Məhkəmə qərarları › İş №1(046)-34/2021

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-34/2021

02.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-34/2021 02.03.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxxx 1966-cı ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ailəli, ali təhsilli, fərdi əməklə məşqul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda pasport qeydiyyatda olmaqla Göyçay şəhəri, ünvan 2 ünvanda müvəqqəti qeydiyyatda olan və yaşayan, xx.xx.2020-ci il tarixdə barəsində “polisin nəzarəti altına” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində xx xxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs vahid qəsdlə davamlı olaraq özgənin əmlakını aldatma və etibardan sui- istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə tanış olduğu Ucar rayon, Yuxarı Şilyan kənd sakini Zərərçəkmiş şəxs oğlu Şahid1 Fövqəladə Hallar Nazirliyinə işə düzəldəcəyinə yalan vəd verib aldatmaqla xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Elmlər Akademiyası metrostansiyasının yaxınında 500 manat, xx.xx.2019-cu il tarixdə Göyçay şəhərində 4850 manat, 2019-cu ilin iyun ayının ortalarında Bakı şəhəri Neftçilər metrostansiyasının yaxınında 1000 manat, 2019- cu ilin iyul ayının ortalarında Göyçay şəhərində 700 manat, 2019-cu ilin iyul ayının sonlarında Göyçay şəhərində 1000 manat, 2019-cu ilin avqust ayının əvvəllərində Göyçay şəhərində 200 manat olmaqla ümumilikdə 8250 manat pulunu ələ keçirərək, Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki,xx.xx.2019-cu il tarixdə zərərçəkmiş şəxs Cəmaləddinlə görüşmüş, Cəmalədin ona oğlu Qüvvəti Fövqəladə Hallar Nazirliyində işə qəbul olunmasında köməklik etməyini xahiş etmiş, Cəmaləddinə orada Xoşbəxt adlı tanışının olduğunu və bunun üçün 8000 manat pul lazım olduğunu bildirmişdir. Bundan sonra xx.xx.2019-cu il tarixdə Bakı şəhərində Yasamal rayonunda Elmlər Akademiyası metrostansiyasının yaxınlığında çayxanaların birində zərərçəkmişin oğlu Qüvvətlə görüşmüş, Qüvvətin gətirdiyi sənədləri götürmüş və ümumilikdə bu işi düzüb qoşmaq üçün Cəmaləddindən istədiyi 8000 manat puldan 500 manat sənədləri vermək üçün lazım olduğunu bildirmişdir. Həmin vaxt Qüvvət ona Cəmaləddinin göndərdiyi 500 manat pulu vermişdir. Daha sonra xx.xx.2019-cu il tarixdə Cəmaləddinə zəng vuraraq 8000 manat pulun qalan hissəsini istəmiş və Göyçay rayonunda olduğunu bildirərək görüşməyi təklif etmişdir. Həmin gün Cəmaləddinlə zəngləşib Göyçay şəhərində yerləşən “Şah” adlanan restoranın çayxanasında görüşmüşlər. Görüşməzdən əvvəl qardaşı Şahid2 da zəng vurub xahiş etmişdir ki, bir nəfər şəxsdən borca pul alacaq bu məsələyə onun tərəfindən şahidlik etsin. Qardaşı Aqildə həmin çayxanaya gəlmişdir. Cəmaləddin də həmin vaxt oğlu Qüvvətlə oraya gəlmişdir. Cəmaləddini qardaşı Aqil ilə tanış etmişdir. Qardaşı Aqil onunla Cəmaləddinin arasında olan söhbətə qarışmamışdır. Cəmaləddin həmin vaxt ona cəmi 4800 manat pul gətirdiyini bildirmişdir. Bundan sonra öz xətti ilə ağ kağızda Cəmaləddindən cəmi 5300 manat borca pul almağı ilə bağlı qəbz tərtib etmişdir. Belə ki, həmin vaxt Cəmaləddin ona cəmi 4800 manat pul versə də, Qüvvətdən Bakı şəhərində 500 manat pulu da hesablamışlar. Sonra qardaşı Aqil çıxıb getmişdir. Cəmaləddingillə ayrılanda yol pulu olaraq 20 manat da pul istəmiş, ona əlavə 50 manat pul vermişdir. Təxminən 1 ay sonra Cəmaləddinə zəng vurub Qüvvəti Bakı şəhərinə narkoloji testdən keçmək üçün çağırmış və özü ilə 1000 manat pul gətirməsini, həmin pulun həkim komissiyasından keçmək üçün lazım olduğunu bildirmişdir. 2019-cu ilin iyun ayının ortalarında, xatırlamadığı tarixdə Qüvvət Bakı şəhərinə gəlmiş, onunla Neftçilər metrosunun yanında görüşmüşlər və Şirin Mirzəyev küçəsində yerləşən anonim narkoloji müalicə məsləhət kabinetə gedərək yalandan analizlər verəcəyini bildirmişdir. Orada Qüvvətdən 1000 manat pul almışdır. Cəmaləddinə zəng edərək Qüvvətin analizin nəticələrinin yaxşı olması barədə məlumat vermişdir. 2019-cu ilin iyul ayının ortalarında isə qardaşı Şahid2 zəng vurub özü Cəmaləddinə deyəcəyini və Aqil ilə görüşüb ona oğlu Qüvvətin işini düzüb qoşmaq üçün 700 manat pul verəcəyini, həmin pulu isə ona göndərməli olduğunu bildirmişdir. Qardaşı Aqil də həmin günü Cəmaləddinlə Göyçay şəhərində görüşüb ondan 700 manat pulu alıb ona göndərmişdir. 10-15 gün sonra yenidən Cəmaləddinə zəng edərək işi tezləşdirmək üçün əlavə 1000 manat lazım olduğunu demiş və pulu qardaşı Aqilə verməsini bildirmişdir. Qardaşı Aqil də Cəmaləddinin ona verdiyi 1000 manat pulu alıb Bakı şəhərinə ona göndərmişdir. Ertəsi gün Aqilə zəng vurub bildirmişdir ki, təcili 200 manat pul tapıb Bakıya göndərsin, özü isə Cəmaləddinə deyəcək ki həmin pulu Aqilə qaytarsın. Qardaşı Aqil də ona 200 manat pul göndərmiş, sonra isə Cəmaləddinə zəng vurub yalandan oğlu Qüvvətin işi ilə bağlı əlavə xərclər çıxdığını və təcili lazım olduğu üçün Aqilin ona 200 manat pul göndərdiyini, həmin pulu qardaşı Aqilə qaytarmasını bildirdmişdir. Sonradan bilmişdir ki, Cəmaləddin həmin 200 manat pulu hissə-hissə Aqilə qaytarmışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmə baxışı zamanı zərərçəkmişə borclu olduğu 8250 manat puldan 2250 manatı qaytarmış, zərərçəkmiş Zərərçəkmiş şəxs ilə razılaşaraq qalan 6000 manatı ayda 300 manat ödəməklə geri qaytaracağını öhdəsinə götürmüşdür. İş üzrə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə saat 15 radələrində Göyçay şəhərində Təqsirləndirilən şəxs ilə tanış olmuş, Təqsirləndirilən şəxs ilə oğlu Qüvvətin FHN-ə işə düzəltməsi ilə bağlı razılaşmışlar, bunun üçün 8000 manat pul lazım olacağanı bildirmiş, Adil ilə razılaşdır. xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs ona zəng edərəl Şahid1 Bakı şəhərinə çağırtdırmış və sənədləri vermək üçün xərclər olduğunu bildirərək ümumilikdə ondan istədiyi 8000 manat puldan 500 manat lazım olacağını bildimişdir. Oğlu Qüvvətə 500 manat pul verib Bakı şəhərinə göndərmiş, Qüvvət də orada Təqsirləndirilən şəxsla görüşərək sənədləşdirmə aparılması üçün 500 manat pul vermişdir. xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs ona zəng vuraraq oğlu Qüvvəti işə düzəltmək üçün lazım olan 8000 manat pulun qalan hamısını istəmiş və Göyçay rayonunda olduğunu bildirmişdir. Adilə inandığı üçün məcbur olaraq evdən 4800 manat pulu götürüb əvvəlcədən Adil ilə zəngləşib oğlu Şahid1la birlikdə həmin günü günortaya yaxın yaxtda Göyçay şəhərinə gəlmişdir. Şəhərin mərkəzində adını bilmədiyi çayxananın yanma getmişlər, Təqsirləndirilən şəxsla çöldə görüşüb çayxanaya keçdikdə Adilin qardaşı Şahid2 da çayxanada olduğunu demişdir. Şahid2la görüşüb tanış olmuşdur. Bu zaman Adil ona 8000 manat pulun qalan hamısını verməli olduğunu deyəndə Adilə 4800 manat pul gətirdiyini, artıq pul tapa bilmədiyini bildirmişdir. Adil ondan 4800 manat pulu alarq Təqsirləndirilən şəxs qəbz tərtib edilməsini bildirmiş və qəbzi Təqsirləndirilən şəxs özü şəxsən yazaraq qəbzdə Bakı şəhərində verilmiş 500 manat pul da həmin vaxt verdiyi 4800 manat pulun üstünə gələrək ümumilikdə 5300 manat pulunu borc olaraq 3 ay müddətində Təqsirləndirilən şəxs verdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs həmin pulu götürdükdən sonra isə ondan 20 manat yol xərci kimi, yəni benzin pulu kimi istəmişdir. Adilə 50 manat vermişdir. 1 ay sonra Təqsirləndirilən şəxs oğlu Qüvvəti Bakı şəhərinə narkoloji testdən keçmək üçün çağırmış və özü ilə 1000 manat pul gətirməsini, həmin pulun həkim komissiyasından keçmək üçün lazım olduğunu bildirmişdir. 2019-cu ilin iyun ayının ortalarında, Adil narkoloji tesdən keçməsi üçün Qüvvəti Bakı şəhərinə çağırtdırmışdır. Qüvvətə 1000 manat pul verib Bakı şəhərinə göndərmişdir. Oğlu Qüvvət isə Bakı şəhərində Neftçilər metrosunun yanında Təqsirləndirilən şəxsla görüşərək analiz vermək üçün getmişlər. Klinikanın yanında Təqsirləndirilən şəxs oğlu Qüvvətdən 1000 manat pul almışdır. 2019-cu ilin iyul ayının ortalarında Təqsirləndirilən şəxs ona zəng edərək qardaşı Aqili Göyçay rayonunda gedib görməsini demişdir. Göyçay rayonuna gedib Şahid2la “Nar market” mağazasının yaxınlığında yerləşən çayxanda görüşən zaman ona oğlu Qüvvətin işi ilə bağlı Adilin ona 700 manat pul lazım olduğunu dediyini bildirmişdir. Ucar rayonuna qayıdıb pul taparaq geri qayıtmış və həmin çayxanada kənara çəkilərək Şahid2 700 manat pulu ondan almışdır. Adilə zəng vurub qardaşı Aqilə 700 manat pul verdiyini bildirmişdir. 10-15 gün sonra Təqsirləndirilən şəxs ona yenidən zəng edərək işi tezləşdirmək üçün əlavə 1000 manat lazım olduğunu demiş və pulu qardaşı Aqilə verməsini bildirmiş, həmin tarixdə Şahid2la zəngləşib 1000 manat pulu aparıb Göyçay rayonu “Dörd yol” deyilən yerin yaxınlığında olan yanacaqdoldurma məntəqəsinin ərazisində vermişdir. Aqil bildirmişdir ki, pulu özü Bakı şəhərinə aparacaqdır. Pulu Aqilə verən zaman oğlu Qüvvət onun yanında olmuşdur. Ertəsi gün Şahid2 ona zəng edərək əlavə 200 manat da xərcinin çıxdığını, özünün borc alıb həmin məbləğdə pulu Adilə göndərdiyini, həmin 200 manatı ona qaytarmasını bildirmişdir. 2 gün sonra 100 manat pulu Göyçay rayonunda “Nar” marketin qarşısında yerləşən çayxanada Şahid2 vermiş, daha 1 həftə sonra isə Adil ondan qalan 100 manatı da istədiyinə görə aparıb həmin məbləğdə pulu həmin yerdə Şahid2 vermişdir. Bundan sonra işin həll olunmasını gözləmiş, lakin 2019-cu ilin avqust ayından Təqsirləndirilən şəxs zəng etsə də onun istifadəsində olan ********** mobil nömrəyə zəng çatmamışdır. Hazırda təqsirləndirilən şəxs ona borclu olduğu 8250 manat pul məbləğindən məhkəmə baxışları zamanı 2250 manatı qaytarmış, qalan 6000 manat pulu isə hissəhissə hər ay 300 manat olmaqla qaytaracağını öhdəsinə götürmüşdür. Buna görə də təqsirləndirilən şəxs barəsində heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. İş üzrə şahid qismində ifadə vermiş Şahid1 Cəmaləddin oğlu göstərmişdir ki, xx.xx.2019- cu il tarixdə saat 15 radələrində Göyçay şəhərində Təqsirləndirilən şəxs ilə tanış olmuşdur, Adil ilə atası onun FHN-nə işə düzəltməsi ilə əlaqədar köməklik edəcəyini və bunun üçün 8000 manat pul lazım olduğunu bildirmişdir.xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs onu pulla Bakı şəhərinə çağırtdırmış, Təqsirləndirilən şəxs ondan sənədləri vermək üçün xərclər olduğunu demiş və atası Cəmaləddini verdiyi 500 manat pulu ondan almışdır. xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs atası Cəmaləddinə zəng vuraraq onu işə düzəltmək üçün lazım olan 8000 manat pulun qalan hamısını verməsini, onu işə qəbul etdirmək üçün mütləq pulun verilməli olduğunu və hazırda Göyçay şəhərində olduğunu demişdir. Atası Cəmaləddin evdən 4800 manat pulu götürüb onunla birlikdə Göyçay rayonuna gəlmişlər. Təqsirləndirilən şəxsla görüşmüşlər, orada görüşüb çay içərkən Adil onlara 8000 manat pulun qalan hamısının lazım olduğunu bildirmişdir. Atası Cəmaləddin isə ona bu qədər pullarının olmadığını, yalnız 4800 manat pullarının olduğunu demişdir. Adil də həmn vaxt telefonla zəng edib adını “Xoşbəxt” dediyi şəxslə danışaraq pulu düzəldə bilmədiklərini söyləmişdir. Təqsirləndirilən şəxs isə telefonu qardaşı Aqilə vermiş və telefonda danışarkən bildirmişdir ki, pul tapa bilməyiblər, 500 manat Bakı şəhərində verildiyi pulu da nəzərə alaraq 5300 manat pul toplanır. Həmin şəxs də razılaşmışdır. Alası da pulu Adilə verməyə razılaşmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs qəbz tərtib edilməsini bildirmiş və qəbzi özü şəxsən yazmışdır. Qəbzdə Bakı şəhərində Adilə verdiyi 500 manat pul da verilən 4800 manat pulun üstünə gələrək ümumilikdə 5300 manat 3 ay müddətinə Təqsirləndirilən şəxs borca verdilməsi qeyd edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs bu işlə bağlı onlardan Bakıə şəhərinə getmək üçün benzin üçün 20 manat da istəmiş və atası Cəmaləddin Adilə 50 manat pul vermişdir ki, narazı qalmasın. Bir ay sonra Təqsirləndirilən şəxs onu Bakı şəhərinə narkoloji testdən keçmək üçün çağırmış və 1000 manat pul gətirməsini, həmin pulun həkim komissiyasından keçmək üçün lazım olduğunu və müəyyən xərclərin çıxacağını demişdir. 2019-cu ilin dəqiq tarixini bilmədiyi, iyun ayının ortalarında atası Cəmaləddinin verdiyi 1000 manat pulu götürüb narkoloji testdən keçmək üçün Bakı şəhərinə getmişdir. Təqsirləndirilən şəxsla Neftçilər metrostansiyasının yanında görüşmüş, ona Q.Qarayevdə yerləşən klinikada analizlər verəcəyini demişdir. Həmin yerə Adil ilə gedərək orada 1000 manat pul vermişdir. Çölə çıxandan sonra Təqsirləndirilən şəxs atası Cəmaləddinə zəng edərək analizin nəticələrinin yaxşı olduğunu demiş və sentyabr ayında nazirliyə çağıracaqlarını demişdir. Daha sonra isə 2019-cu ilin iyul ayının ortalarında Təqsirləndirilən şəxs atası Cəmaləddinə zəng edərək qardaşı Aqili Göyçay rayonunda gedib görməyini demişdir. Belə ki, Adil atası Cəmaləddinə işi ilə bağlı nazirliyə 700 manat pul vermək lazım olduğunu, özü Bakı şəhərində olduğundan həmin pulu aparıb qardaşı Aqilə verməsini demişdir. Atası Cəmaləddin Göyçay rayonuna gedəndə Şahid2la “Nar marketin” yaxınlığında yerləşən çayxanda görüşərək 700 manat pulu Adilə göndərməsi, üçün vermişdir. Təxminən 10-15 gün sonra, 2019-cu ilin iyul ayının son günlərində Təqsirləndirilən şəxs atası Cəmaləddinə zəng edərək işi tezləşdirmək üçün əlavə 1000 manat pul lazım olduğunu demiş və pulu qardaşı Aqilə verməsini bidirmişdir. Atası Cəmaləddin də 1000 manat pulu aparıb Göyçay rayonu “Dörd yol” deyilən yerin yaxınlığında olan yanacaqdoldurma məntəqəsində Adilin qardaşı Aqilə vermişdir. Aqil pulu Bakıya özü aparacağını bildirmişdir. Ertəsi gün isə Təqsirləndirilən şəxs atası Cəmaləddinə zəng edərək əlavə 200 manat da xərcinin çıxdığını, borc alıb Adilə onun yerinə verdiyini bildirərək həmin pulu istəmişdir. Atası Cəmaləddin də 1-2 gün sonra 100 manat, daha 1 həftə sonra isə əlavə 100 manatı da aparıb eyni yerə Şahid2 vermişdir. Həmin tarixdən bu günə kimi də Təqsirləndirilən şəxs atası Cəmaləddinə əvvəlcədən onu işə düzəltməsi ilə bağlı vermiş olduğu vədə əməl etməmiş və dələduzluq yolu ilə ümumilikdə 8,250 manat pullarını ələ keçirmişdir. İş üzrə şahid qismində ifadəsi elan edilmiş Şahid2 ifadəsindən görünür ki, xx.xx.2019-cu il tarixdə saat 12 radələrində qardaşı Təqsirləndirilən şəxs ona zəng vurub Göyçay şəhəri H.Əliyev prospektində yerləşən “Şah” restoranın yanında olan çayxanaya çağırmış və orada Camaləddin adlı şəxsdən borca pul alacağını, buna şahid durmağını demişdir. Həmin vaxt qardaşı Təqsirləndirilən şəxs da oraya gəlib kimləsə telefonla danışıb küçəyə çıxmış və biraz sonra adlarını sonra bildiyi Zərərçəkmiş şəxs və oğlu Şahid1la içəriyə daxil olaraq onu həmin şəxslərə təqdim edərək onları tanış etmişdir. Qardaşı Adil ilə Cəmaləddin öz aralarında oğlu Qüvvəti FHN-ə işə düzəltməklə bağlı danışıqlar aparmışlar. Söhbətdən ona məlum olmuşdur ki, qardaşı X1 FHN-ə işə düzəldəcəyini vəd edib və bunun üçün ondan 8000 manat pul istəyibdir. Zərərçəkmiş şəxs 4800 manat pul gətirdiyini bildirəndə isə qardaşı Adil həmin məbləğin az olduğunu bildirmişdir. Cəmaləddinin 8000 manat pul tapa bilmədiyini, cəmi 5300 manat pulunun olduğunu bildirmişdir. Sonra qardaşı Adil Cəmaləddingilə qeyd edilən pulla razı olduğunu bildirərək Cəmaləddindən gətirdiyi pulu istəmişdir. Bir daha dəqiqləşdirmək üçün Camaləddin Məmmədovdan nə üçün 5300 manat pulu qardaşı Təqsirləndirilən şəxs verdiyini soruşanda, Cəmaləddin ona pulu Adilə məhs oğlu Şahid1 Fövqəladə Hallar Nazirliyinə işə düzəltmək üçün verdiyini demişdir. Qardaşı Adilin də geniş əlaqələri olduğundan buna inanmış və onların arasında olan söhbətə qarışmayaraq ətraflı maraqlanmamışdır. Camaləddin Məmmədov 4800 manat pulu onun və Qüvvətin yanında sayaraq qardaşı Təqsirləndirilən şəxs vermişdir. Adil isə öz xətti ilə yazdığı borc kimi Cəmaləddindən 5300 manat pul almasını əks etrdirəm qəbz tərtib edmişdir. Həmin vaxt o, 4800 manat pul ola ola nə səbəbə kağızda 5300 manat qeyd etdiklərini soruşanda, bildirmişlər ki, əvvəlcədən Cəmaləddin qardaşı Adilə 500 manat pul verib, indi isə 4800 manat olmaqla, ümumilikdə 5300 manat pul edir. Şahid kimi o, və Camaləddinin oğlu Qüvvət də həmin qəbzi imzalamışlar. Ona həmin vaxt məlum olmuşdur ki, bir müddət əvvəl də Cəmaləddin qardaşı Adilə 500 manat pul vermişdir. Ona məlum oldu ki, Cəmaləddinlə qardaşı Adil Qüvvəti FHN-nə işə düzəltmək barədə razılaşıblar, lakin onun əvvəlcədən bu barədə hər hansı bir məlumatı olmamışdır. Bundan sonra çayxanadan çıxıb getmişdir. Onların arasında sonradan nə kimi söhbətlərin olmasından xəbəri olmamışdır. Daha sonra 2019-cu ilin iyul ayının ortalarında qardaşı Təqsirləndirilən şəxs ona zəng edərək Cəmaləddinə onunla görüşməyi bildirdiyini və ona 700 manat pul verəcəyini bildirərək həmin pulu ondan götürüb Bakı şəhərinə özünə göndərməyini xahiş etmişdir. Cəmaləddinə etiraz etməmişdir. Biraz sonra Camaləddin Məmmədov ona zəng vuraraq Göyçay şəhəri, Ə.Kərim küçəsində yerləşən köhnə “Nar” marketlə üzbəüz çayxananın yaxınında olduğunu ora gəlməyini bildirmişdir. “Nar” Marketin yaxınlığında yerləşən həmin çayxanaya gedərək Cəmaləddinlə təklikdə görüşmüşdür. Cəmaləddinə Adilin ona zəng vurub Qüvvəti işə düzəltməklə bağlı 700 manat pul verəcəyi və həmin pulu ona göndərməli olmasını deməsi barədə söyləmişdir. Cəmaləddin də ona 700 manat pul vermiş və o da həmin pulu Cəamaləddindən alıb biraz sonra yol maşını ilə Bakı şəhərinə qardaşı Adilə göndərmişdir. Adil isə pulu qəbul edib ona xəbər vermişdir. Təxminən 10-15 gün sonra Cəmaləddin özü ona zəng vurub 1000 manat qardaşı Adilə verməli olduğunu, həmin pulu onun vasitəmlə göndərmək isətdiyini bildirmiş və Göyçay rayonu “Dörd yol” deyilən yerin yaxınlığında olan yanacaqdoldurma məntəqəsinə çağırıb oraya oğlu Qüvvətlə gəlib ona 1000 manat pul vermişdir. Pulu alandan sonra qardaşı Adilə zəng vurub Cəmalədinin ona göndərməsi üçün pul verdiyini bidirərək bunun nə işlə bağlı olduğunu soruşmuşdur. Həmin vaxt qardaşı Adil ona “”özümüz bilərik pulu yolla” sözləri demişdir. O da, biraz sonra 1000 manat pulu Adilə yollamışdır. Ertəsi gün qardaşı Adil ona zəng vurub Cəmaləddinin işi ilə bağlı təcili ona 200 manat pul göndərməsini, Cəmaləddinə deyəcəyini və ona həmin pulu verəcəyini bildirmişdir. 200 manat pul tapıb Adilə göndərmiş, sonra isə Cəmaləddinə zəng vurub Adillə aralarında olan işlə bağlı sonuncuya 200 manat pul göndərdiyini, həmin pulun ona qaytaracağını demişdir. Daha sonra isə qardaşı Adillə əlaqə saxlayıb bir daha kimləsə pul söhbəti edərkən onu işlərinə qatmamasını, özü üçün problemlər yaradacağını bildirmişdir. Təxminən 1-2 gün sonra isə Cəmaləddin Göyçay rayonunda, “Nar” marketin qarşısında yerləşən çayxanada gətirib ona 200 manatın 100 manatını vermişdir. Təxminən bir həftə keçməsinə baxmayaraq Cəmaləddin qalan 100 manat pulu ona vermədiyindən onun pulunu gətirib verməsini demişdir. Cəmaləddin də qalan 100 manat borcunu gətirib ona vermişdir. Şahid2 teleqram vasitəsi ilə məhkəməyə müraciət edərək, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və məhkəməyə gələ bilmədiyinin nəzərə alınmasını xahiş etmişdir. İş üzrə şahid qismində ifadəsi elan edilmiş Şahid4 ifadəsindən görünür ki, ünvan 3 ünvanında yerləşən X2 rəhbərlik etdiyi anonim narkoloji müalicə məsləhət kabinetində tibb bacısı işləyir. Həmin müalicə müəssisəsində anonim formada narkoloji və alkoqolik xəstələri müalicə alırlar. Ucar rayon sakini Şahid1 Cəmaləddin oğlunu xatırlayır. 2019-cu ilin yay aylarında Qüvvət ilə Adil onun işlədiyi kabinetə müraciət etmişlər. Adil onun işlədiyi müəssisəyə gələrək Qüvvəti təqdim edib, narkoloji testdən keçirmək istəmişdir. Qüvvətdən şəxsiyyət vəsiqəsini götürərkən testdən keçən şəxsin onun Ucar rayon sakini Şahid1 Cəmaləddin oğlunun olmasını şəxsiyyət vəsiqəsindən görmüşdür. Adil və Qüvvətdən heç bir məbləğdə pul almamışdır, eyni zamanda müraciət birdəfəlik müayinə testi olduğundan jurnalda heç bir qeydiyyat aparmamışdır. Adil ilə Qüvvət oraya gələn zaman onlaırn arasında olan söhbətə fikr verməmiş və nə barədə söhbət etdiklərini bilmir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək hazırda Təqsirləndirilən şəxs ona borclu olduğu 8250 manat puldan 2250 manatını ödədiyini, Adilin ona borclu qaldığı 6000 manat pulun hissə-hissə hər ay 300 manat ödəməyi öhdəsinə götürdüyü barədə razılaşdığını, buna görə də Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını bildirmişdir. Göyçay RPŞ-nin Q və ŞVQ-nın 211 nömrəli Müvəqqəti qeydiyyat vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs Göyçay şəhəri, Füzuli küçəsi ev 37-də müvəqqqəti qeydiyyatadadır. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs vahid qəsdlə davamlı olaraq özgənin əmlakını aldatma və etibardan sui- istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə tanış olduğu Ucar rayon, Yuxarı Şilyan kənd sakini Zərərçəkmiş şəxs sonuncunun oğlu Şahid1 Fövqəladə Hallar Nazirliyinə işə düzəldəcəyinə yalan vəd verib aldatmaqla xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Elmlər Akademiyası metrostansiyasının yaxınında 500 manat, xx.xx.2019-cu il tarixdə Göyçay şəhərində 4850 manat, 2019-cu ilin iyun ayının ortalarında Bakı şəhəri, Neftçilər metrostansiyasının yaxınında 1000 manat, 2019- cu ilin iyul ayının ortalarında Göyçay şəhərində 700 manat, 2019-cu ilin iyul ayının sonlarında Göyçay şəhərində 1000 manat, 2019-cu ilin avqust ayının əvvəllərində Göyçay şəhərində 200 manat olmaqla ümumilikdə 8250 manat pulunu ələ keçirərək, Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi tam sübuta yetir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyrimümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödədiyini, zərərçəkmiş şəxsə dəymiş ziyanla bağlı razılıq əldə etdiyini, İİ qrup olduğunu, zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbinin olmadığını cəzasını yüngülləşdirilən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Axtarışda olan şəxsin tutulması barədə xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 17:00-da tutulmuş Göyçay RPŞ-nın MSY-ə təqdim olunmuşdur. xx.xx.2020-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs oğlunun həbsdə saxlanıldığı iki gün nəzərə alınmalı, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə və məhkəmə baxışları dövründə hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə və məkəmə icraatı zamanı hüquqlarını 11 saat müddətində müdafiə etmişdir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə və məhkəmə baxışları dövründə hüquqlarını 11 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 11 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 66 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351, 353, 381, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışınadək həbsdə saxlandığı iki gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cazasından çıxılaraq, üzərində qəti olaraq 01 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Göyçay rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş 11 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 66 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Hökmün icrası Göyçay rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar