Məhkəmə qərarları › İş №1(046)-34/2023

Göyçay Rayon Məhkəməsi Qərar — İş №1(046)-34/2023

27.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 1(046)-34/2023 27.02.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 və müdafiəçisi Müdafiəçi iştirakı ilə, X2 Azərbaycan Respublikasının CM-nin 147.1 və 148-ci maddələri ilə ittiham olunmasına dair barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətə məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: X2 Azərbaycan Respublikasının CM-nin 147.1 və 148-ci maddələri ilə ittiham olunmasına dair xüsusi ittiham qaydasında X3 tərəfindən Göyçay rayon Məhkəməsinə şikayət verilmişdir. Xüsusi ittiham qaydasında şikayətin məhkəmə baxışı məhz bu məhkəməyə aiddir. Buna baxmayaraq işin məhkəmə baxışının qeyri-mümkünlüyünə səbəb olan hallar vardır. Belə ki, xüsusi ittiham qaydasında verilmiş şikayətdən görünür ki, X3 ona görə məhkəməyə xüsusi ittiham qaydasında şikayət edərək X2 Azərbaycan Respublikası CMnin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini istəmişdir ki, X4 xx.xx.2022-ci il tarixində Mingəçevir şəhərində Ana dili abidəsinin arxasında yerləşən parkda özünə məxsus olan «Milli News» Youtube kanalında canlı açaraq Mingəçevir səhərində 4 qadın “REKERTLİK” edir başlığı altında çıxışlar etmişdir. Bundan sonra həmin videonu «Milli News», «Xalqın xəbəri» Youtube səhvələrində və TikTok Sosial şəbəkəsində «sevdamsenl990» (SƏN_MƏNİM_TƏK_DİLƏYİM) istifadəçi adı altında yaratdığı səhifəsində paylaşmışdır. Çıxışında bildirmişdir ki, “X7, X5, X6 və Tutu adında qadınlar mütəmadi olaraq mənim şərəf və ləyaqətimi alçaltmışdırlar və mənə məxsus nömrəni hər hansı bir sosial şəbəkədə yayaraq, hər hansı tanımadığım bir insanlara paylayırlar. Mingəçevir şəhərində bu 4 qadının mənə etdiyi təzйiqlərdən təngə gəlmişəm. Polis orqanı Zeynəb, Vüsalə, Aytən kimi qadınlar nə qadınlar olub ki məni öldürsələr bundan vaz keçirlər,mənim şikayətimə baxmırlar. Bu qadınlar mütəmadi olaraq məni təzйiqə məruz qoyur, evimə basqın edir, uşaqlarıma və özümə şiddət göstərirlər. Bu qadınlar sözün əsl mənasında Mingəçevir şəhərində reketlik edirlər. Mənim və övladlarımın həyatı təhlükədə olduğu halda şikayət edirəm, lakin Polis əməkdaşları bu qadınlardan izahat ala bilmir. Mənim uşağımın həyatı təhlükədədir. Biz dərdimizi kimə deyək ki, Mingəçevirdə bu dörd qadınlar at oynadır, bunların qarşısını ala bilən tapılmır. Bu qadınlar qrup şəklində mənim evimə basqın edir, məni günahsız yerə hər hansı bir şeydə şərəf və ləyaqətimi alçaldır, məni əxlaqsız kimi qələmə verir. Bunların qarşısını alan yoxdur. Zeynəb, Vüsalə, Aytən kimi qadınlar hegеmonluq edir, istədiyi adamın həyatında problem yaşadır. Bu qadınlar mənim həyat yoldaşımın işindədə problem yaradıblar, bu qadınlara görə mənim həyat yoldaşım əmək haqqı almır buna görə də uşaqlarımın çörək almağa pulu belə yoxdur. Bununla bağlı vəkilə müraciət etdim, vəkil mənə bildirdi ki, Zeynəb, Aytən, Vüsalə adlı qadınların adları keçdiyi yerdə heç bir orqan sənin şikayətinə baxa bilməz. Mingəçevir şəhərində bu qadınların dediyi qanundur. Bu çıxışlarımı mütəmadi olaraq edəcəm, artıq məni intihar həddinə çatdırıblar. Xahiş edirəm barələrində ölçü götürəsiniz” - kimi ifadələrlə bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan yalan məlumatların kütləvi nümayiş etdirilən internet informasiya ehtiyyatında yaymış, həmçinin kütləvi nümayiş etdirilən internet inформasiya ehtiyyatında onun şərəf və ləyaqətini nаlayiq formada qəsdən alçaltmışdır. Yaydığı bu çıxışlara “Milli News” youtube kanalında 1300 nəfərdən artıq baxış, “Xalqın Xəbəri” Youtube kanalında 244 nəfərdən artıq baxış, Tiktok sosial şəbəkəsində isə 2506 baxış etmişdir. Yaydığı bu çıxışların rəy bölümündə isə onları müzakirəyə çıxarmışdır. Müzakirə nəticəsində tanımadığı insanlar onların barəsində müxtəlif aşağılayıcı ifadələr yazmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən böhtan cinayəti ,yəni yalan olduğunu bilə-bilə,hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda,kütləvi nümayiş etdirilən əsərdə,kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymadır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir cinayəti, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə,kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmadır. Göründüyü kimi cinayət qanunvericiliyinə görə böhtan cinayətinin obyektiv cəhəti bilə-bilə yayılan məlumatın yalan olmasında, başqa şəxsin şərəf və ləyaqətini ləkələyən və ya nüfuzdan salan məlumatların kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə,kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmasında ifadə olunur. Yalan məlumatlar ümumi xarakterli ifadələrdən ibarət olmamalı,konkret faktlarla bağlı olmalıdır. Təhqir cinayətinin obyektiv cəhəti isə kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında başqa şəxsin şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada alçaltmada ifadə olunur. Hazırki iş üzrə xüsusi ittiham qaydasında verilmiş şikayətdə qeyd edilmiş “X3, X7, X6 və Tutu adında qadınlar mütəmadi olaraq mənim şərəf və ləyaqətimi alçaltmışdırlar və mənə məxsus nömrəni hər hansı bir sosial şəbəkədə yayaraq, hər hansı tanımadığım bir insanlara paylayırlar. Mingəçevir şəhərində bu 4 qadının mənə etdiyi təzйiqlərdən təngə gəlmişəm. Polis orqanı Zeynəb, Vüsalə, Aytən kimi qadınlar nə qadınlar olub ki, məni öldürsələr bundan vaz keçirlər,mənim şikayətimə baxmırlar. Bu qadınlar mütəmadi olaraq məni təzйiqə məruz qoyur, evimə basqın edir, uşaqlarıma və özümə şiddət göstərirlər. Bu qadınlar sözün əsl mənasında Mingəçevir şəhərində reketlik edirlər. Mənim və övladlarımın həyatı təhlükədə olduğu halda şikayət edirəm, lakin Polis əməkdaşları bu qadınlardan izahat ala bilmir. Mənim uşağımın həyatı təhlükədədir. Biz dərdimizi kimə deyək ki, Mingəçevirdə bu dörd qadınlar at oynadır, bunların qarşısını ala bilən tapılmır. Bu qadınlar qrup şəklində mənim evimə basqın edir, məni günahsız yerə hər hansı bir şeydə şərəf və ləyaqətimi alçaldır, məni əxlaqsız kimi qələmə verir. Bunların qarşısını alan yoxdur. Zeynəb, Vüsalə, Aytən kimi qadınlar hegеmonluq edir, istədiyi adamın həyatında problem yaşadır. Bu qadınlar mənim həyat yoldaşımın işindədə problem yaradıblar, bu qadınlara görə mənim həyat yoldaşım əmək haqqı almır buna görə də uşaqlarımın çörək almağa pulu belə yoxdur. Bununla bağlı vəkilə müraciət etdim, vəkil mənə bildirdi ki, Zeynəb, Aytən, Vüsalə adlı qadınların adları keçdiyi yerdə heç bir orqan sənin şikayətinə baxa bilməz. Mingəçevir şəhərində bu qadınların dediyi qanundur. Bu çıxışlarımı mütəmadi olaraq edəcəm, artıq məni intihar həddinə çatdırıblar. Xahiş edirəm barələrində ölçü götürəsiniz” ifadəsi ümumi xarakterli olduğundan və başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltmadığından nə böhtan, nə də ki, təhqir cinayətinin obyektiv cəhətini təşkil etmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4,302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadığından xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina barədə qərar qəbul edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 299,300,384-cü maddələrini rəhbər tutaraq qərara aldı: X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddəsi ilə ittiham olunmasına dair X3 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar