Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-35/2025 22.04.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, Dövlət ittihamçısı X1, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, məhkumluğu ödənilməmiş, Göyçay rayonu İkinci Ərəbcəbirli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş xeyli miqdarda, yəni 7,03 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edərək üzərində saxlayıb daşımış, xx.xx.2024- cü il tarixdə saat 15 radələrində Göyçay RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Göyçay rayonu İkinci Ərəbcəbirli kəndi ərazisində saxlanılaraq üzərinə həmin tarixdə saat 15:04-dən 15:14-dək baxış keçirilən zaman onun əynində olan gödəkcəsinin sağ cibinin 01 ədəd kibrit qutusunda təmiz çəkisi 7,03 qram, yəni xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 15 radələrində Göyçay rayonu İkinci Ərəbcəbirli kəndi ərazisində velosipedlə gedən zaman Göyçay RPŞ-nin əməkdaşları onu saxlayaraq polis şöbəsinə aparmışlar. Polis şöbəsinə daxil olduqdan sonra cibindən kibrti qutusunda narkotik vasitə çıxmışdır. Həmin narkotik vasitənin ona aid olmadığını bildirmiş, lakin zorla onun olduğunu bildirmişlər. Daha sonra polis şöbəsindən çıxaraq video çəkiliş üçün Göyçay rayonu İkinci Ərəbcəbirli kəndinə gəlmişlər. Videoçəkiliş zamanı qorxduğu üçün həmin narkotik vasitənin ona məxsus olduğunu etiraf etmişdir. Əvvəllər narkotik vasitədən istifadə etmişdir. Lakin xx.xx.2024-cü il tarixdə üzərində narkotik vasitə olmamışdır. Buna görə də təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə barəsində bəratverici hökm çıxarılmasını xahiş etmişdir. Narkotik vasitədən istifadə etdiyi üçün peşmandır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 oğlu göstərmişdir ki, xx.xx.2024cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuş, buna görə də tərəfindən raport tərtib edilərək müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün müvafiq sənədləşmələr aparılmış, əməliyyat-axtarış tərdbirlərinin keçirilməsi məqsədi ilə əməliyyat qrupu yaradılmış, CAB-nin əməliyyat müvəkkilləri Şahid1, Şahid4 və Şahid3 ilə birlikdə 28 noyabr 2024-cü il tarixdə saat 15 radələrində Təqsirləndirilən şəxs Göyçay rayonu 2-ci Ərəbcəbrli kəndi ərazisində olması və həmin vaxt üzərində qanunsuz olaraq narkotik vasitə saxlayıb daşıması barədə məlumat almış, Təqsirləndirilən şəxs saat 15:04-də Göyçay rayonu 2-ci Ərəbcəbirli kəndi ərazisində saxlanılmış, həmin vaxt mobil telefondan istifadə etməklə çəkiliş aparırmış, CAB-nin əməliyyat müvəkkilləri Şahid1, Şahid4 və Şahid3 də videoəçkilişdə iştirak etmişlər, əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması və daşıması barədə məlumat daxil olmasını izah etmiş, həmçinin Təqsirləndirilən şəxs Göyçay RPŞ-nə getdikdən sonra müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmiş, Şahid1 Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmetin olub-olmamasını soruşmuş və üzərində olan əşyaları təqdim etməsini təklif etmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkcəsinin sağ cibindən 01 ədəd kibrit qutusunu avtomobilin yük yerinin üzərinə qoyaraq təqdim etmiş, bundan sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, lakin başqa hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kibrit qutusu açılan zaman içərisində yaşıl rəngli quru halında bitki kütləsinin olması aşkar edilmiş, Şahid1 Təqsirləndirilən şəxs həmin bitki kütləsinin nə olmasını və haradan əldə etməsini soruşmuş, Təqsirləndirilən şəxs həmin bitki kütləsinin marixuana olmasını, özü istifadə edən olduğunu, kəndin ərazisində velosiped sürən zaman içərisi dolu halda kibrit qutusunda tapdığını, üzərindən bir qədər istifadə etdiyini bildirmiş, əməliyyat müəvkkili Şahid1 Təqsirləndirilən şəxs həmin maddəni nə vaxt əldə etdiyini soruşduqda, Təqsirləndirilən şəxs təxminən 5 gün olmasını bildirmiş, bundan sonra əməliyyat müvəkkili Şahid1 aşkar edilmiş bitki kütləsinin elektron tərəzidə çəkiləcəyini, lakin dəqiq çəkinin ekspertiza zamanı müəyyən ediləcəyini söyləmiş, daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd kibrit qutusu içərisində olan bitki kütləsi ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 10 qram olmuş, bundan sonra həmin kibrit qutusu boş kağız zərfdə qablaşdırılmış və üzərinə möhür vurulmuş, zərfin üzəri yazılaraq imzalanmış, bundan sonra bir daha Təqsirləndirilən şəxs müdafiəöçi ilə təmin edilmək hüququ izah edilmiş və videoçəkilişin aparılması başa çatmış, bundan sonra birlikdə Göyçay RPŞ-nə gəlmişlər, RPŞ-də müvafiq sənədləşmə aparılmış və Təqsirləndirilən şəxs aidiyyəti üzrə təhvil verilmiş, bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş və baxış və götürmə istintaq hərəkəti aparılmış, baxış və götürmənin aparılması videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3, Şahid4 və Şahid1 Şahid2 oğlu ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş “xx.xx.2024-cü il tarixli əməliyyat axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında protokola əlavə edilmiş 01 ədəd DVD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Göyçay RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 özünü təqdim edərək üzərində narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olan Təqsirləndirilən şəxs üzərinə 28 noyabr 2024-cü il tarixdə saat 15:04-də baxış keçirilməsinə başlandığını elan edir, baxışda Göyçay RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid4, Şahid3 və Şahid2 iştirak etmişlər, baxış Göyçay rayonu 2-ci Ərəbcəbirli kəndi ərazisində keçirilmişdir. Bundan sonra əməliyyat müvəkkili Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olub-olmadığını soruşulur və üzərində olan əşyaları təqdim etməsi tələb edilir. Bundan sonra Təqsirləndirilən şəxs həmin vaxt əynində olan qara rəngli qış gödəkcəsinin sağ cibindən 01 ədəd siqaret və 01 ədəd kibrit qutularını avtomobilin yük yerinin üzərinə qoyaraq təqdim edir. Daha sonra əməliyyat müvəkkili Təqsirləndirilən şəxs üzərini yoxlamış, Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd kibrit qutusu açılmış və içərisində yaşımtıl rəngli bitki kütləsinin olması müəyyən edilmişdir. Əməliyyat müvəkkili Təqsirləndirilən şəxs həmin bitki kütləsini haradan əldə etməsi soruşur, Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə edən olduğunu, kəndlərində velosiped sürən zaman yolun qırağında kibrit qutusu gördüyünü, kibrit qutusu “şişka” kimi olduğundan baxdığını, bu zaman içərisində narkotik vasitə olduğunu gördüyünü, kibrit qutusunu cibinə qoyub saxladığını, bir gün sonra üstündən götürüb çəkdiyini, qalan hissəsiin cibində saxladığınl bildirmişdir. Bundan sonra əməliyyat müvəkkili aşkar edilmiş narkotik vasitəni elektron tərəzidə çəkmiş, kibrit qutusu içərisində olan narkotik vasitə ilə birlikdə əməliyyat müvəkkili tərəfindən boş kağız zərfdə qablaşdırılmış, zərfin üzəri yazılmış, DİN-in zərfələr üçün nəzərdə tutulmuş 92 nömrəli möhürü ilə möhürlənmiş və imzalanmışdır. Baxışın aparılması 28 noyabr 2024-cü il tarixdə saat 15:14-də başa çatmışdır. Cinayət işinə əlavə edilmiş baxış və götürmə keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 17:40 Göyçay RPŞ-də Müdafiəçi, Göyçay RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid4, Şahid3 və Şahid2 və Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin götürülməsi həyata keçirilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin özünə məxsus olmasını, ona qarşı hər hansı zorakı hərəkət olmadığını bildirmişdir. Cinayət işinə əlavə edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə X2 regional bölməsindən alınmış məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16-2-17/888 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd kibrit qutusnda yaşımtıl kütlə. 10.0 qram” yazısı, adlar və imzalar yazılmış 01 ədəd zərfin içərisindəki 01 ədəd kibrit qutusnda təmiz çəkisi 7,03 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kabnnabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: marixuananın ümumi təmiz çəkisi – 7.03 qram, tədqiqata sərf edilmişdir – 0.05 qram, qalıq 6.98 qram. Aparılmış ekspertizanın xərci 34.55 manat təşkil edir. Cinayət işi üzrə təyin edilərək keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 18 fevral 2025-ci il tarixli 248 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Əliyev X4 rayon məhkəməsinin xx.xx.2021 -ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 10 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Şəki Apellyasiya məhkəməsinin xx.xx.2021- ci il tarixli qərarı ilə qəti olaraq 01 il 11 ay 13 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzası 06 ay azaldılmış, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CPM-in 1.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır. Həmin Məcəllənin 12.1-ci maddəsində isə göstərilir ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Cinayət qanunvericiliyinə görə, şəxs yalnız o cinayəti törətməyə görə təqsirləndirilə bilər ki, həmin cinayətin törədilməsi şəxsin iradəsinin həqiqi ifadəsi olsun. Yəni cinayət qanunvericiliyi təqsirin iradəvi momentini xarakterizə edən əlamətlər kimi ictimai təhlükəli əməlin və onun nəticəsinin baş verməsini arzu etmək, onların baş verməsinə şüurlu surətdə yol vermək və ya onların qarşısının alınacağını guman etmək və s. kimi əlamətləri nəzərdə tutur. Bu əlamətlərə əsasən demək olar ki, təqsirin iradəvi momenti ictimai təhlükəli əməl (hərəkət və hərəkətsizlik) və ya həmin əməlin nəticəsi ilə əlaqədar olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Cinayət hüququ cinayət tərkibinin həmin əlamətlərini «obyekt», «obyektiv cəhət», «subyekt», «subyektiv cəhət» adlandırır. Cinayətkar əməli xarakterizə edən əlamətlər hər bir cinayət tərkibi üçün zəruri olmaqla bərabər «cinayətin obyektiv cəhətini» təşkil edir. Bununla belə, heç də şəxsin hər hansı bir ixtiyari hərəkəti cinayətin obyektiv cəhətini təşkil etmir, yalnız o hərəkətlər cinayətin obyektiv cəhətini təşkil edir ki, bu hərəkətlərdə cinayət qanununda nəzərdə tutulmuş əlamətlər olsun. Başqa sözlə, cinayətin obyektiv cəhəti – insanın cinayət qanunu ilə qorunan obyektə ictimai təhlükəli qəsddə ifadə olunan xarici davranış aktıdır. Beləliklə, cinayətin obyektiv cəhətini insanın yalnız birbaşa və bilavasitə qanunda nəzərdə tutulan davranışı, yəni ictimai təhlükəli davranışı təşkil edir. Əgər cinayətin «obyektiv cəhəti» cinayətin əsas əlaməti kimi onun nəticələrinin ayrılmaz olduğunu ehtiva edirsə, bu nəticələrin olmaması, cinayət məsuliyyəti ehtimalını istisna edir. Bu hallarda (yəni cinayətin obyektiv cəhəti cinayətin əsas əlaməti kimi onun nəticələrinin ayrılmaz olduğunu ehtiva edirsə) cinayətkar əməl ilə nəticə arasında səbəbli əlaqənin mövcudluğunu sübut etmək tələb olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7-ci maddəsinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilər. Məhkəmə araşdırılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 7.03 qram çəkidə narkotik vasitə olan marixuananı xx.xx.2024-cü il tarixdə, saat 15 radələrində Göyçay rayonu 2-ci Ərəbcəbirli kəndində üzərində saxlamaqla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı xx.xx.2024-cü il tarixdə, saat 15 radələrində üzərindən aşkar edilmiş narkotik vasitənin guya, Göyçay RPŞ-nə aparılaraq polis əməkdaşları tərəfindən üzərinə qoyulması barədə göstərdiklərini, heç bir əsası olmayan və məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla tam təkzib edilən xüsusat kimi Təqsirləndirilən şəxs özünü müdafiə xarakterli çıxışı kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halın olmadığını müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törədərək cinayətlərin residivliyini yaratmasını cəzasını ağırlaşdıran hal kimi nəzərə alaraq ona təqsirləndirildiyi CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini məhkumluğu ödənilmədən törətdiyindən, Azərbaycan Respublikası CM-nin 65-ci maddəsində təsbit edilmiş cinayətlərin residivi nəzərə alınmaqla təqsirləndirildiyi maddənin sanksiyasında müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az olmamaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət işinin materiallarına əlavə edilmiş cinayət törətməkdə şübhə edilən şəxsi tutmaq barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı iki gün nəzərə alınmalı, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri, həbs qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə zalından həbsə alınmalı, cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan Göyçay rayon polis şöbəsində saxlanılan 6.98 qram narkotik vasitə olan marixuana məhv edilməli, 02 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan 34.55 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq məhkəmə ekspertiza mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışınadək həbsdə saxlandığı 2 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlqıdan məhrumetmə cazasından çıxılaraq, üzərində qəti cəza olaraq 1 il 5 ay 28 müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş polisin nəzarəti altına verilmə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə zalından həbsə alınsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Göyçay rayon Polis şöbəsində 6.98 qram narkotik vasitə olan marixuana məhv edilsin,02 ədəd DVD disk cinayət işi materiallarında saxlanısın. Ekspertiza xərci olan 34.55 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Hökmün icrası maddi sübuta və məhkəmə xərcinə dair hissədə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №1(046)-35/2025
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-35/2025
22.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver