Məhkəmə qərarları › İş №1(046)-3/2024

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-3/2024

30.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-3/2024 30.01.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ 12.30-da Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Göyçay şəhəri, Şirvani küçəsi ev 1-də qeydiyyatda olan, həbs etmənin əvvəli 27 oktyabr 2023-cü il tarixdən hesablanmaqla barəsində Göyçay Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli qərarı ilə axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs əvəzsiz və qanunsuz olaraq özgə əmlakım ələ keçirmək niyyəti ilə özünü Azərbaycan Respublikasının Mənzil X6 işçisi qismində təqdim edərək əslində qeyd edilən Agentlik ilə hər hansı əlaqəsi olmadan vədinə əməl etmək niyyətində olmayaraq Zərərçəkmiş şəxs1 və sonuncunun qohumları: X3, X2, X9, X4, X10 və X5 “MİDA” vasitəsi ilə Bakı şəhəri ərazisində güzəştli şərtlərlə ümumilikdə 7 ədəd mənzil verdirəcəyini yalan vəd verib adlatma və etibardan sui- istiladə etmə yolu ilə Zərərçəkmiş şəxs1 inandırmaqla görməyi vəd etdiyi işin müqabilində ilkin sənədləşmə adı ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində vahid niyyətlə ayrı-ayrı vaxtlarda hissə-hissə, ümumilikdə Zərərçəkmiş şəxs1 4109 manat pulunu Göyçay şəhəri, H.Əliyev prospektində yerləşən “Mega” marketin yaxınlığında, Göyçay şəhəri, Nizami küçəsində yerləşən Göyçay rayon Mərkəzi Xəstəxanasının yaxınlığında və Göyçay şəhəri, Nizami küçəsində yerləşən “Kapital Bank”ın yaxınlığında ələ keçirib aldığı pulun qarşılığında verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək dələduzluq etmişdir. Bundan başqa, o, artıq özünü Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikasının Mənzil X6 işçisi qismində təqdim edərək etibarını qazandıqdan sonra əslində qeyd edilən Agentlik ilə hər hansı əlaqəsi olmadan təkrar əvəzsiz və qanunsuz olaraq özgə əmlakını ələ keçirmək niyyəti ilə vədinə əməl etmək niyyətində olmayaraq Zərərçəkmiş şəxs2 “MİDA" vasitəsi ilə Bakı şəhəri ərazisində güzəştli şərtlərlə mənzil verdirəcəyini Zərərçəkmiş şəxs1 yalan vəd verib adlatma və etibardan sui-istiladə elmə yolu ilə Zərərçəkmiş şəxs1 vasitəsi ilə Zərərçəkmiş şəxs2 inandırmaqla görməyi vəd etdiyi işin müqabilində ilkin sənədləşmə adı ilə xx.xx.2022-ci il tarixdə Göyçay şəhəri, H.Əliyev prospektində yerləşən “Dəyirmanın dairəsi” adlanan dairənin yaxınlığında Zərərçəkmiş şəxs2 500 manat, xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “eManat” ödəmə terminalından keçmiş arvadı Şahid adına olan "xxxx" ASC-nə aid 60127499 nömrəli “leobank” kartına göndərtməklə 58 manat, xx.xx.2022-ci il tarixdə Göyçay şəhəri, H.Əliyev prospekti 71 ünvanında yerləşən “eManat" ödəmə terminalından həmin karta göndərtməklə 30 manat, ümumilikdə Zərərçəkmiş şəxs2 588 manat pulunu Zərərçəkmiş şəxs1 vasitəsi ilə vahid niyyətlə hissə-hissə ələ keçirib aldığı pulun qarşılığında verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək dələduzluq etmişdir. Bundan başqa, o, artıq özünü Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikasının Mənzil X6 işçisi qismində təqdim edərək etibarını qazandıqdan sonra əslində qeyd edilən Agentlik ilə hər hansı əlaqəsi olmadan təkrar əvəzsiz və qanunsuz olaraq özgə əmlakını ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs3 “MİDA" vasitəsi ilə Bakı şəhəri ərazisində güzəştli şərtlərlə mənzil verdirəcəyini Zərərçəkmiş şəxs1 yalan vəd verib vədinə əməl etmək niyyətində olmayaraq adlatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 vasitəsi ilə Zərərçəkmiş şəxs3 inandırmaqla görməyi vəd etdiyi işin müqabilində ilkin sənədləşmə adı ilə xx.xx.2022-ci il tarixdə Göyçay şəhəri, H.Əliyev prospektində yerləşən “Xəritə” abidəsinin yaxınlığında Zərərçəkmiş şəxs3 500 manat, xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “eManat” ödəmə terminalından keçmiş arvadı Şahid adına olan "xxxx" ASC-yə aid 60127499 nömrəli "leobank” kartına göndərtməklə 58 manat, xx.xx.2022-ci il tarixdə Göyçay şəhəri, H.Əliyev prospekti,71 ünvanında yerləşən “eManat” ödəmə terminalından həmin karta göndərtməklə 30 manat, ümumilikdə Zərərçəkmiş şəxs3 588 manat pulunu Zərərçəkmiş şəxs1 vasitəsi ilə vahid niyyətlə hissə-hissə ələ keçirib aldığı pulun qarşılığında verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək dələduzluq etmişdir. Bundan başqa, o, artıq özünü Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikasının Mənzil X6 işçisi qismində təqdim edərək etibarını qazandıqdan sonra əslində “MİDA" ilə hər hansı əlaqəsi olmadan təkrar əvəzsiz və qanunsuz olaraq özgə əmlakını ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs5 “MİDA” vasitəsi ilə Bakı şəhəri ərazisində güzəştli şərtlərlə mənzil verdirəcəyini Zərərçəkmiş şəxs1 yalan vəd verib vədinə əməl etmək niyyətində olmayaraq adlatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 vasitəsi ilə Zərərçəkmiş şəxs5 inandırmaqla görməyi vəd etdiyi işin müqabilində ilkin sənədləşmə adı ilə xx.xx.2022-ci il tarixdə Göyçay şəhəri, H.Əliyev prospekti 71 ünvanında yerləşən “eManat" ödəmə terminalından keçmiş arvadı Şahid adına olan Unibank ASC-yə aid 60127499 nömrəli ‘’leobank” kartına göndərtməklə 500 manat, xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanında yerləşən “eManat” ödəmə terminalından həmin karla göndərtməklə 58 manat, xx.xx.2022-ci il tarixdə Göyçay şəhəri, H.Əliyev prospekti 71 ünvanında yerləşən “eManat" ödəmə terminalından qeyd edilən karla göndərtməklə 30 manat, ümumilikdə Zərərçəkmiş şəxs5 588 manal pulunu Zərərçəkmiş şəxs1 vasitəsi ilə vahid niyyətlə hissə-hissə ələ keçirib aldığı pulun qarşılığında verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək dələduzluq etmişdir. Bundan başqa, o, artıq özünü Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikasının Mənzil X6 işçisi qismində təqdim edərək etibarını qazandıqdan, sonra əslində “MİDA" ilə hər hansı əlaqəsi olmadan təkrar əvəzsiz və qanunsuz olaraq özgə əmlakını ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs4 “MİDA” vasitəsi ilə Bakı şəhəri ərazisində güzəştli şərtlərlə mənzil verdirəcəyini Zərərçəkmiş şəxs1 yalan vəd verib vədinə əməl etmək niyyətində olmayaraq adlatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 vasitəsi ilə Zərərçəkmiş şəxs4 inandırmaqla görməyi vəd etdiyi işin müqabilində ilkin sənədləşmə adı ilə xx.xx.2022-ci il tarixdə Göyçay şəhəri. H.Əliyev prospekti 71 ünvanında yerləşən “eManat” ödəmə terminalından keçmiş arvadı Şahid adına olan "xxxx" ASC-yə aid 60127499 nömrəli “leobank kartına göndərtməklə 500 manat, xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanında yerləşən “eManat” ödəmə terminalından həmin karta göndərtməklə 58 manat, xx.xx.2022-ci il tarixdə Göyçay şəhəri, H.Əliyev prospekti 71 ünvanında yerləşən “eManat” ödəmə terminalından qeyd edilən karla göndərtməklə 30 manat, ümumilikdə Zərərçəkmiş şəxs4 588 manat pulunu Zərərçəkmiş şəxs1 vasitəsi ilə vahid niyyətlə hissə-hissə ələ keçirib aldığı pulun qarşılığında verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək dələduzluq etmişdir. Bundan başqa, o, artıq özünü Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikasının Mənzil X6 işçisi qismində təqdim edərək etibarını qazandıqdan sonra əslində “MİDA" ilə hər hansı əlaqəsi olmadan təkrar əvəzsiz və qanunsuz olaraq özgə əmlakını ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs6 “MİDA” vasitəsi ilə Bakı şəhəri ərazisində güzəştli şərtlərlə mənzil verdirəcəyini Zərərçəkmiş şəxs1 yalan vəd verib vədinə əməl etmək niyyətində olmayaraq adlatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 vasitəsi ilə Zərərçəkmiş şəxs6 inandırmaqla görməyi vəd etdiyi işin müqabilində ilkin sənədləşmə adı ilə xx.xx.2022-ci il tarixdə Göyçay şəhəri, H.Əliyev prospekti 71 ünvanında yerləşən “eManat” ödəmə terminalından keçmiş arvadı Şahid adına olan "xxxx" ASC-yə aid 60127499 nömrəli “leobank” kartına göndərtməklə 500 manat, xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanında yerləşən “eManat” ödəmə terminalından həmin karta göndərtməklə 58 manat, xx.xx.2022-ci il tarixdə Göyçay şəhəri, H.Əliyev prospekti 71 ünvanında yerləşən “eManat” ödəmə terminalından qeyd edilən karla göndərtməklə 30 manat, ümumilikdə Zərərçəkmiş şəxs6 588 manat pulunu Zərərçəkmiş şəxs1 vasitəsi ilə vahid niyyətlə hissə-hissə ələ keçirib aldığı pulun qarşılığında verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bildi, ifadə verərək göstərdi ki, ailə üzvləri ilə birlikdə Göyçay şəhəri, Şirvani küçəsi, ev 1-də yaşayır. Əvvəllər Bakı şəhərində qeyri-rəsmi evlərin alqı-satqısı ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxs1 əvvəlcədən tanımamış, aralarında da heç bir ədavət və düşmənçilikləri olmamışdır. Zərərçəkmiş şəxs1 onun Bakı şəhərində ev alqı-satqısı ilə məşğul olması barədə məlumat alıb 2022-ci ilin aprel ayında ona zəng edərək Bakı şəhərindən kreditlə güzəştli mənzillərdən almaq istədiyini bildirmiş, o da Zərərçəkmiş şəxs1 “MİDA”da işləyən tanışının olmasını və həmin məsələdə köməklik göstərə biləcəyini demişdir. Onlar bu barədə bir qədər ətraflı danışmağa başlamış və o, pula ehtiyacı olduğundan Rəşadı aldadıb pulunu almağı düşünmüşdür. Ona görə də Rəşada güzəştli mənzil almaq üçün ilk öncə rüsum kimi 588 manat pul ödənilməli olduğunu bildirmişdir. Rəşad da tərəddüd etmədən razılıq vermiş, elə həmin vaxt özü ilə yanaşı qohum-əqrəbasına da bu qayda ilə güzəştli mənzil almaq fikrində olduğunu bildirmişdir. O isə nə qədər çox adam olsa o qədər çox pul əldə edə biləcəyini düşünüb Rəşada heç bir problem olmadığını, Bakı şəhərində “MİDA” vasitəsi ilə satışa çıxan çoxlu mənzil olduğunu, qohum-əqrəbasına da həmin mənzillərdən təşkil edə biləcəyini bildirmiş, eyni zamanda hər bir şəxs üçün ilkin sənədləşmə ilə bağlı 588 manat pul verilməli olduğunu qeyd etmişdir. Elə həmin gün Rəşad ona yenidən zəng edib özü və daha 6 nəfər qohumu üçün ümumilikdə 7 ədəd mənzil almaq fikrində olduğunu bildirmişdir. O isə yenə Rəşada heç bir problem olmadığını, 7 nəfər üçün ümumilikdə 4116 manat pul verməli olduğunu bildirmişdir. Rəşad özünə və qohumlarına mənzil almaq üçün 7 nəfər şəxsə 588 manatdan 4109 manat pulu 2022-ci ilin aprel ayının 27-dən 30-dək hissəhissə ayrı-ayrı vaxtlarda Göyçay şəhəri, H.Əliyev prospektində yerləşən “Mega” marketin, Göyçay rayon Mərkəzi Xəstəxananın, bir dəfə isə Göyçay şəhəri, Nizami küçəsində “Kapital Bank”ın yaxınlığında ona vermişdir. Belə ki, həmin pullar danışığa əsasən, 7 nəfər üçün Bakı şəhəri ərazisində “MİDA” vasitəsi ilə güzəştli şərtlərlə mənzil almaq üçün ilkin sənədləşmə adı altında Rəşaddan aldığı pullar idi. Eyni zamanda onun istəyi ilə Rəşad ona whatsapp vasitəsi ilə özünün və qohumları kimi bildirdiyi digər 6 nəfər şəxsin şəxsiyyət vəsiqəsinin şəklini də göndərmişdir. Rəşad ona 4100 manatdan bir qədər artıq pulu tam verdikdən sonra yəni təxminən 2022-ci ilin aprelin sonu və ya may ayının ilk günü yenidən ona zəng edib adını xatırlamadığı bir nəfər dostunun da Bakı şəhərində “MİDA”dan güzəştli şərtlərlə mənzil almaq istədiyini bildirmişdir. O, yenə Rəşada heç bir problem olmadığını, 588 manat göndərərsə həmin şəxs üçün də güzəştli mənzil alacağını bildirmişdir. Həmin vaxtdan etibarən Rəşad ona bir neçə dəfə də zəng edib hər dəfə ayrı-ayrı dostunun adını bildirərək və şəxsiyyət vəsiqəsinin şəklini ona göndərməklə həmin şəxs üçün də Bakı şəhərində “MlDA”dan güzəştli şərtlərlə mənzil almaq istədiyini bildirmiş, o da hər dəfə qeyd edilən şəxslər üçün güzəştli mənzil alıb verəcəyinə vəd verərək 588 manat pul verməli olduğunu demişdir. Beləliklə, 2022-ci ilin may ayının əvvəllərindən sonunadək olan müddətdə Zərərçəkmiş şəxs1 dostları üçün Bakı şəhərində “MİDA” vasitəsi ilə güzəştli şərtlərlə mənzil almaq üçün ona bir gün ara ilə 500 manat olmaqla iki dəfə Göyçay şəhəri ərazisində yəni "Dəyirmanın dairəsi” adlanan dairənin yaxınlığında və "Xəritə” abidəsinin yaxınlığında pul vermiş, daha sonra isə onun keçmiş arvadının adına olan “Leobank”a aid 60127499 nömrəli kart hesabına hissə-hissə olmaqla ümumilikdə 1940 manat pul göndərmişdir. Rəşad ona ümumilikdə özü ilə birlikdə 12 nəfər üçün 588 manatdan hesablanmaqla 7000 manatdan artıq pul vermişdir.Hazırda zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmişdir.Əməlindən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadə verərək bildirdi ki, 2022-ci ilin aprel ayında Bakı şəhərində ev almaq fikrində olmuşdur. Həmin vaxt ona Bakı şəhərində yaşayan Göyçay rayon sakini Təqsirləndirilən şəxs güzəştli mənzillərdən ala bilməkdə köməklik edə biləcəyini bildirmişdir. O da 2022-ci ilin aprel ayında Təqsirləndirilən şəxs əlaqə nömrəsini taparaq Hilala zəng etmiş və Göyçaylı olduğunu bildirib tanışlıq verməklə ona “MİDA”-dan Bakı şəhərində güzəştli şərtlərlə mənzil almaqda köməklik etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs özünün Azərbaycan Respublikasının Mənzil X7 (MİDA) çalışdığını, qeyd edilən məsələnin öz əlində iki vur iki" olduğunu bildirmiş və ona Bakı şəhərində mənzil almaqda köməklik göstərəcəyini qeyd etmişdir. O bu barədə Təqsirləndirilən şəxsla bir qədər ətraflı danışmış və Hilal ona güzəştli mənzil almaq üçün ilk öncə sənədləşmə üçün 588 manat pul ödənilməli olduğunu bildirmişdir. O, Hilala razılıq vermiş və pulu necə verəcəyini soruşmuş, Hilal isə tez bir zamanda Göyçay rayonuna gələcəyini və bir yerdə görüşəcəklərini demişdir.Həmin vaxt o, elə yaxın qohum-əqrəbasına da Bakı şəhərində güzəştli mənzil almağı düşünüb Hilala tək özünə yox, qohumlarına da “MİDA’dan Bakı şəhərində güzəştli mənzil almaq istədiyini bildirmiş, Hilal isə heç bir problem olmadığını, Bakı şəhərində “MİDA”nın vasitəsi ilə güzəştli satışa çıxan çoxsaylı mənzil olduğunu, heç bir məhdudiyyət olmadığını qeyd edib nə qədər istəsə o qədər mənzil almaqda köməklik edə biləcəyini bildirmişdir. O da özünə yaxın olan qohumlarına mənzil almaq üçün hesablayıb təxminən 6 nəfər şəxs seçmiş, həmin qohumlarla danışıb razılıqlarını almış və əvəzlərindən pul verəcəyini, iş həll olandan sonra pulları ona qaytaracaqlarını bildirmiş və özü ilə birlikdə ümumilikdə 7 nəfər üçün 588 manatdan 4109 manat pulu 2022-ci ilin aprel ayının 27-dən 30-dək hissə-hissə ayrı-ayrı vaxtlarda Göyçay şəhəri ərazisində, Göyçay şəhəri, H.Əliyev prospektində yerləşən “Mega" marketin yaxınlığında, Göyçay rayon Mərkəzi Xəstəxananın yaxınlığında, bir dəfə isə Göyçay şəhəri, Nizami küçəsində “Kapital Bank’ın yaxınlığında Hilala vermişdir. Həmin ərəfədə dostu Zərərçəkmiş şəxs2 ilə söhbət zamanı Sarvana belə bir məsələ barədə danışmış və Sərvan da ondan Hilal adlı həmin şəxslə danışıb Bakı şəhərində güzəştli mənzil almaqda köməklik göstərməsini xahiş etmişdir. O da bu barədə Hilala dedikdə Hilal ona 588 manat ilkin ödəniş olunsa Zərərçəkmiş şəxs2 Bakı şəhərində “MİDA” vasitəsi ilə güzəştli mənzil alıb verəcəyini bildirmişdir. Beləliklə, bir-iki gün ara ilə bir neçə dostları da bu məsələyə qoşulmuş və onlar da güzəştli mənzil almaq fikrinə düşüb ondan Hilal ilə bu barədə danışmasını xahiş etmişlər. O hər dəfə Hilala zəng edib ayrı-ayrılıqda dostları Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 üçün güzəştli mənzil almaqda köməklik etməsini xahiş etdikdə Hilala hər dəfə ona 588 manat ilkin ödəniş olunmalı olduğunu demişdir. Beləliklə, o, adlarını qeyd etdiyi bütün dostlarına Bakı şəhərində güzəştli şərtlərlə mənzil təşkil etməsi üçün Hilalın ayrı-ayrı vaxtlarda razılığını aldıqdan sonra həmin dostlarından hissə-hissə pulları alıb Göyçay şəhəri ərazisində Hilalın özünə verməyə və Hilalın arvadının adına olan “Leobank”a aid 60127499 nömrəli kart hesabına göndərməyə başlamışdır. Belə ki, özündə olan bəzi ödəniş qəbzlərinə və xatırladıqlarına əsasən, 2022-ci ilin may ayının 1dən 31-dək olan müddətdə dostları Nurlan, Nəsimi, Cabir, Əmrah və Sərvana Bakı şəhərində “MİDA” vasitəsi ilə güzəştli şərtlərlə mənzil alması üçün Göyçay şəhəri ərazisində Təqsirləndirilən şəxs özünə şəxsən verməklə və arvadının adına olan “Leobanka” aid 60127499 nömrəli kart hesabına hissə-hissə köçürməklə ümumilikdə 2940 manat pul vermişdir. Həmin vaxtdan sonra Təqsirləndirilən şəxs müxtəlif bəhanələr edərək onu aldatmağa başlamışdır. O, Təqsirləndirilən şəxs pulunu qaytarmasını tələb etsə də Təqsirləndirilən şəxs pulu geri qaytarmamış, nə də ona, qohumlarına və ya dostlarına hər hansı mənzil almaqda heç bir iş görməmişdir.Ona dəmiş maddi zərər aradan qaldırılmış,təqsirləndirilən şəxsə qarşı tələbi yoxdur. Sonrakı məhkəmə iclasının vaxtı və yeri barədə Zərərçəkmiş şəxs1 məlumat verilməsinə baxmayaraq o məhkəməyə gəlməmiş, məhkəməyə ərizə göndərərək ona dəymiş ziyanın tam ödənilməsini, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.Məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra Zərərçəkmiş şəxs1 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün hallarının hərtərəfləri,tam və obyektiv tədqiq edilməsinin ,qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadə verərək bildirdi ki, 2022-ci ilin may ayının əvvəllərində tanışı Zərərçəkmiş şəxs1 ilə söhbət zamanı Rəşad ona “MİDA”nın işçisi Hilal adlı bir nəfər şəxsin pul müqabilində Bakı şəhərində “MİDA” vasitəsi ilə güzəştli şərtlərlə mənzil verdirəcəyini bildirmiş, həmin vaxt o da Rəşaddan xahiş etmişdir ki, ona görə də Hilal adlı şəxslə danışsın və o da Bakı şəhərində güzəştli şərtlərlə mənzil sahibi olsun. Rəşad elə onun yanında Hilal adlı şəxslə danışmış və məsələni izah etdikdən sonra Hilal 588 manat ilkin sənədləşmə üçün pul istəmişdir. O həmin təkliflə razılaşmış və ilk öncə Rəşada 500 manat pul vermişdir ki, Hilala versin. Pul ilə yanaşı Hilal onun şəxsiyyət vəsiqəsinin fotoşəklini də istədiyinə görə öz şəxsiyyət vəsiqəsinin fotoşəklini Rəşada, Rəşad da “whatsapp” vasitəsi ilə Hilala göndərmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 58 manat bir, 30 manat da bir olmaqla 88 manat da vermişdir ki, Hilala göndərsin. Rəşad həmin pulları Hilalın “leobank” kart hesabına köçürmüşdür. Daha sonra ondan başqa Rəşadın özü və bir neçə nəfər ortaq tanışlarının da Hilal adlı həmin şəxs tərəfindən aldadılması məlum olmuşdur.Hazırda ona dəymiş maddi zərər aradan qaldırılmış,təqsirləndirilən şəxsə qarşı tələbi yoxdur. Sonrakı məhkəmə iclasının vaxtı və yeri barədə Zərərçəkmiş şəxs3 məlumat verilməsinə baxmayaraq o məhkəməyə gəlməmiş, məhkəməyə ərizə göndərərək ona dəymiş ziyanın tam ödənilməsini, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra Zərərçəkmiş şəxs3 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün hallarının hərtərəfləri,tam və obyektiv tədqiq edilməsinin ,qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 ifadə verərək bildirdi ki, 2022-ci ilin may ayının əvvəllərində tanışı Zərərçəkmiş şəxs1 ilə söhbət zamanı Rəşad ona “MlDA”nın işçisi Hilal adlı bir nəfər şəxsin pul müqabilində Bakı şəhərində “MİDA” vasitəsi ilə güzəştli şərtlərlə mənzil verdirəcəyini bildirmiş, həmin vaxt o da Rəşaddan xahiş etmişdir ki, ona görə də Hilal adlı şəxslə danışsın, o da Bakı şəhərində güzəştli şərtlərlə mənzil sahibi olsun. Rəşad elə onun yanında Hilal adlı şəxslə danışmış və məsələni izah etdikdən sonra Hilal 588 manat ilkin sənədləşmə üçün pul istəmişdir. O həmin təkliflə razılaşmış və ilk öncə Rəşada 500 manat pul vermişdir ki, Hilala versin. Pul ilə yanaşı Hilal onun şəxsiyyət vəsiqəsinin fotoşəklini də istədiyinə görə o öz şəxsiyyət vəsiqəsinin fotoşəklini Rəşada, Rəşad da whatsapp vasitəsi ilə Hilala göndərmişdir. O həmin ərəfədə qardaşı Zərərçəkmiş şəxs6 da bu barədə bildirmiş və qardaşı Nəsimi də həmin işlə maraqlanmağa başlayıb Rəşadla danışaraq özünə Bakı şəhərində güzəştli şərtlərlə mənzil almaq barədə razılaşmışdır. Bundan sonra o, Zərərçəkmiş şəxs1 58 manat bir, 30 manat da bir olmaqla 88 manat da vermişdir ki, Hilala göndərsin. Rəşad həmin pulları Hilalın “leobank” kart hesabına köçürmüşdür. Qardaşı Nəsimi də Rəşada hissə-hissə olmaqla 588 manat vermişdir. Daha sonra ondan başqa Rəşadın özü və bir neçə nəfər ortaq tanışlarının, eləcə də qardaşı Nəsiminin də Hilal adlı həmin şəxs tərəfindən aldadılması məlum olmuşdur. Sonradan onlar şikayət etmək istədikdə Rəşad onların aldadılmasında istəmədən də olsa vasitəçi olduğuna görə özü şikayət edəcəyini bildirmiş-onlar da gözləməyə başlamışlar. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir. Sonrakı məhkəmə iclasının vaxtı və yeri barədə Zərərçəkmiş şəxs5 məlumat verilməsinə baxmayaraq o məhkəməyə gəlməmiş, məhkəməyə ərizə göndərərək ona dəymiş ziyanın tam ödənilməsini, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra Zərərçəkmiş şəxs5 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün hallarının hərtərəfləri,tam və obyektiv tədqiq edilməsinin ,qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Zərərçəkmiş şəxs2 məlumat verilməsinə baxmayaraq o məhkəməyə gəlməmiş, məhkəməyə ərizə göndərərək ona dəymiş ziyanın tam ödənilməsini, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra Zərərçəkmiş şəxs2 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün hallarının hərtərəfləri,tam və obyektiv tədqiq edilməsinin ,qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasını mümkün hesab etmişdir. İbtidai istintaq zamanı ifadə vermiş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, 2022-ci ilin may ayının əvvəllərində tanışı Zərərçəkmiş şəxs1 ilə söhbət zamanı Rəşad ona '’MİDA”nın işçisi Hilal adlı bir nəfər şəxsin pul müqabilində Bakı şəhərində “MİDA" vasitəsi ilə güzəştli şərtlərlə mənzil verdirəcəyini bildirmiş, həmin vaxt o da Rəşaddan xahiş etmişdir ki, ona görə də Hilal adlı şəxslə danışsın, o da Bakı şəhərində güzəştli şərtlərlə mənzil sahibi olsun. Rəşad elə onun yanında Hilal adlı şəxslə danışmış və məsələni izah etdikdən sonra Hilal 588 manat ilkin sənədləşmə üçün pul istəmişdir. O həmin təkliflə razılaşmış və ilk öncə Rəşada 500 manat pul vermişdir ki, Hilala versin. Pul ilə yanaşı Hilal onun şəxsiyyət vəsiqəsinin fotoşəklini də istədiyinə görə o öz şəxsiyyət vəsiqəsinin fotoşəklini Rəşada, Rəşad da “whatsapp” vasitəsi ilə Hilala göndərmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 58 manat bir, 30 manat da bir olmaqla 88 manat da vermişdir ki, Hilala göndərsin. Rəşad həmin pulları Hilalın “leobank" kart hesabına köçürmüşdür. Daha sonra ondan başqa Rəşadın özü və bir neçə nəfər ortaq tanışlarının da Hilal adlı həmin şəxs tərəfindən aldadılması məlum olmuşdur. Sonradan onlar şikayət etmək istədikdə Rəşad onların aldadılmasında istəmədən də olsa vasitəçi olduğuna görə özü şikayət edəcəyini bildirmiş, onlar da gözləməyə başlamışlar. Lakin, artıq bir il vaxt keçmiş, nəticə yoxdur. Ona görə qərara gəlmişlər ki, polisə ərizə versinlər. Məhkəmə iclasının vaxtı və yeri barədə Zərərçəkmiş şəxs4 məlumat verilməsinə baxmayaraq o məhkəməyə gəlməmiş, məhkəməyə ərizə göndərərək ona dəymiş ziyanın tam ödənilməsini, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra Zərərçəkmiş şəxs4 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün hallarının hərtərəfləri,tam və obyektiv tədqiq edilməsinin ,qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasını mümkün hesab etmişdir. İbtidai istintaq zamanı ifadə vermiş Zərərçəkmiş şəxs4 göstərmişdir ki, 2022-ci ilin may ayının əvvəllərində tanışı Zərərçəkmiş şəxs1 ilə söhbət zamanı Rəşad ona “MİDA”nın işçisi Hilal adlı bir nəfər şəxsin pul müqabilində Bakı şəhərində “MİDA” vasitəsi ilə güzəştli şərtlərlə mənzil verdirəcəyini bildirmiş, həmin vaxt o da Rəşaddan xahiş etmişdir ki, ona görə də Hilal adlı şəxslə danışsın, o da Bakı şəhərində güzəştli şərtlərlə mənzil sahibi olsun. Rəşad elə onun yanında Hilal adlı şəxslə danışmış və məsələni izah etdikdən sonra Hilal 588 manat ilkin sənədləşmə üçün pul istəmişdir. O həmin təkliflə razılaşmış və ilk öncə Rəşada 500 manat pul vermişdir ki, Hilala versin. Pul ilə yanaşı Hilal onun şəxsiyyət vəsiqəsinin fotoşəklini də istədiyinə görə o öz şəxsiyyət vəsiqəsinin fotoşəklini Rəşada, Rəşad da “whatsapp” vasitəsi ilə Hilala göndərmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 58 manat bir, 30 manat da bir olmaqla 88 manat da vermişdir ki, Hilala göndərsin. Rəşad həmin pulları Hilalın “leobank” kart hesabına köçürürmüşdür. Daha sonra ondan başqa Rəşadın özü və bir neçə nəfər ortaq tanışlarının da Hilal adlı həmin şəxs tərəfindən aldadılması məlum olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə Zərərçəkmiş şəxs6 məlumat verilməsinə baxmayaraq o məhkəməyə gəlməmiş, məhkəməyə ərizə göndərərək ona dəymiş ziyanın tam ödənilməsini, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra Zərərçəkmiş şəxs6 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün hallarının hərtərəfləri,tam və obyektiv tədqiq edilməsinin ,qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasını mümkün hesab etmişdir. İbtidai istintaq zamanı ifadə vermiş Zərərçəkmiş şəxs6 göstərmişdir ki, 2022-ci ilin may ayının əvvəllərində qardaşı Cabir, “MİDA”nm işçisi Hilal adlı bir nəfər şəxsin pul müqabilində Rəşada və Rəşadın bir neçə nəfər qohumuna Bakı şəhərində “MİDA” vasitəsi ilə güzəştli şərtlərlə mənzil verdirəcəyini bildirmiş, Rəşadın vasitəsi ilə Hilal adlı həmin şəxslə danışıldığını və özünün də həmin mənzillərdən birini ala biləcəyini qeyd etmişdir. Həmin vaxt o özü də Rəşaddan xahiş etmişdir ki, ona görə də Hilal adlı şəxslə danışsın, ö da Bakı şəhərində güzəştli şərtlərlə mənzil sahibi olsun. Rəşad elə onun yanında Hilal adlı şəxslə danışmış və məsələni izah etdikdən sonra Hilal 588 manat ilkin sənədləşmə üçün pul istəmişdir.O həmin təkliflə razılaşmış və ilk öncə Rəşada 500 manat pul vermişdir ki, Hilala versin. Pul ilə yanaşı Hilal onun şəxsiyyət vəsiqəsinin fotoşəklini də istədiyinə görə o öz şəxsiyyət vəsiqəsinin fotoşəklini Rəşada, Rəşad da “whatsapp” vasitəsi ilə Hilala göndərmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 58 manat bir, 30 manat da bir olmaqla 88 manat da vermişdir ki, Hilala göndərsin. Rəşad həmin pulları Hilalın “leobank” kart hesabına köçürürmüşdür. Daha sonra ondan başqa Rəşadın özü, bir neçə nəfər ortaq tanışları və qardaşı Cabirin də Hilal adlı həmin şəxs tərəfindən aldadılması məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid bildirdi ki, Təqsirləndirilən şəxs keçmiş əri olmuş, belə ki, Hilal ilə 2015-ci ildə evlənmişlər və həmin evlilikdən 2 övladları var. Ailədaxili münaqişələri çox olduğu üçün 2021-ci ildən rəsmi olaraq boşanmışlar. Rəsmi olaraq boşansalar da Təqsirləndirilən şəxs onun yaşadığı ünvana övladlarını görmək üçün gəlmişdir. Təxminən 2 il əvvəl isə öz adına uLeobank”dan 60127499 nömrəli plastik bank kartı almışdır. Həmin kartı Təqsirləndirilən şəxs ondan öz istifadəsi üçün həm də Rusiyada yaşayan atası Mətləbin pul göndərəcəyi üçün götürmüşdür. Həmin vaxtdan sonra Təqsirləndirilən şəxs cibində dəfələrlə çoxlu pul olmasını gördüyü üçün şübhələnməyə başlamış, ona görə Hilaldan kartı geri qaytarmasını tələb etmişdir. Hilal isə müxtəlif bəhanələr edərək kartı gizlətməyə başlamışdır. O da banka zəng edərək kartı bağlatdırmışdır. Təqsirləndirilən şəxs öz əməlləri barədə ona heç nə bildirməmiş, Hilalın nə işlə məşğul olmasından xəbəri olmamışdır. O həmin kartı aldıqdan sonra Təqsirləndirilən şəxs vermiş, Təqsirləndirilən şəxs da kartı daima öz üzərində saxlayırmış, ancaq tələbələrinin valideynləri ödənişlərini karta göndərəndə o həmin kartı Hilaldan alıb pulu nağdlaşdırmışdır. Həmin vaxt kartda tələbələrinin valideynlərinin köçürdüyü puldan başqa hər hansı məbləğdə pul olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş qəbzlərin surətlərindən görünür ki,xx.xx.2022ci il tarixdə saat 17.27-dən 17.33-dək 3 dəfə Göyçay şəhəri H.Əliyev prospekti 71 ünvanında yerləşən «e-manat» ödəmə terminalından X1 adına olan «Leobank»a aid hesaba 500 manat cəmi 1500 manat,xx.xx.2022-ci il tarixdə saat 12.10-dan 12.12-dək 4 dəfə,xx.xx.2022-ci il tarixdə saat 15.18-də isə 1 dəfə ünvan 7 ünvanında yerləşən «emanat» ödəmə terminalından X1 adına olan «Leobank»a aid hesaba 58 manat,cəmi 290 manat,xx.xx.2022-ci il tarixdə saat 12.16-dan 12.28-dək 5 dəfə Göyçay şəhəri H.Əliyev prospekti 71 ünvanında yerləşən «e-manat» ödəmə termnalından X1 adına olan «Leobank»a aid hesaba 30 manat,cəmi 150 manat pul köçürülmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs haqqında axtarış elan edilməklə, barəsində seçimiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək həbs qətimkan tədbiri seçilmişdir. Axtarışda olan şəxsin tutulması barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Göyçay rayonu ərazisində tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinin məzmunundan görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2-ci bəndinə görə dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Həmin Qərarın 3-cü bəndinə görə dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsi cinayət işi üzrə toplanmış dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilir. Beləliklə, təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əvəzsiz və qanunsuz olaraq özgə əmlakım ələ keçirmək niyyəti ilə özünü Azərbaycan Respublikasının Mənzil X6 işçisi qismində təqdim edərək əslində qeyd edilən Agentlik ilə hər hansı əlaqəsi olmadan vədinə əməl etmək niyyətində olmayaraq Zərərçəkmiş şəxs1 və sonuncunun qohumları: X3, X2, X9, X4, X10 və X5 “MİDA” vasitəsi ilə Bakı şəhəri ərazisində güzəştli şərtlərlə ümumilikdə 7 ədəd mənzil verdirəcəyini yalan vəd verib adlatma və etibardan sui- istiladə etmə yolu ilə Zərərçəkmiş şəxs1 inandırmaqla görməyi vəd etdiyi işin müqabilində ilkin sənədləşmə adı ilə xx.xx.2022ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində vahid niyyətlə ayrı-ayrı vaxtlarda hissə-hissə, ümumilikdə Zərərçəkmiş şəxs1 4109 manat pulunu Göyçay şəhəri, H.Əliyev prospektində yerləşən “Mega” marketin yaxınlığında, Göyçay şəhəri, Nizami küçəsində yerləşən Göyçay rayon Mərkəzi Xəstəxanasının yaxınlığında və Göyçay şəhəri, Nizami küçəsində yerləşən “Kapital Bank”ın yaxınlığında ələ keçirib aldığı pulun qarşılığında verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək dələduzluq etmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs2 “MİDA" vasitəsi ilə Bakı şəhəri ərazisində güzəştli şərtlərlə mənzil verdirəcəyini Zərərçəkmiş şəxs1 yalan vəd verib adlatma və etibardan sui-istiladə elmə yolu ilə Zərərçəkmiş şəxs1 vasitəsi ilə Zərərçəkmiş şəxs2 inandırmaqla görməyi vəd etdiyi işin müqabilində ilkin sənədləşmə adı ilə xx.xx.2022-ci il tarixdə Göyçay şəhəri, H.Əliyev prospektində yerləşən “Dəyirmanın dairəsi” adlanan dairənin yaxınlığında Zərərçəkmiş şəxs2 500 manat, xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “eManat” ödəmə terminalından keçmiş arvadı Şahid adına olan "xxxx" ASC-yə aid 60127499 nömrəli “leobank” kartına göndərtməklə 58 manat, xx.xx.2022-ci il tarixdə Göyçay şəhəri, H.Əliyev prospekti 71 ünvanında yerləşən “eManat" ödəmə terminalından həmin karta göndərtməklə 30 manat, ümumilikdə Zərərçəkmiş şəxs2 588 manat pulunu Zərərçəkmiş şəxs1 vasitəsi ilə vahid niyyətlə hissə-hissə ələ keçirib aldığı pulun qarşılığında verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək dələduzluq etmiş,Zərərçəkmiş şəxs3 “MİDA" vasitəsi ilə Bakı şəhəri ərazisində güzəştli şərtlərlə mənzil verdirəcəyini Zərərçəkmiş şəxs1 yalan vəd verib vədinə əməl etmək niyyətində olmayaraq adlatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 vasitəsi ilə Zərərçəkmiş şəxs3 inandırmaqla görməyi vəd etdiyi işin müqabilində ilkin sənədləşmə adı ilə xx.xx.2022-ci il larixdə Göyçay şəhəri, H.Əliyev prospektində yerləşən “Xəritə” abidəsinin yaxınlığında Zərərçəkmiş şəxs3 500 manat, xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “eManat” ödəmə terminalından keçmiş arvadı Şahid adına olan Unibank ASC-yə aid 60127499 nömrəli "leobank” kartına göndərtməklə 58 manat, xx.xx.2022-ci il tarixdə Göyçay şəhəri, H.Əliyev prospekti,71 ünvanında yerləşən “eManat” ödəmə terminalından həmin karta göndərtməklə 30 manat, ümumilikdə Zərərçəkmiş şəxs3 588 manat pulunu Zərərçəkmiş şəxs1 vasitəsi ilə vahid niyyətlə hissə-hissə ələ keçirib aldığı pulun qarşılığında verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək dələduzluq etmiş, Zərərçəkmiş şəxs5 “MİDA” vasitəsi ilə Bakı şəhəri ərazisində güzəştli şərtlərlə mənzil verdirəcəyini Zərərçəkmiş şəxs1 yalan vəd verib vədinə əməl etmək niyyətində olmayaraq adlatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 vasitəsi ilə Zərərçəkmiş şəxs5 inandırmaqla görməyi vəd etdiyi işin müqabilində ilkin sənədləşmə adı ilə xx.xx.2022-ci il tarixdə Göyçay şəhəri, H.Əliyev prospekti 71 ünvanında yerləşən “eManat" ödəmə terminalından keçmiş arvadı Şahid adına olan "xxxx" ASC-yə aid 60127499 nömrəli ‘’leobank” kartına göndərtməklə 500 manat, xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanında yerləşən “eManat” ödəmə terminalından həmin karla göndərtməklə 58 manat, xx.xx.2022-ci il tarixdə Göyçay şəhəri, H.Əliyev prospekti 71 ünvanında yerləşən “eManat" ödəmə terminalından qeyd edilən karla göndərtməklə 30 manat, ümumilikdə Zərərçəkmiş şəxs5 588 manal pulunu Zərərçəkmiş şəxs1 vasitəsi ilə vahid niyyətlə hissə-hissə ələ keçirib aldığı pulun qarşılığında verdiyi vədin icrası-üçün heç bir hərəkət etməyərək dələduzluq etmiş, Zərərçəkmiş şəxs4 “MİDA” vasitəsi ilə Bakı şəhəri ərazisində güzəştli şərtlərlə mənzil verdirəcəyini Zərərçəkmiş şəxs1 yalan vəd verib vədinə əməl etmək niyyətində olmayaraq adlatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 vasitəsi ilə Zərərçəkmiş şəxs4 inandırmaqla görməyi vəd etdiyi işin müqabilində ilkin sənədləşmə adı ilə xx.xx.2022-ci il tarixdə Göyçay şəhəri. H.Əliyev prospekti 71 ünvanında yerləşən “eManat” ödəmə terminalından keçmiş arvadı Şahid adına olan Unibank ASC-yə aid 60127499 nömrəli “leobank kartına göndərtməklə 500 manat, xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanında yerləşən “eManat” ödəmə terminalından həmin karta göndərtməklə 58 manat, xx.xx.2022-ci il tarixdə Göyçay şəhəri, H.Əliyev prospekti 71 ünvanında yerləşən “eManat” ödəmə terminalından qeyd edilən karla göndərtməklə 30 manat, ümumilikdə Zərərçəkmiş şəxs4 588 manat pulunu Zərərçəkmiş şəxs1 vasitəsi ilə vahid niyyətlə hissə-hissə ələ keçirib aldığı pulun qarşılığında verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək dələduzluq etmiş, Zərərçəkmiş şəxs6 “MİDA” vasitəsi ilə Bakı şəhəri ərazisində güzəştli şərtlərlə mənzil verdirəcəyini Zərərçəkmiş şəxs1 yalan vəd verib vədinə əməl etmək niyyətində olmayaraq adlatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 vasitəsi ilə Zərərçəkmiş şəxs6 inandırmaqla görməyi vəd etdiyi işin müqabilində ilkin sənədləşmə adı ilə xx.xx.2022-ci il tarixdə Göyçay şəhəri, H.Əliyev prospekti 71 ünvanında yerləşən “eManat” ödəmə terminalından keçmiş arvadı Şahid adına olan "xxxx" ASC-yə aid 60127499 nömrəli “leobank” kartına göndərtməklə 500 manat, xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanında yerləşən “eManat” ödəmə terminalından həmin karta göndərtməklə 58 manat, xx.xx.2022-ci il tarixdə Göyçay şəhəri, H.Əliyev prospekti 71 ünvanında yerləşən “eManat” ödəmə terminalından qeyd edilən karla göndərtməklə 30 manat, ümumilikdə Zərərçəkmiş şəxs6 588 manat pulunu Zərərçəkmiş şəxs1 vasitəsi ilə vahid niyyətlə hissə-hissə ələ keçirib aldığı pulun qarşılığında verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək dələduzluq etmiş, bununla da təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddələrinin tərkibini təşkil edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin, cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin cinayət əməlinin qəsdən törətməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı tələblərinin olmamasını iş üzrə cəzasını yüngülləşdirən hallar olduğunu və iş üzrə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. İş üzrə obyektiv və subyektiv halların məcmusunu nəzərə alıb, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsinin sanksiyası həddləri daxilində Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesab ilə hesablanmaqla müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalı, üzərinə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Göyçay rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Göyçay rayonu İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353,384-cü maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 27 oktyabr 2023-cü il tarixdən 03 (üç) ay 03 (üç) gün həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 06 (altı) ay 06 (altı) gün təyin edilmiş cəzadan çıxılmaqla qəti olaraq ona 01(bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşadığı yer üzrə Göyçay rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Göyçay rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Üzərinə daimi yaşayış yeri olan Göyçay şəhəri, Şirvani küçəsi 01 saylı fərdi yaşayış evini hər gün saat 22:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Göyçay rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Göyçay rayon İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Hökmdən 20 gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar