Məhkəmə qərarları › İş №1(046)-38/2024

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-38/2024

13.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-38/2024 13.08.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Ağəli oğlunun iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay 03 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu olan, Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 214-də qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri-əsaslandırıcı hissə: Təqsirləndirilən şəxs satış məqsədi olmadan «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş xeyli miqdarda 0,799 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə edərək saxlamış, 05 yanvar 2024-cü il tarixdə, saat 19:05-də Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsində olarkən və üzərində həmin narkotik vasitə heroini daşıyarkən Göyçay RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmiş, növbətçi hissədə saat 19:40-da üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkçənin sol yan cibindən 01 (bir) ədəd sellofan bükümdə olmaqla təmiz çəkisi 0,799 qram kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, satış məqsədi olmadan «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş xeyli miqdarda 0,178 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 0,08 qram olan sintetik narkotik vasitə olan metadonu istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etmiş, yaşadığı evin yataq otağında saxlamış, xx.xx.2024-cü il tarixdə Göyçay RPŞ-nin əməkdaşları tərəfindən saat 09:28-də yaşadığı evə baxış keçirilərkən yataq otağından masanın üzərindən təmiz çəkisi 0,178 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, eləcə də, həmin otaqdan masanın üzərindən və yastığın üzlüyünün içindən 1 ədəd bütov və 2 ədəd yarıya bölünmüş üzərində “FYM40” yazılan qəhvəyi rəngli, dairəvi formalı həblər öz aralarında xarici görünüşünə və kimyəvi tərkib kopmonentlərinə görə eyni olan, ümumi çəkisi 0,08 qram olan sintetik narkotik vasitə olan metadon aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi müəyyən olunmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bildi və ifadə verərərək göstərdi ki, anası ilə birlikdə Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 214-də qeydiyyatda olmaqla, yaşayır. Təxminən 8 ildir ki, narkotik vasitələrdən istifadə edir. Narkotik vasitələrdən istifadə etdiyinə görə əvvəllər məhkum edilmişdir. xx.xx.2024-cü il tarixdə saat təxminən 20 radələrində Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsində olarkən polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz saxlanılmasında şübhəli olduğunu bildirərək üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Göyçay rayon polis şöbəsinə dəvət etmişlər. Polislərə heç bir etiraz etməyərək rayon polis şöbəsinə gəlmişlər. Göyçay rayon polis şöbəsində ona hüquq və vəzifələri barədə bildiriş və tutulması barədə qərarın surəti təqdim olunmuşdur. Daha sonra Göyçay rayon polis şöbəsinin Növbətçi hissəsində vəkilin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə olunmuşdur. Şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sol yan cibində olan bir ədəd sellofan bükümü və bir ədəd şprisi çıxararaq masanın üzərinə qoymuşdur. Həmin sellofan büküm açıldıqda içərisində qara rəngli maddə olması aşkarlanmışdır. Daha sonra həmin büküm içərisindəki maddə ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 1,26 qram olmuşdur. Bundan sonra həmin qara rəngli maddənin olduğu büküm və bir ədəd şpris vəkilin və polis əməkdaşlarının iştirakı ilə bir ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, zərfin ağzı kleylənmiş və möhürlənmişdir. Daha sonra polis əməkdaşları tərəfindən götürülmüşdür. Həmçinin şəxsi axtarış zamanı üzərindən bir ədəd alışqan, 6 manat 20 qəpik pul vəsaiti, Redmi markalı mobil telefon və günəbaxan tumları aşkar edilmişdir. Bir ədəd yandıran, 6 manat 20 qəpik pul vəsaiti, və günəbaxan tumları ona qaytarılmış, lakin Redmi markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Üzərindən aşkar edilmiş narkotik maddə olan heroini istifadə etmək məqsədilə üzərində saxlamış, həmin narkotik vasitə olan heroini xx.xx.2024-cü il tarixdə səhər saatlarında yaşadığı Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsində yol kənarından tapmış, narkotik vasitəni taparkən onun yanında bir ədəd istifadə edilməmiş şpris də olmuş, həmin narkotik vasitədən başqa heç kimə verməmiş və satmamışdır. xx.xx.2024-cü il tarixdə yaşadığı evdən təxminən 500-600 metr aralıda olan Ə.Kərim adına parka gedərkən parkın girişində zibil qabının yanında yerdə əzilmiş və ağzı açıq siqaret qutusunu görüb onu yerdən götürüb, içərisinə baxarkən onun içərisində bir ədəd selefon bükümdə boz rəngli maddənin 2 ədəd qəhvəyi rəngli bütöv metodon həbinin və 1 ədəd metodon həbinin yarısı olduğunu görmüşdür. Narkotik maddələrdən istifadə etdiyi üçün, selefon bükümdə olan maddənin heroin olduğunu və həblərin isə narkotik tərkibli maddələrin olduğunu bilib, onları istifadə etmək məqsədi ilə götürüb cibinə qoymuşdür. Tapdığı içərisində heroin olan selefon bükümü və həbləri evə gətirmişdir. Həblərdən 1 ədədini yatdığı çarpayıda olan yastığın içərisinə qoymuşdur. Həblərdən birini yarıya bölüb yarı hissəsini istifadə etmişdir. Qalan 1 ədəd içərisində heroin narkotik maddəsi olan bükümü və 2 ədəd yarıya bölünmüş həbləri isə masanın üzərinə qoymuşdur. Yataq otağına ondan başqa heç kəs girmədiyi üçün, narkotik maddələri istifadə etdikdən sonra istifadə etdiyi şprisləri və içərisində narkotik maddələrin qarışdırdığı şüşə flakonları masanın üzərinə qoymuşdur. xx.xx.2024cü il tarixdə saat 08:45 radələrində yaşadığı Göyçay şəhər M.Ə.Rəsulzadə küçəsinin qarşısında olarkən polis işçiləri onu saxlayaraq narkotik maddələrin qəbulunda, üzərində gəzdirilməsində və evində saxlamasında şübhəli olduğunu bildirmişlər. Bundan sonra isə ona hüquq və vəzifələri izah olunmuş, dövlət hesabına vəkillə təmin olunmaq istədiyini bildirmişdir. Ona görə də vəkilin iştirakı ilə video çəkilişlə, yaşadığı evə baxış və üzərinə şəxsi axtarış keçirilmişdir. Yaşadığı evə baxış zamanı yataq otağında olan masanın üzərindən 1 ədəd selefon bükümdə içərisində boz rəngli, toz halında maddə, yastığın içərisindən 1 ədəd qəhvəyi rəngdə metadon həbi, masanın üzərindən 2 ədəd yarıya bölünmüş qəhvəyi rəngli metadon həbi, 3 ədəd istifadə olunmuş 1 ml qramlıq şpris, 4 ədəd isərisində qəhvəyi rəngli çöküntü olan şüşə flakon, 1 ədəd kağız bükümün içərisində işlənmiş çirkli pambıq parçaları, aşkar edilərək götürülmüşdür. Yaşadığı evdən aşkar olunaraq götürülmüş büküm elektron tərəziyə qoyularaq çəkilmişdir. Həmin 1 ədəd selefona bükülmüş içərisində boz rəngli, toz halında maddənin çəkisi 0,17 qram olmuşdur. Sonra həmin büküm, yastığın içərisindən 1 ədəd qəhvəyi rəngdə metadon həbi, masanını üzərindən 2 ədəd yarıya bölünmüş qəhvəyi rəngli metadon həbi, 3 ədəd istifadə olunmuş 1 ml qramlıq şpris, 4 ədəd isərisində qəhvəyi rəngli çöküntü olan şüşə flakon, 1 ədəd kağız bükümün içərisində işlənmiş çirkli pambıq parçaları 1 ədəd zərfə qoyularaq ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq zərfin ağzı möhürlənərək imzalanmışdır. Sonra isə bununla bağlı protokol tərtib olunmuş və protokolu imzalamışdır. Həmin maddələrdən heç kimə verməmiş və satmamış, saxlanılarkən ona qarşı heç bir zorakılıq hərəkətləri olmamış, sifətində olan xəsarətə oxşar izlərin yara ləkələri olmuş, həmin ləkələrin tutulmazdan 1 həftə əvvəl üzündə yaranmışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Göyçay rayon sakini Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə rayon polis şöbəsinə dəvət edildikdən sonra üzərinə şəxsi axtarış keçirilən zaman tanımış, onunla aralarında hər hansı düşmənçilik və ya ədavət olmamışdır. Belə ki, həmin tarixdə saat 19 radələrində rayon polis şöbəsində olan zaman CAB-ın əməliyyat müvəkkilləri Şahid2, Şahid6 və Şahid1la növbətçi hissənin qarşısına həmin vaxt adını öyrəndiyi Göyçay rayon sakini Təqsirləndirilən şəxs gətirərək həmin şəxsin üzərində narkotik vasitə daşımasında şübhəli olduğunu bildirərək Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi olduğunu bildirdilər. Həmin vaxt növbədə olan təhqiqatçı Anar Osmanov tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi X3 ilə təmin olunaraq şübhəli şəxs qismində tutuldu. Bundan sonra təhqiqatçı Anar Osmanov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra rayon polis şöbəsinə məxsus olan və ona təhkim olunmuş “Panasonic” markalı aparatla müdafiəçi Rasim Vəliyevin, CAB-ın əməkdaşı Şahid2, Şahid6 və Şahid1 iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlandı. İlk öncə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya, predmet narkotik vasitə və.s olub-olmamasını soruşaraq əgər vardırsa təqdim etməsi təklif olundu. Bu zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol yan cibindən 01 (bir) ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoydu. Həmin sellofan bükümə nəzər saldıqda içərisində qara rəngli maddə olması aşkar olundu. Aşkar edilmiş həmin sellofan bükümdə olan maddə sellofan bükümlə birlikdə elektron tərəzidə çəkildi, sellofan bükümlə birlikdə çəkisi 1,26 qram oldu. Şəxsi axtarış zamanı aşkar edilmiş həmin sellofan büküm götürüldü və bir ədəd zərfə qoyularaq qablaşdırıldı. Zərfin ağzı kleylənərək bağlandı, möhürləndi, zərfin üzəri iştirakçılar tərəfindən imzalandı. Şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edildi və iştirakçılar tərəfindən imzalandı. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş sellofan bükümdə olan maddənin nə olması soruşulduqda, o da üzərindən aşkar edilmiş sellofan bükümdəki qara rəngli maddənin narkotik vasitə kimi tanıdığı heroin maddəsi olduğunu və özü istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra müdafiəçi, Təqsirləndirilən şəxs hər hansı etiraz və vəsatəti olmadığını bildirdi. Müvafiq sənədləşmə aparılması üçün baxış sona çatdı. Bundan başqa xx.xx.2024-cü il tarixdə saat 05 radələrində rayon polis şöbəsində olan zaman CAB-ın əməliyyat müvəkkilləri Şahid2, Şahid3 və Şahid5 ilə Göyçay rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitə daşımasında şübhəli olduğunu bildirərək Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi olduğunu bildirdilər. Həmin vaxt növbədə olan təhqiqatçı Qiyas Beybutov tərəfindən Təqsirləndirilən şəxs Müdafiəçila ilə təmin olunaraq şübhəli şəxs qismində tutuldu. Bundan sonra təhqiqatçı Qiyas Beybutov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra rayon polis şöbəsinə məxsus olan və ona təhkim olunmuş “Panasonic” markalı aparatla Müdafiəçi, CAB-ın əməkdaşları Şahid2, Şahid3 və Şahid5 iştirakları ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs yaşadığı evə baxış başlandı. İlk öncə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etirazı olub-olmadığını soruşdu Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə razılıq verdi. Təqsirləndirilən şəxs yaşadığı evdə qadağan olunmuş hər hansı əşya, predmet narkotik vasitə və.s olub-olmamasını soruşaraq əgər vardırsa təqdim etməsi təklif olundu. Bu zaman Təqsirləndirilən şəxs yataq otağına gedərək masanın üzərində olan narkotik vasitələri göstərdi. Baxış zamanı masanın üzərindən sellofan bükümdə boz rəngli maddə, yarıya bölünmüş həb və yastığın üzlüyünün arasından 1 ədəd bütöv həb aşkar olundu. Aşkar edilmiş həmin sellofan bükümdə olan maddə sellofan bükümlə birlikdə elektron tərəzidə çəkildi, sellofan bükümlə birlikdə çəkisi 0,17 qram oldu. Baxış zamanı aşkar edilmiş həmin sellofan büküm və həblər götürüldü, zərfə qoyularaq qablaşdırıldı. Zərfin ağzı kleylənərək bağlandı, möhürləndi, zərfin üzəri iştirakçılar tərəfindən imzalandı. Baxış zamanı keçirilməsi barədə protokol tərtib edildi və iştirakçılar tərəfindən imzalandı. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş sellofan bükümdə olan maddənin nə olması soruşulduqda, o da aşkar edilmiş sellofan bükümdəki boz rəngli maddənin narkotik vasitə kimi tanıdığı heroin maddəsi olduğunu, həblərin Metadon olduğunu və öz istifadəsi üçün saxladığını, 3 gün əvvəl, yəni xx.xx.2024cü il tarixdə Göyçay şəhəri. Ə.Kərim parkından tapdığını bildirdi. Bundan sonra müdafiəçi, Təqsirləndirilən şəxs hər hansı etiraz və vəsatəti olmadığını bildirdi. Müvafiq sənədləşmə aparılması üçün baxış sona çatdı. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Göyçay RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. Göyçay rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması və üzərində daşıması barədə Göyçay RPŞ-nin əməliyyat aparatına daxil olmuş məlumat əsasında 05 yanvar 2024-cü il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə başlanılmışdır. Əməliyyat-axtarış tədbirinin keçirilməsində Göyçay RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid1 və Şahid6lə birlikdə iştirak etmişlər. Həmin gün saat təxminən 19:05-də Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsində Təqsirləndirilən şəxs görüb ona yaxınlaşıb özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu ona bildirib, üzərinə şəxsi axtarış keçirilməsi üçün RPŞ-nə dəvət etmişlər. Bu zaman Təqsirləndirilən şəxs onlara heç bir etiraz etmədən birlikdə rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra növbətçi hissənin qarşısında növbədə olan təhqiqatçı Anar Osmanov tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi X3 ilə təmin olunaraq şübhəli şəxs qismində tutuldu. Bundan sonra təhqiqatçı Anar Osmanov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlandı. Həmin vaxt videoçəkilişi KTQ-nin inspektoru Şahid4 aparırdı. İlk öncə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya, predmet narkotik vasitə və.s olub-olmamasını soruşaraq əgər vardırsa təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol yan cibindən 01 (bir) ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin sellofan bükümə nəzər saldıqda içərisində qara rəngli maddə olması aşkar olunmuşdur. Aşkar edilmiş həmin sellofan bükümdə olan maddə sellofan bükümlə birlikdə elektron tərəzidə çəkildi, sellofan bükümlə birlikdə çəkisi 1,26 qram olmuşdur. Şəxsi axtarış zamanı aşkar edilmiş həmin sellofan büküm götürüldü və bir ədəd zərfə qoyularaq qablaşdırıldı. Zərfin ağzı kleylənərək bağlanmaqla möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş sellofan bükümdə olan maddənin nə olması soruşulduqda, o da üzərindən aşkar edilmiş sellofan bükümdəki qara rəngli maddənin narkotik vasitə kimi tanıdığı heroin maddəsi olduğunu və özü istifadə etmək üçün üzərində gəzdirdiyini, xx.xx.2024-cü il tarixdə səhər saatlarında Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsindən yol kənarından tapdığını bildirmişdir. Bundan sonra müdafiəçi, Təqsirləndirilən şəxs hər hansı etiraz və vəsatəti olmadığını bildirmişdir. Müvafiq sənədləşmə aparılması üçün baxış sona çatmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Göyçay RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. Göyçay rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması və üzərində daşıması barədə Göyçay RPŞ-nin əməliyyat aparatına daxil olmuş məlumat əsasında 05 yanvar 2024-cü il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə başlanılmışdır. Əməliyyat-axtarış tədbirinin keçirilməsində Göyçay RPŞ-nin CAB-m baş əməliyyat müvəkkili Şahid1 və Şahid2la birlikdə iştirak etmişlər. Həmin gün saat təxminən 19:05-də Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsində Təqsirləndirilən şəxs görüb ona yaxınlaşıb özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu ona bildirib, üzərinə şəxsi axtarış keçirilməsi üçün RPŞ-nə dəvət etmişlər. Bu zaman Təqsirləndirilən şəxs onlara heç bir etiraz etmədən birlikdə rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra növbətçi hissənin qarşısında növbədə olan təhqiqatçı Anar Osmanov tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi X3 ilə təmin olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra təhqiqatçı Anar Osmanov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Həmin vaxt videoçəkilişi KTQ-nin inspektoru Şahid4 aparırdı. İlk öncə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya, predmet narkotik vasitə və.s olub-olmamasını soruşaraq əgər vardırsa təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol yan cibindən 01 (bir) ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin sellofan bükümə nəzər saldıqda içərisində qara rəngli maddə olması aşkar olunmuşdur. Aşkar edilmiş həmin sellofan bükümdə olan maddə sellofan bükümlə birlikdə elektron tərəzidə çəkilmiş, sellofan bükümlə birlikdə çəkisi 1,26 qram olmuşdur. Şəxsi axtarış zamanı aşkar edilmiş həmin sellofan büküm götürülmüş və bir ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Zərfin ağzı kleylənərək bağlanmaqla möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş sellofan bükümdə olan maddənin nə olması soruşulduqda, o da üzərindən aşkar edilmiş sellofan bükümdəki qara rəngli maddənin narkotik vasitə kimi tanıdığı heroin maddəsi olduğunu və özü istifadə etmək üçün üzərində gəzdirdiyini, xx.xx.2024-cü il tarixdə səhər saatlarında Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsindən yol kənarından tapdığını bildirmişdir. Bundan sonra müdafiəçi, Təqsirləndirilən şəxs hər hansı etiraz və vəsatəti olmadığını bildirmişdir. Müvafiq sənədləşmə aparılması üçün baxış sona çatmışdır. Bundan başqa xx.xx.2024-cü il tarixdə saat 09 radələrində rayon polis şöbəsində olan zaman Göyçay rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitə daşımasında və gəzdirilməsində şübhəli olduğu üçün onun barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə başlanılmışdır. Əməliyyat-axtarış tədbirləri CAB-ın əməliyyat müvəkkilləri Şahid3 və Şahid5 ilə keçirilmişdir. Təqsirləndirilən şəxs RPŞ-nə gətirildikdən sonra təhqiqatçı Qiyas Beybutov tərəfindən Təqsirləndirilən şəxs Müdafiəçila ilə təmin olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra təhqiqatçı Qiyas Beybutov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmişdir. İlk öncə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etirazı olub-olmadığını soruşmuş, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə razılıq vermişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə qadağan olunmuş hər hansı əşya, predmet narkotik vasitə və.s olubolmamasını soruşaraq əgər vardırsa təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs yataq otağına gedərək masanın üzərində olan narkotik vasitələri göstərmişdir. Baxış zamanı masanın üzərindən sellofan bükümdə boz rəngli maddə, yarıya bölünmüş həb və yastığın üzlüyünün arasından lədəd bütöv həb aşkar olunmuşdur. Aşkar edilmiş həmin sellofan bükümdə olan maddə sellofan bükümlə birlikdə elektron tərəzidə çəkilmiş, sellofan bükümlə birlikdə çəkisi 0,17 qram olmuşdur. Baxış zamanı aşkar edilmiş həmin sellofan büküm və həblər götürülmüş, zərfə qoyularaq qablaşdırılmışdır. Zərfin ağzı kleylənib bağlanmaqla möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Baxış keçirilməsi barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Baxış zamanı zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş sellofan bükümdə olan maddənin nə olması soruşulduqda, o da aşkar edilmiş sellofan bükümdəki boz rəngli maddənin narkotik vasitə kimi tanıdığı heroin maddəsi olduğunu, həblərin Metadon olduğunu, özü istifadə etmək üçün saxladığını və xx.xx.2024-cü il tarixdə Göyçay şəhəri. Ə.Kərim parkından tapdığını bildirmişdir. Bundan sonra müdafiəçi, Təqsirləndirilən şəxs hər hansı etiraz və vəsatəti olmadığını bildirmişdir. Müvafiq sənədləşmə aparılması üçün baxış sona çatmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Göyçay RPŞ-nin CAB-m əməliyyat müvəkkili vəzifəsində işləyir. Göyçay rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması və üzərində daşıması barədə Göyçay RPŞ-nin əməliyyat aparatına daxil olmuş məlumat əsasında 27 yanvar 2024-cü il tarixdə saat 09 radələrində Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə başlanılmışdır. Əməliyyat-axtarış tədbirinin keçirilməsində Göyçay RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid3 və Şahid6lə birlikdə iştirak etmişlər. Həmin gün saat təxminən 09 radələrində Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsində Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə başlanılmışdır. İlk öncə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etirazı olub-olmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə razılıq vermişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə qadağan olunmuş hər hansı əşya, predmet narkotik vasitə və.s olub-olmamasını soruşaraq əgər vardırsa təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs yataq otağına gedərək masanın üzərində olan narkotik vasitələri göstərmişdir. Baxış zamanı masanın üzərindən sellofan bükümdə boz rəngli maddə, yarıya bölünmüş həb və yastığın üzlüyünün arasından lədəd bütöv həb aşkar olunmuşdur. Aşkar edilmiş həmin sellofan bükümdə olan maddə sellofan bükümlə birlikdə elektron tərəzidə çəkilmiş, sellofan bükümlə birlikdə çəkisi 0,17 qram olmuşdur. Baxış zamanı aşkar edilmiş həmin sellofan büküm və həblər götürülmüş, zərfə qoyularaq qablaşdırılmışdır. Zərfin ağzı kleylənib bağlanmaqla, möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Baxış zamanı keçirilməsi barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Baxış zamanı zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş sellofan bükümdə olan maddənin nə olması soruşulduqda, o da aşkar edilmiş sellofan bükümdəki boz rəngli maddənin narkotik vasitə kimi tanıdığı heroin maddəsi olduğunu, həblərin Metadon olduğunu və özü istifadə etmək üçün saxladığını, 3 gün əvvəl, yəni xx.xx.2024-cü il tarixdə Göyçay şəhəri. Ə.Kərim parkından tapdığını bildirmişdir. Bundan sonra müdafiəçi, Təqsirləndirilən şəxs hər hansı etiraz və vəsatəti olmadığını bildirdi. Müvafiq sənədləşmə aparılması üçün baxış sona çatdı. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 06 yanvar 2024-cü il tarixli 17/16 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə” sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd qara-ağ rəngli kağız bükümdə, təmiz çəkisi -0,799 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 01 (bir) ədəd şpirisin üzərində isə narkotik və psixotrop maddə hissəcikləri aşkar edilməmişdir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi 0,799 qram, tədqiqata sərf edildi 0,050 qram, qalıq 0,749 qramdır. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 27 yanvar 2024-cü il tarixli 17/100 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş,üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi, tərtib etdi Q.Beybutov” yazısı və imzalar yazılmış 01 ədəd zərfin içərisindəki; 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi -0,178 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 03 ədəd 1 ml-lik şpirislərdə, 04 ədəd şüşə flakonlarda və 01 ədəd kağız bükümün içərisində olan kiçik kağız parçalarının üzərində cüzi miqdarda heroin hissəcikləri vardır. Heroin hissəcikləri cüzi miqdarda olduğundan (normal çəki təşkil etmədiyindən) təmiz çəkisini müəyyən etmək və təqdim olunmuş heroinlə müqayisəli tədqiqatını (eynilik) aparmaq mümkün olmamışdır. MEM-in X5ndə müvafiq laboratoriya cihazı olmadığından təqdim olunmuş həblərin tədqiqatını aparmaq mümkün olmadı. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi 0,178 qram, tədqiqata sərf edildi 0,050 qram, qalıq 0,128 qramdır. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 11 mart 2024-cü il tarixli 3-16-16/2-6/1133 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş0, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Təhqiqat Obyekti № 3” dairəvi möhür əksi “ekspert rəyi 17/100.....” yazı və imzalar olan zərfdə 1 ədəd bötöv və 2 ədəd yarıya bölünmüş üzərində “FVM40” yazılan qəhvəyi rəngli, dairəvi formalı həblər öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, sintetik narkotik vasitə-metadondur. Bir ədəd bütöv və iki ədəd yarıya bölünmüş həblərin tərkibində metadon təsir maddəsinin ümumi miqdarı 0,08 qramdır. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. 01 ədəd bütöv və 2 ədəd yarıya bölünmüş metadon həbinin hər birinin yarısı tədqiqata sərf edildi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 03 aprel 2024-cü il tarixli 564 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Şübhəli şəxsi tutma haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 19:15-də şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarxidə saat 15:00-da MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Şübhəli şəxsi tutma haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 09:13-də şübhəli şəxs qismində tutulmuşdur. Göyçay rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, xx.xx.2024cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay 03 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə baxışı iclasında iki ədəd DVD diskə baxış keçirilmiş, müdafiəçinin iştirakı ilə xx.xx.2024-cü il tarixdə saat 19:40-da Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkçənin sol yan cibindən 01 (bir) ədəd sellofan bükümdə olmaqla təmiz çəkisi 0,799 qram kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülməsi müəyyən edilmişdir. Bundan baqa müdafiəçinin iştirakı ilə xx.xx.2024-cü il tarixdə saat 09:28 radələrində Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 214-də yaşayan Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş, baxış zamanı yataq otağından masanın üzərindən təmiz çəkisi 0,178 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, eləcə də, həmin otaqdan masanın üzərindən və yastığın üzlüyünün içindən 1 ədəd bütov və 2 ədəd yarıya bölünmüş üzərində “FYM40” yazılan qəhvəyi rəngli, dairəvi formalı həblər öz aralarında xarici görünüşünə və kimyəvi tərkib kopmonentlərinə görə eyni olan, ümumi çəkisi 0,08 qram olan sintetik narkotik vasitə olan metadon və 03 ədəd 1 qramlıq şiprisin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsrə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrini rəhbər tutur. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətdiyinə görə məhkum olunmasını, hazırda məhkumluğu ödənilməmiş hesab edilməsini, qəsdin obyektinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların olmadığını və cinayətlərin təkrar törətməsini və residivini cəzasını ağırlaşdıran hallar olduğunu nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı həbsdə saxlama müddəti təyin edilmiş cəzadan çıxılaraq qəti cəza təyin edilməli, cəzasını CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli həbsə alındığı andan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Göyçay Rayon Polis Şöbəsində saxlanılan 0,128 qram narkotik vasitə heroin, 0,749 qram narkotik vasitə heroin? 0,08 qram sintetik narkotik vasitə metadon və 03 ədəd 1 qramlıq şipris hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Ekspertiza tədqiqatlarının cəmi dəyəri 226,70 (iki yüz iyirmi altı manat yetmiş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməldir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraat dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxs X1 məhkəmə iclasında hüquqlarını 15 saat müddətində müdafiə etmişdir. Odur ki, X2 göstərilmiş 15 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 90 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər həbsdə saxlanıldığı 2 gün müddət ona təyin edilmiş 02 il müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Göyçay Rayon Polis Şöbəsində saxlanılan 0,128 qram narkotik vasitə heroin, 0,749 qram narkotik vasitə heroin? 0,08 qram sintetik narkotik vasitə metadon və 03 ədəd 1 qramlıq şipris hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatlarının ümumi dəyəri 226,70 (iki yüz iyirmi altı manat yetmiş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 15 iş saatına görə 90 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Göyçay rayon Vəkil Bürosunun hesabına (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar