Məhkəmə qərarları › İş №1(046)-39/2024

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-39/2024

02.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-39/2024 02.07.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ saat 11.10-da Qurbanov Elçin Firudin oğlunun sədrliyi Qəniyev Nurlan Mehman oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu olan, Göyçay şəhəri, Vidadi küçəsi, dalan 4, ev 7-də qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən xeyli miqdarda hesab olunan, yəni ümumi təmiz çəkisi 1,032 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini və xeyli miqdarda, yəni təsir maddəsinin ümumi miqdarı 0,02 qram təşkil edən narkotik vasitə olan 1/2hissə metadon həbini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 25 yanvar 2024-cü il tarixdə saat 13:30 radələrində Göyçay RPŞ-nin PPXB-nün əməkdaşları tərəfindən ünvan 1 ünvanda yerləşən Göyçay RPŞ-yə gətirilmiş və 25 yanvar 2024-cü il tarixdə saat 13:58 dəqiqədə X2 üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçəsinin sol iç döş cibindən 02 ədəd salfet kağızının içərisində olan 02 ədəd gümüşü rəngli kağız bükümdə və 02 ədəd şəffaf sellofan bükümdə, uyğun olaraq ayrı-ayrılıqda təmiz çəkiləri 0,109 qram, 0,099 qram, 0,402 qram və 0,422 qram olmaqla, xeyli miqdarda, yəni ümumi çəkisi 1,032 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və xeyli miqdarda, yəni təsir maddəsinin ümumi miqdarı 0,02 qram təşkil edən narkotik vasitə olan 1/2 hissə metadon həbi aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bildi, ifadə verərək göstərdi ki, uzun müddətdir ki, müxtəlif növdə narkotik vasitələrdən istifadə edir, həmçinin narkotik tərkibli həblər qəbul edir. xx.xx.2024-cü il tarixdə saat 13:30 radələrində yaşadığı Göyçay şəhəri, Vidadi küçəsində olarkən əynində olan qara rəngli qış gödəkçəsinin sol iç döş cibində salfet kağızının içərisində bükümlərdə psixotrop maddə metamfetamin, narkotik vasitə marixuana, lirika kimi tanıdığı preqabalin həbləri, həmçinin yarım metadon həbi saxlamışdır. O, küçədə dayanan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib onu narkotik vasitə istifadə etməkdə şübhəli olduğu üçün polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt o, qaçmaq istəsə də yenə də tutulacağını düşünüb polis əməkdaşları ilə birlikdə Göyçay RPŞ-yə getmişdir. Şöbədə ona hüquqlarını müdafiə etməsi üçün vəkil seçməyə şərait yaradılmış və o, təqdim edilən vəkillərin siyahısından hüquqlarını müdafiə etmək üçün vəkil Müdafiəçi seçmişdir. Bundan sonra seçdiyi vəkil Müdafiəçi dəvət olunaraq ona təqdim olunmuş, vəkilinin iştirakı ilə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, həmin vaxt ona hüquqları izah olunmuş və polis əməkdaşı ona üzərində qanunla qadağan olunmuş hər-hansı bir əşya, predmet, dövriyyəsi qadağan edilmiş narkotik vasitə vardırsa təqdim etməyi təklif etmişdir. Bundan sonra o, əynində olan qara rəngli qış gödəkçəsinin sol iç döş cibindən salfet kağızının arasında üzərində olan narkotik vasitələri, həmçinin gödəkçəsinin sol yan cibindən 1 ədəd alışqanı, şalvarının ön yan ciblərindən isə pul əskinazları, özünə məxsus 1 ədəd şəxsiyyət vəsiqəsi, 1 ədəd sürücülük vəsiqəsi və 1 ədəd bank kartını təqdim etmişdir. Polis əməkdaşları onun və vəkilinin iştirakı ilə salfet kağızının içərisində olan narkotik vasitələrə baxış keçirmiş, salfet kağızının içərisindən 1 ədəd sellofan bükümdə nəşə kimi tanınan narkotik vasitə marixuana, 2 ədəd sellofan və 2 ədəd falqa bükümündə patı kimi tanınan psixotrop maddə metamfetamin, həmçinin 3 ədəd konvolyutda və 1 ədəd açıqda olan narkotik tərkibli 300 ml-lik lirika kimi tanıdığı preqabalin həbləri və yarım metadon həbi aşkar edilmişdir. Aşkar edilmiş bükümlər və həblər elektron tərəzidə çəkilmiş, 2 ədəd sellofan bükümdə olan metamfetaminin çəkisi sellofanla birlikdə 1 qram, 2 ədəd falqa bükümündə olan metamfetaminin çəkisi falqa ilə birlikdə 0,37 qram, 1 ədəd sellofan bükümdə olan marixuananın çəkisi sellofanla birlikdə 0,85 qram, lirika həblərinin çəkisi 2,74 qram, yarım metadon həbi isə 0,21 qram gəlmişdir. Bundan sonra həmin narkotik vasitə, psixotrop maddə və həblər üzərindən aşkar edilmiş salfet kağızının içərisinə bükülərək zərfdə qablaşdırılmış və zərfin ağzı möhürlənib üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Üzərindən aşkar olunan narkotik vasitələr və narkotik tərkibli həblər ona məxsus olmuş, həmin narkotik vasitələri və həbləri təxminən 15 gün əvvəl Bakı şəhəri, Binə qəsəbəsində olarkən yerdən tapmış və şəxsi istifadəsi üçün götürərək üzərində daşımışdır. Əməlindən peşmandır. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid1 göstərdi ki, Göyçay rayon Polis Şöbəsinin PPXB-nün polis nəfəri vəzifəsində xidmət edir. Göyçay şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında hər hansı ədavət və düşmənçiliyi və ya digər münasibəti olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 09:00-dan xx.xx.2024-cü il saat 21:00-dək Göyçay RPŞ-nin PPXB-nün polis nəfəri Şahid2 ilə 2 nömrəli avtopatrul maşınında xidmətə təyin olunmuşdur. xx.xx.2024- cü il tarixdə saat 13:30 radələrində xidməti avtomobillə Göyçay şəhəri, Vidadi küçəsində hərəkətdə olarkən 1 nəfər şəxsin küçədə dayanmasını, həmin şəxsin avtopatrul maşınını gördükdə narahatlıq keçirərək özünü şübhəli aparmasını görmüş, həmin şəxsin hərəkətlərindən narkotik vasitə istifadə edə biləcəyini düşündüyü üçün avtomobili saxlayıb yaxınlaşaraq özlərini təqdim etmiş, həmin şəxs uzaqlaşmaq istədikdə saxlayaraq polis şöbəsinə gətirərək Növbətçi Hissəyə təhvil verib şəxsiyyətini müəyyən etmişlər. Həmin vaxt saxladıqları şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Bundan sonra aidiyyatı üzrə araşdırma aparılması üçün raportla Şöbə rəhbərliyinə müraciət edilmiş, bundan sonra baş təhqiqatçı Orxan Kərimov tərəfindən araşdırma aparılaraq Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra müdafiəçi dəvət etmək hüququ da izah edilmiş, Təqsirləndirilən şəxs vəkil vəkil Müdafiəçila təmin edilmişdir. Ardınca Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə başlanılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sol iç döş cibindən salfet kağızının arasında narkotik vasitələr, həmçinin üzərindən 1 ədəd alışqan, pul əskinazları, 1 ədəd şəxsiyyət vəsiqəsi, 1 ədəd sürücülük vəsiqəsi və 1 ədəd bank kartı aşkar edilmişdir. Təhqiqatçı tərəfindən narkotik vasitələrə baxış keçirilmiş, salfet kağızının içərisindən 1 ədəd sellofan bükümdə nəşə kimi tanınan narkotik vasitə marixuana, 2 ədəd sellofan və 2 ədəd falqa bükümündə Təqsirləndirilən şəxs bildirdiyi patı kimi tanınan psixotrop maddə metamfetamin, həmçinin 3 ədəd konvolyutda və 1 ədəd açıqda olan narkotik tərkibli 300 ml-lik həblər və həmçinin Təqsirləndirilən şəxs metadon olduğunu bildirdiyi yarım həb aşkar edilmişdir. Aşkar edilmiş bükümlər və həblər elektron tərəzidə çəkilmiş, 2 ədəd sellofan bükümdə olan metamfetaminin çəkisi sellofanla birlikdə 1 qram, 2 ədəd falqa bükümündə olan metamfetaminin çəkisi falqa ilə birlikdə 0,37 qram, 1 ədəd sellofan bükümdə olan marixuananın çəkisi sellofanla birlikdə 0,85 qram, lirika həblərinin çəkisi 2,74 qram, yarım metadon həbi isə 0,21 qram gəlmişdir. Bundan sonra həmin narkotik vasitə, psixotrop maddə və həblər salfet kağızının içərisinə bükülərək zərfdə qablaşdırılmış və zərfin ağzı möhürlənib üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs həmin narkotik vasitələri və həbləri təxminən 15 gün əvvəl Bakı şəhəri, Binə qəsəbəsində olarkən yerdən taparaq şəxsi istifadəsi üçün üzərində saxladığını, heç kəsə satmadığını və vermədiyini bildirmişdir. Məhkəmə baxışında şahid Göyçay RPŞ-nin PPXB-nün polis nəfəri Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirimişdir. Videoçəkilişdən görünür ki, Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq saxlanılan narkotik vasitə, silah və döyüş sursatı, həmçinin cinayət xarakterli digər əşya və predmetlər varsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sol iç döş cibindən salfet kağızının arasında narkotik vasitələr, həmçinin üzərindən 1 ədəd alışqan, pul əskinazları, 1 ədəd şəxsiyyət vəsiqəsi, 1 ədəd sürücülük vəsiqəsi və 1 ədəd bank kartı aşkar edilmişdir. Təhqiqatçı tərəfindən narkotik vasitələrə baxış keçirilmiş, salfet kağızının içərisindən 1 ədəd sellofan bükümdə nəşə kimi tanınan narkotik vasitə marixuana, 2 ədəd sellofan və 2 ədəd falqa bükümündə Təqsirləndirilən şəxs bildirdiyi patı kimi tanınan psixotrop maddə metamfetamin, həmçinin 3 ədəd konvolyutda və 1 ədəd açıqda olan narkotik tərkibli 300 ml-lik həblər aşkar edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 26 yanvar 2024-cü il tarixli, 17/89 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində, “X3 üzərindən aşkar edilmiş büküm" yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 02 (iki) ədəd salfet kağızının içərisində 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi – 0,66 qram olab bitki mənşəli kütlə tərkibində narkotik vasitə - qurudulmuş marixuanadır, 02 (iki) ədəd gümüşü rəngli kağız bükümlərdə və 02 (iki) ədəd şəffaf sellofan bükümlərdə, uyğun olaraq ayrı-ayrılıqda təmiz çəkiləri – 0,109 qram, 0,099 qram, 0,402 qram və 0,422 qram, ümumi çəkiləri – 1,032 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqdim olunmuş maddi sübutların büküldüyü 02 (iki) ədəd salfet kağızlarının üzərində narkotik vasitə və psixotrop maddə hissəcikləri aşkar edilməmişdir. Tədqiqata təqdim olunmuş 02 (iki) ədəd gümüşü rəngli kağız bükümlərdə və 02 (iki) ədəd şəffaf sellofan bükümlərdə olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Marixuana narkotik vasitələrə, metamfetamin isə psixotrop maddələrə aid olduğundan onların bir-biri ilə müqayisəli tədqiqatı aparılmamışdır. Marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir. Tədqiqatda sərf olundu marixuana- 0,2 qram, qalıq - 0,64 qram, metamfetamin 0,140 qram, qalıq – 0,892 qram. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2024-cü il tarixli, 3-16-16/2-6/1137 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X6 X5 №2 dairəvi möhür əksi olan bir ədəd kağız paketdə üzərində «krka 300 mq» göstəricisi olan dörd ədəd konvalyut kəsiyində ümumilikdə 4 ədəd ağ-qəhvəyi rəngli kapsulda üzərindəki göstəriciyə əsasən 1,2 qram olduğu müəyyən edildi.Təqdim edilmiş ½ hissə həbdə metadonun təsir maddəsinin ümumi miqdarı 0,02 qram təşkil edir. Preqabalin 2016-cı il 18 mart tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Güclü tsir edən maddələrin və onların külli miqdarının siyahısına» (1 nömrəli əlavə) daxildir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq ediliş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr»in siyahısına (Siyahı İİ) daxildir. Təqdim edilmiş həblər müxtəlif tərkibli olduğundan müqayisəli tədqiqat aparılması mümkün deyildir. Preqabalin kapsulasının sayı-4 ədəd,tədqiqata sərf edildi -1 ədəd,qalıq-3 ədəd. Metadon həbi-1/2hissə,tədqiqata sərf edildi-1/4hissə,qalıq-1/4 hissə. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri X1 Məcburi- Narkoloji tibbi yoxlamanın 03 aprel 2024-cü il tarixli, 567 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamin sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş şübhəli şəxsi tutma haqqında protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 25 yanvarl 2024-cü il tarixdə, saat 13.45də şübhəli şəxs qismində tutulmuş, 27 yanvar 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək saat 12.35-də MSY-dən azad edilmişdir. Beləliklə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 02 ədəd salfet kağızının içərisində olan 02 ədəd gümüşü rəngli kağız bükümdə və 02 ədəd şəffaf sellofan bükümdə, uyğun olaraq ayrı-ayrılıqda təmiz çəkiləri 0,109 qram, 0,099 qram, 0,402 qram və 0,422 qram olmaqla, xeyli miqdarda, yəni ümumi çəkisi 1,032 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və xeyli miqdarda, yəni təsir maddəsinin ümumi miqdarı 0,02 qram təşkil edən narkotik vasitə olan 1/2 hissə metadon həbini əldə edib üzərində saxlamaqla daşımış, həmin əməl isə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibini yaradır. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin İİ qrup əlil olmasını,əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətdiyinə görə məhkum olunmasını, hazırda məhkumluğu ödənilməmiş hesab edilməsini, qəsdin obyektinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların olmadığını və cinayətlərin residivini cəzasını ağırlaşdıran hal olduğunu nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından,təhlükəli residivə görə üçdə ikisindən,xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı həbsdə saxlama müddəti təyin edilmiş cəzadan çıxılaraq qəti cəza təyin edilməli,cəzasını CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli həbsə alındığı andan hesablanmalıdır. “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli qərarının 3.2-ci bəndinə əsasən məcburi müalicə narkomanlıq xəstəliyinə düçar olmuş əlilliyi olan şəxslərə tətbiq oluna bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs İİ qrup əlil olduğundan “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli qərarı nəzərə alınmalı, onun barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmamalıdır. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 0,892 qram psixotrop maddə olan metamfetamin, 1/4 hissə narkotik vasitə olan metadon həbi, 3 ədəd preqabalin kapsulu və 0, 64 qram narkotik vasitə qurudulmuş marixuana Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən istifadə edilmiş videoçəkilişin köçürüldüyü 1 ədəd “DVD”disk cinayət işi materiallarında saxlanılmalıdır. Ekspertiza tədqiqatının cəmi 168 manat 65 qəpik məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353,384-cü maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 2 gün həbsdə saxlanılma müddəti ona təyin edilmiş azadlqıdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin. Məhkəmə iclas zalında həbsə alınsın. Cəzasının əvvəli həbsə alındığı xx.xx.2024-cü il tarixdən hesablansın. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 0,892 qram psixotrop maddə olan metamfetamin, 1/4 hissə narkotik vasitə olan metadon həbi, 3 ədəd preqabalin kapsulu və 0, 64 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 1 ədəd “DVD” disk cinayət işi materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının cəmi 168 manat 65 qəpik məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar