Məhkəmə qərarları › İş №1(046)-37/2025

Göyçay Rayon Məhkəməsi Qərar — İş №1(046)-37/2025

13.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 1(046)-37/2025 13.03.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Xüsüsi ittihamçı X1, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X2 iştirakı ilə, Xüsüsi ittihamçı X1 X3 barəsində xüsusi ittiham qaydasında şikayətinə Göyçay şəhərində məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: X4 xüsusi ittiham qaydasında ərizə ilə müraciət edərək, X2 Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Xüsusi ittiham qaydasında şikayət bu məhkəməyə aiddir. Xüsusi ittiham qaydasında şikayətin məzmunu Azərbaycan Respublikası CPM-nin 293.3.1-ci və 293.3.6-cı maddələrinin tələblərinə uyğun deyildir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsində məşğuliyyət növü və vəzifəsi barədə məlumatları qeyd etməmiş, şikayət ərizəsinə cinayətin törədilməsinə əsas verən sənədləri və sübutları əlavə etməmişdir. Azərbaycan Respublikası CPM-nin 293.3.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsində, şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi) göstərilməlidir. Həmin Məcəllənin 293.3.4-cü maddəsinə əsasən şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; Azərbaycan Respublikası CPM-nin 302.1.3-cü maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2- 302.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul etməlidir . Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 302.2.3-cü maddəsinə əsasən X1 xüsusi ittiham qaydasında şikayət ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 299, 300, 301, 302.2.3, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: X1 xüsusi ittiham qaydasında X3 barəsində verdiyi şikayət məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan edildiyi vaxtdan 20 gün müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti vermək olar. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar