Məhkəmə qərarları › İş №1(046)-31/2021

Göyçay Rayon Məhkəməsi Qərar — İş №1(046)-31/2021

16.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 1(046)-31/2021 16.02.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ 1Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi, zərərçəkmiş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Göyçay rayonunun Xəlitli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Göyçay rayon Xəlitli kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində xx xxxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 17 radələrində Göyçay rayon Xəlitli kəndində qardaşı Yasin İsmayılova məxsus evin yaxınlığında küçədə həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı qəsdən başı ilə sonuncunun sifət nahiyyəsinə zərbə endirərək yerə yıxması nəticəsində ona burun yumşaq toxumasının bir qədər şişkinliyi və sol burun dəliyində tənəffüs aktının bir qədədr zəifliyi, sağ dirsək oynağı nahiyyəsində sıyrıq, sağ saidin orta aşağı 1/3-nin iç və ön sətlərində tüklər arasında dərinin epidermis qatının səthi cızıqları ilə nəticələnən sağlamlığına zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən həmçinin hər iki dodaqların selikli qişalarının əzilmiş yaraları fonunda qançırlar və yuxarı çənədə travma nəticəsində diş yuvaları ətraflarına qanzısmalar ilə nəticələnən yuxarı çənədə ön kəsici 2.İ.2 dişlərin travma nəticəsində yerindən çıxması ilə müşayət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmaqla Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 17 radələrində özünə məxsus traktorla yaşadığı kəndin aşağı hissəsində qardaşı Yasinin hasarının kənarına traktorda olan taxta qırıntılarının tozunu tökmüş, bu zaman həmkəndlisi Əlvan ona tərəf gələrək “niyə bu zibili bura tökürsən” demişdir. Həmin vaxt ona demişdir ki, öz qardaşımın hasarının dibinə tökürəm. Bu zaman Əlvan da ona zibilini götür burdan rədd ol. Bundan sonra Əlvana ağsaqqal adam olduğu üçün ona heç bir söz deməmişdir. Həmin vaxt Əlvanın qardaşı oğlu Siyavuş gəlmiş, Siyavuş da ona əmisinin sözlərini deyərək zibili oraya tökməməyini bildirmişdir. Bu zaman qardaşı Eldəniz həmin yerə yaxınlaşıb ona demişdir ki, traktoru işə sal mən darvazanı açmışam, gətir zibili həyətə boşalt. Həmin zaman Siyavuş qardaşının həyətinə boşaltmağa da icazə vermədiyi üçün traktordan yerə düşmüş, Siyavuşla bunun üstündə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı əsəbləşib bir dəfə kəllə ilə Siyavuşun sifət nahiyəsindən vurmuşdur. Kəllə nəticəsində onun ağzında olan iki ədəd dişi yerə düşmüş, bundan sonra Siyavuş onun boyun nahiyəsindən bərk tutub yumruqla sifət və sağ qabırğa nahiyələrindən vurmuşdur. Həmin vaxt Siyavuşla biri-birilərini qucaqlayıb dava edərkən yaxınlıqdakı kolluqların üzərinə yıxılmışlar. Kolluqların üzərinə yıxılan zaman da bədənlərinin müxtəlif yerlərindən kol cızmaları zamanı sıyrıq xəsarətləri almışlar. Daha sonra yerdən durub 102 zəng xidmətinə zəng vurub bu barədə məlumat vermişdir. Siyavuşla Əlvan isə hadisə yerindən getmişdirlər. Aralarında olan dava-dalaş 1-2 dəqiqə davam etmişdir. Törətdiyi əməldən peşmandır. Hazırda Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş ziyanı tam ödəmişdir. Buna görə də məhkəmədən xahiş etmişdir ki, zərərçəkmişlə barışması barədə ərizəsi nəzərə alınsın və barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 17 radələrində kənddə yaşadığı evin qarşısına küçəyə çıxanda görmüşdür ki, əmisi Əlvanla həmkəndlisi Səmid mübahisə edirlər. Səmid idarə etdiyi traktorla küçəyə taxta qırıntıları boşaltmaq istəmi, Əlvan ona həmin yerə zibil boşaltmamağı tələb etmişdir. Bu zaman Səmidin qardaşı Eldəniz gəlmiş və Eldəniz Səmidə zibili boşaltmağı demiş, Səmid də traktora çaxaraq, lakin Səmidin üstünə qışqıraraq traktoru işə salmasına icazə verməmişdir. Bundan sonra Səmid traktordan yerə düşmüş və onunla aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Səmid bir dəfə kəllə ilə onun sifət nahiyəsindən vurmuşdur. Bundan sonra Səmidlə aralarına dava-dalaş olmuş və yumruqla Səmidin sifət və sağ qabırğa nahiyəsindən vurmuşdur. Həmin zaman biri-birilərini tutub dartıqlarından hər ikisi də kolluğun üzərinə yıxılaraq müxtəlif yerlədindən kol cızıqları xəsarətlərini almışlar. Daha sonra Səmid ayağa qalxıb DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermiş və hadisə yerindən çıxıb getmişlər. Hazırda Eldar baş vermiş hadisəyə görə ondan üzr istəmiş, ona dəymiş ziyanı ödəmiş və barışmışlar. Buna görə də məhkəmədən xahiş edir ki, Təqsirləndirilən şəxs ilə barışdığını nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilsin. Cinayət işinə əlavə olunmuş məhkəmə-tibbi ekspertizanın xx.xx.2020-ci il tarixli 427 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər – burun yumşaq toxumasının bir qədər şişkinliyi, əllədikdə ağrılı və sol burun dəliyində tənəffüs aktının bir qədər zəifliyi, sağ dirsək oynağı nahiyəsində sıyrıq, küt-bərk əşyanın (əşyaların), sağ saidin orta-aşağı 1/3-nin iç və ön səthlərində tüklər arasında dərinin epidermis qatının səthi cızıqları iti uclu əşya (ola bilsin kol tikanlarının) təsirindən törənmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixinə uyğun gəlir, sağlamlığına zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Hər iki dodaqların selikli qişalarının əzilmiş yaraları fonunda qançırlar və yuxarı çənədə travma nəticəsində diş yuvaları ətraflarına qansızmalar ilə nəticələnən yuxarı çənədə ön kəsici 2.İ.2 dişlərin travma nəticəsində yerindən çıxması küt-bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixinə uyğun gəlir və dərəcəsinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 17 radələrində Göyçay rayon Xəlitli kəndində küçədə həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı qəsdən başı ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə zərbə endirərək yerə yıxması nəticəsində ona sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vuran xəsarətlər yetirməklə, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetir. Təqsirləndirilən şəxs və zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdikləri barışdıqları ilə bağlı ərizələrini nəzərə alan məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul etməlidir. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmin Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə və məhkəmə baxışı dövründə hüquqlarını 14 saat müddətində müdafiə etmişdir. Odur ki, X1 göstərilmiş 14 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 84 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.2, 43.3, 344, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş 14 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 84 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ**********0000002944, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Qərar elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, qərardan 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar