Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 1(046)-28/2024 09.04.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ saat 11.15-də Qurbanov Elçin Firudin oğlunun sədrliyi Qəniyev Nurlan Mehman oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, X1, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1993-cü ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər 1)İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilərək İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü dəyişdirilmiş,ona 01 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş,2) Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək,Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən 01 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş ,Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli «Amnistiya haqqında» Qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılaraq 01 il 02 ay azadlıqdan məhrum etmə cəzası saxlanılmış,Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 02 ay 15 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu olan, Göyçay şəhəri, Natəvan küçəsi, ev 8-də qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 11 fevral fevral 2024-cü il tarixdə saat 14 radələrində yaşadığı ünvan 1 ünvanında yerləşən evdə olarkən atası Zərərçəkmiş şəxs ilə sonuncunun spirtli içki içməsi səbəbindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bir dəfə qəsdən yumruqla Zərərçəkmiş şəxs sifətin sol nahiyəsindən vuraraq ona sol göz yuvası nahiyədə, sol göz yarığının tamamilə qapanması və sol gözün ağlı qişasında qansızma fonunda qançır ilə nəticələnən, səhhətin qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bildi, ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs onun doğma atasıdır, Zərərçəkmiş şəxs əvvəllər spirtli içki alüdəçisi olmuş, lakin 2020-ci ildən spirtli içkilərdən istifadə etmir.11 fevral 2024-cü il tarixdə saat 14 radələrində iş yerində olanda atası Nikolayın sərxoş halda onun yanına gəlməsini görmüş,müdiri ilə görüşmək istədiyini bildirmişdir.Atasının sərxoş olduğunu görüb belə vəziyyətdə görüşməsinin mümkün olmadığına ona bildirib onun qoluna girərək yaşadığı evə gətirmişdir. Yaşadıqları Göyçay şəhəri, Natəvan küçəsi, 8 saylı evə gələn zaman evdə heç kim olmamış, belə ki, anası və arvadı həmin vaxt alış-veriş üçün bazara getmiş və oradan da qayınatasıgilə getməli olmuşlar. Evdə atasına spirtli içki içdiyi üçün öz iradlarını bildirəndə atası onun üzərinə gələrək onunla mübahisə etməyə başlamış, mübahisə etməmək üçün atasını divanda uzanması üçün itələmiş, bundan sonra isə öz yataq otağına keçmiş, atasının içəri girməməsi üçün qapını açar ilə arxadan bağlamışdır. Bundan sonra atası qapını açmasını istəmiş, o isə mübahisə etməmək üçün atasına cavab verməmişdir. Təxminən 5 dəqiqə sonra atasının nə iləsə onun yataq otağının qapısını vurmasını bilmiş, buna görə də qapını açmış, bu zaman atasının əlində dəmir parçasının olmasını görmüş, onun əlindən dəmir parçasını almaq istəmiş, lakin atası əlindən buraxmaq istəməmiş, buna görə də əsəbiləşmiş və bir dəfə qəsdən yumruqla atasının sifətinin sol nahiyəsindən qəsdən vurmuşdur. Zərbədən sonra atası bir qədər geriyə doğru gedərək yerə yıxılmış və əlləri boşalmış, o da dəmir parçasını atasının əlindən almış və evdən çölə çıxmışdır. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışdığını və ona dəymiş ziyanı aradan qaldırdığını nəzərə alıb barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs onun doğma oğludur, oğlu Təqsirləndirilən şəxs ilə aralarında əvvəllər hər hansı mübahisə və dava dalaş olmamış, onlar bir evdə yaşamış, həmçinin evdə ondan və oğlu Samirdən başqa arvadı Tamella Məmmədova və gəlini Nərmin yaşayır. 11 fevral 2024-cü il tarixdə təxminən saat 13 radələrində yaşadığı evdə tək olan zaman spirtli içki olan araq içmiş, bundan sonra isə bir qədər sərxoş olmuş, həmin gün saat 14 radələrində özünü narahat hissə etdiyi üçün dərman almaq üçün yaşadığı evin yaxınlığına yerləşən aptekə getmiş, aptekdən baş ağrısı üçün dərman alaraq yaşadığı evə doğru qayıtmış, bu zaman yolda oğlu Samir ilə qarşılaşmış, oğlu Samir onun qoluna girərək onu yaşadıqları evə gətirmişdir.Samir spirtli içki içdiyi üçün ona irad bildirmiş, oturması üçün onu divana itələmiş, o da həmin vaxt oğlu Samiri yanına çağıraraq nəyə görə ona irad bildirməsini soruşmuş, oğlu Samir isə öz otağına keçmiş, buna görə də oğlu Samirin otağının qapısını açaraq onu yenidən yanına çağırmaq istəmişdir. Lakin oğlu Samirin otağın qapısını bağlamasını görmüş, bundan sonra yaşadığı evin həyətindən dəmir parçasını gətirərək oğlunun otağının qapısını açmaq istəmiş, bu zaman oğlu Samir otağın qapısını açmış və onun əlində dəmir parçasının olmasını görüb onun əlindən almaq istəmişdir.Həmin vaxt oğlu Samir bir dəfə yumruqla onun sol gözünün altından qəsdən vurmuş, daha sonra isə oğlu evdən çıxıb getmişdir.Bundan sonra əsəbindən DİN-in 102 xidmətinə zəng edərək oğlu Samirin onu vurduğunu bildirmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş maddi zərər aradan qaldırılmış, ona qarşı tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 X5 12 fevral 2024-cü il tarixli, 64 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər- sol göz yuvası ətrafı nahiyədə, sol göz yarığının tamamilə qapanması və sol gözün ağlı qişasında qansızma fonunda qançır küt- əşyanın təsirindən törənmişdir, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə səhhətinin qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aiddirlər. Beləliklə, təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 11 fevral 2024-cü il tarixdə saat 14 radələrində atası Zərərçəkmiş şəxs yaşadığı Göyçay şəhəri, Natəvan küçəsi, ev 8-də baş vermiş mübahisə zamanı qəsdən yumruqla atasının sifətinin sol nahiyəsindən bir dəfə qəsdən vuraraq və daha sonra zərbədən sonra atası bir qədər geriyə doğru gedərək yerə yıxılmış və əlləri boşalmış ona sol göz yuvası ətrafı nahiyədə, sol göz yarığının tamamilə qapanması və sol gözün ağlı qişasında qansızma xəsarət dərəcəsinə görə səhhətinin qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuş, həmin əməl isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinin məzmunundan görünür ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 41.3-cü maddəsinin tələbinə görə dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Yuxarıda göstərilən qanunvericilik normalarının tələblərinə müvafiq olaraq, məhkəmə hesab edir ki, məhkəmədə işin icraatına xitam verilməsi əsasları müəyyən edildiyindən cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılmalıdır. Belə ki, zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs məhkəməyə ərizə ilə müraciət edərək barışdıqları üçün iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasında Dövlət ittihamçısı çıxış edərək Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunmasını məhkəmədən xahiş etdi. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışaraq ona dəymiş ziyanı aradan qaldırdığından o, cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət təqibinə xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 347,356, 384-cü maddələrini rəhbər tutub, qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad olunsun. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №1(046)-28/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №1(046)-28/2024
09.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver