Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-3/2021 14.04.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Dövlət ittihamçısı, müdafiəçi X2 və Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1997-ci ildə Göyçay rayonu Qızılağac kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşqul olan, məhkum olunmamış, subay, 2-ci Qarabağ müharibəsinin iştirakçısı, Göyçay rayonu Qızılağac kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1 və 180.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində xx xxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədilə xx.xx.2019-cu il tarixdə saat 11 radələrində, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsinin yaxınlığında “Memar Əcəmi” metrostansiyasına gedən yolun sağ tərəfində yerləşən çayxanada tanışı Şahid4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət törətmələri barədə razılığa gəldikdən sonra, ətrafda olan kənar şəxslərin diqqətini Şahid4 yayındırmaqla, onların cinayət əməlini törətmələrinin qarşısını almalarına mane olmaq üçün 3-cü mikrorayon dairəsində olan lombardın yanında yerləşən səkinin kənarlarına bərkidilmiş dəmir məhəccərin yanında dayanmış, Şahid4 həmin vaxt piyada hərəkətdə olan Zərərçəkmiş şəxs1 arxadan yaxınlaşaraq, sol əlində tutduğu içərisində, bir ədəd 60 manat dəyərində “Nokia” markalı mobil telefonu, həmin mobil telefonun üzərində 0,70 qəpik danışıq limiti olan 3 manat dəyərində ***-***-**-** mobil nömrəni, 6 manat məbləğində pul əskinası olan bir ədəd 5 manat dəyərində pul çantasını Zərərçəkmiş şəxs1 sol əlindən dartıb alaraq Şahid4la birlikdə açıq talayaraq qaçmaqla, Zərərçəkmiş şəxs1 ümumilikdə 74 manat 70 qəpik miqdarında ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa, ilk dəfə xx xxxxxx 2019-cu il tarixdə saat 23 radələrində Oğuz rayonu Xalxal kəndində tanışı Şahid1 yaşadığı evində, sonra isə yəni xx xxxxxx 2019-cu il tarixdə, saat 23 radələrində Göyçay rayonu Qızılağac kəndində yaşadığı evində on altı yaşına çatmayan xx.xx.2005-ci il təvəllüdlü Qəbələ rayonu Nohurqışlaq kənd sakini Zərərçəkmiş şəxs2 16 yaşına çatmamış şəxs olmasını bilə-bilə sonuncu ilə cinsi əlaqədə olmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 180.2.1 və 152.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nın 180.2.1-ci maddəsi ilə təqsirli bilməmiş, CM-nin 152.1-ci maddəsi ilə özünü təqdirli bilərək göstərmişdir ki, ona istinad edilən CM-nin 180.2.1-ci maddəsi ilə cinayət əməli törədilərkən Emil ilə birlikdə olmamış və cinayət hadisəsini törətməmişdir. xx.xx.2005-ci il tarixdə anadan olmuş Zərərçəkmiş şəxs2 ailəvi dostları olan Qəbələ rayon sakini Şahid2 qızının vasitəsi ilə tanımışdır. xx xxxxxx 2019-cu il tarixdən etibarən isə Nuran ilə birlikdə qeyri-rəsmi ər-arvad münasibətində yaşamışlar. X1 atasının yeznəsinin qardaşı qızıdır. Şəhanə Cabbarova 2019-cu ilin iyul ayının sonlarında yaşadıqları evdə yıxılıb xəsarət aldığına görə Qəbələ Diaqnostika mərkəzində müalicə almışdır. Şəhanəni ziyarət etməyə gedən zaman Şəhanənin yanında Nuranı görmüşdür. Nuranla tanış olduqdan sonra aralarında səmimi sevgi münasibətləri yaranmışdır. Bundan sonra ailə qurmaq fikrinə düşmüşlər. Nuranın atası Bayram qızının azyaşlı olduğunu, odur ki, hazırda heç kimə ərə verə bilməyəcəyini bildirmişdir. Bundan sonra Nuranla danışan zaman Nuran onu qaçırmağını tələb etmişdir. xx xxxxxx 2019-cu il tarixdə Qəbələ şəhərində yerləşən Heydər Əliyev parkından Nuran da ailə üzvləri ilə orada olmuş, Nurandan qoşulub qaçmağa razı olub-olmadığını soruşmuşdur. Nuran da onunla qaçmağa razı olduğunu bildirmişdir. Nurana yaşının az olduğunu, gələcəkdə peşman olub-olmayacağını bir daha soruşduqda Nuran onu sevdiyini, ondan başqa heç kimlə ailə qura bilməyəcəyini, odur ki, onu qaçırmağını bildirmişdir. Nuranla parkdan çıxaraq birlikdə Vaz 2107 markalı avtomobilə əyləşib Qəbələ rayonu Zarağan kəndi ərazisinə gəlib avtomobildən düşmüşlər. Lakin Bayram ona qızı Nuranın azyaşlı, yəni 15 yaşında olduğunu, odur ki, qızını geri qaytarmasını ondan tələb etmişdir. Bundan sonra tanımadığı başqa bir taksi faəliyyəti göstərən Mersedes markalı avtomobilə əyləşərək Oğuz rayonunda yaşayan dostu Şahid1 Xalxal kəndində olan evinə getmişdir. Həmin gün saat 23 radələrində Nuranın razılığı ilə onunla cinsi əlaqədə olmuş və Nuranın razılığı ilə onun bakirəliyini pozmuşdur. Bundan başqa xx.xx.2019-cu il tarixdə saat 11 radələrində Göyçay rayonu Qızılağac kəndində yerləşən fərdi yaşayış evində Zərərçəkmiş şəxs2 ilə cinsi əlaqədə olmuşdur. Törətdiyi əməlimdən peşmandır. İş üzrə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə saat 10 radələrində Bakı şəhərində yaşadığı evindən çıxıb ideal mağazasına gedərək orada təmizlik işlərini görəndən sonra həmin tarixdə saat 11 radələrində işdən çıxmışdır. Həmin vaxt sol əlində də qara rəngli içərisində ona məxsus 6 manat pul əskinazı və bir ədəd sarı rəngli örtüyə malik Nokia markalı sadə mobil telefon olmuşdur. Yolun digər tərəfi ilə 3-cü mikrarayon dairəsi istiqamətində hərəkət edərək Başkənt restoranının qarşısından keçib «Spar» marketə getmək üçün Başkənt restoranının binasının qurtaracağından sağa dönüb bir qədər hərəkət etdikdən sonra Lombard dükanının qurtaracağından sağda olan pilləkənləri qalxan zaman arxadan bir nəfər şəxs sol əlində tutduğu pul kisəsini alıb qaçmağa başlamışdır. Pul kisəsini əlindən alıb qaçan şəxslərə tərəf baxanda iki nəfər şəxsin Şamaxinka adlanan ərazi istiqamətində körpünün qurtaracağına doğru qaçdıqlarını görmüşdür. Həmin şəxslərdən biri, yəni arxadan gördüyü əynində qara şalvar və açıq göy naxışlı köynək olan şəxs ona məxsus olan pul çantasını özünün şalvarının arxa tərəfində, bel nahiyyəsində şalvarla bədəni arasında olan hissəyə qoyub köynəyi onun üstünə salmış, yanındakı şəxsin də əynində ağ köynək olmuşdur. Bundan sonra «saxlayın, mənim pul kisəmi apardılar» deyib qışqırmışdır. Həmin vaxt ətrafda olan şəxslər iki nəfər şəxsi saxlamaq üçün onların arxasınca qaçmağa başlamışdır. Özü də Spar market istiqamətində hərəkət etməyə başlamışdır. Marketin qarşısına çatanda, Şamaxinka istiqamətində yolun sağ tərəfindən sol tərəfinə keçəndə orada tanımadığı şəxslərin bir nəfər onun gördüyü qara şalvarlı və göy naxışlı köynək geyinmiş şəxsi saxladıqlarını, digər oğlanın isə orada olmadığını görmüşdür. Orada olan şəxslərdən digər şəxsin qaçdığını, onu saxlaya bilmədiklərini öyrənmişdir. Sonradan həmin əraziyə polis əməkdaşları gəlmiş, onu 19-cu polis şöbəsinə dəvət etmişlər. Həmçinin ətrafdakı şəxslər tərəfindən saxlanılan şəxsi də 19-cu polis şöbəsinə dəvət etmişlər. 19-cu polis şöbəsində ərizə ilə müraciət edərək ona məxsus pul çantasının içərisində olan 6 manat pul və Nokia markalı mobil telefonun birlikdə götürülməsi barədə məlumat vermişdir. Nokia markalı mobil telefonu təxminən üç il əvvəl 130 manata almış, hazırda mobil telefonun qiyməti 60 manatdır. Baş vermiş hadisə nəticəsində ona təxminən 74 manat 70 qəpik ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid4 göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə saat 09 radələrində Əfqanla çay içdikdən sonra internet kluba gedərək orada təxminən bir saata yaxın oturduqdan sonra isə çölə çıxmışlar. Söhbət zamanı Əfqan ona maddi vəziyyətinin yaxşı olmadığını, evdə problemlər olduğunu, anasının vəfat etdiyini, borclarının olduğunu demişdir. Əfqan Məryəmin pul çantasını götürmək istədiyini, ona köməklik etməsini, qadının çantasını götürdükdən sonra qaçacaqlarını, səs-küy olsa onun dayanmasını, qaçdıqdan sonra dayanmasını, əgər tutulsa üzərində heç nə olmadığına görə onu buraxacaqlarını demişdir. Əfqana etiraz etməmiş, onunla cinayət etmək barədə aralarında razılaşmışlar. Onlar birlikdə 3-cü mikrarayon dairəsi istiqamətində hərəkət etməyə başlamışlar. Yolun üzərində olan restoranın qarşısında yerləşən avtobus dayanacağının qarşısında olarkən Əfqan ona qabaqda gedəcəyini, onu tində gözlədiyini, hansı qadının pul çantasını götürmək istəsə ona həmin qadını işarə edəcəyini demişdir. Əfqanla razılaşmış, Əfqan ondan ayrılmış, gedib restoranın qurtaracağında dəmir məhəccərin yanında dayanmış, Əfqana tərəf hərəkət etməyə başlamışdır. Həmin vaxt qarşısında da Məryəm piyada hərəkət etmişdir Məryəm səki yolundan sağa pilləkənlə yuxarı qalxdıqdan sonra “Spar” marketə tərəf hərəkət etmək istəyərkən, Əfqan arxadan ona yaxınlaşmış və sol əlində olan pul çantasını götürüb kənarda qalmışdır. Həmin vaxt da razılaşdıqları kimi yalandan aşağı əyilmiş, Məryəm də pul çantasını onun götürdüyünü bilmişdir. Bundan sonra Əfqanla qaçmağa başlamışlar, Məryəm «onları saxlayın, mənim çantamı götürdülər» deyə qışqırmağa başlamışdır. Körpünün altından Əfqandan pul çantasını alıb küçəyə tullamış, həmin vaxt Əfqan yenə də pul çantasını götürmüş və onlar qaçaraq “Şamaxinka” istiqamətində hərəkət etmişlər. Məkhəmədə şahid qismində ifadə vermiş Şahid5 zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ilə eyni məzmunlu ifadə vermişlər. İş üzrə şahid qismində ifadə vermiş Şahid3 göstərmişdir ki, xx xxxx 2019-cu il tarixdə saat 11 radələrində istifadəsində olan 055 827 33 63 saylı mobil nömrəsinə Bakı şəhər telefonundan zəng gəlmişdir. Həmin vaxt danışan şəxsin Əfqan olduğunu bilmişdir. Əfqan ona Əcəmi metrostansiyası yaxınlığından zəng etdiyini, Emilin işdən çıxdığını, onu tapa bilmədiyini və Emili axtardığını bildirmişdir. Əfqandan gecə Emillə birlikdə qaldıqları halda nə üçün Emili tapa bilmədiyini soruşmuşdur. Təxminən 2-3 saat sonra Əfqan yenə ona Bakı şəhər telefonundan zəng edərək Emilin tutulduğunu bildirmişdir. Emilin nə səbəbə tutulduğunu maraqlandıqda Əfqan Emil tutulan zaman hansısa qızın onu gördüyünü bildirmişdir. Bundan sonra Əcəmi metrostansiyasnın yanına gedib orada Əfqanla görüşmüş və Emilin tutulmasını hansı qızın gördüyünü maraqlanmışdır. Əfqan biriki kafeyə girib baxsa da qızı tapa bilmədiyini, lakin Emili 3 mikrorayon dairəsində tutulduğunu bildirmişdir. Bundan sonra Əfqanla birlikdə 19-cu bölməyə, sonra isə 20-ci bölməyə getmişdir. Lakin Emili orada tapa bilməmişdir. Yenidən 19-cu bölməyə qayıdanda Emilin orada saxlanıldığını bilmişdir. Emil həmin vaxt bir nəfər qaçdığına görə onun tutulduğunu demişdir. Emil həmin vaxt ona müstəntiqin yanına getməsini və hadisə olan yerdə görüntü kamerasını açmalarını tələb etməyini bildirmişdir. Bundan sonra Emil Nəsimi RPİ-yə gətirilmişvə orada həbs edilmişdir. İş məhkəməyə gedən ərəfədə Emil birlikdə olduğu şəxsin Əfqan olduğunu bildirmişdir. Məhkəmədə qanuni nümayəndəsi atası Qanuni nümayəndə iştirakı ilə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, hazırda əri Əfqanı qohumu Şəhanənin vasitəsi ilə tanımışdır. xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 15 radələrində ailə üzvləri ilə birlikdə Qəbələ şəhərində yerləşən Heydər Əliyev parkındakı konsertə getmişlər. Həmin vaxt orada tanışı Aydanı da görüb onunla görüşmüşdür. Bir qədər sonra valideynlərinin yanına gəlmişdir. 10-15 dəqiqə sonra parkda Əfqanı görüb onun yanına getmişdir. Anasıgilə Aydanı da çay içməyə dəvət edəcəyini deyib onlardan ayrılıb Əfqanın yanına gələrək onunla görüşmüşdür. Əfqan onunla qoşulub qaçmaq barədə fikirləşib fikirləşmədiyini maraqlandıqda birlikdə qaça biləcəklərini bildirmişdir. Bundan sonra parkdan çıxaraq Vaz 2107 markalı taksi avtomobilinə minib Zarağan kəndi ərazisinə Oğuz-Şəki yoluna gəlmişlər. Həmin yerdə avtomobildən düşən zaman Əfqan taksi sürücüsünün mobil telefonu ilə atası Bayrama zəng edərək onu qaçırdığını bildirmiş, sonra isə telefonu söndürmüşdür. Bundan sonra həmin yoldan keçən Mersedes markalı taksi avtomobilinə minib Oğuz rayonu Xalxal kəndinə gəlmişlər. Əfqan onu dostu Turalın evinə apracağını və orada gecələyəcəkəklərini bildirmişdir. Həmin gün axşam saatlarında Əfqanın tanışının evinə gəlmişlər. Həmin evdə Əfqanın dostu Tural, anası, atası, bacısı və arvadı olmuşdur. Ev sahibləri onun kim olduğunu maraqlananda Əfqan onun sevdiyi qız olduğunu, valideynləri ona vermədikləri üçün onu qaçırdığını bildirmişdir. Həmin ev sahibləri yaşı barədə maraqlanadan Əfqan 18 yaşının tamam olduğunu, lakin balaca göründüyünü demişdir. Şəxsiyyət vəsiqəsi evdə qaldığı üçün onlara yaşını deməmişdir. Həmin gün Turalgilin evində ayrı otaqda gecələməkləri üçün ayrı yerdən yer salmışlar. Lakin gecə yatan zaman fikirləşmişlər ki, əgər gecəni bir yerdə keçirib cinsi əlaqədə olsalar daha atasıgil onu Əfqana razılıqla verərlər. Odur ki, razılığı ilə Əfqanla ilk dəfə həmin gün saat 23 radələrində Turalın evində təbii yolla cinsi əlaqədə olmuşdur. Həmin vaxt Tural onun qızlıq bakirəliyini pozmuşdur. Ertəsi gün atası Bayram, qaynatası Fuad və tanışları Şəhanə Oğuz rayonudakı qaldıqları evə gəlmişlər. Bundan sonra Qəbələ rayon polis şöbəsinə gəlib izahat vermişlər. Qəbələ rayon polis şöbəsindən çıxdıqdan sonra atasına əgər yenə də onu Əfqana verməsə Əfqanla qoşulub yenə də qaçacağını demişdir. Atası da onun Əfqanla birlikdə Göyçaya gəlməyinə razılıq vermişdir. Göyçaya gələndən sonra həmin gecə Əfqanın yaşadığı Göyçay rayonu Qızılağac kəndində olan iki mərtəbəli evin birinci mərtəbəsində olan Əfqanın otağında birlikdə gecəni keçirmişlər. Həmin gecə Əfqanla yenə də təbii yola cinsi əlaqədə olmuşlar. Bundan sonra Oğuz rayon polis şöbəsində olan zaman cinsi əlaqədə olmalarının qanunsuz olduğunu və buna görə də Əfqanın məsuliyyətə cəlb olunacağını bildikləri üçün daha birlikdə yatmamış və cinsi əlaqədə olmamışlar. Əfqanla yalnız birinci dəfə Oğuz rayonu Xalxal kəndində, ikinci dəfə isə Göyçay rayonu Qızılağac kəndində Əfqanın evində cinsi əlaqədə olmuşdur. Əfqanla tanış olanda Əfqan onun 14 yaşının təzəlikən tamam olduğunu və 16 yaşının tamam olmadığını bilmişdir. Təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində ifadə vermiş Qanuni nümayəndə göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə Qəbələ şəhərində yerləşən Heydər Əliyev parkında olan zaman qızı onlardan bir qədər aralaşmışdır. Bundan sonra qızını tapa bilməmişdir. Bundan bir qədər sonra Əfqan ona zəng etmiş, Əfqan qızı Nuran qaçırdığını bildirmişdir. Buna narazılıq edərək qızının azyaşlı olduğunu odur ki, onu geri qaytarmasını tələb etsə də, Əfqan qızını qaytarmadığı üçün həmin gün Qəbələ rayon polis şöbəsinə müraciət etmişdir. Ertəsi gün Əfqanın atası ona Əfqangilin Oğuz rayonunda tanışları Turalın evində olduğunu demişdir. Həmin gün Fuad və Şəhanə Cabbarova ilə birlikdə Oğuz rayonuna Xal-xal kəndinə gedib oradan qızı Nuranı və Əfqanı götürüb Qəbələ royon polis şöbəsinə gəlmişlər. Həmin vaxt izahat verəndən sonra qızı onun Əfqanla getməyinə razılıq verməsini tələb etmişdir. Həmin vaxt gecə qızı ilə Əfqan birlikdə yatdıqlarını, odur ki, daha qızını digər şəxslə evləndirə bilməyəcəyini düşündüyü üçün qızının Əfqanla Göyçaya gəlməsinə razılıq vermişdir. Həmin vaxtdan etibarən qızı X6 Rəsulovla birlikdə Göyçay rayonu Qızılağac kəndində birlikdə ər-arvad münasibətində yaşayırlar. Qızının yaşadığı evə bir neçə dəfə gəlib getmişdir. Qızının ailə üzvlərindən heç bir şikayət və tələbi olmadığı üçün Təqsirləndirilən şəxs şikayəti və tələbinin olmaması barədə ərizə yazıb polis şöbəsinə göndərmişdir. Cinayət işinə əlavə edilmiş Məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 469 №-li rəyindən görünrü ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət izləri aşkar edilmədi. Zərərçəkmiş şəxs2 qızlıq pərdəsinin tamlığı pozulmuşdur, qızlıq pərdəsinin pozulması 4-5 gün əvvələ təsadüf edir. Onunla qeyri təbii yolla yəni arxa keçəcək-anus dəliyi vasitəsi ilə cinsi əlaqə olunmağa dair xəsarət və əlamətlər aşkar edilmədi. Məhkəmə-fonoskopik ekspertizasının xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 5 ədəd DVD diskə yazılmış “ts-3-024.1 part 1 (2019-06-29 10-39-59 2019-06-29 10-54-34).avi", “ts-3-065.2.avi” və “ts-3-073.2.avi” adlı videoyazıların tədqiqatı tələb olunan hissələrindəki videogörüntülərin keyfiyyəti ekspertin avtomatlaşdırılmış iş yerinə (AİY) daxil olan proqram təminatları vasitəsi ilə yaxşılaşdırılaraq rəyin tədqiqi hissəsindəki şəkillərdə əks olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 300 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Fuad oğlu məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Fuad oğlu barəsində həbsin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Fuad oğlunun CM-nin 180.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmədiyi barədə göstərdiklərini özünü müdafiə xarakterli xüsusatlar hesab edir və onun qeyd edilən cinayət əməlini törətdiyini məhkəmə baxışı zamanı tədqiq olunmuş subatlarla tam sübuta yetdiyi qənaətinə gəlir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Fuad oğlunun tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədilə xx.xx.2019-cu il tarixdə saat 11 radələrində, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsinin yaxınlığında “Memar Əcəmi” metrostansiyasına gedən yolun sağ tərəfində yerləşən çayxanada tanışı Şahid4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət törətmələri barədə razılığa gəldikdən sonra Zərərçəkmiş şəxs1 arxadan yaxınlaşaraq, sol əlində tutduğu içərisində, bir ədəd 60 manat dəyərində “Nokia” markalı mobil telefonu, həmin mobil telefonun üzərində 0,70 qəpik danışıq limiti olan 3 manat dəyərində ***-***-**-** mobil nömrəni, 6 manat məbləğində pul əskinası olan bir ədəd 5 manat dəyərində pul çantasını Zərərçəkmiş şəxs1 sol əlindən dartıb alaraq Şahid4la birlikdə açıq talayaraq qaçmaqla, Zərərçəkmiş şəxs1 ümumilikdə 74 manat 70 qəpik miqdarında ziyan vurmaqla soyğunçuluq etməsi, bundan başqa ilk dəfə xx xxxxxx 2019-cu il tarixdə saat 23 radələrində Oğuz rayonu Xalxal kəndində tanışı Şahid1 yaşadığı evdə, daha sonra isə yəni xx xxxxxx 2019-cu il tarixdə, saat 23 radələrində Göyçay rayonu Qızılağac kəndində yaşadığı evində on altı yaşına çatmayan xx.xx.2005-ci il təvəllüdlü Qəbələ rayonu Nohurqışlaq kənd sakini Zərərçəkmiş şəxs2 16 yaşına çatmamış şəxs olmasını bilə-bilə onunla cinsi əlaqədə olmaqla Azərbaycan Respublikası CM-nin 152.1 və 180.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetir, ona həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, Təqsirləndirilən şəxs Fuad oğlunun CM-nin 152.1-ci maddəsi ilə törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmadığını, 2-ci Qarabağ müharibəsinin iştirakçısı olduğunu, ilk dəfə az ağır cinayət törətdiyini cəzasını yüngülləşdirilən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Fuad oğlunun cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs Fuad oğluna cəza təyin edərkən cəzasını yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 152.1 və 180.2.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs Fuad oğlunun həbsdə saxlanıldığı 1 ay 12 gün nəzərə alınmalı, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Fuad oğluna təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının onun islah olunmasına və ailələsinin həyat şəraitinə təsirini və yuxarıda sadalanan halları nəzərə alıb, təqsirləndirilən şəxsin ona təyin olunacaq cəzanı çəkmədən islah olunması mümkün hesab edir. Buna görə də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Fuad oğluna ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməsi cəzanın məqsədləri baxımından yetərlidir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmçinin məhkəmə hesab edir ki, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs Fuad oğlunun davranışı üzərinə nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək onun üzərinə vəzifə kimi qoyulmalıdır. Sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Barəsində seçilmiş polisin nəzarəti altnına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs Fuad oğlunun davranışı üzərində nəzarətin həyata keçirilməsi Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Fuad oğlunun məhkəməyədək icraat dövründə və məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili X3 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili X4 Təqsirləndirilən şəxs Fuad oğlunun məhkəməyədək icraat dövründə 9 saat və məhkəmə iclasları dövründə isə hüquqlarını 15 saat cəmi 24 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs Fuad oğluna göstərilmiş 24 saat hüquqi xidmətə görə vəkil X3 144 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs Fuad oğlundan iş üzrə məhkəmə xərci olan 300 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan Göyçay RPŞ-nin MSSK-da saxlanılan 01 ədəd yataq örtüyü məhv edilməli, 4 ədəd CD disk cinayət işin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347.2, 349, 351- 353,356, 358.2-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsirli bilinib, 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları tam toplamaq yolu ilə üzərində qəti cəza olaraq 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə baxışınadək həbsdə saxlandığı 1 ay 12 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cazasından çıxılaraq, üzərində qəti olaraq 3 il 10 ay 18 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 3 il 10 ay 18 gün müddətinə azadlıqdan məhrumetmə cəzası 2 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Göyçay rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut olan Göyçay RPŞ-nin MSSK-da saxlanılan 01 ədəd yataq örtüyü məhv edilsin. 4 ədəd CD disk cinayət işin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Fuad oğlundan iş üzrə məhkəmə xərci olan 300 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Təqsirləndirilən şəxs Fuad oğluna göstərilmiş 24 saat hüquqi xidmətə görə vəkil X3 144 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ013501**********2944, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Hökmün icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov.
Məhkəmə qərarları › İş №1(046)-3/2021
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-3/2021
14.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver