Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-27/2024 29.05.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Allahverdiyeva Sevinc Elçin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Ağəli oğlunun iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Göyçay şəhəri, İ.Göyçaylı küçəsi ev 14də qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs satış məqsədi olmadan «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,596 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan müddətdə və mənbədən qanunsuz olaraq əldə edərək saxlamış, 09 yanvar 2024-cü il tarixdə, saat 14 radələrində Göyçay şəhəri H.Əliyev prospektində olarkən və üzərində həmin narkotik vasitə heroini daşıyarkən Göyçay RPŞnin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmiş, orada saat 15:25-də üzərinə video-çəkiliş vasitəsilə şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli şalvarının sağ yan cibindən 01 (bir) ədəd sellofan bükümdə olmaqla təmiz çəkisi 0,596 qram kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, O əvvəllər də narkotik vasitə istifadə etdiyi üçün bir neçə dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ancaq azadlığa çıxdıqdan sonra da “kokos” kimi tanıdığı narkotik vasitə heroindən istifadə etmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə səhər saatlarında o Göyçay şəhər ərazisində yerləşən 3 nömrəli məktəbin yaxınlığından keçən zaman yol kənarında 01 ədəd şəffaf selofana bükülmüş qəhvəyi rəngli maddə görmüş, həmin 01 ədəd bükümü yerdən qaldırmış, həmin bükümün içərisində olan qəhvəyi rəngli maddəyə nəzər saldıqda onun “kokos” kimi tanıdığı narkotik vasitə “heroin” olmasını görmüşdür. Belə ki, o heroin istifadəçisi olduğu üçün həmin maddəni görüb tanımış, narkotik vasitə qəbul etdiyi üçün həmin bükümləri götürüb üzərində saxlamışdır. Elə həmin günü saat 14 radələrində Göyçay şəhəri H.Əliyev prospketində “Çinar” otelin yaxınlığında olarkən Göyçay rayon Polis Şöbəsinin əməkdaşları kimi təqdim edən 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq, narkotik vasitələrin istifadəsində və daşınmasında şübhəli olduğunu bildirərək onu Göyçay rayon Polis Şöbəsinə dəvət etmişlər. O da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmiş, orada ona hüquq və vəzifələri izah edilərək Göyçay rayon polis şöbəsinin növbətçi hissəsində vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən ona üzərində qanunla qadağan olunmuş əşya və ya narkotik vasitə varsa masanın üzərinə qoyması təklif edilmiş, bu zaman o əynindəki boz rəngli şalvarının sağ yan cibindən 16 manat pul əskinasını, bir ədəd alışqanı, bir ədəd Nokia markalı mobil telefonu, 10 qəpik metal pul və içərisində qəhvəyi rəngli maddə olan bir ədəd şəffaf sellofan bükümü, eləcə də, əynindəki qara rəngli gödəkçənin sol iç cibindən bir ədəd üzərində “Well” yazısı olan saqqız, 2 ədəd 1 ml ölçüdə və 1 ədəd 5 ml ölçüdə olan şprisləri çıxarıb masanın üzərinə qoymuşdur. Həmin aşkar edilmiş içərisində qəhvəyi rəngli maddə olan büküm nə olması ondan soruşulmuş, bu zaman o da həmin maddənin “kokos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin maddə elektron tərəziyə qoyularaq çəkilərkən selofan bükümlə birlikdə 0,70 qram olması görünmüş, aşkar edilmiş həmin büküm və 3 ədəd şprislər zərfə qoyularaq zərfin ağzı kleylənmiş, üzərinə möhür yapışdırılmış və zərfin üzəri yazılmaqla onun tərəfindən imzalanmışdır. Bundan sonra video-çəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ona və iştirakçılara ucadan oxunmuş və o cümlədən iştirakçılar tərəfindən imzalanmışdır. Həmin vaxt narkotik vasitənin olduğu büküm və 3 ədəd şprislərdən başqa digər şəxsi əşyaları da özünə qaytarılmışdır. Həmçinin, o ifadəsini davam etdirərək göstərmişdir ki, üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümün içərisində “kokos” kimi tanıdığı narkotik vasitə olan “heroin” olmuş, həmin bükümü xx.xx.2024-cü il tarixdə səhər saatlarında Göyçay şəhər ərazisində 3 nömrəli məktəbin yaxınlığından tapmış, özüm narkotik vasitə istifadəçəsi olduğundan, istifadə etmək üçün üzərində saxlamışdır. O heç kimə narkotik vasitə satmamış və ya verməmişdir. O son olaraq göstərmişdir ki, üzərindən şəxsi axtarış zamanı aşkar edilmiş maddə sellofan bükümlə birlikdə çəkilmiş, ancaq xx.xx.2024-cü il tarixli 17/33 saylı rəyində isə üzərindən aşkar edilmiş maddənin çəkisi bükümsüz halda, daha dəqiq ölçü cihazı ilə çəkilmiş, ona görə də, xx.xx.2024-cü il tarixli 17/33 saylı rəydə çəkilər daha düzgün formada qeyd olunmasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Göyçay RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir.Göyçay RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis kapitanıdır. Göyçay rayon sakini Təqsirləndirilən şəxs tanıyır. Həmin şəxslə arasında əvvəllər heç bir münasibəti, ədavəti və ya düşmənçiliyi olmamışdır. Belə ki, son zamanlar sonuncunun narkotik vasitələrin aludəçisi olması və üzərində daşıması barədə əməliyyat aparatına və ona mütəmadi olaraq məlumatlar daxil olmuşdur. 09 yanvar 2024-cü il tarixdə ona daxil olmuş məlumat əsasında şöbə rəhbərliyinə raportla müraciət etmiş, həmin günü tərəfindən əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildikdən sonra əməliyyat işləri üzrə rəis müavini Azad Məmmədov tərəfindən onun və CAB-nin əməliyyat müvəkkili Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılıb onlara təlimatlandırma keçirilmişdir. Bundan sonra həmin günü saat 14 radələrində əməliyyat axtarış tədbirləri keçirməyə başlamışlar. Bir qədər sonra saat 14:50-də onlar Təqsirləndirilən şəxs Göyçay şəhəri H.Əliyev prospektində piyada hərəkətdə olmasını görüb sonuncuya yaxınlaşıb özlərini təqdim etmişlər. Bu zaman onlar sonuncuya üzərində narkotik vasitələrin gəzdirməsində şübhəli olduğu üçün üzərinə şəxsi axtarış keçirilməsi məqsədilə polis şöbəsinə dəvət etmiş, həmin vaxt da Təqsirləndirilən şəxs onlara heç bir etiraz etmədən birlikdə polis şöbəsinə gəlmişdir. Onlar polis şöbəsinə gəldikdən sonra sonuncunu RPŞ-nin Növbətçi Hissəsinin qarşısına apararaq saxlanılması barədə onun tərəfindən rəhbərliyə raportla müraciət etmişdir. Bundan sonra növbədə olan təhqiqatçı Rüstəm Xəlilov tərəfindən o, dərhal Müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra saat 15:25-də X2 Qasımovun üzərinə video-çəkiliş vasitəsilə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş əşya, predmet varsa masanın üzərinə qoyması təklif edilmiş, bu zaman Təqsirləndirilən şəxs əynindəki şalvarın cibindən (yadında qaldığına görə) içərisində qəhvəyi rəngli maddə olan bir ədəd şəffaf sellofan bükümü və şprisləri çıxarıb masanın üzərinə qoymuşdur. Aşkar edilmiş içərisində qəhvəyi rəngli maddə olan büküm nə olduğu soruşulduqda sonuncu həmin maddənin “kokos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin maddə elektron tərəziyə qoyularaq selofan bükümlə birlikdə çəkilmiş və aşkar edilmiş həmin büküm və şprislər zərfə qoyularaq zərfin ağzı möhürlənərək kleylə yapışdırılmışdır. Bundan sonra videoçəkiliş dayandırılmış və protokol tərtib edilərək iştirakçılara ucadan oxunub iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin, o ifadəsini davam etdirərək Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə ona və ya əməliyyat aparatına hər hansı məlumat daxil olmamış, ancaq narkotik vasitələrin istifadəçisi olması ilə bağlı məlumatlar daxil olmasını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Göyçay RPŞ-nin KTQ-nin baş inspektor kriminalisti vəzifəsində işləyir, polis kapitanıdır. Göyçay rayon sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, həmin şəxslə arasında hər hansı düşmənçilik və ya ədavəti olmamışdır. Belə ki, 09 yanvar 2024-cü il tarixdə günorta saatlarında rayon polis şöbəsinə öz xidməti otağında olan zaman Növbətçi Hissədən ona zəng edilərək Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən üzərində narkotik vasitə daşımaqda şübhəli olan şəxsi rayon polis şöbəsinə gətirildiyini, həmin şəxsin üzərinə video-çəkiliş vasitəsilə şəxsi axtarış keçirmək üçün video- çəkiliş aparmaq lazım olduğunu, buna görə də ona təhkim edilmiş Panasonic markalı video aparatı götürüb 1-ci mərtəbəyə Növbətçi hissəyə düşməsini bildirmişlər. Bundan sonra o dərhal Növbətçi Hissəyə düşən zaman həmin şəxsin rayon sakini Təqsirləndirilən şəxs olmasını öyrənmiş, həmin vaxt növbədə olan təhqiqatçı Rüstəm Xəlilov tərəfindən Təqsirləndirilən şəxs dərhal Müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra təhqiqatçı tərəfindən sonuncuya hüquq və vəzifələrini izah etdikdən sonra Növbətçi Hissədə video-çəkiliş vasitəsilə Müdafiəçi, polis əməkdaşları Şahid1 və Şahid2 iştirakı ilə şəxsi axtarış keçirilməyə başlanmışdır. Həmin vaxt videoçəkilişi o aparmışdır. İlk öncə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya, predmet narkotik vasitə və.s olub-olmamasını soruşaraq əgər vardırsa təqdim etməsi təklif olunmuş, bu zaman Təqsirləndirilən şəxs da əynindəki şalvarın cibindən digər əşyalarla birlikdə içərisində qəhvəyi rəngli maddə olan bir ədəd şəffaf sellofan bükümü, eləcə də, əynindəki gödəkçənin cibindən şprislər çıxarıb masanın üzərinə qoymuşdur. Aşkar edilmiş içərisində qəhvəyi rəngli maddə olan büküm nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs həmin maddənin “kokos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin maddə elektron tərəziyə qoyularaq selofan bükümlə birlikdə çəkilmiş, aşkar edilmiş həmin büküm və 3 ədəd şprislər zərfə qoyularaq zərfin ağzı möhürlənərək kleylə yapışdırılmışdır. Bundan sonra müvafiq sənədləşmə aparılması üçün video-çəkiliş onun tərəfindən dayandırılmış, protokol tərtib edilərək iştirakçılara ucadan oxunub imzalanmışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 09 yanvar 2024-cü il tarixli 17/33 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş kütlə” sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi- 0,596 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 03(üç) ədəd şprisin üzərində narkotik və psixotrop maddə hissəçikləri aşkar edilmədi. Heroinin təmiz çəkisi 0.596 qram, tədqiqata sərf edildi 0,050 qram, qalıq 0,546 qramdır. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 12 mart 2024-cü il tarixli 428 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Göyçay Rayon Mərkəzi Xəstəxanasından daxil olmuş xx.xx.2024-cü il tarixli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Mərkəzi Xəstəxanada xx.xx.2010-cu il tarixdən “Narkomaniya” diaqnozu ilə həkim narkoloqun qeydiyyatındadır və psixiatr həkimdə qeydiyyatda olmamışdır. Şübhəli şəxsi tutma haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Göyçay rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmünə əsasən CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 04 ay 24 gün aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla islah işləri cəzasına, Göyçay rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmünə əsasən CM-nin 315.1-ci maddəsi ilə təqsiri bilinərək, CM-nin 315.1,67.1, 68.1.3cü maddələri ilə qəti olaraq 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Göyçay rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 9 ay islah işləri cəzasına, Göyçay rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən CM-nin 177.2.1,177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən CM-nin 228.4-cü maddəsi ilə təqsirli bilinərək 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Göyçay rayon Məhkəməsinin 05.08. 2014cü il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 234.1, 66.5-ci maddələrinə əsasən 02 il 09 ay azadlıqdan məhrum etmə cəzasına, Göyçay rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 234.1, 69.3-cü maddəsinə əsasən 02 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə baxışı iclasında bir ədəd DVD diskə baxış keçirilmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan boz rəngli şalvarının sağ yan cibindən narkotik vasitə heroinin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülməsi müəyyən edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Cinayət əməlinin törədildiyi zaman qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahına əsasən təmiz çəkisi 0,15 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər eyni növ cinayətə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, yenidən qəsdən cinayət törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), onun cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının və cəzanın digər məqsədlərinə nail olunmasının mümkün olmaması nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli. ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər həbsdə saxlanıldığı 2 gün müddət ona təyin edilmiş 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində 07 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qismində qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Göyçay Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalab 0,546 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 69,10 (altmış doqquz manat on qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 15 iş saatına görə 90 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Göyçay rayon Vəkil Bürosunun hesabına (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №1(046)-27/2024
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-27/2024
29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver