Məhkəmə qərarları › İş №1(046)-29/2021

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-29/2021

10.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-29/2021 10.03.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştiraki ilə, xx.xx.1986-cı ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respulikasının vətəndaşı, orta təhsilli, işsiz, məhkum olunmuş, subay, Göyçay rayonu Qarayazı kəndində qeydiyyatda olan, Göyçay şəhəri Əhməd Cavad küçəsi ev 36-da yaşayan, xx xxxxxxx 2020–ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində xx xxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə xx.xx.2020-ci il tarixdə saat 02 radələrində Göyçay şəhəri Şəhriyar küçəsi ev 8, mənzil 15-də yaşayan Zərərçəkmiş şəxs məxsus 3200 manat dəyərində olan VAZ 21061 markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı evin həyətindən gizli yolla talamışdır. Bununla da Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə keçən gecə saat 02 radələrində Göyçay şəhərindən yaşadığı evə gedərkən, Göyçay şəhəri Şəhriyar küçəsində binaların həyətindən keçən zaman ağ rəngli “Vaz 21061” markalı, “** ED ***” dövlət qeydiyyat nişanlı avtomobili görmüşdür. Həmin avtomobili oğurlayıb söküb ehtiyyat hissə kimi satacağını düşünmüş, buna görə də həmin avtomobilə sürücü tərəfdən yaxınlaşmış və qapısının açıq olduğunu görmüş, ətrafa nəzər salaraq yaxınlıqda heç kəs olmadığını görüb avtomobilin qapısını açıb sükan arxasına əyləşmişdir. Atasına məxsus avtomobilin açarı cibində olduğundan açarı avtomobilin kilid hissəsinə salmış və avtomobili işə salmışdır. Bundan sonra avtomobili idarə edərək yaşadığı evə gedib öz həyətinə salmışdır. Həmin zaman atası Abbas evdə yatdığı üçün avtomobili həyətə salmağından xəbəri olmamışdır. Ertəsi gün atası Abbas həyətə düşüb maşını gördükdən sonra onu yanına çağıraraq avtomobilin kimə məxsus olduğunu soruşmuş, avtomobilin dostuna məxsus olduğunu və dostu Bakı şəhərinə xəstəxanaya getdiyi üçün avtomobilini saxlamaq niyyəti ilə ona verdiyini bildirmişdir. Bir neçə gün keçdikdən sonra pula ehtiyacı olduğundan qərara gəlmişdir ki, avtomobilin müəyyən hissələrini söküb sataraq pul əldə etsin. Bir nəçə gün sonra atasının evdə olmadığını görüb avtomobilin yanacaq bakını və “Pioner” markalı maqnitolasını sökmüşdür. Bundan sonra həmin hissələri aparıb Yevlax rayonunda satmaq qərarına gəlmiş, yanacaq bakını və maqnitolanı tanımadığı yol keçən maşınla Yevlax rayonuna aparmış və orada avtovağzala yaxın bir ərazidə tanımadığı yol keçən şəxsə yanacaq bakını 30 manata, maqnitolanı isə 40 manata satmışdır. Lakin, həmin şəxsə qeyd olunan ehtiyyat hissələrinin oğurluq olması barədə heç nə deməmiş, özünə məxsus olduğunu bildirmişdir. Həmin hissələri satdıqdan sonra elə həmin günü evə geri qayıtmış, əldə etdiyi pulu isə öz ehtiyacları üçün xərcləmişdir. xx.xx.2020-ci il tarixdə qeyd edilən cinayət hadisəsi ilə bağlı sorğu-sual edilərkən polis əməkdaşlarına törətdiyi əməli etiraf etmiş, avtomobili zərərçəkmişə qaytarmışdır. Törətdiyi əməldən peşmandır, zərərçəkmişə dəymiş ziyanı ödəmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 05:20-də yuxudan oyanaraq evin pəncərəsindən həyətə baxan zaman avtomobilini həyətdə görməmişdir. Bundan sonra dərhal həyətə düşmüş və ətrafda avtomobilini tapa bilməmişdir. Bundan sonra DİN-in 102 xidmətinə zəng edərək avtomobilinin oğurlanması barədə məlumat vermişdir. Həmin avtomobili özündən başqa idarə etmək üçün onunla bir binada yaşayan X1na etibarnamə vermişdir. Etibardan başqa həmin avtomobilə dair heç kimə etibarnamə verməmişdir. Avtomobilinin bir açarı olmuş, açar da hər zaman özündə olmuşdur. X1 həmin vaxt evdə olmuşdur. Saat 06 radələrində həyətə düşərək avtomobilin oğurlandığını gördükdən sonra Etibarı çağırmış, Etibar hadisədən xəbəri olmadığını bildirmişdir. Həmin avtomobili 4 il əvvəl 3200 manata Bərdə rayonu ərazisində yerləşən maşın bazarından almışdır. Avtomobilinin salon hisssəsində quraşdırılmış vəziyyətdə bir neçə ildir ki, istifadə etdiyi bir ədəd dəyəri 70 manat olan PİONER MİXTİRAX markalı maqnitola olmuşdur. Bundan başqa avotmobilinin qabaq sol qapısında, yəni sürücü oturan hissənin qapısında nasazlıq olduğundan açarla bağlanmaq mümkün olmamışdır. Sonradan məlum olmuşdur ki, avtomobilini Təqsirləndirilən şəxs oğurlamışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmiş və Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş üzrə şahid qismində ifadə vermiş Şahid2 göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 05 radələrində Sumqayıt şəhərinə getmək üçün yuxudan qalxdıqda, bir neçə dəqiqə sonra həyat yoldaşı binanın həyətinə duşmuş, avtomobilin həyətdə olmadığını görmürşdür. Buna görə də Vahid Göyçay RPŞ-nə avtomobilinin oğurlanması barədə ərizə ilə müraciət etmişdir. İş üzrə şahid qismində ifadə vermiş Şahid3 göstərmişdir ki, Zərərçəkmiş şəxs məxsus Vaz 21066 markalı ** ED *** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2020-ci il tarixdə saat 02 radələrində yaşadığı binanın qarşısından oğurlanması faktı ilə əlaqədar olaraq daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirlərində iştirak etmişdir. Həmin tarixdə saat təxminən 16 radələrində bir neçə polis əməkdaşı Təqsirləndirilən şəxs Göyçay şəhərində, Ə.Cavad küçəsində 36 nömrəli yaşadığı evin qarşısına getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evindən çağırmış, Təqsirləndirilən şəxs yaşadığı evin giriş qapısından küçəyə çıxmışdır. Həmin vaxt digər polis əməkdaşları özlərini təqdim etmişlər. Bundan sonra Nişada Göyçay rayon sakini Zərərçəkmiş şəxs məxsus Vaz 21066 markalı ** ED *** dövlət qeydiyyat nişanlı avtomobilin oğurlanmasında şübhələrin olduğunu bildirərək həyətinə baxış keçirilməli olduğunu bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini etiraf edərək onu həyətinə dəvət edərək oğurladığı avtomobili göstərmişdir. Bundan sonra oraya 2 nəfər də hal şahidləri dəvət olunaraq onların iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvanda baxış keçirilməsinə başlamışlar. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə giriş qapısından daxil olduqdan sonra sol tərəfi göstərərək oğurladığı Vaz 21061 markalı ** ED *** dövlət qeydiyyat nişanlı avtomobili orada saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs göstərdiyi tərəfə nəzər salmış, Zərərçəkmiş şəxs məxsus avtomobilin orada olduğunu və avtomobilin qarşısının da şiferlərlə bağlandığını görmüşdür. Bundan sonra müstəntiq tərəfindən fotoşəkillər çəkilərək protokol tərtib olunmuş və protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işinə əlavə edilmiş Məhkəmə-ekspertiza mərkəzindən alınmış xx.xx.2020-ci il tarixli 9/5230 saylı rəydən görünür ki, hərəkət hissələri yaxşı, saz vəziyyətdə olan tam kompektli və təyinatı üzrə istifadəyə yararlı, 1997-ci il buraxılışlı, 1451sm/kub mühərrik güclü, 2***-******* mühərrik nömrəli VAZ-21061 minik markalı, **-ED-*** qeydiyyat nişanlı avtomobilin 23 il istismar müddətini nəzərə alaraq, 2020-ci ilin noyabr ayına, respublikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən 3200 manat, həmin VAZ-21061 markalı avtomobilin saz vəziyyətdə olan yanacaq bakı 35 manat müəyyən edilir. Qərarın təsviri hissəsində göstərilən, lakin ekspertiza tədqiqatına maddi sübut kimi təqdim edilməyən 3 il istifadədə olmuş işlək və saz vəziyyətdə olan qara rəngli bir ədəd Pioner Mıxtırax markalı maqnitafona ekspert baxışı keçirilmədən faktiki olaraq onun modeli, texniki keyfiyyət göstəriciləri barədə məlumat olmadığından onun qiymətini müəyyən etmək mümkün olmadı. Aparılmış ekspertizanın dəyəri 50 manat təşkil edir. Göyçay RMX-dan alınmış xx.xx.2020-ci il tarixli 4779 saylı məktubda göstərilmişdir ki, konsultativ poliklinikanın müdiri A.Burcalıyevin və həkim psixiatr S.Səmədovun verdiyi xx.xx.2020ci il tarixli arayışlara əsasən, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdən “Narkomaniya” dioqnozu ilə narkoloji kabinetdə qeydiyyatdadır, psixiatrik kabinetlərdə qeydiyyatda yoxdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinə əlavə edilmiş xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2020-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək saat Göyçay RPŞ-nin MSY-dən azad edilmişdir. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə xx.xx.2020-ci il tarixdə saat 02 radələrində Göyçay şəhəri Şəhriyar küçəsi ev 8, mənzil 15-də yaşayan Zərərçəkmiş şəxs məxsus 3200 manat dəyərində olan VAZ 21061 markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı evin həyətindən gizli yolla talamaqla Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi tam sübuta yetir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyası həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyrimümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmişə dəymiş ziyanı ödəməsini, zərərçəkmişin ondan heç bir şikayətinin və tələbinin olmadığını, törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olmasını cəzasını yüngülləşdirilən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı iki gün nəzərə alınmalı, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə dövründə hüquqlarını 7 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 7 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 42 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 50 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351, 353, 381, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib, 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışınadək həbsdə saxlandığı iki gün müddət CMnin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cazasından çıxılaraq, üzərində qəti olaraq 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Göyçay rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına verilməsi iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs göstərilmiş 7 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 42 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ013501**********2944, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 50 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Hökmün icrası Göyçay rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar