Məhkəmə qərarları › İş №1(046)-30/2023

Göyçay Rayon Məhkəməsi Qərar — İş №1(046)-30/2023

25.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 1(046)-30/2023 25.01.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, xüsüsi ittihamçılar X1, X2 və X4 iştirakı ilə, xüsüsi ittihamçılar X1, X2 və X4 X5 barəsində xüsusi ittiham qaydasında şikayətinə Göyçay şəhərində məhkəmə hazırlıq iclasında baxaraq Müəyyənetdi: X6, X7 və X8 xüsusi ittiham qaydasında ərizə ilə müraciət edərək, X3 Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Xüsusi ittiham qaydasında şikayət bu məhkəməyə aiddir. Xüsusi ittiham qaydasında şikayətin məzmunu Azərbaycan Respublikası CPM-nin 293.3.1-ci və 293.3.6-cı maddələrinin tələblərinə uyğun deyildir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər xüsusi ittiham qaydasında verdikləri şikayət ərizəsində X3 məşğuliyyəti haqqında məlumatı qeyd etməmiş, şikayət ərizəsinin verildiyi tarixi yəni, (il, ay və gün) və yeri qeyd etməmişlər. Azərbaycan Respublikası CPM-nin 293.3.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsində, şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi) göstərilməlidir. Həmin Məcəllənin 293.3.6-cı maddəsinə əsasən şikayətin verildiyi tarix (il, ay və gün) və yer qeyd edilməlidir. Azərbaycan Respublikası CPM-nin 302.1.3-cü maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2- 302.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul etməlidir . Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 302.2.3-cü maddəsinə əsasən X1, X2 və X4 xüsusi ittiham qaydasında şikayət ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 299, 300, 301, 302.2.3, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R V E R D İ: X1, X2 və X4 xüsusi ittiham qaydasında X5 barəsində verdikləri şikayətin məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan edildiyi vaxtdan 20 gün müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti vermək olar. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar