Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-30/2024 07.05.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ saat 16:30-da Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, qanuni nümayəndəsi Qanuni nümayəndə1, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1960-cı il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Göyçay rayonu Bığır kəndində qeydiyyatda olan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 03 noyabr 2023-cü il tarixdə saat 12 radələrində X2 adına olan «VAZ 21063» minik markalı, **-BS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili nəqliyyat vasitəsinə sərəncam verilməsi hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş baş etibarnaməsi əsasında “Yol Hərəkəti” haqqında Azərbaycan Respublikası Qanununun 33cü maddəsinin 4-cü hissəsinin tələblərini pozmaqla, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, yəni velosiped, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirildiyi halda sürücülük vəsiqəsi olmadan idarə edib Göyçay rayonu, Bığır kənd yolu ilə üzü Bığır kəndi istiqamətində hərəkətdə olarkən “Yol Hərəkəti” haqqında Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni nəqliyyat vasitəsini yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə, yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə idarə etməməli və bu maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin tələblərə əməl etməyərək Nəsir İsmayılov adına 3 saylı Göyçay rayonu Bığır kənd tam orta məktəbinin yaxınlığında piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vuraraq sağlamlığına açıq kəllə beyin travması, pnevmosefaliya, alın sümüyünün çökmüş sınığı, baş beyin sirkələnməsi, sol orbiti ətrafı qansızmalar ilə müşayiət edilən həyat üçün təhlükəli olan ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi,qanuni nümayəndəsi,şahidləri dindirib, iş üzrə olan bütun sübutları tədqiq edib, məhkəmə belə bir nəticəyə gəlir ki, təqsirləndirilən şəxs qeyd edilən cinayətin törədilməsində təqsirli hesab edilməlidir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirli bildi, ifadə verərək göstərdi ki, ailə üzvləri ilə birlikdə yaşayır, «VAZ 21063» minik markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobili baş etibarnamə əsasında almış, lakin öz mülkiyyətinə keçirtməmişdir. Avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. 03 noyabr 2023-cü il tarixdə səhər saatlarında «VAZ 21063» minik markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yaşadığı Bığır kəndindən bazarlıq etmək üçün Göyçay şəhərinə gəlmiş, işini yekunlaşdırdıqdan sonra Göyçay şəhərində qarşısına Bığır kəndində qonşusu olan Məhəmməd adlı şəxs çıxmış və o, avtomobili saxladıqda Məhəmməd də Bığır kəndinə getdiyi üçün avtomobilində qabaq sağ sərnişin oturacağında əyləşmişdir. Həmin vaxt saat 12 radələrində idarə etdiyi avtomobillə Göyçay rayonu, Bığır kənd yolu ilə üzü Bığır kəndi istiqamətində hərəkətdə olarkən 3 saylı Bığır kənd tam orta məktəbin yaxınlığında təxminən 50 metr məsafədən yolun sol tərəf kənarı ilə məktəbli uşaqların getdiyini görmüş, bu zaman idarə etdiyi avtomobilinin surəti təxminən 60-70 km/saat olmuşdur. Həmin uşaqlara çatmağına 25 metr qalmış yolun sol kənarından azyaşlı oğlan uşağı onun hərəkət istiqamətinin sol tərəfindən yolun sağ tərəfinə keçmək üçün qaçmağa başlamış, o, dərhal hadisədən yayınmaq üçün əyləci basmış, avtomobil təxminən 20 metr sürüşdükdən sonra tam dayanmadığından həmin azyaşlı uşaq onun idarə etdiyi avtomobilinin qabaq sol qanad tərəfindən dəyərək yerə yıxılmışdır. O, dərhal Məhəmmədlə birlikdə avtomobildən düşüb həmin adını sonradan bildiyi İbrahim adlı uşağı avtomobilinə qoyub Məhəmmədlə birlikdə Göyçay rayon Mərkəzi Xəstəxanasına aparmış, xəstəxanada olarkən ora gələn polis əməkdaşlarına özünü təqdim etmiş , hadisə yerinə gedərək iştirakı ilə hadisə yerinə baxış və sərxoşluq müayinəsi keçirilmişdir. Özü onkoloji xəstədir,ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə baxışında qanuni nümayəndəsi Qanuni nümayəndə1 və müəlliməsi X1 iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, bacısı Lətifə ilə məktəbdə dərsləri bitdiyi üçün məktəbdən çıxıb yaşadıqları evə gedirmişlər. Həmin vaxt məktəbin qarşısında yolu qaçaraq digər tərəfə keçən zaman yan tərəfindən gələn sarı rəngli maşın onu qabaq tərəfi ilə vurub yerə yıxmış, hüşunu itirdiyindən ardını xatırlamır. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid2 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır, sonuncu ilə eyni kənddə yaşayırlar, yoldaşlıq münasibətləri vardır. 03 noyabr 2023-cü il tarixdə səhər saatlarında bazarlıq etmək üçün Göyçay şəhərinə gəlmiş, həmin gün saat 12 radələrində işi yekunlaşıb evə qayıdan zaman şəhər ərazisində Təzə bazarın yaxınlığında Eldəniz idarə etdiyi “VAZ 21063” minik markalı **-BS- *** dövlət qeydiyyat nişanlı avtomobili ilə qarşısına çıxmış, həmin vaxt o, Eldənizi saxlatmış və Eldəniz də Bığır kəndinə getdiyi üçün həmin avtomobildə qabaq sağ sərnişin oturacağında əyləşmişdir. Həmin vaxt onlar avtomobillə Göyçay rayonu, Bığır kənd yolu ilə üzü Bığır kəndi istiqamətində hərəkətdə olarkən 3 saylı Bığır kənd tam orta məktəbin yaxınlığında uşaqlar məktəbdən çıxaraq yolun kənarı ilə hərəkətdə olmuş, bu zaman Eldənizin idarə etdiyi avtomobilin surəti təxminən 60-70 km/saat olmuşdur. Həmin uşaqlara çatmaqlarına təxminən 25 metr qalmış yolun sol kənarından azyaşlı oğlan uşağı onların hərəkət istiqamətinin sol tərəfindən yolun sağ tərəfinə keçmək üçün qaçmağa başlamış, həmin vaxt Eldəniz dərhal hadisədən yayınmaq üçün əyləci basmış, lakin avtomobili tam saxlaya bilməyib avtomobilin qabaq sol kənarı ilə həmin azyaşlı uşağa dəymiş və uşaq yerə yıxılmışdır. Bundan sonra onlar dərhal Eldənizlə avtomobildən düşüb həmin adını sonradan bildiyi İbrahim adlı uşağı avtomobilə qoyub Göyçay rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Həmin vaxt uşaq xəsarət almış, o, heç bir xəsarət almamışdır. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid4 ifadə verərək göstərdi ki, o, Göyçay RPŞ-nin DYPB-nin YPX inspektoru vəzifəsində işləyir.03 noyabr 2023-cü il tarixdə saat 13 radələrində Göyçay rayonu, Bığır kəndində yol nəqliyyat hadisəsi baş verməsi və piyadanın xəsarət alaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılması barədə Göyçay RPŞ-nin məsul növbətçisindən məlumat aldıqdan sonra Göyçay rayon Mərkəzi Xəstəxanasına getmiş, həmin vaxt xəstəxanada bir nəfər özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs yaxınlaşaraq yol nəqliyyat hadisəsi törətdiyini bildirmiş, daha sonra Təqsirləndirilən şəxs sərxoş olub-olmadığını müəyyən etmək üçün həkim müayinəsinə aparmış, müayinədən keçdikdən sonra hadisə yerinə yəni, Göyçay rayonu, Bığır kəndində 3 saylı tam orta məktəbin yaxınlığına getmişdir. Hadisə yerinin mühafizəsini təmin etmiş, müstəntiq hadisə yerinə baxış keçirmiş və məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs sürücülük hüququ olmadan idarə etdiyi “Vaz 21063” minik markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Göyçay rayonu, Bığır kənd yolu ilə hərəkətdə olarkən 3 saylı Bığır kənd tam orta məktəbinin yaxınlığında piyada İbrahim adlı uşağı vurmuşdur. Daha sonra onların və hal şahidlərinin iştirakı ilə protokol tərtib edilmiş, sonra protokol ucadan oxunmuş və o, hər hansısa bir etirazının olmadığını bildirərək protokolu imzalamışdır. Məhkəmə baxışında şahid qismində ifadə vermiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə1 göstərdi ki, o, ailə üzvləri ilə birgə yaşayır. İki azyaşlı övladı vardır. 2015-ci il təvəllüdlü qızı Şahid1 Göyçay rayonu, Nəsir İsmayılov adma 3 saylı Bığır kənd tam orta məktəbin 3-cü sinfində, 2017-ci il təvəllüdlü oğlu Zərərçəkmiş şəxs isə həmin məktəbin 1-ci sinfində oxuyur. Onlar məktəbə birlikdə gedib gəlirlər. Dərsləri səhər saat 08:00 dəqiqədə başlayır və dərs saatından asılı olaraq günortaya kimi davam edir. xx.xx.2023- cü il tarixdə o, işdə olan zaman ailə üzvləri ona zəng edərək oğlu İbrahimi maşın vurduğunu və xəstəxanaya apardığını bildirmişlər. Bundan sonra ona məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixdə saat 12:15 dəqiqədə qızı Lətifə və oğlu İbrahimin məktəbdə dərsləri bitdiyi üçün məktəbdən çıxıb yaşadıqları evə gedən zaman İbrahim məktəbin qarşısında yolu qaçaraq digər tərəfə keçdikdə Eldəniz adlı şəxs idarə etdiyi “VAZ 21063” markalı avtomobillə surətlə gələrək oğlu İbrahimi vurmuş və oradan xəstəxanaya aparmışdır. Təqsirləndirilən şəxs dəmiş zərəri tam ödəmiş,onunla barışmış, ona qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. Məhkəmə baxışında qanuni nümayəndəsi Qanuni nümayəndə2 və müəllimi X3 iştirakı ilə şahid qismində Şahid1 göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 12:15 dəqiqədə onların məktəbdə dərsləri bitdiyi üçün İbrahimlə məktəbdən çıxıb yaşadıqları evə gedirmişlər. Həmin vaxt İbrahim məktəbin qarşısında yolu qaçaraq digər tərəfə keçən zaman yan tərəfindən gələn sarı rəngli maşın İbrahimi qabaq tərəfi ilə vurub yerə yıxmış, həmin vaxt üzündən qan axmışdır. Bundan sonra İbrahimi vuran adam maşından düşüb qucağına almış, sonra isə yanında olan digər adamla birlikdə xəstəxanaya aparmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” publik hüquqi şəxsin 27 noyabr 2023-cü il tarixli 563 nömrəli rəyindən görünür ki, 2017-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər- açıq kəllə beyin travması, pnevmosefaliya alın sümüyünün çökmüş sınığı, baş beyin sirkənlənməsi, sol orbiti ətrafı dərialtı-qansızmalar küt-bərk əşyanın (əşyaların) təsirindən törəmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə avtomobil qəzası nəticəsində əmələ gəlmələri inkar edilmir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. İşə əlavə edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 26 yanvar 2024cü il tarixli, 8/3878 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən verilən məlumatlara əsasən, VAZ-2106 markalı, 27BS063 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs Sirac oğlunun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, sürücünün hərəkətlərində qeyd olunan maddənin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs VAZ-21063 markalı avtomobili sürcülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərinə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Mövcud metodiki vəsaitin tələblərinə əsasən piyada məhkəmə yol-nəqliyyat hadisələri eskpertizasının tədqiqat obyekti olmadığından və piyadanın hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etdiyindən onun hərəkətlərinin tədqiqi ekspertin səlahiyyətinə aid deyildir. İşə əlavə edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqında 03 noyabr 2023-cü il tarixli 420 saylı protokoldan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu yoxdur. Beləliklə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs sürücülük hüququ olmadan ayıq vəziyyətdə xx.xx.2023-cü il tarixdə, saat 12 radələrində “Vaz 21063” minik markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Göyçay rayonu Bığır kənd yolu ilə hərəkətdə olarkən həmin vaxt Zərərçəkmiş şəxs piyada şəkildə yolu keçməkdə olduğunu, yəni hərəkət üçün təhlükə yarandığını görüb kifayət qədər əsas olmadan yol-nəqliyyat hadisəsinin qarşısını alacağını güman edərək hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olmasına dair “Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələbinə riayət etmədən hərəkət sürətini azaltmaq üçün mümkün olan heç bir tədbir görməyib hərəkətini davam etdirərək Zərərçəkmiş şəxs ehtiyyatsızlıqdan vurub dərəcəsinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olmaqla sağlamlığa ağır zərərvurmaya aid edilən açıq kəllə beyin travması, pnevmosefaliya alın sümüyünün çökmüş sınığı, baş beyin sirkənlənməsi, sol orbiti ətrafı dərialtı-qansızmalar küt-bərk əşyanın (əşyaların) təsirindən törəmiş, dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olmaqla sağlamlığa ağır zərərvurmaya aid edilən xəsarətlər yetirməklə Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsinin tərkibini yaradan cinayət əməlini törətmişdir. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin yaşını (64 yaş), qəsdin obyektinin yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlərin təşkil etməsini, cinayət əməlinin ehtiyatsızlıqdan törədilməsini, az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini nəzərə alır. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını,cinayət nəticəsində dəymiş ziyanın ödənilməsini cəzanı yüngülləşdirən hallar olmasını və iş üzrə cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Beləliklə iş üzrə obyektiv və subyektiv halların məcmusunu nəzərə alıb məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsinin sanksiyası hədləri daxilində müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını CM-nin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə ekspertiza tədqiqatının 85 manat məbləğində dəyəri Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin üzərinə qoyularaq ondan tutulub dövlət nəfinə keçirilməlidir. Məhkəmə şərh olunanları və Azərbaycan Respublikası CPM-nın 351-353-cü,384-cü maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 85 manat məbləğində ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Göyşay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №1(046)-30/2024
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-30/2024
07.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver