Məhkəmə qərarları › İş №1(046)-27/2023

Göyçay Rayon Məhkəməsi Qərar — İş №1(046)-27/2023

10.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 1(046)-27/2023 10.01.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Dövlət ittihamçısı, Müdafiəçinın, zərərçəkmiş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1993-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Göyçay şəhəri M.Muradov küçəsi ev 78-də qeydiyyatda olan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs 11 dekabr 2022-ci il tarixdə saat 20 radələrində sərxoş vəziyyətdə yaşadıqları ünvan 1 ünvanında arvadı Zərərçəkmiş şəxs ilə aralarında olan ailə məişət zəmnində baş vermiş münaqişə zamanı Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs yumruqla qəsdən vurmaqla sağ göz yuvası nahiyədə qeyri-müəyyən-oval formalı, sağ göz yarığının bir qədər daralması, ağlı qişaya qansızma ilə müşayət edilən və sağ göz yuvası altı nahiyədə yumşaq toxumanın şişkinliyi ilə nəticələnən qançır fonunda hematomalı sahə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər yetirməklə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs onun arvadıdır. xx.xx.2022-ci il tarixdə axşam saatlarında yaşadıqları ünvanda spirtli içki qəbul edən vaxt arvadı Zərərçəkmiş şəxs onunla acıqlı danışması səbəbindən aralarında münaqişə yaranmış, münaqişə zamanı əsəbləşərək Zərərçəkmiş şəxs sifət nahiyəsindən 3 dəfə vurmuşdur. Zərərçəkmiş şəxs onun əlindən çıxaraq yaşadıqları evin birinci mərtəbəsinə qalan əmisi Şahid evinə qaçmışdır. Əsəbi halda Zərərçəkmiş şəxs arxasınca getmiş, Zərərçəkmiş şəxs evin qapısından içəriyə daxil olanda yumruq zərbəsi ilə evin şüşə qapısını sındırmışdır. Evin içərisinə daxil olaraq Zərərçəkmiş şəxs yerə yıxmış, bir dəfə təpik və bir dəfə yumruqla onu vurmuşdur. Həmin vaxt Şahid onları aralaşdırmış və ona hirslənərək acıqlanmışdır. Münaqişə 5 dəqiqə baş vermişdir. Ətrafdan oraya toplaşan olmamış, arvadı Zərərçəkmiş şəxs və əmisi Şahid başqa hadisə yerindən heç kim olmamışdır. Münaqişə zamanı ucadan nalayiq ifadələr işlətməmiş, ictimai qayda pozulmamışdır. Törətdiyi əməldən peşmandır. Hazırda Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş ziyanı tam ödəmişdir. Buna görə də məhkəmədən xahiş etmişdir ki, zərərçəkmişlə barışması barədə ərizəsi nəzərə alınsın və barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs onun əridir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadıqları ünvanda spirtli içki içməsinə irad bildirməsi səbəbindən onunla münaqişə etməyə başlamış və münaqişə zamanı Təqsirləndirilən şəxs əsəbi halda onun sifət nahiyəsindən 3 dəfə yumruqla vurmuşdur. Qorxaraq evin birinci mərtəbəsində yaşayan Təqsirləndirilən şəxs əmisi Şahid evinə qaçmışdır. Təqsirləndirilən şəxs isə onun arxasınca gələrək içəriyə daxil olmuş və onu yerə yıxaraq təpik və yumruq zərbəsi ilə vurmuşdur. Həmin vaxt Şahid onu Təqsirləndirilən şəxs əlindən almış və Təqsirləndirilən şəxs onu döyüdüyü üçün acıqlanmışdır. Təqsirləndirilən şəxs bu zaman evdən çıxarkən əsəbi halda başı ilə evin qapısına vurmuşdur. Münaqişə 5 dəqiqə ərzində baş vermiş, ətrafdan oraya toplaşan olmamış, münaqişə zamanı ucadan nalayiq ifadələr işlədilməmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, hazırda Təqsirləndirilən şəxs baş vermiş hadisəyə görə ondan üzr istəmiş, ona dəymiş ziyanı ödəmiş və barışmışlar. Buna görə də məhkəmədən xahiş edir ki, Təqsirləndirilən şəxs ilə barışdığını nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilsin. Cinayət işinə əlavə olunmuş MTE və PA PHŞ-nin Göyçay rayon şöbəsinin xx.xx.2022ci il tarixli 732 №-li ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər-sağ göz yuvası nahiyədə qeyri-müəyyən-oval formalı, sağ göz yarığının bir qədər daralması, ağlı qişaya qansızma ilə müşayət edilən və sağ göz yuvası altı nahiyədə yumşaq toxumanın şişkinliyi ilə nəticələnən qançır fonunda hematomalı sahə küt-bərk əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gələn və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs 11 dekabr 2022-ci il tarixdə saat 20 radələrində sərxoş vəziyyətdə yaşadıqları ünvan 1 ünvanında arvadı Zərərçəkmiş şəxs ilə aralarında olan ailə məişət zəmnində baş vermiş münaqişə zamanı Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs yumruqla qəsdən vurmaqla sağ göz yuvası nahiyədə qeyri-müəyyən-oval formalı, sağ göz yarığının bir qədər daralması, ağlı qişaya qansızma ilə müşayət edilən və sağ göz yuvası altı nahiyədə yumşaq toxumanın şişkinliyi ilə nəticələnən qançır fonunda hematomalı sahə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər yetirməklə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetir. Təqsirləndirilən şəxs, zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdikləri barışdıqları ilə bağlı ərizələrini nəzərə alan məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul etməlidir. Azərbaycan Respublikası CPM-nin 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə hazırlıq iclası dövründə hüquqlarını 02 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 02 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 12 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.2, 43.3, 344, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs göstərilmiş 02 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 12 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Qərar elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar