Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 1(046)-38/2023 25.04.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi, zərərçəkmiş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1998-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respulikasınm vətəndaşı, orta təhsilli, işsiz, məhkumluğu olmayan, subay, Yevlax rayon Tanrıqulular kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Göyçay rayon Mirzəhüseynli kənd ərazisində yaşayış olmayan dağlıq yerdə X1 olan fermanın qarşısındakı torpaq yolda, həmin kənd sakini Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı həmin vaxt yerdən götürdüyü daş parçası ilə onun baş nahiyyəsindən iki dəfə vuraraq başın təpə nahiyyəsində orta xətt boyu və sağ alın nahiyyəsində dərinin epidermis qatının sıyrılmış yaraları, üzün sol yanaq-burun büküşü və alt çənə nahiyələrində dərialtı qansızmalardan ibarət sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən, eləcə də, başın qapalı travması, başın sağ təpə-alıngicgah nahiyyələrində sağ nahiyyəsində ətrafında yumşaq toxumanın bir qədər qızartılı olması fonunda yumşaq toxumaların əzilmiş-cırılmış yaralarından ibarət səhhətin qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Göyçay rayonu Mirzəhüseynli kəndi ərazisində yerləşən 30 hektardan ibarət bağ sahəsinə nəzarətçi işləyir və həmin bağ sahəsinin ətrafında ferma olan yerdə ona ayrılmış otaqda yaşayır. xx.xx.2022-ci il tarixdə axşam saat 21 radələrində fermada işıqlar söndüyü üçün ferma üçün ayrılmış sayğaca baxmaq istəmiş, fermanın işıq sayğacı fermadan təxminən 800 metr uzaqda fermanın çıxış hissəsində yerləşdiyindən fermada yaşayan Şahid1 və arvadı Şahid2 ilə işıq sayğacına Ceyhunun fermada istifadə etdiyi traktor ilə getmişlər. İşlədiyi fermaya yaxınlıqda ferması olan Zərərçəkmiş şəxs özünə məxsus ağ rəngli Vaz 2106 markalı avtomobili ilə oradan keçərkən Habil onu görüb avtomobilin şüşəsindən onun ünvanına nalayiq ifadələr işlətmiş, Habilin ona qarşı nalayiq ifadələr işlətməsindən əsəbiləşərək yerdən daş parçası götürüb Habilin avtomobilin arxasından atmış, həmin daş parçası Habilin avtomobilinin arxa şüşəsindən dəyib şüşəni sındırmışdır. Bu zaman Habil avtomobili saxlayıb ona qarşı nalayiq ifadələr işlədə-işlədə üzərinə doğru gəlməyə başlamış, ona çatıb paltarından tutub yerə yıxan zaman Habilə fiziki gücü çatmayacağını görüb yerdən götürdüyü daş parçası ilə Habilin baş nahiyyəsindən iki dəfə vurmuşdur.Törətdiyi əməldən peşmandır. Hazırda Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş ziyanı tam ödəmişdir. Buna görə də məhkəmədən xahiş etmişdir ki, zərərçəkmişlə barışması barədə ərizəsi nəzərə alınsın və barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, hazırda Təqsirləndirilən şəxs baş vermiş hadisəyə görə ondan üzr istəmiş, ona dəymiş ziyanı tam ödəmiş və barışmışlar. Buna görə də məhkəmədən Təqsirləndirilən şəxs ilə barışdığını nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Zərərçəkmiş şəxs iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, Göyçay rayonu Mirzəhüseynli kəndində ferması vardır. xx.xx.2022-ci il tarixdə saat 21 radələrində özünə məxsus Vaz 2106 markalı **-BP-*** markalı avtomobili ilə öz fermasına gedərkən qonşu fermada işləyən Təqsirləndirilən şəxslə qarşılaşmışdır. Əliəkbərin yanından öz avtomobilimlə keçdikdən 5- 10 metr sonra avtomobilinin arxa şüşəsinə daş parçası dəydiyini, hiss edib avtomobili saxlayıb yerə düşmüşdür. Avtomobildən yerə düşdükdən sonra avtomobilin arxa şüşəsinin sınmasını görüb avtomobilinə daş atan şəxsin ünvanına nalayiq ifadələr işlətmişdir. Bu zaman Təqsirləndirilən şəxs üzərinə gələrək onu nalayiq ifadələrlə təhqir edib paltarından yapışmış və aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Əliəkbər yerdən daş parçası götürüb onun baş nahiyyəsindən iki dəfə vurub xəsarət yetirmişdir. Cinayət işinə əlavə olunmuş məhkəmə-tibbi ekspertizanın xx.xx.2022-ci il tarixli 641 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər: 1. Başın qapalı travması, başın təpə -alın-gicgah nahiyyələrində sağ nahiyəsində ətrafında yumşaq toxumanın bir qədər qızartılı olması fonunda yumşaq toxumaların əzilmiş - cırılmış yaraları küt - bərk əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixinə uyğun gəlir və dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər. 2. Başın təpə nahiyyəsində orta xətt boyu və sağ alı nahiyyəsində dərinin epidermis qatının sıyrılmış yaraları, üzün sol yanaq - burun büküşü və alt çənə nahiyyələrində dərialtı qansızmalar küt - bərk əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixinə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 73.2-ci maddəsində qeyd edilmiş maddələrin hər hansı biri ilə əvvəllər cinayət məsuliyyətindən azad edilməmişdir. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Göyçay rayon Mirzəhüseynli kənd ərazisində torpaq yolda, Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı həmin vaxt yerdən götürdüyü daş parçası ilə sonuncunun baş nahiyyəsindən iki dəfə vuraraq səhhətin qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetir. Təqsirləndirilən şəxs, zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdikləri barışdıqları ilə bağlı ərizələrini nəzərə alan məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul etməlidir. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası 73.2-ci maddəsinə əsasən bu məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.2, 43.3, 344, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Qərar elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №1(046)-38/2023
Göyçay Rayon Məhkəməsi Qərar — İş №1(046)-38/2023
25.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver