Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-31/2024 30.04.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə, xx.xx.1987-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respulikasının vətəndaşı, orta təhsilli, işsiz, məhkumluğu olmayan, subay, ünvan 1 ünvanda yaşayan, Göyçay rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə AR CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinərək 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş xeyli miqdarda 0,782 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə edərək saxlamış, 02 fevral 2024-cü il tarixdə, saat 16 radələrində Göyçay şəhəri H.Əliyev prospektində, Aysel şadlıq evinin qarşısında olarkən və üzərində həmin narkotik vasitə heroini daşıyarkən Göyçay RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmiş, saat 17:10-da üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli cins şalvarın sağ yan cibində olan pul qabının içindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə olmaqla təmiz çəkisi 0,782 qram xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Göyçay şəhəri Ə.Kərim küçəsi dalan 2, ev 26 ünvanında qeydiyyatdadır və orada yaşayır. Narkotik vasitələrin istifadəçisidir. xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Göyçay şəhər H.Əliyev prospektində “Aysel” şadlıq sarayının qarşısı ilə piyada gedərkən Göyçay rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğu üçün saxladıqlarını bildirmiş və Göyçay rayon Polis Şöbəsinə dəvət etmişlər. Buna görə də polis əməkdaşları ilə birlikdə rayon polis şöbəsinə gəlmişdir. Sonra isə vəkil ilə təmin olunaraq və üzərinə baxış keçirilməyə başlanmışdır. Baxış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilmişdir. Baxış zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 3 ədəd siqareti və pul qabını masanın üzərinə qoymuşdur. Özünə məxsus pul qabının içərisindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə qəhvəyi rəngli maddə olan heroini təhvil vemrişdir. Həmin narkotik vasitə bükümlə birlikdə elektron tərəzidə çəkilmiş, qeyd olunan sellofan büküm ilə birlikdə çəkisi 0.96 qram olmuşdur. Baxış zamanı aşkar edilmiş sellofan bükümdəki maddə götürülmüş, zərfə qoyularaq qablaşdırılmış, zərfin ağzı möhürlənərək bağlanmış və üzəri imzalanmışdır.Törətdiyi əməlindən peşmandır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 oğlu göstərmişdir ki, Göyçay RPŞnin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir.Göyçay RPŞ-nin əməliyyat aparatına daxil olmuş məlumat əsasında xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə başlanılmışdır. Əməliyyataxtarış tədbirinin keçirilməsində Göyçay RPŞ-nin CAB-m əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və Şahid4la birlikdə iştirak etmişlər. Həmin gün saat 16 radələrində Göyçay şəhəri H.Əliyev prospektində Aysel şadlıq evinin qarşısında Təqsirləndirilən şəxs görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirib, üzərinə şəxsi axtarış keçirilməsi üçün RPŞ-nə dəvət etmişlər. Bu zaman Təqsirləndirilən şəxs onlara heç bir etiraz etmədən birlikdə rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra növbətçi hissənin qarşısında RPŞ-nin TB-nin təhqiqatçısı İslam Şirinov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunub Müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra təhqiqatçı İslam Şirinov Müdafiəçi, CAB-nin əməliyyat müvəkkili Şahid2, Şahid4 və videoçəkilişi aparan şöbənin KTQ-nun baş inspektoru Şahid3 iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ yan cibindən 3 ədəd siqareti və şalvarının sağ yan cibindən pul qabını çıxararaq masanın üstünə qoymuşdur. Təqsirləndirilən şəxs pul qabının içərisindən sellofan büküm aşkar olunmuşdur. Həmin bükümə nəzər saldıqda içərisində qəhvəyi rəngli maddə olması aşkar olunmuş və aşkar edilmiş həmin sellofan bükümdə olan maddə bükümlə birlikdə elektron tərəzidə çəkilmiş, bükümlə birlikdə çəkisi 0,96 qram olmuşdur. Şəxsi axtarış zamanı aşkar edilmiş həmin sellofan büküm götürülmüş və bir ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Zərfin ağzı kleylənərək bağlanmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2, Şahid4 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X1 Bölməsindən alınmış xx.xx.2024-cü il tarixli 3-16-16-2-17/117 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi -0,782 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: Heroinin təmiz çəkisi 0.782 qr, tədqiqata sərf edildi 0.050 qr, qalıq 0.732 qr. Aparılmış tədqiqatın dəyəri 71.94 manat təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 12 mart 2024-cü il tarixli 414 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür.. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Göyçay rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1, 69.3 maddələri ilə təqsirli bilinərək barəsində 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Göyçay rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Göyçay Rayon Məhkəməsinin 1(046)-92/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 11 ay, 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir.Məhkum Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin 1(046)-92/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmünün icrası ilə bağlı xx.xx.2024-cü il tarixdə Göyçay Rayon İcra və Probasiya Şöbəsində probasiya qeydiyyatına alınmışdır. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixədək azadlığın məhdudlaşdırılması növündə çəkilməmiş cəzası 01 il 08 ay 15 gün təşkil edir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0.782 qram çəkidə narkotik vasitə olan heroini xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Göyçay şəhəri H.Əliyev prospektində üzərində saxlamaqla, Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olmasını cəzanı yüngülləşdirilən hal kimi, Təqsirləndirilən şəxs təkrar cinayət törətməsini cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzanı yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halı nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü üzrə CM-nin 234.1-ci maddəsi ilə 1 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən ona cəza təyin edilərkən məhkumluq nəzərə alınmamalıdır. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü üzrə təyin edilmiş 1 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının, çəkilməmiş hissəsi olan 01 il 08 ay 14 gün qismən birləşdirilməlidir. Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü üzrə təyin edilmiş 1 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının, çəkilməmiş hissəsi olan 01 il 08 ay 14 gün müddətində azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1-ci maddəsinə uyğun hesablandıqda 10 ay 7 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulur. Cinayət işinin materiallarına əlavə edilmiş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 16:45-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə saat 16:00-da polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı iki gün nəzərə alınmalı, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri, həbs qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə zalından dərhal həbsə alınmalı, cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56-cı maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan, Göyçay RPŞ-nin MSSK-da saxlanılan 0.732 qr çəkidə narkotik vasitə olan heroin məhv edilməlidir. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 71.94 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347.2, 349, 351- 353,356, 358.2-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü üzrə təyin edilmiş 1 il 11 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi olan 1 il 08 ay 14 gün CM-nin 68.1.1-1-ci maddəsinə uyğun hesablandıqda 10 ay 7 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq qismən birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 il müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə baxışınadək həbsdə saxlandığı 02 gün müddət CMnin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlqıdan məhrumetmə cazasından çıxılaraq, üzərində qəti cəza olaraq 1 il 11 ay 28 müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin, məhkəmə zalından həbsə alınsın, cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, Göyçay RPŞ-nin MSSK-da saxlanılan 0.732 qr çəkidə narkotik vasitə olan heroin məhv edilsin. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 71.94 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №1(046)-31/2024
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-31/2024
30.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver