Məhkəmə qərarları › İş №1(046)-36/2023

Göyçay Rayon Məhkəməsi Qərar — İş №1(046)-36/2023

18.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 1(046)-36/2023 18.04.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi, zərərçəkmiş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Göyçay rayonu Şəkər kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialına Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs 01 mart 2023-cü il tarixdə saat 19 radələrində Göyçay rayonu Şəkər kəndində yaşadıqları evdə, qeyri rəsmi yaşadığı həyat yoldaşı Zərərçəkmiş şəxs azyaşlı oğlu Aydına nəzarət etməyərək uşaq yıxılaraq, başı stolun tininə dəydiyi üçün Təqsirləndirilən şəxs 3-4 dəfə yumruqla qəsdən Zərərçəkmiş şəxs baş və bədən nahiyəsindən vurmuş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yumruqla vurması nəticəsində Zərərçəkmiş şəxs yerə yıxılmış, bundan sonra isə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yerdə uzandığı vəziyyətdə 2-3 dəfə qəsdən təpiklə, kürək və çiyin nahiyəsindən vuraraq ona sağ bazu-çiyin oynağında (qatlama-açılma) hərəkətlərin bir qədər məhdudluğu ilə nəticələnən dərəcəsinə görə səhhətinin qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər yetirməklə Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə qeyri rəsmi nikahdandır. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində işdən yaşadıqları Göyçay rayonu Şəkər kəndində yerləşən fərdi yaşayış evinə gəlmiş, 1 şüşə araq içmişdir. Həmin vaxtı azyaşlı oğlu Aydın evdə oynayarkən yıxılaraq başı stolun tininə dəymişdir. Bundan əsəbləşərək ayağa duraraq 3-4 dəfə yumruqla Nəzifən İsmayılovanın baş və bədən nahiyəsindən vurmuşdur. Zərərçəkmiş şəxs yerə yıxılmışdır. Bundan sonra isə Zərərçəkmiş şəxs yerdə uzandığı vəziyyətdə 2-3 dəfə təpiklə kürək və çiyin nahiyəsindən vurmuşdur. Törətdiyi əməldən peşmandır. Hazırda Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş ziyanı tam ödəmişdir. Buna görə də məhkəmədən xahiş etmişdir ki, zərərçəkmişlə barışması barədə ərizəsi nəzərə alınsın və barəsində olan icraat materialı üzrə cinayət təqibinə xitam verilsin. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs evə gələrək çörək yeyib, 1 şüşə araq içmişdir. Həmin vaxt oğlu Aydın evdə oynayarkən yıxılaraq başı stolun tininə dəymişdir. Ona görə də Təqsirləndirilən şəxs 3-4 dəfə yumruqla onu baş və bədən nahiyəsindən vurmuşdur. Aqşinin onu yumruqla vurması nəticəsində yerə yıxılmışdır. Bundan sonra isə Aqşin onun yerdə uzandığı vəziyyətdə 2-3 dəfə təpiklə kürək və çiyin nahiyəsindən vurmuşdur. Hazırda Təqsirləndirilən şəxs baş vermiş hadisəyə görə ondan üzr istəmiş, ona dəymiş ziyanı ödəmiş və barışmışlar. Buna görə də məhkəmədən xahiş edir ki, Təqsirləndirilən şəxs ilə barışdığını nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilsin. Cinayət işinə əlavə olunmuş MTE və PA PHŞ-nin Göyçay rayon şöbəsinin xx.xx.2023cü il tarixli 108 №-li ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə- tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər- sağ bazu-çiyin oynağında (qatlama-açılma) hərəkətlərin bir qədər məhdudluğu ilə nəticələnən əzilmə küt-bərk əşyanın(əşyaların) təsirindən törənmişdir, törənmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gələn və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs 01 mart 2023-cü il tarixdə saat 19 radələrində Göyçay rayonu Şəkər kəndində yaşadıqları evdə qeyri rəsmi yaşadığı həyat yoldaşı Zərərçəkmiş şəxs yumruqla sifət nahiyəsindən və təpiklə kürək və çiyin nahiyəsindən vuraraq ona sağ bazu-çiyin oynağında (qatlama-açılma) hərəkətlərin bir qədər məhdudluğu ilə nəticələnən dərəcəsinə görə səhhətinin qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər yetirməklə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetir. Təqsirləndirilən şəxs, zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdikləri barışdıqları ilə bağlı ərizələrini nəzərə alan məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul etməlidir. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası 73.2-ci maddəsinə əsasən bu məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.2, 43.3, 344, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərar elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar