Məhkəmə qərarları › İş №1(046)-36/2024

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-36/2024

21.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-36/2024 21.05.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ saat 12.45-də Qurbanov Elçin Firudin oğlunun sədrliyi Qəniyev Nurlan Mehman oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli,əvvəllər Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, fərdi əməklə məşğul olan, Ağdaş rayonu Aşağı Nemətabad kəndində qeydiyyatda olan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgə əmlakını ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs xəstəliyə görə verilən, sonradan verilməsi dayandırılmış pensiyasını bərpa etdirəcəyini yalandan vəd verib adlatma və etibardan sui- istiladə etmə yolu ilə Zərərçəkmiş şəxs inandırmaqla görməyi vəd etdiyi işin müqabilində ilkin sənədləşmə adı ilə xx.xx.2023-cü il tarixdə Göyçay rayonu, İnçə kəndində yerləşən “Al marketdə quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə 50 manat, xx.xx.2023-cü il tarixdə Göyçay rayonu, İnçə kəndində yerləşən “Al marketdə quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə 1150 manat, xx.xx.2023-cü il tarixdə Göyçay rayonu, İnçə kəndində yerləşən “Al marketdə quraşdırılmış “Emanat” ödəmə terminalı vasitəsi ilə 50 manat, xx.xx.2023-cü il tarixdə Göyçay rayonu, İnçə kəndində yerləşən “Al marketdə quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə 250 manat, xx.xx.2023-cü il tarixdə Göyçay rayonu, İnçə kəndində yerləşən “Al marketdə quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə 250 manat, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar metrostansiyasında quraşdırılmış “Milliön” ödəmə terminalı ilə 230 manat, xx.xx.2023-cü il tarixdə Göyçay rayonu, İnçə kəndində yerləşən “Al marketdə quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə 200 manat, xx.xx.2023-cü il tarixdə Hacıqabul rayonu ərazisində yerləşən mağazalardan birinin içərisində quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsi ilə 50 manat, xx.xx.2023-cü il tarixdə Göyçay rayonu, Qaraməryəm kəndində yerləşən mağazalardan birinin içərisində quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə 1200 manat, xx.xx.2023-cü il tarixdə Göyçay rayonu, İnçə kəndində yerləşən “Al marketdə quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə 70 manat, xx.xx.2023-cü il tarixdə Göyçay rayonu, İnçə kəndində yerləşən “Al marketdə quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə 100 manat, xx.xx.2023-cü il tarixdə Göyçay rayonu, İnçə kəndində yerləşən “Al marketdə quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə 120 manat, xx.xx.2023-cü il tarixdə özünə məxsus "xxxx" ASC- yə aid kart hesabından istifadəsində olan mobil telefonun “Birbank” mobil tətbiqi vasitəsi ilə 450 manat, xx.xx.2023-cü il tarixdə Göyçay rayonu, İnçə kəndində yerləşən “Al marketdə quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə 95 manat və xx.xx.2023-cü il tarixdə Göyçay rayonu, İnçə kəndində yerləşən “Al market”də quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə 100 manat pul vəsaitini özünə məxsus “X3 Bankı” ASC-yə aid olan “Leobank” kart hesabına göndərtməklə ümumilikdə Zərərçəkmiş şəxs 4365 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə hissəhissə ələ keçirib aldığı pulun qarşılığında verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bildi, ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs tanıyır, onun həyat yoldaşının atasıgil ilə həmkəndlidir, həmçinin uzaq qohumdur, əvvəllər münasibətləri yaxşı olmuş, İİ Qarabağ döyüşlərində iştirak etmiş, İİİ qrup müharibə əlilidir və əlilliyi ilə əlaqədar pensiya alır. Təxminən 2023-cü ilin fevral ayının ortalarında hazırda dəqiq olaraq xatırlamadığı tarixdə Zərərçəkmiş şəxs ona zəng etmiş və əlilliyə görə verilən pensiyasının dayandırıldığını söyləmiş, həmçinin ondan pensiyasını bərpa etməkdə ona köməklik etməsini istəmiş, o da Zərərçəkmiş şəxs fikirləşib bir söz deyəcəyini bildirmiş, bundan sonra Zərərçəkmiş şəxs zəng edərək onun pensiyasını bərpa etdirə biləcəyini söyləmiş, həmçinin bunun müqabilində ondan 3500 manat alacağını bildirmişdir. Zərərçəkmiş şəxs da onunla razılaşmış, buna görə də o təxminən 10 gün sonra Zərərçəkmiş şəxs zəng etmiş və onun sənədlərini taplamağa başladığını və bunun üçün dövlət rüsumu ödəyəcəyini bildirmiş və Zərərçəkmiş şəxsn 60 manat pul istəmişdir. Zərərçəkmiş şəxs da onunla razılaşmış ,bundan sonra özünə məxsus “Leo banka” aid olan bank kartının üzərindəki “4098 5844 6816 7745” nömrəsini Zərərçəkmiş şəxs vermiş, pulu həmin kart hesabına atmasını tapşırmışdır. Zərərçəkmiş şəxs da həmin pulu onun kart hesabına göndərmişdir. Bundan təxminən 3-4 gün sonra Zərərçəkmiş şəxs zəng etmiş və ona sənədlərin bərpa edilməsi üçün 1500 manat pul ödənilməli olduğunu söyləmiş, Zərərçəkmiş şəxs da ona həmin məbləğdə pulunun olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs 10 gün ərzində 1500 manat pulu onun kart hesabına göndərəcəyini söyləmiş, bundan sonra Zərərçəkmiş şəxs ona məxsus bank hesabına təxminən 10 gün ərzində 1500 manat pul göndərmişdir.Həmin pulu bank hesabından çıxardaraq və kart vasitəsi ilə ödəniş edərək özü üçün xərcləmişdir. Pul bitdikdən sonra yenidən Zərərçəkmiş şəxs zəng edərək sənədlərin hələ tam bərpa olunmadığını və yenidən pul lazım olduğunu söyləmiş, lakin hazırda həmin vaxt Zərərçəkmiş şəxs nə qədər pul istədiyini dəqiq olaraq xatırlamamış, buna baxmayaraq Zərərçəkmiş şəxs onun dediyi müddət ərzində və istədiyi məbləğdə pulu onun kart hesabına göndərməsini bilmiş, buna görə də o hər dəfə pulu bitdikdə Zərərçəkmiş şəxs zəng etmiş və pensiyasının bərpa edilməsi üçün ödəniş etməli olduğunu bildirirərək Zərərçəkmiş şəxs pul istəmişdir.Təxminən 2023-cü ilin aprel ayının ortalarına qədər olan müddət ərzində Zərərçəkmiş şəxs ona pensiyasının bərpa edilməsi üçün ümumilikdə 4365 manat pul vermiş, o da həmin pulun hamısını özü üçün xərcləmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs tanıyır, belə ki, Təqsirləndirilən şəxs onun həmkəndlisi ilə ailə həyatı qurmuş, bundan sonra Raqif bir neçə dəfə onun yaşadığı kəndə gəlib-getmiş, elə həmin vaxtlardan da Təqsirləndirilən şəxs tanıyır, əvvəllər aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Təxminən 2023-cü ilin yanvar ayının 1-dən etibarən əvvəllər ona xəstəliyə görə verilən pensiya dayandırılmış, həmin ilin fevral ayında yaşadığı kənddə çayxanada olan zaman hazırda xatırlamadığı şəxslərin söhbətindən Təqsirləndirilən şəxs bir neçə şəxsin dayandırılmış pensiyasını bərpa etdirmək üçün çalışdığını eşitmiş, buna görə də dayandırılmış pensiyasının bərpa edilməsi üçün Raqifə müraciət etmək qərarına gəlmişdir. Bunun üçün Raqifin mobil nömrəsini öyrənərək ona zəng etmiş, telefon ilə danışan zaman Raqfə əvvəllər xəstəliyə görə pensiya aldığını, lakin 2023-cü ilin yanvar ayının 1-dən pensiyasının dayandırıldığını söyləmiş, həmçinin Raqifdən pensiyasının bərpa edilməsində ona kömək etməsini xahiş etmişdir. Raqif ona pensiyasının bərpa etdirə biləcəyini söyləyib bu işin həll edilməsi üçün ondan 4500 manat pul istəmişdir. Raqifə o qədər pulunun olmadığını, ona 3500 manat pul verə biləcəyini söylədikdə Raqif onunla razılaşmışdır. xx.xx.2023-cü il tarixdə Raqif ona zəng edərək onun adını qeydiyyata yazdırmaq üçün 50 manat pul lazım olduğunu bildirmiş, pulu özünə məxsus bank kartına göndərməsini ,“Leo bank” a aid olan bank kartının üzərində olan nömrəsini demiş, buna görə də o həmin gün yaşadığı Göyçay rayonu, İnçə kəndində yerləşən “Al marketə gedərək həmin marketin içərisində quraşdırılmış “eManat” ödəmə terminalından 50 manat pulu Raqifə məxsus bank hesabına yükləmişdir. Raqif sonra ona zəng edərək pulun ona çatdığını söyləmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə Raqif yenidən ona zəng edərək onu xəstəxanada yatızdırmaq lazım olduğunu və bunun üçün 1150 manat pul lazım olduğunu bildirəndə ,Təqsirləndirilən şəxslə razılaşmış və elə həmin gün yaşadığı kənddə yerləşən yerləşən “Al marketə gedərək həmin marketin içərisində quraşdırılmış “eManat” ödəmə terminalından 1150 manat pulu Raqifə məxsus bank hesabına göndərmişdir. xx.xx.2023-cü il tarixdə Raqif ona zəng edərək onun adını kompüterdə qeytiyyata salmaq üçün 50 manat lazım olduğunu bildirmiş, buna görə də o, yaşadığı kənddə yerləşən yerləşən “Al marketə gedərək həmin marketin içərisində quraşdırılmış “eManat” ödəmə terminalından 50 manat pulu Raqifə məxsus bank hesabına göndərmişdir. xx.xx.2023- cü il tarixdə Raqif yenidən ona zəng etmiş və artıq sənədlərinin tərtib edildiyini və bunun üçün 250 manat pul lazım olduğunu söyləmiş, o yenə də yaşadığı kənddə yerləşən “Al marketə gedərək həmin marketin içərisində quraşdırılmış “eManat” ödəmə terminalından 250 manat pulu Raqifə məxsus bank hesabına göndərmişdir. xx.xx.2023-cü il tarixdə Raqif yenə də ona zəng etmiş və sənədlərin tam hazırlanması üçün yenidən 250 manat lazım olduğunu söyləmiş,o yenə də Təqsirləndirilən şəxs ilə razılaşmış və elə həmin gün yaşadığı kənddə yerləşən “Al marketə gedərək həmin marketin içərisində quraşdırılmış “eManat” ödəmə terminalından 250 manat pulu Raqifə məxsus bank hesabına göndərmişdir. xx.xx.2023-cü il tarixdə Raqif yenidən ona zəng etmiş və həkimə 230 manat verməsi üçün pul lazım olduğunu söyləmiş, buna görə də o həmin vaxt olduğu yerdə, yəni Bakı şəhərində, 20 Yanvar metrostansiyasının girişində quraşdırılmış “Milliön” ödəmə terminalından 230 manat pulu Raqifə məxsus bank hesabına göndərmişdir. xx.xx.2023- cü il tarixdə Raqif yenidən ona zəng edərək 200 manat pul lazım olduğunu və həmin pulu həkimə verəcəyini bildirmiş, o da həmin gün yaşadığı kənddə yerləşən Al marketə gedərək həmin marketin içərisində quraşdırılmış “eManat” ödəmə terminalından 200 manat pulu Raqifə məxsus bank hesabına göndərmişdir. xx.xx.2023-cü il tarixdə Raqif yenidən zəng etmiş və yenidən iş üçün 50 manat pul lazım olduğunu bildirmiş, o da həmin vaxt Hacıqabul rayonunda olduğu üçün orada yerləşən mağazalardan brində quraşdırılmış “Milliön” ödəmə terminalından 50 manat pulu Raqifə məxsus bank hesabına göndərmişdir. xx.xx.2023-cü il tarixdə Raqif yenidən ona zəng etmiş və artıq işlərin yekunlaşdığını və əlavə olaraq 1200 manat pul lazım olduğunu bildirmiş, buna görə də o, Raqifə inanmış və elə həmin gün Göyçay rayonu Qaraməryəm kəndində yerləşən mağazanın içərisində quraşdırılmış “eManat” ödəmə terminalından 1200 manat pulu Raqifə məxsus bank hesabına göndərmişdir. xx.xx.2023-cü il tarixdə Raqif yenidən ona zəng edərək yenə də sənəd hazırladığını və bunun üçün 70 manat pul lazım olduğunu bildirmiş, buna görə də o elə həmin gün yaşadığı kənddə yerləşən “Al marketin içərisində quraşdırılmış “eManat” ödəmə terminalından 70 manat pulu Raqifə məxsus bank hesabına göndərmişdir. Bundan iki gün sonra Raqif yenidən ona zəng etmiş və artıq pensiyanın düzəldiyini və ona plastik kart hazırlandığını bildirmiş, həmçinin ondan əlavə olaraq 100 manat pul istəmişdir. Raqifə inandığı üçün həmin gün 100 manat pulu yaşadığı kənddə yerləşən “Al maket”in içərisində quraşdırılmış “eManat” ödəmə terminalından Raqifə məxsus bank hesabına göndərmişdir. xx.xx.2023-cü il tarixdə Raqif yenidən ona zəng etmiş və ona bank hesabı açılmalı olduğunu bildirmiş və bunun üçün də pul lazım olduğunu söyləmiş, o da Raqifdən nə qədər pul lazım olmasını soruşmuş, Raqif də ona 120 manat lazım olduğunu bildirəndə ,həmin gün yaşadığı kənddə yerləşən “Al marketin içərisində quraşdırılmış “eManat” ödəmə terminalından 120 manat pulu Raqifə məxsus bank hesabına göndərmişdir. xx.xx.2023-cü il tarixdə Raqif yenidən ona zəng edərək təcili olaraq 450 manat pul lazım olduğunu bildirmiş, həmin vaxt onun üzərində nağd pul olmadığı üçün istifadəsində olan mobil telefonda özünə məxsus bank kartına açılmış “Birbank” mobil tətbiqi vasitəsi ilə 450 manat pulu özünə məxsus bank kartının hesabından Raqifə məxsus bank hesabına göndərmişdir. Həmin vaxt Raqif bir daha ona artıq işlərin yekunlaşdığını və tezliklə bankdan kartını da götürəcəyini söyləmiş, buna sevinmiş və Raqif ilə sağollaşmış, bundan 3 gün sonra xx.xx.2023-cü il tarixdə Raqif ona zəng edərək yenidən 100 manat pul lazım olduğunu bildirmişdir. Raqifə üzərində 95 manat pulun olmasını söyləmiş və əlavə pulunun olmadığını bildirmiş, Raqif də ona həmin pulu göndərməsini tapşırmış, buna görə də o, 95 manat pulu yaşadığı kənddə yerləşən “Al market” in içərisində quraşıdırılmış “eManat” ödəmə terminalından Raqifə məxsus bank hesabına göndərmişdir. xx.xx.2023-cü il tarixdə Raqif ona zəng etmiş və işlərin yekunlaşdığını və bunun üçün 100 manat pul lazım olduğunu bildirmiş, buna görə də o elə həmin gün yaşadığı kənddə yerləşən “Al marketin içərisində quraşdırılmış “eManat” ödəmə terminalından 100 manat pulu Raqifə məxsus bank hesabına göndərmişdir. Bundan sonra Raqif ona zəng edərək işlərin yekunlaşdığını və tezliklə ona SMS bildirişin gələcəyini söyləmiş, bundan bir neçə gün sonra, təxminən 2023-cü ilin aprel ayının sonlarında onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xatırlamadığı bir nömrədən sms gəlmiş, həmin sms-də onun “Sosial Bərpa Xidməfinə yaxınlaşması xahiş olunmuş, buna görə də o Sosial Bərpa Xidmətinə getmiş, lakin oradan ona həmin sms-in onlara aidiyyəti olmadığını və onu çağırmadıqlarını, həmçinin onun adının həmin Xidmətdə ümumiyyətlə qeydiyyata alınmadığını bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs onu aldadaraq pulunu ələ keçirməsini başa düşmüş, buna görə də Raqifə bir neçə dəfə zəng etmiş, lakin Raqif telefonlarına cavab verməmiş, bundan sonra Raqif özü ona zəng edərək pensiyanın bərpa edilməsinin alınmadığını, ona pul lazım olduğu üçün pulu xərclədiyini və pulun hamısını geri ödəyəcəyini bildirmiş, həmçinin ondan vaxt verməsini xahiş etmiş, o da Zərərçəkmiş şəxs bir müddət vaxt vermiş, lakin Təqsirləndirilən şəxs bu günədək onun pulunu geri qaytarmamışdır.Ona dəymiş maddi zərər aradan qaldırılmamış,lakin təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid bildirdi ki, Zərərçəkmiş şəxs onun atasıdır. 2023-cü ilin yanvar ayının 1-dən etibarən atasının əvvəllər xəstəliyə görə verilən pensiyası dayandırılmış, buna görə də atası dayandırılmış pensiyasının bərpa edilməsi üçün Raqifə müraciət etmək qərarına gəlmişdir. Atası Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs mobil nömrəsini öyrənərək ona zəng etmiş, bundan sonra atası Zərərçəkmiş şəxs ona Təqsirləndirilən şəxs ilə danşdığını və Raqifin onun pensiyasını bərpa etdirəcəyini söylədiyini və bunun üçün Raqifə 3500 manat pul verəcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə atası ona Raqifin zəng etdiyini və adını qeydiyyata yazdırmaq üçün 50 manat pul lazım olduğunu söylədiyini, həmçinin özünə məxsus bank kartının üzərində olan nömrəni ona verərək həmin pulu göndərməsini tapşırmasını bildirimiş, atası Zərərçəkmiş şəxs da ödəmə terminalından istifadə etməyi bilmədiyini söyləmiş və ona birlikdə gedərək ödəmə terminalından pul göndərməsini ona öyrətməyini tapşırmışdır. Buna görə də o, atası Zərərçəkmiş şəxsla birlikdə yaşadığı kənddə yerləşən Al marketə getmiş, marketin içərisində olan “eManat” ödəmə terminalından ödəniş etməyi atasına izah etmiş və atası da onun yanında 50 manat pulu Raqifə məxsus bank kartına göndərmişdir. Bundan sonra bir neçə dəfə atası ilə birlikdə gedərək ödəmə terminalından Raqifə məxsus bank kartına pul göndərmişlər. xx.xx.2023-cü il tarixdə 1150 manat, xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2023-cü il tarixdə 250 manat, xx.xx.2023-cü il tarixdə 250 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 1200 manat, xx.xx.2023-cü il tarixdə 70 manat, 01.04.203-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 120 manat, xx.xx.2023-cü il tarixdə telefondan 450 manat, xx.xx.2023-cü il tarixdə 95 manat və xx.xx.2023-cü il tarixdə 100 manat pulu Raqifə göndərmişlər. Bunlardan başqa atası Bakı şəhərində olan zaman 230 manat və Hacıqabul rayonunda olan zaman isə 50 manat pulu Raqifə göndərmiş, təxminən 2023-cü ilin aprel ayının sonlarında atasının istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xatırlamadığı bir nömrədən sms gəlmiş, həmin sms-də atasının “Sosial Bərpa Xidməfinə yaxınlaşması xahiş olunmuş, buna görə də atası Sosial Bərpa Xidmətinə getmiş, lakin oradan onun atasına həmin sms-in onlara aidiyyəti olmadığını və atasını onların çağırmadıqlarını, həmçinin atası Zərərçəkmiş şəxs adının həmin Xidmətdə ümumiyyətlə qeydiyyata alınmadığını bildirmişdirlər. Cinayət işi materiallarına əlavə edilmiş qəbzlərin surətlərindən görünür ki, əməliyyat nömrəsi ********** olan çekdə 1150 manat pulun xx.xx.2023-cü il tarixdə, əməliyyat nömrəsi ********** olan çekdə 50 manat pulun xx.xx.2023-cü il tarixdə, əməliyyat nömrəsi ********* olan çekdə 250 manat pulun xx.xx.2023-cü il tarixdə, əməliyyat nömrəsi ********** olan çekdə 250 manat pulun xx.xx.2023-cü il tarixdə, əməliyyat nömrəsi ********** olan çekdə 230 manat pulun xx.xx.2023-cü il tarixdə, əməliyyat nömrəsi ********** olan çekdə 200 manat pulun xx.xx.2023-cü il tarixdə, əməliyyat nömrəsi ********* oan çekdə 50 manat pulun xx.xx.2023-cü il tarixdə, əməliyyat nömrəsi ********** olan çekdə 1200 manat pulun xx.xx.2023-cü il tarixdə və əməliyyat nömrəsi ********** olan çekdə 70 manat pulun xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs məxsus son 8 rəqəmi 68167745 “Leobank”a aid olan karta köçürülmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair digər cinayət işi üzrə haqqında axtarış elan edilməklə, barəsində seçimiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş Mingəçevir şəhər Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə axtarışda olan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saxlanılaraq Mingəçevir şəhər Polis şöbəsinə təhvil verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş qanuni qüvvədə olan Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 78111 nömrəli vəsiqəyə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və Azərbaycan Vətən Müharibəsi X1 Ağdaş rayon şöbəsində üzv kimi qeydiyyatdadır. Cinayət işi materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü tarixdə şöbədə qeydiyyata alınmış və həbs olunduğu xx.xx.2024-cü il tarixədək cəzasından 08 ay 11 gününü çəkmiş və çəkilməmiş cəzası 09 ay 19 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinin məzmunundan görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2-ci bəndinə görə dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Həmin Qərarın 3-cü bəndinə görə dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarın Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2015-ci il 11 iyun tarixli 7 saylı qərarında 4-cü və 30-cu bəndində edilmiş dəyişikliklərə görə dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayət təqsirkarın özgə əmlakına öz əmlakı kimi rəsmən (hüquqi əhəmiyyətli sənəd əsasında) sahib olmaq və onun üzərində sərəncam vermək imkanı əldə etdiyi andan, məsələn daşınmaz əmlaka mülkiyyət hüququ və yaxud qanuna görə qeydiyyat tələb olunduğu halda digər əmlaka hüquqlar qeydiyyata alındığı, müqavilənin bağlandığı, veksel üzərində köçürmə qeydinin (indossamentin) icra edildiyi andan, şəxsin əmlaka hüququnun tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi gündən və yaxud digər səlahiyyətli orqan tərəfindən hüquq müəyyən edən aktın qəbul edildiyi vaxtdan başa çatmış hesab edilir.Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydində nəzərdə tutulmuş müddəalar, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələbləri, habelə həmin maddənin qeydində göstərilənlər nəzərə alınaraq məhkəmələrə izah edilsin ki, dələduzluq o halda cinayət hesab edilir ki, ələ keçirilmiş əmlakın dəyəri beş yüz manatdan artıq olsun. Dələduzluqla ələ keçirilmiş əmlak beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğdə olduqda, əməl - xeyli miqdarda ziyan vurmaqla (CM-nin 178.2.4-cü maddəsi), əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayaq məbləğdə olduqda - külli miqdarda ziyan vurmaqla (CM-nin 178.3.2-ci maddəsi), beş yüz min manatdan yuxarı olan məbləğdə olduqda isə - xüsusilə külli miqdarda ziyan vurmaqla törədilmiş dələduzluq kimi qiymətləndirilir. Nəzərə almaq lazımdır ki, Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin ikinci cümləsində təsbit olunmuş cinayət məsuliyyətinin yaranmasını şərtləndirən zərərin minimal məbləğinə (ziyanın 100 manatdan artıq məbləğdə olmasına) dair tələb müstəsna olaraq oğurluq cinayətinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş hallarına aiddir və dələduzluq cinayətinə münasibətdə tətbiq edilmir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 17-ci bəndinə görə CM-in 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti da nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsi cinayət işi üzrə toplanmış dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilir. Beləliklə, təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xəstəliyə görə verilən, sonradan verilməsi dayandırılmış pensiyasını bərpa etdirəcəyini yalandan vəd verib adlatma və etibardan suiistiladə etmə yolu ilə Zərərçəkmiş şəxs inandırmaqla görməyi vəd etdiyi işin müqabilində ilkin sənədləşmə adı ilə xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixədək olan müddət ərzində “eManat” ödəmə terminalı vasitəsi ilə özünə məxsus “X2 Bankı” ASC-yə aid olan “Leobank” kart hesabına müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə pul vəsaiti göndərtməklə ümumilikdə Zərərçəkmiş şəxs 4365 manat pulu vahid niyyətlə hissə-hissə ələ keçirib aldığı pulun qarşılığında verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək dələduzluq etmiş, bununla da təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddələrinin tərkibini təşkil edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin, cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını,vətən müharibəsi iştirakçısı olmasını,cinayət əməlini qəsdən törətməsini və böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin himayəsində 2 yetkinlik yaşına çatmayan uşaqların olmasını,əməlindən peşman olmasını iş üzrə cəzasını yüngülləşdirən hallar olduğunu və cinayətlərin təkrar törədilməsini iş üzrə cəzasını ağırlaşdıran hal olmasını nəzərə alır. İş üzrə obyektiv və subyektiv halların məcmusunu nəzərə alıb, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin sanksiyası həddləri daxilində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, CM-in 66.5-ci maddəsinə əsasən CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə qəti olaraq əvvəlki Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılma cəzasını daha ciddi cəza ilə əhatə etmək yolu müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı,Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə çəkilən cəza qəti cəza müddətinə hesablanmalı, üzərinə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Ağdaş rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Ağdaş rayonu İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasının əvvəli Ağdaş rayonu İcra və probasiya şöbəsində qeydiyyata alındığı tarixdən hesablanmalıdır. Zərərçəkmiş şəxsə izah olunmalıdır ki, dəymiş zərərlə əlaqədar mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353,384-cü maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci və CM-nin 66.2-ci maddəsinə əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə təqsirli bilindiyi CM-nin 178.1-ci maddəsi ilə təyin edilmiş 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə üzərində qəti olaraq 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 23 mart 2024-cü il tarixdən 25 mart 2024-cü il tarixədək 02 gün həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 günü, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzanın şöbədə qeydiyyata alındığı xx.xx.2023-cü tarixdən həbs olunduğu xx.xx.2024-cü il tarixədək 08 ay 11 günü qəti cəza müddətinə hesablanaraq qəti olaraq ona 01 il 03 ay 15 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşadığı yer üzrə Ağdaş rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Ağdaş rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Üzərinə daimi yaşayış yeri olan Ağdaş rayonu Aşağı Nemətabad kəndində yerləşən fərdi yaşayış evini hər gün saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Ağdaş rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Ağdaş rayon İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxsə izah olunsun ki, dəymiş zərərlə əlaqədar mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ vardır. Hökmdən 20 gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar