Məhkəmə qərarları › İş №1(046)-3/2025

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-3/2025

13.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-3/2025 13.02.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Dövlət ittihamçısı X1, Müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştiraki ilə, xx.xx.1987-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Göyçay şəhəri, Ə.Cavad küçəsində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Şəki Penitensiar Müəsissəsində saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 185.2.1-ci maddələri ilə, xx.xx.1986-cı ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, məhkum olunmuş, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 08 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda azadlıqdan məhrum etmə cəza növündə cəza çəkən, ünvan 3 ünvanında yaşayan, hazırda Umbakı Penitensiar Müəssisəsində azadlıqdan məhrum etmə növündə cəza çəkən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Göyçay şəhərində 13 fevral 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli yolla talamaq məqsədi və tamah niyyəti ilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 12 yanvar 2022-ci il tarixdə saat 23 radələrində ünvan 4 ünvanında yerləşən həyətin giriş qapısında saxlanılmış, Şahid7 Əlisahib qızına məxsus və sonuncunun oğlu Zərərçəkmiş şəxs1 faktiki istifadəsində olan 1988-ci il istehsalı VAZ markalı 21063 model, müəhərrik gücü 1300 kub santimetr olan, **-BJ-*** dövlət qeydiyyat nişanlı, mühərrik nömrəsi 0451861, ban nömrəsi XTA21063K2074760 olan sarı-ağ rəngli avtomobilin sol ön qapısını burğacdan (vint açan) istifadə edərək açmaq yolu ilə gizli olaraq talayıb oğurlamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs1 4000 (dörd min) manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə xx.xx.2022-ci il tarixə saat 02 radələrində Zərərçəkmiş şəxs2 məxsus İsmayıllı rayonunun İvanovka kəndində yerləşən ərzaq və qeyri-ərzaq malları satılan "Bizim market" adlanan mağazanın plastik materialdan olan qapısının açarla bağlanan hissəsinə vintaçanla müdaxilə edib fiziki güc tətbiq edərək qapını açıb, saxlanc yeri hesab olunan mağazaya qanunsuz daxil olmaqla, 120 manat dəyərində kassa aparatını və kassanın içərisində olan 150 manat kağız və qəpik pulları, 300 manat dəyərində müşahidə kamerasının qurğusunu, ümumi dəyəri 40 manat olan 40 ədəd “1 manatlıq poz-qazan” lotereyası, ümumi dəyəri 60 manat olan 30 ədəd “2 manatlıq poz-qazan” lotereysı, ümumi dəyəri 36 manat olan 40 ədəd “Snickers” şkoladı, ümumi dəyəri 36 manat olan 40 ədəd “Mars” şkoladı, ümumi dəyəri 27,9 manat olan 31 ədəd “Tvix” şkoladı, ümumi dəyəri 80 manat olan 02 blok “Sobranie compact” markalı siqareti, ümumi dəyəri 80 manat olan 02 blok “Sobranie nazik göy” markalı siqareti, ümumi dəyəri 80 manat olan 02 blok “Sobranie nazik qara” markalı siqareti, ümumi dəyəri 62 manat olan 02 blok “LD” nazik markalı siqareti, ümumi dəyəri 58 manat olan 02 blok “LD compact” markalı siqareti, ümumi dəyəri 74 manat olan 02 blok “Kend-4 nazik” markalı siqareti, ümumi dəyəri 42 manat olan 02 blok “Magna nazik ağ” markalı siqareti və ümumi dəyəri 35 manat olan “Winston nazik” markalı siqaretləri qəsdən gizli olaraq talayıb zərərçəkmiş şəxs Ş. Mirzəliyevə ümumilikdə 1280 (min iki yüz səksən) manat 90 (doxsan) qəpik məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa qohumu Hacıqabul şəhər sakini Şahid8 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, əvvəlcədən əldə etdikləri razılıq əsasında xx.xx.2022-ci il tarixdə saat 04 radələrində Ağdaş rayonuna gedib-qayıtmaq məqsədi ilə Göyçay şəhəri, Ə.Qarayev küçəsi, ev 78-də yaşayan Zərərçəkmiş şəxs3 məxsus ünvan 5 ünvanının qarşısında hərəkətsiz vəziyyətdə olan “Vaz 2106” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə yaxınlaşıb avtomobilin qapısını açaraq salona daxil olub avtomobilin mühərrikini işə salmış, Şahid8 isə avtomobilin ön sərnişin oturacağında əyləşdikdən sonra avtomobili idarə edərək talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirmişdir. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 185.2.1 -ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli yolla talamaq məqsədi və tamah niyyəti ilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 12 yanvar 2022-ci il tarixdə saat 23 radələrində Ucrar şəhəri, M.Ə.Rəsulzadə küçəsi 149 ünvanında yerləşən həyətin giriş qapısında saxlanılmış, Şahid7 Əlisahib qızına məxsus və sonuncunun oğlu Zərərçəkmiş şəxs1 faktiki istifadəsində olan 1988-ci il istehsalı, VAZ markalı, 21063 model, müəhərrik gücü 1300 kub santimetr olan, **-BJ-*** dövlət qeydiyyat nişanlı, mühərrik nömrəsi 0451861, ban nömrəsi XTA21063K2074760 olan sarı-ağ rəngli avtomobilin sol ön qapısını burğacdan (vint açan) istifadə edərək açmaq yolu ilə gizli olaraq talayıb oğurlamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs1 4000 (dörd min) manat məbləğində maddi ziyan vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 -ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs1 özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərimişdir ki, Təqsirləndirilən şəxs2 tanışıdır. 2022-ci ilin yanvar ayının 12-də saat 22 radələrində Təqsirləndirilən şəxs2 ilə yaşadığı evin yerləşdiyi küçədə söhbət etmiş, həmin vaxt Nişada avtomobil oğurlamağı təklif etmiş, həmçinin Nişada avtomobili Ucar rayonundan oğurlamaq istdiyini bildirmiş, Nişad da onunla razılaşmış, daha sonra yeznəsi Əfqanın avtomobilin onda olduğunu Nişada bildirmiş, bundan sonra Nişada avtomobili onun sürməsini bildirmiş, Nişad onunla razılaşmışdır. Bundan sonra Nişad onun yeznəsi Əfqana məxsus avtomobili idarə etmiş və Ucar rayonu istiqamətində getmişlər, lakin əvvəldən Ucar rayonunun hansı tərəfindən və hansı avtomobili oğurlayacaqlarını planlaşdırmamışlar. Buna görə də Ucar rayonuna çatdıqdan sonra şəhərin mərkəzi küçələrində gəzməyə başlamışlar, bir qədər avtomobil ilə küçələri gəzdikdən sonra, “Optimal” məişət avadanlıqları mağazasının yaxınlığında küçədə dayanmış vəziyyətdə avtomobil dayandığını görmüşlər, Nişada həmin avtomobili oğurlamağı təklif etmiş və avtomobili yolun kənarında saxlamağını tapşırmış, buna görə də Nişad avtomobili yolun kənarında saxlamış, sonra özü ilə gətirdiyi burğacı da götürərək Nişadın idarə etdiyi avtomobildən düşmüş və oğurlamaq istədikləri VAZ2106 markalı, **- BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşmış, həmin avtomobilin sol ön qapısını öz ilə gətirdiyi burğacla açmış, həmin avtomobilə əyləşmiş və avtomobilin üzərində olan açarla avtomobili işə salmış, bundan sonra qarşıda Nişad onun yeznəsi Əfqanın avtomobilini idarə etmiş, Nişadın arxasınca getmiş, Göyçay rayonu Çərəkə kəndinin ərazisində olan zaman avtomobili yolun kənarında saxlamış, avtomobildən düşərək oğurladığı VAZ2106 markalı avtomobilin dövlət qeydiyyat nişanlarını açaraq kolluğa atmışdır.Bundan sonra avtomobili idarə edərək yaşadığı evin yerləşdiyi küçəyə gəlmiş, yaşadığı evin yerləşdiyi küçədə yeznəsi Əfqan və Nişadın yaşadığı evlər yerləşir, küçədə Nişadla bir qədər söhbət etmiş və avtomobili harada gizlədəcəkləri barədə danışmış, bu zaman Nişad ona avtomobili bibisi oğlu Elmirin yaşadığı Göyçay rayonu Qarayazı kəndində yerləşən evin həyətində saxlamağı təklif etmiş, Nişadla razılaşmış, bundan sonra Nişad onun yeznəsi Əfqanın avtomobilini küçədə saxlamış, atasına məxsus VAZ21011 markalı avtomobili idarə etməyə başlamış, o da oğurladıqları avtomobili Nişadın arxasıyca idarə edərək üzü Göyçay rayonu, Qarayazı kəndi istiqamətində getmiş, Nişadın bibisi oğlu Elmirin yaşadığı evin qarşısında dayanmışlar, Nişad bibisi oğlu Elmirə zəng edərək yeni avtomobil aldığını və həmin avtomobili bir günlük onun yaşadığı evin həyətində saxlamaq istədiyini bildirmiş, həmçinin Elmirə onun yaşadığı evin qarşısında olduqlarını söyləmiş, bundan sonra Nişadın bibisi oğlu Elmir və qardaşı Gəray küçəyə çıxmışlar, Nişad bir daha bibisi oğlu Elmirdən avtomobili onun yaşadığı evin həyətində saxlamasına icazə verməsini xahiş etmiş, bu zaman Elmir onlardan avtomobilin oğurluq olub-olmamasını soruşmuş, Nişad bu zaman həmin avtomobili yeni aldığını və özünə məxsus olduğunu bildirmiş, Elmir də onunla razılaşmış, bundan sonra oğurladıqları VAZ2106 markalı avtomobili Nişadın bibisi oğlu Elmirin yaşadığı evin həyətində saxlamış, sonra Nişadın idarə etdiyi atasına məxsus avtomobil ilə Göyçay şəhərinə gəlmişlər. Bundan başqa 14 fevral 2022-ci il tarixdə saat 23 radələrində tanışı Yunis ilə birlikdə Yunisə məxsus avtomobil ilə İsmayıllı rayonu İvanovka kəndinə gəzəməyə getmək istdəyini bildirmiş, lakin Yunis ona artıq gec olduğunu və Göyçay rayonu Bığır kəndinin girişində düşmək istədiyini bildirmiş, həmçinin avtomobilinin onda qalmasına etiraz etməmiş, Yunusa avtomobilini qaytaracağını bildirmiş, Yunus da onunla razılaşmış və Bığır kəndinin girişində avtomobildən düşmüş, onunla sağollaşmış və Bığır kəndinin girşində olan “ala qapı” ilə üzbəüz olan və İsmayıllı rayonu, İvanovka kəndinə gedən yol ilə hərəktə davam etmiş, həmin vaxt avtomobildə tək olmuş, saat 01 radələrində siqareti olmadığı üçün açıq olan mağaza axtarmağa başlamış, bir qədər İsmayıllı rayonunun İvanovka kəndində küçələri gəzmiş, lakin açıq mağaza tapa bilməmiş, həmin vaxt mağazalardan birinin qarşısında avtomobili saxlamış, daha sonra həmin mağazaya daxil olaraq siqaret götürmək qərarına gəlmiş, lakin həmin mğazanın da qapısı bağlı olmuş, buna görə də avtomobildən burğac götürmüş və avtomobildən düşərək mağazaya tərəf getmiş, həmin mağazanın girişində olan plastik materialdan hazırlanmış qapısını özü ilə gətirdiyi burğacla qapını açmış, daha sonra tək həmin mağazaya daxil olmuş, sonra isə siqaretlər olan tərəf getmiş xatırlamadığı sayda Kend, Sobranie və LD markalı siqaretlərin hərəsindən 1-2 blok götürmüş, bundan sonra həmin siqaret bloklarını aparıb avtomobilə arxa oturacağa yığmış, daha sonra yenidən mağazaya qayıtmış və mağazanın içərisindən kasa aparatını və təhlükəsizlik kamerasının yaddaş qurğusunu götürmüş və yenidən avtomobilə əyləşərək Göyçay şəhərinə, yaşadığı evə gəlmişdir. Kassa aparatını açmış və içərisindən xatırlamadığı məbləğdə qəpik pul və poz-qazan lotereyası olmasını görmüşdür. Bundan başqa xx.xx.2022-ci il tarixdə axşam saatlarında qohumu Şahid8 ilə Göyçay şəhərində kafelərdən birində yemək yemiş və spirtli içki qəbul qəbul etmiş, saat 01 radələrində Şahid8 ilə birlikdə onun yaşadığı evin qarşısına gəlmiş, bir qədər gəzib əylənmək istəmişlər. Buna görə də Mirqadir ilə birlikdə Göyçay şəhərində küçələri gəzməyə başlamış, bu zaman onlar Ağdaş rayonuna gedib, gəzərək qayıtmaq istəmişlər, lakin heç birinin avtomobili olmamışdır. Göyçay şəhəri Nizami küçəsində olan zaman küçədə VAZ2106 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını, avtomobilin sönmüş vəziyyətdə və yaxınlığında isə heç kimin olmadığını görmüşlər, bu zaman avtomobilin qapılarının da açıq olduğunu və açarının üzərində olduğunu görmüşlər, sürücü tərəfdən əyləşmiş, Mirqadir isə ön sərnişin oturacağında əyləşmiş, bundan sonra avtomobili işə salmış və idarə etməyə başlamış, Ağdaş rayonuna gedərək geri qayıtmış, daha sonra bir neçə saat ərzində həmin avtomobil ilə Göyçay rayonu ərazisində gəzmiş, avtomobil ilə bir qədər gəzdikdən sonra Göyçay şəhəri Şəhriyar küçəsi ilə getmiş, həmin küçədə yolun asfalt hissəsi bitmiş və torpaq yol başlamış, lakin torpaq yol palçıqlı olduğundan avtomobil palçıqda batmış, avtomobili palçıqdan çıxara bilməmiş, bundan sonra hər ikisi avtomobildən düşmüşlər və avtomobil ön və arxa qeydiyyat nişanlarını çıxararaq palçığa atmışlar. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs2 özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərimişdir ki, Təqsirləndirilən şəxs1 tanışdır. 2022-ci ilin yanvar ayının 12-də saat 22 radələrində Təqsirləndirilən şəxs1 ilə yaşadığı evin yerləşdiyi küçədə söhbət edən zaman, İlqar ona avtomobil oğurlamağı təklif etmiş, həmçinin ona avtomobili Ucar rayonundan oğurlamaq istdiyini bildirmiş, İlqar ilə razılaşmış, daha sonra İlqar yeznəsi Əfqanın avtomobilinin onda olduğunu bildirmiş və məhlədə saxladığını söyləmiş, bundan sonra ona avtomobili onun sürməsini təklif etmiş, İlqar ilə razılaşmış, bundan sonra İlqarın yeznəsi Əfqana məxsus avtomobili idarə etmiş və Ucar rayonu istiqamətində getmişlər, Ucar rayonuna çatdıqdan sonra şəhərin mərkəzi küçələrində gəzməyə başlamışlar, bir qədər avtomobil ilə küçələri gəzdikdən sonra “Optimal” məişət avadanlıqları mağazasının yaxınlığında küçədə dayanmış vəziyyətdə avtomobil olduğunu görmüşlər, İlqar ona həmin avtomobili oğurlamağı təklif etmiş və avtomobili yolun kənarında saxlamasını tapşırmış, buna görə də avtomobili yolun kənarında saxlamış, bundan sonra İlqar özü ilə gətirdiyi burğacı da götürüb avtomobildən düşmüş və oğurlamaq qərarına gəldikləri avtomobilə yaxınlaşmış, idarə etdiyi İlqarın yeznəsi Əfqana məxsus avtomobildə qalmış, İlqar isə oğurlamaq qərarına gəldikləri VAZ2106 markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşmış, həmin avtomobilin sürücü tərtəfdən ön qapısını burğacla açaraq avtomobilə əyləşmiş, daha sonra isə həmin avtomobili işə salaraq gəldikləri istiqamətdə, yəni üzü Göyçay rayonu istiqamətində hərəkət etməyə başlamış, buna görə də idarə etdiyi avtomobil ilə İlqarın idarə etdiyi və oğurladıqları avtomobildən öndə hərəkət etməyə başlamış, qeyd etdiyi formada hərəkətdə davam etmişlər, Göyçay rayonu, Çərəkə kəndinin ərazisində olan zaman İlqarın oğurladıqları avtomobili saxlamasını, İlqarın oğurladıqları avtomobilin dövlət nömrə nişanlarını açdığını görmüş, lakin İlqarın həmin qeydiyyat nömrələrini hara atdığını görəməmiş, daha sonra Göyçay şəhəri, Əhməd Cavad küçəsində yerləşən onun yaşadığı evin qarşsına gəlmişlər, saat 23 radələrində avtomobili harada gizlətməyi müzakirə etmişlər, bu zaman İlqara həmin avtomobili Göyçay rayonu Qarayazı kəndində yaşayan bibisioğlu Elmirin yaşadığı evin həyətində saxlamağı təklif etmiş, İlqar da onunla razılaşmış, bundan sonra onun İlqarın yeznəsi Əfqana məxsus avtomobili yaşadığı evin yerləşdiyi küçədə saxlamış, həmçinin həmin küçədə dayanmış atasına məxsus VAZ21011 markalı avtomobilə əyləşmiş və avtomobili işə salaraq Göyçay rayonu Qarayazı kəndi istiqamətində hərəkətə başlamışlar, İlqar isə oğurladıqları avtomobili idarə edərək onun arxasınca gəlmiş, bibisi oğlu Elmirin yaşadığı evin qarşısına çatmış və Elmirin istifadəsində olan mobil nömrəyə zəng etmiş, telefonda Elmirə yeni avtomobil aldığını və bir gecəlik onun yaşadığı ünvanda saxlamaq istdəyini, hazırda da onun yaşadığı evin qarşısında olduğunu söyləmiş, bundan bir neçə dəqiqə sonra Elmir və qardaşı Gəray küçəyə çıxmışlar, yenə də Elmirdən avtomobili bir günlük onun həyətində saxlmağım xahiş etmiş, Elmir və Gəray ondan avtomobilin kimə məxsus olmasını, oğurluq olub-olmamasını soruşmuşlar, onlara avtomobili yeni aldığını və özünün olduğunu söyləmişdir. İlqar ilə birlikdə oğurladıqları VAZ2106 markalı avtomobili Elmirin yaşadığı evin həyətində saxlamış, daha sonra isə Elmir və Gəray ilə sağollaşıb İlqar ilə birlikdə onun idarə etdiyi atasına məxsus avtomobil ilə yenidən Göyçay şəhərinə yaşadığı ünvana qayıtmışlar, İlqar ona avtomobilin qapısını açarkən istifadə etdiyi burğacın orada yadından çıxdığını söyləmiş, bundan sonra onun idarə etdiyi atasına məxsus VAZ 21011 markalı avtomobil ilə Ucar rayonuna, avtomobili oğurladıqları yerə qayıtmışlar. İlqar avtomobildən düşərək küçəni bir qədər axtarmış və sonra yenidən avtomobilə gələrək burğacı tapdığını bildirmiş, bundan sonra yenidən Göyçay şəhərinə qayıtmışlar. Saat 08 radələrində özünə məxsus istifadə etdiyi mobil telefona zəng gəldiyini eşitmiş, telefona baxdıqdan sonra zəng edən şəxsin bibisi oğlu Elmir olmasını bilmiş, telefonu açdıqdan sonra bibisi oğlu Elmir ona “gəl bu maşını buradan götür” deyə söyləmiş, Elmirdən nə baş verdiyini soruşmuş, Elmir də ona “bu maşının nörmələri də yoxdur” deyə söyləmiş, bundan sonra Elmirə heçnə deməmiş və avtomobili götürəcəyini söyləmiş, ardınca taksi ilə tək Qarayazı kəndinə getmiş, Elmirin yaşadığı ünvana getdikdən sonra Elmir və qardaşı Gəray ona etiraz edərək həmin avtomobilin onların həyətində qalmasını istəmədiklərini bildirmişlər. Bundan sonra həmin avtomobili işə salaraq Göyçay şəhəri Ə.Cavad küçəsinə gəlmiş, avtomobili onunla qonşuluqda yaşayan əmisi Şahid1 yaşadığı evin həyətinə salaraq orada saxlamış, həmin vaxt əmisi yaşadığı evdə olmamış, bundan bir gün sonra avtomobilin akkumlyatorunu götürmüş, daha sonra isə həmin akkumlyatoru atasına məxsus avtomobilin üzərinə qoymuş, həmçinin oğurladıqları avtomobilin ban nömrəsinin yazıldığı dəmir lövləni deşici alətdən istifadə etməklə yerindən çıxarmış, daha sonra ban nömrəsini çıxardığı yerə kağız yapışqan vurmuş, bundan başqa həmin avtomobilin ban nömrəsini siqaret qutusunun üzərinə yazaraq oraya atmış, bundan başqa həmin avtomobilin üzərinə özündə saxladığı **-BJ-*** dövlət qeydiyyat nörməsini bağlamışdır. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs3 göstərmişdir ki, özünə məxsus istifadəsində olan Vaz 2106 markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobil vardır. xx.xx.2022- ci il tarixdə avtomobili idarə edərək qayınatası X2 yaşadığı Göyçay şəhəri, Nizami küçəsi, ev 201 saylı binanın qarşısında saxlamış, həmin gün bayramı orada qeyd etmiş, orada olan zaman spirtli içki qəbul etdiyindən avtomobili həmin ünvanda qoyaraq yaşadığı ünvana piyada getmiş, yaşadığı evə gedən zaman qaynatasına avtomobilə nəzarət etməsini tapşırmış, sonra gəlib avtomobili götürəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 07 radələrində qaynatası İbad Sərkərov ona zəng edərək avatomobilin saxladığı yerdə olmadığını söyləmiş və avtomobili onun apardığını soruşmuş, qayınatası İbad Sərkərova avtomobili aparmadığını bildirmiş, bundan sonra dərhal həmin ünvana getmiş, Göyçay rayon polis şöbəsinə müraciət edərək ona məxsus avtomobilin naməlum şəxs və ya şəxslər tərəfindən qaçırlmasını bildirmişdir.Hazırda ona dəymiş ziyan ödənilmiş, Təqsirləndirilən şəxs1 heç bir şikayət və tələbi yoxdur. İş üzrə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 göstərmişdir ki, özünə məxsus VAZ 21063 markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 12 yanvar 2022-ci il tarixdə taksi fəaliyyəti ilə məşğul olaraq saat 20 radələrində evinə getmiş, avtomobilini həmişəki kimi evinin qarşısında saxlaraq açarını üzərində qoymuş, qapılarını isə digər açarla bağlayaraq evə getmiş, bundan sonra şam yeməyini yeyərək saat 22 radələrində yatmış, avtomobilini saxladıqdan sonra bir daha bayıra çıxaraq avtomobilini yoxlamamış, səhər saat 08 radələrində oyanaraq yeməyini yemiş və təxminən 08:30-da bayıra çıxanda avtomobilinin saxladığı yerdə olmadığını görmüş, dərhal bu barədə DİN-in “102” zəng xidmətinə məlumat vermişdir. Hazırda ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 heç bir şikayət və tələbi yoxdur. İş üzrə Zərərçəkmiş şəxs2 teleqram vasitəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, hazırda ona dəymiş ziyan ödənilmiş, Təqsirləndirilən şəxs1 heç bir şikayət və tələbi yoxdur. İstintaq dövründə verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs2 ifadəsindən görünür ki, İsmayıllı rayonunun İvanovka kəndində özünə məxsus 100 m2-lik ərzaq mallarının satışı mağazası vardır. xx.xx.2022-ci il tarixdə saat 22 radələrində mağazanı bağlayıb, evə getmişdir. xx.xx.2022-ci il tarixdə saat 08 radələrində mağazaya gedib qapısını açmaq istəyərkən qapının açıq olduğunu görüb, dərhal oğurluq olduğunu bilmiş, mağazanın içərisinə girmədən dərhal DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. 15-20 dəqiqə sonra hadisə yerinə polis əməkdaşları yaxınlaşmışlar. Mağazasından içərisində 150 manat nağd pul olan 120 manat dəyərində olan kassa aparatı, 300 manatlıq kamera qurğusu, 500 manat dəyərində 15 blok siqaret, mağazanın vitrinindən 100 manat dəyərində "snickers", "mars", "tvix" adlı şokoladlar və 100 manat dəyərində "poz qazan" lotereyası oğurlanmışdır. Ümumilikdə mağazadan oğurluq nəticəsində ona 1280.90 manat məbləğində ziyan dəymişdir. İş üzrə şahid qismində ifadə vermiş Şahid3 göstərmişdir ki, Göyçay rayonu Qarayazı kəndində yaşayır. Təqsirləndirilən şəxs2 dayısı oğludur. 2022-ci ilin yanvar 13-də saat 08 radələrində Nişadın ona gecə saatlarında bir neçə dəfə zəng etdiyini görmüş, zəng edərək nə baş verməsini soruşanda Nişad ona gecə saatlarında VAZ 2106 markalı avtomobil gətirərək həyətlərində saxlamasını bildirmişdir. Həyətə çıxaraq həmin avtomobilin üzərində qeydiyyat nömrəsinin olmamasını görmüşdür. Buna görə də Nişada zəng edərək bu işdən narahat olmasını bildirmişdir. Nişad isə həmin avtomobilin özünə məxsus olmasını, sadəcə bank maşını olaraq həbsinin olmasını qeyd edərək gəlib həmin avtomobili aparacağını bildirmişdir. Bundan sonra Nişadın atasına zəng edərək baş verənləri bildirmişdir. Bir neçə dəqiqə sonra Nişad ona zəng edərək narahat olmamasını gəlib avtomobili aparacağını bildirmişdir. 13 yanvar 2022-ci il tarixdə saat 11 radələrində Nişad avtomobili işə salaraq aparmışdır. Ona və qardaşına isə heç bir narahatçılıq olmadığını, avtomobilin özünə məxsus olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid4 oğlu Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. İş üzrə şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, Təqsirləndirilən şəxs2 qardaşı oğludur. 2022-ci ilin yanvar ayında Bakı şəhərindən qayıdan zaman azyaşlı oğlu İbrahimm Musayevin ona qardaşı oğlu Nişadın onların həyətinə Vaz 2106 markalı avtomobil saxlamasını bildirmişdir. Bundan sonra həmin evin alt hissəsinə keçdikdə orada Vaz 21063 markalı üzərində ** BJ *** qeydiyyat nişanlı avtomobilin saxlanılmasını görmüşdür. Nişada zəng edərək onlara gəlməsini bildirmişdir. Bir müddət sonra Nişad onlara gəlmişdir. Ondan avtomobilin kimə məxsus olduğunu soruşduqda avtomobili yeni aldığını və ona məxsus olduğunu bildirmişdir. Bir neçə ay sonra işdən evə gələn zaman evinin giriş qapısında polis əməkdaşlarının olduğunu görüb nə olduğunu soruşduqda ona həmin avtomobilin oğurluq olduğunu onu maddi sübut kimi aparacaqlarını bildirmişlər. İş üzrə şahid qismində ifadə vermiş Şahid7 Əlisaab qızı göstərmişdir ki,Zərərçəkmiş şəxs1 oğludur. Zərərçəkmiş şəxs1 istifadəsində olan Vaz 21066 markalı ** BJ *** dövlət qeydiyyat avtomobil ona məxsus olsa da, onu oğlu idarə edərək ailələrini dolandırır. xx.xx.2022-ci il tarixdə axşam saatlarında oğlu yaşadıqları evə gələrək avtomobilini yaşadıqlarını evin qarşısında saxlayaraq yatmışdır. xx.xx.2022-ci il tarixdə səhər saatlarında oğlu yuxudan qalxaraq avtomobilin evinin qarşısında olmadığını ona bildirərək bu barədə DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Cinayət işinə əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspetizasının 18 avqust 2022-ci il tarixli 9/6139 saylı rəyindən görünür ki, 1988-ci il istehsalı “VAZ markalı, 21063 model, mühərrik gücü 1300 sm3 olan avtomobilin təyinatı üzrə istifadəyə tam yararlı(saz vəziyətdə) vəziyyətdə 2022-ci ilin yanvar ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 4000, 00 (dörd min) manat müəyyən olunur. Cinayət işinə əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspetizasının 22 iyun 2022-ci il tarixli 9/3849 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 13 adda malların 2022-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada 691, 90 manat müəyyən edilir. Digər 2 adda mallar haqqında (marka, model və s.) ətraflı məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində gösətirmişdir. Cinayət işinə əlavə edilmiş DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki,Təqsirləndirilən şəxs1 Lənkəran Ağır cinayətlər məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü madələri ilə təqsirli bilinərək 08 il müddətinə azadlıqan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkumluğu ödənilməmişdir. Cinayət işinə əlavə edilmiş DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki,Musayev X4 rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə 08 ay 15 gün müdətə vaxtından əvvəl şərti azad edilmiş, Göyçay rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM- nin 234.1 -ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, Göyçay rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1 -ci maddəsi ilə təqsirli bilinərək 01 il 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 08 il 04 ay 07 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli yolla talamaq məqsədi və tamah niyyəti ilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 12 yanvar 2022-ci il tarixdə saat 23 radələrində ünvan 8 ünvanında yerləşən həyətin giriş qapısında saxlanılmış, Şahid7 Əlisahib qızına məxsus və sonuncunun oğlu Zərərçəkmiş şəxs1 faktiki istifadəsində olan 1988-ci il istehsalı, VAZ markalı, 21063 model, müəhərrik gücü 1300 kub santimetr olan, **-BJ-*** dövlət qeydiyyat nişanlı, mühərrik nömrəsi 0451861, ban nömrəsi XTA21063K2074760 olan sarı-ağ rəngli avtomobilin sol ön qapısını burğacdan (vint açan) istifadə edərək açmaq yolu ilə gizli olaraq talayıb oğurlamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs1 4000 (dörd min) manat məbləğində maddi ziyan vurmaqla, bundan başqa təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə xx.xx.2022-ci il tarixə saat 02 radələrində Zərərçəkmiş şəxs2 məxsus İsmayıllı rayonunun İvanovka kəndində yerləşən ərzaq və qeyri-ərzaq malları satılan "Bizim market" adlanan mağazanın plastik materialdan olan qapısının açarla bağlanan hissəsinə vintaçanla müdaxilə edib fiziki güc tətbiq edərək qapını açıb, saxlanc yeri hesab olunan mağazaya qanunsuz daxil olmaqla, 120 manat dəyərində kassa aparatını və kassanın içərisində olan 150 manat kağız və qəpik pulları, 300 manat dəyərində müşahidə kamerasının qurğusunu, ümumi dəyəri 40 manat olan 40 ədəd “1 manatlıq poz-qazan” lotereyası, ümumi dəyəri 60 manat olan 30 ədəd “2 manatlıq poz-qazan” lotereysı, ümumi dəyəri36 manat olan 40 ədəd “Snickers” şkoladı, ümumi dəyəri 36 manat olan 40 ədəd “Mars” şkoladı, ümumi dəyəri 27,9 manat olan 31 ədəd “Tvix” şkoladı, ümumi dəyəri 80 manat olan 02 blok “Sobranie compact” markalı siqareti, ümumi dəyəri 80 manat olan 02 blok “Sobranie nazik göy” markalı siqareti, ümumi dəyəri 80 manat olan 02 blok “Sobranie nazik qara” markalı siqareti, ümumi dəyəri 62 manat olan 02 blok “LD” nazik markalı siqareti, ümumi dəyəri 58 manat olan 02 blok “LD compact” markalı siqareti, ümumi dəyəri 74 manat olan 02 blok “Kend-4 nazik” markalı siqareti, ümumi dəyəri 42 manat olan 02 blok “Magna nazik ağ” markalı siqareti və ümumi dəyəri 35 manat olan “Winston nazik” markalı siqaretləri qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 1280.90 manat məbləğində maddi ziyan vurmaqla, bundan başqa qohumu Şahid8 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, əvvəlcədən əldə etdikləri razılıq əsasında xx.xx.2022-ci il tarixdə saat 04 radələrində Ağdaş rayonuna gedib-qayıtmaq məqsədi ilə Göyçay şəhəri, Ə.Qarayev küçəsi, ev 78-də yaşayan Zərərçəkmiş şəxs3 məxsus ünvan 5 ünvanının qarşısında hərəkətsiz vəziyyətdə olan “Vaz 2106” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə yaxınlaşıb avtomobilin qapısını açaraq salona daxil olub avtomobilin mühərrikini işə salmış, Şahid8 isə avtomobilin ön sərnişin oturacağında əyləşdikdən sonra avtomobili idarə edərək talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirməklə, Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2, 177.2.3 və 185.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətdiyi tam sübuta yetir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 185.2.1-ci maddələrinin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli yolla talamaq məqsədi və tamah niyyəti ilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 12 yanvar 2022-ci il tarixdə saat 23 radələrində Ucra şəhəri, M.Ə.Rəsulzadə küçəsi 149 ünvanında yerləşən həyətin giriş qapısında saxlanılmış, Şahid7 Əlisahib qızına məxsus və sonuncunun oğlu Zərərçəkmiş şəxs1 faktiki istifadəsində olan 1988-ci il istehsalı, VAZ markalı, 21063 model, müəhərrik gücü 1300 kub santimetr olan, **-BJ-*** dövlət qeydiyyat nişanlı, mühərrik nömrəsi 0451861, ban nömrəsi XTA21063K2074760 olan sarı-ağ rəngli avtomobilin sol ön qapısını burğacdan (vint açan) istifadə edərək açmaq yolu ilə gizli olaraq talayıb oğurlamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs1 4000 manat məbləğində maddi ziyan vurmaqla Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdiyi tam sübuta yetir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinin sanksiyası həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir.Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törətdiyi əməli etiraf etməklə səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmadığını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 yenidən qəsdən cinayət törədərək cinayətlərin residivliyini yaratmasını cəzasını ağırlaşdıran hal kimi nəzərə alaraq ona təqsirləndirildiyi CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 185.2.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs1 hazırkı cinayət əməlini məhkumluğu ödənilmədən törətdiyindən, Azərbaycan Respublikası CM-nin 65-ci maddəsində təsbit edilmiş cinayətlərin residivi nəzərə alınmaqla təqsirləndirildiyi maddənin sanksiyasında müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az olmamaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. İş materiallarında olan cinayət törətməsinə şübhə yaranan şəxsin tutulması barədə protokoldan görünü ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə saat 17:00-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2022-ci il tarixdə saat 15:00-da polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək Göyçay RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan İsmayıllı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 1 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2022-ci il tarixdən saat 22:20-dən hesablanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2022-ci il tarixdə da polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək Göyçay RPŞ-nin MSY-dən azad edilmişdir. Göyçay rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilmiş, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəydirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Penitensiar Xidmətin Şəki Penitensiar müəssisəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci il tarixdə həbs edilmiş, xx.xx.2025-ci il tarixdə Penitensiar Xidmətin Şəki Penitensiar müəssisəsinə gətirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı 2 ay nəzərə alınmalı, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törətdiyi əməli etiraf etməklə səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmadığını cəzasını yüngülləşdirən hallar kimi, eləcə də cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq ona təqsirləndirildiyi maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. İş materiallarında olan Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02(iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına və Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 07(yeddi) il 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs2 qəti olaraq 08(səkkiz) il 06 (altı) ay müddət azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilən 08 (səkkiz) il 06 (altı) ay müddət azadlıqdan məhrum etmə cəzası Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən təyin olunmuş 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən iki günə bir hesabı ilə hesablanmaqla 05 (beş) ay 28(iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə kimi müəyyən edilərək qismən toplanılmış və Təqsirləndirilən şəxs2 qəti olaraq 08 (səkkiz) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək,xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu 04(dörd) ay 23 (iyirmi üç) gün müddət cəzasına hesablanmaqla çıxılmış və Təqsirləndirilən şəxs2 üzərində 08(səkkiz) il 04(dörd) ay 07(yeddi) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Təqsirləndirilən şəxs2 hazırki cinayəti Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən əvvəl törətməsi müəyyən edildiyindən, hazırki iş üzrə törədilmiş cinayətə görə cəza CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə CM-in 66.3-cü maddəsində müəyyən edilən qaydada təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarın “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarında edilmiş dəyişikliklərə görə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə müvafiq olaraq əvvəlki hökmün çıxarılmasına qədər, habelə həmin hökmün qüvvəyə minməsinədək törədilmiş cinayətlə əlaqədar cinayətlərin məcmusu qaydasında cəza təyin edilərkən (Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan 6 sentyabr 2010-cu il tarixli qərarı, habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şərh olunmasına dair” 8 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli qərarları ilə yalnız hökmün qanuni qüvvəyə minməsindən sonra şəxsin cinayət-hüquqi anlamda əvvəllər məhkum edilmiş şəxs kimi nəzərdən keçirilməsinə yol verildiyindən) əvvəlki hökm təqsirləndirilən şəxsin əvvəl məhkum olunmuş şəxs kimi qəbul edilməsinə, nəticə etibarı ilə cinayətlərin residivinin müəyyən edilməsinə və cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmasına əsas yaradan akt kimi qiymətləndirilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə təyin edilmiş 8 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına az ciddi cəzanı daha ciddi cəzaya qismən toplamaq yolu ilə birləşdirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə xidmət etmədiyindən, ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinin sanksiyası həddləri daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə CM-nin 66.3-ci maddəsinin tələblərinə uyğun olaraq əvvəlki Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını hazırki iş üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanılma müddəti ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, üzərində qəti cəza təyin olunaraq saxlanılmalı, cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli hazırki hökm çıxarıldığı tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan 02 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalı və 02 ədəd qeydiyyat şəhadətnaməsinin Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 qaytarıldığı nəzərə alınmalıdır. 100 manat məhkəmə xərci Təqsirləndirilən şəxs1 oğlundna tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351, 353, 381, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3cü maddəsi ilə təqsirli bilinib, 2 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza olaraq 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 məhkəmə baxışınadək həbsdə saxlandığı 2 ay müddət CMnin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlqıdan məhrumetmə cazasından çıxılaraq, üzərində qəti cəza olaraq 3 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5 və 66.3-cü maddələrinə əsasən Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 234.1 və 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 8 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə hazırki hökm ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını qismən toplamaq yolu ilə qəti cəza olaraq 9 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək,xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu 04(dörd) ay 23 (iyirmi üç) gün, habelə xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlandığı 3 il 11 gün olmaqla ümumilikdə 3 il 5 ay 4 gün həbsdə saxlanıldığı müddət ona təyin edilmiş azadlqıdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 5 il 9 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının əvvəli hökm çıxarıldığı xx.xx.2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 02 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 iş üzrə məhkəmə xərci olan 100 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Hökmün icrası ekspertiza xərcinə dair hissədə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar