Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-35/2020 18.11.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, müdafiəçilər Müdafiəçi2, Müdafiəçi1, Dövlət ittihamçısı1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 və zərərçəkmiş şəxsin nümayəndəsi X3 iştirakı ilə, xx.xx.1968-ci ildə İsmayıllı rayonunda аnаdаn оlmuş, Аzərbаycаn Rеspublikаsı vətəndаşı, evli, оrtа təhsilli, məhkumluğu olamayan, İİİ dərəcəli əlil olan, fərdi əmək fəаliyyəti ilə məşğul оlаn, İsmayıllı rayon Qubaxəlilli kəndində qeydiyyatda olan və yaşayan, bаrəsində polisin nəzarəti altına vermə qətimkаn tədbiri sеçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə xx.xx.1986-cı ildə İsmayıllı rayonunda аnаdаn оlmuş, Аzərbаycаn Rеspublikаsı vətəndаşı, subay, оrtа təhsilli, Tərtər Hərbi Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə Аzərbаycаn Rеspublikаsı CM-nin 177.2.1, 177.2.2, 177.2.3-2ci maddələri ilə təqsirli bilinib, CM-nin 62-ci maddəsi tətbiq edilməklə 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, fərdi fəаliyyət ilə məşğul оlаn, İsmayıllı rayon Qubaxəlilli kəndində qeydiyyatda olan və yaşayan, bаrəsində polisin nəzarəti altına vermə qətimkаn tədbiri sеçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Göyçay şəhərində xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 оğlu özgənin əmlakını gizli yolla qanunsuz olaraq ələ keçirmək məqsədi ilə xx xxxxxx 2019-cu il tarixdə günorta saatlarında həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə görüşüb Göyçay rayonu Qarayazı kəndi ərazisindən keçən Mingəçevir REŞ MMC-nin balansında olan istismardan çıxarılmış Qəbələ elektrik verilişi hava xəttinin 248-249-250-251 saylı dayaqlar arası aşırımın orta fazasından cəmi 1300 metr uzunluqda ASO-300 markalı elektrik naqillərini vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirmək məqsədilə əvvəlcədən öz rollarını bölüşdürüb qrup halında birləşərək xx xxxxxx 2019-cu il tarixdə saat 20 radələrində həmin naqilin 1280 metr hissəsini, xx xxxxxx 2019-cu il tarixdə saat 20 radələrində isə qalan 20 metr hissəsini talayaraq zərərçəkmiş Mingəçevir REŞ MMC-nə 3900 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs1 Аzərbаycаn Rеspublikаsı CM-nin 177.2.1-ci mаddəsində nəzərdə tutulаn cinаyət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışları X6, X12 və X2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında aralarındakı rolların qabaqcadan razılaşdırılmış bölgüsünə əsasən qrupun üzvü X6 ilə birlikdə vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə olmaqla bir neçə dəfəyə 2019-cu ilin fevral ayının əvvəllərində gecə saatlarında “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus İ Mingəçevir hava xəttinin Göyçay rayonu Bığır kəndi ərazisindən keçən Bakı-Şamaxı-Yevlax yolunun 204-cü kilometrliyində yerləşən 244 və 245-ci dayaqlar arasından sağ və sol fazalardan ümumi dəyəri 1800 manat olan 600 metr, 245 və 246-cı dayaqlar arasından sağ və sol fazalardan ümumi dəyəri 900 manat olan 300 metr, cəmi 900 metr istismara yararlı elektrik naqillərini özləri ilə gətirdikləri kəsici alətlərlə kəsərək, sürücü X1 etibarnamə əsasında idarə etdiyi “Qazel” markalı **-NK-*** qeydiyyat nişanlı yük avtomobili ilə Tofiq Səmədovun yaşadığı ünvan 1 ünvanına gətirərək əldə olunmuş əmlakı qrupun digər üzvləri ilə birlikdə Tofiq Səmədova satıb gizli talayaraq zərərçəkmiş şəxsə cəmi 2700 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışları X13, X8, X12 və X2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında aralarındakı rolların qabaqcadan razılaşdırılmış bölgüsünə əsasən qrupun üzvləri X13 və X8 ilə birlikdə vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə olmaqla bir neçə dəfəyə 2019-cu ilin fevral ayının əvvəllərində gecə saatlarında “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus İ Mingəçevir hava xəttinin Göyçay rayonu, Bığır kəndi ərazisindən keçən Bakı-Şamaxı-Yevlax yolunun 204-cü kilometrliyində yerləşən 244 və 245-ci dayaqlar arasından orta fazadan ümumi dəyəri 900 manat olan 300 metr, 245 və 246-cı dayaqlar arasından sağ, orta və sol fazalardan ümumi dəyəri 1800 manat olan 600 metr, cəmi 900 metr istismara yararlı elektrik naqillərini özləri ilə gətirdikləri kəsici alətlərlə kəsərək, sürücü X1 etibarnamə əsasında idarə etdiyi “Qazel” markalı **-NK-*** qeydiyyat nişanlı yük avtomobili ilə Tofiq Səmədovun yaşadığı ünvan 1 ünvanına gətirərək əldə olunmuş əmlakı qrupun digər üzvləri ilə birlikdə Tofiq Səmədova satıb gizli talayaraq zərərçəkmiş şəxsə cəmi 2700 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən özgənin əmlakını gizli yolla qanunsuz olaraq ələ keçirmək məqsədi ilə xx xxxxxx 2019-cu il tarixdə günorta saatlarında həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə görüşüb Göyçay rayonu, Qarayazı kəndi ərazisindən keçən Mingəçevir REŞ MMC-nin balansında olan istismardan çıxarılmış Qəbələ elektrik verilişi hava xəttinin 248-249-250-251 saylı dayaqlar arası aşırımın orta fazasından cəmi 1300 metr uzunluqda ASO-300 markalı elektrik naqillərini vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirmək məqsədilə əvvəlcədən öz rollarını bölüşdürüb qrup halında birləşərək xx xxxxxx 2019-cu il tarixdə saat 20 radələrində həmin naqilin 1280 metr hissəsini, xx xxxxxx 2019-cu il tarixdə saat 20 radələrində isə qalan 20 metr hissəsini talayaraq zərərçəkmiş Mingəçevir REŞ MMC-nə 3900 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs2 Аzərbаycаn Rеspublikаsı CM-nin 177.2.1 və 177.2.2-ci mаddələrində nəzərdə tutulаn cinаyət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs1 elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs2la xx xxxxxx 2019-cu il tarixdə günorta saatlarında yaşadıqları kəndin əraizisində görüşüb söhbət edərkən qərarlaşmışlar ki, yaşadıqları kəndə avtomagistral yolun kənarında olan sahəliklə cərgə ilə hündür elektrik dirəklərlə gələn işləməyən yüksək gərginlikli elektrik naqillər kəsib sataraq pul əldə etsinlər. Usta işlədiyindən dəmirkəsən mişarları, eləcə də dəmirkəsən qayçısı olduğundan qərarlaşmışlar ki, dirəklərdən naqilləri onların vasitəsi ilə kəsib doğrasınlar. Həmin vaxt danışıb razılığa gəlmiş və hava qaralanda saat 20 radələrində yaşadıqları kənd ərazisində görüşərək və kəndin çıxacağına magistral yola gedərək oradan yoldan keçən avtomobillərin birini saxladıb Göyçay rayonun Qarayazı kəndinin başına aparmasını xahiş etmişlər. Həmin vaxt evdən özünə məxsus iki ədəd mişarı, mişar başlıqlarını, dəmir kəsən qayçını, açarları və termosda çay götürmüşdür. Magistral yolun Göyçay rayonu Qarayazı kəndindən keçən hissəsinin kənarında sürücüdən xahiş edib avtomobili saxladıb yerə düşmüşlər və piyada həmin kəndin yol kənarı ilə gedən sahəliyinə düşmüşlər. Yoldan təxminən 50-60 metr aralıda yol boyu keçən elektrik dirəklərə yaxınlaşmışlar. Birinci yaxınlaşdıqları elektrik dirəyin aşağı hissəsində “251” nömrə yazılmışdır. Həmin elektrik dirəyin yanında dayanıb ətrafa nəzər yetirmiş, heç kimin görmədiyinə tam əmin olub, elə həmin dirəkdə ortadan keçən naqili kəsməyə başlamağa qərarlaşmışlar. Çantasında olan bir ədəd dəmir kəsən mişarı götürüb, elektrik dirəyə qalxmış və yuxarı hissəsində ortadan keçən naqilin həmin dirəyə bağlanan yerindən kəsməyə başlamışdır. Təxminən 30-40 dəqiqə vaxt sərf edib həmin naqili dirəyə bağlanan yerindən kəsmişdir. Nəticədə həmin elektrik naqili Göyçay şəhər istiqamətinə tərəfə gedən 4-cü dirəyə qədər yerə sallanmışdır. Bundan sonra yerə düşüb, həmkəndlisi Oqtayla birlikdə sallanmış həmin naqili mişarlarla və qayçı ilə kəsməyə başlamışlar. Birlikdə köməkləşib istirtahət edə-edə və çay içə-içə səhər açılana qədər yerə sallanmış həmin naqili hiss-hissə kəsib bir neçə dairəvi toplarda yığmışlar. 248 saylı dirəyin üzərində təxminən 20 metr uzunluğunda naqilin hissəsi qalmışdır. Hava artıq açılmağa doğru getdiyindən onlar qərarlaşmışlar ki, heç kimin görməməsi üçün həmin naqilləri orada saxlayıb, həmin gün, yəni xx.xx.2019-cu il tarixdə axşam hava qaralanda yenidən gəlib 248 saylı dirəkdə naqilin asılmış vəziyyətdə qalan hissəsini də kəsib sonra hamısını gecə yolun kənarına çıxarsınlar, səhər üzü isə, yəni bazar günü tezdən həmin magistral yolun üstündə olan “mal bazarı” açılanda oraya gedib yük maşınını 50-60 manata kirayələyib həmin naqilləri yolun kənarından tez həmin maşına yükləyib yaşadıqları kəndə aparıb sonra isə satsınlar. Həmin tarixdə, yəni xx.xx.2019-cu il tarixdə Oqtayla danışıb qərarlaşaraq saat 20 radələrində yenə kənddə görüşərək magistral yola çıxıb oradan Göyçay istiqamətində gedən maşınla naqilləri kəsib saxladıqları yerin yaxınına gəlib avtomobildən düşmüşlər. Naqilləri doğrayıb saxladıqları yerə yaxınlaşıb ətrafda heç kimin olmadığına əmin olduqdan sonra kəsdikləri naqilləri yola yaxın yerə daşıyıb bir neçə yerdə toplayaraq gizlətmişlər. Sonra isə 248 saylı dirəyə çıxıb, həmin dirəyin üzərində qalmış naqili kəsməyə qərar vermişlər. Oqtayla 248 nömrəli elektrik dirəyinə yaxınlaşmış və birlikdə ikisi də elektrik dirəyinə çıxmışlar. Lakin dirəkdə olduqları vaxt həmin yerə polislər yaxınlaşıb onları görmüşlər. Polis əməkdaşları onların kimliyi barədə və orada nə etdikləri barədə maraqlandıqda etiraf etmişlər ki, həmin yerdə 251 nömrə yazılmış dirəkdən həmin dirəyə qədər ortadan keçən naqili satmaq üçün kəsib sahədə topalayıb saxlamışlar. Ondan sonra oraya polis şöbəsindən başqa polis əməkdaşları gələrək hal şahidləri və elektrik şəbəkənin nümayəndəsinin iştirakı ilə baxış keçirmişlər. Baxış zamanı 248 nömrəli dayağın üzərindən yerə doğru sallanmış naqilin uzunluğu ölçülmüş və 20 metr müəyyən edilmişdir. Bundan sonra 248-ci dayaqdan 251-ci dayağa qədər olan məsafədə kolluq, nar bağı sahəsində, qamışıqların arasında və su xəndəyində dairəvi şəkildə toplayıb, gizlətdikləri ümumilikdə 32 ədəd naqil topu aşkar edilmişdir. Müstəntiq tərəfindən həmin naqil toplarının fotoşəkilləri çəkilmişdir. Baxış zamanı yerdən aşkar edilmiş toplarda olan naqillər ölçülmüş və ümumilikdə uzunluqları 1280 metr olmuşdur. Həmin naqil topları, hadisə yerindən aşkar edilmiş kəsici alət və vasitələr polis əməkdaşları tərəfindən götürülmüşdür. Həmçinin 248 saylı dayaqdan 251 saylı dayağa qədər olan məsafə ölçülmüşdür. Bu zaman 248 saylı dayaqdan 249 saylı dayağa qədər olan məsafə 430 metr, 249 saylı dayaqdan 250 saylı dayağa qədər olan məsafə 430 metr və 250 saylı dayaqdan 251 saylı dayağa qədər olan məsafə 440 metr müəyyən edilmişdir. Onlar əvvəlcədən 1300 metr naqil oğurlamaq qərarına gəlmişlər. Əvvəlcə yəni, xx.xx.2019-cu il tarixdə 1280 metr naqil oğurladıqdan sonra 32 ədəd dairəvi formada toplayıb, gizlətmişlər. Daha sonra isə məqsədləri xx.xx.2019-cu il tarixdə 248 nömrəli dayaqdan asılı qalan 20 metr naqili də kəsib, gizlətdkləri naqillərlə birlikdə götürmək olmuşdur. Törətdiyi əməldən peşmandır. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs2 elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə günorta saatlarında kənddə görüşüb söhbət edərkən maddi vəziyyət barədə danışanda pul əldə etmək üçün Göyçay rayon, Qarayazı kəndi ərazisindən keçən elektrik naqillərindən kəsib satmaq barədə fikrləşmişlər. O da pul əldə etmək və həmin pulla da dəymiş ziyanı ödəməyi düşünərək Natiqlə elektrik naqillərindən oğurlamağa qərara almışdır. Onlar qərarlaşmışlar ki, Göyçay rayonu, Qarayazı kəndindən yaşadıqları kəndə elektrik dirəkləri ilə gələn işləməyən yüksək gərginlikli elektrik naqillərini kəsib sataraq əldə pul edib bölüşdürsünlər. Təqsirləndirilən şəxs1 usta işlədiyi üçün özünə məxsus dəmirkəsən mişarlar eləcə də dəmirkəsən qayçı olduğundan qərarlaşmışlar ki, həmin alətlər vasitəsilə dirəklərdən naqilləri kəssinlər. Danışıb razılaşaraq axşam saat 20 radələrində yaşadıqları kənd ərazisində görüşüb kəndin çıxacağına magistral yola çıxmışlar və Göyçay istiqamətinə gedən avtomobillərin birini saxladıb Qarayazı kəndinə çatanda yolun kənarında düşmüşlər. Təqsirləndirilən şəxs1 özü ilə çantada iki ədəd mişarı, mişar başlıqlarını, açarları, dəmir kəsən qayçı və içmək üçün termosda çay götürmüşdür. Avtomobildən düşdükdən sonra onlar yoldan 50- 60 metr aralıda yol boyu keçən elektrik dirəklərə yaxınlaşmışlar. Birinci yaxınlaşdıqları dirəyin aşağı hissəsində “251” rəqəmləri yazılmışdır. Həmin dirəyin yanında dayanıb kənardan heç kimin görmədiyinə əmin olub, elə həmin dirəkdən naqil kəsməyə qərarlaşmışlar. Təqsirləndirilən şəxs1 çantasından bir ədəd dəmir kəsən mişarı götürüb həmin dirəyə qalxaraq ortadan keçən naqilin həmin dirəyə bağlanan yerindən kəsməyə başlamışlar. Xeyli vaxt çalışdıqdan sonra həmin elektrik naqili kəsmiş və həmin naqil Göyçay şəhər istiqamətinə gedən 4-cü dirəyə qədər yerə sallanmışdır. Natiq yerə düşmüş və onlar birlikdə sallanmış həmin naqili mişarlarla və qayçı ilə kəsməyə başlamışlar. Onlar köməkləşib həmin yerə sallanmış naqili hiss-hissə kəsib bir neçə dairəvi toplarda yığmışlar. 248 nömrəli dirəyin üzərində 20 metr uzunluğunda naqilin hissəsi qalmışdır. Hava artıq açılmağa doğru getdiyindən qərarlaşmışlar ki, həmin qalan naqilləri orada saxlasınlar və həmin gün, yəni xx.xx.2019-cu il tarixdə axşam hava qaralanda yenə gəlib onları da kəsib gecə yolun kənarına çıxarsınlar. xx.xx.2019-cu il tarixdə danışıb qərarlaşaraq saat 20 radələrində Natiqlə birlikdə yenə kəndin başına çıxıb oradan yol maşını ilə naqilləri kəsib saxladıqları yerin yaxınına gəlib avtomobildən düşmüşlər. Natiq özü ilə yenə evdən iki ədəd mişarı, dəmir kəsən qayçını, qara rəngli idman çantasında kolbasa, çörək və termosda çay götürmüşdür. Naqilləri doğrayıb saxladıqları yerə yaxınlaşıb ətrafda heç kimin olmadığına əmin olduqdan sonra kəsdikləri naqilləri yola yaxın yerlərə daşıyıb bir neçə yerdə toplayaraq gizlətmişlər. Sonra isə 248 saylı dirəyə çıxıb, həmin dirəyin üzərində yerə doğru sallanmış vəziyyətdə qalmış naqili kəsməyə qərar vermişlər. Onlar əvvəlcədən 1300 metr naqil oğurlamaq qərarına gəlmişlər. Əvvəlcə yəni, xx.xx.2019-cu il tarixdə 1280 metr naqil oğurladıqdan sonra 32 ədəd dairəvi formada toplayıb, gizlətmişlər. Daha sonra isə məqsədləri xx.xx.2019-cu il tarixdə 248 nömrəli dayaqdan asılı qalan 20 metr naqili də kəsib, gizlətdkləri naqillərlə birlikdə götürmək olmuşdur. 248 nömrəli elektrik dirəyinə yaxınlaşmış və birlikdə ikisi də elektrik dirəyinə çıxmışlar. Lakin dirəkdə olduqları vaxt həmin yerə polislər yaxınlaşıb onları görmüşlər. Yaxınlaşıb kimlikləri barədə və orada nə etmələri barədə maraqlandıqa onlar etiraf etmişlər ki, həmin yerdə 251 nömrə yazılmış dirəkdən həmin dirəyə qədər ortadan keçən naqili satmaq üçün kəsib sahədə topalayıb saxlamışlar. Ondan sonra oraya polis şöbəsindən başqa polis əməkdaşları gələrək hal şahidləri və elektrik şəbəkənin nümayəndəsinin iştirakı ilə baxış keçirmişlər. Baxış zamanı 248 nömrəli dayağın üzərindən yerə doğru sallanmış naqilin uzunluğu ölçülmüş və 20 metr müəyyən edilmişdir. Bundan sonra 248-ci dayaqdan 251-ci dayağa qədər olan məsafədə kolluq, nar bağı sahəsində, qamışıqların arasında və su xəndəyində dairəvi şəkildə toplayıb, gizlətdikləri ümumilikdə 32 ədəd naqil topu aşkar edilmişdir. Müstəntiq tərəfindən həmin naqil toplarının fotoşəkilləri çəkilmişdir. Baxış zamanı yerdən aşkar edilmiş toplarda olan naqillər ölçülmüş və ümumilikdə uzunluqları 1280 metr olmuşdur. Həmin naqil topları, hadisə yerindən aşkar edilmiş kəsici alət və vasitələr polis əməkdaşları tərəfindən götürülmüşdür. Həmçinin 248 saylı dayaqdan 251 saylı dayağa qədər olan məsafə ölçülmüşdür. Bu zaman 248 saylı dayaqdan 249 saylı dayağa qədər olan məsafə 430 metr, 249 saylı dayaqdan 250 saylı dayağa qədər olan məsafə 430 metr və 250 saylı dayaqdan 251 saylı dayağa qədər olan məsafə 440 metr müəyyən edilmişdir. Törətdiyi əməldən peşmandır. 2019-cu ilin fevral ayının əvvəllərində X13, X8, X12 və X2 ilə birlikdə törətdiyi iki epizod üzrə cinayətə görə Tərtər Hərbi Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə Аzərbаycаn Rеspublikаsı CM-nin 177.2.1, 177.2.2, 177.2.3-2-ci maddələri ilə təqsirli bilinib 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, cəzasını İsmayıllı rayon İcra və Probasiya Şöbəsində qeydiyyatdan keçməklə çəkmiş, bu günki tarixə çəkilməmiş 5 ay 3 gün azadlığın məhdudlaşdırması cəzası qalmışdır. Məhkəmədə iş üzrə zərərçəkmiş şəxsin nümayəndəsi qismində ifadə vermiş X9 mülki iddianı müdafiə edərək göstərmişdir ki, Zərərçəkmiş şəxs MMC-də aparıcı hüquqşünas vəzifəsində işləyir. Mingəçevir şəhərindən Ağsu rayonuna kimi olan hava veriliş xətlərinə nəzarəti Mingəçevir REŞ MMC tərəfindən həyata keçirilir. Həmin xətlərdən biri hazırda istifadəsi dayandırılmış Qəbələ hava veriliş xəttidir. Qəbələ hava veriliş xətti 220 kv-luq cəryan ötürücülük qabiliyyətinə malikdir və təxminən 1949-cu ildə Mingəçevir şəhərindən İsmayıllı Ağsu rayonlarınadək olan ərazilərdə çəkilmiş, 1954-cü ildən artıq istifadəyə verilmişdir. Həmin xəttlərin istifadəsi 2016-cı ildən etibarən dayandırılmışdır. Həmin xətlər yenisi ilə əvəz olunmuş, dayandırılmış xəttlər isə sökülməmişdir. Lakin həmin xətlərin yeni çəkilmiş xətlərə maneə törədən hissələri isə sökülmüşdür. Həmin 220 kv-luq hava verilişi xətti ayrı-ayrılıqda 3 fazadan ibarətdir. Həmin fazalar dayaqlar vasitəsi ilə birləşdirilir. Hər bir dayağın digər dayaqla ara məsafəsi yerin relyef quruluşu nəzərə alınmaqla təxminən 400-450 metr məsafədə qurulmuşdur. Həmin naqillərdən yuxarıda isə 2 ədəd polad məftildən tros quraşdırılmışdır ki, həmin tros məftillərin işi isə altda olan xəttləri ildirım ötürücüdən qoruyur. Hər bir faza isə dayaqlara izalyator zənciri vasitəsi ilə asılır. Həmin xəttin içərisi polad məftildən, üzəri isə aliminium əlvan metaldan ibarət olmaqla ASO-300 markalı alüminium naqildən ibarətdir. xx xxxxxx 2019-cu il tarixdə Mingəçevir REŞ MMC-nin Qəbələ hava veriliş xətti üzrə baxış montyoru Şahid2 məlumat verərək Göyçay rayonu ərazisindən keçən, hazırda istismarı dayandırılmış 220 kv-luq Qəbələ hava veriliş xəttinin Göyçay rayonunun Qarayazı kəndi ərazisindən keçən hissəsində 248-249-250-251 saylı dayaqlar arası aşırımda orta faza naqil xəttinin İsmayıllı rayon sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən oğurlandığını və həmin şəxslərin polis əməkdaşları tərəfindən tutulduğunu bildirmişdir. Hazırda həmin ərazidə işlək vəziyyətdə olan, yəni elektrik cəryanı keçən yeni naqil xətləri vardır. Göyçay rayonu Qarayazı kəndi ərazisindən keçən Mingəçevir REŞ MMC-yə məxsus ASO-300 markalı, 220 kv-luq Qəbələ hava veriliş xəttləri yeniləri ilə əvəz olunduğu üçün kompleks dəyişilmiş və yeni markalı naqillərdən istifadə olunmuşdur. Köhnə xətlərin isə müəyyən qismi sökülmüş və müəyyən hissəsi isə sökülməyərək yerində qalmış, yəni köhnə xətlərin yeni çəkilmiş xətlərə maneə yaradan hissələri Mingəçevir REŞ MMC-nin əməkdaşları tərəfindən sökülmüşdür. Həmçinin həmin xətlərin markaları və cərəyan keçiricilik qabiliyyəti də zəif olduğundan və istifadədən də çıxarıldığı üçün istifadə oluna bilməz, eləcə də həmin xətlərə elektrik cərəyanı vermək mümkün deyil. Zərərçəkmiş şəxs MMCyə dəymiş 9300 manat maddi ziyan ödənilməmişdir, həmin ziyanla bağlı məhkəməyə mülki iddia vermiş və iddianı müdafiə edərək Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada 3900 manat, Təqsirləndirilən şəxs2 və qeyriləri epizodu üzrə 5400 manat pulun tutularaq Mingəçevir REŞ MMC-nin hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 göstərmişdir ki, Zərərçəkmiş şəxs MMC-nin X20 xətlərinin İstismarı və təmiri xidmətinin baxış mantyoru vəzifəsində işləyir. 2018-ci il tarixdən etibarən Zərərçəkmiş şəxs MMC-də baxış üzrə elektrik mantyoru vəzifəsində işləyir. Vəzifəsi etibarı ilə Göyçay rayonu Qarayazı kəndindən İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisinə qədər olan sahədə istismarda olan və istismarı dayandırılmış elektrik verilişi xətlərinə nəzarət edir. Həmin xətlərdən hazırda Qəbələ hava veriliş xəttinin istifadəsi dayandırılmışdır. Qəbələ hava veriliş xətti 220 kv-luq cəryan ötürücülük qabiliyyətinə malikdir və Mingəçevir şəhərindən İsmayıllı Ağsu rayonunadək olan ərazilərdə çəkilmiş, 1954 cü ildən artıq istifadəyə verilmişdir. 2016-cı ildən etibarən isə həmin xəttin istifadəsi dayandırılmış, xətlər yenisi ilə əvəz olundu, dayandırılmış xəttlər isə sökülməmişdir. Lakin həmin xətlərin yeni çəkilmiş xətlərə maneə törədən hissələri isə sökülmüşdür. Həmin 220 kv-luq hava verilişi xətti ayrı-ayrılıqda 3 fazadan ibarətdir. Həmin fazalar dayaqlar vasitəsi ilə birləşdirilir. Hər bir dayağın digər dayaqla ara məsafəsi yerin relyef səthi nəzərə alınmaqla təxminən 400-450 metr məsafədə quraşdırılmışdır. Dirəklər üzərində, yəni naqillərdən yuxarıda isə 2 ədəd polad məftildən tros quraşdırılmışdır ki, həmin tros məftillərin işi isə altda olan xəttləri ildirım ötürücüdən qorumaqdır. Hər bir faza isə dayaqlara izalyator zəncirəsi vasitəsi ilə bərkidilir. Naqil xəttlərin içərisi polad məftildən, üzəri isə aliminium əlvan metaldan ibarət olmaqla ASO-300 markalı naqildən ibarətdir. xx xxxxxx 2019-cu il tarixdə Göyçay RPŞ-nin polis nəfəri ona zəng edərək Göyçay rayonu Qarayazı kəndindən keçən Zərərçəkmiş şəxs MMC-yə məxsus istismarı dayandırılmış Qəbələ hava veriliş xətlərinin 248-ci dayağının yanında olduqlarını, həmin yerdə iki nəfər şəxsi xətti kəsən zaman saxladıqlarını əraziyə baxış keçiriləcəyini, odur ki, həmin yerə gəlməsini xahiş etmişlər. O da dərhal həmin yerə gəlmişdir. Həmin vaxt İsmayıllı rayonu Qubaxəlilli kənd sakinləri Təqsirləndirilən şəxs1 və Oktay Şirinov adlı şəxslərin istismarı dayandırılmış Qəbələ elektrik verilişi xəttinin orta xəttini kəsdiklərini həmin vaxt polis əməkdaşları tərəfindən saxlanıldıqlarını bildirmişlər. Bundan sonra həmin yerə dəvət edilmiş iki nəfər hal şahidi, onun və saxlanılmış şəxslərin iştirakları ilə Mingəçevir REŞ MMC-yə məxsus Qəbələ elektrik verilişi xəttinin 248-ci dayağından 251-ci dayağına qədər olan məsafəyə baxış keçirilmişdir. Baxış zamanı 248-ci dayağın yanında yerdə çantalarda dəmir açarlar, iri dəmirkəsən qayçı, 2 ədəd dəmirkəsən mişar və onların bir neçə ağızlıqları, torbada çay, çörək və digər azuqələr, həmçinin 248 saylı dayağın üzərindən yerə doğru sallanmış təxminən 20 metr uzunluğunda naqil aşkar edilmişdir. Bundan sonra 248-ci dayaqdan 251-ci dayağa qədər olan məsafədə kolluq, nar bağı sahəsində, qamışıqların arasında və su xəndəyində 1,2,3 və 9 ədəd toplarda dairəvi şəkildə toplanılmış ümumilikdə 32 ədəd naqil topu aşkar edilmişdir. Polis əmədaşları tərəfindən həmin naqil toplarının fotoşəkilləri çəkilmişdir. Baxış zamanı yerdən aşkar edilmiş toplarda olan naqillər ölçülmüş və ümumilikdə uzunluqları 1280 metr olmuşdur. Həmçinin 248 saylı dayaqdan 251 saylı dayağa qədər olan məsafə olçülmüş və 248 saylı dayaqdan 249 saylı dayağa qədər olan məsafə 430 metr, 249 saylı dayaqdan 250 saylı dayağa qədər olan məsafə 430 metr və 250 saylı dayaqdan 251 saylı dayağa qədər olan məsafə 440 metr müəyyən edilmişdir. Hadisə yerində aşkar edilmiş naqil topları, kəsici alət və vasitələri polis əmədaşları tərəfindən götürülmüşdür. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 göstərmişdir ki, Göyçay rayon polis şöbəsinin İTB-nin sahə polis nəfəri vəzifəsində işləyir, polis baş serjantıdır. xx xxxxxx 2019-cu il tarixdə Göyçay rayonu Qarayazı kəndi ərazisində İTB-nin sahə polis nəfərləri polis baş serjantı Şahid4 və X14 ilə birlikdə xidmətdə olmuşdur. Həmin gün təxminən saat 20 radələrində Qarayazı kəndinin ərazisində xidmətdə olarkən həmin kəndin ərazisindən keçən Mingəçevir REŞ MMC-yə məxsus istismarı dayandırılmış Qəbələ elektrik verilişi hava xəttinin yaxınlığında iki nəfər naməlum şəxs görüb, onlara yaxınlaşmışlar. Həmin iki nəfər şəxs elektrik xəttinin 248 nömrəli dayağının üzərində olmuşdur. Onlar 248 nömrəli dayağa yaxınlaşdıqda dayağın yanında yerdə qara rəngli çantada dəmirkəsən mişarın ağızlıqları, bir neçə açar, həmçinin yerdə termos və yemək üçün azuqələr olmuşdur. Bundan başqa həmin dayağın yanında yerdə 3 ədəd dairəvi formada toplanmış naqillər olmuş və dayağın üzərindən yerə doğru təxminən 15-20 metr uzunluğunda naqil sallanmışdır. Onlar həmin şəxslərdən dayağın üzərindən yerə enmələrini tələb etdikdə, hər ikisi yerə enmişlər. Bu zaman həmin şəxslərdən kim olduqlarını və dayağın üzərinə nə səbəbə çıxmalarını soruşduqda, onların İsmayıllı rayon Qubaxəlilli kənd sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olmaları və qeyd olunan elektrik naqillərini oğurlamalarını müəyyən etmişlər. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 248-249-250-251 nömrəli dayaqlar arası aşırımda orta faza naqil xəttini kəsdiklərini, həmin naqili hissələrə ayıraraq, dairəvi şəkildə topladıqlarını, həmçinin qamışlıq və kolluq sahədə gizlətdiklərini, 248 nömrəli dayağın üzərində qalmış təxminən 20 metr uzunluğunda olan naqili kəsmək üçün dayağın üzərinə çıxdıqlarını, lakin onların yaxınlaşmaları səbəbindən kəsə bilmədiklərini bildirmişlər. Bundan sonra bu barədə rayon polis şöbəsinin Növbətçi Hissəsinə məlumat vermişlər. Məlumatla əlaqədar hadisə yerinə əməliyyat-istintaq qrupu gəlmişdir. Bundan sonra həmin elektrik xətlərinə nəzarət edən baxış mantyorunu və iki nəfər hal şahidini dəvət edib, hadisə yerinə baxış keçirmişlər. Mingəçevir REŞ MMC-yə məxsus Qəbələ elektrik verilişi xəttinin 248-ci dayağından 251-ci dayağına qədər olan məsafəyə baxış keçirilmişdir. Baxış zamanı 248-ci dayağın yanında yerdə çantalarda dəmir açarlar, iri dəmirkəsən qayçı, 2 ədəd dəmirkəsən mişar və onların bir neçə ağızlıqları, torbada çay, çörək və digər azuqələr aşkar edilmişdir. 248 nömrəli dayağın üzərindən yerə doğru sallanmış naqilin uzunluğu ölçülmüş və 20 metr müəyyən edilmişdir. Bundan sonra 248-ci dayaqdan 251-ci dayağa qədər olan məsafədə kolluq, nar bağı sahəsində, qamışıqların arasında və su xəndəyində 1,2,3 və 9 ədəd toplarda dairəvi şəkildə toplanılmış ümumilikdə 32 ədəd naqil topu aşkar edilmişdir. Müstəntiq tərəfindən həmin naqil toplarının fotoşəkilləri çəkilmişdir. Baxış zamanı yerdən aşkar edilmiş toplarda olan naqillər ölçülmüş və ümumilikdə uzunluqları 1280 metr olmuşdur. Həmin naqil topları, hadisə yerindən aşkar edilmiş kəsici alət və vasitələr iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Həmçinin 248 saylı dayaqdan 251 saylı dayağa qədər olan məsafə ölçülmüşdür. Bu zaman 248 saylı dayaqdan 249 saylı dayağa qədər olan məsafə 430 metr, 249 saylı dayaqdan 250 saylı dayağa qədər olan məsafə 430 metr və 250 saylı dayaqdan 251 saylı dayağa qədər olan məsafə 440 metr müəyyən edilmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Zərərçəkmiş şəxs MMC-nin X20 xətlərinin İstismarı və təmiri xidmətinin nəzarətçi elektrik mantyoru vəzifəsində işləyən Şahid1 ifadəsində zərərçəkmiş şəxsin nümayəndəsi X3 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunda ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2019-cu il tarixli “baxış keçirilməsi barədə” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, xx.xx.2019-cu il tarixdə Mingəçevir REŞ MMC-yə məxsus 220 kv-luq Qəbələ hava veriliş xətlərinin keçdiyi Göyçay rayon Qarayazı kəndində 248-249- 250-251-ci dayaqlar arası aşırımdan baş vermiş oğurluq hadisəsi ilə bağlı hadisə yerinə baxış keçirilmiş və hadisə yerindən 32 top ümumi uzunluğu 1280 metr olan naqillər, 1 ədəd yaşıl rəngli dəmir kəsən qayçı, 2 ədəd dəmirkəsən mişar, 8 ədəd mişar ağızlığı, 2 ədəd kəlbətin, 4 ədəd vintaçan açar və bir cüt ağ-qırmızı rəngli rezin əlcək aşkar edilərək götürülmüş, həmçinin 248 saylı dayağın üzərində yerə doğru sallanmış vəziyyətdə 20 metr uzunluğunda naqil olduğu müəyyən edilmişdir. Bundan başqa baxış zamanı dayaqlar arası məsafə ölçülmüş və 248 saylı dayaqdan 249 saylı dayağa qədər olan məsafə 430 metr, 249 saylı dayaqdan 250 saylı dayağa qədər olan məsafə 430 metr və 250 saylı dayaqdan 251 saylı dayağa qədər olan məsafə 440 metr müəyyən edilmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompleks məhkəmə fiziki-kimyəvi və məhkəmə-əmtəəşünаslıq ekspertizasının xx xxxxxx 2020-ci il tаriхli 31930/31931 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd, işlənmiş, təxmini uzunluğu 1.0 m, ümumi diametri 25.6 mm, özəy hissəsi 19 ədəd dəmir məftil ətrafında fırlanan, diametri 3.6 mm olan 30 ədəd məftildən ibarət, üzərində heç bir markalama göstəricisi olmayan, elekrtik naqil nümnəsinin keçirici hissəsinin metalı alminium əsaslı ərintidən hazırlanmışdır, çəkisi 1.300 kq-dır. Naqil hazırki vəziyyətdə təyinatı üzrə istismara yararsız hesab olunur. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrini nəzərə alaraq internet saytlarının məlumatına, Respublikada yerləşən ticarət şəbəkələrində, elektrik kabel və inşaat materialları satışı məntəqələrində mövcud olan qiymətlərə əsasən, nümunə qismində təqdim edilmiş 01 ədəd üzərində heç bir markalanma göstəricisi olmayan, işlənmiş, təxmini uzunluğu 1.0 m, ümumi diametri 25.6 mm, özəy hissəsi 19 ədəd dəmir məftil ətrafında fırlanan, diametri 3.6 mm olan 30 ədəd məftildən ibarət, elektrik naqil nümunəsinin keçirici hissəsinin metalı alminium əsaslı ərintidən hazırlanmış, çəkisi 1.300 kq. hazırki vəziyyətdə hesab olunan bir metr elektrik naqil nümunəsinin köhnəsi, 2019-cu ilin dekabr ayına, köhnəlməsini nəzərə alaraq respublikadaxili orta bazar satış qiyməti təxminən 3.00 manat müəyyən edilir. Aparılmış ekspertizanın dəyəri 111.70 manat təşkil edir. Beləliklə Təqsirləndirilən şəxs1 оğlunun və Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli yolla qanunsuz olaraq ələ keçirmək məqsədi ilə xx xxxxxx 2019-cu il tarixdə günorta saatlarında Göyçay rayonu, Qarayazı kəndi ərazisindən keçən Mingəçevir REŞ MMC-nin balansında olan istismardan çıxarılmış Qəbələ elektrik verilişi hava xəttinin 248-249-250- 251 saylı dayaqlar arası aşırımın orta fazasından cəmi 1300 metr uzunluqda ASO-300 markalı elektrik naqillərini vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirmək məqsədilə əvvəlcədən öz rollarını bölüşdürüb qrup halında birləşərək xx xxxxxx 2019-cu il tarixdə saat 20 radələrində həmin naqilin 1280 metr hissəsini, xx xxxxxx 2019-cu il tarixdə saat 20 radələrində isə qalan 20 metr hissəsini talayaraq zərərçəkmiş Mingəçevir REŞ MMC-nə 3900 manat maddi ziyan vurmaqla oğurluq etmələri məhkəmə istintaqı zamanı tədqiq olunmuş şahid ifadələri, zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi, ekspert rəyləri və digər sənədlərlə tam sübuta yetirilmişdir. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 xx xxxxxx 2019-cu il tarixdə Göyçay rayonu Qarayazı kəndi ərazisində zərərçəkmiş Mingəçevir REŞ MMC-nə 3900 manat maddi ziyan vurmaqla Təqsirləndirilən şəxs1 ilə birlikdə törətməkdə ittiham olunduğu əməlindən başqa, X13, X8, X12 və X2 ilə birlikdə törətdiyi və hazırki iş üzrə də əməlinin CM-nin 177.2.2-ci maddəsi ilə tövsif edilməsinə səbəb olmaqla ona elan olunmuş ittihama daxil edilən əməllərə görə eyni zamanda DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin icraatında olan ********* nömrəli başqa bir cinayət işi üzrə xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin iş hərbi qulluqçunun iştirakı ilə törədilən cinayət olduğundan baxılması üçün Tərtər Hərbi Məhkəməsinə göndərilmişdir. Tərtər Hərbi Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 X13, X8, X12 və X2 ilə birlikdə törətdiyi və Göyçay Rayon Məhkəməsində baxılan cinayət işi üzrə onun əməlinin cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilməsinə səbəb olmuş əməllərinə görə Аzərbаycаn Rеspublikаsı CM-nin 177.2.1, 177.2.2, 177.2.3-2-ci maddələri ilə təqsirli bilinib, CM-nin 62-ci maddəsi tətbiq edilməklə 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, həmin hökm qanuni qüvvəyə minərək icraya yönəlmişdir. (Tərtər Hərbi Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü məhkəmə istintaqı zamanı əldə edilib iş materiallarına əlavə edilmişdir). Məhkəməyə təqdim edilmiş İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Tərtər Hərbi Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə Аzərbаycаn Rеspublikаsı CM-nin 177.2.1, 177.2.2, 177.2.3-2-ci maddələri ilə təqsirli bilinib, CM-nin 62-ci maddəsi tətbiq edilməklə 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, xx.xx.2020-ci il tarixə Təqsirləndirilən şəxs2 çəkilməmiş qalan cəzası 05 ay 03 gün təşkil edir. Göründüyü kimi Təqsirləndirilən şəxs2 Аzərbаycаn Rеspublikаsı CM-nin 177.2.1 və 177.2.2 maddələri ilə təqsirləndirilməsinə dair Göyçay Rayon Məhkəməsində baxılan cinayət işi üzrə onun əməlinin cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilməsinə səbəb olmuş X13, X8, X12 və X2 ilə birlikdə törətdiyi oğurluq epizodları üzrə artıq ittiham hökmü çıxarılmış və həmin hökm qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsinə əsasən heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyanın həmin maddəsindən irəli gələn və cinayət qanunvericiliyinin ədalət prinsipinin tərkib hissəsi olan heç kəsin eyni bir cinayətə görə təkrarən məsuliyyətə cəlb edilməsinin yolverilməzliyi Azərbaycan Respublikası CM-nin 16cı maddəsinin 3-cü bəndində də öz əksini tapmışdır. Belə ki, həmin maddənin 3-cü bəndində qeyd olunur ki, əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Şəxs barəsində eyni ittiham üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün olması Azərbaycan Respublikası CPM-nin 39.1.6-cı maddəsinə əsasən cinayət təqibini istisna edən hallardan biridir. Azərbaycan Respublikası CPM-nin 41.3-cü maddəsinin tələbinə görə dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsində göstərilir ki, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri irəli sürülmüş ittihamın məzmunundan onun əməlinin cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilməsinə səbəb olmuş digər epizodlar və CM-nin 177.2.2-ci maddəsi xaric edilməli, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Təqsirləndirilən şəxs2 hazırki iş üzrə əməli onun barəsində olan Tərtər Hərbi Məhkəməsinin xx xxxx 2020-ci tarixli hökmündən əvvələ düşür, ona görə də ona CM-nin 66.5-ci maddəsində göstərilmiş qayda üzrə cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən məhkəmə cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq aşağıdakıları nəzərə alır: İbtidai istintaq zamanı İsmayıllı rayon Mərkəzi Xəstəxanasının poliklinikasından alınmış xx xxxxxx 2020-ci il tarixli, 7 nömrəli məktubda göstərilmişdir ki, İsmayıllı rayon Qubaxəlilli kəndində yaşayan xx.xx.1968-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 və xx.xx.1986-cı il təvəllüdlü Şirinov X11 rayon mərkəzi xəstəxanasının Konsultativ poliklinikasının ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda yoxdurlar. İbtida istintaq zamanı Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış və iş materiallarına əlavə edilmiş tələbnamələrdən, həmçinin Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs1 isə məhkumluğu olmayan şəxsdir. İbtida istintaq zamanı Mingəçevir REŞ MMC-nə sorğu verilmiş və cavab məktubunda göstərilmişdir ki, Göyçay rayonu, Qarayazı kəndi ərazisindən keçən Mingəçevir REŞ MMC-nə məxsus oğurlanmış naqillərdə elektrik cərəyanı olmamış, həmin naqillərin istismarı 2016-cı ildə dayandırılmışdır. Həmin ərazidə yeni çəkilmiş naqillərdə nasazlıq yarandığı halda belə köhnə naqillərə elektrik cərəyanının verilməsi mümkün deyil. İş üzrə zərərçəkmiş şəxsin nümayəndəsi X9 vurulmuş maddi ziyanın cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı istintaqla müəyyən edilmiş cəmi 9300 manat maddi ziyan məbləğinin müştərək qaydada alınaraq Mingəçevir REŞ MMC-yə ödənilməsi barədə mülki iddia vermişdir. Məhkəmə hesab edir ki, mülki iddia qismən təmin olunmalı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yalnız bir epizoda görə vurduqları 3900 manat məbləğində maddi ziyan onlardan müştərək qaydada alınaraq Mingəçevir REŞ MMC-yə ödənilməlidir. Belə ki, Təqsirləndirilən şəxs2 digər şəxslərlə birlikdə Mingəçevir REŞ MMC-yə 5400 manat ziyan vurmaqla törətdiyi epizodlara görə cinayət işinə ayrıca icraatda Tərtər Hərbi Məhkəməsində baxılmış və ittiham hökmü çıxarılmışdır. Azərbaycan Respublikası CPM-nin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq məhkəmə iddianın tam və ya qismən təmin edilməsi barədə qərar qəbul edə bilər. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 10.3-cü bəndində də, törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olmasını, İİİ dərəcəli əlil olduğunu, ilk dəfə az ağır cinayət törətdiyini cəzanı yüngülləşdirilən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, təqsirləndirilən şəxs X10 törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olmasını cəzanı yüngülləşdirilən hal kimi nəzərə alır. X10 cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X24 cəza təyin edərkən cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, onlara Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 daimi yaşayış yerlərinin İsmayıllı rayonunun Qubaxəlilli kəndi olduğunu və həmin kəndin İsmayıllı rayon mərkəzinə giriş çıxış yolları Göyçay və Ağsu rayonları ərazisindən keçdiyindən məhkəmə hesab edir ki, ərazi məhdudiyyəti hər üç rayon, yəni İsmayıllı, Göyçay və Ağsu rayonları üzrə tətbiq edilməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixdə saat 15:35-də şübhəli şəxs qismində tutulmuş, xx.xx.2019-cu il tarixdə təqsirləndirilən şəхs qismində cəlb еdilmiş, Аzərbаycаn Rеspublikаsı CM-nin 177.2.1-ci mаddəsində nəzərdə tutulmuş ittihаm оnа еlаn olunmuş və həmin tarixdə bаrəsində pоlisin nəzаrəti аltınа vеrmə qətimkаn tədbiri sеçilərək həbsdən azad edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2019-cu il tarixdə saat 17:20-də şübhəli şəxs qismində tutulmuş, xx.xx.2019-cu il tarixdə təqsirləndirilən şəхs qismində cəlb еdilmiş, Аzərbаycаn Rеspublikаsı CM-nin 177.2.1-ci mаddəsində nəzərdə tutulmuş ittihаm оnа еlаn olunmuş və həmin tarixdə bаrəsində pоlisin nəzаrəti аltınа vеrmə qətimkаn tədbiri sеçilərək həbsdən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldıqları iki gün nəzərə alınmalı, onlara təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmənin sorğusu əsasında alınmış İsmayıllı rayon İcra və Probasiya şöbəsinin xx xxxxxx 2020-ci il tarixli, 63/2020 nömrəli arayışından görünür ki, Şirinov X11 rayon İcra və Probasiya şöbəsində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Tərtər Hərbi Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə ona təyin edilmiş 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2020-ci il tarixə çəkilməmiş hissəsi 05 ay 03 gün təşkil edir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatlardan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat dövründə və məhkəmə baxışı dövründə hüquqlarını 19 saat 20 dəqiqə, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 isə Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat dövründə və məhkəmə baxışı dövründə hüquqlarını 18 saat 30 dəqiqə müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs2 göstərilmiş 19 saat 20 dəqiqə saat hüquqi xidmətə görə vəkil Müdafiəçi2 116 manat və Təqsirləndirilən şəxs1 göstərilmiş 18 saat 30 dəqiqə saat hüquqi xidmətə görə vəkil Müdafiəçi1 111 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan və Göyçay RPŞ-nin MSSK-da saxlanılan Mingəçevir REŞ MMC-yə məxsus 32 top ümumi uzunluğu 1280 metr olan naqillər Mingəçevir REŞ MMCyə geri qaytarılmalı, 1 ədəd yaşıl rəngli dəmir kəsən qayçı, 2 ədəd dəmirkəsən mişar, 8 ədəd mişar ağızlığı, 2 ədəd kəlbətin, 4 ədəd vintaçan açar və bir cüt ağ-qırmızı rəngli rezin əlcək məhv edilməlidir. İş üzrə 111.70 manat məbləğində ekspertiza xərcinin 55.85 manatı Təqsirləndirilən şəxs2, 55,85 manatı isə Təqsirləndirilən şəxs1 tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia qismən təmin olunmalı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yalnız bir epizoda görə vurduqları 3900 manat məbləğində maddi ziyan onlardan müştərək qaydada alınaraq Mingəçevir REŞ MMC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347.2, 349, 351- 353,356, 358.2-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 məhkəmə baxışınadək həbsdə saxlandığı iki gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cazasından çıxılaraq, üzərində 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; yaşadığı (Qubaxəlilli kəndi) İsmayıllı, Ağsu və Göyçay rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Tərtər Hərbi Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 05 ay 03 gün hissəsi həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilən 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına tamamilə toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs2 01 il 11 ay 03 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 məhkəmə baxışınadək həbsdə saxlandığı iki gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cazasından çıxılaraq, üzərində 01 il 10 ay 29 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; yaşadığı (Qubaxəlilli kəndi) İsmayıllı, Ağsu və Göyçay rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mаddi sübut оlаn və Göyçаy RPŞ-nin MSSK-nа saxlanılan 32 top ümumi uzunluğu 1280 metr olan elektrik naqilləri Mingəçevir REŞ MMC-yə qaytarılsın. Digər maddi sübutlar 1 ədəd yaşıl rəngli dəmir kəsən qayçı, 2 ədəd dəmirkəsən mişar, 8 ədəd mişar ağızlığı, 2 ədəd kəlbətin, 4 ədəd vintaçan açar və bir cüt ağ-qırmızı rəngli rezin əlcək məhv edilsin. İş üzrə 111.70 manat məbləğində ekspertiza xərcinin 55.85 manatı Təqsirləndirilən şəxs2, 55,85 manatı isə Təqsirləndirilən şəxs1 tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. İş üzrə mülki iddia qismən təmin olunsun. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada 3900 manat məbləğində maddi ziyan alınaraq Mingəçevir REŞ MMC-yə ödənilsin. Təqsirləndirilən şəxs2 göstərilmiş 19 saat 20 dəqiqə hüquqi xidmətə görə vəkil Müdafiəçi2 116 manat və Təqsirləndirilən şəxs1 göstərilmiş 18 saat 30 dəqiqə hüquqi xidmətə görə vəkil Müdafiəçi1 111 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ013501**********2944, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Hökmün icrası İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov.
Məhkəmə qərarları › İş №1(046)-35/2020
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-35/2020
18.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver