Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-34/2024 07.05.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ saat 16:10-da Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyası, Göyçay rayon Vəkil bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2 iştirakı ilə, xx.xx.1994-cü ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Göyçay rayonu Qızılağac kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə və xx.xx.1997-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu ödənilmiş, Göyçay rayonu Qızılağac kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 16 dekabr 2023-cü il tarixdə saat 10 radələrində birlikdə qabaqcadan əlbir olub bir qrup təşkil edərək Göyçay rayonu, Qızılağac kəndində yerləşən Şahid3 məxsus Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 istifadəsində olan ətrafı hasarlanmış bağ sahəsinin ağac budaqlarından hazırlanmış qapısının üzərində olan məftili açaraq bağ sahəsinə qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs1 məxsus 1 baş dişi cinsində diri çəkisi 50 kq olan 400 manat dəyrərində qoyunu və Zərərçəkmiş şəxs2 məxsus 1 baş dişi cinsində diri çəkisi 60 kq olan 500 manat dəyərində qoyunu gizli olaraq talayıb birgə iştirakçılıqla oğurluq etmişlər. Məhkəmə baxışında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadə verərək bildirdi ki, o, Göyçay rayonu, Qızılağac kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Özünə məxsus «Vaz 2102» markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Təqsirləndirilən şəxs2 onun əmisi oğludur. Həmçinin Əfqan da Qızılağac kəndində yaşayır. xx.xx.2023-cü il tarixdə səhər saat 09 radələrində Əfqan ilə Göyçay rayonu Qızılağac kəndi ərazisində görüşmüş və Əfqan ona məxsus avtomobilə əyləşmişdir. O, işsiz olduğu üçün maddi çətinlik içərisində yaşadığından həmin vaxt pula ehtiyacı olmuşdur. Əfqanla ona məxsus avtomobildə söhbət edərkən Əfqana ona pul lazım olduğunu bildirmiş, həmçinin Əfqan da maddi vəziyyəti yaxşı olmadığını və pula ehtiyacı olduğunu demişdir. Bu zaman o, Əfqandan kənddə heyvanların harada otarılmasmı soruşmuş, Əfqan isə ona Qızılağac kəndi ərazisindən keçən su arxının yaxınlığında olan bağ sahəsində qoyun sürüsünün otarıldığını demişdir. Onlar həmin vaxt Əfqanla həmin yerə gedib oradan xırdabuynuzlu heyvan oğurlayaraq satıb pul əldə etmək qərarına gəlmiş və bundan sonra ona məxsus avtomobillə Əfqanla birlikdə Qızılağac kəndində həmin bağ sahəsinin yaxınlığına getmişlər. O, avtomobili bağ sahəsinin girişinin yaxınlığında saxlamış və onlar avtomobildən düşmüşlər. Həmin bağ sahəsinin ətrafı kol kos və yerə basdırılmış ağac parçaları ilə hasarlanmış, bağ sahəsinin ağac budaqlarından hazırlanmış qapısı məftillə bağlanmışdır. Onlar bağ sahəsinin içərisində qoyun sürüsünün olduğunu və sürünün ətrafında heç kimin olmadığını gördükdən sonra saat 10 radələrində Əfqanla birlikdə bağ sahəsinin qapısının üzərində olan məftili açaraq bağ sahəsinə daxil olmuş, bağ sahəsinə daxil olduqda xırda buynuzlu heyvanlar həmin bağda olsa da yaxınlıqda həmin zaman heyvanlara nəzarət edəcək heç bir şəxs olmamışdır. Onlar Əfqanla pula ehtiyacı olduğu üçün birlikdə iki baş xırda buynuzlu heyvanı, yəni iki baş qoyunu sürünün içərisindən götürüb birini ona məxsus avtomobilin yük yerinə, digərini isə avtomobilin arxa oturacağına qoymuşlar. Bundan sonra onlar Əfqanla avtomobilə əyləşərək həmin qoyunları satmaq üçün Ağdaş rayonu ərazisində yerləşən mal bazarına getmişlər. Mal bazarında onlar Əfqanın əvvəllər tanıdığı Şahid1 adlı şəxslə rastlaşmış, Əfqan Orxanla söhbət etdikdə özlərinə məxsus iki baş qoyunu Orxana 500 manat pul müqabilində satmağa razılaşmışdır. O və Əfqan iki baş xırda buynuzlu heyvanları Şahid1 satdıqdan sonra Orxan Əfqana 500 manat pul vermiş, onlar bundan sonra mal bazarından çıxaraq Göyçay şəhər ərazisinə qayıtmış, yolda 500 manat puldan 30 manat pula ona məxsus avtomobilə yanacaq vurmuş, 470 manat pulu isə Əfqanla aralarında iki yerə bölmüş və hərəsinin payına 235 manat pul düşmüşdür. Təqsirləndirilən şəxs1 əlavə suallara cavab olaraq göstərmişdir ki, onlar həmin cinayəti pula ehiyacları olduğu üçün Təqsirləndirilən şəxs2 ilə birlikdə törətmiş, onlara başqa hər hansı şəxs kömək etməmiş, həmin qoyunlardan biri ağ rəngli tükü qırxılmış vəziyyətdə, digər isə boz rəngdə tüklü vəziyyətdə olan qoyunlar olmuş, onlar Orxana həmin qoyunların özlərinə məxsus olduğunu, pula ehtyacları olduğu üçün satdığını bildirmiş, Şahid1 həmin qoyunların cinayət yolu ilə əldə olunmasından məlumatı olmamışdır. Hal-hazırda zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam şəkildə aradan qaldırmışlar. Əməlindən peşmandır. Məhkəmə baxışında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs1 onun əmisi oğludur. Zaurun özünə məxsus «Vaz 2102» markalı 23- BJ-228 dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmçinin Zaur da Qızılağac kəndində yaşayır. xx.xx.2023-cü il tarixdə səhər saat 09 radələrində Zaurla Göyçay rayonu Qızılağac kəndi ərazisində görüşmüş və Zaura məxsus avtomobilə əyləşmişdir. Həmin vaxt söhbət edərkən Zaur işsiz olduğu üçün maddi çətinlik içərisində yaşadığını və pula ehtiyacı olduğunu bildirmiş, həmçinin o da maddi vəziyyətinin yaxşı olmadığını və pula ehtiyacı olduğunu demişdir. Bu zaman Zaur ondan kənddə heyvanların harada otarılmasmı soruşmuş, o isə əvvəllər Qızılağac kəndi ərazisindən keçən su arxının yaxınlığında olan bağ sahəsində qoyun sürüsünün otarıldığını gördüyünü demişdir. Onlar həmin vaxt Zaurla həmin yerə gedib oradan xırdabuynuzlu heyvan oğurlayaraq satıb pul əldə etmək qərarına gəlmiş və bundan sonra Zaura məxsus avtomobillə Qızılağac kəndində həmin bağ sahəsinin yaxınlığına getmişlər. Zaur avtomobili bağ sahəsinin girişinin yaxınlığında saxlamış və onlar avtomobildən düşmüşlər. Həmin bağ sahəsinin ətrafı kol kos və yerə basdırılmış ağac parçaları ilə hasarlanmış və bağ sahəsinin ağac budaqlarından hazırlanmış qapısı məftillə bağlanmışdır. Onlar bağ sahəsinin içərisində qoyun sürüsünün olduğunu və sürünün ətrafında heç kimin olmadığını gördükdən sonra saat 10 radələrində Zaurla birlikdə bağ sahəsinin qapısının üzərində olan məftili açaraq bağ sahəsinə daxil olmuş, bağ sahəsinə daxil olduqda xırda buynuzlu heyvanlar həmin bağda olsa da yaxınlıqda həmin zaman heyvanlara nəzarət edəcək heç bir şəxs olmamışdır. Onların pula ehtiyacı olduğu üçün Zaurla birlikdə iki baş xırda buynuzlu heyvanı, yəni iki baş qoyunu sürünün içərisindən götürüb birini Zaura məxsus avtomobilin yük yerinə, digərini isə avtomobilin arxa oturacağına qoymuş, bundan sonra onlar Zaura məxsus avtomobilə əyləşərək həmin qoyunları satmaq üçün Ağdaş rayonu ərazisində yerləşən mal bazarına getmişlər. Mal bazarında o, əvvəllər tanıdığı Şahid1 adlı şəxslə rastlaşmış, Orxanla söhbət etdikdə özlərinə məxsus iki baş qoyunu Orxana 500 manat pul müqabilində satmağa razılaşmışdır. Onlar iki baş xırda buynuzlu heyvanları Şahid1 satdıqdan sonra Orxan ona 500 manat pul vermiş, onlar mal bazarından çıxaraq Göyçay şəhər ərazisində qayıtmış, yolda 500 manat puldan 30 manat pula Zaura məxsus avtomobilə yanacaq vurmuş, 470 manat pulu isə aralarında iki yerə bölmüş və hərəsinin payına 235 manat pul düşmüşdür.Onlar qoyunları satarkən Orxana həmin qoyunların özlərinə məxsus olduğunu, pula ehtyacları olduğu üçün satdıqlarını bildirmiş, Şahid1 həmin qoyunların cinayət yolu ilə əldə olunmasından məlumatı olmamışdır. Hal-hazırda zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam şəkildə aradan qaldırmışlar. Əməlindən peşmandır. Məhkəmə baxışında Zərərçəkmiş şəxs1 ifadə verərək bildirdi ki, o, Göyçay rayonu, Qızılağac kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Ona məxsus 28 baş xırdabuynuzlu heyvanı vardır. Zərərçəkmiş şəxs2 və Şahid2 onun qonşularıdır. Həmçinin sonuncuların da özlərinə məxsus xırdabuynuzlu heyvanları vardır. Şahid3 isə Ruslanın qohumudur, Şahid3 Göyçay rayonu, Qızılağac kəndində su arxının yaxınlığında 78 sot torpaq sahəsində bağı vardır. Onlar özlərinə məxsus heyvanları otarmaq üçün həmin bağ sahəsini Ramildən istifadəyə götürmüşlər. Həmin bağ sahəsinin ətrafı kol kos və yerə basdırılan ağac budaqları ilə hasarlanmış və qapısı qoyulmaqla ora giriş kənar şəxslər üçün məhdudlaşdırılmışdır. Hər gün onlar özlərinə məxsus heyvanları otlaması üçün həmin bağ sahəsinə aparıb və hər gün heyvan sahiblərindən biri heyvanlara nəzarət etmişdir. xx.xx.2023-cü il tarixdə səhər saat 07:30 radələrində heyvanlarını otlamaq üçün həmin bağ sahəsinə aparmış, həmin gün heyvanlara nəzarət etmək Şahid2 növbəsi olmuşdur. Həmin gün saat 17 radələrində heyvanları həyətə geri gətirdikdə heyvanları saymış və 28 baş xırdabuynuzlu heyvanından 1 baş dişi cinsində diri çəkisi 50 kq olan qoyununun əksik olduğunu görmüşdür. O, Ruslandan bu barədə maraqlandıqda Ruslan səhər saatlarında istirahət etmək üçün heyvanları bağ sahəsinin qapısını bağlayaraq orada qoyub yaşadığı evə getdiyini, qayıtdıqdan sonra isə heyvanlara nəzarət etdiyini demişdir. O, əvvəlcə polisə ona məxsus 1 baş qoyununun itməsi barədə müraciət etsə də sonradan həmin qoyunun kənar şəxs tərəfindən oğurlandığını öyrənmişdir.Ona məxsus 1 baş qoyun qaytarılmış,ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışında Zərərçəkmiş şəxs2 ifadə verərək bildirdi ki, o, Göyçay rayonu, Qızılağac kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Ona məxsus 19 baş xırdabuynuzlu heyvanı vardır. Zərərçəkmiş şəxs1 və Şahid2 onun qonşularıdır. Həmçinin sonuncuların da özlərinə məxsus xırdabuynuzlu heyvanları vardır. Şahid3 Ruslanın qohumudur, Şahid3 Göyçay rayonu, Qızılağac kəndində su arxının yaxınlığında 78 sot torpaq sahəsində bağı vardır. Onlar özlərinə məxsus heyvanları otarmaq üçün həmin bağ sahəsini Ramildən istifadəyə götürmüşlər. Həmin bağ sahəsinin ətrafı kol kos və yerə basdırılan ağac budaqları ilə hasarlanmış və qapısı qoyulmaqla ora giriş kənar şəxslər üçün məhdudlaşdırılmışdır. Hər gün onlar özlərinə məxsus heyvanları otlaması üçün həmin bağ sahəsinə aparmış və hər hün heyvan sahiblərindən biri heyvanlara nəzarət etmişdir. xx.xx.2023-cü il tarixdə səhər saat 07:30 radələrində heyvanlarını otlamaq üçün həmin bağ sahəsinə aparmış, həmin gün heyvanlara nəzarət etmək Şahid2 növbəsi olmuşdur. Həmin gün saat 17 radələrində heyvanları həyətə geri gətirdikdə heyvanları saymış və 19 baş xırdabuynuzlu heyvanından 1 baş dişi cinsində diri çəkisi 60 kq olan qoyununun əksik olduğunu görmüşdür. O, Ruslandan bu barədə maraqlandıqda Ruslan səhər saatlarında istirahət etmək üçün heyvanları bağ sahəsinin qapısını bağlayaraq orada qoyub yaşadığı evə getdiyini, qayıtdıqdan sonra isə heyvanlara nəzarət etdiyini demişdir. O, əvvəlcə polisə ona məxsus 1 baş qoyununun itməsi barədə müraciət etsə də sonradan həmin qoyunun kənar şəxs tərəfindən oğurlandığını öyrənmişdir. Ona məxsus 1 baş dişi cinsində, diri çəkisi 60 kq olan, boz rəngdə 500 manat dəyərində ana qoyunu oğurlanmış, ekspert rəyinin nəticəsindən asılı olmayaraq ona dəymiş zərərin ifadəsində göstərdiyi kimi 500 manat hesablanmasını xahiş etmişdir. Ona məxsus bir baş qoyun qaytarılmış,dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid2 göstərdi ki, o, Göyçay rayonu, Qızılağac kəndində yaşayır. Ona məxsus 15 baş xırdabuynuzlu heyvanı vardır. Şahid3 onun qohumudur, Şahid3 Göyçay rayonu, Qızılağac kəndində su arxının yaxınlığında 78 sot torpaq sahəsində bağı vardır. O, qonşuları Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə özlərinə məxsus heyvanları otarmaq üçün həmin bağ sahəsini Ramildən istifadəyə götürmüşlər. Həmin bağ sahəsinin ətrafı kol kos və yerə basdırılan ağac budaqları ilə hasarlanmış və qapısı qoyulmaqla ora giriş kənar şəxslər üçün məhdudlaşdırılmışdır. Hər gün onlar özlərinə məxsus heyvanları otlaması üçün həmin bağ sahəsinə aparmış və hər hün heyvan sahiblərindən biri heyvanlara nəzarət etmişdir. xx.xx.2023-cü il tarixdə səhər saat 07:30 radələrində o, heyvanlarını otlamaq üçün həmin bağ sahəsinə aparmış, həmçinin Vüqar və Famil də heyvanlarını gətirib bağ sahəsinə buraxmış, həmin gün heyvanlara nəzarət etmək onun növbəsi olmuşdur. Həmin gün saat 09 radələrində o, heyvanları bağ sahəsində qoyaraq bağ sahəsinin qapısını məftillə bağlayıb istirahət etmək üçün yaşadığı evə gəlmiş və saat 15 radələrində yenidən bağ sahəsinə heyvanların yanına qayıtmışdır. Həmin gün saat 17 radələrində o, heyvanları təhvil verdikdən bir qədər sonra Vüqar və Famil onunla əlaqə saxlayaraq hərəsinin bir baş qoyununun əksik olduğunu demiş, o, isə saat 09 radələrindən 15 radələrinə kimi bağda qapını bağlayıb yaşadığı evə gedərək istirahət etdiyini, qalan vaxtlarda heyvanlara nəzarət etdiyini, qoyunların oğurlanmağından və ya itməyindən xəbəri olmadığını bildirmiş, sonradan isə məlum olmuşdur ki, həmin gün saat 09 radələrində o, yaşadığı evə getdikdən sonra həmin qoyunlar bağ sahəsindən oğurlanmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin bağ sahəsinə daxil olmağa icazələri olmamış, sonuncular həmin bağ sahəsinin qapısının üzərində olan məftili qanunsuz olaraq açıb bağ sahəsinə daxil olmuş, Vüqar və Familin hərəsinə məxsus 1 baş qoyunu oğurlamışlar. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid3 göstərdi ki, o, Göyçay rayonu, Qızılağac kəndində yaşayır. Göyçay rayonu, Qızılağac kəndində su arxının kənarında 78 sot torpaq sahəsində bağı vardır. O, həmin bağı özü istifadə etmədiyindən istifadə etmək üçün qohumu Şahid2 ilə birlikdə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 istifadəsinə vermişdir. Həmin bağ sahəsinin ətrafı kol kos və yerə basdırılan ağac budaqları ilə hasarlanmış və qapısı qoyulmaqla ora giriş kənar şəxslər üçün məhdudlaşdırılmışdır. Qeyd olunan şəxslər həmin bağ sahəsində özlərinə məxsus xırdabuynuzlu heyvanları otarır və hər gün biri heyvanlara nəzarət edirlər. xx.xx.2023-cü il tarixdə həmin bağ sahəsindən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus hərəsinin bir baş qoyunun oğurlandığını və onların bu barədə polisə müraciət etdiklərini öyrənmişdir. Həmin bağ sahəsini heyvanlarını otarmaq üçün Şahid2 ilə birlikdə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 istifadəsinə vermiş, həmin bağ sahəsinin ətrafı hasarlanmış və ora giriş qapısı qoyularaq ora kənar şəxslərin daxil olması məhdudlaşdırılmış, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin bağ sahəsinə daxil olmağa icazələri olmamış, baş vermiş hadisə nəticəsində ona heç bir ziyan dəyməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 mart 2024-cü il tarixli, 9/1481 saylı ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən xırdabunyuzlu heyvanların 2023-cü ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablanma yolu ilə təxminən 875 manat müəyyən edilmişdir. O cümlədən 01 baş dişi cinsli, diri çəkisi 60 kq olan qoyun - 500 manat, 01 baş dişi cinsli, diri çəkisi 50 kq olan qoyun – 375 manatdır. Cinayət işi materiallarına əlavə edilmiş “AZEMİS” X1 şəxsi məlumatlar bölməsindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 Vətən müharibəsi iştirakçısıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinin məzmunundan görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istinad edilən cinayətin onlar tərəfindən təqsirli olaraq törədilməsi cinayət işi üzrə toplanmış dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilir. «Oğurluq, soycunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1№-li qərarının 19-cu bəndinə görə yaşayış sahəsinə,habelə binaya,anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq,soygunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Həmin qərarın 22-ci bəndinə görə şəxs, oğurluq, soycunçuluq və ya quldurluq cinayəti törədərkən qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-in 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməli, əməlin əlavə olaraq CM-in 186cı maddəsi ilə tövsif edilməsinə ehtiyac qalmır. Belə ki,bu halda zərərçəkmişin qeyd edilən əmlakının qəsdən məhv edilməsi ağırlaşdırıcı halda talama cinayətinin törədilməsi üsuludur. Beləliklə, təqsirləndirilən şəxslərin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 16 dekabr 2023-cü il tarixdə saat 10 radələrində birlikdə qabaqcadan əlbir olub bir qrup təşkil edərək Göyçay rayonu, Qızılağac kəndində yerləşən Şahid3 məxsus Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 istifadəsində olan ətrafı hasarlanmış bağ sahəsinin ağac budaqlarından hazırlanmış qapısının üzərində olan məftili açaraq bağ sahəsinə qanunsuz daxil olub oradan Vüqar Yusifova məxsus 1 baş dişi cinsində diri çəkisi 50 kq olan 400 manat dəyrərində qoyunu və Zərərçəkmiş şəxs2 məxsus 1 baş dişi cinsində diri çəkisi 60 kq olan 500 manat dəyərində qoyunu gizli olaraq talayıb oğurluq etmişlər. Təqsirləndirilən şəxslərin törətdikləri əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq olaraq 177.2.1 və 177.2.3-cü maddələrinin tərkibini təşkil edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin, cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət işi materiallarına əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünün surətindən görünür ki,Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına,CM-in 152.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş,CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları tam toplamaq yolu ilə üzərində qəti cəza 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış,CM-in 69.3-cü maddəsinə əsasən üzərində qəti cəza olaraq 03 il 10 ay 18 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır.CM-in 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 03 il 10 ay 18 gün müddətinə azadlıqdan məhrum etmə cəzası 02 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir.xx.xx.2023-cü ildə sınaq müddəti başa çatdığından,məhkəmə hesab edir ki,Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 83.3.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmiş hesab olunmalıdır. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxslərin yaşadıqları yer üzrə müsbət xarakterizə olunmalarını, Təqsirləndirilən şəxs2 Vətən müharibəsi iştirakçısı olmasını, qəsdin obyektinin mülkiyyət münasibətlərini təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini, az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər tərəfindən ilk dəfə olaraq az ağır cinayət törətmələrini, törətdikləri əməli səmimi etiraf edib peşman olmalarını, hal-hazırda zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam şəkildə ödəmələrini, ziyanın ödənilməsi ilə bağlı tələbin olmamasını iş üzrə cəzalarını yüngülləşdirən hallar olduğunu,iş üzrə cəzalarını ağırlaşdıran halların olmamasını nəzərə alır. İş üzrə obyektiv və subyektiv halların məcmusunu nəzərə alıb, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddləri daxilində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalı, üzərlərinə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadıqları Göyçay rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerlərini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Göyçay rayon İcra və probasiya şöbəsini iş yerlərinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı həbsdə saxlanılma müddəti onlara təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı, qəti cəza təyin olunmalıdır. İş üzrə maddi sübut olan 2 baş qoyunlar zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. Ekspertiza tədqiqatının dəyəri 50 manat Azərbaycan Respublikası CPM- nin 198.1 -ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353, 384-cü maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 1 gün həbsdə saxlanılma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla təyin edilmiş cəzadan 2 gün çıxılaraq qəti olaraq ona 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşadığı yer üzrə Göyçay rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Üzərinə daimi yaşayış yeri olan Göyçay rayonu Qızılağac kəndində yerləşən fərdi yaşayış evini hər gün saat 23.00-dan saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Göyçay rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 1 gün həbsdə saxlanılma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla təyin edilmiş cəzadan 2 gün çıxılaraq qəti olaraq ona 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşadığı yer üzrə Göyçay rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Üzərinə daimi yaşayış yeri olan Göyçay rayonu Qızılağac kəndində yerləşən fərdi yaşayış evini hər gün saat 23.00-dan saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Göyçay rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 2 baş qoyunların zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №1(046)-34/2024
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-34/2024
07.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver