Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-39/2020 05.08.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi,X1katibliyi,Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə iştiraki ilə, xx.xx.1988-ci ildə Gürcüstan Respublikasında anadan olmuş, azərbaycanlı, subay, orta təhsilli, hal-hazırda işsiz, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan xx xxxxxx 2020-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talamaq qərarına gəlib, bu məqsədlə xx xxxxxx 2016-cı il tarixdə saat 02 radələrində Göyçay rayonu Mırtı kənd ərazisində yerləşən Zərərçəkmiş şəxs MMC-nin tikinti-təmir materiallarının saxlanc yeri hesab olunan anbarına qanunsuz daxil olaraq oradan hər birinin 09 manat dəyəri olan istifadə olunmamış 479 ədəd “GAZKON GSR-6” markalı qaz təzyiqi tənzimləyiciləri, hər birinin dəyəri 92 manat olan istifadə olunmamış 13 ədəd “BK-G4T” markalı mexaniki qaz sayğacları, hər birinin dəyəri 20 manat olan 3 ədəd məişət təyinatlı əl arabaları, hər birinin dəyəri 30 manat olan 7 ədəd “ARGES - HDD 454” markalı kiçik laqondalardan ibarət, ümumilikdə 5777 manat dəyərində həmin əmlakı gizli olaraq oğurlayıb zərərçəkmiş Zərərçəkmiş şəxs MMC-yə xeyli miqdarda ziyan vurmaqla talamışdır. Bununla da Azərbaycan Respublikası CM-nin 177.2.3-cü və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərimişdir ki, 2015-ci ilin yaz-yay aylarında tanışı Şahid1 Rahiboviçlə Şəki şəhərində Şahid5 Əhmədalı oğlunun yanında şirkətdə çalışmışdır. Lakin 2015-ci ildə iqtisadi böhran yaşandığından Timurla işdən çıxıb Bakı şəhərinə qayıtmış və bir neçə ay işsiz qaldığından maddi vəziyyəti pisləşmişdir. Daima iş tapa bilməmişdir. Şahid1 çoxdan tanıdığından və münasibətləri yaxşı olduğundan hərdənbir onunla əlaqə saxlamış və görüşüb bir birilərinin hal-əhvalı ilə maraqlanmışlar. Bir müddət sonra Timur əvvələr çalşıdığı “xxxxxxxx” MMC şirkətinə işə qayıtmaq qərarına gəlmiş və həmin şirkətin rəhbəri ilə danışdığını, Göyçay rayonunda qaz xətlərinin çəkildiyini, həmin yerdə işçilərin tələb olunduğunu bildirmiş və ona da iş təklif etmişdir. Təxminən 2016-ci ilin yanvar ayının əvvələrində Timur onu işə fəhlə kimi işləməyi dəvət etmişdir. Göyçay rayonun Mırtı kəndinə həmin şirkətə işə gəlmişdir. Timur bir az usta kimi işləyib sonra anbarda əşyalara nəzarət etmişdir. Timur həmin anbara daxil olmağa heç kimə icazə verməmiş, lakin ona etibar etdiyindən özü hərdənbir oraya daxil olmuşdur. 2016-cı ilin yanvar ayının əvvələrində şirkətdə işlər dayandırıldığına görə Mırtı kənd ərazisində qaz sayğaclarını quraşdıra bilməmişlər. Göyçay rayonun Mırtı kəndi ərazisində ümumilikdə təxminən 1 həftə işləmişdir. Həmin müddət ərzində qeyd etdiyi kimi anbara girib çıxmışdır. xx.xx.2016-cı il tarixdə Şahid1 Səbuhi adlı şəxslə anbarı təhvil təslim etmiş, anbarın açarlarını Səbuhiyə təhvil vermiş və Timur ilə Bakı şəhərinə qayıtmışlar. Həmin vaxtdan Timurla bir neçə dəfə Bakı şəhərində görüşmüşdür. İşsiz qaldığına görə Mırtı kəndində anbardan oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə xx.xx.2016-cı il tarixdə axşam saatlarında Bakı şəhəri Dərnəgül qəsəbəsinə gedərək bazarın yaxınlığında Göyçaya gəlib materialları aparmaq üçün yük avtomobli sürücülərinin biri ilə danışıb Göyçay rayonuna gəlib yük aparmasına razılaşmışdır. Həmin şəxsə yalandan Göyçay rayonun Mırtı kəndində şirkətdə işlədiyini, iş qurtardığı üçün materialları Bakıya qaytarmalı olduğunu bildirmişdir. Həmin şəxsin idarə etdiyi dövlət nömrəsini, eləcə də markasını xatırlamadığı yük avtomobili ilə Göyçay rayonun Mırtı kəndinə gəlmişlər. xx.xx.2016-cı il tarixdə saat 02 radələrində anbarın olduğu yerə çatmışıar. Anbarın yaxınlığında və ətrafda heç kim olmamışdır. Anbarın qıfılın açarı olmadığından qapının qıfılını sındıracağını görməsin deyə sürücüyə avtomobili döndərməsini və arxa tərəfini qapıya tərəfə verməsini bildirmişdir. Bundan sonra qıfılı güclə dartıb cəftəsi ilə qopardaraq anbarın arxa tərəfinə atmış və içəriyə daxil olmuşdur. Anbara daxil olaraq 24 ədəd karton yeşiklərə yığılmış qaz təzyiqi tənzimləyicilərini, eləcə də 3 ədəd əl arabası, 13 ədəd qaz sayğacı və 7 ədəd kiçik laqondanı götürmüşdür. 24 ədəd yeşiyin hər birində 20 ədəd qaz təzyiqi tənzimləyicilərinin olmalı olduğu halda yeşiklərin birində qaz təzyiqi tənzimləyicilərinin sayı 19 ədəd olmuş, yəni ümumilikdə 479 ədəd olmuşdur. Həmin yeşikləri və digər əşyaları avtomobilin yük yerinə yükləməyə başlamışdır. Bakı şəhərinə qayıtmışlar. Bakı şəhərinə qayıdarkən həmin oğurladıqları əşyaları yaşadığı evin həyətinə boşaltmışdır. Sürücüyə də 100 manat pul verərərək yola salmışdır. Oğurladığı malların bir qismini 8-ci kilometr bazarında satmışdır. Anası xəstə olduğundan və təcili müalicəyə ehtiyacı olduğundan məcbur olub xx.xx.2016cı ildə Gürcüstana getmişdir. Sonra isə ona məlum olmuşdur ki, oğurluq etdiyi artıq polisə məlumdur və polislər onu axtarırlar. Qorxduğu üçün, sonra isə anasının səhhəti pisləşdiyindən məcbur olub Gürcüstanda anasının yanında qalmışdır. Gürcüstan Respublikasında həbs olunmuş, 3 ay həbsdə yatdıqdan sonra azadlığa buraxılmışdır. Bundan ekstradisiya edilmiş, Azərbaycan Respublikasına təhvil verilmişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmişə dəymiş maddi ziyanı tam ödəmişdir. İş üzrə zərərçəkmiş “xxxxxxxx” MMC-nin nümayəndəsi qismində ifadə vermiş Nümayəndə göstərmişdir ki, “xxxxxxxx” MMC şirkətində bir neçə rayon üzrə tikinti-təmir işləri üzrə sahə rəisi kimi çalışır. İşlədiyi şirkət bir neçə rayon ərazisində tikinti-təmir işləri yerinə yetirməklə fəaliyyət göstərir. Göyçay rayon kəndlərində, eləcə də, Göyçay rayonun Mırtı kəndi ərazisində “Azəriqaz” şirkəti tərəfindən qaz boruları çəkilir və hal-hazırda həmin kənd ərazisində qaz sayğacları quraşdırılır. Həmin şirkətin sifarişi ilə 2015-i ilin oktyabr ayından “xxxxxxxx” MMC şirkəti də iş icraçısı kimi orada yaşayış evlərinə qaz xətlərini çəkir və son zamanlar iş yekunlaşdığına görə qaz sayğacları quraşdırılması planlaşdırılmışdır. Təxminən 20 yaşayış evinə “xxxxxxxx” MMC şirkəti tərəfindən artıq qaz sayğacları quraşdırılmışdır. Bütün materiallar və iş ləvazimatları onlara “xxxxxxxx” MMC şirkəti Bakı şəhərindən göndərir. Qaz sayğacları “Azəriqaz”ın Göyçay xidmət sahəsi tərəfindən verilir. Göyçay rayonun Mırtı kənd ərazisində “xxxxxxxx” MMC-yə məxsus bütün istifadə olunan və quraşdırılan materialları xüsusi ayrılmış köhnə tikilidə, yəni kiçik taxta qapısı olan anbarda saxlanılır. Şirkətin Bakı şəhərində olan nümayəndəsi Gündüz İsmayılov hərdənbir gəlib anbarda saxlanılan materialların hesabatını aparmış və iş icraçısı kimi fəaliyyət göstərən Ağdaş Rayon sakini Şahid4la təhvil-təslim edib getmişdir. Gecələr həmin anbarda heç vaxt nəzarətçi və gözətçi qalmamışdır. xx.xx.2016-cı il tarixdə X6 kəndinə gəlib malların hesabatını aparmışdı. Həmin vaxtda heç bir çatışmamazlıq olmamşdır. Gündüz malları sayıb yenə də Şahid4 təhvil verib getmişdir. Həmin gün anbarda olmasa da, Gündüz ona məlumat vermişdir ki, anbarda materialların heasabatını aparıb Tural ilə təhvil – təslim etmişdir. Sonradan devalvasiya ilə əlaqəqdar “Azəriqaz” şirkəti müvvəqqəti Mırtı kənd ərazisində işləri dayandırmışdır. Həmin ərazidə müvəqqəti olaraq iş olmamışdır. Ona görə də işçilər həmin əraziyə getməmişlər. xx.xx.2016-cı il tarixdə axşam saat 21 radələrində şirkətin Ləkçiplaq kəndində yerləşən anbarında gözətçi işləyən Qədim Nəsirov ona zəng vurub xx.xx.2016-cı il tarixdə həmin kənd ərazisində olan anbarın yanında gecə saatlarında iki nəfər özlərini şübhəli aparan şəxslərin gördüyünü lakin heç bir oğurluq hadisəsi və başqa problemin olmadığına görə ona zəng vurub bu barədə demədiyini bildirmişdir. Həmin vaxt Şahid4 və digər kənd ərazilərində olan iş icraçısına zəng vurub məsləhətləşərək onların işlədikləri kənd ərazisində saxlanılan materialları Ləkçıplaq kəndinə olan Qədim Nəsirovun gözətçilik etdiyi anbara yığmağa qərara gəlmişlər. xx.xx.2016-cı il tarixdə isə Mırtı kənd ərazisinə cavabdeh iş icraçısı Şahid4 səhər saatlarında ona zəng vurub bildirmişdir ki, Mırtı kənd ərazisində olan anbarın qıfılı sındırılıb və içəridən xx.xx.2016-cı il tarixdə Gündüz İsmayılovla sayıb saxladıqları materialların bir hissəsi oğurlanıb. Tural hesabat aparıb anbardan 479 ədəd qaz təzyiqi təmzimləyicisi, 3 ədəd əl arabası, 13 ədəd qaz sayğacı, 7 ədəd kiçik laqondanın oğurlandığını ona bildirmişdir. Həmin yerə getmiş və həqiqətən anbarın taxta qapısının üzərində olan qıfılının sındırıldığını və qapının açıq qaldığını, içəridə az sayda materialların qaldığını görmüşdür. Göyçay rayonu Mırtı kənd ərazisində yerləşən, Zərərçəkmiş şəxs” MMC-nin tikinti-təmir materiallarını saxladığı anbardan təzə istifadə olunmamış hər birinin qiyməti 09 manat olan və 24 ədəd karton qutularda olmuş, yəni hər bir qutuda 20 ədəd olmaqla və bir ədədi olmayan ümumilikdə 479 ədəd “GAZKON GSR-6” markalı qaz təzyiqi tənzimləyiciləri, həmçinin, istifadə olunmamış hər birinin qiyməti 92 manat olan BK-G4T” markalı 13 ədəd “BK-G4T” markalı mexaniki qaz sayğacları, həmçinin, təxminən bir ay istifadə olunmuş hər birinin dəyəri təxminən 20 manat olan 3 ədəd əl arabası və təxminən bir ay istifadə olunmuş hər birinin dəyəri təxminən 30 manat olan 7 ədəd “ARGES - HDD 454” markalı kiçik laqondalar oğurlandığı məlum olmuşdur. Anbarın qapısının üzərində olmuş qıfıl köhnə qıfıl olmuşdur. Həmin qıfılın heç bir dəyəri olmamışdır. Ona görə də həmin qıfılın sındırılması ilə bağlı onlara hər hansı bir ziyan dəyməmişdir. Sonradan məlum olmuşdur ki, həmin əmlaklar Təqsirləndirilən şəxs tərəfindən oğurlanmışdır.Təqsirləndirilən şəxs tərəfindən “xxxxxxxx” MMC-yə oğuluq nəticəsində vurulmuş ümumilikdə 5777 manat ziyan tam ödənilmişdir. Təqsriləndirilən şəxs Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. İş üzrə şahid qismində ifadə vermiş Şahid4 göstərmişdir ki, “xxxxxxxx” MMC şirkətində iş icraçısı kimi çalışır. Həmin şirkət bir neçə rayon ərazisində tikinti-təmir işləri ilə məşğul olmuşdur. “xxxxxxxx” MMC şirkəti Göyçay rayonunun bir neçə kənd ərazisində, eləcə də, 2015-ci ilin oktyabr ayından Mırtı kənd ərazisində “Azəriqaz” şirkətin sifarişi ilə qaz boruları çəkilişi və qaz sayğacları quraşdırılması ilə məşğul olmuş və şirkət tərəfindən təxminən 20 yaşayış evinə artıq qaz sayğacları quraşdırılmışdır. Həmin kəndin ərazisində iş icraçısı kimi çalışmışdır. Tikinti materiallarından “Azəriqaz” şirkəti tərəfindən onlara yalnız sayğacların özü verilir. Qalan sayğaca aid olan əlavə hissələr isə, yəni sayğacın yerləşdiyi qutu və həmin qutuda olan reduktorlar(qaz tənzimləyiciləri) “xxxxxxxx” MMC şirkəti Bakı şəhərindən alıb göndərir. Mırtı kənd ərazisində MMC-yə məxsus tikinti materialları xüsusi ayrılmış köhnə tikilidə, anbarda kiçik taxta qapısı olan anbarda saxlanılmışdır. xxxxxxxx” MMC-nin onlara göndərdikləri əl arabaları, laqondalar, qaz sayğacları və qaz tənzimləyiciləri də həmin yerdə saxlanılmışdır. xx.xx.2016-cı il tarixdə saat 21 radələrində şirkətin tikinti işləri üzrə sahə rəisi Nümayəndə zəng vurub Ləkçıplaq kəndindəki anbarın gözətçisi Qədir Nəsirov ona xx.xx.2016-cı il tarixdə həmin kənd ərazisində olan anbarın yanında axşam saatlarında iki nəfər özlərini şübhəli aparan şəxsləri gördüyü barədə məlumat verdiyini demişdir. Seymur həmin vaxt digər kənd ərazilərində olan iş icraçılarına zəng vurub məsləhətləşərək işlədikləri kənd ərazisində saxlanılan materialları gözətçi olduğuna görə Ləkçıplaq kəndindəki Qədirin işlədiyi anbara yığmağa qərara gəlmişlər. Bu məqsədlə o, xx.xx.2016-cı il tarixdə səhər saatlarında Mırtı kənd ərazisindəki anbara getmişdir. Anbarın kiçik taxta qapısına yaxınlaşdıqda isə qapının üzərində olan köhnə qıfılın sındırıldığını, qapının açıq vəziyyətdə olduğunu görmüşdür. Anbara daxil olduqda isə xx.xx.2016-cı il tarixdə Gündüz İsmayılovla sayıb saxladığı materialların bir hissəsinin oğurlandığını görüb dərhal Seymura zəng vurub bu barədə xəbər vermişdir. Hesabat apararkən 24 ədəd karton qutuda saxlanılan birində bir ədədi çatışmayan üumumilikdə 479 ədəd “GAZKON GSR-6” markalı qaz təzyiqi tənzimləyiciləri, istifadə olunmamış 13 ədəd “BK-G4T” markalı mexaniki qaz sayğacları, təxminən bir ay istifadə olunmuş 3 ədəd əl arabası və təxminən bir ay istifadə olunmuş 7 ədəd “ARGES - HDD 454” markalı kiçik laqondaların oğurlandığı ona məlum olmuşdur. Nümayəndə bir qədər sonra həmin yerə gəlmiş və polisə müraciət etmişdir. Anbarda qalan materialları Süleyman adlı işçinin avtomobili ilə Ləkçiplaq kəndində Qədimin gözəltçilik etdiyi anbara aparıb oraya yığmışlar. Oğurluqla bağlı hər hansı bir şübhələndiyi şəxs və ya şəxslər yoxdur. İş üzrə şahid qismində ifadəsi elan edilmiş Şahid5 Əhmədalı oğlu ifadəsindən göstərmişdir ki, 2016-cı ilin fevral ayının ortalarında, günorta saatlarında Təqsirləndirilən şəxs ona zəng vurub yaşadığı evin həyətinə mal boşaldıb bir neçə gün saxlamasını ondan xahiş etmişdir. Vüsaldan həmin malın nə olduğunu soruşanda, Vüsal ona işdən bir az artıq mal qaldığını, saxlamağa yerinin olmadığını bildirmişdir. Vüsala inanıb etiraz etməmişdir. Həmin gün, Vüsal markasını və nömrəsini xatırlamadığı, üstü açıq olan yük maşını ilə onun yaşadığı ünvana gəlmişdir. Vüsal onu həyətdən çağırmış, avtomobildə 24 ədəd karton qutuları göstərərək onların qaz təzyiqi tənzimləyiciləri olduğunu, Göyçay şəhərindən gətirdiyini, onların artıq qaldığını, həyətinə də biraz mal boşlatdığını, lakin artıq yer olmadığına görə ondan həmin qaz tənzimləyicilərini müvəqqəti saxlamağı xahiş etdiyini bildirmişdir. Vüsaldan həmin əşyaların oğurluq-olub olmadığını soruşanda, Vüsal bildirmişdir ki, həmin əşyalar oğurluq deyil. Vüsala inanmış və həmin malların həyətimdə saxlamasına etiraz etməmişdir. Vüsal həmin 24 ədəd qutunu yaşadığı evin həyətinə yerləşdirmiş, bir iki günə müştəri tapıb onları götürəcəyini, eləcə də ona müştəri tapmağını bildirmiş, gedərkən isə karton qutunun içərisindən bir ədəd kiçik qutunu götürüb getmişdir. Daha sonra həmin günün səhəri, günorta saatlarında Vüsal yenidən onun yaşadığı evə tanımadığım taksi sürücüsü ilə üstü baqajlı VAZ 2104 markalı nömrəsini xatırlamadığı taksi ilə gəlmiş və yaxınlıqda yaşayan əvvəllər bir yerdə işlədikləri tanışı Şahid3 adlı şəxsi də köməyə çağırıb 24 ədəd korobkada olan qaz təzyiqi tənzimləyicilərini həmin avtomobilə yükləyib onları 8 km bazarına aparmışlar. Bundan bir neçə gün sonra isə Göyçay rayon polis şöbəsinin əməkdaşları onunla əlaqə saxlamışlar. Polislər ona Vüsalın barəsində sorğu sual etdikdə polislərə olduğu kimi, yəni Vüsalın həqiqətən onun yaşadığı evin həyətinə 24 korobkada qaz təzyiqi tənzimləyicilərini yığmasını, sonra Tural ilə onları oradan götürüb avtomobililə aparması barədə danışmışdır. Daha sonra ona məlum olmuşdur ki, Vüsalın onun həyətində saxladığı həmin 24 korobkada olan reduktorları polis işçiləri Bakı şəhərində 8 –ci kilometr bazarında tapıblar. İş üzrə şahid qismində ifadəsi elan edilmiş X2 ifadəsindən görünür ki, “xxxxxxxx” MMC şirkətində nəzarətçi kimi çalımışdır. Həmin şirkət bir neçə rayon ərazisində tikintitəmir işləri görməklə fəaliyyət göstərir. 2015-ci ilin dekabr ayından 2016-cı ilin yanvar ayınadək Göyçay rayonun kəndlərində materialların saxlanc yerlərində nəzarətçi kimi çalışmışdır. Yəni ki, iş üçün materialları anbarlardan işçilərə vermişdir. Göyçay rayon müxtəlif kənd ərazilərində, eləcə də, Mırtı kənd ərazisində “Azəriqaz” şirkəti tərəfindən qaz boruları çəkilmiş və həmin kənd ərazisində qaz sayğacları quraşdırılır. Ondan əvvəl anbarlardan materialları Şahid4, eləcə də az bir müddət işləmiş Şahid1 işləmişdir. Tural və Timur da onun kimi, anbarda materialların sayına nəzarət etmişlər. Şirkətin göndərdikləri arabalar, laqondalar, qaz sayğacları və qaz təzyiqi tənzimləyiciləri də həmin yerdə saxlanılmışdır. Lakin kənd ərazisində iş hissəvi dayandıqdan sonra Şahid1 bir az işləyib tanışı olan Vüsal adlı işçi ilə Bakı şəhərinə getmişdir. Şahid1 gedəndə anbarın açarlarını ona təhvil verib getmişdir. Həmin vaxt anbarda çatışmazlıq olmamış, bütün əşyalar yerində olmuşlar. O isə bir az işləmiş və işlər tamamilə müvəqqəti dayandırıldığına görə xx xxxxxx 2016-cı il tarixdə qeyd etdiyi anbarın açarlarını Şahid4 vermiş və özü də müvəqqəti işdən çıxmışdır. Həmin vaxt o Mırtı kəndi ərazisində olan anbardakı materialları sayıb Turala təhvil vermişdir. Tural ondan həmin materialları təhvil alarkən materialların sayında heç bir çatışmazlıq olmamışdır. Sonradan şirkətin Bakı şəhərində olan nümayəndəsi Gündüz İsmayılov anbarda saxlanılan materialların hesabatını aparmış və xx.xx.2016-cı il tarixdə X6 kəndinə gəlib materialların hesabatını Tural ilə aparmışdır. Həmin vaxtda da heç bir çatışmamazlıq olmamşdır. Sonradan məlum olmuşdur ki, xx.xx.2016-cı il tarixdə Tural anbara gələrkən, xx.xx.2016-cı il tarixdə Gündüz İsmayılovla sayıb saxladığı materialların bir hissəsi oğurlanmışdır. Maraqlandıqda məlum olmuşdur ki, anbardan 24 qutuda ümumilikdə 479 ədəd “GAZKON GSR-6” markalı qaz təzyiqi tənzimləyiciləri, 13 ədəd “BK-G4T” markalı qaz sayğacları, 3 ədəd əl arabası və 7 ədəd “ARGES - HDD 454” markalı kiçik laqondalar oğurlanmışdır. Cinayət işinə əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2017-ci il tarixli 19812 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına 1 ədəd GAZKON GSR- 6” markalı qaz təzyiqi tənzimləyicisinin əmtəə-keyfiyyət göstəriciləri kifayət etmir, 1 ədəd BK-G4T” markalı mexaniki qaz sayğacının əmtəə-keyfiyyət göstəriciləri kifayət etmir, 2016—cı ilin fevral ayına məişət təyinatlı 1 ədəd əl arabasının qiyməti 20 manat olmaqla 3 ədədinin qiyməti 60 manat, “Argess HDD-454” markalı 1 ədəd kiçik laqondanın qiyməti 30 manat olmaqla, 7 ədədinin qiyməti 210 manat müəyyən edimşdir. Aparılmış ekspertizanın dəyəri 50 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş 15 nömrəli X3 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 198 və 199 saylı görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın konsultativ poliklinikasında ruhi-əsəb kabinetdə və narkoloji dispanserdə qeydiyyatda yoxdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış, xx.xx.2016cı il tarixdə Şıxlı sərhəd nəzarət məntəqəsindən Azərbaycan Respublikası ərazisini tərk etmişdir. Cinayət işinə əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həmin tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Cinayət işinə əlavə edilmiş AR DİN-in BCAİ-dən daxil olmuş xx xxxxxx 2016-cı il tarixli 142/16 nömrəli məktubdan görünür ki, dövlətlərarası axtarışa verilmiş Təqsirləndirilən şəxs xx xxxxxx 2016-cı il tarixdə Gürcüstan Respublikası, Tbilisi şəhər məhkəməsi tərəfindən 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasına ekstradisiya olunması üçün müvafiq qurumlar tərəfindən tədbirlər həyata keçirilmədiyinə görə və həbsdə saxlanılma müddəti başa çatdığı üçün Təqsirləndirilən şəxs həbsdən azad olunmuşdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş cinayət axtarış idarəsinin xx.xx.2020-ci il tarixli xx/xx-2462-1220 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gürcüstan Respublikasından təhvil alınması məqsədi ilə Göyçay RPŞ-nin müvafiq əməkdaşlarının xx.xx.2020-ci il tarixdə “Şıxlı” X4 ezam olunmaları nəzərdə tutulmuşdur. xx xxxxxx 2020-ci il tarixdə cinayət işi üzrə icraat təzələnmiş və Təqsirləndirilən şəxs Müdafiəçi ilə təmin olunaraq ona Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham elan edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talamaq qərarına gəlib, bu məqsədlə xx xxxxxx 2016-cı il tarixdə, saat 02 radələrində Göyçay rayonu Mırtı kənd ərazisində yerləşən Zərərçəkmiş şəxs MMC-nin tikinti-təmir materiallarının saxlanc yeri hesab olunan anbarına qanunsuz daxil olaraq oradan hər birinin 09 manat dəyəri olan istifadə olunmamış 479 ədəd “GAZKON GSR-6” markalı qaz təzyiqi tənzimləyiciləri, hər birinin dəyəri 92 manat olan istifadə olunmamış 13 ədəd “BK-G4T” markalı mexaniki qaz sayğacları, hər birinin dəyəri 20 manat olan 3 ədəd məişət təyinatlı əl arabaları, hər birinin dəyəri 30 manat olan 7 ədəd “ARGES - HDD 454” markalı kiçik laqondalardan ibarət, ümumilikdə 5777(beş min yeddi yüz yetmiş yeddi) manat dəyərində həmin əmlakı gizli olaraq oğurlayıb zərərçəkmiş Zərərçəkmiş şəxs MMC-yə xeyli miqdarda ziyan vurmaqla talamaqla Azərbaycan Respublikası CM-nin 177.2.3-cü və 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi tam sübuta yetir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü və 177.2.4-cü maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olduğunu, ilk dəfə az ağır cinayət törətdiyini, zərərçəkmişə dəymiş ziyanı tam ödədiyini, zərərçəkmişin ondan heç bir şikayətinin və tələbinin olmadığını cəzasını yüngülləşdirilən hallar kiminəzərə alır.Təqsirləndirilən şəxs cəzasınıağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü və 177.2.4-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 03 ay nəzərə alınmalı, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə və məhkəmə baxışı dövründə hüquqlarını 20 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 08 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 48 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 50 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan 479 ədəd “GAZKON GSR-6” markalı qaz təzyiqi tənzimləyiciləri qəbzlə zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351, 353, 381, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü və 177.2.4-cü maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışınadək həbsdə saxlandığı 03 ay müddət CMnin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cazasından bir gün azadlıqdan məhrumetmə cəzasını iki gün azadlığın məhdudlaşdırılması cəzasına hesablamaqla 06 ay azadlığın məhdudlaşdırılması cəzası çıxılaraq, üzərində qəti olaraq 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş 08 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 48 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ013501**********2944, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 50 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Hökmün icrası Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №1(046)-39/2020
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-39/2020
05.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver