Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-28/2020 08.12.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Müdafiəçi, Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1981-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, ailəli, Yevlax şəhəri, Q.Quliyev küçəsi ev 11, mənzil 8-də qeydiyyatda olan və yaşayan, xx.xx.2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(039)-19/2020 saylı hökmünə əsasən Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xx xxxxxx 2020-ci il tarixdə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talamaq qərarına gəlib bu məqsədlə Göyçay şəhəri Vaqif küçəsi ev 32-də yaşayan Zərərçəkmiş şəxs yaşadığı evdə qonaq qaldığı müddətdə, xx.xx.2019-cu il tarixdə saat 08 radələrində həmin evin ümumi istifadəsi üçün nəzərdə tutulmuş mətbəxdəki əl-üz yuma yerində şüşə qabda saxladığı üzərində 6 ədəd 4 qram çəkidə 900 əyarlıq qızıl və adi plastmas dişlərdən ibarət ümumilikdə 600 manat dəyərində protezini gizli yolla talayıb Zərərçəkmiş şəxs 600 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, Göyçay şəhər sakini Zərərçəkmiş şəxs onun bacısı Ləman Xəlilovanın qaynatasıdır. Bacısı Ləman öz azyaşlı qızı Zəhra və qaynatası Zərərçəkmiş şəxs məxsus Göyçay şəhəri Vaqif küçəsi ev 32 iki mərtəbəli evdə yaşayırlar. 2019-cu ilin oktyabr ayının ilk günlərində bacısı Ləmangilə bir neçə günlük qonaq getmişdir. Həmin vaxt heç bir yerdə işləmədiyindən isə maddi vəziyyəti pis olmuşdur. Evin otaqlarına və mətbəxə sərbəst girib çıxmağına heç kim qadağa qoymamış, bütün otaqlara və mətbəxə istədiyi vaxt sərbəst girib-çıxmışdır. Qonaq qaldığı müddətdə Zərərçəkmiş şəxs gecə yatmağa gedəndə mətbəxdə əl üz yuma yerində rakovinin altında üzərində qızıl dişlər olan protezin saxladığını görmüşdür. xx.xx.2019-cu il tarixdə də Paşanın yatmağa getməmişdən əvvəl mətbəxdə həmin yerdə bankaya üzərində qızıl dişləri olan diş protezini qoyduğunu görərək səhər tezdən həmin protezi oğurlayıb evdən xəbərsiz çıxıb getməyi və protezin üzərində olan qızıl dişləri satıb pul əldə etməyi fikirləşmiş və səhər tezdən həmin diş protezini oğurlamağa qərara almışdır. Ona görə də xx.xx.2019-cu il tarixdə saat 08 radələrində hamının yatdığı vaxtda ayağa qalxıb paltarını geyinərək mətbəxə keçmiş, orada sağ tərəfdəki rakovinin altında şüşə bankada Zərərçəkmiş şəxs saxladığı diş protezini götürüb cibinə qoymuşdur. Həmin vaxt bacısı Ləman azyaşlı qızı Zəhra ilə zalda, Zərərçəkmiş şəxs isə öz otağında yatmışdır. Mətbəxdən çıxaraq evin ikinci mərtəbəsindən düşüb həyətdən küçəyə çıxmışdır. Çingizgildə onu görməmişlər. Daha sonra isə protezin üzərində olan dişləri qızıl alverçilərinə satmaq üçün Göyçay şəhər bazarı istiqamətinə getmişdir. Oğurladığı diş protezini cibindən çıxartmış və üzərində 6 ədəd qızıl dişlərin olduğunu görmüşdür. Həmin dişləri bir-bir çıxararaq cibinə yığmışdır. Üzərində plastmas dişləri qalmış protezi isə yolda su bərəsinə atmışdır. Daha sonra isə Nizami küçəsi ilə piyada gedərkən bazara çatanda, bazarın girişində sıralarda qızıl və parça mağazalarının olduğunu, qızıl mağazasına yaxınlaşanda isə qarşısında iki nəfər şəxsin dayanıb söhbət etdiklərini görmüşdür. Cibindən 6 ədəd qızıl dişləri çıxardıb qızıl satmaq istədiyini bildirdikdə Şahid2 ona yaxınlaşmış və həmin qızıl dişləri görüb onların kimə məxsus olduğunu, oğurluq olubolmadığını soruşmuşdur. Çingizə həmin dişlərin atasına məxsus olduğunu, çoxdandır evdə qaldığını və lazımsız olduğunu, hazırda lazım olamadıqlarından, həmçinin, pula ehtiyacları olduğundan onları satmaq istədiyini bildirmişdir. Qızıl alan Çingiz ona, şəxsiyyət vəsiqəsiz mal almadığını bildirmişdir. Çingizə Yevlax şəhərindən olduğunu bildirərək şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Çingizdə dişləri yoxladıqdan sonra razılaşmış və 250 manata həmin qızıl dişləri ondan almışdır. Şəxsiyyət vəsiqəsindən qeydiyyat dəftərinə kimliyini köçürdəndə Çingizə 250 manata qızıl dişləri satmağı ilə bağlı həmin dəftərdə imza etmişdir. Bundan sonra Yevlax şəhərinə getmişdir. Zərərçəkmiş şəxs oğlu Şahid1 və bacısı Ləman bir neçə dəfə zəng vurmuş, Çingizin və bacısının onun oğurluq etdiyini bildiklərini anlamış, ona görə də onlara cavab verməmişdir. Sonra isə Çingiz onunla əlaqə saxlayıb nararazılıq edəndə Çingizə oğurluq etməyini etiraf etməyəndə Çingiz onun bazarda qızıl dişləri satmağından xəbərinin olduğunu, həmin dişləri öz qohumu Çingiz adlı şəxsə satıldığını, qızıl alverçisi Çingizin də onun adını soyadını dəftərində qeyd etdiyini bildirmişdir. Oğurluq yolu ilə əldə etdiyi qızıl dişləri elə Paşagilin qohumuna satdığını həmin vaxt bilmişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmişə dəymiş ziyanı ödəməmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs göstərmişdir ki, 2019-cu ilin oktyabr ayının əvvəllərində gəlini Ləmanın qardaşı, Yevlax şəhər sakini Təqsirləndirilən şəxs bir neçə günlük onlara qonaq gəlmiş və onlarla bir yerdə ona məxsus Göyçay şəhəri Vaqif küçəsi ev 32-də qalmışdır. xx.xx.2019-cu il tarixdə saat 23 radələrində yatmağa gedərkən ağzından üst diş protezini çıxardıb mətbəxdəki rakovinanın altında şüşə bankaya qoyub yatmışdır. xx.xx.2019-cu il tarixdə saat 10 radələrində yuxudan oyanıb əl-üzünü yumaq üçün mətbəxə keçərkən oradakı rakovinin altında bankada saxladığı üzərində 6 ədəd qızıldan, qalanları isə plastmasdan dişlər olan həmin protezin yerində olmadığını görmüşdür. Həmin vaxt evdə gəlini Ləmandan və azyaşlı nəvəsindən protez dişlərimin harada olduğunu soruşduqda heç kim onun yerini bilməmişdir. Bir qədər axtarsa da protezi tapa bilməmişdir. Eyni zamanda qonaq gələn Ləmanın qardaşı Anar da sağollaşmayıb getdiyində görə dişlərinin oğurlandığını düşünüb bu barədə oğlu Şahid1 xəbər vermişdir. Ertəsi gün isə polisə gəlib bu barədə ərizə vermişdir. Oğlu Çingiz maraqlananda isə məlum olmuşdur ki, diş protezi Ləmanın qardaşı Təqsirləndirilən şəxs oğurlayaraq Göyçay şəhərində bazarda qızıl satan Şahid2 adlı qohumlarına satmışdır. Çingiz də həmin qızıl dişlərin ona məxsus olmasını bilməmiş və qızıl dişləri Anardan 250 manata alıb əritmişdir. Həmin diş protezini 2017-ci ildə ümumilikdə 700 manata düzəltdirmişdir. Protezin üzərində olan dişlərin 6 ədədi 900 əyarlıq qızıldan, qalanları isə adi plastmasdan olmuşlar. Qızılın ümumi çəkisi 4 qram olmuşdur. Oğurlanan zaman həmin vəziyyətdə isə protezi bütövlükdə 600 manata dəyərləndirir. Oğurluq nəticəsində ona dəymiş 600 manat ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir. Buna görə də Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş üzrə şahid qismində məhkəmədə ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, 2019-cu ilin oktyabr ayının əvvələrində Təqsirləndirilən şəxs bir neçə günlük onların evinə qonaq gəlmişdir. Anar atasına məxsus Göyçay şəhəri Vaqif küçəsi ev 32-də qaldığı müddətdə atası Paşa heç bir narazılıq etməmişdir. xx.xx.2019-cu il tarixdə atası Paşaya məxsus dəyəri 700 manat olan protezin oğurlandığı müəyyən olunmuşdur. Həmin protezi 700 manata düzəltdirmişdir. Protezin üzərindəki 4 qram çəkidə 6 ədəd 900 əyarlı qızıl dişlər, qalanı isə plastmas dişlər olmuşlar. Atası Paşa həmişə yatmazdan əvvəl diş protezini çıxardıb özlərinin mətbəxində bankaya qoymuş, xx.xx.2019-cu il tarixdə atası Paşa ona öz mətbəxlərində bankada saxladığı diş protezini tapa bilmədiyini, səhərdən protezi axtarıdığını söyləmiş və ona da otaqlara baxmağı xahiş etmişdir. Protezin həqiqətən harasa düşməsini ehtimal edib ailə üzvləri ilə evi axtarmalarını tapşırmışdır. Həmin vaxtı diş protezini evin öz qaldıqları tərəfində axtarsalar da, tapa bilməmişlər. Atası Zərərçəkmiş şəxs məxsus diş protezin qonaq gəlmiş rəhmətlik qardaşının qayını Təqsirləndirilən şəxs tərəfindən oğurlanmasından şübhələnmişdir. Çünki protez yoxa çıxan gün, yəni xx.xx.2019-cu il tarixdə Anar səhər tezdən onlardan sağollaşmamış getmişdir. Dişin Anar tərəfindən oğurlanmasından şübhələnib bu barədə qızıl mağazalarından soraqlaşmağa başlamışdır. Ertəsi gün Anarın atası Paşaya məxsus diş protezinin üstündəki 6 ədəd qızıl dişləri bazarda qızıl satan Şahid2 adlı qohumlarına satdığını bilmişdir. Soraqlaşan zaman Şahid2 özü xx.xx.2019-cu il tarixdə səhər tezdən Yevlax şəhər sakini Təqsirləndirilən şəxs ona 250 manata 6 ədəd qızıl dişlər satdığını, satanda isə ona öz şəxsiyyət vəsiqəsinin nömrəsini, adını soyadını saxladığını demişdir. Çingiz də onları dəftərdə qeyd etmişdir. Təqsirləndirilən şəxs narazılığını bildirsə də, Anar oğurluq etdiyini etiraf etməmişdir. İş üzrə şahid qismində məhkəmədə ifadə vermiş Şahid2 Paşa oğlu ifadəsində göstərmişdir ki, Göyçay şəhəri Nizami küçəsində yerləşən bazarın girişində qızıl mağazası vardır. Həmin mağazada qızıl alqı-satqısı ilə məşğul olur. Aldığı bütün qızıl-zinət əşyaların qeydiyyatını aparır, ona hər hansı bir əşya satmış şəxslərin şəxsiyyətini təsdiq edən sənədin, telefon nömrəsini götürür və dəftərə yazır ki, sonra hər hansı bir problem yaranarsa həmin şəxsi tapmaq mümkün olsun. xx.xx.2019-cu il tarixdə saat 09 radələrində mağazanın qarşısında dayanıb söhbət edərkən Təqsirləndirilən şəxs mağazanın girişinə yaxınlaşmış və onda 6 ədəd qızıl diş olduğunu, pula ehtiyacı olduğundan onları satmaq istədiyini bildirmişdir. Qızıl dişlərə baxmış və həmin dişlərin kimə məxsus olduğunu soruşaraq mağazaya daxil olmuşdur. Təqsirləndirilən şəxs qızıl dişlərin atasına məxsus olduğunu, çoxdan evdə qaldığını və hazırda lazım olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsiz mal götürmədiyini bildirmiş, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin üzərində olduğunu bildirmişdir. Qızıl dişləri yoxlayıb razılaşıb həmin qızıl dişləri 250 manata almışdır. Öz kitabçasında qeydiyyat aparmış və Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin seriya nömrəsini, adını və soyadını qeyd etmişdir. Təqsirləndirilən şəxs da ona qızıl satdığını imzası ilə təsdiqləmişdir. Təqsirləndirilən şəxs aldığı həmin 6 ədəd qızıl dişləri əritmiş və həmin əridilmiş qızıldan üzük düzəldilməsi üçün Bakı şəhərinə göndərmişdir. Ertəsi gün xx.xx.2019-cu il tarixdə qohumu Şahid1 ona zəng vurub kiminsə qızıl diş satıb-satmadığını soruşduqda, kitabçasına baxıb Çingizə Yevlax rayon sakini Təqsirləndirilən şəxs adlı şəxsdən 6 ədəd qızıl diş aldığını bildirmişdir. Həmin vaxtı Çingiz ona həmin dişlərin atası Zərərçəkmiş şəxs məxsus olduğunu, Təqsirləndirilən şəxs isə onların uzaq qohumu olduğunu və bir neçə gündür ki, onların yaşadığı evdə qonaq qaldığını və atası Paşaya məxsus üzərində həmin qızıl dişlər olan diş protezini oğurladığını bildirmişdir. Həmin vaxt ona dişləri satan Təqsirləndirilən şəxs Paşanın diş protezini oğurlayıb üzərindəki qızıl dişləri ona satdığını bilmişdir. Anarın ona satdığı 6 ədəd qızıl dişlər 900 əyarlıq qızıldan, ümumilikdə isə 4 qram çəkidə olmuşlar. Cinayət işinə əlavə edilmiş məhkəmə-əmtəəşunaslıq ekspertizasının xx.xx.2019-cu il tarixli 26636 saylı ekspert rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində tədqiq edilən ortada olmayan ümumi çəkisi 4 qram 6 ədəd qızıl dişlərin xx xxxxxxx 2019cu i tarixə respublikadaxili orta bazar pərakəndə satış ümumi qiyməti nəzəri hesablama yolu ilə şərti olaraq 280 manat müəyyən olunur. Aparılmış ekspertizanın dəyəri 50 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş məhkəmə-əmtəəşunaslıq ekspertizasının aparılmış ekspert tədqiqatı nəticəsində Bakı şəhərində yerləşən stamotoloji klinikalarda mövcud olan qiymətlərə, eləcədə təqdim edilmiş Göyçay rayonun Stamotoloji poliklinika tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli 14 saylı arayış məlumatlarına əsasən tədqiq edilən ortada olmayan diş protezinin xx xxxxxxx 2019-cu i tarixə respublikadaxili orta bazar pərakəndə satış ümumi qiyməti nəzəri hesablama yolu ilə şərti olaraq 250 manat müəyyən olunur. Aparılmış ekspertizanın dəyəri 50 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş Göyçay şəhəri stamotoloji poliklinikasından alınmış xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, 2019-cu ilin oktyabr ayında üzərində dişlərin sayından aslı olmayaq adi plastmas dişlərdən ibarət protezinin qiyməti təxminən 250 manat təşkil etmişdir. Cinayət işinə əlavə edilmiş Yevlax rayon psixo-nevroloji kabinetdən alınmış xx.xx.2020-ci tarixli 1129 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon psixo-nevroloji kabinetdə qeydiyyatda yoxdur. Cinayət işinə əlavə edilmiş Yevlax rayon narkoloji kabinetdən alınmış xx.xx.2020-ci tarixli 292 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il tarixdən xroniki alkoqolizm diaqnozu ilə Yevlax rayon narkoloji kabinetdə qeydiyyatdadır. Cinayət işinə əlavə edilmiş Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan əməlini törətməkdə təqsirli bilinərək həmin məhkəmənin hökmü ilə 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinə əlavə edilmiş Yevlax rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə ona təyin edilmiş 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 03 ay 16 gün çəkmiş, çəkilməmiş cəzası tutulduğu günədək 01 il 08 ay 10 gün təşkil edir. Cinayət işinə əlavə edilmiş axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Göyçay RPŞ-nin CAB-ın əməliyyat müvəkkilləri tərəfindən Yevlax şəhəri ərazisində tutularaq Göyçay RPŞ-nin MSY-nə təqdim edilmişdir. Məhkəməyə təqdim edilmiş məhkəmə psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli 106 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli barəsindən anlaqlı hesab edilmişdir. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talamaq məqsədilə Göyçay şəhəri Vaqif küçəsi ev 32-də yaşayan Zərərçəkmiş şəxs yaşadığı evdə qonaq qaldığı müddətdə, xx.xx.2019-cu il tarixdə saat 08 radələrində həmin evin ümumi istifadəsi üçün nəzərdə tutulmuş mətbəxdəki əl-üz yuma yerində şüşə qabda saxladığı üzərində 6 ədəd 4 qram çəkidə 900 əyarlıq qızıl və adi plastmas dişlərdən ibarət ümumilikdə 600 manat dəyərində protezini gizli yolla talayıb Zərərçəkmiş şəxs 600 manat dəyərində ziyan vurmaqla Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olduğunu cəzasını yüngülləşdirən hal kimi, cinayəti 87 yaşlı qoca vəziyyətdə olan zərərçəkmiş şəxsə qarşı törətdiyini cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin məsələsini müzakirə edərkən, cəzasını yüngülləşdirən halı, eləcə də cinayətin törədilmə şəraitini, motivini, hadisənin törətdikdən sonra təqsirləndirilən şəxsin davranışını nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs hazırki cinayəti Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən əvvəl törətdiyi müəyyən edildiyindən ona cinayətlərin məcmusu üzrə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü kimi hesablanır. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasına Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü üzrə təyin edilmiş 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının tutulduğu vaxtadək, yəni xx.xx.2020-ci il tarixədək çəkilməmiş 01 il 08 ay 10 gün azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən hesablanaraq 10 ay 05 gün azadlıqdan məhrumetmə cəzası qismən toplanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-cı maddəsinə əsasən azadalıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Cəzasının əvvəli həbsə alındığı vaxtdan yəni, xx.xx.2020-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə və məhkəmə baxışı dövründə hüquqlarını 14 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 14 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 84 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə ekspertiza xərcləri olan 100 manat pul Təqsirləndirilən şəxs tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351, 353, 381, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(039)- 19/2020 saylı hökmünə əsasən CM-nin 177.2.3-cü maddəsi ilə təyin edilmiş 1 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının həbsə alındığı vaxtadək, yəni xx.xx.2020-ci il tarixədək çəkilməmiş 01 il 08 ay 10 gün azadlığın məhdudlaşdırılması cəzası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş 01 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə CM-nin 68.1.1-1-ci maddəsinə əsasən iki günə bir gün hesabı ilə 10 ay 05 gün azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti cəza olaraq, 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş 14 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 84 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ013501**********2944, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. İş üzrə 100 manat ekspertiza xərcləri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №1(046)-28/2020
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-28/2020
08.12.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver