Məhkəmə qərarları › İş №1(046)-31/2023

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-31/2023

01.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-31/2023 01.02.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ saat 11.00-da Qurbanov Elçin Firudin oğlunun sədrliyi Xanbutov Elşən Aleksandr oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1999-cu il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Göyçay rayonun Mırtı kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təqsirləndirilən şəxs istintaqa məlum olmayan müddətdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda 30,85 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana narkotik vasitəsini əldə edib özünə məxsus «Vaz 21061» markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda qarşı sol oturacağın altında “WEST” markalı siqaret qutusunda qablaşdırılmış vəziyyətdə gizlədərək saxlamış, 15 oktyabr 2022-ci il tarixdə, saat 19:30-da Göyçay rayonu Hacalıkənd kəndi ərazisində olarkən və avtomobilində həmin narkotik vasitəni daşıyarkən Göyçay rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş, həmin tarixdə, saat 20:05-də polis şöbəsinin müvəqqəti avtomobil duracağında videoçəkliş vasitəsi ilə avtomobilinə baxış keçirilən zaman «Vaz 21061» markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda qarşı sol oturacağın altında “WEST” markalı siqaret qutusunda qablaşdırılmış vəziyyətdə 30,85 qram çəkidə həmin qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bildi, ifadə verərək göstərdi ki, təsərrüfatla məşğul olmaqla və özünə məxsus «Vaz 21061» markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobillə sərnişin daşımaqla ailəsini dolandırır. Bir neçə ildir ki, arasıra, ayda 1-2 dəfə narkotik vasitə marixuanadan istifadə edir. xx.xx.2022-ci il tarixdə, axşam saatlarında Göyçay şəhərindən yaşadığı evə qayıdarkən, saat 19:30-da Göyçay rayonu Hacalıkənd kəndində idarə etdiyi «Vaz 21061» markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman Göyçay RPŞ-nin DYPB-nin əməkdaşı ona saxla işarəsi verib onu saxlatmışdır. O, dərhal avtomobili yolun kənarına çəkib saxlamış və yerə düşmüşdür. Dövlət yol polisi əməkdaşı ona, yaxınlaşıb özünü təqdim edən zaman digər Göyçay rayon Polis Şöbəsinin əməkdaşları kimi özlərini təqdim edən 3 nəfər şəxsdə ona, yaxınlaşaraq narkotik vasitələrin istifadəsində şübhəli olduğunu bildirərək onu, Göyçay rayon Polis Şöbəsinə dəvət etmişlər. O, da polislərlə etiraz etməmiş və onlar bir yerdə onun avtomobili ilə polis şöbəsinə getmişlər. İdarə etdiyi «Vaz 21061» markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilini polis şöbəsinin müvəqqəti duracağında saxlamışdır. Daha sonra polis işçiləri onu, vəkil Cavidan Hacıyevlə ilə təmin edərək duracaqda videoçəkilişlə hansı hüquq və vəzifələrinin olduğunu izah etmişlər. Ona, şübhəli şəxs qismində tutulmağı barədə qərar təqdim olunmuşdur. Bundan sonra onun, üzərinə axtarış keçiriləcəyi bildirilmiş, odur ki, üzərində narkotik vasitə, psixotrop maddə, eləcə də, cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi ona təklif olunmuşdur. Həmin vaxt üzərində narkotik vasitə və yaxud digər qadağan olunmuş hər hansı bir əşya olmadığından bildirmişdir ki, üzərində narkotik vasitə və yaxud qanunla qadağan olunmuş başqa əşya və predmet yoxdur. Ona, üzərində nə vardırsa təqdim etməyi təklif olunmuşdur. Əynində olan qara rəngli cins şalvarının sol cibindən kağız əskinaslarla 65 manat pul çıxarıb avtomobilinin arxa kapotun üzərinə qoymuşdur. Daha sonra Şahid1 adlı polis əməkdaşı onun, üzərinə axtarış keçirmiş, lakin üzərindən başqa heçnə aşkar edilməmişdir. Bundan sonra ona, «Vaz 21061» markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilnə baxış keçiriləcəyi, odur ki, avtomobilində narkotik vasitə, psixotrop maddə, eləcə də, cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi ona təklif olunmuşdur. Həmin vaxt avtomobilində qarşı sol oturacağın altında özü istifadə etməyi üçün gizlədərək saxladığı 1 ədəd “WEST” markalı siqaret qutusunda qurudulmuş marixuana narkotik vasitəsi olmuşdur. O, da avtomobilində narkotik vasitə saxladığını bildirərək qarşı sol oturacağın altından həmin 1 ədəd siqaret qutusunda qurudulmuş marixuananı çıxardıb polislərə göstərərək avtomobilinin arxa kapotun üzərinə qoyaraq təqdim etmişdir. Onlara bildirmişdir ki, həmin siqaret qutusundakı kütlə narkotik vasitə olan qurudulmuş marixuanadır, təxminən 1 ay əvvəl Göyçay rayonun Bəydövül kəndi ərazisində olarkən yolun kənarında ağacın yanından həmin siqaret qutusunda olduğu vəziyyətdə yerdən tapmışdır. Həmin marixuanadan heç kimə istifadə etmək üçün heç vaxt verməmiş, nədə ki satmamışdır. Əməlindən peşmandır. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Göyçay rayon X7 Patrul Xidmət Bölməsinin bölük komandirinin müavini Şahid2 göstərdi ki, xx.xx.2022-ci il tarixdə RPŞ-nin CAB-ın sabiq baş əməliyyat müvəkkili polis kapitanı Şahid1la və İTB-nin sahə polis nəfəri Şahid4la Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirlərində iştirak etmişdir. xx.xx.2022-ci il tarixdə, saat 19 radələrində Təqsirləndirilən şəxs Göyçay şəhərindən Hacalıkənd istiqamətində «Vaz 21061» markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olduğunu müəyyən etmişlər. Təqsirləndirilən şəxs şübhələnməməsi üçün sonuncunu müşahidə edərək həmin ərazidə xidmət aparan DYPB əməkdaşları ilə əlaqə saxlayaraq onların istiqamətində gedən həmin avtomobildə qanunsuz narkotik vasitə daşınma ehtimalının olduğunu, şübhə yaratmamaq şərti ilə «Vaz 21061» markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlatmaq lazım olduğunu, onlarında həmin avtomobili müşahidə edərək arxasınca gəldiklərini bildirmişlər. Daha sonra, saat 19:30-da Hacalıkənd kəndin ərazisində DYPB əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə saxla işarəsi verilmişdir. Təqsirləndirilən şəxs «Vaz 21061» markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobili yolun kənarına verib saxlamışdır. Təqsirləndirilən şəxs avtomobildən düşərkən YPX əməkdaşı yaxınlaşıb Təqsirləndirilən şəxs özünü təqdim edəndə o, CAB-ın sabiq baş əməliyyat müvəkkili polis kapitanı Şahid1 və İTB-nin sahə polis nəfəri, polis nəfəri Şahid4 yaxınlaşıb, Təqsirləndirilən şəxs özlərini təqdim edərək üzərində, eləcə də idarə etdiyi avtomobilində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğuna görə onlarla Göyçay RPŞnə getməli olduğunu bildirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs yanında, idarə etdiyi avtomobildə və ətrafda ümumiyyətlə heç kim olmamışdır. Təqsirləndirilən şəxs onlara etiraz etməmiş və idarə etdiyi «Vaz 21061» markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobillə onlarla Göyçay rayon Polis Şöbəsinə getmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi «Vaz 21061» markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobil polis şöbəsinin müvəqqəti duracağında saxlanılmışdır. Daha sonra orada Təqsirləndirilən şəxs vəkil ilə təmin olunaraq videoçəklişlə hüquq və vəzifələri izah olunmuş və şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və üzərində narkotik vasitənin, eləcə də digər cinayət xarakterli hər hansı bir əşya vardırsa onları təqdim etməsi təklif olunmuşdur. Lakin Təqsirləndirilən şəxs üzərində narkotik vasitələrin, eləcə də başqa cinayət xarakterli hər hansı bir əşyanın olmadığını bildirmiş, əynində olan qara rəngli cins şalvarının sol cibindən kağız əskinaslarla 65 manat pul çıxarıb avtomobilin arxa kapotun üzərinə qoymuşdur. Eyni zamanda Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsinə etiraz etməmişdir. Daha sonra CAB-ın sabiq baş əməliyyat müvəkkili polis kapitanı Şahid1 şəxsən özü Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmişdir. Lakin İsmayılın üzərindən başqa heçnə aşkar edilməmişdir.Daha sonra Təqsirləndirilən şəxs Vaz 21061 markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçiriləcəyi, odur ki, avtomobilində narkotik vasitə, psixotrop maddə, eləcə də, cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs avtomobilin qarşı sol oturacağın altından 1 ədəd “WEST” markalı siqaret qutusunu çıxarıb onlara göstərmiş, avtomobilinin arxa kapotun üzərinə qoyaraq təqdim etmişdir. Siqaret qutusu açıldıqda içərisində bitki mənşəli yaşıl rəngli qurudulmuş marixuanaya oxşar kütlə olmuşdur. Təqsirləndirilən şəxs həmin siqaret qutusundakı yaşıl rəngli kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, təxminən 1 ay əvvəl tapdığını və özü istifadə etməsi üçün avtomobilində saxladığını bildirmişdir. Məhkəmə baxışında şahid Göyçay rayon X4 Təhlükəsizlik Bölməsinin polis nəfəri Şahid4 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Göyçay rayon X2 Təhqiqatlar Qrupunun kiçik inspektoru Şahid3 göstərdi ki, xx.xx.2022-ci il tarixdə, saat 19:30-dan sonra CAB-ın sabiq baş əməliyyat müvəkkili polis kapitanı Şahid1, PPXB-nün komandir müavini, polis leytenantı Şahid2 və İTB-nin polis sahə nəfəri Şahid4 tərəfindən Təqsirləndirilən şəxs idarə etdiyi «Vaz 21061» markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobillə polis şöbəsinə gətirilərək polis şöbəsinin müvəqqəti duracağında saxlanılmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış avtomobilinə isə baxış keçirilən zaman sənədləşdirilmə prosesində iştirak etmişdir. Belə ki, həmin prosesləri o, “Panasonic HC-V770” markalı videokamera vasitəsi ilə çəkmişdir. Həmçinin Təqsirləndirilən şəxs müdafiəçi Cavidan Hacıyev ilə təmin olunaraq, hüquq və vəzifələri Təqsirləndirilən şəxs izah olunmuş və şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarının sol cibindən kağız əskinaslarla 65 manat pulu çıxarıb avtomobilin arxa kapotun üzərinə qoymuş, ondan başqa İsmayılın üzərindən başqa heçnə aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs «Vaz 21061» markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçiriləcəyi, odur ki, avtomobilində narkotik vasitə, psixotrop maddə, eləcə də, cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi Təqsirləndirilən şəxs təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs avtomobilin qarşı sol oturacağın altından 1 ədəd “WEST” markalı siqaret qutusunu çıxarıb onlara göstərib avtomobilinin arxa kapotun üzərinə qoyaraq təqdim etmişdir. Siqaret qutusu açıldıqda içərisində bitki mənşəli yaşıl rəngli qurudulmuş marixuanaya oxşar kütlə olmuşdur. Təqsirləndirilən şəxs həmin siqaret qutusundakı yaşıl rəngli kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, təxminən 1 ay əvvəl tapdığını və özü istifadə etməsi üçün avtomobilində saxladığını bildirmişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs idarə etdii avtomobilə baxış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirimişdir. Videoçəkilişdən görünür ki,müdafiəçi X3 iştirakı ilə Təqsirləndirilən şəxs «Vaz 21061» markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilndə qanunsuz olaraq saxlanılan narkotik vasitə, silah və döyüş sursatı, həmçinin cinayət xarakterli digər əşya və predmetlər varsa təqdim etməsi təklif edildikdə o, «Vaz 21061» markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda qarşı sol oturacağın altında “WEST” markalı siqaret qutusunu çıxarıb avtomobilin kapotunun üzərinə qoymuş və həmin “WEST” markalı siqaret qutusunda narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 16 oktyabr 2022-ci il tarixli, 17/789 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, "Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə...” sözləri və imzalar yazılmış zərfin içərisindəki üzərində “WEST” yazısı olan siqaret qutusunun içərisində təmiz çəkisi 30,85 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqatda sərf olundu - 0,05 qram, qalıq - 30,80 qram. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri X1 Məcburi- Narkoloji tibbi yoxlamanın 11 noyabr 2022-ci il tarixli, 1717 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji Dispanserin 28 dekabr 2022-ci il tarixli, 795 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Cinayət işi materiallarına əlavə edilmiş şübhəli şəxsi tutma haqqında protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 15 oktyabr 2022-ci il tarixdə, saat 19.55-də şübhəli şəxs qismində tutulmuş, 17 oktyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Beləliklə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 30,85 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib özünə məxsus avtomobilin ön sol oturacağın altında saxlamaqla daşımış, həmin əməl isə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibini yaradır. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, qəsdin obyektinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını, ilk dəfə olaraq az ağır cinayət törətməsini iş üzrə cəzasını yüngülləşdirən hallar olduğunu və iş üzrə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 69.3cü maddəsinə əsasən ibtidai istintaq zamanı həbsdə saxlanılma müddəti nəzərə alınmaqla azadlığın məhdudlaşdırılması növündə cəzanın müddəti bir günə iki gün hesablanmaqla müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalı, üzərinə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Göyçay rayon hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Göyçay rayon İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq,narkomaniyadan məcburi müalicə kursu keçmək vəzifələrini yerinə yetirmək vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-cü maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 30,80 qram narkotik vasitə qurudulmuş marixuana Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən məhv edilməlidir. Ekspertiza tədqiqatının dəyəri 65 manat 15 qəpik Azərbaycan Respublikası CPMnin 198.1 -ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353,384-cü maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanılma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla təyin edilmiş cəzadan 4 gün çıxılaraq qəti olaraq ona 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşadığı yer üzrə Göyçay rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Göyçay rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Üzərinə daimi yaşayış yeri olan Göyçay rayonun Mırtı kəndində yerləşən fərdi yaşayış evini hər gün saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Göyçay rayon və müalicə olanacaq tibbi müəssisəsinin olduğu yerin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Göyçay rayon İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq,narkomaniyadan məcburi müalicə kursu keçmək vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 30,80 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Ekspertiza tədqiqatının 65 manat 15 qəpik məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar