Məhkəmə qərarları › İş №1(046)-32/2025

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-32/2025

22.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-32/2025 22.04.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, Dövlət ittihamçısı X1, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə, xx.xx.1992-ci ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, məhkumluğu olmayan, Göyçay şəhəri H.Əliyev prospekti 112 ünvanında qeydiyyatda olmaqla həmin ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş xeyli miqdarda, yəni 0, 446 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edərək üzərində saxlayıb daşımış, xx.xx.2024-cü il tarixdə saat 15:34-də Göyçay RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Göyçay şəhəri H.Əliyev prospektində saxlanılaraq həmin tarixdə saat 15:34-dən 15:40-dək üzərinə baxış keçirilən zaman onun əynində olan göy rəngli cins şalvarın sağ cibinin üzərində olan kiçik cibdən 01 ədəd sellofan bükmdə təmiz çəkisi 0,446 qram, yəni xeyli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 21 oktyabr 2024-cü il tarixdə saat 15 radələrində Göyçay şəhəri H.Əliyev prospektində piyada gəzərkən, küçədə səkinin kənarında siqaret qutusu görmüş və ayağı ilə həmin siqaret qutusunu vurmuş, bu zaman içərsinin boş olmadığını görmüş, siqaret qutusunu götürmüş, siqaret qutusunu açmış və içərisində sellofan büküm olmasını görmüş, həmin sellofan büküm onun marağını çəkdiyi üçün özündə saxlamış, bundan təxminən 5-6 dəqiqə sonra həmin küçə ilə hərəkətdə olan zaman mülki geyimdə olan 4 nəfər şəxs ona yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını, üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirmişlər və videoçəkiliş vasitəsi ilə üzərində axtarış aparılmış, ona üzərində olan bütün əşyaları təqdim etməli oduğu izah edilmiş, əynində olan göy rəngli cins şalvarın sol cibinin üzərində olan kiçik cibdə saxladığı 01 ədəd sellofan büküm, özünə məxsus mobil telefonu, cib dəsmalını, alışqan və şəxsiyyət vəsiqəsini təqdim edərək yaxınlıqda olan daş hasarın üzərinə qoymuş, bundan sonra onun üzərindən aşkar edilmiş büküm elektron tərəzidə çəkilmiş, çəkisi 0,53 qram olmuş və daha sonra qablaşdırılmışdır. Bundan sonra polis əməkdaşları ilə birlikdə Göyçay rayon polis şöbəsinə gəlmiş, RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edilmiş və şübhəli şəxs qismində tutulmuş, RPŞ-də olan zaman müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarışın aparılması videoçəkiliş vasitəsi ilə qeydə alınmış, şəxsi axtarış zamanı polis əməkdaşı tərəfindən ona bir daha hüquqları izah edilmişdir.Törətdiyi əməldən peşmandır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, Göyçay rayon PŞnin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə etməsi, eləcə də üzərində saxlayaraq daşıması barədə 21 oktyabr 2024-cü il tarixdə ona əməliyyat məlumatı daxil olmuş, daha sonra daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün müvafiq sənədləşdirmələr aparılmış və əməliyyat qrupu yaradılmış, yaradılmış əməliyyat qrupuna Göyçay RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid2, Şahid4 və Şahid3 daxil edilmişdir. 21 oktyabr 2024-cü il tarixdə saat 15:34-də Təqsirləndirilən şəxs Göyçay şəhəri, H.Əliyev prospektində hərəkətdə olması barədə əməliyyat məlumatı almış, Təqsirləndirilən şəxs küçədə hərəkətdə olarkən saxlamış, daha sonra Təqsirləndirilən şəxs nə üçün saxladıqlarını izah edərək əməliyyat-axtarış tədbiri keçirilməsi barədə qərar əsasında üzərinə yoxlama keçiriləcəyi bildirilmiş, ona müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmiş, sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya və predmet olub-olmaması, əgər varsa təqdim etməsi bildirildikdə o, əynindəki mavi rəngli cins şalvarın sağ ön cibindən 1 ədəd “Samsung” markalı samrtfon telefon, sol ön cibindən 1 ədəd alışqan və özünə məxsus şəxsiyyət vəsiqəsi, sol arxa cibindən 1 ədəd cib dəsmalı, sağ arxa cibindən isə 1 ədəd şəffaf rəngli bükümü çıxarıb təqdim etmiş, daha sonra Göyçay RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və hər hansı əşya aşkar edilməmiş, Təqsirləndirilən şəxs şalvarının sağ arxa cibindən çıxardığı şəffaf rəngli bükümdə olan kütlənin nə olduğunu və haradan əldə etdiyini soruşanda o, həmin kütlənin “patı” kimi tanıdığı psixotrop maddə olan metamfetamin olduğunu və H.Əliyev prospektində gəzərkən tapdığını bildirmiş, sonra isə yoxlama zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş cib dəsmalı, şəxsiyyət vəsiqəsi və alışqan sübut əhəmiyyəti kəsb etmədiyi üçün özünə qaytarılmış, Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd şəffaf rəngli bükümdə ağımtıl rəngli psixotrop maddə olan metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkildikdə 0.53 qram olmuş, zərfə qoyularaq möhürlənmiş və videoçəkliş başa çatmış, həmin yerdə protokol yazmağa şərait olmadığı üçün Göyçay RPŞ-nə gəlmişlər, əməliyyat tədbiri zamanı Göyçay RPŞ-nin CAB-nin axtarış üzrə əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid4 tərəfindən “İphone 12 pro” markalı mobil telefonla vidoeçəkiliş aparılmış, həmin videoçəkiliş DVD diskə köçürülərək protokola əlavə edilmiş, bundan sonra Təqsirləndirilən şəxs, onun üzərindən aşkar edilərək götürülmüş və qablaşdırılmış 01 ədəd şəffaf büküm aidiyyəti üzrə təhvil verilmiş və tərəfindən raport tərtib edilmiş, bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən üşbhəli şəxs qismində tutulmuş və müdafiəçi ilə təmin edilmiş, daha sonra isə RPŞ-nin növbətçi hissəsində baxış və götürmə keçirilmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli “əməliyyat axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında” protokoldan və DVD disk görüntülərindən görünür ki, Təqsirləndirilən şəxs 21 oktyabr 2024-cü il tarixdə saat 15:34-də Göyçay şəhəri, H.Əliyev prospektində hərəkətdə olarkən Göyçay RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmış, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşqul olduğu üçün saxlanıldığı izah edilərək əməliyyat-axtarış tədbiri keçirilməsi barədə qərar əsasında üzərinə baxış keçiriləcəyi bildirilmiş, Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmiş, sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya və predmet olub-olmaması, əgər varsa təqdim etməsi bildirilmiş, Təqsirləndirilən şəxs əynindəki mavi rəngli cins şalvarın sağ ön cibindən 1 ədəd “Samsung” markalı samratfon telefon, sol ön cibindən 1 ədəd alışqan və özünə məxsus şəxsiyyət vəsiqəsi, sol arxa cibindən 1 ədəd cib dəsmalı, sağ arxa cibindən isə 1 ədəd şəffaf rəngli bükümü çıxarıb təqdim etmiş, daha sonra CAB-nin əməliyyat müvəkkili tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və hər hansı əşya aşkar edilməmiş, Təqsirləndirilən şəxs şalvarının sağ arxa cibindən çıxardığı şəffaf rəngli bükümdə olan kütlənin nə olduğunu və haradan əldə etdiyini soruşulmuş, həmin kütlənin “patı” kimi tanıdığı psixotrop maddə olan metamfetamin olduğunu və H.Əliyev prospektində gəzərkən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd şəffaf rəngli bükümdə ağımtıl rəngli psixotrop maddə olan metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkildikdə 0.53 qram olmuş, həmin maddə zərfə qoyularaq möhürlənmişdir. Cinayət işinə əlavə edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə X2 regional bölməsindən alınmış məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16-2-17/838 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd büküm...” sğzləri, adlar və imzalar olan 01 ədəd zərfin içərisindəki 01 ədəd sellofan bükümdə, təmiz çəkisi -0,446 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetmindir. Qeyd: 1) metamfetaminin təmiz çəkisi 0.446 qr: tədqiqata sərf edildi 0.050 qr, qalıq 1.396 qr. Aparılmış ekspertizanın xərci 71.94 manat təşkil edir. Cinayət işi üzrə təyin edilərək keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 18 fevral 2025-ci il tarixli 249 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-ci il tarixdə saat 15 radələrində Göyçay şəhəri H.Əliyev prospektində qanunsuz olaraq əldə etdiyi 0.446 qram psixotrop maddə metamfetmini üzərində saxlamaqla, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməli etiraf edərək səmimi peşman olduğunu cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən şəxsiyyətini, törətdiyi əməlin xarakterini, təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli cinayət törətməkdə şübhə edilən şəxsi tutma barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 16:05-də şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə təqdim edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə saat 14:06-da polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. Təqsirləndirilən şəxs həbsdə saxlandığı 2 gün müddət CM-nın 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından cıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri, həbs qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə zalından dərhal həbsə alınmalı, cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan Göyçay rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalan 0.396 qram psixotrop maddə metamfetmin məhv edilməli, 02 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan 71.94 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq məhkəmə ekspertiza mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışınadək həbsdə saxlandığı 2 gün müddət CMnin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlqıdan məhrum etmə cazasından çıxılaraq, üzərində qəti cəza olaraq 01 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin, məhkəmə zalından həbsə alınsın, cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Göyçay rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalan 0.396 qram psixotrop maddə metamfetmin məhv edilsin, 02 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan 71.94 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq məhkəmə ekspertiza mərkəzinin hesabına keçirilsin. Hökmün icrası maddi sübuta və məhkəmə xərcinə dair hissədə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar