Məhkəmə qərarları › İş №1(046)-28/2023

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-28/2023

04.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-28/2023 04.04.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Dövlət ittihamçısı2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Sirac oğlunun və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs1 və müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, xx.xx.2001-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, məhkum olunmamış, Göyçay rayonu, Bığır kəndində qeydiyyatda olmaqla Göyçay rayonu Qarabaqqal kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə, xx.xx.2000-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, məhkum olunmamış, Göyçay rayonu, Bığır kəndində qeydiyyatda olmaqla Göyçay rayonu Qarabaqqal kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 vahid qəsdlə əhatə olunan niyyətlə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 05 aprel 2022-ci il tarixdən 24 aprel 2022-ci il tarixədək olan müddət ərzində, lakin istintaqla dəqiq müəyyən edilməyən gündə və vaxtda Zərərçəkmiş şəxs1 Sirac oğluna məxsus Göyçay rayonu Hacalıkənd kəndində yerləşən saxlanc yeri hesab olunan “Sirac market” mağazasının arxa tərəfində olan nəfəslikdən qanunsuz daxil olaraq, oradan hər biri 2 manat dəyərində olan 1056 ədəd 0,5 litr həcmli “bizon” markalı enerji içkilərini gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 2112 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 30 aprel 2022-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs2 məxsus Göyçay rayonu Qarabaqqal kəndində yerləşən saxlanc yeri hesab olunan mağazanın giriş qapısının üzərində olan asma kilidi vintaçan alətlə açmaqla qanunsuz daxil olaraq, oradan hər birinin qiyməti 2 manat olmaqla ümumilikdə 16 manat dəyərində 8 qutu “prima” markalı qalın siqareti, hər birinin qiyməti 3,1 manat olmaqla ümumilikdə 18,6 manat dəyərində 6 qutu “LD platinium” markalı nazik siqareti, hər birinin qiyməti 2,3 manat olmaqla ümumilikdə 16,1 manat dəyərində 7 qutu “Argo” markalı nazik siqareti, hər birinin qiyməti 2,6 manat olmaqla ümumilikdə 18,20 manat dəyərində 7 qutu “Vhinchester” markalı nazik siqareti, hər birinin qiyməti 2,6 manat olmaqla ümumilikdə 20,8 manat dəyərində 8 qutu “Pallmall” markalı nazik siqareti, hər birinin qiyməti 2,6 manat olmaqla ümumilikdə 23,4 manat dəyərində 9 qutu “Palmall” markalı qalın siqareti, hər birinin qiyməti 2,3 manat olmaqla ümumilikdə 11,5 manat dəyərində 5 qutu “Classic” markalı nazik siqareti, hər birinin qiyməti 2,3 manat olmaqla ümumilikdə 16,1 manat dəyərində 7 qutu “Classic” markalı nazik uzun siqareti, hər birinin qiyməti 2,5 manat olmaqla ümumilikdə 12,5 manat dəyərində 5 qutu “Magna” markalı ağ rəngli, nazik siqareti, hər birinin qiyməti 2,5 manat olmaqla ümumilikdə 17,5 manat dəyərində 7 qutu “Magna” markalı, boz rəngli, nazik siqareti, hər birinin qiyməti 2,5 manat olmaqla ümumilikdə 10 manat dəyərində 4 qutu “Vant” markalı, qara rəngli, nazik siqareti, hər birinin qiyməti 2,3 manat olmaqla ümumilikdə 18,4 manat dəyərində 8 qutu “Keno” markalı, nazik siqareti, yəni ümumilikdə 199,10 manat dəyərində siqaretləri, həmçinin hər birinin qiyməti 1 manat olmaqla ümumilikdə 3 manat dəyərində 3 ədəd “Xırdalan” markalı pivəni və 443 manat nağd pulu gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 645,10 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Təqsirləndirilən şəxs2 vahid qəsdlə əhatə olunan niyyətlə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 05 aprel 2022-ci il tarixdən 24 aprel 2022-ci il tarixədək olan müddət ərzində, istintaqla dəqiq müəyyən edilməyən gündə və vaxtda Zərərçəkmiş şəxs1 Sirac oğluna məxsus Göyçay rayonu, Hacalıkənd kəndində yerləşən saxlanc yeri hesab olunan “Sirac market” mağazasının arxa tərəfində olan nəfəslikdən qanunsuz daxil olaraq, oradan hər biri 2 manat dəyərində olan 1056 ədəd 0,5 litr həcmli “bizon” markalı enerji içkilərini gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 2112 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 30 aprel 2022-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs2 məxsus Göyçay rayonu, Qarabaqqal kəndində yerləşən saxlanc yeri hesab olunan mağazanın giriş qapısının üzərində olan asma kilidi vintaçan alətlə açmaqla qanunsuz daxil olaraq, oradan hər birinin qiyməti 2 manat olmaqla ümumilikdə 16 manat dəyərində 8 qutu “prima” markalı qalın siqareti, hər birinin qiyməti 3,1 manat olmaqla ümumilikdə 18,6 manat dəyərində 6 qutu “LD platinium” markalı nazik siqareti, hər birinin qiyməti 2,3 manat olmaqla ümumilikdə 16,1 manat dəyərində 7 qutu “Argo” markalı nazik siqareti, hər birinin qiyməti 2,6 manat olmaqla ümumilikdə 18,20 manat dəyərində 7 qutu “Vhinchester” markalı nazik siqareti, hər birinin qiyməti 2,6 manat olmaqla ümumilikdə 20,8 manat dəyərində 8 qutu “Pallmall” markalı nazik siqareti, hər birinin qiyməti 2,6 manat olmaqla ümumilikdə 23,4 manat dəyərində 9 qutu “Palmall” markalı qalın siqareti, hər birinin qiyməti 2,3 manat olmaqla ümumilikdə 11,5 manat dəyərində 5 qutu “Classic” markalı nazik siqareti, hər birinin qiyməti 2,3 manat olmaqla ümumilikdə 16,1 manat dəyərində 7 qutu “Classic” markalı nazik uzun siqareti, hər birinin qiyməti 2,5 manat olmaqla ümumilikdə 12,5 manat dəyərində 5 qutu “Magna” markalı ağ rəngli, nazik siqareti, hər birinin qiyməti 2,5 manat olmaqla ümumilikdə 17,5 manat dəyərində 7 qutu “Magna” markalı, boz rəngli, nazik siqareti, hər birinin qiyməti 2,5 manat olmaqla ümumilikdə 10 manat dəyərində 4 qutu “Vant” markalı, qara rəngli, nazik siqareti, hər birinin qiyməti 2,3 manat olmaqla ümumilikdə 18,4 manat dəyərində 8 qutu “Keno” markalı, nazik siqareti, yəni ümumilikdə 199,10 manat dəyərində siqaretləri, həmçinin hər birinin qiyməti 1 manat olmaqla ümumilikdə 3 manat dəyərində 3 ədəd “Xırdalan” markalı pivəni və 443 manat nağd pulu gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 645,10 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişlər. İş üzrə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs1 özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərimişdir ki, xx.xx.2022-ci il tarixdə Yolçu ilə birlikdə Zərərçəkmiş şəxs1 Sirac oğluna məxsus Göyçay rayonu Hacalıkənd kəndində həyətyanı sahəsində yerləşən “Sirac market” mağazasına kol çəpər hasarından keçib daxil olmuşlar. Daha sonra həyətyanı sahədə yerləşən mağazanın arxa tərəfinə yaxınlaşmışlar. Mağazanın arxasında olan nəfəslikdən Yolçu mağazanın içərisinə girmiş, Yolçunu bayırda gözləmişdir. Yolçu mağazanın içərisindən bir-bir içki kasetlərini həmin nəfəslikdən ona ötürmüş, həmin kasetləri alıb yerə yığmışdır. Həmin vaxt hər birində 24 ədəd olan 24 kaset 0,5 litr həcmli “bizon” markalı içki oğurlamışlar. Oğurladıqları içki kasetlərini daşıyıb, yaxınlıqda olan Yolçugilin həyətyanı sahəsinə yığmışlar. Bir gün sonra yenidən Yolçu ilə eyni qaydada həmin mağazaya daxil olub, 20 kaset “bizon” markalı içki oğurlamışlar. Həmin içkilərin 6 kasetini Göyçay şəhərində Şahmara məxsus mağazaya 80 manata satmışlar. Qalan içkiləri isə tutulmaqdan qorxub, Şirvan kanalına tullamışlar. Bundan başqa 30 aprel 2022-ci il tarixdə saat 17 radələrində yaşadığı Qarabaqqal kəndində “Sirac market” mağazasının qarşısına gəlmiş, Yolçu ilə görüşmüş, siqareti olmadığı üçün Yolçudan siqaret istəmişdir. Yolçu da ona siqareti olmadığını demişdir. Həmin vaxt Yolçu ilə bir qədər söhbət etdikdən sonra Yolçu ona özünün də maddi vəziyyətinin pis olduğunu bildirmiş, bundan sonra Yolçu ilə oğurluq etmək qərarına gəlmişlər. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində “Sirac market” mağazasının qarşısında görüşmüşlər, bundan sonra birlikdə Zərərçəkmiş şəxs2 məxsus mağazanın yanına gəlmişlər. Həmin vaxt Yolçunun üzərində bir ədəd vintaçan açar olmuşdur. Mağazaya çatdıqdan sonra mağazanın yaxınlığında yolun kənarında dayanmışdır, Yolçu isə mağazaya yaxınlaşmış, vintaçan açarla dəmir qapının üzərində olan asma kilidi açıb, mağazanın içərisinə daxil olmuş, 20 dəqiqə sonra Yolçu əlində iki sellofan torba ilə mağazadan çıxıb gəlmiş, əlində olan qıfılı və vintaçan aləti mağazanın qarşısından keçən su kanalına atmışdır. Daha sonra kəndin kənarında boş sahəliyə gəlmişlər, Yolçu sellofan torbaları yerə boşaltmışdır. Torbaların içərisində müxtəlif markalı siqaretlər və piyvələr olmuşdur. Yolçu siqaretləri bölüşdürüb iki ədəd sellofan torbaya yığmış və birini ona vermiş, digərini isə özü götürmüşdür. Bundan sonra onlar pulları saydıqda kağız pulların 400 manat olduğunu görmüşlər. Həmin vaxt Yolçu ona 200 manat kağız pul vermiş, qəpik pulları isə saymadan, iki bərabər hissəyə bölüşdürmüşlər. Törətdiyi əməldən peşmandır. Hazırda zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs2 özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərimişdir ki, xx.xx.2022-ci il tarixdə Raufla birlikdə Zərərçəkmiş şəxs1 Sirac oğluna məxsus Göyçay rayonu Hacalıkənd kəndində həyətyanı sahəsində yerləşən “Sirac market” mağazasına kol çəpər hasarından keçib daxil olmuşlar. Daha sonra həyətyanı sahədə yerləşən mağazanın arxa tərəfinə yaxınlaşmışlar. Mağazanın arxasında olan nəfəslikdən mağazanın içərisinə keçmiş, Rauf bayırda gözləmişdir. Mağazanın içərisindən bir-bir içki kasetlərini həmin nəfəslikdən Raufa ötürmüş, Rauf isə yerə yığmışdır. Onlar həmin vaxt hər birində 24 ədəd olan 24 kaset 0,5 litr həcmli “bizon” markalı içki oğurlamışlar. Onlar oğurladıqları içki kasetlərini daşıyıb, yaxınlıqda onun yaşadığı evin həyətyanı sahəsinə yığmışlar. Bir gün sonra yenidən Raufla eyni qaydada həmin mağazaya daxil olub, 20 kaset 0,5 litr həcmli “bizon” markalı içki oğurlamışlar. Həmin içkilərin 6 kasetini Göyçay şəhərində Şahmara məxsus mağazaya 80 manata satmışlar. Qalan içkiləri isə tutulmaqdan qorxub, Şirvan kanalına tullamışlar. 44 kaset bizon markalı içkinin sayının çox olduğu üçün həm daşımaqda problem olacağı, həm də anbarda diqqət çəkəcəyi üçün onlar bir hissəni yəni 24 kaset bizon markalı içkiləri xx.xx.2022-ci il tarixdə oğurlamış, bir hissəsini də yəni 20 kaset bizon markalı içkini oğurlamağı da növbəti günə saxlamışlar. Bundan başqa 30 aprel 2022-ci il tarixdə saat 17 radələrində Hacalıkənd kəndində “Sirac market” mağazasının qarşısında Raufla görüşmüş, Raufla söhbət zamanı Zərərçəkmiş şəxs2 məxsus mağazadan oğurluq etməyi qərarlaşdırmışlar. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Raufla yenidən “Sirac market” mağazasının qarşısında görüşmüşlər. Bundan sonra onlar birlikdə Rəşada məxsus mağazanın yanına gəlmişlər, Rauf pusquda dayanmış, özü mağazanın giriş qapısına yaxınlaşıb, gətirdiyi vintaçan açarla qapının üzərindəki asma kilidi sındırmışdır. Dəmir qapını açdıqdan sonra ikinci plastik qapını da açmış və mağazanın içərisinə daxil olmuşdur. Mağazanın içərisindən iki ədəd sellofan torba götürmüş, soyuducunun yanında pərdənin arxasında olan siqaretləri həmin sellofan torbalara yığmışdır. Daha sonra soyuducudan üç ədəd pivə götürmüşdür. Soyuducunun qarşısında kiçik stulun altında qəpik pullar və kağız pullar olmuşdur. Pulları da sellofan torbaya yığmışdır. Bundan sonra mağazadan çıxmışdır. Mağazadan çıxdıqdan sonra sındırdığı qıfılı və vintaçan açarı mağazanın qarşısından keçən su kanalına atmışdır. Daha sonra Raufla kəndin kənarında boş sahəliyə gəlmişlər, sellofan torbaları yerə boşaltmışdır. Torbaların içərisində müxtəlif markalı siqaretlər olmuş, siqaretləri bölüşdürüb iki ədəd sellofan torbaya yığmış, birini Rauf, digərini isə özü götürmüş, 400 manat kağız pulun 200 manatını Raufa vermişdir. Qəpikləri isə təxmini bölüşdürmüşlər. Törətdiyi əməldən peşmandır. Hazırda zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəmişdir. İş üzrə Zərərçəkmiş şəxs1 Sirac oğlu göstərmişdir ki, Göyçay rayonu Hacalıkənd kəndində yaşadığı evin həyətyanı sahəsində “Sirac market” adlı ərzaq mağazası vardır. 24 aprel 2022-ci il tarixdə anbara keçib baxdıqda “bizon” markalı içkilərin xeyli miqdarda azaldığını görmüşdür. Həmin içkiləri saydıqda ümumilikdə hər birində 24 ədəd olmaqla 44 kaset, 0,5 litr həcmli “bizon” markalı içkilərin oğurlandığını görmüşdür. Əvvəlcə oğruları özü tapmaq istəmiş, lakin bir neçə gün keçməsinə baxmayaraq tapa bilməmiş, buna görə də polis şöbəsinə şikayət etmiş və məlum olmuşdur ki, ona məxsus mağazadan oğurluq edən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2dur. 08 dekabr 2022-ci il tarixli 9/8206 nömrəli ekspert rəyi ilə tanış olmuşdur. Ərizəsində, ilkin izahat və ifadələrində içkilərin dəqiq dəyərini hesablamadan təxmini 968 manat dəyərində olduğunu göstərmişdir. Lakin ekspertiza tədqiqatında həmin içkilərin hər birinin dəyəri 2 manat hesablanaraq göstərilmişdir. Halbuki həmin içkiləri Avrora firmasından satış fakturası ilə qəbul edir, bir ədəd 0.5 litrlik “Bizon” içkisinin dəyəri 0.93 manat təşkil edir, satış qiyməti isə 1 manatdır. İstintaq zamanı bu barədə müstəntiqə bildirməsinə baxmayaraq, müstəntiq buna əhəmiyyət verməmişdir. Həmin “Bizon” içkilərinin oğurlanması nəticəsində ona 982.08 manat ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən tam ödənilmişdir. Buna görə təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur. İş üzrə Zərərçəkmiş şəxs2 göstərmişdir ki, Göyçay rayonu Qarabaqqal kəndində yaşadığı evin yaxınlığında ailəsinə məxsus kiçik ərzaq mağazası vardır. 01 may 2022-ci il tarixdə saat 08 radələrində atası ona zəng edərək mağazanın giriş qapısının açıq olduğunu və mağazanın içərisindən oğurluq edildiyini bildirmişdir. Dərhal mağazaya gəlmiş və mağazadan ümumilikdə 193 manat dəyərində siqaretlərin, 5 manat dəyərində spirtli pivə içkilərinin və 443 manat nağd pulun oğurlandığını müəyyən etmişdir. Bundan sonra baş vermiş hadisə barədə polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Baş vermiş oğurluq zamanı ümumilikdə 641 manat maddi ziyan dəymişdir. Oğurlanmış əşyalar 8 ədəd “prima” markalı qalın siqaret, 6 ədəd “LD platinium” markalı nazik siqaret, 7 ədəd “Argo” markalı nazik siqaret, 7 ədəd “Vinchester” markalı nazik siqaret, 8 ədəd “PallmaH” markalı nazik siqaret, 9 ədəd “Pallmall” markalı qalın siqaret, 5 ədəd “classic” markalı nazik siqaret, 7 ədəd “classic” markalı nazik uzun siqaret, 5 ədəd “Magna” markalı, ağ rəngli, nazik siqaret, 7 ədəd “Magna” markalı, boz rəngli, nazik siqaret, 4 ədəd “Vant” markalı, qara rəngli, nazik siqaret, 8 ədəd “Keno” markalı nazik siqaret, 3 butulka 0,5 litr həcmli, “Xırdalan” markalı pivə olmuşdur. Həmçinin 400 manat kağız pul və 43 manat qəpik pullar olmuşdur. 08 dekabr 2022-ci il tarixli 9/8206 nömrəli ekspert rəyi ilə tanış olmuşdur. Ərizəsində, ilkin izahat və ifadələrində içkilərin dəqiq dəyərini hesablamadan 198 manat dəyərində olduğunu göstərmişdir. Lakin ekspertiza tədqiqatında həmin içkilərin dəqiq dəyəri hesablanaraq göstərilmişdir. Ona görə də baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 202.10 manat dəyərində siqaret və içkilər, həmçinin 443 manat nağd pul oğurlanmaqla ümumilikdə 645.10 manat maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən tam ödənilmişdir. Buna görə təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, Göyçay rayonu, Qarabaqqal kəndində yaşadığı evin yaxınlığında ailəsinə məxsus kiçik ərzaq mağazası vardır. 01 may 2022-ci il tarixdə saat 08 radələrində mağazanı açmağa gəldikdə dəmir qapının üzərində qıfılın olmadığını və qapının açıq olduğunu görmüş, mağazaya baxdıqda mağazadan 8 ədəd “prima” markalı qalın siqaret, 6 ədəd “LD platinium” markalı nazik siqaret, 7 ədəd “Argo” markalı nazik siqaret, 7 ədəd “Vinchester” markalı nazik siqaret, 8 ədəd “Pallmall” markalı nazik siqaret, 9 ədəd “Pallmall” markalı qalın siqaret, 5 ədəd “classic” markalı nazik siqaret, 7 ədəd “classic” markalı nazik uzun siqaret, 5 ədəd “Magna” markalı, ağ rəngli, nazik siqaret, 7 ədəd “Magna” markalı, boz rəngli, nazik siqaret, 4 ədəd “Vant” markalı, qara rəngli, nazik siqaret, 8 ədəd “Keno” markalı nazik siqaret, 3 butulka 0,5 litr həcmli, “Xırdalan” markalı pivə və 443 manat nağd pulun oğurlandığını müəyyən etmişdir. Bundan sonra oğlu Zərərçəkmiş şəxs2 bu barədə məlumat vermişdir. Oğlu Zərərçəkmiş şəxs2 baş vermiş hadisə barədə polis şöbəsinə ərizə ilə müraciət etmişdir. İş üzrə şahid qismində ifadəsi elan edilmiş Şahid3 ifadəsindən görünür ki, Göyçay şəhəri Natəvan küçəsində onun özünə məxsus “Şirvan market” mağazası vardır. 2022-ci ilin aprel ayında işçisi Gündüz ona müraciət edərək iki nəfər şəxsin işlədiyi firmadan həmin şəxslərə maaş qarşılığı 06 kaset “bizon” markalı enerji içkiləri verdiklərini və həmin içkiləri ucuz qiymətə satmaq istədiklərini bildirmiş, Gündüzə etiraz etməmişdir. Həmin vaxt Gündüz kassadan onlara 80 manat pul verib, hər birində 24 ədəd olmaqla 06 kaset “bizon” markalı içkiləri almışdır. Həmin içkilərin oğurluq nəticəsində əldə edildiyi barədə heç bir məlumatı olmamışdır. İş üzrə şahid qismində ifadəsi elan edilmiş Şahid2 ifadəsindən görünür ki, Göyçay şəhəri Natəvan küçəsində “Şirvan market” mağazasında satıcı işləyir. 2022-ci ilin aprel ayında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 mağazaya gələrək adını xatırlamadığı firmanın işçiləri olduqlarını bildirmiş və maaş qarşılığında firmadan onlara “bizon” içkiləri verdiklərini bildirmişlər. Buna görə də ondan həmin içkiləri almağı xahiş etmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 06 kaset ala biləcəyini bildirmiş, bundan sonra hər birində 24 ədəd olmaqla 06 kaset “bizon” içkisi almış, qarşılığında 80 manat pul vermişdir. Cinayət işinə əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/601 nömrəli rəyindən görünür ki, “prima” markalı siqaretin hər birinin qiyməti 2 manat olmaqla ümumilikdə 8 qutu 16 manat, “LD platinium” markalı siqaretin hər birinin qiyməti 3,1 manat olmaqla ümumilikdə 6 qutu 18,6 manat, “Argo” markalı siqaretin hər birinin qiyməti 2,3 manat olmaqla ümumilikdə 7 qutu 16,1 manat, “Vhinchester” markalı siqaretin hər birinin qiyməti 2,6 manat olmaqla ümumilikdə 7 qutu 18,20 manat, “Pallmall” markalı nazik siqaretin hər birinin qiyməti 2,6 manat olmaqla ümumilikdə 8 qutu 20,8 manat, “Palmall” markalı qalın siqaretin hər birinin qiyməti 2,6 manat olmaqla ümumilikdə 9 qutu 23,4 manat, “Classic” markalı nazik siqaretin hər birinin qiyməti 2,3 manat olmaqla ümumilikdə 5 qutu 11,5 manat, “Classic” markalı nazik uzun siqaretin hər birinin qiyməti 2,3 manat olmaqla ümumilikdə 7 qutu 16,1 manat, “Magna” markalı, nazik, ağ rəngli siqaretin hər birinin qiyməti 2,5 manat olmaqla ümumilikdə 5 qutu 12,5 manat, “Magna” markalı, boz rəngli nazik siqaretin hər birinin qiyməti 2,5 manat olmaqla ümumilikdə 7 qutu 17,5 manat, “Vant” markalı siqaretin hər birinin qiyməti 2,5 manat olmaqla ümumilikdə 4 qutu 10 manat, “Keno” markalı siqaretin hər birinin qiyməti 2,3 manat olmaqla ümumilikdə 8 qutu 18,4 manat, “Xırdalan” markalı pivənin hər birinin qiyməti 1 manat olmaqla ümumilikdə 3 ədəd 3 manat, “Bizon” markalı enerji içkisinin hər birinin qiyməti 2 manat olmaqla ümumilikdə 1056 ədəd 2112 manat dəyərində müəyyən edilir. Aparılmış ekspertizanın dəyəri 50 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkum olunmamışlar. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs1 Sirac oğlu tərəfindən təqdim edilmiş Şatış Fakturasından görünür ki, 01 ədəd Napitok red bizon 0.45lt dəyəri 0.93 manatdır. Lakin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/601 nömrəli rəyində həmin bizon içkisinin dəyəri 2 manat göstərilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 143.4-cü maddəsinə əsasən şübhəli, təqsirləndirilən şəxs, müdafiəçi, ittihamçı, zərər çəkmiş şəxs, mülki iddiaçı, mülki cavabdeh və onların nümayəndələri, fiziki və hüquqi şəxslər sübut hesab oluna bilən əşya və sənədləri, habelə şifahi və ya yazılı məlumatları təqdim etməyə haqlıdırlar. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Buna görə də məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs1 Sirac oğlunun məhkəmə baxışı zamanı enerji içkisinin bir ədədinin qiyməti barədə təqdim etdiyi sübut, mötəbər sübut hesab edilməli və ona dəymiş real ziyan zərərçəkmişin göstərdiyi xüsusatlar əsas götürülməklə, ekspert rəyində 01 ədəd “Bizon” içkisinin dəyəri 2 manat qeyd edildiyi nəzərə alınmadan yəni, oğurlanmış 1056 “Bizon” enerji içkisi hər birinin dəyəri 0.93 manat olmaqla 982.08 manat hesablanmalıdır. 1056X0.93=982.08 manat. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 vahid qəsdlə əhatə olunan niyyətlə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 05 aprel 2022-ci il tarixdən 24 aprel 2022-ci il tarixədək olan müddət ərzində, Zərərçəkmiş şəxs1 Sirac oğluna məxsus Göyçay rayonu, Hacalıkənd kəndində yerləşən saxlanc yeri hesab olunan “Sirac market” mağazasının arxa tərəfində olan nəfəslikdən qanunsuz daxil olaraq, oradan hər biri 0.93 manat dəyərində olan 1056 ədəd 0,5 litr həcmli “bizon” markalı enerji içkilərini gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 982.08 manat maddi ziyan vurmaqla oğurluq etməklə və bundan başqa təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 30 aprel 2022-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs2 məxsus Göyçay rayonu Qarabaqqal kəndində yerləşən saxlanc yeri hesab olunan mağazanın giriş qapısının üzərində olan asma kilidi vintaçan alətlə açmaqla qanunsuz daxil olaraq, oradan hər birinin qiyməti 2 manat olmaqla ümumilikdə 16 manat dəyərində 8 qutu “prima” markalı qalın siqareti, hər birinin qiyməti 3,1 manat olmaqla ümumilikdə 18,6 manat dəyərində 6 qutu “LD platinium” markalı nazik siqareti, hər birinin qiyməti 2,3 manat olmaqla ümumilikdə 16,1 manat dəyərində 7 qutu “Argo” markalı nazik siqareti, hər birinin qiyməti 2,6 manat olmaqla ümumilikdə 18,20 manat dəyərində 7 qutu “Vhinchester” markalı nazik siqareti, hər birinin qiyməti 2,6 manat olmaqla ümumilikdə 20,8 manat dəyərində 8 qutu “Pallmall” markalı nazik siqareti, hər birinin qiyməti 2,6 manat olmaqla ümumilikdə 23,4 manat dəyərində 9 qutu “Palmall” markalı qalın siqareti, hər birinin qiyməti 2,3 manat olmaqla ümumilikdə 11,5 manat dəyərində 5 qutu “Classic” markalı nazik siqareti, hər birinin qiyməti 2,3 manat olmaqla ümumilikdə 16,1 manat dəyərində 7 qutu “Classic” markalı nazik uzun siqareti, hər birinin qiyməti 2,5 manat olmaqla ümumilikdə 12,5 manat dəyərində 5 qutu “Magna” markalı ağ rəngli, nazik siqareti, hər birinin qiyməti 2,5 manat olmaqla ümumilikdə 17,5 manat dəyərində 7 qutu “Magna” markalı, boz rəngli, nazik siqareti, hər birinin qiyməti 2,5 manat olmaqla ümumilikdə 10 manat dəyərində 4 qutu “Vant” markalı, qara rəngli, nazik siqareti, hər birinin qiyməti 2,3 manat olmaqla ümumilikdə 18,4 manat dəyərində 8 qutu “Keno” markalı, nazik siqareti, yəni ümumilikdə 199,10 manat dəyərində siqaretləri, həmçinin hər birinin qiyməti 1 manat olmaqla ümumilikdə 3 manat dəyərində 3 ədəd “Xırdalan” markalı pivəni və 443 manat nağd pulu gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 645,10 manat maddi ziyan vuraraq oğurluq etməklə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətdiyi tam sübuta yetir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 vahid qəsdlə əhatə olunan niyyətlə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 05 aprel 2022-ci il tarixdən 24 aprel 2022-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs1 Sirac oğluna məxsus Göyçay rayonu, Hacalıkənd kəndində yerləşən saxlanc yeri hesab olunan “Sirac market” mağazasının arxa tərəfində olan nəfəslikdən qanunsuz daxil olaraq, oradan hər biri 0.93 manat dəyərində olan 1056 ədəd 0,5 litr həcmli “bizon” markalı enerji içkilərini gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 982.08 manat maddi ziyan vuraraq oğurluq etməklə və bundan başqa təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 30 aprel 2022-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs2 məxsus Göyçay rayonu, Qarabaqqal kəndində yerləşən saxlanc yeri hesab olunan mağazanın giriş qapısının üzərində olan asma kilidi vintaçan alətlə açmaqla qanunsuz daxil olaraq, oradan hər birinin qiyməti 2 manat olmaqla ümumilikdə 16 manat dəyərində 8 qutu “prima” markalı qalın siqareti, hər birinin qiyməti 3,1 manat olmaqla ümumilikdə 18,6 manat dəyərində 6 qutu “LD platinium” markalı nazik siqareti, hər birinin qiyməti 2,3 manat olmaqla ümumilikdə 16,1 manat dəyərində 7 qutu “Argo” markalı nazik siqareti, hər birinin qiyməti 2,6 manat olmaqla ümumilikdə 18,20 manat dəyərində 7 qutu “Vhinchester” markalı nazik siqareti, hər birinin qiyməti 2,6 manat olmaqla ümumilikdə 20,8 manat dəyərində 8 qutu “Pallmall” markalı nazik siqareti, hər birinin qiyməti 2,6 manat olmaqla ümumilikdə 23,4 manat dəyərində 9 qutu “Palmall” markalı qalın siqareti, hər birinin qiyməti 2,3 manat olmaqla ümumilikdə 11,5 manat dəyərində 5 qutu “Classic” markalı nazik siqareti, hər birinin qiyməti 2,3 manat olmaqla ümumilikdə 16,1 manat dəyərində 7 qutu “Classic” markalı nazik uzun siqareti, hər birinin qiyməti 2,5 manat olmaqla ümumilikdə 12,5 manat dəyərində 5 qutu “Magna” markalı ağ rəngli, nazik siqareti, hər birinin qiyməti 2,5 manat olmaqla ümumilikdə 17,5 manat dəyərində 7 qutu “Magna” markalı, boz rəngli, nazik siqareti, hər birinin qiyməti 2,5 manat olmaqla ümumilikdə 10 manat dəyərində 4 qutu “Vant” markalı, qara rəngli, nazik siqareti, hər birinin qiyməti 2,3 manat olmaqla ümumilikdə 18,4 manat dəyərində 8 qutu “Keno” markalı, nazik siqareti, yəni ümumilikdə 199,10 manat dəyərində siqaretləri, həmçinin hər birinin qiyməti 1 manat olmaqla ümumilikdə 3 manat dəyərində 3 ədəd “Xırdalan” markalı pivəni və 443 manat nağd pulu gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 645,10 manat maddi ziyan vuraraq oğurluq etməklə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətdiyi tam sübuta yetir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir.Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törətdiyi əməli etiraf etməklə səmimi peşman olmasını, ilk dəfə az ağır cinayət törətdiyini, zərəçəkmiş şəxslərə dəymiş ziyanı tam ödədiyini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmadığını, vətən müharibəsi iştirakçısı olmasını cəzasını yüngülləşdirən hallar kimi, eləcədə cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq ona təqsirləndirildiyi maddələrin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törətdiyi əməli etiraf etməklə səmimi peşman olmasını, ilk dəfə az ağır cinayət törətməsini, zərəçəkmiş şəxsə dəymiş ziyanı tam ödədiyini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmadığını və vətən müharibəsi iştirakçısı olmasını cəzasını yüngülləşdirən hallar kimi, eləcədə cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq ona təqsirləndirildiyi maddələrin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Barəsində seçilmiş polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixli protokola əsasən şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı iki gün nəzərə alınmalı, onlara təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada iş üzrə məhkəmə xərci olan 50 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351, 353, 381, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkəmə baxışınadək xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlandığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cazasından dörd gün çıxılaraq, üzərində qəti olaraq 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Göyçay rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli yaşadığı yer üzrə Göyçay rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkəmə baxışınadək xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlandığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cazasından dörd gün çıxılaraq, üzərində qəti olaraq 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Göyçay rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli yaşadığı yer üzrə Göyçay rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada iş üzrə məhkəmə xərci olan 50 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Hökmün icrası Göyçay rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar