Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-30/2021 09.03.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Göyçay rayonu Qaraxıdır kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, himayəsində 2 azyaşlı uşağı olan, fərdi əməklə məşqul olan, məhkum olunmamış, Göyçay rayonu Qaraxıdır kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xx xxxx 2021-ci il tarixdə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan ödəniş gününə milli manat məzənnəsi ilə 140.700 ABŞ dolları və dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaitinin Zərərçəkmiş şəxs ödənilməsinə dair Şəki Apellyasiya Məhkəməsinn xx.xx.2019-cu il tarixli 2(107)-2665/2019 №-li qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə xx.xx.2020-cı il tarixdə Göyçay Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 8 gün müddətində həbs olunmasına və icra sənədindəki tələbləri icra etməsi üçün ona xx.xx.2020-ci il, xx.xx.2020-cı il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq şəxsi maraq niyyətilə borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmiş, bununla da zərərçəkmiş Zərərçəkmiş şəxs qeyd olunan məbləqdə maddi ziyan vurmaqla yanaşı ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(107)-2665/2019 saylı qətnaməsi ilə iddiaçı Zərərçəkmiş şəxs xeyrinə 140.700 ABŞ dolları məbləğində pulun tutulması qət edilmişdir. Borcun maaşına yönələcəyini zənn etmiş, lakin 2020-ci ilin iyul ayında axtarışa verilmiş və inzibati həbs üçün məhkəməyə gətirilmiş, 8 gün inzibati qaydada həbs edilmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə baxışı zamanı zərərçəkmişə borclu olduğu puldan 20.000 manat ödəmiş, zərərçəkmiş Zərərçəkmiş şəxs ilə razılıq əldə edərək qalan borcunu hər ay hissə-hissə 20.000 manat ödəyəcəyini öhdəsinə götürmüşdür. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə tanış olduqdan sonra onun etibarını qazanmış, biznes üçün verdiyi pulları bir–iki dəfə qaytarmışdır. Lakin Təqsirləndirilən şəxs sonra etibardan istifadə edərək hissə-hissə olaraq 226.000 ABŞ dolları məbləğində pul alaraq qaytarmamışdır. Şəki Apellyasiyası Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(107)- 2665/2019 №-li qətnaməsinə əsasən Təqsirləndirilən şəxs ödəniş gününə milli manat məzənnəsi ilə 140.700 ABŞ dolları məbləğində pulun tutularaq ona ödənilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs ona borclu olduğu 140.700 ABŞ dolları pul məbləğindən məhkəmə baxışı zamanı 20.000 manat ödəmiş, qalan pulu isə hissə-hissə hər ay 20.000 manat olmaqla ödəyəcəyini öhdəsinə götürmüşdür. Buna görə də təqsirləndirilən şəxsdən şikayəti yoxdur, ona cəza təyin edilərkən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Göyçay rayon İcra və Probasiya şöbəsinin rəisi Şahid2 göstərmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-2665/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi üzrə verilmş icra sənədi əsasında cavabdeh Təqsirləndirilən şəxs 140.700 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş gününə Azərbaycan manatına olan məzənnəsi ilə və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Göstərilən icra vərəqəsi xx.xx.2020-ci il tarixdə Göyçay rayon icra və probasiya şöbəsinin icraata daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə tərəflərə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs qərar və bildirişi qəbul etsə də, icra sənədinin icrasını təmin etməmişdir. xx.xx.2020-ci il tarixdə borclu Təqsirləndirilən şəxs axtarılması haqqında qərar tərtib edilərək Göyçay rayon Polis Şöbəsinə göndərilmiş, xx.xx.2020-ci il tarixdə borclu Təqsirləndirilən şəxs saxlanılaraq Göyçay rayon icra və probasiya şöbəsinə gətirilmiş, həmin tarixdə Göyçay Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi təqsirli billinərək 8 gün müddətinə inzibati həbslə tənbeh edilmişdir. İnzibati tənbehdən sonra tələblə bağlı borclu Təqsirləndirilən şəxs məsuliyyəti elan olunmaqla yeni müddət verilmiş, lakin tələb yenə icra olunmamış, Göyçay Rayon Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış, borclu Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1 Bakı şəhəri, Nizami rayon xidmət Nümayəndəliyində sosial sığorta sektorunun məsləhətçisi vəzifəsində işlədiyi səbəbdən tələb Təqsirləndirilən şəxs əmək haqqının 50 faizinə yönəldilmişdir. Göründüyü kimi icraat dövründə iş üzrə borclu Təqsirləndirilən şəxs rəsmi xəbərdarlıq verilməsi və barəsində inzibati tənbeh tətbiq olunmasına baxmayaraq, öhdəliyini yerinə yetirməmiş, bununla bağlı hər hansı üzrlü səbəb bildirməmiş, iş axtaran kimi aidiyyəti orqanda qeydiyyatdan keçməmiş və beləliklə qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasından qərəzli olaraq boyun qaçırmışdır. Bu səbəbdən barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması üçün Ədliyyə Nazirliyinin İstintaq idarəsinə təqdimat göndərilmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş icra məmuru Şahid1 Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə olunmuş Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 140.700 ABŞ dolları pul alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcra vərəqəsi xx.xx.2020-ci il tarixdə icraata qəbul edilərək könüllü icra edilməsi üçün Təqsirləndirilən şəxs 10 gün vaxt verilmişdir. Lakin Təqsirləndirilən şəxs ona müəyyən vaxtın verilməsinə baxmayaraq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən icra etməmişdir Cinayət işinə əlavə edilmiş xx.xx.2020-ci, xx.xx.2020-ci, xx.xx.2020-ci, xx.xx.2020-ci, xx.xx.2020-ci, xx.xx.2020-ci və xx.xx.2020-ci il tarixli xəbərdarlıq-bildirişlərdən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini icra edilmədiyi təqdirdə barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunması izah edilmişdir. Cinayət işinə əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək huququ müvəqqəti məhdudlaşdırılmışdır. Cinayəti işinə əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək müvafiq olaraq 8 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək hazırda Təqsirləndirilən şəxs ona borclu olduğu 140.700 ABŞ dolları puldan 20.000 manatını ödədiyini, Əvəzin ona borclu qaldığı pulun hissə-hissə hər ay 20.000 manat ödəməyi öhdəsinə götürdüyü barədə razılaşdığını, buna görə də Zərərçəkmiş şəxs cəza təyin edilərkən bu razılıqın nəzərə alınmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs tərəfindən tərtib edilmilmiş xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs borclu olduğu 140.700 ABŞ dolları pul məbləğindən 20.000 manatı Zərərçəkmiş şəxs ödəmişdir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ödəniş gününə milli manat məzənnəsi ilə 140.700 ABŞ dolları və dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaitinin Zərərçəkmiş şəxs ödənilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(107)-2665/2019 №-li qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə xx.xx.2020-cı il tarixdə Göyçay Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 8 gün müddətində həbs olunmasına və icra sənədindəki tələbləri icra etməsi üçün ona xx.xx.2020-ci il, xx.xx.2020-cı il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq şəxsi maraq niyyətilə borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmiş, məhkəmə aktı üzrə cəmi 140.700 ABŞ dolları məbləğində borcunu Zərərçəkmiş şəxs ödəməyərək məhkəmə aktlarını qərəzli olaraq icra etməməklə, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödədiyini, zərərçəkmiş şəxsə dəymiş ziyanla bağlı razılıq əldə etdiyini, himayəsində iki azyaşlı uşağın olduğunu cəzasını yüngülləşdirilən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yer getməmək qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351, 353, 381, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Göyçay rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yer getməmək qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Göyçay rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №1(046)-30/2021
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-30/2021
09.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver