmişdir. Beləliklə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, 24 oktyabr 2024-cü il tarixdə saat 19:33 dəqiqədə Göyçay RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Göyçay şəhəri, Ə.Kərim küçəsində saxlanılmış və saat 19:33 dəqiqədən 19:55 dəqiqəyədək şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibində 01 ədəd kibrit qutusunda və 06 ədəd ağ rəngli kağız bükümlərdə uyğun olaraq ayrı-ayrılıqda təmiz çəkiləri 4,17 qram, 0,37 qram, 0,45 qram, 0,43 qram, 0,41 qram, 0,46 qram, 0,42 qram olmaqla xeyli miqdarda, yəni ümumi təmiz çəkisi 6,71 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, həmin əməl isə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibini yaradır. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, qəsdin obyektinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını, ilk dəfə olaraq az ağır cinayət törətməsini, himayəsində iki azyaşlı uşaqlarının olmasını iş üzrə cəzasını yüngülləşdirən hallar olduğunu və iş üzrə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 69.3cü maddəsinə əsasən ibtidai istintaq zamanı həbsdə saxlanılma müddəti nəzərə alınmaqla azadlığın məhdudlaşdırılması növündə cəzanın müddəti bir günə iki gün hesablanmaqla müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalı, üzərinə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Göyçay rayonu və müalicə olunacaq tibb müəssisəsinin olduğu yerin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən Göyçay rayon İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq,narkomaniyadan müalicə kursu keçmək vəzifələrini yerinə yetirmək vəzifələri qoyulmalıdır.Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi mülaicə təyin edilməklə, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,57 qram narkotik vasitə olan qurudulmuş marixuana Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən istifadə edilmiş videoçəkilişin köçürüldüyü 2 ədəd “DVD”disk cinayət işi materiallarında saxlanılmalıdır. Ekspertiza tədqiqatının cəmi 35 manat 97 qəpik dəyəri Azərbaycan Respublikası CPM- nin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353,384-cü maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 2 gün həbsdə saxlanılma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla təyin edilmiş cəzadan 4 gün çıxılaraq qəti olaraq ona 01 (bir) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşadığı yer üzrə Göyçay rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Göyçay rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Üzərinə daimi yaşayış yeri olan Göyçay rayonu Potu kəndində olan fərdi yaşayış evini hər gün saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Göyçay rayonu və müalicə olunacaq tibb müəssisəsinin olduğu yerin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Göyçay rayon İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq narkomaniyadan məcburi müalicə kursu keçmək vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi mülaicə təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,57 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 2 ədəd “DVD”disk cinayət işi materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının cəmi 35 manat 97 qəpik məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №1(046)-26/2025
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-26/2025
11.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver