Məhkəmə qərarları › İş №1(046)-39/2023

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-39/2023

12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-39/2023 12.04.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ saat 10.55-də Qurbanov Elçin Firudin oğlunun sədrliyi Xanbutov Elşən Aleksandr oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1994-cü il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təqsirləndirilən şəxs satış məqsədi olmadan Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda 7,78 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan müddətdə və mənbədən əldə edərək şəxsi istifadəsi üçün üzərində saxlayaraq daşımış, 28 fevral 2023-cü il tarixdə saat 12 radələrində Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Göyçay RPŞ-yə gətirilmiş, həmin tarixdə saat 13:05-də polis şöbəsinin Növbətçi Hissəsində üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkçənin sol iç cibindən 01 ədəd kibrit qutusunda saxladığı həmin 7,78 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bildi, ifadə verərək göstərdi ki, təxminən bir ildir ki, narkotik vasitə olan marixuandan istifadə edir. xx.xx.2023cü il tarixdə saat 17 radələrində yaşadığı evin yaxınlığında yerləşən qəbirstanlığın qarşısında gəzərkən yerdən bir ədəd kirbit qutusu tapmışdır. O, həmin kirbit qutusunun içərisini açıb baxarkən onun içərisində yaşıl rəngli spesifik iyi olan kütlə yəni marixuana olmasını görmüşdür. Narkotik vasitə olan marixuanadan istifadə etdiyi üçün həmin kirbit qutusunun içərisində olan kütlənin narkotik vasitə olan marixuana olduğunu bilmiş, onu əynində olan gödəkçənin iç qoltuq cibinə qoyaraq şəxsi istifadə etməsi üçün üzərində daşımışdır. Bundan sonra yaşadığı evə gəlmişdir. Həmin içərisində narkotik vasitə kirbit qutusu isə cibində qalmışdır. 28 fevral 2023-cü il tarixdə saat 12 radələrində yaşadığı Göyçay rayon Ərəbcəbirli kəndində evinin yaxınlığında küçədə dayandığı zaman polis işçiləri ona yaxınlaşaraq, onu saxlayıb narkotik maddələrin qəbulunda və üzərində gəzdirilməsində şübhəli olduğunu ona bildirərək, onu Göyçay RPŞ-nə gətirmişlər. Ona hüquq və vəzifələri izah olunmuş, dövlət hesabına vəkillə təmin olunmaq istədiyini bildirmişdir. Ona görə də, vəkilin iştirakı ilə video çəkilişlə, üzərinə şəxsi axtarış keçirilmiş, əynində olan qara rəngli gödəkçənin sol iç qoltuq cibindən 01 ədəd kirbit qutusu aşkar olunmuşdur. Həmin kirbit qutusunun içərisinə açılıb baxılarkən onun içərisindən marixuana narkotik vasitəsi aşkar olunmuşdur. Sonra isə üzərindən aşkar olunmuş içərisində narkotik vasitə marixuana olan kirbit qutusu 1 ədəd zərfə qoyularaq ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, zərfin ağzı möhürlənmiş, onun və vəkilinin iştirakı ilə imzalanmışdır. Əməlindən peşmandır. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Göyçay rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid3 göstərdi ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə daşıması və narkotik vasitələrin aludəçisi olması barədə Göyçay RPŞ-nin əməliyyat aparatına məlumat daxil olmuşdur. Buna görə də, xx.xx.2023-cü il tarixdə tərəfindən şöbə rəhbərliyinə raportla müraciət edildikdən sonra sonuncunun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə başlanılmışdır. Belə ki, həmin əməliyyat axtarış tədbirlərinin keçirilməsində ondan başqa əməliyyat müvəkkili Şahid2 də iştirak etmişdir. Həmin günü saat 12 radələrində o və Şahid2 Göyçay rayon 1-ci Ərəbcəbirli kəndi ərazisində Təqsirləndirilən şəxs görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin vaxt o, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməkdə və narkotik vasitələrin istifadəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirib, üzərinə şəxsi axtarış keçirilməsini bildirmişlər.Təqsirləndirilən şəxs etiraz etməmiş,lakin orada şəxsi axtarış keçirilməsi mümkün olmadığından onu Göyçay Rayon Polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra növbətçi hissənin qarşısında Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunub Müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə saat 13:05-də şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkçənin iç qoltuq cibindən 01 ədəd kibrit qutusu aşkar edilmişdir. Kibrit qutusunun içərisi açıldıqda içərisində yaşıl rəngli kütlənin olması görünmüşdür. Şəxsi axtarış zamanı aşkar edilmiş kibrit qutusu içindəki kütlə ilə birlikdə götürülmüş və bir ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə dair protokol tərtib edilmiş, ucadan oxunmuş və tərəfindən imzalanmışdır. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Göyçay rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid2 Şahid3 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirimişdir. Videoçəkilişdən görünür ki,Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq saxlanılan narkotik vasitə, silah və döyüş sursatı, həmçinin cinayət xarakterli digər əşya və predmetlər varsa təqdim etməsi təklif edilmiş və onun əynindəki qara rəngli gödəkçənin sol iç cibindən 01 ədəd kibrit qutusunda içərisində yaşıl rəngli spesifik iyə malik olan kütlə aşkar edilmiş və Təqsirləndirilən şəxs aşkar edilmiş həmin kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsinin 28 fevral 2023-cü il tarixli, 17/223 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kibrit qutusunda olan kütlə..” sözləri adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kibrit qutusunda, təmiz çəkisi - 7,78 qram olan birki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Qurudulmuş marixuana 28 noyabr 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik maddələrin siyahisi”na daxildir. Tədqiqatda sərf olundu - 0,05 qram, qalıq - 7,73 qram. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri X1 Məcburi- Narkoloji tibbi yoxlamanın 13 mart 2023-cü il tarixli, 459 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş şübhəli şəxsi tutma haqqında protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 28 fevral 2023-cü il tarixdə, saat 12.55-də şübhəli şəxs qismində tutulmuş, 01 mart 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək saat 16.00-da MSY-dən azad edilmişdir.Beləliklə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə saxlanılma müddəti (24 saatı keçdiyindən) 2 gün müəyyən edilməlidir. Cinayət işi materiallarına əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünün surətindən görünür ki,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki,NiətovElşən İbrahim oğluna təyin edilmiş 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 03 ay 26 gün hissəsi 07 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Amnistiya aktının tətbiq edilməsi barədə xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki,»08 noyabr –Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs cəzadan azad edilmişdir. »08 noyabr –Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 7-ci bəndinə görə bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülsün. Göstərilənləri nəzərə alıb,məhkəmə hesab edir ki,amnistiya aktı ilə cəza çəkməkdən azad edilən az ağır cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs üzərindən məhkumluq götürüldüyündən,o məhkumluğu olmayan hesab edilməlidir. Beləliklə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 7,78 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, həmin əməl isə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibini yaradır. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin yaşadığı yer üzrə mənfi xarakterizə olunmasını,əvvəllər Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməkdən qərəzli olaraq boyun qaçırdığına görə Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsinin müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmasını,qəsdin obyektinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə xidmət etmədiyindən,ona müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı həbsdə saxlanılma müddəti ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, qəti cəza təyin olunmalıdır.Məhkəmə nəzərə alır ki, təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin islah olunmasına xidmət edəcəkdir və onun ailəsinin həyat şəraitinə mənfi təsir göstərməyəcəkdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-cü maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o,yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,73 qram narkotik vasitə qurudulmuş marixuana Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən məhv edilməlidir. Ekspertiza tədqiqatının dəyəri 35 manat 97 qəpik Azərbaycan Respublikası CPMnin 198.1 -ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353,384-cü maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 2 gün həbsdə saxlanılma müddəti ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti cəza olaraq 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin.Məhkəmə iclas zalında həbsə alınsın. Cəzasının əvvəli həbsə alındığı xx.xx.2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,73 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Ekspertiza tədqiqatının 35 manat 97 qəpik məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar