Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-39/2022 25.05.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Müdafiəçi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1981-ci ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir az yaşlı övladı olan, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Göyçay şəhəri, Şəhriyar küçəsi, bina 10, mənzil 28-də qeydiyyatda olan və yaşayan, Ucar rayon Məhkəməsinin 02.04.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədi ilə 15.11.2021-ci il tarixdə saat gecə 03 radələrində xx.xx.1996-cı il təvəllüdlü, Göyçay şəhəri, N.Nərimanov küçəsi, cv 36-da yaşayan Zərərçəkmiş şəxs məxsus Göyçay şəhəri, M.Hüseynzadə küçəsində yerləşən “Təzə bazar” adlanan yerin qarşısında olan baytarlıq aptekinə həmin aptekin qapısını şurup açan vasitəsilə açaraq qanunsuz daxil olmaqla orada olan siyirmədən sonuncuya məxsus 01 ədəd 60 manat dəyərində “Canon PoverShot A470” model 1 kameralı, 3,4x optic zoom xüsusiyyətli fotoaparatı və digər siyirmədə olan 01 ədəd 5 manatlıq və 55 ədəd 1 manatlıq cəmi 60 manat olmaqla pul əskinaslarım gizli yolla oğurlamış, yəni Zərərçəkmiş şəxs ümumilikdə 120 manat dəyərində əmlakını gizli olaraq talamışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, 15.11.2021-ci il tarixdə saat 01 radələrində yaşadığı evdə olan zaman spirtli içki qəbul etmiş, Göyçay şəhəri ərazisində gəzməyə başlamışdır. Həmin tarixdə saat 03 radələrində Göyçay şəhəri M.Hüseynzadə yerləşən “Təzə bazar” adlanan yerin qarşısına gəlmiş, orada olan zaman həmin bazarın giriş hissəsində yerləşən aptekin qarşısında dayanaraq, pulunun olmadığı üçün həmin aptekə daxil olaraq oğurluq etmək istəmişdir. Həmin zaman üzərində olan şurup açan vasitəsilə həmin aptekin plastik materialdan olan giriş qapısı açaraq içəri daxil olmuşdur. Aptekə daxil olduqdan sonra orada olan siyirmələr göz gəzdirdikə siyirmədən 55 ədəd bir manatlıq, və 1 ədəd isə beş manatlıq pul əskinaslarım götürmüşdür. Sonra isə digər siyirmələrə baxan zaman orada bir ədəd “Canon” markalı gümüşlü rəngli fotoaparatıda götürərərək oradan çıxmışdır. Həmin aptekdən çıxdıqdan sonra yaşadığı evə gəlmişdişdir. Həmin tarixdə günorta saatlarında yuxudan oyanmış və marketə gedərək təxminən 30 manat dəyərində ev üçün bazarlıq etmiş, iki ədəd içmək üçün pivə almış və iki paçka siqarət alaraq yaşadığı evə geri dönmüşdür. 15.11.2021-ci il tarixdə saat 20 radələrində yaşadığı evdə olan zaman Göyçay rayon polis şöbəsinin əməkdaşları yaşadığı evə gələrək oğurluq etməkdə şübhəli olduğumu mənə bildirdilər. Mən polis şöbəsində olan zaman etdiyi oğurluq hadisəsini etiraf etmiş və üzərində olan 19 manat yəni, bir ədəd 10 manatlıq, 9 ədəd isə 1 manatlıq pul əskinaslarmı və “Canon” markalı fotoaparatı təqdim etmişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmişə dəymiş ziyanı ödəmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Göyçay şəhəri N.Nərimanov küçəsi ev 36-da yaşayır. Ailəlidir. Fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla ailəsini dolandırır. Belə ki, Göyçay şəhəri, M.Hüseynzadə küçəsində yerləşən “təzə bazar” adlanan yerdə baytarlıq mağazasında işləyir. Apteki hər gün Şahid2lə birlikdə saat 09 radələrində açır, axşam saat 19 radələrində isə bağlayır. 14.01.2021-ci il tarixdə həmin apteki saat 19 radələrində bağlayaraq evə getmişdir. Həmin aptekin iki plastik giriş qapısı vardır və hər ikisini açarla bağladığını bildirmişdir. 15.11.2021-ci il tarixdə saat 09 radələrində işlətdiyi aptekə gələn zaman aptekin giriş qapısının birinin açıq olduğunu görmüşdür. Aptekə daxil olduqdan sonra dərhal kassaya yaxınlaşmış və ora baxdıqda orada olan pulların yerində olduğunu bildirmişdir. Daha sonra isə orada olan siyirmələrə baxmış və orada bir ədəd “CANON” markalı fotoaparatın və 55 ədəd bir manatlıq, bir ədəd isə 5 manatlıq pulun olmadığını aşkar etmişdir. Oğurluq nəticəsində ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Buna görə də Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. İş üzrə şahid qismində məhkəmədə ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Göyçay rayon Cəyirli kəndində yaşayır. Fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla ailəsini dolandırır. Göyçay şəhəri M.Hüseynzadə küçəsində yerləşən “təzə bazar” adlanan yerdə baytarlıq mağazası işlədir. Həmin mağazada ondan başqa Zərərçəkmiş şəxs da işləyir. Apteki hər gün Zərərçəkmiş şəxs ilə birlikdə saat 09 radələrində açdıqlarını günorta saat 15 radələrində isə Zərərçəkmiş şəxs Göyçay şəhəri ərazisində qaldığından yaşadığı Göyçay rayon Cəyirli kəndinə getməsini bildirmişdir. Süleyman isə 19 radələrində həmin apteki bağlayır. 14.01.2021-ci il tarixdə saat 15 radələrində həmin aptekdən çıxaraq yaşadığı Göyçay rayon Cəyirli kəndinə getmişdir. 15.11.2021-ci il tarixdə saat 09 radələrində Süleyman ilə birlikdə işlədikləri aptekə gələn zaman aptekin giriş qapısının birinin açıq olduğunu görmüşdürlər. Onlar birlikdə aptekin içərisinə daxil olmuş, Süleyman isə dərhal kassaya yaxınlaşmışdır. Kassaya baxan zaman orada olan pulların yerində olduğunu ona bildirmişdir. Sonra isə orada olan siyirmələrə baxdıqda orada bir ədəd “CANON” marklalı fotoaparatın və 55 ədəd bir manatlıq bir ədəd isə 5 manatlıq pulun olmadığını aşkar etmişdirlər. Cinayət işinə əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekpetizasının 22.12.2022-ci il tarixli ekspertiza rəyindən görünür ki, 01 ədəd Çin istehsalı olan “Canon” markalı “PoverShot A470” model, 7.1 mp kameralı 3x4 optic zoom xüsusiyyətli fotoaparatın istifadədə olmasını nəzərə alaraq 2021-ci ilin noyabr ayına olan orta bazar qiymətinin 60.0 manat olması müəyyən edilmişdir. Aparılmış ekspertizanın dəyəri 50 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Azərbaycan Respublikası CM-nin 177.3.3- cü maddəsi ilə Şəki Ağır Cinayətlər məhkəməsinin 16.03.2017-ci il tarixli hökmünə əsasən 08 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və Xətai rayon Məhkəməsinin 19.02.2018- ci il tarixli qərarı ilə cəzası 05 ilə endirilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Cinayət işinə əlavə edilmiş Ucar rayon Məhkəməsinin 02.04.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsin əvvəli 31.03.2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədi ilə 15.11.2021-ci il tarixdə saat gecə 03 radələrində xx.xx.1996-cı il təvəllüdlü, Göyçay şəhəri, N.Nərimanov küçəsi, cv 36-da yaşayan Zərərçəkmiş şəxs məxsus Göyçay şəhəri, M.Hüseynzadə küçəsində yerləşən “Təzə bazar” adlanan yerin qarşısında olan baytarlıq aptekinə həmin aptekin qapısını şurup açan vasitəsilə açaraq qanunsuz daxil olmaqla orada olan siyirmədən sonuncuya məxsus 01 ədəd 60 manat dəyərində “Canon PoverShot A470” model 1 kameralı, 3,4x optic zoom xüsusiyyətli fotoaparatı və digər siyirmədə olan 01 ədəd 5 manatlıq və 55 ədəd 1 manatlıq cəmi 60 manat olmaqla pul əskinaslarım gizli yolla oğurlamış, yəni Zərərçəkmiş şəxs ümumilikdə 120 manat dəyərində əmlakını gizli olaraq talamaqla Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olduğunu, zərərçəkmişə dəymiş ziyanı tam ödədiyini, zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbinin olmadığını, cəzasını yüngülləşdirilən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törədərək cinayətlərin residivliyini yaratmasını cəzasını ağırlaşdıran hal kimi nəzərə alaraq ona təqsirləndirildiyi CM-nin 177.2.3-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini məhkumluğu ödənilmədən törətdiyindən, Azərbaycan Respublikası CM-nin 65-ci maddəsində təsbit edilmiş cinayətlərin residivi nəzərə alınmaqla təqsirləndirildiyi maddənin sanksiyasında müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az olmamaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin məsələsini müzakirə edərkən, cəzasını yüngülləşdirən halı, eləcə də cinayətin törədilmə şəraitini, motivini, hadisənin törətdikdən sonra təqsirləndirilən şəxsin davranışını nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Barəsində Ucar rayon Məhkəməsinin 02.04.2022-ci il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmaqla hazırki hökm üzrə təyin ediləcək cəzasının əvvəli həbsə alındığı vaxtdan yəni, 31.03.2022-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altınavermə qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə baxışı dövründə hüquqlarını 06 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 06 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 36 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə ekspertiza xərcləri olan 50 manat pul Təqsirləndirilən şəxs tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351, 353, 381, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Ucar rayon Məhkəməsinin 02.04.2022-ci il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmaqla hazırki hökm üzrə təyin edilmiş cəzasının əvvəli həbsə alındığı vaxtdan yəni, 31.03.2022-ci il tarixdən hesablansın, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altınavermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs göstərilmiş 06 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 36 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ013501**********2944, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. İş üzrə 50 manat ekspertiza xərcləri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №1(046)-39/2022
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-39/2022
25.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver