Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-27/2025 15.04.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, Dövlət ittihamçısı X1, Müdafiəçi X2 Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1978-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, himayəində bir yetkinlik yaşına catmayan uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Göyçay rayonu,Şıxəmir kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “polisin nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs “Yol-hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan xx.xx.2024-cü il tarixdə saat 14 radələrində öz adına verilmiş etibarnamə ilə istifadəsində olan “VAZ 21011” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göyçay-Ucar avtomobil yolunun Göyçay rayonun Mollahacılı kəndindən keçən hissəsində üzü Göyçay rayonu Şıxəmir kəndi istiqamətində asfalt yolda hərəkətdə olan zaman “Yolhərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunlara əməl etməyərək idarə etməni itirib avtomobili öz hərəkəti istiqamətində yolun sağ tərəfində dayanan piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vurub sonuncunun sol dirsək sümüyünün yuxarı 3\1 -nin çox qəlpəli açıq yerdəyişmiş sınığı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər zərər vuran xəsarətlər alması ilə nəticələnən yol- nəqliyyat hadisəsini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, özünə məxsus Vaz 21011 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Maddi imkanın yaxşı olmadığı üçün avtomobili adına sənədləşdirməmişdir. Nəqliyyat vasitəsini idarə etmək üçün isə sürücülük vəsiqəsi yoxdur. xx.xx.2024-cü il tarixdə saat 14 radələrində özünə məxsus avtomobilillə qarşdaşı oğlu Elvinlə birlikdə Göyçay şəhərindən çıxaraq Göyçay-Ucar yolu ilə yaşadığı Şıxəmir kəndi istiqamətində hərəkət etməyə başlamışdır. Göyçay rayon Mollahacılı kəndində 50-60 km saatla hərəkət edən zaman qəfil yolun sağ tərəfindən traktor yoluna çıxmış, traktorla toqquşmamaq üçün əyləci basmış və sükanı sağa tərəf çəkmişdir. Həmin vaxtı əyləci işləməmiş və avtomobili ilə yolun sağ kənarında dayanıb meyvə satan Mustafanı vurmuşdur. Sonra isə avtomobilili yoldan aşağıya düşmüşdür. Ondan sonra oraya toplaşan tanımadığı şəxslər təcili tibbi yardım çağıraraq Mustafanı Göyçay RMX-ya aparmışlar. Bundan sonra isə polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirmişlər. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı yaxın qohumları ödəmişdir. İş üzrə Zərərçəkmiş şəxs göstərmişdir ki, Göyçay rayonu Mollahacılı kəndi ərazisindən keçən hissəsində yolun kənarında kənd tədərrüfatı malları satışı ilə məşğul olur. 02 avqust 2024-cü il tarixdə saat 14 radələrində Göyçay rayonu Mollahacılı kəndində Göyçay-Ucar yolunun kənarında daim meyvə-tərəvəz satdığı yerdə öz işinə başlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs idarə etdiyi Vaz 21011 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin tormoz səsini eşitmiş, arxaya çönmək istəyən zaman avtomobil onu vurub kənara atmışdır. Avtomobilin onu vurması nəticəsində bədənində bərk ağrılar olmuş və sol qolunun sümüyünün sındığını görmüşdür. Sonra təcili tibbi yardım avtomobili çağırmışlar. Hadisə yerinə gələn həkimlər onu təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparmışlar. Orada bilmişdir ki, onun sol qolunun dirsək sümüyü açıq sınıq vəziyyətindədir. Təqsirləndirilən şəxs ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxsdən ona dəymiş ziyanı tələb edir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əmisidir. Təqsirləndirilən şəxs özünə məxsus VAZ 21011 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. xx.xx.2024-cü il tarixdə əmisi Ziyadla birlikdə Göyçay şəhərində yerləşən mərkəzi bazara getmişlər. Həmin gün işləri bitirdikdən sonra əmisi Ziyada məxsus VAZ 21011 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadıqları Şıxəmir kəndinə qayıdarkən ön sağ oturacaqda əyləşmişdir. Göyçay rayonu Mollahacılı kəndi ərazisində ikinci dərəcəli yoldan əsas yola nömrə nişanını xatırlamadığı traktor daxil olmaq istəmiş, əmisi Ziyad da həmin traktorla toqquşmamaq üçün tormoz edib sükanı sağa tərəf çəkmiş, avtomobil idarəetməni itirərək yolun kənarında dayanan piyada Mustafanı vurmuşdur. Avtomobil yolun kənarından aşağı düşüb dayanmışdır. Ziyad dərhal avtomobildən düşüb Mustafaya tərəf getmiş, Mustafanın sol qolu dirsəkdən sınmışdır. Hadisə yerinə gələn şəxslərdən kimsə TTY-a zəng etmiş, Mustafanı xəstəxanaya aparmışlar. Ziyad hadisə yerində polis əməkdaşları ilə qalmış və ora baxış keçirilmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 göstərmişdir ki, Göyçay RPŞ-nin DPYB-nin yol-patrul xidmətinin inspektoru vəzifəsində xidmət edir. xx.xx.2024-cü il tarixdə xidmətdə olan zaman təxminən saat 14 radələrində Göyçay-Ucar avtomobil yolunun Göyçay rayonu Mollahacılı kəndi əraizisindən keçən hissəsində yol-nəqliyyat hadisəsinin baş verməsi haqqında məlumat almışdır. Bundan sonra dərhal yol-nəqliyyat hadisəsinin baş verdiyi yerə getmişdir. Hadisə yerinə çatdıqdan sonra VAZ 2101 markalı, **-BG-*** dövlət qeydiyyat nişnalı, göy rəngli avtomobilinin Göyçay-Ucar avtomobil yolunda üzü Şıxəmir kəndi istiqamətində hərəkətdə olan zaman idarəetməni itirib öz hərəkəti istiqamətində yolun sağ tərəfində yerləşən ehtiyyat hissənin kənarında olan meyvətərəvəz satışı ilə məşğul olan piyada Zərərçəkmiş şəxs vurmuşdur. İlk əvvəl sürücünün kim olduğunu sorğu etmişdir. Təqsirləndirilən şəxs özünü təqdim edərək sürücü olduğunu bildirmişdir. Xəsarət almış şəxsi TTY avtomobili ilə Göyçay rayon mərkəzi xəstəxanasına aparılması təmin edilmişdir. Daha sonra hadisə yerinin müayinəsi aparılmış, fotoşəkillər çəkilmişdir. Hadisə yerinin müayinəsi başa çatdıqdan sonra VAZ 21011 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil Göyçay RPŞ-nin duracağına yerləşdirilmişdir. Bortkompüterdən istifadə edərək sürücü Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi olmadığını müəyyən etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş X4 göstərmişdir ki, Təqsirləndirilən şəxs qardaşıdır. Baş vermiş yol-nəqliyyat hadisəsi baş verdikdək sonra Zərərçəkmiş şəxs Bakı şəhərinə xəstəxanaya aparmış, 800 manat civarında Zərərçəkmiş şəxs müalicə üçün pul xərcləmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş X3 göstərmişdir ki, Zərərçəkmiş şəxs qardaşıdır. Yol-nəqliyyat hadisəsi baş verdikdək sonra Mustafanın yanında olmuşdur. Mustafaya dəymiş ziyandan ona 100 manat pul vermişlər. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası mərkəzindən alınmış xx.xx.2024-cü il tarixli 8/2745 nömrəli rəydən görünür ki,istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ 21011 markalı, 23- BG-244 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texmniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixdli 528 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə- tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər-sol dirsək sümüyünün yuxarı 1/3-nin çox qəlpəli açıq yerdəyişmiş sınığı küt-bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə avtomobil qəzası nəticəsində əmələ gəlmələri inkar edilmir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Cinayət işinə əlavə edilmiş Göyçay RPŞ-nin DYPB-nin xx.xx.2025-ci il tarixli 2/64 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi yoxdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara qiymət verən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs “Yol-hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan xx.xx.2024-cü il tarixdə saat 14 radələrində öz adına verilmiş etibarnamə ilə istifadəsində olan “VAZ 21011” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göyçay-Ucar avtomobil yolunun Göyçay rayonun Mollahacılı kəndindən keçən hissəsində üzü Göyçay rayonu, Şıxəmir kəndi istiqamətində asfalt yolda hərəkətdə olan zaman “Yolhərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunlara əməl etməyərək idarə etməni itirib avtomobili öz hərəkəti istiqamətində yolun sağ tərəfində dayanan piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vurub sonuncunun sol dirsək sümüyünün yuxarı 3/1-nin çox qəlpəli açıq yerdəyişmiş sınığı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər zərər vuran xəsarətlər alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməklə Azərbaycan Respublikası CM-nin 263-1.2ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetir və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində qeyd edilmişdir ki törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməklə səmimi peşman olmasını, himayəsində bir yetkinlik yaşına çatmamış uşağın olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilən və hökm qüvvəyə mindiyi zaman həbsdə olmayan məhkum icra məmurunun təqdim etdiyi müvafiq göstərişə əsasən müəyyən edilən vaxtda məntəqə tipli cəzaçəkmə müəssisəsinə şəxsən gəlməlidir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqandan yayınmadığını, məhkəmə baxışının normal gedişinə mane olmadığını nəzərə alıb, barəsində seçilmiş polisin nəzarət altına vermə qətimkan tədbirinin hökm icraya yönələnədək dəyişdirilmədən saxlanılmasını mümkün hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 85 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351, 353, 354 , 381, 384 -cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirli bilinib, 02 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Barəsində seçilmiş polisin nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs oğlundan iş üzrə məhkəmə xərci olan 85 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə Göyçay rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №1(046)-27/2025
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-27/2025
15.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver