Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-32/2021 23.02.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, Dövlət ittihamçısı, zərər çəkmiş şəxslər Göyçayski İxtiyar Yusifziya oğlunun və Zərərçəkmiş şəxs2 oğlunun iştirakı ilə xx xxxxxx 2021-ci tarixdə Göyçay şəhərində xx xxxxxx 1982-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Gəncə şəhər Nizami rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.1, 17.2.2,177.2.3 və 177.2.4, 69.4-cü maddələrinə əsasən 1200 manat cərimə cəzasına məhkum olunmuş, xx.xx.2019-cu il tarixdə cərimə məbləğini dövlət nəfinə tam olaraq ödəmiş, məhkumluğu ödənilməmiş, Gəncə şəhəri, Xətai prospekti, ev 37, mənzil 56-da qeydiyyatda olan, Gəncə şəhəri Kərpiczavod qəsəbəsi ev 48-də yaşayan, xx.xx.2020-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib bu məqsədlə xx xxxxxxxx 2019-cu il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs1 işlətdiyi Göyçay şəhəri, H.Əliyev prospekti 34 ünvanda yerləşən lombarda gəlib bir ədəd 10,50 qram kütləli və bir ədəd 11,17 qram kütləli, hər biri 925 əyarlı gümüşdən hazırlanmış, üzərinə qızıl təbəqə çəkilmiş, qaşları qiymətli qaşlara aid olmayan 02 ədəd üzükləri təmiz qızıl adı ilə girov qoyaraq, Zərərçəkmiş şəxs1 800 manat pulunu ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək qərarına gəlib bu məqsədlə tanışı Şahid1 vasitəsilə xx xxxxxxxx 2019-cu il tarixdə saat 10 radələrində Göyçay şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən Zərərçəkmiş şəxs2 satıcı işlədiyi qızıl mağazasına üzərində “750” əyyar damğası həkk olunmuş, metalı üzərinə 750 əyyarlı qızıl təbəqə çəkilmiş, 900 əyyarlı gümüşə uyğun, ümumi çəkisi 8.66 qram olan bir ədəd metal üzüyü təmiz qızıl adı ilə sataraq Şahid1 520 manat pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə səhər saatlarında tanışı Eldənizlə Bakı şəhərində 20 Yanvar dairəsində görüşmüş, həmin vaxtı digər tanışı Mehman da onların yanına gəlmişdir. Mehmana Gəncə şəhərinə gedəcəklərini, istəyirsə onlarla birlikdə gedib qaytımağı təklif etdikdə Mehman da heç bir işi olmadığı üçün onlarla birlikdə getməyə razılaşmışdır. Bundan sonra birlikdə Şamaxınkadan Gəncə istiqamətində Hundai markalı taksi avtomobilə əyləşmiş, sürücü ilə onları Gəncə şəhərinə 50 manata aparacağı ilə razılaşmış və yol pulunu əvvəlcədən sürücüyə vermişdir. Eyni zamanda yolda Mehmana bildirmişdir ki, özünə məxsus qızıllar var, həmin qızılları Göyçay şəhərində müxtəlif mağazalara satacaq. Eldəniz də işi tez qurtarsın deyə ona qızılları satmaqda köməklik edəcəkdir. Göyçay şəhərinə çatan zaman sürücüyə avtomobili şəhərdə park yanında saxlamasını və işi olduğunu bildirmiş, avtomobildən enib bir qədər aralandıqdan sonra Eldənizə satması üçün 02 ədəd kişi üzüyü vermiş, özü isə bazara gedən küçə tərəfdə yerləşən qızıl alqı-satqısı mağazasına gedərək üzərində olan 02 ədəd qadın üzükləri girov qoyub cəmi 800 manat kreditə pul götürmüşdür. Mehman isə avtomobilin yanında onları gözləmişdir. Eldəniz gedərək həmin 02 ədəd üzüyü sataraq qayıtmış və üzüyün birini 470 manata, digərini isə 430 manata satdığını deyərək pulu ona vermişdir. Bundan sonra birlikdə avtomobilə əyləşərək Gəncə şəhərinə yola düşmüşlər. Gəncə şəhərinə çatdıqdan sonra avtomobildən enib şəhər ərazisində bir qədər gəzib söhbət etdikdən sonra ayrılmış və gecəni qohumumun evində qalmışdır. xx.xx.2019-cu il tarixdə Eldəniz və Mehmanla görüşüb Bakı şəhərinə qayıtmaq qərarına gəlmiş, həmin vaxtı Gəncə şəhərindən Mercedes markalı taksi avtomobilə yaxınlaşıb sürücüyə Bakı şəhərinə getmək istədiyini bildirmiş, sürücü ilə Bakı şəhərinə aparacağı üçün onunla 50 manata razılaşaraq yol pulunu əvvəlcədən sürücüyə vermişdir. Yolda sürücüyə Göyçay şəhərinə girməsini bildirmiş, Göyçay şəhərinə gəldikdən sonra Eldənizlə birlikdə avtomobildən enib Eldənizə satması üçün 02 ədəd kişi üzükləri vermiş, özü isə Mehmanla avtomobilin yaxınlığında gəzişmiş, bir neçə dəqiqə sonra Eldəniz qayıdaraq üzüyün birini 478 manata, ikincisini 520 manata satdığını deyərək pulu ona vermişdir. Həmin pullardan ümumilikdə 100 manatını Eldənizə vermiş, eyni zamanda yol pulu kimi 15 manat da Mehmana vermişdir. Sonra onlar Bakı istiqamətində getmişlər, özü isə uşaqlarını görmək məqsədi ilə yol keçən bir avtomobil ilə Gəncə şəhərinə qayıtmışdır. Hazırda zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dəymiş ziyanı tam ödəmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 göstərmişdir ki, Göyçay şəhəri H.Əliyev prospekti 34№-li ünvanda yerləşən “Tez” lombardda müdir vəzifəsində işləyir. Ondan başqa lombardda Fidan adlı mühasib işləyir. İşi vətəndaşlardan girov qızıl qəbul edib kreditə pul verməkdən ibarətdir. xx xxxxxxxx 2019-cu il tarixdə saat təxminən 16 radələrində Təqsirləndirilən şəxs gələrək qızıl qoyub pul götürmək istədiyini bildirmiş, həmin zaman ona şərtləri izah etmiş, Təqsirləndirilən şəxs də şərtlərlə razılaşdıqdan sonra şəxsiyyət vəsiqəsini təqdim edərək bildirmişdir ki, Qaraməryəm kəndində yaşayır. Daha sonra Təqsirləndirilən şəxs lombardda zərgər işləyən Şahid2 oğluna iki ədəd qadın üzükləri təqdim etmiş, Şahid2 hər iki üzükləri xüsusi yağla yoxlamış, bir üzük 750 əyyarlı, 10,5 qram, digər üzük 585 əyyarlı 11,1 qram çəkidə olmuşdur. Daha sonra Təqsirləndirilən şəxslə 574015 nömrəli girov müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən ona 800 manat pul verilmişdir. Hazırda ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Buna görə də Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə zərər çəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, Göyçay şəhəri, “köhnə bazar” adlanan bazarda yerləşən qızıl mağazasında satıcı işləyir. xx xxxxxxxx 2019-cu il tarixdə saat 10 radələrində Şahid1 işlədiyi mağazaya gələrək, özünə məxsus bir ədəd üzüyü olduğunu və satmaq istədiyini bildirmiş, həmin zaman onun təqdim etdiyi üzüyə baxdıqda bir ədəd 750 əyyarlı qızıl kişi üzüyü olduğunu görüb həmin üzüyü elektron tərəzidə çəkmiş və çəkisi 8,66 qram olmuşdur. Buna görə Şahid1 üzüyə görə 520 manat təklif etmiş və Eldəniz də onunla razılaşmışdır. Bu zaman Eldənizdən şəxsiyyət vəsiqəsini də tələb edib kserosurətini çıxarıb götürərək həmin üzüyü Şahid1 520 manata almışdır. Şahid1 mağazadan çıxıb getdikdən sonra həmin üzüyün saxta ola biləcəyindən şübhələnərək, qızıl olub-olmamasını kislata məhlulu ilə yoxlamış və üzüyün qızıldan olmadığını və aldadıldığını başa düşmüşdür. Hazırda ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Buna görə də Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində ifadə vermiş ş Şahid2 Zərərçəkmiş şəxs1 göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə-ekspertiza mərkəzindən alınmış xx xxxxxx 2020-ci il tarixli 186/187 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 10,50 qram kütləli üzük 925 əyarlı gümüşdən hazırlanmışdır, üzərinə qızıl təbəqə çəkilmişdir. Qaşları qiymətli qaşlara aid deyildir. 11,17 qram kütləli üzük 925 əyarlı gümüşdən hazırlanmışdır, üzərinə qızıl təbəqə çəkilmişdir. Qaşları qiymətli qaşlara aid deyildir. Ekspertiza tədqiqatına təqdim edilmiş məmulatların 2019-cu ilin sentyabr ayına olan pərakəndə satış qiymətləri təxminən aşağıdakı kimi müəyyən edilir;10,50 qram kütləli üzük - 31,0 manat; 11,17 qram kütləli üzük – 33,0 manat. Aparılmış ekspertizanın dəyəri 90 manat təşkil edir. məhkəmə-ekspertiza mərkəzindən alınmış xx xxxxxxx 2020-ci il tarixli 24132/24206 saylı rəydə göstərilmişdir ki, təqdim edilmiş 4 ədəd sarı-gümüşü rəngli metaldan, üzərində 5 ədəd ağ şəffaf qaşları olan üzük – üzərində “750” əyar damğası həkk olunmuşdur, metalı üzərinə 750 əyarlı qızıl təbəqə çəkilmiş təxminən 900 əyarlı gümüşə uyğundur, ümumi çəkiləri 34,20 qram, qaşları birilyantdır, ölçülər 0,014-0,017 karat intervalında dəyişir, 4/4keyfiyyətlidirlər. Ekispertiza tədqiqatına təqdim olunan 4 ədəd üzüyün ümumilikdə orta bazar qiyməti təxminən 275,0 manat müəyyən olunur. Ayrı-ayrılıqda qiymətləri tədqiqi hissədə göstərilmişdir. Aparılmış ekspertizanın dəyəri 109.5 manat təşkil edir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhklumuğu ödənilməmişdir. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2019-cu il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs1 işlətdiyi Göyçay şəhəri, H.Əliyev prospekti 34 ünvanda yerləşən lombarda bir ədəd 10,50 qram kütləli və bir ədəd 11,17 qram kütləli, hər biri 925 əyarlı gümüşdən hazırlanmış, üzərinə qızıl təbəqə çəkilmiş, qaşları qiymətli qaşlara aid olmayan 02 ədəd üzükləri təmiz qızıl adı ilə girov qoyaraq, Zərərçəkmiş şəxs1 800 manat pulunu ələ keçirməklə, bundan başqa xx xxxxxxxx 2019-cu il tarixdə saat 10 radələrində Göyçay şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən Zərərçəkmiş şəxs2 satıcı işlədiyi qızıl mağazasına üzərində “750” əyyar damğası həkk olunmuş, metalı üzərinə 750 əyyarlı qızıl təbəqə çəkilmiş, təxminən 900 əyyarlı gümüşə uyğun, ümumi çəkisi 8.66 qram olan bir ədəd metal üzüyü təmiz qızıl adı ilə sataraq Zərərçəkmiş şəxs2 520 manat pulunu ələ keçirməklə dələduzluq edərək Azərbaycan Respublikası CM-nin 178.2.2 maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetir və ona həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməli etiraf etməklə səmimi peşman olmasını, zərər çəkmiş şəxslərə dəymiş ziyanı ödədiyini, zərər çəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmadığını, cəzasını yüngülləşdirən hallar kimi, eləcədə cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq təqsirləndirildiyi CM-nin 178.1-cü maddəsində cərimə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Axtarışda olan Şəxsin tutulması barədə xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə tutulmuş,xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək Göyçay RPŞ-nin MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Təqsirləndirilən şəxs oğlunun həbsdə saxlanıldığı bir gün nəzərə alınmalı, ona təyin ediləcək cərimə cəzasından çıxılmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili X1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs oğlunun məhkəməyədək icraat dövründə hüquqlarını 10 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 10 saat hüquqi xidmətə görə vəkil X1 60 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan Göyçay rayon polis şöbəsində saxlanılan 02 ədəd zərfdə 03 ədəd üzüklər məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 199.5 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351, 353, 381, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib, 4000 manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışınadək həbsdə saxlandığı bir gün müddət CM-nin 69.4-cü maddəsinə əsasən nəzərə alınaraq ona təyin edilmiş cərimə cazası yüngülləşdirilərək, üzərində qəti olaraq 3700 manat cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Göyçay rayon polis şöbəsində saxlanılan 02 ədəd zərfdə 03 ədəd üzüklər məhv edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Gəncə şəhər Probasiya idarəsinə həvalə edilsin. İş üzrə ekspertiza xərci olan 199.5 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Xəlilov Təqsirləndirilən şəxs göstərilmiş 10 saat hüquqi xidmətə görə vəkil X1 96 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ013501**********2944, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №1(046)-32/2021
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-32/2021
23.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver