Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-32/2020 29.07.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs və zərərçəkmişin hüquqi varisi X2 iştirakı ilə, xx.xx.1980-ci ildə Göyçay rayonu Qarabaqqal kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki azyaşlı uşağı olan, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Göyçay rayonu Qarabaqqal kəndində qeydiyyatda olan və yaşayan, xx xxxxxx 2020-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində xx xxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 15 radələrində sürücülük vəsiqəsi olmaqla etibarnamə ilə idarə etdiyi “Vaz 21063” markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Göyçay şəhəri, M.Hüseynzadə küçəsi ilə üzü Nizami küçəsi istiqamətində saatda 50 km sürətlə hərəkətdə olarkən “Təzə bazarın” qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan bütün tədbirləri görməli olduğu halda, qeyd olunan maddənin tələbinə əməl etməmiş, nəticədə ehtiyyatsızlıqdan avtomobilin sol qabaq tərəfi ilə yolu keçən piyada Zərərçəkmiş şəxs vuraraq sonuncuya döş sümüyünün Vİ qabırğa səviyyəsində sınması, döş qəfəsinin sağ tərəfində İİİ, İV, V, Vİ qabırğaların orta körpücük xətt üzrə, döş qəfəsinin sol tərəfində İİİ-Xİİ qabırğaların ön qoltuqaltı xətt üzrə sınması, sol ağciyərin cırılması, ağciyərin kontuziyası, sol bud nahiyyəsinin qançırı, sol bu sümüyünün ikili qapalı sınığından ibarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirilməklə, nəticədə Zərərçəkmiş şəxs ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmiş, bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə saat 15-16 radələrində Azpetrol dairəsindən M.Hüseynzadə küçəsi ilə üzü Avtobaza dairəsinə doğru saatda təxminən 50 km sürətlə hərəkətdə olmuşdur. Həmin yolun ortasında silinmiş qoşa xəttin sağ tərəfdə iki hərəkət zolağı vardır. Həmin vaxt sol hərəkət zolağında hərəkətdə olsa da, lakin sağ hərəkət zolağında olan avtomobillərlə yanaşı halda hərəkətdə olmuşdur. Həmin küçə ilə hərəkət edərkən təzə bazarın arxa giriş qapısının yaxınlığından keçəndə sağ tərəfdə öz hərəkət zolağında olan gümüşü metallik rəngli VAZ- 21074 markalı avtomobil onun idarə etdiyi avtomobilini ötüb keçmişdir. Həmin avtomobil onun avtomobili ötən zaman onun qarşısından Zərərçəkmiş şəxs yolu sağ tərəfdən sol tərəfə doğru keçdiyini görmüşdür. Minəxanım həmin avtomobilin qarşısından keçəndən sonra onun hərəkət yoluna çıxmışdır. Həmin vaxt yanındakı Şahid1 piyadanı ona işarə edən kimi piyadanı vuracağını görüb dərhal əyləcini sıxmış, lakin avtomobili saxlaya bilməmiş və avtomobilin sol qabaq tərəfi ilə onu vurmuşdur. Minəxanım zərbədən avtomobilin alın şüşəsinə çırpılıb yerə yıxılmışdır. Bu zaman yoldan keçən şəxslər oraya toplaşmışlar. Avtomobildən düşüb Minəxanımı öz avtomobilinə əyləşdirmək istəmişdir. Lakin oraya gələn şəxslər köməkləşib onu başqa bir avtomobilə əyləşdirib xəstəxanaya aparmışlar. Hadisə yerində dayanıb polis əməkdaşlarının gəlməsini gözləmişdir. Bir qədər sonra həmin yerə gələn polis əməkdaşlarına hadisə yerini göstərmiş və hadisə yeri ölçülərək protokol tərtib edilmiş, hadisə yerinin sxemi və fotoşəkillər çəkilmişdir. Baxış zamanı baş vermiş hadisə yerində yolun ümumi eni 17 metr, avtomobilinin tormoz izinin 8 metr və yolu keçən qadının yolun sağ ehtiyyat hissəsindən toqquşma yerinə qədər qət etdiyi msaəfənin 7,8 metr olması müəyyən edilmişdir. Hadisədən sonra xəsarət almış Zərərçəkmiş şəxs səhhəti ilə maraqlanmışdır. Lakin Minəxanımın xx xxxxxx 2020-ci il tarixdə müalicə aldığı Gəncə Diaqnostika mərkəzində vəfat etdiyini bilmişdir.Törətdiyi əməldən peşmandır. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X4ifadə verərək göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə şəxsi işləri ilə əlaqədar Mingəçevir şəhərinə getmişdir. Anasının mobil telefonuna zəng edəndə mobil telefonu Oruc adlı tanışı açmış və anasını avtomobil vurduğunu və onu xəstəxanaya gətirdiyini bildirmişdir. Bundan təxminən 1 saat sonra Göyçay MRX-ya gəlmiş və həmin vaxt anasının xəstəxada olduğunu və müayinələrdən keçdiyini bilmişdir. Həkimlər müayinələrin nəticəsi olaraq anasının sinə qabırğalarının 5nin, bud sümüyünün sındığını və müalicəni davam etdirəcəklərini bildirmişlər. Anası 2 gün xəstəxanda qaldıqdan sonra onun ciyərinə su yığıldığını dedikləri üçün onu dərhal ambulansla X5 mərkəzinə aparmışlar. Anası həmin xəstəxanda Renanimasiya şöbəsində ciyərindən əməliyyat olunmuş, xx xxxxxx 2020-ci il tarixdə səhər üzü saat 07 radələrində isə vəfat etmişdir. Anasını avtomobillə vurub ona xəsarət yetirən şəxs Göyçay rayonu Qarabaqqal kənd sakini Təqsirləndirilən şəxsdur. Həmin avtoqəza baş verən vaxt tanışları Nicat və Əli hadisə yerində olmuşdur. Bundan sonra hadisə yerinə gələn tanışı Oruc yoldan keçən avtomobili dayandırıb anasını xəstəxanaya aparmışdır. Hadisənin baş verməsinə səbəb həmin avtomobilin sürətli olması və Təqsirləndirilən şəxs avtomobillə ötmə əməliyyatı aparması olmuşdur. Anasının müalicəsi üçün 15000 manat xərcləmişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmiş, anasının müalciəsi ilə maraqlanmamış, dəfn mərasiminin keçirilməsi ilə əlaqədar heç bir maddi köməklik göstərməmişdir. Məhkəməyə təqdim etdiyi hadisənin baş verdiyi şəraiti təsvir edən video görünütünü, həmin görüntüdə Təqsirləndirilən şəxs yüksək surətlə avtomobili idarə edərək, ötmə əməliyyatı apardığını, heç bir tormozlama əməliyyatı aparmadan mərhum anasını vuraraq 5-10 metr kənara tulladığını, eləcə də ona dəymiş maddi ziyanı ödəmədiyinin və Təqsirləndirilən şəxs şikayətçi olduğunu nəzərə alaraq barəsində ağır cəzanın təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə qardaşı Teymur Şəfiyev ilə birlikdə yaşadığı kənddən Göyçay şəhərinə gəlmişlər. Kənd yolu ilə gedərkən Teymur Fətullyev ilə rastlaşmış və müştəri kimi onun avtomobilinə əyləşmişlər. Özü qabaq oturacaqda, qardaşı Teymur isə arxa oturacaqda əyləşmişdir. Əvvəlcə “Regionstore” inşaat materialları mağazasına gedib oradan çıxdıqdan sonra isə pərdə almaq üçün Göyçay şəhərinə tərəf hərəkətə başlamışlar. Həmin gün saat 15 radələrində Göyçay şəhəri M.Hüseynzadə küçəsi ilə Nizami küçəsi istiqamətində hərəkət edərkən təzə bazarın arxa giriş qapısının yaxınlığından keçəndə sağ tərəfdən gümüşü metallik rəngli VAZ-2107 markalı avtomobil onları ötməyə başlamışdır. Həmin avtomobil onları ötməyə başlayan vaxtda yolun sağ tərəfindən qara paltarlı bir qadın yolu keçməyə başlamışdır. Həmin qadını yolun sağ tərəfindən hərəkətə başladığını təxminən 40-50 metrlik məsafədən görmüşdür. Teymur avtomobil yolunun sol hərəkət hissəsi ilə hərəkətdə olmuşdur. Minəxanım onların sağ tərəfindən ötüb keçən avtomobilin qarşısından keçdikdən sonra Teymurun avtomobilinin hərəkət yoluna çıxmış, Teymurun Minəxanımı əvvəlcədən gördüyünə görə düşünmüş ki, Teymur da həmin qadının hərəkətdə olduğunu görür. Lakin qadın onların qarşısında çıxanda qışqırıb Teymura yola qadın çıxdığını demiş və həmin vaxt Teymur əyləci basmışdır. Lakin avtomobili saxlaya bilməmiş və avtomobilin sol qabaq tərəfi ilə Minəxanımı vurmuşdur. Minəxanım zərbədən avtomobilin alın şüşəsinə çırpılmış və yerə yıxılmışdır. Teymur avtomobili dayandırdıqdan sonra avtomobildən düşüb Minəxanımı yanına gəlmişdir. Bu zaman yoldan keçən şəxslər oraya topalaşmışlar. Oraya gələn şəxslərlə köməkləşib Minəxanımı yanlarından keçən gümüşü rəngli VAZ- 2107 markalı avtomobilə əyləşdirmişlər. Bundan sonra həmin şəxs Minəxanımı xəstəxanaya aparmışdır. Onlar isə hadisə yerində dayanıb polis əməkdaşlarının gəlməsini gözləmişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə saat 15 radələrində işlədiyi aptekin yaxınlığında, yolun digər tərəfində yerləşən “Qardaşlar” marketin qarşısında Şahid3 adlı tanışı ilə birlikdə dayanmışlar. Əli ilə söhbət edən zaman Göyçay şəhəri M.Hüseynzadə küçəsi ilə “Azpetrol” yanacaq doldurma məntəqəsi istiqamətindən Göyçay şəhər bazarı istiqamətində hərəkət edən VAZ-2106 markalı bir avtomobil avtomobil yolunu qarşıya keçən piyadanı vurmuşdur. Əli ilə tez həmin yerə doğru qaçmış və həmin vaxtı piyadanın Zərərçəkmiş şəxs olduğunu görmüşdür. Minəxanım dostu Sadiqin anasıdır. Hadisə yerinin yaxınlığında olan binada yaşayır. Əli ilə birlikdə köməkləşib Minəxanımı oraya gələn VAZ-2107 markalı Rusiya nömrə nişanlı güşümü-metallik rəngli avtomobilə əyləşdirmişlər. Bundan sonra həmin avtomobili idarə edən şəxs onu müayinə olunmaq Göyçay Mərkəzi rayon Xəstəxanasına aparmışdır. Başqa avtomobil ilə onun arxasıyca xəstəxanaya getmişlər. Hadisədən əvvəl Minaxanımın avtomobil yolunu keçən görməmişdir. Dostu Əli ilə hadisə baş verən kimi səsə başlarını çevirəndə qadının yerə düşdüyünü görmüşlər. Həmin vaxt Minəxanımı vuran avtomobili Teymur idarə etmişdir. Qadını avtomobilə mindirdikdən sonra Teymur hadisə yerində qalmışdır. Məhkəmədə şahid qismində ifadə vermişŞahid3 Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid4 göstərmişdir ki, Göyçay RPŞ-nin DYPB-nin YPX-nin inspektoru vəzifəsində işləyir. xx xxxxxx 2019-cu il tarixdə Göyçay RPŞ-də əməliyyat-istintaq qrupunda olmuşdur. xx xxxxxx 2019-cu il tarixdə saat 15 radələrində Göyçay şəhəri, M.Hüseynzadə küçəsində yol nəqliyyat hadisəsi baş verdiyi barədə məlumat aldıqdan sonra Göyçay şəhəri M.Hüseynzadə küçəsində Təzə bazarının girişinə gəlmişlər. Həmin vaxt Göyçay RPŞ-nin TB-nin təhqiqatçısı Turan Kərimli hadisə yerini müayinə etməyə başlamışdır. Baxış zamanı Göyçay rayonu Qarabaqqal kənd sakini X3 idarə etdiyi Vaz 21063 markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Göyçay şəhəri M.Hüseynzadə küçəsi ilə üzü Nizami küçəsi istiqamətdə “Avtobaza” dairəsinə doğru yolun sağ hərəkət hissəsinin sol hərəkət zolağında hərəkətdə olan zaman yolun sağ ehtiyyat hissəsindən yolun sol tərəfinə keçməyə çalışan piyada Minəxanımı gördükdən sonra əyləci bacıb avtomobili dayandırdığını, lakin avtomobilin sol qabaq hissəsi ilə həmin qadını vurduğunu, bundan sonra oraya toplaşan şəxslərin köməkliyi ilə qadını xəstəxanaya göndərdiyini və özünün isə hadisə yerində dayanıb polislərin gəlməsini gözlədiyini bildirmişdir. Hadisə yeri müayinə olunan zaman hadisə yerində yolun ümumi eni 17 metr, avtomobilin tormoz izinin 8 metr və yolu keçən qadının yolun sağ ehtiyyat hissəsindən toqquşma yerinə qədər qət etdiyi masəfənin 7,8 metr olması müəyyən edilmişdir. Baxışın nəticəsinə dair protokol tərtib edildi və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işinə əlavə edilmiş məhkəmə-tibbiekspertizasının xx xxxxxx 2020-ci il tarixli 02 saylıekspert rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs bədəni üzərində məhkəmə tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – döş sümüyünün Vİ qabırğa səviyyəsində sınması, döş qəfəsinin sağ tərəfində İİİ, İV, V, Vİ qabırğaların orta körpücük xətt üzrə, döş qəfəsinin sol tərəfində İİİ-Xİİ qabırğaların ön qoltuqaltı xətt üzrə sınması, sol ağciyərin cırılması, ağciyərin kontuziyası, sol bud nahiyyəsinin qançırı, sol bu sümüyünün ikili qapalı sınığı həyatidirlər, bərk-küt əşyanın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx xxxxxx 2019-cu il tarixə uyğun gəlir və həmin xəsarətlər birlikdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aiddir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb çoxsaylı qabırğaların və döş sümüyünün sınması, ağciyərin kontuziyası, sol ağciyərin cırılması ilə müşayiət olunan döş qəfəsinin qapalı küt travmasının ağırlaşmasından əmələ gələn tənəffüs çatışmamazlığı olmuşdur. Mərhum X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər qərarın təsviri hissəsində göstərilən yol nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin onu vurması nəticəsində əmələ gələ bilər. Cinayət işinə əlavə edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 2141 ekspertrəyindən görünür ki,istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Vaz 21063 markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış ekspertizanın dəyəri 100 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş Göyçay RPŞ-nin DYBP-nin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs sürücülük hüququ məhdudlaşdırılmamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X4 tərəfindən məhkəməyə təqdim edilmiş hadisənin baş verdiyi şəraiti təsvir edən video görüntü olan CD-disk cinayət işinə əlavə edilmişdir. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 15 radələrində sürücülük vəsiqəsi olmaqla etibarnamə ilə idarə etdiyi “Vaz 21063” markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Göyçay şəhəri, M.Hüseynzadə küçəsi ilə üzü Nizami küçəsi istiqamətində saatda 50 km sürətlə hərəkətdə olarkən “Təzə bazarın” qarşısındayolhərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ölümünə səbəb olan yolnəqliyyat hadisəsi törədərək Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetir və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində qeyd edilmişdir ki törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olmasını, himayəsində iki az yaşlı uşağı olmasını cəzanı yüngülləşdirən hallar kimi, eləcə də cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyası həddində sürücülük hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-cı maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə zalından həbsə alınmalı, həbsin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə və məhkəmə baxışı dövründə hüquqlarını 16 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 16 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 96 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 100 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş hadisənin baş verdiyi şəraiti təsvir edən video görüntü olan CD-disk cinayət işində saxlanmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351, 353, 354 , 381, 384 -cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2.-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və dərhal məhkəmə zalından həbsə alınsın. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş hadisənin baş verdiyi şəraiti təsvir edən video görüntü olan CD-disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 100 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 16 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 96 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ013501**********2944, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Hökmün icrası ekspertiza xərcinə dair hissədə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №1(046)-32/2020
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-32/2020
29.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver