Məhkəmə qərarları › İş №1(046)-4/2024

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-4/2024

11.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-4/2024 11.03.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ saat 16.20-də Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X10, Zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X5, nümayəndəsi Müdafiəçi3, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1994-cü il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Göyçay RMX-nın PHŞ-nin təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin təcili yardım bölməsinin təcili yardım üzrə həkimi vəzifəsində işləyən, Göyçay şəhəri, Üzeyir Hacıbəyov küçəsi, dalan 2, ev 9-da qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 314.2 ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə axşam saat 21:00-dan xx.xx.2022-ci il tarixdə saat 09:00-dək olan müddətdə xəstəxananın təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin təcili yardım bölməsində məsul növbətçi həkim xidmətində olarkən 22 iyul 2022ci il tarixdə saat 04 radələrində ona müraciət edən Göyçay rayonu, Qaraməryəm kənd sakini Quliyeva Vüsalə Temur qızının bədən hərarətinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin hazırda qüvvədə olan “Yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları üzrə kliniki protokolu”na əsasən ağır dərəcəli kimi qiymətləndirilən 40° C olduğunu müəyyən edib xəstəyə “kəskin respirator virus infeksiyası” diaqnozu qoyduqdan sonra növbətçi həkim kimi xidmətdə olduğu müddətdə yerinə yetirdiyi təşkilati-sərəncamverici funksiyalara əsasən “Göyçay rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin rəhbərliyi tərəfindən təsdiq edilmiş 05 yanvar 2022-ci il tarixli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 sentyabr 2012-ci il tarixli 70 saylı əmri ilə təsdiq edilmiş “Təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkimin nümunəvi vəzifə təlimatının 6-cı, 7-ci bəndlərinə əsasən tibbi praktikada tədbiqinə icazə verilmiş müasir diaqnostika və müalicə metodlarından istifadə etməklə öz ixtisası üzrə peşakar səviyyədə tibbi yardım göstərməli, müəyyən edilmiş standartlara və tələblərə uyğun olaraq xəstəyə tibbi yardım göstərilməsi taktikasını və diaqnozunu müəyyən etməli olduğu halda, bunu etməyərək yalnız xəstənin müalicəsi üçün yetərli olmayan simptomatik müalicə (analgin, dimedrol, novokain əzələ daxili) aparılması ilə kifayətlənib işinə vicdansız və laqeyd münasibət göstərməklə təlimatla üzərinə düşən xidməti vəzifə öhdəliklərini yerinə yetirməyərək və lazımi qaydada yerinə yetirməyib təlimatın tələblərini pozmaqla Quliyeva Vüsalə Temur qızında patologiyanın vaxtında aşkar edilməsi üçün xəstəni tam və hərtərəfli müayinə və müalicə etməmiş, kliniki əlamətlərini, anamnestik məlumatları düzgün qiymətləndirməmiş, xəstədən laborator analizlər götürülməli, xəstənin şikayətlərinə əsasən döş qəfəsi orqanlarının dərhal instrumental (rentgenoqrafiya, torakal KT) müayinələri, qanın ümumi analizi, qan qrupu və rezus faktor, CRP (C reaktiv zülal), qanın tam biokimyəvi analizi, koaquloqram, EKQ, ExoKQ müayinələri aparılmalı olduğu halda etməmiş, profil üzrə dar ixtisaslı həkim mütəxəssislərin (infeksionist və reanimatoloq) cəlb edilməli olduğu halda bunu etməmiş, “kəskin respirator xəstəliklər”lər qrupuna aid olan COVİD-19 təyini ilə bağlı test götürməmiş, həmçinin xəstəliyin ağırlığı xəstədə təxirəsalınmaz hospitalizasiyaya göstəriş sayıldığı halda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 28 noyabr 2016-cı il tarixli, 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Xəstələrin stasionara hospitalizasıyasına dair” metodiki tövsiyyənin 2.5.1 (reanimasiya tədbirləri və təxirəsalınmaz müayinə), 2.5.3 (xəstənin izolyasiyasını tələb edən vəziyyətlər) və 2.6-cı bəndlərinə əsasən yüksək texnologiyalı tibbi yardıma ehtiyacı olan xəstəni təxirəsalınmaz intensiv terapiya və reanimatoloji xidmət təmin edən stasionara yerləşdirilməsi üçün tədbirləri görməli, sonrakı müayinə və müalicə üçün dərhal hospitalizasiya etməli olduğu halda etməmiş, əksinə xəstədə intensiv müayinə və müalicə tələb etməyən xəstəliyin olması qənaətinə gələrək xəstə və yaxınlarının şikayətlərinə baxmayaraq səhər saatlarında xəstəxanaya müraciət etməsini bildirməklə evə buraxmış, nəticədə zərərçəkmiş şəxs Quliyeva Vüsalə Temur qızının səhhətinin sonrakı müayinə və müalicələrə tabe olmayan həddə ağırlaşmaqla ehtiyatsızlıqdan 23 iyul 2022-ci il tarixdə saat 03:30-da müalicə aldığı Göyçay RMX-nın PHŞ-nin reanimasiya şöbəsində “kəskin hemorragik pnevmaniya ilə əlaqəli inkişaf edən kəskin ağciyər-ürək çatışmazlığından ölməsinə səbəb olan səhlənkarlıq etmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi, ifadə verərək göstərdi ki, 21 iyul 2022-ci il tarixdə saat 21:00-dan 22 iyul 2022-ci il tarixdə saat 09:00-dək olan müddət ərzində Göyçay RMX-nın PHŞ-nin təcili və tibbi təxirəsalınmaz tibbi yardım şöbəsinin təcili yardım bölməsində növbətçi həkim xidmətinə tibb bacıları Şahid5 və Ceyran Qarayeva ilə birlikdə təyin olunmuşdur. 22 iyul 2022-ci il tarixdə saat 04 radələrində xəstəxananın TTTYB-na müraciət edən xəstələrin müayinəsi üçün nəzərdə tutulmuş “yaşıl” otaqda olarkən X35 yanında adını sonradan Səbuhi olduğunu bildiyi şəxslə birlikdə otağa daxil olaraq özünü narahat hiss etdiyini, bədən hərarətinin olduğunu normal nitqi ilə bildirdi. Dərhal xəstəni müayinə edərək ilkin olaraq arteriyal təzyiqini tanometr aparatı ilə ölçmüş və təzyiqinin 120\80 mm civə sütunu arasında olduğunu, oksigen saturasiyasının 97-98 faiz, bədən hərarətinin isə termometr ilə ölçərək 40 dərəcə olduğunu müəyyən edib xəstəyə “kəskin respirator virus infeksiyası” diaqnozu qoymuşdur. Xəstənin bədən hərarətinin yüksək olmasına görə ağ ciyərlərində xırıltı olub-olmamasını müəyyən etmək məqsədi ilə Səbuhiyə yaşıl otaqdan çıxmasını bildirdikdən sonra fonendoskop ilə mərhum Vüsalənin ağ ciyərlərin vizual olaraq eşidən zaman ağ ciyərlərində hər hansı patologiya izlənilməmişdir. X18 nə qədər müddətdir qızdırması olduğunu, buna görə müalicə alıb-almadığını soruşduqda Vüsalə Quliyeva 21 iyul 2022-ci il tarixdə Göyçay RMX-da rentgen kabinetində müayinədən keçdiyini və qızdırmasına görə xəstəxananın TTTYS-nın böyük həkimi Şahid10 tərəfindən həmin gün müalicə olunduğunu, sistem köçürüldüyünü deyib rentgen müayinəsinə dair sənədi cibindən çıxararaq əzik halda ona təqdim etmişdir. Rengten müayinəsi sənədinə baxan zaman Vüsalə Quliyevanın 21 iyul 2022-ci il tarixdə rentgen müayinəsindən keçdiyini və onun ağciyərlərində hər hansı patologiyanının izlənilmədiyinin qeyd edildiyini görmüşdür. X22 bədən hərarətini aşağı salmaq üçün tərəfindən analgin 2 qram, dimidrol 1 qram və novokain 2 qram əzələ daxilinə inyeksiya olunmuşdur. X26 yaşıl otaqda gözləməsini dedikdə Vüsalə Quliyeva müayinə olunmağa ehtiyacı olmadığını, əsas azyaşlı övladından narahat olduğunu demiş, Vüsaləyə gözləməsini deyib təcili tibbi yardım avtomobili ilə gətirilən adını hazırda xatırlamadığı, lakin “alimentar qastrid” diaqnozu qoyduğu xəstə ilə maraqlanmışdır. Təxminən 5-10 dəqiqə sonra Vüsalə Quliyevanın yaşıl otaqda olmadığını görmüşdür. Həmin vaxt tibb bacısı Şahid5 X22 harada olduğunu və onun özbaşına xəstəxananı tərk etməsinin səbəbini soruşduqda tibb bacısı Nazilə ona xəstənin hansı səbəbə getməsi barədə məlumatı olmadığını demiş, özü də Vüsalənin təcili yardım bölməsini tərk etməsini görməmişdir. X11 ilkin tibbi yardımlar göstərməsi və rentgen müayinəsinin nəticəsinə əsasən Vüsalənin ağ ciyərlərində patologiya izlənilməməsi səbəbindən o, Vüsalənin konsultasiyasını təmin etmək, çağırışda olan həkimlərə məlumat vermək və hospitalizasiya etmək barədə təyinat verməyə həmin vaxt ehtiyac görməmişdir. Həmin vaxt xəstə sayının çox olmasına görə Vüsalə Quliyevanın təcili tibbi yardım şöbəsini özbaşına tərk etməsi və stasionar müalicə yerləşməkdən imtina etməsi barədə qeydiyyat jurnalına qeydiyyat aparmamış, xəstə özbaşına xəstəxananı tərk etdiyinə görə stasionar müalicəyə yerləşdirilməsindən imtina edilməsi üçün onun ərizəsini ala bilməmişdir. Təxminən 1 saat sonra Səbuhinin təcili yardım bölməsinin giriş qapısında olduğunu görüb onu çağıraraq X22 harada olmasını soruşmaq istəsə də, Səbuhi heçnə demədən getmişdir. Saat 07 radələrində baş həkim Şahid4 başqa xəstə ilə bağlı məlumat vermək üçün zəng edən zaman Ləman Hacıyevə ona Şahid1 qardaşı arvadının təcili tibbi yardım bölməsinə müraciət edib-etməməsi barədə ondan soruşduqda o, baş həkim Şahid4 Səbuhini tanımadığını, Vüsalə Quliyeva ad və soyadında şəxsin müraciət etdiyini, tərəfindən xəstəyə tibbi yardımlar göstərildiyini, lakin xəstənin ondan xəbərsiz təcili tibbi yardım bölməsini özbaşına tərk etdiyini demişdir. 22 iyul 2022-ci il tarixdə saat 09 radələrində növbəni növbətçi həkim Şahid12 təhvil verib yarımçıq qalan sənədləşmə işlərini aparan zaman saat 10:30 radələrində Vüsalə Quliyevanın bir neçə ailə üzvü ilə birlikdə qızdırmalı halda təcili yardım bölməsinə gəldiyini görmüşdür. Vüsalə Quliyeva növbətçi həkim Şahid12 tərəfindən müayinə olunan zaman o, X39dan bir neçə dəfə xəstəxananı 40 dərəcə bədən hərarəti ola-ola ondan icazəsiz tərk etməsinin səbəbini soruşduqda Vüsalə ona uşağının narahat olduğunu, dözə bilmədiyi üçün getdiyini dedi, o da hər ehtimala qarşı Vüsalənin və ərinin səsini mobil telefonla yazmışdır. Sonra o, xəstəxananı tərk edərək yaşadığı evə getmiş, növbəti gün, yəni 23 iyul 2022-ci il tarixdə səhər saatlarında işə gələrkən Vüsalə Quliyevanın müalicə aldığı Göyçay RMX-nın PHŞnin reanimasiya şöbəsində öldüyünü öyrənmişdir.Özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilmir,mülki iddianı qəbul etmir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə təngidi yanaşaraq ,hesab edir ki,bu cür ifadə özünü müdafiə xarakteri daşıyır,işin faktiki hallarına uygun gəlmir və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə baxışında zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X15 izahat verərək bildirdi ki, 22 iyul 2022-ci il tarixdə saat 01 radələrində mərhum arvadı Vüsalə Quliyeva özünü yenidən narahat hiss etməsi səbəbindən qonşuluqda yaşayan tibb bacısı Xuramana məlumat verərək Vüsalənin qızdırmasının aşağı düşməsi üçün “analgin”, “dimidrol” və “antibiotik” dərmanları iynə vurulmuş, lakin qızdırma yenə də 40 dərəcə temperaturdan aşağı düşməmişdir. Həmçinin 8 aylıq övladı Asifin də qızdırması yüksəlmişdir. Buna görə də saat 03:40 radələrində Vüsaləni və övladını yaşadığı evindən götürüb bu barədə qardaşı Şahid1 məlumat verib birlikdə onları təcili şəkildə özünə məxsus avtomobillə Göyçay RMX-na aparmışlar. Qardaşı Səbuhi arvadı Vüsaləni təcili tibbi yardım şöbəsinə (Acil şöbə), 8 aylıq övladını isə o, azyaşlılar üçün nəzərdə tutulmuş Göyçay RMX-nın digər təcili yardım şöbəsinə aparmış və övladının müalicəsinə başlanılmışdır.O təcili yardım şöbəsində övladının yanında qalmışdır. Təxminən yarım saat sonra Səbuhi ona zəng edərək Vüsaləni təcili yardım şöbəsində növbədə olan həkimin stasionar müalicəyə qəbul etmədiyini, onun 40 dərəcə temperaturda qızdırması olduğu halda iynə vuraraq səhər gəlməsini məsləhət gördüyünü və Vüsaləni Göyçay şəhərində qaynanasının evinə apardığını, bir neçə dəqiqəyə geri qayıdacağını demişdir. Azyaşlı övladının səhhəti ağır olduğuna görə onu Mingəçevir şəhərində yerləşən “Elgizin” klinikasına aparmağa qərara gəlmiş və Səbuhiyə bu barədə məlumat vermişdir. Səbuhi gəldikdən sonra ona Vüsalənin də səhhətinin ağır olmaqla nəfəs almaqda çətinlik çəkdiyini, qızdırmasının aşağı düşmədiyini demişdir. Azyaşlı övladını Mingəçevir şəhərində yerləşən klinikaya aparmazdan əvvəl Səbuhi ilə birlikdə Vüsalənin səhhətinin ağır vəziyyətdə olması, onu xəstəxanaya gətirib müalicə edilməsini xahiş etmək məqsədi ilə 22 iyul 2022-ci il tarixdə saat təxminən 05 radələrində Göyçay RMX-nın təcili yardım bölməsinə getmiş, Səbuhi adını sonradan bildiyi növbətçi həkim Fatiməyə mərhum arvadı Vüsalənin ağır vəziyyətdə olduğunu, onu stasionar müalicəyə qəbul etməsini xahiş etdikdə Fatimə həkim qardaşına X28 tibbi yardım göstərdiyini, hal hazırda başqa həkimin olmadığını, hazırda buna ehtiyac olmadığını, səhər açılanda xəstəni xəstəxanaya gətirmələrini demişdir. Sonra o, Səbuhi ilə birlikdə əlacsız, çarəsiz vəziyyətdə xəstəxanadan çıxıb səhhəti daha ağır vəziyyətdə olan azyaşlı övladını Mingəçevir şəhərində yerləşən klinikaya aparmışdır. Həkim azyaşlı övladının səhhətinin ağır olması səbəbindən Bakı şəhərində yerləşən ixtisaslaşmış uşaq poliklinikasına aparmağı məsləhət görmüşdür. Həmin gün, yəni 22 iyul 2022-ci il tarixdə saat 10 radələrində Asifi Bakı şəhərində aparmaq üçün Ağdaş rayonu istiqamətində yolda olarkən qaynananası Gülpəri mobil telefonla ona zəng edərək Vüsalənin səhhətinin ağırlaşdığını, qızdırmasının çox olduğunu, halsız vəziyyətdə uzandığını, danışmaqda çətinlik çəkdiyini, təcili olaraq onun xəstəxanaya çatdırılmalı olduğunu demişdir. Bundan sonra azyaşlı övladını evə qoyub səhhəti çox ağır olmaqla danışmaqda və yeriməkdə çətinlik çəkən mərhum arvadı Vüsaləni götürüb qardaşı Səbuhi və anası Akifə ilə birlikdə Göyçay RMX-nın Acil şöbəsinə aparmış, həmin vaxt Vüsalə demək olar ki, özündə olmamaqla sayıqlamış, nə danışdığını bilməmişdir. Saat 11 radələrində xəstəxananın təcili yardım şöbəsinə çatıb qardaşı Səbuhi avtomobili bölmənin giriş qapısının qarşısında saxlamışdır. Vüsalənin səhhətinin kəskin şəkildə ağır olması və yeriməkdə çətinlik çəkməsi səbəbindən təcili yardım şöbəsinə onun köməkliyi ilə xəstə arabasına qoyulmaqla onu müayinə otağında növbətçi Həsən həkimə təhvil vermişdir. Vüsaləyə tibbi yardımlar göstərildikdən sonra xəstəxananın 1-ci mərtəbəsində rentgen müayinəsindən keçirilmiş, müayinə zamanı Rasim həkim Vüsalənin ciyərlərində pnevmaniya xəstəliyinin əlamətlərinin müşahidə olunduğunu demişdir. O, rentgenoloq Rasim həkimə etiraz edərək 1 gün əvvəl rentgen müayinəsi zamanı Vüsalənin ağ ciyərlərində pnevmaniyanın aşkar olunmadığını, müayinənin onu apardığını dedikdə Rasim həkim o və qardaşı Səbuhiyə pnevmaniyanın ildiırımsürətli inkişaf edən xəstəlik olduğunu demişdir. Saat 11:36-da isə onlar Vüsalənin xəstəxananın infeksion şöbəsində yerləşdirlməsi və infeksion şöbənin də təcili yardım şöbəsindən çıxışının olmamaqla ayrıca binada yerləşməsinə görə o və qardaşı Vüsaləni arabada götürüb avtomobilə infeksion şöbəyə aparmaq məqsədi ilə qoyub infeksion şöbəyə avtomobillə aparmış və Vüsalə təcili olaraq infeksion şöbəyə yerləşdirilmişdir. Vüsalənin artıq qarın nahiyəsi şişmişdir. İnfeksion şöbədə mərhum arvadı Vüsaləyə sistemlər qoşulduğunu, Vüsalənin səhhətinin ağır olmaqla nitq qabiliyyətini itirdiyini görüb şöbə müdiri Rüxsarə həkimə əgər xəstənin səhhəti yaxşıya doğru getmirsə xəstəni götürüb Bakı şəhərinə aparmasını dedikdə Rüxsarə həkim ona narahat olmamasını, sistemin tam olaraq Vüsalənin bədəninə köçdükdən sonra səhhətinin yaxşılacağını demişdir. Sonra o, azyaşlı övladını Bakı şəhərinə aparmaq üçün yaşadığı evə getmişdir. Azyaşlı övladını Bakı şəhərində xəstəxanaya yerləşdirib axşam saatlarında xəstəxanaya geri qayıdıb Vüsalənin səhhəti ilə maraqlanan zaman qardaşı Səbuhi Vüsalənin həyati təhlükəsi olmaqla səhhətinin çox ağır olduğunu, reanimasiya şöbəsində süni nəfəs aparatına qoşulduğunu demişdir. 23 iyul 2022-ci il tarixdə saat 03 radələrində Vüsalə xəstəxananın reanimasiya şöbəsində ölməsi barədə həkimlər məlumat vermişdir. X31 Temur qızının el adəti ilə təfn edilib 40 günlük yas mərasiminin keçirilməsinə 10000 manatdan artıq pul xərcləmiş,məzarın mərmər daş örtüklə tikintisinə 2500 manat pul xərclmişdir.Həmin hadisədən xeyli müddət keçməsinə baxmayaraq həl də ağır psixoloji durumdadır.Mənəvi zərərə görə 20000 manat pul tələb edir.Cəmi 32500 manat məbləğində mülki iddianın təmin edilməsini xahiş etdi.Həmçinin zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X15 məhkəmə vəsatət təqdim edərək Təqsirləndirilən şəxs Elburus qızının əməlində Azərbaycan Respublikası CM-nin 142.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri olduğunu nəzərə alıb Azərbaycan Respublikası CM-ə uyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid1 bildirdi ki, 21 iyul 2022-ci il tarixdə axşam saatlarında qardaşı Akif ona zəng edərək arvadı Vüsalənin bədən hərarətinin yüksək olduğuna görə Göyçay RMX-da Rasim həkimin yanında rentgen müayinəsindən keçdiyini, lakin ağ ciyərlərində hər hansı xəstəliyin əlamətlərinin aşkar olunmadığını, sonra Vüsaləni müayinə üçün Göyçay RMX-nın TTTYS-na apardığını, TTTYS-nın baş həkimi Əlinin arvadını müayinə edərək tibbi yardım göstərdiyini, səhhətinin nisbətən yaxşılaşaraq evə gətirdiyini demişdir. 22 iyul 2022-ci il tarixdə saat 03 radələrində qardaşı Akif həyəcanlı şəkildə ona zəng edərək arvadı Vüsalə və övladı Asifin qızdırmalarının təxminən 40 dərəcə olduğunu, nəfəs almaqda çətinlik çəkdiklərini, halsız olduqlarını dediyinə görə o, cəld şəkildə onları götürüb saat 04 radələrində Göyçay RMXda təcili yardım (Acil bölməsi) bölməsinə gətirmişdir. Qardaşı azyaşlı övladını xəstəxanada uşaqlar üçün nəzərdə tutulmuş təcili yardım bölməsinə, Vüsaləni isə o digər təcili yardım bölməsinə gətirmişdir. Yolda olarkən Vüsalənin halının özündə olmadığını, danışmaqda çətinlik çəkdiyini, səhhətinin yaxşı olmadığını, təngnəfəslik və boğulması olduğunu görmüşdür. Həmin vaxt Vüsaləni təcili yardım bölməsinə növbətçi həkim Təqsirləndirilən şəxs təhvil verib səhhətinin yaxşı olmadığını, qızdırmasının yüksək olduğunu deyib Vüsaləni tam olaraq müayinə etməsini xahiş etmişdir. Həkim Təqsirləndirilən şəxs Vüsalənin bədən hərarətini termometr ilə ölçdükdən sonra temperaturun 40 dərəcə olduğunu, xəstənin neçə gün müddətdir bədən hərarətinin yüksək olduğunu soruşduqda o, Fatimə həkimə təxminən 1-2 gün müddətdir Vüsalənin qızdırmasının olduğunu demişdir. Fatimə həkim ona yaşıl otaqdan bayırda gözləməyi demişdir. Bir neçə dəqiqə sonra yenidən yaşıl otağa yaxınlaşıb Vüsalənin səhhəti ilə bağlı Fatimə həkimdən maraqlanan zaman Fatimə həkim Vüsaləyə iynə vurduğunu, sistem alıb səhər saatlarında digər həkimlər işə gəldikdən sonra Vüsalənin gəlməsini, sistemin qoşulacağını, səhhətində ciddi problem olmadığını, narahat olmamalarını demişdir. O, kəskin şəkildə Fatimə həkimə Vüsalənin qızdırmasının 40 dərəcə olduğunu, onu stasionar müalicəyə qəbul etməsini, səhər saatlarına kimi səhhətinin daha da ağırlaşacağını deyib etiraz etsə də, Fatimə həkim onunla kobud şəkildə danışaraq hal hazırda Vüsalədən daha başqa ağır xəstələrin müalicəsi ilə məşğul olduğunu, səhər saatlarında xəstəxanaya gəlmələrini, yaşıl otaqdan çöldə gözləməsini demişdir. O bir daha kəskin şəkildə Fatimə həkimə etiraz edərək xəstənin stasionar müalicəyə qəbul edilməsini, xəstənin bütün həkim müayinələrindən keçirilməsini, analizlər götürülməsini, ona xəstəliyin səbəbini bildirməsini desə də, Fatimə həkim onun sözlərinə və qardaşı arvadı Vüsalənin ağrılar içərisində olan çarəsizliyinə əhəmiyyət verməmiş, həmçinin xəstənin müalicəsi üçün də hər hansı resept də yazmadan ona bir daha xəstənin səhhətində ciddi problem olmadığını, ona həkimliyi öyrətməməsini demişdir. O da yaşıl otaqdan çıxaraq təcili yardım bölməsinin həkimi Təqsirləndirilən şəxs ağır vəziyyətdə olan xəstəyə etinasız yanaşması, vəzifəsini tam olaraq icra etməməsinə etirazını bildirmək məqsədi ilə xəstəxananın müalicə işləri üzrə cavabdeh olan baş həkimi Şahid4 mobil telefon vasitəsilə zəng etsə də, Şahid4 zənglərə cavab verməmişdir. Təxminən 2-3 dəqqiə sonra Vüsalə halsız və ağrılar içərisində təcili yardım bölməsindən deyinə-deyinə çıxaraq Fatimə həkimin ona səhhətində ciddi problem olmadığını, səhər saatlarında xəstəxanaya yenidən gəlməsini bildirdiyini demişdir. Vüsalənin səhhətinin ağır olması, ayaqüstə dayanmaqda çətinlik çəkməsi, həkim Təqsirləndirilən şəxs onu müalicə etməməsinə görə Vüsaləni anası Gülpərinin Göyçay şəhərindəki evinə aparmışdır. Yolda olarkən Vüsaləni stasionar müalicəyə qəbul edilməməsi, səhhəti ağır olsa da, Fatimə həkimin ona səhlənkar yanaşmasına görə dəfələrlə Şahid4 zəng etsə də, yenidən Ləman həkim zənglərə cavab vermədiyinə görə Ləman həkimin mobil nömrəsinə “whatsap” zəngi etsə də, yenə zəngə Şahid4 cavab verməmişdir. Vüsaləni anasının yaşadığı evə gətirən zaman Vüsalənin səhhətinin ağır olduğunu, artıq danışmaqda çətinlik çəkdiyini görüb Vüsaləni evdə qoyaraq təxminən yarım və ya 1 saat sonra yenidən xəstəxanaya qayıdaraq təcili yardım bölməsinə daxil olub Fatimə həkimə Vüsalənin səhhətinin ağır olduğunu, onun digər həkimlər tərəfindən tam müayinəsinin edilməli olduğunu və digər həkimlərə məlumat verməli olduğunu dedikdə Fatimə həkim ona X28 tibbi yardım göstərdiyini, hal hazırda başqa həkimin olmadığını, hazırda buna ehtiyac olmadığını, səhər açılanda xəstəni xəstəxanaya gətirməsini demişdir. Həmin vaxt azyaşlıların qəbulunu həyata keçirən xəstəxananın digər təcili yardım bölməsində olan qardaşı övladı Asifi götürüb Mingəçevir şəhərində yerləşən “Elgizin Klinikası”-na aparmışdır. X40 RMX-nın Acil bölməsində tibbi yardımlar göstərilsə də, qızdırması yüksək olmaqla səhhəti normaya dönməmişdir. Azyaşlı qardaşı övladı Asifi Mingəçevir şəhərinə apararkən yolda saat 06 radələrində baş həkim Ləman Hacıyevə “whatsap” ani mesajlaşma proqramı vasitəsi ilə ona mesaj yazaraq nə baş verdiyini, gecə saatlarında ona niyə zəng etdiyini soruşduqda o, Ləman həkimə 40 dərəcə temperaturda olan xəstəni stasionar müalicəyə həkimin qəbul etmədiyini demişdir. Ləman həkim də növbətçi həkimə iradlarını bildirəcəyini deyib xəstənin harada olduğunu və xəstəxanaya gətirməsini dedikdə o, Ləman həkimə azyaşlı qardaşı övladı ilə birlikdə Mingəçevir şəhərində olduqlarını, Vüsalənin isə evdə olduğunu demişdir. Həmin gün 22 iyul 2022-ci il tarixdə saat 10 radələrində Asifi Bakı şəhərinə aparmaq üçün Ağdaş rayonu istiqamətində yolda olarkən qardaşı Akifin qaynanası Gülpəri qardaşına mobil telefonla zəng edərək Vüsalənin səhhətinin ağırlaşdığını, qızdırmasının çox olduğunu, halsız vəziyyətdə uzandığını, təcili olaraq onun xəstəxanaya çatdırılmalı olduğunu demişdir. O və qardaşı cəld şəkildə Vüsaləni yaşadığı evdən götürüb Şahid4 mobil telefonla zəng edərək Vüsalənin səhhətinin ağırlaşdığı barədə məlumat vermiş, Ləman həkim də Göyçay RMX-nın Acil bölməsində növbətçi həkim Şahid12 lazımı köməkliyin edilməsi barədə göstəriş verdiyini demişdir.Saat 11 radələrində təcili yardım bölməsinə çatıb avtomobili bölmənin giriş qapısının qarşısında saxlamışdır. Vüsalənin səhhətinin kəskin şəkildə ağır olması və yeriməkdə çətinlik çəkməsi səbəbindən Acil bölməsinə xəstə arabası ilə onu bölmənin müayinə otağında Həsən həkimə təhvil vermişlər. Vüsaləyə tibbi yardımlar göstərildikdən sonra xəstəxananın 1-ci mərtəbəsində rentgen müayinəsindən keçirilmiş, müayinə zamanı Rasim həkim Vüsalənin ciyərlərində pnevmaniya xəstəliyinin əlamətlərinin müşahidə olunduğunu demiş, sonra Vüsalə yenidən Acil bölməsində Həsən həkimin yanına gətirildikdən sonra xəstə infeksion şöbəyə yerləşdirilmişdir. Həmin şöbədə o və anası Akifə Quliyevanın yanında Vüsaləyə sistem vurulmuş, sonra tənəffüsündə çatışmazlıq olduğuna görə oksigen aparatına qoşulmuşdur. Lakin təxminən yarım saat müddətində Vüsalənin səhhəti get-gedə ağırlaşmaqla, nitq qabiliyyətini tamamilə itirməklə koma vəziyyətinə düşdüyündən Vüsalə təcili olaraq reanimasiya şöbəsinə yerləşdirilməsi barədə həkimlər qərar vermişlər. Vüsalə həmin şöbəyə yerləşdirilən zaman ağzından köpük gəlməyə başlamışdır. 23 iyul 2022-ci il tarixdə saat 03 radələrində Vüsalənin xəstəxananın reanimasiya şöbəsində öldüyü barədə məlumat verilmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid2 bildirdi ki, 20 iyul 2022-ci il tarixdə saat 19 radələrində mərhum qızı Vüsalə Quliyeva azyaşlı övladları ilə birlikdə yaşadığı Göyçay şəhərindəki evinə gəlmiş, Vüsalə evə gələn zaman 8 aylıq övladının da narahat olduğunu, qızdırmasının yüksək olduğunu, gecələr yata bilmədiyini demişdir. O da qızı Vüsaləyə uşağı həkimə aparmasını, həkimin uşağı müalicə etməsini dedikdən sonra digər qızı Reyhanə ilə birlikdə Vüsalə azyaşlı övladını götürüb Göyçay RMX-nın TTTYS-da uşaq həkimi olan Dinar həkimin yanına müayinəyə getmişlər. Təxminən 2 saat sonra Vüsalə evə gələrək Dinar həkimin körpə övladını müayinə etdiyini, özünə də vizual olaraq baxıb bədən hərarətini ölçdüyünü, qızdırma salınması üçün “parecetamol” dərman həbi qəbul etməyi məsləhət gördüyünü demişdir. Həmin vaxt Vüsalənin səhhətində boğulma, təngnəfəslik hiss olunmamış, deyib gülmüşdür. Gecə saatlarında kürəkəni Akif mərhum qızı Vüsaləni götürərək Qaraməryəm kəndindəki evə aparmışdır. 21 iyul 2022- ci il tarixdə saat 12 radələrində Vüsalə halsız vəziyyətdə yaşadığı evə əri Akiflə gələrək Göyçay RMXnın TTTYS-nın həkimi Şahid10 onu müalicə etdiyini, qızdırmasının aşağı salınması üçün müalicə yazdığını demişdir. Həmin vaxt Akif xeyli sayda dərman preparatı almışdır, lakin həmin dərmanlarının adının nə olmasını o bilməmişdir. Akif ona həmin dərmanları TTTYSnın baş həkimi Şahid10 məsləhəti və yazdığı resept əsasında aldığını, dərmanları reseptdə yazılan qaydada qəbul etməsini məsləhət gördüyünü demişdir. Həmin vaxt mərhum qızı Vüsalə səhhətində ciddi problem olmadığını, lakin halsız olduğunu ona demişdir. Lakin o, həmin vaxt Vüsalənin bədən hərarətinin neçə dərəcə olmasını bilməmiş, termometr ilə də ölçməmişdir. O, tibb üzrə kurslarda iştirak etdiyi üçün Əli həkimin yazdığı reseptə uyğun olaraq natrrium xlorid 200 ml, dimidrol 1ml, vitamin C və deksometazon 1 ml fizioloji məhlul qatqılarını onun venasina köçürmüş, Vüsalənin səhhəti nisbətən yaxşılaşmışdır. Saat 16 radələrində Akif onun yaşadığı evə gələrək mərhum qızı Vüsalənin özünü halsız hiss etdiyinə görə onu Əli həkimin yanına müayinəyə aparacağını deyib Vüsalə ilə birlikdə getmişdir. Təxminən yarım saat sonra Vüsalə və Akif onun yaşadığı evə gəlmişlər. Həmin vaxt Vüsalə yatmaq istədiyini deyib yatmağa çalışsa da, yata bilməmiş, həmin vaxt onun səhhətində ciddi problem müşayiət etməmişdir. Vüsalə sərbəst şəkildə hərəkət edir, deyib-gülürdü, onda başqa hər hansı ciddi narahatçılıq görməmişdir. Saat 23 radələrində Akiflə mərhum qızı Vüsalə yaşadıqları Qaramaryəm kəndindəki evə getmişlər. 22 iyul 2022-ci il tarixdə saat 04:30 radələrində mərhum qızının qaynı Səbuhi Vüsaləni yaşadığı Göyçay şəhərindəki evə gətirib qoyaraq körpə övladının səhhəti çox ağır olduğuna görə Mingəçevir şəhərində yerləşən özəl klinikaya müalicəyə Akiflə birlikdə aparacağını demişdir. Həmin vaxt o, Vüsalənin səhhətində ciddi problem, yəni təngnəfəslik, boğulma, halsızlıq, fiziki hərəkətliliyində çətinlik olduğunu, yatan zaman da boğulduğunu müşayiət etmişdir. Vüsalə çox halsız vəziyyətdə olduğunu deyib yatmışdır. Lakin Vüsalə səhərə yaxın ağrılar içərisində yerində qıvrınmaqla çox halsız olması, nəfəs almaqda çətinlik çəkməsi, özünü çox narahat hiss etməsi, artıq ayaqüstə durmaqda belə çətinlik çəkməklə ürəyinin dayanmadan döyünməsindən şikayətləndiyinə görə kürəkəni Akifə məlumat verərək Vüsaləni təcili olaraq xəstəxanaya aparmalı olduqlarını demişdir. Təxminən 20 dəqiqə sonra Akif və qardaşı Səbuhi Vüsaləni götürüb Göyçay RMX-na aparmışlar. Saat 13 radələrində Akif ona zəng edərək qızının səhhətinin ağırlaşdığını,infeksion şöbəyə yerləşdirildiyini dedikdən sonra o, əri ilə birlikdə xəstəxanaya getmişdir. İnfeksion şöbədə mərhum qızı Vüsalənin palatada halsız vəziyyətdə çarpayıda uzadıldığını, nəfəs almaqda çətinlik çəkdiyini, danışa bilmədiyini görmüşdür. Təxminən yardım saat sonra Vüsaləni reanimasiya şöbəsinə tam olaraq huşsuz vəziyyətdə aparmışlar. 23 iyul 2022-ci il tarixdə saat 03 radələrində Vüsalə xəstəxananın reanimasiya şöbəsində öldüyü barədə məlumat verilmişdir. Vüsalə həkim səhlənkarlığından ölmüş, vaxtında qızını həkimlər tam olaraq müalicə etmədiklərinə görə qızının ölümündə günahkar olan həkimlərin məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid3 bildirdi ki, 22 iyul 2022-ci il tarixdə saat 04:30 radələrində kürəkəni Akif Quliyevin qardaşı Səbuhi mərhum qızı Vüsaləni Göyçay şəhərində ailəsi ilə birlikdə yaşadığı evə gətirib azyaşlı nəvəsinin səhhətinin çox ağır olmasına görə Mingəçevir şəhərinə kürəkəni ilə birlikdə aparacaqlarını demişdir. Həmin vaxt o, Vüsaləyə baxan zaman səhhətinin yaxşı olmadığını, halsız, iştahsız, qızdırmasının yüksək olduğunu, dayanmadan ögüdüyünü görmüşdür. Vüsalə yeriməkdə çətinlik çəkdiyinə görə Səbuhinin köməkliyi ilə qızı Vüsaləni evə salıb otağında çarpayıya uzanmasında köməklik etmişdir. Sonra Səbuhi çıxıb getmişdir. Həmin vaxt o, qızı Vüsalənin səhhətinin yaxşı olmadığına görə Vüsaləyə xəstəxanaya getməli olduqlarını dedikdə Vüsalə ona qaynı Səbuhi ilə birlikdə xəstəxanadan gəldiyini, xəstəxananın təcili yardım bölməsində adını demədiyi hansısa həkimin ona səhhətində hər hansı probleminin olmadığını, həmçinin digər həkimlərin səhər işə gələcəkləri üçün xəstəxanaya səhər gələcəyini deyib evə göndərdiyini demişdir. Həmin vaxt Vüsalə yataqda uzanıqlı vəziyyətdə nəfəs almaqda çətinlik çəkərək ürəyinin dayanmadan döyündüyünü ona demişdir.Tibbi təhsili olmadığına görə Göyçay RMX-nın adını bilmədiyi həkimin qızını müayinə edərək evə buraxdığına görə yəqin səhhətində ciddi problem olmadığını güman etmiş, buna görə də təcili tibbi yardıma məlumat verməmiş və qızını xəstəxanaya aparmamışdır. O, əlini Vüsalənin alnına qoyan zaman onda həddən artıq istilik olduğunu hiss etmişdir. Lakin Vüsalənin səhərə yaxın ağrılar içərisində yerində qıvrınmaqla çox halsız olduğunu, nəfəs almaqda çətinlik çəkdiyini, özünü çox narahat hiss etdiyini, ürəyinin dayanmadan döyünməsindən şikayətləndiyinə görə arvadı Gülpəri kürəkəni Akifə məlumat verərək Vüsaləni təcili olaraq xəstəxanaya aparmalı olduqlarını demişdir. 22 iyul 2022-ci il tarixdə səhər saatlarında kürəkəni Akif, Akifin qardaşı Səbuhi qızı Vüsaləni yaşadıqları evdən götürüb avtomobilə qoyaraq təcili sürətdə Göyçay RMX-ya aparmışlar. 23 iyul 2022ci il tarixdə saat 03 radələrində Vüsalə xəstəxananın reanimasiya şöbəsində öldüyü barədə məlumat verilmişdir. 22 iyul 2022-ci il tarixdə saat 04:30 radələrində qızını qaynı Səbuhi evə gətirən zaman əgər Vüsalənin səhhətinin ağır olmasını onun ölümünə gətirib çıxaracağını bilsəydi dərhal onu xəstəxanaya aparacağını göstərmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid5 bildirdi ki, 2011-ci il tarixdən Göyçay RMX-nın TTYŞ-nin növbətçi tibb bacısı vəzifəsində işləyir. Təcili tibbi yardım şöbəsinin tibb bacısı kimi vəzifəsi xəstəxanaya xəstəliyi ilə bağlı müraciət etmiş və ya təcili tibbi yardım avtomobili ilə gətirilmiş xəstəni qəbul edib növbətçi həkimin təyinatı ilə müayinələr üzrə zəruri işləri görməkdən ibarətdir. 21 iyul 2022-ci il tarixdə saat 21:00-dan 22 iyul 2022-ci il tarixdə saat 09:00-dək olan müddət ərzində Göyçay RMX-nın PHŞ-nin TTTYŞ-də (ACİL) növbətçi tibb bacısı xidmətinə növbətçi həkim Təqsirləndirilən şəxs və tibb bacısı Ceyran Qarayeva ilə birlikdə təyin olunmuşdur. 22 iyul 2022-ci il tarixdə saat 04 radələrində xəstəxananın TTTYŞ-na müraciət edən xəstələrin müayinəsi üçün nəzərdə tutulmuş “yaşıl” otaqda olarkən əvvəlcədən tanımadığı Vüsalə Quliyeva yanında adını sonradan Səbuhi olduğunu bildiyi şəxslə birlikdə halsız vəziyyətdə otağa daxil olaraq özünü narahat hiss etdiyini, bədən hərarətinin olduğunu bildirmişdir. Növbətçi həkim Təqsirləndirilən şəxs dərhal xəstəni müayinə edərək ilkin olaraq arteriyal təzyiqini, oksigen saturasiyasını, bədən hərarətinin ölçmüş və qızdırmasının 40 dərəcə temperaturda olduğunu demişdir. Sonra fonendoskop ilə ağ ciyərlərin vizual olaraq müayinə etdikdən sonra X18 nə qədər müddətdir qızdırması olduğunu, buna görə müalicə alıb- almadığını soruşduqda X32 həkimə 21 iyul 2022-ci il tarixdə qızdırmasına görə xəstəxananın TTTYSnın böyük həkimi Şahid10 tərəfindən həmin gün müalicə olunduğunu, sonra ona sistem köçürüldüyünü demişdir. Fatimə həkim ona X22 bədən hərarətini aşağı salmaq üçün ona göstəriş verərək analgin 2 qram, dimidrol 1 qram və novakain 2 qram əzələ daxilinə inyeksiya olunmasını bildirmişdir.Həkimin göstərişini icra etmişdir. Sonra təcili tibbi yardım şöbəsinin dəhlizinin qurtaracağında yerləşən müşahidə otağına digər xəstələrə baxmaq üçün getmiş, Vüsalə Quliyeva da yaşıl otaqda gözləmiş və xatırladığı qədəri ilə Təqsirləndirilən şəxs yaşıl otaqda, yəni Vüsalə Quliyevanın olduğu otaqda olmuşdur. Təxminən 2 dəqiqə sonra yaşıl otağa qayıdan zaman təcili tibbi yardım avtomobili ilə 1 nəfər qadın mədəsində olan problemlə bağlı olaraq təcili olaraq gətirilmiş, həmin vaxt qeydiyyat işlərini apardıqdan sonra Vüsalə Quliyevanın yaşıl otaqda olmadığını görmüşdür. 22 iyul 2022-ci il tarixdə saat 09 radələrində növbəni təhvil verib yaşadığı evə getmişdir. 23 iyul 2022-ci il tarixdə səhər saatlarında işə gələrkən Vüsalə Quliyevanın müalicə aldığı Göyçay RMX-nın PHŞ-nin reanimasiya şöbəsində öldüyünü öyrənmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid6 bildirdi ki, 15 avqust 2000-ci il tarixdən Göyçay RMX-da anestezioloji-reanimasiyon şöbənin həkimi, 06 yanvar 2021-ci il tarixdən anestezioloji-reanimasiyon şöbəsinin müdiri vəzifəsində işləyir. 22 iyul 2022-ci il tarixdə saat 13:50-də Göyçay RMX-nın reanimasiya şöbəsində işdə olarkən xəstəxananın baş həkimi Ləman Hacıyevə mobil telefon vasitəsi ilə ona zəng edərək infeksion şöbədə ağır vəziyyətdə xəstə olduğunu və təcili olaraq infeksion şöbəyə gedərək xəstəni konsultasiya etməsini bildirmişdir. Dərhal xəstəxananın infeksion şöbəsinə gedən zaman nevropatoloq Mirəli Abdullayev və infeksionist həkim Rüxsarə Hüseynovanın şöbədə adını sonradan bildiyi X22 yanında olduğunu görmüşdür. Ağır vəziyyətdə olan xəstəni dərhal müayinə edərək xəstənin komatoz vəziyyətdə, yəni xəstənin verilən suallara cavab vermədiyi, xarici qıcıqlara reaksiyasının olmadığı, görünən selikli qişanın solğun olduğu, oksigen azlığından akrosionoz (göyərmə) vəziyyətdə olduğunu, bədən səthinin çox isti olduğunu müəyyən etmişdir. Bədən temperaturu 40,1 dərəcə, oksigen saturasiyası isə 84 faiz, arteriyal təzyiq 90\60 mm civə sütunu, nəbzi isə 1 dəqiqədə 130 dəfə döyündüyünə görə dərhal xəstəyə üz maskası vasitəsi ilə nəm oksigen verilməyə başlanılmış və təcili olaraq xəstənin “R 40.2 dəqiqləşdirilməmiş koma, J 18.9 dəqiqləşdirilməmiş pnevmaniya” diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirilməsi barədə qərar verilmiş, saat 14:00-da xəstə reanimasiya şöbəsinə köçürülməklə intensiv müalicəyə başlanılmışdır. Xəstənin sağ dirsək nahiyəsindəki venası kateteriza olunub qızdırmasını aşağı salmaq, təzyiqini normallaşdırmaq, su balansını normada saxlamaq üçün infuzion terapiya, yəni venaya natri xlorid 0,9 faiz, deksometazon 1 ml, dopamin 5 ml qatqı halında köçürülmüş, sonra qızdırmanı salmaq üçün əlavə olaraq sulfokamfokain 2 ml əzələ daxilinə köçürülmüşdür. Xəstənin sidik kisəsinə folle kateter, mədəsinə isə nazoqastral zond qoyulmuş, bədən temperaturu 42 dərəcə, arteriyal təzyiq 75\40 mm civə sütunu, ürək döyüntüsü 1 dəqiqədə 168 dəfə döyünməklə, oksigen saturasiyası da 92 faiz olmaqla səhhəti ağır olduğuna görə xəstənin mədəsi 3 litr soyuq su ilə yuyulmuş, bədən səthi soyuq dəsmalla örtülmüşdür. İntensiv tibbi yardımlar göstərilən zaman xəstənin vəziyyəti çox ağır olduğu üçün xəstəxananın baş həkimi Şahid4 xəstənin Bakı şəhərinə təxliyyə olunması və ya Bakı şəhərindən müayinə və müalicə üçün mütəxəssis həkim çağırılması barədə məlumat vermişdir. Sonra reanimasiya şöbəsinə pulmonoloq Sevinc həkim tərəfindən xəstənin ağ ciyərləri fonendoskop ilə qulaq asılan zaman xəstənin ağ ciyərlərinin üzərində hər iki tərəfdə yayılmış quru və yaş xırıltılar eşidilmişdir. Sonra xəstəni diaqnozunu müəyyənləşdirmək məqsədi ilə radiologiya şöbəsinin həkimi rentgenoloq Şahid9 tərəfindən portativ rentgen aparatı ilə xəstə yerində müayinə edilmiş və xəstəyə “iki tərəfli pnevmaniya, ağ ciyərlərində durğunluq, ağ ciyərləri köklərində durğunluq” diaqnozu qoyulmuşdur. Sonra X22 oksigen saturasiyası tədricən aşağı düşüb 87 faiz olmaqla xəstənin vəziyyəti ağırlaşmağa başlamışdır. Dərhal Respublikası Klinik Xəstəxanasının növbədə olan mütəxəssis reanimatoloq Elşən həkim ilə əlaqə yaradaraq xəstənin ümumi vəziyyəti haqqında məlumat vermiş, Elşən həkimin məsləhəti ilə xəstə saat 15:35-də süni nəfəs aparatına qoşulmaqla müalicə təyinatı üzrə davam etdirilmiş və lazım olan bütün tibbi yardımları təyinatı üzrə etdikdən sonra saat 16 radələrində iş vaxtı bitdiyi üçün xəstəni növbətçi reanimatoloq Yaqub Maqsudova təhvil verib müalicəni təyinatı üzrə davam etdirməsini tapşırmışdır. X27 təhvil verən xəstənin vəziyyəti olduqca ağır, bədən temperaturu 40,5 dərəcə, arteriyal təzyiq 100\60 mm civə sütunu, oksigen saturasiyası 87 faiz, nəbzi isə 160 olmuşdur. Saat 23 radələrində Bakı şəhərindən ixtisaslı həkim reanimatoloq və pulmanoloqun gəlməsi barədə məlumat verildikdən sonra o da reanimasiya şöbəsinə geri qayıtmışdır. Həmin həkimlər və xəstəxananın reanimatoloqu Hadi Şəmsiyyə tərəfindən X28 edilən bütün intensiv reanimasion yardımlara baxmayaraq X39 23 iyul 2022-ci il tarixdə saat 03:30-da ölmüşdür. Məhkəmə baxışında şahid qismində ifadə vermiş X25 bildirdi ki, 22 iyul 2022-ci il tarixdə saat 06:30 radələrində Göyçay RMX-da səhhəti ilə bağlı qəbulunda olduğuna görə tanıdığı, aralarında hər hansı ədavət, düşmənçilik və mübahisə olmayan Şahid1 istifadəsində olan mobil nömrəyə “whatsap” ani mesajlaşma proqramı vasitəsi ilə zəng etdiyini görüb ona mesaj yazaraq nə baş verdiyini soruşduqda Şahid1 ona qardaşı arvadı Vüsalə Quliyevanı və körpə övladını Göyçay RMX-nın təcili yardım şöbəsinə gətirdiyini, 40 dərəcə bədən temperaturda olan Vüsalə Quliyevaya həkimin iynə vurub müalicəyə qəbul etmədiyini, səhər saatlarında gəlməyi dediyini yazmışdır. Şahid1 zəng edərək dərhal xəstə Vüsaləni xəstəxanaya gətirməsini, özünün bütün həkimlərə məlumat verəcəyini dedikdə Şahid1 Vüsalənin körpə övladını Mingəçevir şəhərinə apardıqlarını, rayona qayıdan zaman Vüsaləni xəstəxanaya gətirəcəyini demişdir.Dərhal təcili yardım şöbəsində növbətçi həkim olan Təqsirləndirilən şəxs mobil telefonla zəng edərək 40 dərəcə temperaturda X39nı hansı səbəbə konsultasiyanı təmin etməməsi, onu tam olaraq müayinə etməməsinin səbəbini soruşduqda Təqsirləndirilən şəxs ona xəstəni müayinə etdiyini, onun həqiqətən də 40 dərəcə qızdırması olduğunu, xəstəyə “kəskin respirator virus infeksiyası” diaqnozu qoyduğunu, analgin, dimidrol və novokaini əzələ daxilinə inyeksiya edərək tibbi yardım göstərdiyini, qırmızı otaqda (müşahidə otağı) başqa xəstəni müayinə edib geri qayıdan zaman X22 yaşıl otaqda olmadığını, xəstənin özbaşına təcili yardım şöbəsini tərk etdiyini demişdir. Təqsirləndirilən şəxs X22 təcili yardım şöbəsini özbaşına tərk etməsinə dair akt tərtib edib-etməməsi, stasionar qəbuldan imtina jurnalına vətəndaşın öz xətti ilə imtina ərizəsi yazıb-yazmadığını soruşduqda Fatimə həkim ona akt tərtib etmədiyini və vətəndaşın ərizəsini almadığını, çünki xəstənin təcili yardım şöbəsini tərk etməsindən məlumatı olmadığını demişdir. Səhər saat 09:30 radələrində Şahid1 mobil telefonla ona zəng edərək qardaşının azyaşlı körpəsini Bakı şəhərinə apardıqlarını, X35nı da xəstəxanaya göndərəcəyini dedikdən sonra Səbuhiyə kəskin şəkildə irad bildirərək X39nı təcili olaraq xəstəxanaya gətirməsini, onun səhhətinin ağırlaşa biləcəyini demişdir. Təxminən 1 saat sonra, yəni saat 10:40 radələrində xəstə gətirilmiş və o, növbətçi həkim Şahid12 məlumat verərək xəstə ilə ciddi maraqlanmalarını, konsultasiyasını tam olaraq təmin etməsini, rentgen müayinəsindən keçirməsini, covid-19 virusu ilə bağlı olaraq yaxma götürməsi və lazımı olan bütün tibbi yardımları göstərməsini, nəticəsi barədə də ona məlumat verməsini tapşırmışdr. Saat 12 radələrində növbətçi həkim Şahid12 ona zəng edərək xəstənin arteriyal təzyiqinin 130\80 mm civə sütunu arasında olduğunu, oksigen saturasiyasının 97-98 faiz, bədən hərarətinin isə 41 dərəcə olduğunu, lakin X22 xəstəxanadan getmək istədiyini, stasionar müalicəyə qəbul edilməkdən imtina etdiyini dedikdə o, Şahid12 xəstənin təcili olaraq stasionara qəbul olunmasını,dərhal xəstə barəsində xəstəlik tarixçəsinin açılmasını tapşırmışdır. Təxminən 15 dəqiqə sonra Şahid12 ona mobil telefonla zəng edərək xəstəni infeksion şöbəyə yerləşdirdiyi barədə məlumat vermişdir. Saat 13:30 radələrində infeksion şöbənin müdiri Rüxsarə Hüseynovaya zəng edib xəstənin səhhəti barədə maraqlanan zaman Rüxsarə həkim ona xəstənin bədən hərarətinin yüksək olmasına görə nevroloji əlamətlərin olub-olmamasını dəqiqləşdirmək məqsədi ilə nevropatoloq Mirəli həkimə məlumat verdiyini demişdir. O da nevropatoloq Mirəli həkimə məlumat verərək xəstəni ciddi müayinə etməsini dedikdən sonra reanimasiya şöbəsinin müdiri Şahid6 də zəng edərək xəstəni konsultasiya etməsini və nəticəsi barədə ona məlumat verməsini tapşırmışdır. Təxminən 15 dəqiqə sonra Emil həkim ona zəng edərək X22 komatoz vəziyyətdə olduğunu, xarici qıcıqlara reaksiya vermədiyini dedikdən sonra o, Emil həkimə xəstəni təcili olaraq reanimasiya şöbəsinə yerləşdirilməsi barədə göstəriş vermişdir. Reanimasiya şöbəsinə gəldikdən sonra xəstənin vəziyyətini ağır olduğunu və ona təyinat üzrə tibbi yardımlarının göstərildiyini, üz maskası vasitəsi ilə nəm oksigen verildiyini görmüşdür. Saat 14:20 radələrində Şahid6 ona zəng edərək xəstənin vəziyyətinin çox ağır olduğunu, xəstənin Bakı şəhərinə təxliyyə olunması və ya Bakı şəhərindən müayinə və müalicə üçün mütəxəssis həkim çağırılmasını tövsiyyə etmiş, o da dərhal TƏBİB-in stasionar xidmətinin şöbə müdiri Kəmalə Ağayeva ilə mobil telefonla əlaqə yaradaraq X22 vəziyyəti barədə məlumat verərək xəstənin Bakı şəhərində ixtisaslaşdıırlmış tibb müəssisəsinə təxliyyə edilməsinin mümkün olub-olmamasını soruşduqda Kəmalə Ağayeva komatoz vəziyyətdə olan xəstənin transportabelni (köçürülmə vəziyyyətində) olmamasını və xəstəyə sanaviasiya yolu ilə ixtsaslı mütəxəssislər dəvət etməklə yerində yardım göstərilməsini tövsiyyə etmiş və özü də sanaviasiyanın rəhbərliyinə tapşırıq verəcəyini bildirmişdir. Təxminən 20 dəqiqə sonra Emil həkim onunla əlaqə yaradaraq X22 oksigen saturasiyasının aşağı düşməsi səbəbindən onun süni nəfəs aparatına qoşulduğunu, təyinatı üzrə müalicəsinin davam etdirildiyini demişdir. Sonra o, TƏBİB-nin Respublika təcili tibbi yardım stansiyasının dispetçer hissəsini yığaraq ixtisaslı həkimm reanimatoloq və pulmanoloq dəvət etmişdir. Axşam saat 22 radələrində Bakı şəhərində reanimatoloq Elşən Ağayev və pulmonoloq Nəsirova familyasında həkim gəlmiş və xəstə tam olaraq konsultasiya olunmuş, lakin xəstənin vəziyyəti yaxşılaşmağa doğru getməmiş və xəstədə irəliləyiş olmamışdır. 23 iyul 2022-ci il tarixdə saat 03:30 radələrində reanimatoloq Hadi Şəmsiyyə X22 bütün reanimasiyon tədbirlərə baxmayaraq ölməsi barədə məlumat vermişdir. O, xəstəni yalnız reanimasiya şöbəsində olarkən görmüşdür. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid8 Məhəmməd oğlu bildirdi ki, o,2011-ci ildən Göyçay RMX-ın təxirəsalınmaz təcili tibbi yardım stansiyasının həkimi işləyir.Dəqiq xatırlamadığı vaxtda təximini yay ayında günün ikinci yarısında Vüsalə Quliyeva övladı və yanında bir xanım ilə övladının xəstəliyi ilə bağlı yanına gəlmişdir. Ona qabaqcadan Vüsalə Quliyevanın yoldaşı zəng vurmuşdu övladının və arvadının xəstə olduğunu demişdi o da «uşaqı gətirin müayinə edim» demişdi. Uşaqda qızdırma və halsızlıq var idi. O uşağı müayinə edib və dərmanlar yazmışdır. Lakin həmin yazdığı dərman siyahısı yəni sadə kağız onda qalmayıb yoxdur. Vüsalə Quliyevaya demişdir ki, «sizində qızdırmanız və halsız olduqunuzu» əri ona deyib. Vüsalə Quliyeva ona « məndə halsızlıq yoxdur, bir neçə gün əvvəl qızdırmam var idi dərman atmışam keçib gedib mən yaxşıyam mənə heç nə olmaz siz uşağa baxın.» O analiz verməsi üçün göndəriş verərək uşağı ixtisaslı müayinəyə göndərmiş,uşaqın bağırsaqında xəstəlik var idi. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid7 bildirdi ki,o, Göyçay RMXın poliklinika şöbəsinin pulmanoloq həkimi vəzifəsində işləyir.22 iyul 2022-ci il tarixdə saat 10-11 radələrində qəbul şöbəsinə Həsən həkim tərəfindən ona zəng gəlmiş,qəbul şöbəsində bir narahat xəstə olmasını, qızdırmasının olduğunu, amma bilmirlər ki,bu nədir. Belə ki,xəstəni rentgen müayinəsindən keçirtmişlər,lakin heçnə çıxmamışdır. O da xəstələri otaqda qoyaraq Vüsalə Quliyevanı müayinə etməyə getmiş,xəstənin ümumi vəziyyəti yaxşı olmuş, xəstəyə suallar verəndə ad və soyadını ona düzgün cavab vermiş, xəstənin təyziqi 130-70 mm civə sütünü arasında , saturasiyası 97 faiz idi. Xəstənin ciyərinə fonendoskop ilə qulaq asaraq ağ ciyərin aşağı tərəfində tək-tək xışıltılar eşidildiyini müəyyən etmişdir. Diaqnozu dəqiqləşdirmək üçün kompyuter tomoqraf (KT) etmək lazım olduğunu bildirmiş,lakin kompyuter tomoqraf (KT) həkimi məzuniyyətdə olduğundan ,rentgen müayinəsindən yenidən keçməsini məsləhət görmüşdür. Xəstəni yenidən göndərdilər rentgenə, cavab çıxandan sonra bilindiki «pnevmoniya» dır və o da bundan sonra xəstəni qəbul şöbəsinə Həsən həkimin yanına göndərmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid10 bildirdi ki, o,Göyçay RMX-ın təxirəsalınmaz təcili tibbi yardım stansiyasının böyük həkimi vəzifəsində işləyir.21 iyul 2022-ci il tarixdə səhər saatlarında Akif Quliyev telefonla zəng edərək harada olduğunu soruşmuş,həmin vaxt polis şöbəsində olduğunu birazdan iş yerinə gedəcəyini bildirdi.İş yerinə gələndə Vüsalə Quliyeva və həyat yoldaşı Akif Quliyev orada idilər. Akif Quliyev ona həyat yoldaşı Vüsalənin qızdırması olduğuna görə müayinə olunması üçün gəldiklərini demiş, qızdırmasını ölçəndə təxminən 38,5 dərəcə olduğunu müəyyən etmişdir. Onun hansı müayinələrdən keçməsini öyrənmiş,rentgen müayinəsinə nəzər yetirdikdə,patologiyanın olmamasını görmüşdür.Xəstə qucağında övladı ilə gəlmişdi. Saturasiyası 98 faiz olmuş, xəstə barədə məlumatları toplayandan sonra ,xəstəxanaya müraciət etməsini məsləhət görmüş,onlarda əlaqə saxlayacağını deyib getmişlər. Həmin günün ikinci yarısı saat 16:00 və 17:00 radələrində Akif yenidən ona zəng etmiş və xəstənin qızdırmasının aşağı düşməməsi barədə ona məlumat vermiş, iş yerində olması barədə soruşmuşdur.Ona iş yerində olduğunu bildirmiş, xəstə gələndən sonra bədən hərarətinin 38 dərəcə olduğunu müəyyən etmiş, analgin, dimidirol və drotaverin qarışdırılmaqla vena daxilinə göstərişinə əsasən tibb bacısı tərəfindən inyeksiya edilmişdir. Yenədə saturasiya 98 faiz idi həmçinin ürək döyüntüləridə normal idi. O yardım göstərəndən sonra qızdırması təxminən 37,6-a dərəcəyə düşmüş, xəstəyə yenidən müraciət etmişdir ki, «qızdırmanız yenidən qalxarsa təcili tibbi yardım stansiyasına yox,xəstəxanaya müraciət edin».Çünki onların binaları ayrı-ayrı yerləşdiyinə görə arasında 2 km məsafə olduğuna görə ora aparın. Axşam saatlarında Vüsalənin əri Akif əlaqə saxlamış, Vüsalənin qızdırmasının yenidən artmağa doğru getdiyini, xəstəni Göyçay rayon Mərkəzi xəstəxanasına aparmasını bilirmişdir. Həmin günün səhərisi o Akifə zəng etmiş və xəstənin vəziyyəti barədə soruşmuş,Akif ona « uşağımda narahatdi yoldaşım Vüsalədə yaxşı deyil qaytarıb evə gətirmişik» demişdi. Uşağı Mingəçevir şəhər xəstəxanasına aparacağını və Vüsaləni də başqa xəstəxanaya aparacağını demişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid12 bildirdi ki,o, 2021-ci ilin aprel ayından 2022-ci ilin noyabr ayınadək Göyçay RMX-ın təcili yardım şöbəsinin müdiri vəzifəsini icra etmişdir.22 iyul 2022-ci il tarixdə Göyçay RMX-ın TTTY şöbəsində növbətçi həkim xidmətinə təyin edilmişdir. Saat 10 radələrində xəstəxanaya xəstə gəldiyini bildirdilər və o xəstəni qəbul edib yaşıl otaqda müayinə etmişdir.X24 adlı olduğunu bilib,anamnez məlumatlarını toplamışdır.Vüsalə ona təxminən bir həftədir ki qızdırmasının olduğunu, rentgen müayinədən keçdiyini bildirmiş, rentgenin cavabını istəyəndə ona «dünən olunub yoxdu» cavabını vermişlər. Ona rentgen müayinəsi nəticəsinində müayinənin heç nə aşkar etmədiyini,normal olduğunu demişdilər. Vüsalə Quliyevaya yenidən rentgen müayinəsindən keçməsini bildirdikdə, Vüsalə Quliyeva və yoldaşı Akif Quliyev ona rentgen olunduğunu bilodirmişlər. Xəstənin vəziyyəti ilə bağlı pulmonoloq Sevinc həkimi çağırmış, Sevinc həkimdə xəstəyə baxandan sonra onun ağ sağ ağciyərində pnevmoniya olduğunu müəyyən etmişdir.Pulmonoloq xəstənin ağciyərindən şübhələndiyini bildirib kompyuter tomoqrafiyası müayinəsindən keçirilməsini bildirmişdir. Həmin vaxt kompyuter tomoqraf (KT) həkimi məzuniyyətdə olduğuna görə müayinə aparılması mümkün olmamışdır.Ona görə də yenidən rentgen müayinəsi tövsiyyə olunmuş,xəstə gedib yenidən rentgen olunmuş,rentgenin cavabinda başlanğıc olaraq pnevmoniya olunduğu göstərilmişdi. Tibb bacısına göstəriş vermişdir ki, vaxt keçmədən xəstəni Şahid7 adlı həkimin yanına keçirtsin və «pnevmoniya» diaqnozlu xəstənin olmasını ona bildirməsini tapşırmışdır . Sonra Sevinc həkimlə telefonla danışaraq demişdir ki, xəstə müayinə olunmalıdı. Xəstə onun yanına gələndən sonra onu bütün müayinələrdən keçirtmişdir. Həmin vaxtı xəstə çox idi başları xəstələrə qarışıq idi. O birdə baxmışdır ki Vüsalə Quliyeva və yanında olan adamlar maşına minib gedirlər. O tez maşını saxlatmış və demişdir ki, maşından düşün belə vəziyyətdə getməyin. Vüsalədə maşından düşmək istəmirdi və ona dedi ki Sevinc həkim baxıb yaxşıyam gedib müalicəni evdə edəcəm. O Şahid1 köməkliyi ilə xəstəni maşından düşürdərək acil şöbəsinə gətirmiş bu barədə qeydiyyat aparılmış və xəstəni infeksiyon şöbəyə yerləşdirmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş X6 bildirdi ki, o, Göyçay RMX-ın poliklinika şöbəsinin terapevt həkimi vəzifəsində işləyir.Vüsalə Quliyeva vəfat etməmişdən öncə tam xatırlamadığı üçün 1-2 gün öncə onun qəbulunda olmuşdur. Vüsalə Quliyeva qeydiyyat şöbəsinə rentgen müayinəsindən keçmək üçün gəlmişdir.Rentgen müayinəsindən keçmək üçün həkim terapevt tərəfindən müayinə kodu verilməlidir.Onlar onun otağına çek almaq üçün gələn vaxt o işlə əlaqədar olaraq başqa otaqda idi. Onlar tibb bacısını məcbur edərək deyiblər ki, tez olun bizə çek lazımdı rentgen üçün, tibb bacısıda onlara demişdir ki, «siz gedin həkim gələnə kimi rentgendən keçib gəlin.» O otağa gələndə tibb bacısı ona bu haqqda demiş və o da tibb bacısına demişdir ki, «get maraqlan gör xəstə niyə rentgen edib qayıtmayıb». Sonra tibb bacısı gəlib demişdir ki, «həkimdən soruşdum mənə dedi ki Vüsalə Quliyeva rentgen olunub cavabıda normaldır. Rentgendəndə çıxıb gediblər qayıtmayıblar.» O xəstəni rentgenə göndərib rentgenin rəyini görsəydi özü yardım edərdi. Onlar onun yanına gəlməmişdən qabaq onlara hansı həkimin rentgen müayinəsindən keçməsi barədə məlumat verməsini bilmir. Xəstə səhərisi günü xəstəxanaya Sevinc həkimin yanına gələndə o da həmin otaqda idi və xəstədən soruşmuşdur k, «siz dünən rentgenə gedib gələndən sonra niyə qayıtmadınız mənim yanıma» Vüsalə Quliyeva ona demişdir ki, həkim rentgen rəyini görəndən sonra ona deyib ki, «heç nəyiniz yoxdu, səhhətiniz normaldır məndə ona görə sizin yanınıza qayıtmadım». Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi vəTədris Birliyinin 20 avqust 2022-ci il tarixli, 15 saylı (meyitin ekspertizası ) ekspert rəyindən görünür ki, 1993-cü il təvəllüdlü X7 meyitinin xarici müayinəsi zamanı onun bədəni üzərində 22-xx-xx.2022-ci il tarixlərinə uyğun xəsarəti izləri aşkar edilməmişdir. Mərhum V.T.Quliyevanın ölümünə bilavasitə səbəb kəskin hemorragik pnevmoniya ilə əlaqəli inkişaf edən kəskin ağciyər-ürək çatışmazlığı olmuşdur. Mərhum V.T.Quliyevanın ölümü xx.xx.2022-ci il taixdə saat 03:30 radələrində Göyçay RMX-da baş vermişdir. Mərhum V.T.Quliyevanın meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər həmçinin tiryək qrupu, fenotizain, pirzalalon, 1,4 benzodiazepan törəmələri və salisilatlar aşkar edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin 26 sentyabr 2022-ci il tarixli, 494/KEŞ saylı (iş materialları üzrə ekspertiza) komisyon ekspert rəyi sübutların qiymətləndirilməsi baoədə Göyçay rayon prokurorunun böyük köməkçisi Nicat Nəsirlinin 12 sentyabr 2023-cü il tarixli qərarı ilə cinayət işi üzrə sübut kimi qiymətləndirilməməklə sübutların siyahısından çıxarılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin 04 noyabr 2022-ci il tarixli, 845 saylı (iş materialları üzrə ekspertiza) təkrar komisyon ekspert rəyindən görünür ki, 1.2.X7 xx.xx.2015-ci il tarixdə splenoektomiya olunduqdan bir ay sonra mütləq şəkildə kapsullu bakteriyalara yoluxma riskinin qarşısının alınması üçün həkim tövsiyəsi əsasında peyvənd olunması vətəndaş tərəfindən təşkil olunmalıdır. xx.xx.2022-ci il tarixdə Vüsalə Quliyeva uşağını həkim pediatr tərəfindən müayinə etdirərkən özünə venadaxili sistem qoşdurmuş, lakin bu barədə rəsmi qeydiyyat aparılmamışdır. Xəstə xx.xx.2022-ci il tarixdə poliklinikaya müraciət etmiş, ixtisaslı həkim-terapevt Şahid11 onu “Ağciyərlərin rentgenoskopiyası” müayinəsinə göndərmiş, lakin xəstə rentgenoloji müayinədən sonra həmin həkimin müayinəsinə gəlməmişdir (rentgen müayinəsinə göstəriş verən həkimə cavabla birlikdə xəstənin müraciəti zəruridir). Şəxsi müraciət əsasında TTYS-nın həkimi Şahid10 xəstənin arterial təzyiqini, bədən hərarətini, saturasiyasını ölçmüş, xx.xx.2022-ci il tarixdə Göyçay RMX-da rentgen müayinədən keçməsi barədə çıxarışda ağciyərlərdə patologiyanın izlənmədiyini gördükdən sonra resept yazaraq “Ringer 500 qr, Vit.C 10 ml, dimedrol 1,0 ml, serukal 2,0 ml, vit.B6, 1,0 ml. Platifilin 1,0 ml, deksametazon 1,0 ml, baralgin 5, 0 ml” olmaqla fizioliji məhlulları qatqı (smes) halında sistemlə vena daxilinə yeridilməsi barədə məsləhət vermişdir. Həmçinin funksional qəbizliyinin olması səbəbindən “senadeksin” göbələk əleyhinə “flukonazol” tabletkası, qıdırma əleyhinə “paracetamol” 500 mq və “İbuprofen” 200 mq, bakterial infeksiya əleyhinə “Auqomentin” və “Azitromisin” dərman preparatı qəbul etməsini məsləhət görərək resept yazmışdır. TTTYS həkimi Şahid10 rəhbərliyi məlumatlandırması məsliyyəti yoxdur. Belə ki, onun tərəfindən təyin edilmiş “Empirik” (diaqnozsuz ilkin müalicə) müalicə başlanılsa da ixtisaslı həkim tərəfindən müayinə və müalicəsinin aparılmasını məsləhət görməmişdir. Həkim Şahid10 tərəfindən görülən bütün tədbirlər məsləhət və tövsiyyə xarakterli olsa da təyin etdiyi müalicələr gizli keçən patoloji prosesin və ya xəstəliyin birdən-birə ağırlaşması nəticəsində ölümün baş verməsinin qarşısının alınmasında yetərli olmamış, hətta vəziyyətini düzgün qiymətləndirməyərək, kobud diaqnostik qərar qəbul edərək ev şəraitində müalicəsini davam etdirməsi üçün resept yazmışdır. Bu da tibbi normativ qaydaların pozulmasıdır. Beləlikə TTYS həkimi tərəfindən lazımi tibbi tədbirlər vaxtında və dərhal göstərilsəydi, o halda ölüm riskinin qarşısının alınması imkanı daha çox olardı. İş materiallarında olan resept xəstənin ilkin baxış zamanı vəziyyətinə uyğun olaraq hospitalizasiyanın zəruriliyinin olmasını təsdiq etsə də təyin olunmuş dezinotsikasion, antibakterial, antifunqal müalicənin başlanmasına və icrasına zəmanət yaratmamış, bu resept rəsmi sənəd kimi möhür və imza ilə təsdiq edilməmişdir. Bu təyinatlar xəstənin vəziyyətini ağırlaşdırmasa da, diaqnostikasının ləngiməsinə, vəziyyətinin ağırlığının dərinləşməsinə və yalnış nəticələrə səbəb olaraq dərhal hospitalizasıyasının təmin olunmamasına gətirib çıxarmışdır. TTTYS həkimi xəstənin ixtisaslı həkim mütəxəssisə göndərməsinə məsuldur. “Empirik” (diaqnozsuz ilkin müalicə) müalicə tövsiyə olunsa da, həmin dərman preparatları xəstənin səhhətini ağırlaşdıra bilməzdi. Lakin ağır vəziyyətdə olan Vüsalə Quliyevanın vəziyyətinin stabilləşməsində müvafiq həcmdə effekt verməmişdir. 3.xx.xx.2022-ci il tarixdə Göyçay RMX PHŞ-nın radiologiya şöbəsinin rentgenoloqu Şahid9 tərəfindən X22 döş qəfəsinin “Flüoro-qrafiyası” ixtisaslı həkim-terapevt Şahid11 tərəfindən portal sistemə “Ağciyərlərin rentgenoskopiyası” müayinəsi kimi yerləşdirilməsi əsasında icra edilmişdir. Belə ki, radioloq Şahid9 tərəfindən döş qəfəsinin “Flüoroqrafiyası” icra edilməsi halında ağciyərlərdə pnevmoniyanın əlamətlərinin aşkar edilməsi mümkün olmadığından onun tərəfindən döş qəfəsi orqanlarının rentgenoqrafiyası və ya torakal KT müayinəsinin aparılması təmin edilməli idi. Belə olan halda mövcud patoloji proses və ya xəstəlik aşkarlana bilərdi. 4.5.6.X39 xx.xx.2022-ci il tarixdə, saat 04 radələrində Göyçay RMX-nın təcili tibbi yardım şöbəsinin növbətçi həkimi Təqsirləndirilən şəxs tərəfindən müayinə edilərkən xəstənin A/T-120/80 mm cv st, SPO2- 97-98-%, bədən hərarəti 40 dərəcə C olduğu müəyyən edilmişdir. Bununla əlaqədar xəstədən laborator analizlər götürülməmiş, xəstənin şikayətlərinə istinadən döş qəfəsi orqanlarının dərhal instrumental (rentgenoqrafiya, torakal KT) müayinələri təyin edilməmiş və ilkin olaraq “kəskin respirator virus infeksiyası” diaqnozu qoyulmuş, dar ixtisaslı həkim-mütəxəssis (infeksionist) dəvət olunmamış, yalnız simptomatik müalicə (analgin, dimedrol, novokain əzələ daxili) aparılması ilə qənaətlənmiş, xəstənin reanimasiya şöbəsinə hospitalizasiyasını təmin etməmiş, xəstə və qohumları tərəfindən stasionar müalicədən imtina edilsə belə imtina haqqında rəsmi iltizamnamə alınmamışdır. Bu da müalicə həkimi tərəfindən Səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin vəzifə öhdəliklərinin “Müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasını (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən edir” bəndinin pozulması kimi qiymətləndirilir. Beləliklə qeyd olunan tibbi tədbirlər vaxtında müvafiq həcmdə görülsəydi ölümün qarşısının alınma şansı çox ola bilərdi. 7.Göyçay RMX PHŞ-nın TTTYS həkimi Şahid10 və xx.xx.2022-ci il tarixdə, saat 04 radələrində həkim Təqsirləndirilən şəxs tərəfindən Vüsalə Quliyevaya vaxtında profil üzrə həkim mütəxəssislərin baxışları və laborator, instrumental diaqnostik müayinələr aparılsaydı, o halda xəstəliyiin diaqnozuna uyğun geniş spektrli medikamentoz müalicə tədbirlərinin görülməsi nəticəsində ölüm riskinin qarşısının alınması şansı daha çox ola bilərdi. 8.X28 xx.xx.2022-ci il tarixdə Göyçay MRX PHŞ-nin həkimləri tərəfindən təxirəsalınmaz müayinə və mülaicə tədbirləri dərhal aparılsaydı, xəstənin ağır vəziyyətini nəzərə alaraq qəbul şöbəsindən birbaşa reanimasiya şöbəsinə yerləşdirməklə, xəstəyə geniş spektrli antibiotiklər təyin edilməklə qan və sidik nümunəsi götürülərək əkilməsi təmin olunmaqla, düzgün diaqnostika əsasında ölüm riskinin qarşısının alınması şansı çox olardı. Lakin antibiotiklərin qanda maksimal inhibitor konsentrasiyasına (MİK) çatma müddətindən öncə xəstə vəfat etmişdir. 9.10.11.Xəstə reanimasiya şöbəsində süni tənəffüs aparatına qoşulduqdan sonra cihazın parametrləri xəstəlik tarixində öz əksini tapmamışdır. Dərman preparatlarının dozaları optimal olmuş, əks göstəriş qeydə alınmamışdır. Reanimasiyada infeksionistin baxışı keçrildiyi halda klinik vəziyyətinə uyğun məsləhətlər görülə bilərdi. Bu halda xəstənin vəziyyətində stabilləşmə əldə edilə bilərdi və ölüm riski nisbətən aradan qaldırılardı. 12.Xəstəyə qəbul şöbəsində reanimatoloqun konsultasiyası təşkil edilməklə vəziyyəti dəyərləndirilməli, ağır vəziyyətdə olan xəstə birbaşa reanimasiya şöbəsinə yerləşdirildikdən sonra reanimasiya şöbəsində həkim-infeksionistin baxışı əsasında xəstənin klinik vəziyyəti düzgün qiymətləndirilməklə, geridönməz proseslərin inkişafının qarşısının alınması mümkün ola bilərdi. Belə ki, xəstənin uzun müddət infeksion şöbədə qalması ölüm riskinin artmasına səbəb ola bilərdi. 13.Xəstə qəbul şöbəsindən birbaşa reanimasiya şöbəsinə yerləşdirilmədiyindən və düzgün məqsədyönlü tibbi prosedurlar icra edilmədiyindən bu hallar müalicə həkimi tərəfindən Səhiyyə sistemindən qüvvədə olan 70 saylı əmrin vəzifə öhdəliklərininin “Müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasını (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən edir” bəndinin pozulması kimi qiymətləndirilir. Bu nöqsanların patoloji prosesin və ya xəstəliyin birdən-birə ağırlaşması nəticəsində çox qısa müddətdə orqanizmin fəaliyyətinin bərpa olunmayan və geridönməyən dayanmasında rolu ola bilərdi. 14.15.18.19.Vüsalə Quliyevanın düçar olduğu xəstəliyin ağırlığı, xarakteri, atipik gedişi, xəstədən ətraflı anamnestik məlumatların toplanmaması, xəstəxanaya gec müraciət (son 2 gündə) olunmasına baxmayaraq səthi aparılmış klinik prosedurlar xəstəliyin fulminant (ildırımvari) gedişinə səbəb olmuş, ölümün baş verməsini qaçılmaz etmişdir. Bu uyğunsuzluqlar vaxtında aradan qaldırılsaydı letal nəticənin qarşısının alınması riski çox olar bilərdi. 16.Xəstə səhhətində yaranmış gərginliklə əlaqədar xəstəxanaya ilkin gəlişində rentgen müayindən sonra ixtisaslı həkim terapevt Şahid11 müayinəsinə qayıtmadığından xəstənin konsultasiyaları vaxtında təmin edilməmişdir. Belə ki, poliklinika həkimi tərəfindən xəstənin vəziyyətinin dinamikası haqqında maraqlanması həkimin xəstəyə qarşı məsuliyyətsiz yanaşması kimi qiymətləndirilir. Tibb müəssisəsinin həkim kollektivi tərəfindən konsilium aparılması təşkil olunmalı idi. 17.Reanimasiya şöbəsində müalicə alan xəstələrin digər ixtisaslı həkim müayinəsiniə ehtiyacı varsa və həmin müəssisədə o ixtisas üzrə həkim fəlaiyyət göstərmirsə xəstənin müalicə aldığı mərkəzə həkimin gətirilməsi təmin olunmalıdır. Buna məsul şəxs tibb müəssisəsinin baş həkimi, qəbul şöbəsinin və profil üzrə şöbələrin həkimlərinin vəzifə borcudur. Xəstə V.Quliyevanın sağlamlıq vəziyyəti onun digər tibb müəssisəsinə etap olunmasına imkan vermirdi. 20.Tibb müəssisəsinin texniki personalının xəstəyə baxışları, konsultasiyası haqqında öhdəlikləri yoxdur. Belə ki, tibb müəssisəsinin baş həkimi, müalicə işləri üzrə müavini, tibbi xidmət sahəsinə daxil olan şöbələrin tibb personalının birbaşa məsuliyyəti vardır. 21.Vaxtında düzgün anamnestik məlumatların verilməsi, xəstənin ilkin şikayəti aşkarlandığı dövrdən poliklinika şöbəsinə rəsmi müraciəti əsasında analiz nümunələrinin götürülməsi və təxirəsalınmaz digər tibbi prosedurların icrası Vüsalə Quliyevanən ölüm riskinin qarşısının alınmasına kömək edə bilərdi. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin 07 dekabr 2022-ci il tarixli, 936 saylı (iş materialları üzrə ekspertiza) əlavə komisyon ekspert rəyindən görünür ki, 1.V.T.Quliyevanın (Yəhyayeva) meyitinin məhkəmə-tibbi müayinəsinə əsasən onun ölümünün bilavasitə səbəbi ağciyərlərdə diffüz hemorragik pnevmoniya ilə əlaqədar inkişaf edən kəskin ağciyər-ürək çatışmazlığının olduğu müəyyən edilmişdir. V.T.Quliyevanın (Yəhyayeva) xx.xx.2022-ci il tarixdə, saat 17:00-da Göyçay RMX PHŞ-nin TTTYŞ-na müraciət etmişdir, TTTYŞ-nın həkimi Şahid10 tərəfindən xəstəyə “Qızdırma” diaqnozu təyin edilmişdir. Lakin belə bir diaqnoz “X2” nda mövcud deyil. Bu hal xroniki və ya inkişaf etmiş hər hansı bir kəskin infeksion xəstəliyin klinik simtomlarından biridir. Belə olan halda naməlum mənşəli hipertermiyaya qarşı ilkin tibbi yardım göstərilməli və mövcud olan xəstəliyin etioloji amilinin aydınlaşdırılması, eləcə də, xəstədə virus infeksiyası və ya pnevmoniya ehtimalı olması ilə əlaqədar, xəstə sonrakı müayinə və müalicə üçün dərhal hospitalizasiya edilməli idi. Buna məsul şəxs TTTYŞ-nin həkimi Şahid10dur. Nəzərə almaq lazımdır ki, xəstənin tibb müəssisəsinə ilkin müraciətindən sonra xəstəxanaya gec və ağır vəziyyətdə, yəni xx.xx.2022-ci il tarixdə, saat 04:00 da gətirilməsi, xəstənin xəstəxanada qalma müddətinin çox qısa olması, müalicə işi ilə məşğul olan həkim tərəfindən xəstənin tam və hərtərəfli müayinə edilməməsi, klinik əlamətlərin, anamnestik məlumatların düzgün qiymətləndirilməməsi, funksional diaqnostika və laborator müayinələrin aparılmaması, məsləhətçi mütəxəssislərin cəlb olunmaması, klinik diaqnozun düzgün təyin edilməməsi V.T.Quliyevada (Yəhyayeva) olan patoloji prosesin ağırlaşmasına və beyin ödeminin daha da inkişafına səbəb olmuşdur. Xəstə sonrakı müayinə və müalicə üçün dərhal hospitalizasiya edilməli idi. Lakin xəstə naməlum səbəbdən xəstəxananı tərk etmişdir. Bu hal təqdim edilmiş iş materiallarına əlavə edilmiş videogörüntülərdə də öz təsdiqini tapmışdır. Buna məsul şəxs növbətçi həkim Təqsirləndirilən şəxsdir. V.T.Quliyevanın (Yəhyayeva) xx.xx.2022-ci il tarixdə, saat 12:05-də təkrarən Göyçay RMX-na müraciət etmişdir. Xəstəxananın qəbul şöbəsinin həkimi Şahid12 tərəfindən xəstənin vəziyyəti düzgün qiymətləndirilməmiş və xəstə qəbul şöbəsindən birbaşa reanimasiya şöbəsinə yerləşdirilməli olduğu halda infeksion şöbəsinə yerləşdirilmiş və orada xəstəyə “Naməlum pnevmoniya, koma” diaqnozu təyin edilmişdir. Həkim infeksionist, şöbə müdiri, R.Z.Hüseynova tərəfindən xəstəlik tarixində A/T-140/80 mm.cv.st. təyin olunduğu halda xəstəyə dopamin köçürülməsi təyinatı verilmişdir ki, bu da qüsurlu müalicə prosedurudur. Belə ki, xx.xx.2022-ci il tarixdə, saat 12:00 və 13:00-da aparılan tibbi tədbirlər çox ziddiyyətlidir, bir-birini tamamlamır və inkar edir. Yəni, saat 12:10-da A/T-130/80mm.cv.st, saat 13:10-da isə 140/80 mm.cv.st. olub. Əvvəl huşu olduğu halda, “huşu itməkdə davam edir” qeyd edilmiş, Qlazko şkalası ilə qiymətləndirilməsi haqqında məlumat verilməmişdir. Xəstənin vəziyyətində müsbət dinamika əldə edilmədiyindən bir gün sonra sanaviasiya xətti ilə həkimlər dəvət olunmuş və dəvət edilmiş həkimlər tərəfindən xəstəyə baxış keçirilmiş xəstənin reanimasiya şöbəsinə köçürülməsi və KT müayinəsi aparılması məsləhət görülmüşdür. Xəstə xx.xx.2022-ci il tarixdə saat 14:00-da reanimasiya şöbəsinə köçürülmüş və xx.xx.2022-ci il tarixdə 03:30-da vəfat etmişdir.Beləliklə V.T.Quliyeva xəstəxanaya daxil olduğu andan reanimasiya şöbəsinə köçürülənə qədərki vaxtda ixtisaslı tibbi yardımın itkisinə yol verilmişdir. Bununla əlaqədar aparılmalı olan müayinə və müalicə tədbirlərinin vaxtında aparılmaması ilə xəstəliyin ağırlaşması və letal (ölümlə) nəticələnməsi arasında səbəbli əlaqə olmuşdur. Buna məsul şəxslər TTTYŞ-nin böyük həkimi Şahid10, qəbul şöbəsinin həkimləri Təqsirləndirilən şəxs və Şahid12, həkim infeksionist şöbə müdiri R.Z.Hüseynovadır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9 xx.xx.2023-cü il tarixli, 94/KEŞ saylı (iş materialları üzrə ekspertiza) təkrar komisyon ekspert rəyindən görünür ki, 1.2. Quliyeva (Yəhyayeva) Vüsalə Teymur qızı xx.xx.2022-ci il tarixdə poliklinikaya müraciət etmiş, ixtisaslı həkim-terapevt Şahid11 onu “Ağciyərlərin rentgenoskopiyası” müayinəsinə göndərmiş, lakin xəstə rentgenoloji müayinədən sonra həmin həkimin müayinəsinə gəlməmişdir (rentgen müayinəsinə göstəriş verən həkimə cavabla birlikdə xəstənin müraciəti zəruri idi). Şəxsi müraciət əsasında TTTYS-nın həkimi Şahid10 xəstənin arterial təzyiqini, bədən hərarətini, saturasiyasını ölçmüş, xx.xx.2022-ci il tarixdə Göyçay RMX-da rentgen müayinədən keçməsi barədə çıxarışda ağciyərlərdə patologiyanın izlənmədiyini gördükdən sonra resept yazaraq “Ringer 500 qr, Vit.C 10 ml, dimedrol 1,0 ml, serukal 2,0ml, vit.B6 l,0ml. platifıllin 1,0 ml, deksametazon 1,0 ml, baralgin 5,0 ml” olmaqla fizioloji məhlulları qatqı (smes) halında sistemlə vena daxilinə yeridilməsi barədə məsləhət vermişdir. Həmçinin funksional qəbizliyinin olması səbəbindən “senadeksin” göbələk əleyhinə “flukonazol” tabletkası, qızdırma əleyhinə “paracetamol” 500mq və “İbuprofen” 200mq, bakterial infeksiya əleyhinə “Auqomentin” və “Azitromisin” dərman preparatı qəbul etməsini məsləhət görərək resept yazmışdır. TTTYS həkimi Şahid10 rəhbərliyi məlumatlandırması məsuliyyəti yoxdur. Belə ki, onun tərəfindən təyin edilmiş “Empirik” (diaqnozsuz ilkin müalicə) müalicə başlanılsa da ixtisaslı həkim tərəfindən müayinə və müalicəsinin aparılmasını məsləhət görməmişdir. Həkim Şahid10 tərəfindən görülən bütün tədbirlər məsləhət və tövsiyyə xarakterli olsa da təyin etdiyi müalicələr gizli keçən patoloji prosesin və ya xəstəliyin birdən-birə ağırlaşması nəticəsində ölümün baş verməsinin qarşısının alınmasında yetərli olmamış, hətta vəziyyətini düzgün qiymətləndirməyərək, kobud diaqnostik qərar qəbul edərək ev şəraitində müalicəsini davam endirməsi üçün resept yazmışdır. Bu da tibbi normativ qaydaların pozulmasıdır. Beləliklə, TTYS həkimi tərəfindən lazımi tibbi tədbirlər vaxtında və dərhal göstərilsəydi, o halda ölüm riskinin qarşısının alınması imkanı daha çox olardı. İş materialında olan resept xəstənin ilkin baxış zamanı vəziyyətinə uyğun olaraq hospitalizasiyanın zəruriliyinin olmasını təsdiq etsə də təyin olunmuş dezintoksikasion, antibakterial, antifunqal müalicənin başlanmasına və icrasına zəmanət yaratmamış, bu resept rəsmi sənəd kimi möhür və imza ilə təsdiq edilməmişdir. Bu təyinatlar xəstənin vəziyyətini ağırlaşdırmasa da, diaqnostikasının ləngiməsinə, vəziyyətinin ağırlığının dərinləşməsinə və yalnış nəticələrə səbəb olaraq dərhal hospitalizasıyasının təmin olunmamasına gətirib çıxarmışdır. TTTYS həkimi xəstənin ixtisaslı həkim mütəxəssisə göndərməsinə məsuldur. “Empirik” (diaqnozsuz ilkin müalicə) müalicə tövsiyə olunsa da, həmin dərman preparatları xəstənin səhhətini ağırlaşdıra bilməzdi. Lakin ağır vəziyyətdə olan Vüsalə Quliyevanın vəziyyətinin stabilləşməsində müvafiq həcmdə effekt verməmişdir. 3.xx.xx.2022-ci il tarixdə Göyçay RMX PHŞ-nm radiologiya şöbəsinin rentgenoloqu Şahid9 tərəfindən X22 döş qəfəsinin “Flüoroqrafıyası” ixtisaslı həkim-terapevt Şahid11 tərəfindən portal sistemə “Ağciyərlərin rentgenoskopiyası” müayinəsi kimi yerləşdirilməsi əsasında icra edilmişdir. Belə ki, radioloq Şahid9 tərəfindən döş qəfəsinin “Flüoroqrafıyası” icra edilməsi halında ağciyərlərdə pnevmoniyanın əlamətlərinin aşkar edilməsi mümkün olmadığından onun tərəfindən döş qəfəsi orqanlarının rentgenoqrafıyası və ya torakal KT müayinəsinin aparılması təmin edilməli idi. Belə olan halda mövcud patoloji proses və ya xəstəlik aşkarlana bilərdi. 4.Vüsalə Quliyeva xx.xx.2022-ci il tarixdə poliklinikaya müraciət etmiş, ixtisaslı həkim-terapevt Şahid11 onu “Ağciyərlərin rentgenoskopiyası” müayinəsinə göndərmiş, lakin xəstə rentgenoloji müayinədən sonra həmin həkimin müayinəsinə gəlməmişdir (rentgen müayinəsinə göstəriş verən həkimə cavabla birlikdə xəstənin müraciəti zəruri idi). 5.Vüsalə Quliyeva xx.xx.2022-ci il tarixdə rentgen müayinəsi üçün ixtisaslı həkim İlhamə Tarverdiyevanın xəbəri olmadan onun əvəzinə poliklinika şöbəsinin ağciyər xəstəlikləri kabinetinin tibb bacısı X14 tərəfindən kod vermək səlahiyyəti yoxdur. Bu kimi metodoloji xarakterli çatmamazlıq xəstənin ölümü arasında bir başa səbəbli əlaqə olmamışdır. 6.X39 xx.xx.2022-ci il tarixdə, saat 04 radələrində Göyçay RMX-nın təcili tibbi yardım şöbəsinin növbətçi həkimi Təqsirləndirilən şəxs tərəfindən müayinə edilərkən A/T- 120/80 mm cv st, SPO2- 97-98%, bədən hərarəti 40°C olduğu müəyyən edilmişdir. Bununla əlaqədar xəstədən laborator analizlər götürülməmiş, xəstənin şikayətiərinə istinadən döş qəfəsi orqanlarının dərhal instrumental (rentgenoqrafiya, torakal KT) müayinələri təyin edilməmiş və ilkin olaraq “kəskin respirator virus infeksiyası” diaqnozu qoyulmuş, dar ixtisaslı həkim-mütəxəssis (infeksionist) dəvət olunmamış, yalnız simptomatik müaicə (analgin, dimedroi, novokain əzələ daxili) aparılması ilə qənaətlənmiş, xəstənin reanimasiya şöbəsinə hospitalizasyasını təmin etməmiş, xəstə və qohumları tərəfindən stasionar müalicədən imtina edilsə belə, imtina haqqında rəsmi iltizamnamə alınmamışdır. Bu da müalicə həkimi tərəfindən Səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin vəzifə öhdəliklərinin “Müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasını (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən edir” bəndinin pozulması kimi qiymətləndirilir. Beləliklə, qeyd olunan tibbi tədbirlər vaxtında müvafiq həcmdə görülsəydi ölümün qarşısının alınma şansı çox ola bilərdi. 7.Göyçay RMX PHŞ-nın TTTYS həkimi Şahid10 və xx.xx.2022-ci il tarixdə, saat 04 radələrində həkim Təqsirləndirilən şəxs tərəfindən Vüsalə Quliyevaya vaxtında profil üzrə həkim mütəxəssislərin baxışları və laborator, instrumental diaqnostik müayinələr aparılsaydı, o halda xəstəliyin diaqnozuna uyğun geniş spektrli medikamentoz müalicə tədbirlərinin görülməsi nəticəsində ölüm riskinin qarşısının alınması şansı daha çox ola bilərdi. 8.10.X28 xx.xx.2022-ci il tarixdə Göyçay MRX PHŞ-nin həkimləri tərəfindən təxirəsalınmaz müayinə və müalicə tədbirləri dərhal aparılsaydı, xəstənin ağır vəziyyətini nəzərə alaraq qəbul şöbəsindən birbaşa reanimasiya şöbəsinə yerləşdirilməklə, xəstəyə geniş spektrli antibiotiklər təyin edilməklə qan və sidik nümunəsi götürülərək laborator müayinələri təmin olunmaqla, düzgün diaqnostika əsasında ölüm riskinin qarşısının alınması şansı çox olardı. Lakin antibiotiklərin qanda maksimal inhibitor konsentrasiyasına (MİK) çatma müddətindən öncə xəstə vəfat etmişdir. 9.Xəstə reanimasiya şöbəsində süni tənəffüs aparatına qoşulduqdan sonra cihazın parametrləri xəstəlik tarixində öz əksini tapmamışdır. Dərman preparatlarının dozaları optimal olmuş, əks göstəriş qeydə alınmamışdır. Reanimasiyada infeksionistin baxışı keçirildiyi halda klinik vəziyyətinə uyğun məsləhətlər görülə bilərdi. Bu halda xəstənin vəziyyətində stabilləşmə əldə edilə bilərdi və ölüm riski nisbətən aradan qaldırılardı. 11-13.X7 ölümünə bilavasitə səbəb olmuş xəstəliyin klinik və patoloji morfologiyası xəstədə həyati vacib funksiyaların pozulması ilə müşayiət olunması növbətçi həkim Şahid12 tərəfindən xəstənin xx.xx.2022-ci il tarixdə qəbul şöbəsindən birbaşa reanimasiya şöbəsinə yerləşdirilməsinə zərurət yaratmışdır. 14.X7 xx.xx.2022-ci il tarixdə, saat 12:05-də təkrarən Göyçay MRX-na müraciət etmişdir. Xəstəxananın qəbul şöbəsinin həkimi Şahid12 tərəfindən xəstənin vəziyyəti düzgün qiymətləndirilməmiş və xəstə qəbul şöbəsindən birbaşa reanimasiya şöbəsinə yerləşdirilməli olduğu halda, infeksion şöbəsinə yerləşdirilmiş və orada xəstəyə “Naməlum pnevmoniya, koma” diaqnozu təyin edilmişdir. Həkim infeksionist, şöbə müdiri,R.Z.Hüseynova tərəfindən xəstəlik tarixində A/T-140/80 mm cv.st. təyin olunduğu halda xəstəyə dopamin köçürülməsi təyinatı vermişdi ki, bu da qüsurlu müalicə prosedurudur. Belə ki, xx.xx.2022-d il tarixdə, saat 1210 və 1310-da aparılan tibbi tədbirlər çox ziddiyyətlidir, bir-birini tamamlamır və inkar edir. Yəni saat 12:10-da A/T-130/80 mm cv.st, saat 13:10-da isə 140/80 mm. cv.st. olmuşdur. Əvvəl huşu olduğu halda, “huşu itməkdə davam edir” qeyd edilmiş, Qlazko şkalası ilə qiymətləndirilməsi haqqında məlumat verilməmişdir. Xəstənin vəziyyətində müsbət dinamika əldə edilmədiyindən bir gün sonra sanaviasiya xətti ilə həkimlər dəvət olunmuş və dəvət edilmiş həkimlər tərəfindən xəstəyə baxış keçirilmiş, xəstənin reanimasiya şöbəsinə köçürülməsi və KT müayinəsi aparılması məsləhət görülmüşdür. Xəstə xx.xx.2022-ci il tarixdə saat 1400-da reanimasiya şöbəsinə köçürülmüş və xx.xx.2022-ci il tarixdə 0330-da vəfat etmişdir. 15.Vüsalə Quliyevanın düçar olduğu xəstəliyin ağırlığı, xarakteri, atipik gedişi, xəstədən ətraflı anamnestik məlumatların toplanmaması, xəstəxanaya gec müraciət (son 2 gündə) olunmasına baxmayaraq, səthi aparılmış klinik prosedurlar xəstəliyin fulminant (ildırımvarı) gedişinə səbəb olmuş, ölümün baş verməsini qaçılmaz etmişdir. Bu uyğunsuzluqlar vaxtında aradan qaldırılsaydı letal nəticənin qarşısının alınması riski çox ola bilərdi. 16.17.V.T.Quliyevanın reanimasiya şöbəsinə köçürülənə qədərki dövrdə ixtisaslı tibbi yardımın göstərilməməsi və müayinə-müalicə tədbirlərinin vaxtında aparılmaması səbəbindən xəstəliyin proqressivləşməsi baş vermişdir. Nəticədə 13 saat müddətində reanimasiya şöbəsində yerləşdirməklə aparılan tibbi tədbirlər belə, onun ölümünün qarşısının alınmasına yetərli olmamışdır. Buna həkimlər- Şahid10, Təqsirləndirilən şəxs və Şahid12 əsas məsul şəxslər hesab edilirlər. 21.Tibb müəssisəsinin texniki personalının xəstəyə baxışları, konsultasiyası haqqında öhdəlikləri yoxdur. Belə ki, tibb müəssisəsinin rəhbərliyi (direktor, direktorun müalicə işləri üzrə müavini - baş həkim), tibbi xidmət sahəsinə aid edilən şöbələrin tibb personalının birbaşa məsuliyyəti vardır. 22.Reanimasiya şöbəsində müalicə alan xəstələrin digər ixtisaslı həkimmütəxəssislərin müayinəsinə ehtiyacı olarsa və həmin müəssisədə o ixtisas üzrə həkim fəaliyyət göstərmirsə, xəstənin müalicə aldığı mərkəzə həkimin gətirilməsi təmin olunmalıdır. Bu, tibb müəssisəsinin rəhbərliyi, qəbul şöbəsinin və profil üzrə şöbələrin həkimlərinin vəzifə borcudur. Xəstə V.Quliyevanın sağlamlıq vəziyyəti onun digər tibb müəssisəsinə etap oiunmasına imkan verməmişdir. 18-20.Xəstə qəbul şöbəsindən birbaşa reanimasiya şöbəsinə yerləşdirilərək düzgün və zəruri məqsədyönlü tibbi prosedurlar icra edilməmiş və bu hallar müalicə həkimi tərəfindən Səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin vəzifə öhdəliklərinin “Müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasını (anamnezin topianması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən edir” bəndinin pozulması kimi qiymətləndirilir. Bu nöqsanların patoloji prosesin və ya xəstəliyin birdən-birə ağırlaşması nəticəsində çox qısa müddətdə orqanizmin fəaliyyətinin bərpa olunmayan və geridönməyən dayanmasında rolu ola bilərdi. 23-26.Vaxtında düzgün anamnestik məlumatların verilməsi, xəstənin ilkin şikayəti aşkarlandığı dövrdən poliklinika şöbəsinə rəsmi müraciəti əsasında analiz nümunələrinin götürülməsi və təxirəsalınmaz digər tibbi prosedurların icrası Vüsalə Quliyevanın ölüm riskinin qarşısının alınmasına kömək edə bilərdi. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzinin xx.xx.2023-cü il tarixli, K/123-T saylı (iş materialları üzrə ekspertiza) komisyon ekspert rəyindən görünür ki, 1.Həkim tərəfindən xəstənin müayinə və müalicə planı, o cümlədən mebikamentoz təyinatın verilməsi, müalicənin effektivliyi, xəstənin vəziyyətinin ağırlığına görə müvafiq tibb müəssisəsinə yerləşdirilməsi xəstəyə təyin olunan diaqnozdan və diaqnozun dəqiq təyini məqsədi ilə aparılan əlavə laborator və instrumental müayinələrin ümumi nəticələrindən asılı olur. İş materialları öyrənilərkən müəyyən edilir ki, xəstənin müraciətinin ilk günündən ölüm konstatasiya olunan vaxtadək göstərilən ilkin tibbi yardım və təyin olunan müalicə planı çox vaxt əsas diaqnoz təyin olunmadan, aparılan müalicə simptomatik və yaxud natamam olaraq müəyyən bir sindromun korreksiyası üzərində qurulmaqla, XBT üzrə təsnif olunan xəstənin düçar olduğu əsas xəstəlik nəzərə alınmamışdır. V.T.Quliyevanın diaqnozunun dəqiq təyin olunması istiqamətində kliniki araşdırmalar, reanimasiyaya qədər dövrdə reanimatoloq baxışının təşkili və diffərensial diaqnostika aparılmamışdır ki, bu da hazırkı işin mahiyyəti üzrə olan tibbi qüsurların əsasını təşkil edir. Əsas xəstəliyin diaqnozu təyin olunmadan, qərarda göstərilən sualların həlli istiqamətində əsaslı, tam və birmənalı fikir yürütmək həmişə mümkün olmur. Belə ki, pnevmoniya xəstəliyi X2 üzrə nozoloji vahidi təşkil edən bir neçə xəstəliyin ağırlaşması kimi əksər hallarda ikincili olaraq inkişaf edir, xəstəliyin etioloji amilləri müxtəlifdir. Ona görə də əsas xəstəliyin (hemorragik pnevmoniyanın inkişafına səbəb olan xəstəliyin) və onun ağırlaşmalarının təyin olunması xəstənin müalicəsi üçün ən vacib prioritet məsələlərdən biridir. V.T.Quliyeva tibbi yardım üçün müraciət edərkən diaqnozun təyini üçün tam həcmdə laborator və instrumental müayinələrin aparılmaması, xəstənin müalicəsinin ilkin vaxtlarda ev şəraitində təşkil olunması, xəstəlik üzrə kliniki müşahidənin fasiləli və epizodik xarakter daşıması, ölümün xəstənin ilkin müraciətindən sonra qısa zaman aralığında baş verməsi hazırda retrospektiv olaraq patoloji proses zəncirində ölümə səbəb olan dəqiq diaqnozun təyin olunmasını çətinləşdirsə də, iş materiallarına və tibbi sənədlərə əsasən ekspert komissiyası belə hesab edir ki, həmin dövrdə X8 “Kəskin respirator virus infeksiyası, ağır gedişli, infeksion toksiki şok 3-4-cü dərəcə. Hər iki ağciyərin diffuz hemorragik pnevmoniyası. Kəskin tənəffüs çatışmazlığı. Ağciyər ödemi” diaqnozlu patologiyalar mövcud olmuşdur. 2.TTTYS-nın böyük həkimi Şahid10 tərəfindən 21 iyul 2022-ci il tarixdə X35 müayinə olunarkən verilən təyinat əsas xəstəliyin diaqnozu təyin olunmadan, laborator və instrumental müayinələr aparılmadan, yalnız xəstənin subyektiv şikayətlərinə və bədən hərarətinin yüksək olmasına əsasən verilmişdir. Həmin dövrdə ağır infeksion toksiki şokla ağırlaşmış xəstənin ixtisaslı təxirəsalınmaz terapevtik və ixtisaslaşmış yüksək texnologiyalı tibb müəssisələrində müayinə və müalicəyə ehtiyacı olduğu halda, böyük həkim Şahid10 tərəfindən xəstəyə yetərli və adekvat olmayan minimal təyinat (“Ringer 500 qr, Vit.C 10 ml, Dimedro! 1,0 mi, Cerukal 2,0 ml, vit.Bs 1,0 ml. Platifyllin 1,0 ml, Deksametazon 1,0 ml, Baralgin 5,0 ml” olmaqia fizioloji məhlulları qatqı (“smes”) halında sistemlə vena daxilinə, funksional qəbizliyə görə “Senadeksin”, göbələk əleyhinə “Flukonazoi”, qızdırma əleyhinə “Paracetamol” 500 mq və İbuprofen” 200 mq, bakterial infeksiya əleyhinə “Auqomentin” və “Azitromisin”) verilməklə, müalicənin ev şəraitində aparılması məsləhət görmüşdür. İnfeksion xəstəliyə şübhə olduğuna görə xəstəyə infeksionistin baxışı təmin olunmaqla, KT müayinəsi aparılmaqia, ağırlaşmanın mövcudluğuna aydınlıq gətirilməli idi. Belə ki, flüoroqrafiya müayinəsi iiə virus mənşəli pnevmoniyaların tam olaraq aşkara çıxarılması mümkün olmadığından və bu müayinə üsulu, xüsusilə COVİD-19 və digər virus mənşəli həyat üçün təhlükəii virus infeksiyalarının ağırlaşması kimi inkişaf edən pnevmoniyaların “buzlu şüşə” görüntüsünün aşkar edilməsində az informativ olduğundan, xəstənin KT müayinəsindən keçirilməsinə zərurət olmuşdur. Xəstəyə ilkin müraciətində təyinat verilməsinə baxmayaraq, təkrar olaraq müraciət etməsi (xx.xx.2022. Saat 17 Edələrində) onun müvafiq stasionara yerləşdirilməsi və ixtisaslı mütəxəssisin (infeksionistin) baxışına təqdim olunması üçün əsas olmuşdur. Meyitin ilkin məhkəmə-tibbi ekspertizası zamanı diaqnostikanın hüceyrə səviyyəsini təşkil edən ilkin və təkrar histoioji müayinə nəticələri (ikitərəfli diffuz hemorragik pnevmoniya) və V.Quİiyevanın sonrakı laborator müayinə nəticələri (leykositlərin sayı) onu deməyə əsas verir ki, xəstənin ilk müraciəti dövründə onun vəziyyəti həddindən artıq ağır olmaqla, böyük həkim Şahid10 tərəfindən 21 iyul 2022-ci ii tarixdə müayinə olunarkən onda artıq pnevmoniya xəstəliyi mövcud olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin hazırda qüvvədə olan “Yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları üzrə protokolundan görünür ki, “Kəskin respirator xəstəlik” diaqnozu təyin olunan pasientdə vəziyyətin ağırlığının qiymətləndirməsi, antibakterial terapiyaya ehtiyacın müəyyən edilməsi (bakterial infeksiyanın əlavə olunması), fəsadların vaxtında aşkar edilməsi, pasiyentin ixtisaslı xəstəxanaya göndərilməsi meyarlarının təyin olunması kəskin respirator xəstəliklərin müalicə taktikasının əsasını təşkil edir. Həmçinin həmin protokolda göstərilir ki, “Yuxarı tənəffüs yollarının kəsləri respirator infeksiyaları” diaqnozu bədən hərarəti 38,5 - 39,5°C olduqda orta dərəcəli, 40 dərəcə olduqda ağır dərəcəli kimi qiymətləndirilir. Xəstənin vəziyyətinin ağır kimi qiymətləndirilməsi isə ixtisaslaşmış tibb müəssisəsində hospitalizasiya olmağa göstərişdir. Bundan başqa, Şahid10 tərəfindən həmin dövrdə letal nəticəsi yüksək olan “Yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaiarfna aid edilən COVİD-19 infeksiyasının təyininə diqqət yetirilməmişdir. Konkret olaraq böyük həkim Şahid10 tərəfindən V.T.Quliyeva müayinə olunarkən döş qəfəsinin Kompüter Tomoqram müayinəsi, qanın ümumi və biokimyəvi analizi, sidiyin analizi, C-reaktiv zülalın təyini və ən başlıcası isə COVİD-19 infeksiyasının təyini üçün müayinələr aparıldığı təqdirdə, V.Quliyevanın vəziyyətinin ağırlığı düzgün qiymətləndirilməklə, təcili olaraq intensiv terapiya və reanimasiya şöbəsinə hospitalizasiya olunduğu təqdirdə, onda baş vermiş ağırlaşmaların qarşısının alınması ehtimalı daha çox olardı. TTTYS-nın həkiminin “şifahi” ölaraq TTTYSna müraciət edən xəstəyə xəstəxanaya müraciət etməsi üçün göndəriş və müşayiət vərəqəsi vermək vəzifəsi yoxdur”, lakin xəstənin vəziyyəti ağır olduğu halda, «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikasının Qanununda göstərilənlərə əsasən müvafiq tədbir görməyə borcludur. Şahid10 tərəfindən X23 “Ringer 500 qr, Vit.C 10 ml, Dimedrol 1,0 ml, Serukal 2,0 ml, vit.B6 1,0 ml, platifillin 1,0 ml, deksametazon 1,0 ml, baralgin 5,0 ml” olmaqla fizioloji məhlulda qatqı (“smes”) halında sistemlə vena daxilinə, funksional qəbizliyə görə “Senadeksin”, göbələk əleyhinə “Flukonazol”, qızdırma əleyhinə “Paracetamol” 500 mq və İbuprofen” 200 mq, bakterial infeksiya əleyhinə “Auqomentin” və “Azitromisin” dərman preparatlarından ibarət müalicə təyin etməsi onun xəstəliyi üçün əks göstəriş deyildir, lakin verilən təyinat həmin dövrdə Vüsalə Quliyevanın düçar olduğu xəstəliyin müalicəsi üçün yetərli olmamışdır. Meyitin məhkəmə-tibbi ekspertizası zamanı aşkar olunan xəstəliyin ağırlığı, histoloji müayinədə daxili üzvlərdə olan patoloji vəziyyətin ifadə olunma dərəcəsi, ilkin müraciətlə ölüm arasında olan qısa zaman intervalı xx.xx.2022-ci il tarixdə xəstənin müayinəsi zamanı aşkar olunan göstəriciləri (arteriyal təzyiq 120/80 mm civə sütünü, oksigen saturasiyası 98 faiz və bədən hərarətinin isə 38 dərəcə, nəbzinin 94 vurğu olmasını) şübhə altına alır, ona görə də bu göstəriciyə əsasən komissiya tərəfindən xəstənin vəziyyətinin adekvat qiymətləndirilməsi və suallara cavab verilməsi mümkün deyildir. 3.21 iyul 2022-ci il tarixdə ixtisaslı həkimin adından verilmiş müayinə kodu ilə Göyçay RMX-nın PHŞ-nin radiologiya şöbəsinin rentgenoloqu Şahid9 tərəfindən X20 ağ ciyərlərinin flüoroqrafiyası zamanı onda “buzlu şüşə” görüntüsünə malik hemorragik pnevmoniyanın aşkara çıxarılması mümkün olmaya bilərdi, belə ki, bu müayinə üsulu mövcud pnevmoniyanın aşkara çıxarılması üçün az informativdir. Ona görə də, rentgenoloq Şahid9 tərəfindən döş qəfəsinin rentgenoqrafiyası və yaxud KT müayinəsi aparıldığı təqdirdə, 21 iyul 2022-ci il tarixdə xəstədə hemorragik pnevmoniya xəstəliyini aşkara çıxarmaq mümkün olardı. 21 iyul 2022-ci ii tarixdə çəkilmiş flüoroqram ekspertizaya təqdim edilmədiyinə görə, məsələyə tam aydınlıq gətirmək mümkün deyildir, lakin iş materiallarında olan məlumatlar, kliniki göstəricilər və histoloji müayinənin nəticələri ona əsas verir ki, ilkin radioloji müayinə ərəfəsində xəstədə pnevmoniya xəstəliyi artıq ilkin rentgənoloji klinika ilə mövcud olmuşdur. Hazırkı iş üzrə göstərilən qüsurla, yəni renigenoloji diaqnozun düzgün təyin olunmaması ilə ölüm arasında səbəb əlaqənin təyininə dair hər hansı bir normativ akt(lar) (qanunlar, qərarlar, əmrlər, təlimatlar, protokollar) mövcud deyildir, lakin bu hal diaqnostik qüsur hesab edilir. 4.21 iyul 2022-ci ii tarixdə X39 xəstəxanaya ilkin müraciəti zamanı poliklinika şöbəsinin terapevt həkimi Şahid11 onu rentgen müayinəyə göndərməsi diaqnozun təyini və müalicə planının təyin olunması baxımından düzgün və əsaslıdır.Radioloji tədqiqatdan sonra vətəndaş V.Quliyeva rentgen müayinə nəticəsini poliklinika şöbəsinin terapevt həkimi İ.L.Tanverdiyevaya təqdim etməli idi. Lakin V.Quliyevanm rentgen müayinəsindən sonra geri qayıtması üçün Şahid11 özü tərəfindən tədbir görülməsi kimi bir öhdəliyi yoxdur. X39 rentgen müayinədən sonra həkim Şahid11 müayinəsinə təkrar təqdim olunmadığına görə müraciətin bu etapında tibbi qüsur müəyyən edilmir. 5.21 iyul 2022-ci il tarixdə poliklinika şöbəsinin ağciyər xəstəlikləri kabinetinin tibb bacısı X4 ixtisaslı həkim Şahid11 göstərişi olmadan, Vüsalə Quliyevaya rentgen müayinəsi üçün müayinə kodu vermək səlahiyyəti olmamışdır. X4 bu icazəsiz kod verməsi ilə X22 ölümü arasında birbaşa səbəbli əlaqə yoxdur. 6.22 iyul 2022-ci il tarixdə saat 04 radələrində Göyçay RMX-nın PHŞ-nin təcili tibbi yardım şöbəsinin növbətçi həkimi Təqsirləndirilən şəxs tərəfindən 40 dərəcə bədən hərarəti ilə müraciət edən X23 təyin olunan “Kəskin respirator xəstəlik” diaqnozu ilkin diaqnoz kimi məqbul hesab edilir. Müraciətin bu etapında da “Kəskin respirator xəstəliklər qrupuna aid olan COVİD-19 xəstəliyinin təyini, differensial diaqnozun aparılması, reanimatoloqun və infeksionistin baxışı vacib idi. Xəstənin tam müayinəsinin aparılması istiqamətində tədbirlər görülmədiyinə görə onun vəziyyətinin ağırlığı düzgün qiymətləndirilməmişdir. Belə ki, xəstənin huşu, bədən hərarəti, dəri örtüklərinin rəngi, SpO2, arterial təzyiq, nəbz, tənəffüs hərəkətlərinin dəqiqəlik sayı, təkrar rentgen və KT müayinəsinin aparılması, qanın ümumi analizi, qan qrupu və rezus faktor, CRP ( C reaktiv zülal), qanın tam biokimyəvi analizi, koaquloqram, EKQ, ExoKQ kimi müayinələrin aparılması mütləq idi və belə olan halda xəstənin vəziyyətinin ağır olması müəyyən edilməklə, reanimasion və intensiv terapiya bölməsində müalicəyə ehtiyacın olması müəyyən edilə bilərdi. İfadələrdən görünür ki, təcili tibbi yardım şöbəsinin növbətçi həkimi Təqsirləndirilən şəxs xəstənin arterial təzyiqini, hərarətini, oksigen saturasiyasını ölçməklə xəstəyə yalnız hərarəti salmaq məqsədi ilə analgin+dimedrol+novakain qarışıqlı təyinat verməklə kifayətlənmişdir. Göstərilən təyinat xəstənin müalicəsi üçün yetərli olmamışdır. Əslində isə xəstə vəziyyətinə görə TTTY şöbəsinin prinsiplərinə uyğun olaraq qəbul olunmalı, vəziyyətinə görə təsnif edilməli, sürətli və effektiv tibbi yardımın göstərilməsi üçün triaj (triaj vəziyyətin ağırlığına əsasən xəstələrin tibb yardım alma prioritetini müəyyənləşdirən prosesdir) olunmalı, xəstənin özündən və ya yaxınlarından şikayətləri, anamnezi (xüsusi ilə allergenlər və qəbul edilmiş dərman preparatları haqda) və həyat əlamətləri haqqında məlumat toplanmalı və bundan sonra yardımın müddəti və xəstənin vəziyyətinin ağırlığı barədə qərar qəbul edilməli idi. Təcili yardım şöbəsində triaj aşağıdakı meyarlar üzrə aparılır: huşun olub-olmaması, həyat göstəriciləri - hərarət, nəbz, arterial təzyiq, tənəffüs sayı, ağrının qiymətləndirilməsi, həyat üçün digər təhlükəli halların olması. TTTY şöbəsində kodlaşdırma üçün rənglərdən istifadə olunur. Meyitin məhkəmə-tibbi ekspertizası zamanı aşkar olunan xəstəliyin ağırlığı, histoloji müayinədə daxili üzvlərdə olan patoloji vəziyyətin ifadə olunma dərəcəsi onu göstərir ki, həmin dövrdə xəstənin vəziyyəti ağır olmaqla, qırmızı (təxirəsalınmaz) kateqoriyalı xəstələrə aid olmuşdur, ona görə də 15 dəqiqə ərzində təxirəsalınmaz yardım göstərilməklə intensiv terapiya və yaxud reanimasiya şöbəsinə köçürülməli idi. Tibbi yardımın bu etapında xəstəyə yalnız Analgin, Dimedrol və Novokain dərman preparatlarından ibarət litik qarışıq vurulmuşdur, xəstə isə hospitalizasiya edilməmişdir, bu isə özlüyündə xəstəliyin müalicəsində vaxt itkisinə və xəstənin vəziyyətinin daha da ağırlaşmasına səbəb olmuşdur. X16 22 iyul 2022-ci il tarixdə saat 04 radələrində RMX-nın təcili tibbi yardım şöbəsinə müraciət edərkən onda təxirəsalınmaz hospitalizasiyanın meyarları artıq mövcud olmuşdur. Müraciətin bu etapında ixtisaslı mütəxəssislərin (infeksionistin və reanimatoloqun) baxışı təmin olunmaqla, xəstənin intensiv terapiya və reanimasiya bölməsində adekvat müalicəyə cəlb olunması ağırlaşmaların qarşısının alınma ehtimalını daha da artırardı. 7.»Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikasının Qanunun 24-cü maddəsində göstərilmişdir ki, təxirəsalınmaz tibbi yardım göstərilmə halları istisna olmaqla, pasientin (xəstənin) həkimin öz razılığı ilə həkimi, o cümlədən müalicə həkimini və müalicə- profilaktika müəssisəsini seçmək və tibbi müdaxilədən imtina etmək hüququ vardır. TTY haqqında Təlimata əsasən xəstə, xəstənin yaxını müdaxilə və müayinədən imtina etdikdə və xəstə müəssisəni icazəsiz tərk etdikdə bu barədə həkim tərəfindən TTTYŞ-də xəstə barəsində tərtib olunan müayinə formasında (xəstəlik tarixində) qeydiyyat aparılır. Azərbaycan Respublikas» Səhiyyə Nazirliyinin kollegiyasının “19” sentyabr 2012-ci il tarixli 70 nömrəli qərarının növbətçi həkimin vəzifə təlimatında göstərilmişdir ki, xəstə stasionar müalicəyə ehtiyac olduğu halda müalicədən imtina edərsə, növbətçi həkim tərəfindən sənədləşdirilir. Bundan başqa, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin kollegiyasının “28” noyabr 2016-cı il tarixli 65 nömrəli qərarının 4,2.2. bəndində göstərilir ki, xəstə və ya valideynləri (qanuni nümayəndələri) hospitalizasiyadan imtina etdikdə, bu barədə müvafiq qeydiyyat aparılmaqla imtina ərizəsi yazılır və xəstə barədə ərazi üzrə ambulator poliklinik tibb müəssisəsinə məlumat verilir. Xəstə və ya valideynləri (qanuni nümayəndələri) hospitalizasiyadan imtinanı rəsmiləşdirmək istəmədiyi hallarda tibb müəssisəsinin işçisi olmayan ən azı iki nəfər cəlb olunmaqla akt tərtib olunur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin kollegiyasının “28” noyabr 2016-cı il tarixli 35 nömrəli qərarının 2.5.1 intensiv müalicə tələb edən hallar (reanimasiya tədbirləri və təxirəsalınmaz müayinə) və 2.5.3 (xəstənin izolyasiyasını tələb edən vəziyyətlər) mövcud olduğu halda bu vəziyyətlər 2.5 maddəsinin tələbinə əsasən, təxirəsalınmaz hospitalizasiyaya göstəriş sayılır, belə olan halda qərarın 2.6-cı bəndinə əsasən xəstəyə stasionar tibb müəssisəsinin qəbul şöbəsinin həkimi tərəfindən baxış keçirilir və xəstə dərhal hospitalizasiya olunur. Müvafiq qərara əsasən, V.T.Quliyevanın müraciətinin bu etapında təxirəsalınmaz terapevtik və ixtisaslaşmış yüksək texnologiyalı tibbi yardıma ehtiyacı olduğu üçün növbətçi həkim Təqsirləndirilən şəxs tərəfindən xəstənin təxirəsalınmaz intensiv terapiya və reanimatoioji xidməti təmin edən stasionara yerləşdirilməsi üçün 65 nömrəli qərarın yuxarıda göstərilən tələblərindən ibarət tədbirlər görülməli idi. 8.22 iyul 2022-ci il tarixdə saat 10:49-da xəstə X34 RMX-nın PHŞ-nin təcili yardım şöbəsinə müraciət edən zaman təcili tibbi yardım şöbəsinin növbətçi həkimi (təcili tibbi yardım şöbəsinin müdiri vəzifəsini icra edən) Şahid12 tərəfindən təyin olunan diaqnoz və göstərilən ilkin tibbi yardım qismən düzgün olmuşdur. Lakin həkim Şahid12 xəstədə ikitərəfli pnevmoniya xəstəliyinin olmasını, xəstənin halsız və sərbəst yerimə imkanının olmamasını bildiyi halda, xəstənin vəziyyətinin ağırlığı düzgün qiymətləndirilmədən, reanimatoloqun baxışı təmin olunmadan, stasionar müalicə üçün infeksiya bölməsinə göndərilmişdir. Belə ki, xəstəliyin klinikası və aparılan laborator-instrumental müayinələrin nəticəsi və istintaq materiallarında olan məlumatlar ona əsas verir ki, müraciətin bu etapında xəstənin vəziyyəti həddindən artıq ağır (İİİ-İV dərəcəli infeksion toksiki şok, kəskin tənəffüs çatışmazlığı, toksiki ensefaiopatiya vəziyyətində) olmuşdur. Xəstənin İİ səviyyəli (təxirəsalınmaz terapevtik) və İİİ səviyyəli (ixtisaslaşmış yüksək texnologiyalı) tibbi yardıma ehtiyacı olduğu üçün reanimatoloqun baxışı təmin olunmaqla, stasionar müalicə infeksiya şöbəsində deyil, reanimasiya şöbəsində həyata keçirilməli idi. Xəstənin 12:10 radələrində infeksiya şöbəsində müayinə protokolundan (qəbul gündəliyindən) görünür ki, həmin vaxtı huşu alaqaranlıq olmuş, suallara ləng cavab vermiş, tənəffüsü səthi, SPO2 89 olmaqla, təxminən bir saatdan sonra prekomatoz hal müşahidə edilmişdir. Xəstənin göstərilən vəziyyəti ilə Göyçay RMX-nın PHŞ-nin təcili tibbi yardım şöbəsinin növbətçi həkimi (təcili tibbi yardım şöbəsinin müdiri vəzifəsini icra edən) Şahid12 22.12,2022-ci H tarixdə ifadəsində göstərdiyi oksigen saturasiyasının 97-98 faiz olmasını və xəstənin reanimasion bölməyə yerləşdirilməsi meyarının olmaması kimi ifadəsində verdiyi məlumatları şübhə altına alır. Meyitin məhkəmə-tibbi ekspertizası zamanı aşkar olunan xəstəliyin ağırlığı, histoloji müayinədə daxili üzvlərdə olan patoloji vəziyyətin ifadə olunma dərəcəsi və infeksiya şöbəsinə qəbul zamanı müşahidə olunan kliniki göstəricilər ona əsas verir ki, həmin, dövrdə xəstənin vəziyyəti TTTY meyarı olan triajia (SpO2 90, köməkçi tənəffüs əzələlərinin tənəffüsdə iştirak etməsi və ya gözlə görünən pulsoksimetriya göstəricisinin 90 faizdən aşağı olduğu kəskin tənəffüs pozuntusu olan vəziyyət) qırmızı (təxirəsalınmaz) kateqoriyalı tibbi yardım səviyyəsinə uyğun olmuşdur. Ona görə də xəstə 15 dəqiqə ərzində təxirəsalınmaz yardim göstərilməklə reanimasiya şöbəsinə köçürülməli idi. Müraciətin bu etapın yuxarıda göstərilən qüsurlar nəticəsində xəstənin vəziyyəti daha da ağırlaşaraq, adektav müalicədən, daha vacib olan oksigen dəstəyi və müvafiq reanimatoloji yardımlardan kənarda qalmışdır. 9.İnfeksion şöbə müdiri X3 tərəfindən xəstə (Vüsalə Quliyevaya 1 saat 45 dəqiqə müddətində zəruri olan bütün tibbi yardım(lar) tam həcmdə və düzgün göstərilmişdir, xəstənin vəziyyətinin ağırlığı ilə əlaqədar nevroloq və reanimatoloqun xəstəyə baxışının təmin olunması zəruri idi. 10.X23 Göyçay RMX-nın PHŞ-nin reanimasiya şöbəsində tibbi yardımlar tam həcmdə göstərilmişdir, reanimasiya şöbəsində müalicədə olarkən xəstədə ölümün baş verməsi bu etapa qədər xəstənin vəziyyətinin həddindən artıq ağırlaşması və xəstənin vəziyyətində geriyədönməz poliorqan çatışmazlığının inkişaf etməsi ilə əlaqədar olmuşdur. 11.X20 Göyçay RMX-nın PHŞ-nin Reanimasiya şöbəsində 13 saat müddətində saxlanılarkən, baxışı zəruri hesab ədilən ixtisaslı mütəxəssislər tərəfindən konsultasiyası təmin edilmişdir, digər mütəxəssislər tərəfindən müayinə olunmasına tibbi göstəriş olmamışdır. 12.Bununla da, X20 müraciətləri dövründə TTTYS-ın böyük həkimi Şahid10 tərəfindən, Göyçay RMX-nın PHŞ-nin təcili tibbi yardım şöbəsinin növbətçi həkimi (təcili tibbi yardım şöbəsinin müdiri vəzifəsini icra edən) Şahid12 Eyyııb oğlu və Göyçay RMXnın PHŞ-nin təcili tibbi yardım şöbəsinin növbətçi həkimi Təqsirləndirilən şəxs tərəfindən müvafiq bəndlərdə göstərilən qüsurlara yol verilmişdir. Göstərilən tibbi qüsurlarla xəstənin vəziyyətinin ağırlaşması arasında səbəbli əlaqə vardır. Lakin xəstənin tibbi yardım üçün gec müraciət etməsinə, xəstəliyin atipik və kəskin gedişə malik olaraq qısa zaman ərzində ölümə səbəb olmasına və bəzi toksiki formaya malik respirator virus infeksiyalarının, o cümlədən COVİD-19 diaqnozlu xəstəliyin letal riskinin yüksək olmasına görə, Şahid10, Şahid12 və Təqsirləndirilən şəxs tərəfindən X7 müayinəsi zamanı yuxarıda göstərilən qüsurlara yol verilmədiyi halda, vaxtında adekvat müayinə və müalicəyə cəlb olunduğu təqdirdə ölümün qarşısının alınmasının mümkünlüyü barədə dəqiq və birmənalı fikir yürütmək mümkün deyildir. Belə ki, xəstənin müalicəsinin hər hansı bir etapında buraxılmış qüsurlarla X20 ölümü arasında patogenetik mexanizmə malik birbaşa səbəbli əlaqənin olmasım təsdiq edən tibbi xarakterli konkret məhkəmə-tibbi kriteriya mövcud deyildir. 13.X35 reanimasiya şöbəsində müayinə və müalicəyə cəlb olunduqdan sonra tibbi göstərişə uyğun olaraq müvafiq mütəxəssislər tərəfindən konsultasiyası təmin edilmişdir. 14.X36 reanimasiya şöbəsinə qəbul olunduqdan sonra digər tibb müəssisəsinə təxliyyə üçün yararlı olmamışdır. 15.Xəstəxananın direktoru və baş həkim xəstəxanada müalicə və müayinə işlərinə cavabdehlik daşıyır. Konkret halda xəstə barəsində məlumat verildikdən sonra ölümə qədər olan qısa zaman aralığında baş həkim tərəfindən müvafiq tədbirlər (xəstənin stasionara qəbulu, reanimasiya şöbəsinə yerləşdirilməsi, Səhiyyə Nazirliyinin müvafiq mütəxəssislərinin konsultasiyasının təşkili kimi tədbirlər) görülmüşdür. Məhkəmə baxışında iş materiallarına əlavə edilmiş maddi sübut qismində tanınmış videogörüntülər olan CD diskə baxış keçirilmişdir.Diskə baxışdan görünür ki,22 iyul 2022-ci il tarixdə saat 03.53-də Şahid1 ilkin olaraq təcili tibbi yardım şöbəsindən içəri daxil olaraq qapısı açıq vəziyyətdə olan otağa keçmiş,saat 03.54-də Vüsalə Quliyeva həmin otağa daxil olmuş,qapının qarşısında heç kim olmamış,Şahid1 sonradan otaqdan çıxaraq dəhlizdə gəzişmişdir.Saat 03.56-da tibb bacısı qeydiyyat bölməsində kompyuter arxasına keçmiş,saat 03.57-də yenidən həmin otağa daxil olmuş,saat 04.03-də Şahid1 qarşısından keçərək həmin otaqdan çıxmış,saat 04.04-də yenidən həmin otağa daxil olmuş,saat 04.04.34-də 3 nəfər qadın həmin otağa daxil olmuşlar.Saat 04.05.37-də Vüsalə Quliyeva daxil olmuş həmin otaqdan çıxaraq giriş qapısının qarşısında anidən dayanaraq geriyə doğru baxdıqdan sonra qapıdan çıxdığı görünür.CD diskdə olan qalan videogörüntülərə texniki qüsur səbəbindən baxışın keçirilməsi mümkün olmamışdır. Məhkəmə baxışında iş materiallarına əlavə edilmiş 1 ədəd DVD formatda olan diskə baxış keçirilmişdir.Diskə baxışdan görünür ki,səs yazısında qadın səsinə bənzər səs A «axşam gələn xəstədi,40 dərəcə,ana sənə axşam demədim otur burda getmə»,başqa kişi səsinə bənzər səs B «gəlib axşam?»,qadın səsinə bənzər səs »gəlib axşam analgin,novakain və dimedrol eləmişik,40 dərəcə qızdırma ilə adam gedər»,başqa qadın səsi C «başım gicəllənir»,sonra A səsi davam edərək «gəldim bura baxdım xəstə yoxdur,çıxıb gedib,dedilər ki,heç görən olmayıb,sonra bir qardaş gəldi,xanımın qızdırması düşmür dedi,mən dedim qardaş xəstən hanı,hara gedib»sonra kiməsə sual olaraq A «axşam nətər oldun,çıxıb getdin» sualına cavab olaraq C səsi »axşam maşınla getdim,dözə bilmədim»,A səsi «sənə kim dedi çıx get,kimsə sənə deyib burdan çıx get» kişi səsi D «bura xəstəni sağaltmağa gətirmişik,razborka eləməyə gəlməmişik». Məhkəmə baxışında müdafiə tərəfindən təqdim edilmiş 1 ədəd DVD formatda olan diskə baxış keçirilmişdir.Diskə baxışdan görünür ki,diskdə saat 14.40-dan olan səsyazısında Şahid1lə Təqsirləndirilən şəxs arasında olan dialoqda xəstə X21 RMX- nın PHŞ-nin təcili tibbi yardım şöbəsindən Təqsirləndirilən şəxs deyil,digər tibb işçisi “iynə vuran» şəxs tərəfindən “gedin,səhər gələrsiz,sistem alarsız” deməsi eşidilmişdir. İş materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, təqdim edilən 1 ədəd DVD formatda olan disk zərfin içərisinə yerləşdirilmişdir. Zərf açıldıqdan sonra zərfin içərisində üzərində “PRİNCO” sözləri və rəqəmlər yazılmış 1 ədəd DVD disk vardır.Daha sonra disk içərisindəki çəkilişə baxılması üçün kompüterin “DVD ROM”una daxil etdikdə diskin yaddaş həcminin 4.7 QB olduğu müəyyən edilmişdir. Dskin içərisində “İPCamera 23_ GRMX32_ GRMX32_ **********000 0_**********0520_2189609” İPCamera23_ GRMX32_ GRMX32_ **********0520 _ **********0000_2337622” İPCamera25 _ GRMX32 _ GRMX32_**********0257_**********2230_2596697,İPCamera25_GRMX32_GRMX32_****** ****2230_**********5959_3502192” Hərf və rəqəmlər yazılan 4 ədəd fayl vardır. 1-ci fayla daxil olduqda videonun 22 iyul 2022-ci il tarixdə saat 03:00-dan saat 04:05-dək müddət ərzində Göyçay RMX-nın təcili yardım şöbəsinin “yaşıl” otağının qarşısının müşahidə kamerası vasitəsi ilə tam olaraq çəkildiyi müəyyən olunur. Müşahidə kamerasında 22 iyul 2022-ci il tarixdə saat 03:53-də bir kişi cinsli şəxsin ilkin olaraq təcili tibbi yardım şöbəsindən içəri daxil olaraq qapısı açıq vəziyyətdə olan “yaşıl" otağa keçdiyi, 03:54-də isə halsız vəziyyətdə bir nəfər qadın cinsli şəxsin “yaşıl” otağa daxil olduğu, həmin vaxt “yaşıl” otağın qarşısında heç bir şəxs olmadığı, ilkin olaraq otağa daxil olan kişi cinsli şəxsin sonradan otaqdan çıxaraq dəhlizdə gəzişdiyi, 03:56-də yaşıl rəngli həkim xalatında bir nəfər orta yaşlı qadın cinsli şəxsin qeydiyyat bölməsində kompüterlə məşğul olduğu, 03:57-də yenidən “yaşıl” otağa daxil olduğu, 04:03-də ilkin olaraq “yaşıl” otağa daxil olan kişi cinsli şəxsin qarşısından keçərək “yaşıl” otaqdan çıxdığı, saat 04:04-də yenidən “yaşıl” otağa daxil olduğu, 04:04:34-də təcili tibbi yardım avtomobili ilə gətirilmiş 3 nəfər qadının “yaşıl” otağa daxil olduğu görünür. “İPCamera23_GRMX32_GRMX32_**********0520_**********0000_2337622” faylına daxil olub qeyd edilən tarixdə olan 1-ci videonun davamına baxış keçirən zaman çəkilişin 22 iyul tarixdə saat 04:04-dən saat 05:00-dək davam etdiyi, saat 04:05:37-də təntiyə-təntiyə halsız vəziyyətdə bir neçə dəqiqə əvvəl otağa daxil olmuş qadının “yaşıl” otaqdan çıxdığı, təcili şöbəsinin giriş qapısının qarşısında anidən dayanaraq geriyə “yaşıl” otağa doğru baxdıqdan sonra qapıdan çıxdığı, həmin vaxt dəhlizdə TTTYS-nın geyim formasında olan kişi cinsli şəxsin dayandığı 04:09-da həkim xalatında orta yaşlı qadının yaşıl otaqdan çıxaraq qeydiyyat bölümündə əyləşdiyi, həmin vaxt dəhlizdə 2 nəfər qadının olduğu, saat 04:10:-54-də yaşıl otaqdan cavan yaşlarında yaşıl rəngli həkim xalatında qadın cinsli şəxsin çıxaraq saat 04:11-də geri qayıtdığı görünür. Video görüntünün 04:50:44-cü saniyəsində ilkin olaraq təcili yardım şöbəsinə saat 03:53-dəki şəxsin daxil olub dəhlizdə bir neçə saniyə dayandıqdan sonra “Yaşıl” otağın qarşısına gəldiyi, ardınca başqa kişi cinsli şəxsin də yaşıl otağın qarşısına gəldiyi, ilkin olaraq otağın qarşısında gözləyən şəxsin bir neçə saniyə dayandıqdan sonra ardınca gələn şəxslə birlikdə acil şöbəsindən çıxdığı görünür. Videoçəkilişin davamında iş üzrə əhəmiyyət kəsb hal aşkar edilməmişdir. İştirakçı qismində dəvət edilmiş Şahid1 videogörüntünün saat 03:53-cü saniyəsində yaşıl otağa daxil olan və dəhlizdə gəzişən şəxsin özü, saat 03:54-cü saniyədə daxil olan, 04:05:37-də təntiyə-təntiyə çıxan şəxsin qardaşı arvadı X35 olduğu, 04:50:44-də yenidən ilkin təcili yardım bölməsinə daxil olan şəxsin özü, onun ardınca daxil olan şəxsin qardaşı Akif Quliyev olduğu, həmçinin saat 04:10:-54-də yaşıl otaqdan cavan yaşlarında yaşıl rəngli həkim xalatında qadın cinsli şəxsin Fatimə həkim, digər həkim xalatında olan şəxsin isə xatırladığı qədəri ilə tibb bacısı olduğunu bildirmişdir. “İPCamera25_GRMX32_ GRMX32_**********0257 **********2230_2596697” faylına daxil olan zaman videoçəklişin Göyçay RMX-nın PHŞ-nin təcili tibbi yardım şöbəsinin giriş qapısının qarşısını əhatə etməklə 22 iyul 2022-ci il tarixdə 10:02-dən saat 11:22-dək davam etdiyi, 10:36:20-də qara rəngli “VAZ 21014” markalı, “**-GJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin Göyçay RMX-nın PHŞ-nin təcili tibbi yardım şöbəsinin qarşısında gələrək dayandığı, avtomobilin ön sərnişin oturacağından Şahid1, sürücü oturacağından Akif Quliyev, arxa oturacağından bir nəfər qadının düşdüyü, saat 10:38:32-də avtomobilin arxa sərnişin oturacağından Akif Quliyevin köməkliyi ilə X20 ağ rəngli təkərli xəstə arabasına otuzdurularaq xəstəxananın təcili tibbi yardım şöbəsindən içəri salındığı, həmin vaxt X20 yeriməkdə çətinlik çəkdiyi görünür. Videoçəkilişin davamında iş üzrə əhəmiyyət kəsb hal aşkar edilməmişdir.“İPCamera25_GRMX32_GRMX32_**********2230_**********5959_3502192” faylına daxil olub qeyd edilən tarixdə olan videonun davamına baxış keçirən zaman çəkilişin 22 iyul 2022- tarixdə saat 11:22-dən saat 11:59-dək Göyçay RMX-nın PHŞ-nin təcili tibbi yardım şöbəsinin qapısının qarşısını əhatə etməklə davam etdiyi, saat 11:25:31də Şahid1 “VAZ 14” markalı, “**-GJ-***: dövlət qeydiyyat nişanlı minik avtomobili idarə edərək Göyçay RMX- PHŞ-nin təcili tibbi yardım şöbəsinin qarşısında saxladığı, saat 11:36:43-də Səbuhinin xəstə asında X35nı təcili tibbi yardım şöbəsindən çıxardaraq avtomobilə in oturacağına goğru apardığı, ardınca Akif Quliyevin də gəldiyi, bir neçə saniyə sonra saat 7-də həkim geyimində olan kişi cinsli şəxsin onlara yaxınlaşdıqdan sonra mərhum Vüsalə anın arabada yenidən acil bölməsinə salndığı, bir dəqqiə sonra saat 11:38:57-də həkim tibb olan qadın və Akif Quliyev tərəfindən xəstə arabasında yenidən avtomobilin qarşısında diyi, Akif Quliyevin köməkliyi ilə X20 xəstə arabasından qaldırılaraq ön sərnişin oturacağına əyləşdirildiyi, sonra Akif Quliyevin avtomobili idarə edərək getdiyi görünür. Videoçəkilişin davamında iş üzrə əhəmiyyət kəsb hal aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, təqdim edilən 1 ədəd DVD formatda olan disk bir ədəd ağ rəngli kağız materialdan olan disk zərfin içərisinə yerləşdirilmişdir. Zərf açıldıqda zərfin içərisində 1 ədəd DVD formatda olan diskin olduğu müəyyən edildi. İştirakı Təqsirləndirilən şəxs 22 iyul 2022-ci il tarixdə səhər saatlarında X35 növbətçi həkim Şahid12 tərəfindən Göyçay RMX-nın PHŞ-nin təcili yardım şöbəsində müayinə olunan zaman yaşıl otaqda özünə məxsus smartfon tipli “İPHONE”markalı mobil telefonla Vüsalə Quliyevanın və yaxınlarının səsini yazaraq diskə köçürdüyünü bildirmişdir. Daha sonra səs yazısına qulaq asılması üçün ağ rəngli disk kompüterin “DVD R0M”una daxil etdikdə ekranda “479” nömrə altında fayl açıldı. Fayla daxil olduqda 02:26 saniyə müddətində müxtəlif şəxslərə məxsus qısa müddətli danışıqlar olan səs yazısının olduğu müəyyən edildi. Daha sonra danışıqlara səslər qulaq asılması üçün videoplayerdə “başla” düyməsi ilə səs yazısı başladıldı və müxtəlif şəxslərə çəxsus səslər fərləndirilməsi üçün şərti olaraq hərflər şəklində qeyd olunmaqla aşağıdakılar müəyyən edilmişdir. Səs yazısının 01:08-cu saniyəsinə kimi danışıqların tibb müəssisəsində aparıldığı, lakin konkret olaraq dialoq şəklində olmadığı, 5 saniyə davam etməklə 01:08-də başlayan 01:14-də bitən qadın səsinə bənzər səs A - “axşam gələn xəstədi, 40 dərəcə, ana sənə axşam demədim otur burda getmə”, 01:15-də 1 saniyə davam edən kişi səsinə bənzər B - g əlib axşam?, A - 01:16-da suala cavaban eyni qadın səsi 10 saniyə müddətində davam edərək “ gəlib axşam analgin, novakain və dmidrol eləmişik, 40 dərəcə qızdırma ilə adam gedər” 01:26-da bitir, 1 saniyə müddətində başqa qadına məxsus səs C - “başım gicəllənir” səs yazısı, həmin səsdən sonra 01:27-də A səsi davam edərək“ gəldim bura baxdım xəstə Voxdur, çıxıb gedib, dedilər ki, heç görən olmayıb, sonra bir qardaş gəldi, xanımın qızdırması oüşmür dedi, mən dedim qardaş xəstən hanı, hara gedib” , 01:41-də kiməsə sual olaraq A - a x ş a m nətər oldun. Çıxıb getdin” sualına cavab olaraq 1 saniyə davam edən səs yazısında C axşam maşınla getdim, dözə bilmədim” səsə replika olaraq 01:47-də A - “sənə kim dedi çıx get, kimsə sənə deyib burdan çıx get” 02:52-də bitir, 01:52-də 1 saniyə davam etməklə kişi səsinə bəznər səs D - “bura xəstəni sağaltmağa gətirmişik, razborka eləməyə gəlməmişik”,. 5 saniyə müddətində anlaşılmadıqdan sonra 01:58-də A - “yox 40 qızdırması varda” . B- «uşağı da gərək gətirərdizdə”, 02:08-də 2 saniyə müddətində davam edən qadın səsi E- “valah uşağı bakıya yazıblar. Dedikki qoy rahatdıyaq uşağı apararıq” sözləri ilə 02:10-da bitmişdir. İştirakı qismində iştirak edən Təqsirləndirilən şəxs şərti olaraq “A” hərfi ilə qeyd edilmiş səs yazıları özünə “B” hərfi ilə qeyd edilmiş səs yazıları “həkim Şahid12”, “C” hərfi ilə qeyd edilmiş səslər “X23”. “D” hərfi ilə qeyd edilmiş səs yazısnın Vüsalə Quliyevanın ərinə məxsus olduğu, “E” ilə qeyd edilmiş səsin isə mərhumun qohumuna məxsus olduğunu bildirdi. İş materiallarına əlavə edilmiş Göyçay RMX-nın PHŞ-nin TTTYŞ-nın yaşıl otaq üçün xəstə qeydiyyatı jurnalından çıxarışdan görünür ki, X35 22 iyul 2022-ci il tarixdə saat 04:00-da növbətçi həkim Təqsirləndirilən şəxs tərəfindən müayinə edilərək ona “kəskin respirator virus infeksiyası” diaqnozu qoyulmuş, bədən hərarəti 40 dərəcə tempratur, arteriyal təzyiqi 120\80 mm civə sütunu, oksigen saturasiyasının 97-98 faiz -olmuşdur. İş materiallarına əlavə edilmiş Göyçay RMX-nın PHŞ-nin TTTYŞ-nin tibbi yardımdan və stasionardan imtina üçün qeyd jurnalından çıxarışdan görünür ki, 22 iyul 2022-ci il tarixdə mərhum X1 onun xəstəxananı özbaşına tərk etməsi ilə bağlı qeyd aparılmamışdır. İş materiallarına əlavə edilmiş Göyçay RMX-nın PHŞ-nin rəhbərliyinin 2022-ci ilin iyul ayı üçün təsdiq edilmiş növbətçilik qrafikindən edilmiş çıxarış və Göyçay RMX-nın PHŞ-nin 24 yanvar 2023-cü il tarixli, pHŞ-6-40\2-70\2023 nömrəli məktubundan görünür ki, xəstəxananın təcili və tibbi təxirəsalınmaz tibbi yardım şöbəsinin təcili yardım bölməsində 21 iyul 2022-ci il tarixdə saat 21:00-dan 22 iyul 2022-ci il tarixdə saat 09:00-dək olan müddət ərzində növbətçi həkim xidmətinə həkim Təqsirləndirilən şəxs, 22 iyul 2022-ci il tarixdə saat 09:00-dan saat 21:00-dək isə Şahid12 təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Göyçay RMX-nın PHŞ-nin 24 yanvar 2023-cü il tarixli, PHŞ-6-40\2-72\2023 nömrəli məktubundan görünür ki, Göyçay rayonu, Qaraməryəm kənd sakini X16 xx.xx.2022-ci il tarixdə saat 04:00-da “kəskin respirator virus infeksiyası” diaqnozu ilə təcili yardım şöbəsinə müraciət etmiş, həmin vaxt növbətçi həkim Təqsirləndirilən şəxs olmuş, xəstənin xəstəxananı özbaşına tərk etməsi barədə müvafiq jurnallarda qeyd aparılmamış, bu haqda akt tərtib edilməmiş və rəhbərliyə məlumat verilməmişdir. İş materiallarına əlavə edilmiş X20 qaynı Şahid1 və Göyçay RMX-nın PHŞ-nin sabiq baş həkimi Şahid4 arasında 22 iyul 2022-ci il tarixdə “whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə aparılmış yazışmalara dair tərtib edilmiş baxış protokolu və yazışmalardan edilmiş çıxarışdan görünür ki, 22 iyul 2022-ci il tarixdə saat 06:31-dən saat 06:41-dək olan müddət ərzində Şahid1 tərəfindən Şahid4 məxsus mobil nömrənin “whatsapp” proqramına “40 dərəcə qızdırmalı xəstəyə iynə vurub yola salır ki, səhər gələrsiz həkim baxar sistem alarsız qoşarlar deyib yola saldılar, sonra bir həkim gəldi, hələ deyinirdi də gecə nə var gəlmisiniz, uşağa pis baxmadılar, ama böyüyə yox” məzmunlu mesajlar yazılmış, Ləman Hacəyevə tərəfindən də mesajlara cavab verilmişdir. İş materiallarına əlavə edilmiş “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” PHŞ-nin 24 iyun 2023-cü il tarixli, PHŞ-6\2- 4301\2023 nömrəli məktubundan görünür ki, “TƏBİB-in tabelyindəki tibb müəssisələrində şəxslərə göstərilən tibbi xidmətin təkmilləşdirilməsi və ölüm hallarının təhlili üzrə Komissiya”nın qərarına əsasən V.Quliyevanın vəziyyəti Göyçay RMX-na daxil olarkən düzgün qiymətləndirilməmiş, müayinələri tam şəkildə aparılmamış, müvafiq olaraq adekvat müalicə taktikası seçilməmişdir. Tibbi fəaliyyətlərində nöqsana yol verən tibb personalı barədə intizam məsuliyyəti tədbirlərinin tədbiq edilməsi üçün müvafiq göstərişlər verilmişdir. Nəticə olaraq Göyçay RMX-nın rəhbərliyi tərəfindən təcili yardım şöbəsinin həkimi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət, poliklinika şöbəsinin tibb bacısı Günel Ələsgərovaya, mühafizə bölməsinin əməkdaşı Rüfət Abdullayevə, qeydiyyat bölməsinin qeydiyyatçısı Günel Zəkəryayevaya töhmət verilmişdir. İş materiallarına əlavə edilmiş Göyçay RMX-nın PHŞ-nin direktorunun 25 avqust 2022-ci il tarixli, 1871 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin təcili yardım bölməsinin təcili yardım üzrə həkimi Təqsirləndirilən şəxs vəzifə borcunu düzgün yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. İş materiallarına əlavə edilmiş Göyçay RMX-nın PHŞ-nin TTTYS-nın yaşıl otaq üçün xəstə qeydiyyatı jurnalından çıxarışdan görünür ki, X35 22 iyul 2022-ci il tarixdə saat 10:49-da növbətçi həkim Şahid12 tərəfindən müayinə edilərək ona “pnevmaniya” diaqnozu qoyulmuş, bədən hərarəti 41-0,5 dərəcə tempratur, arteriyal təzyiqi 130\80 mm civə sütunu olmuşdur. İş materiallarına əlavə edilmiş Göyçay RMX-nın PHŞ-nin TTTYS-nın çağırış jurnalından çıxarışdan görünür ki, X35 21 iyul 2022-ci il tarixdə saat 17:00-da TTTYS-na müraciət edib böyük həkim Şahid10 tərəfindən müayinə edilərək ona “qızdırma” diaqnozu qoyulmaqla 1 bədən hərarəti 38 dərəcə tempratur, arteriyal təzyiqi 120\80 mm civə sütunu, oksigen saturasiyasının 98 faiz, ürək döyüntüləri saniyədə 94 dəfə döyünmüş, analgin 2 ml, dmidrol 1 , ml, drotaverin 2 ml və magnezium sulfat dərman preparatlarından istifadə edilmişdir. İş materiallarına əlavə edilmiş Göyçay RMX-nın PHŞ-nin direktorunun 04 aprel 2020-ci il tarixli 32 saylı əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 04 aprel 2020ci il tarixdən 04 iyul 2020-ci il tarixə kimi 3 (üç) ay müddətinə əmək müqaviləsi ilə RMX-nın TTTY şöbəsinin təcili yardım bölməsinə 1.0 ştat vahidi üzrə təcili tibbi yardım üzrə həkimə vəzifəsinə təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Göyçay RMX-nın PHŞ-nin direktorunun 01 aprel 2021-ci il tarixli. 136-K saylı əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 01 aprel 2021 -ci il tarixdən əmək müqaviləsi əsasında Qəbul şöbəsinin həkim terapevti vəzifəsinə 1.0 ştat vahidi üzrə təyin edilmişdir. İş materiallarına əlavə edilmiş 19 iyun 2023-cü il tarixli, 5xxxxxxx000105 saylı “Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi-ndən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020- ci il tarixdən Göyçay RMX-nın PHŞ tərəfindən təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin təcili yardım bölməsinin təcili yardım üzrə həkimi vəzifəsində işləyir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsinə əsasən “səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda” cinayət əməlidir. Göründüyü kimi bu cinayətin obyektiv cəhəti 1)vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi,2)fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan ictimai təhlükəli nəticənin olması,3)ictimai təhlükəli əməllə nəticə arasında səbəbli əlaqənin olması zəruri əlamətləri özündə əks etdirir.Səhlənkarlıq cinayət əməlinin subyekti vəzifəli şəxs olmalıdır.Vəzifəli şəxslərin öz xidməti vəzifəsini yerinə yetirməməsi dedikdə, qanunla,qanunvericilik aktları (təlimat, əsasnamə və.s.) ilə, əmək müqaviləsi ilə, yuxarı vəzifəli şəxsin əmri ilə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi üçün obyektiv və subyektiv imkanların olmasına baxmayaraq, həmin vəzifələrin icra edilməməsi başa düşülür. Lazımi qaydada yerinə yetirməmə dedikdə isə vəzifəli şəxsin öz vəzifəsini tam, vaxtında və dəqiq icra etməməsi başa düşülür. Burdan anlaşılan odur ki, səhlənkarlıq cinayət əməlinin subyekti yalnız vəzifəli şəxs ola bilər. Burada vəzifəli şəxsin öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi onun öz işinə vicdansız və ya laqeyd münasibətinin nəticəsi olmalıdır. İşə vicdansız və ya laqeyd münasibət dedikdə, vəzifəli şəxsin öz məsuliyyətini lazımi qaydada dərk etməməsi, öz xidməti vəzifələrinə laqeyd yanaşması, qulluq mənafeyini başqa mənafelərə nisbətən ikinci dərəcəli hesab etməsi və s. başa düşülə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair 19 iyul 2013-cü il tarixli qərarında şərh edilmişdir ki, hüquqi əhəmiyyətli hərəkətləri etməyə səlahiyyətli olan şəxslər sırasına,məsələn, yalnız ixtisasartırma və ya imtahan komissiyasının üzvü olan müəllimləri deyil,tələbələrdən və ya təhsil alan digər şəxslərdən imtahanları qəbul edən müəllimləri də aid etmək olar. Göstərilənlər nəinki təhsil sahəsində öz vəzifələrini həyata keçirən şəxslərin, o cümlədən digər xidmət sahələrində çalışan və hüquqi əhəmiyyətli hərəkətləri etməyə səlahiyyəti olan şəxslərin də vəzifəli şəxslər sırasına aid olunmasını istisna etmir. Dövlət və ya bələdiyyə orqanlarında yardımçı heyət (kargüzar, makinaçı, kuryer, liftçi və digərləri)- vəzifəli şəxslərin fəaliyyətinin təmin olunması üçün köməkçi maddi-texniki əməliyyatları həyata keçirən əməkdaşlardır. Onlar müvafiq orqanların səlahiyyətlərinin həyata keçirilməsi fəaliyyətində bilavasitə iştirak etmirlər, dövlət və ya bələdiyyə orqanları aparatlarının fəaliyyətinin maddi-texniki və məlumat prosessinin təminatı ilə məşğuldurlar. Azərbaycan Respublikası Konstitusiyasının 27-ci maddəsinə əsasən hər kəsin yaşamaq hüququ vardır. Konstitusiyanın 41-ci madəsinə əsasən İ. Hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. İİ. Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür,sanitariya-epidemiologiya salamatlığına təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır. İİİ. İnsanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxslər qanun əsasında məsuliyyətə cəlb edilirlər. Tədqiq edilmiş sübutlardan müəyyən olunur ki,zərərçəkmiş şəxs mərhum Quliyeva Vüsalə Temur qızı sağlamlıq hüququnun təmin olunması üzrə üzərinə götürdüyü öz vəzifələrini həyata keçirən (lazımi səviyyədə həyata keçirməyən) tibbi xidmət sahələrində çalışan və zərərçəkmiş şəxsə münasibətdə hüquqi əhəmiyyətli hərəkətləri etməyə səlahiyyətli olan təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim Təqsirləndirilən şəxs üzərinə götürdüyü öhdəlikləri həyata keçirərkən vəzifəli şəxs qismində çıxış etmişdir.Müəyyən edilmişdir ki, xəstənin tam müayinəsinin aparılması istiqamətində tədbirlər görülmədiyinə görə onun vəziyyətinin ağırlığı düzgün qiymətləndirilməmiş, xəstənin huşu, bədən hərarəti, dəri örtüklərinin rəngi, SpO2, arterial təzyiq, nəbz, tənəffüs hərəkətlərinin dəqiqəlik sayı, təkrar rentgen və KT müayinəsinin aparılması, qanın ümumi analizi, qan qrupu və rezus faktor, CRP ( C reaktiv zülal), qanın tam biokimyəvi analizi, koaquloqram, EKQ, ExoKQ kimi müayinələrin aparılması mütləq olduğu və belə olan halda xəstənin vəziyyətinin ağır olması müəyyən edilməklə, reanimasion və intensiv terapiya bölməsində müalicəyə ehtiyacın olması müəyyən edilməklə, tibbi yardımın bu etapında xəstəyə yalnız Analgin, Dimedrol və Novokain dərman preparatlarından ibarət litik qarışıq vurulmuş, xəstə isə hospitalizasiya edilməmiş, bu isə özlüyündə xəstəliyin müalicəsində vaxt itkisinə və xəstənin vəziyyətinin daha da ağırlaşmasına səbəb olmuş, onun tərəfindən göstərilən tibbi qüsurlarla xəstənin vəziyyətinin ağırlaşması arasında səbəbli əlaqə vardır, nəticədə zərərçəkmiş şəxs Quliyeva Vüsalə Temur qızının səhhətinin sonrakı müayinə və müalicələrə tabe olmayan həddə ağırlaşmaqla ehtiyatsızlıqdan 23 iyul 2022-ci il tarixdə saat 03:30-da müalicə aldığı Göyçay RMX-nın PHŞ-nin reanimasiya şöbəsində “kəskin hemorragik pnevmaniya ilə əlaqəli inkişaf edən kəskin ağciyər-ürək çatışmazlığından ölməsinə səbəb olan səhlənkarlıq etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş “Təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkimin nümunəvi vəzifə təlimatının 6-cı, 7-ci bəndlərinə əsasən təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim tibbi praktikada tədbiqinə icazə verilmiş müasir diaqnostika və müalicə metodlarından istifadə etməklə öz ixtisası üzrə peşakar səviyyədə tibbi yardım göstərməli, müəyyən edilmiş standartlara və tələblərə uyğun olaraq xəstəyə tibbi yardım göstərilməsi taktikasını müəyyən edir.Diaqnoz qoyur. Müdafiəçi Azərbaycan Respublikası Səhiyyə nazirliyinin 14 dekabr 2023-cü il tarixli arayışını təqdim edərək Azərbaycan Respublikası Səhiyyə nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmrinin Səhiyyə nazirliyinin tabeliyində olan idarə və müəssisələrə tətbiq olunduğu bildirib,TƏBİB-in tabeliyində olan idarə və müəssisələrə tətbiq edilmədiyi üçün təqsirləndirilən şəxsə şamil edilmədiyi barədə dəlil irəli sürmüşdür.Bununla əlaqədar məhkəmə qeyd edir ki, təlimatda təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkimin xəstəyə tibbi yardımın göstərilməsinin ümumi istiqamətləri göstərilmişdir.Səhhəti ağır vəziyyətdə olan xəstənin müayinə və müalicəsinin bütün qaydalarının və standartlarının hansısa sənəddə təsbit olunması mümkün deyildir.Hippokrat (həkim) andı (gücüm çatdığı qədər müalicəmi heç vaxt pislik üçün deyil,kömək üçün istifadə edəcəyəm) içmiş təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim bədən hərarəti 40° C olan ağır dərəcəli kimi qiymətləndirilən xəstə zərərçəkmiş şəxs mərhum Quliyeva Vüsalə Temur qızının həyatı üçün təhlükənin mövcudluğunu nəzərə almalı olduğu halda almamışdır. Mövcud qayda və standartlar dedikdə o nəzərdə tutulur ki, təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim belə risklərin olduğunu bildiyi və bilməli olduğu halda xəstənin müalicəsinin istiqamətini düzgün müəyyən etməli, kliniki əlamətlərini, anamnestik məlumatları düzgün qiymətləndirməli, xəstədən laborator analizlər götürülməli, profil üzrə dar ixtisaslı həkim mütəxəssislərin cəlb etməli, xəstənin hospitalizasiyasını təmin etməli idi,beləliklə də xəstənin stasionarda nəzarət altında müalicəsi davam etdirilməli idi.Məhkəmə iş üzrə bir neçə məhkəmə-tibbi ekspert rəylərini digər sübutlarla müqayisəli şəkildə təhlil edib,hər bir sübutun mənsubiyyəti,mümkünlüyü,mötəbərliyi üzrə qiymətləndirmiş,toplanmış bütün sübutların məcmusunu ittiham hökmünün çıxarılmasına kifayət hesab etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X17 vəsatət verərək təqsirləndirilən şəxsin əməlində Cinayət Məcəlləsinin 142.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətlərinin olduğunu nəzərə alıb,CPM-in tələblərinə uyğun qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142.3-cü maddəsinə görə qanunvericiliyə və ya xüsusi qaydalara müvafiq olaraq xəstəyə kömək etməyə borclu olan tibbi işçisi tərəfindən üzürlü səbəblər olmadan xəstəyə tibbi yardım göstərilməməsi zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda cinayət sayılır. Göründüyü kimi cinayətin obyektiv cəhəti tibb işçisinin qanunvericiliyə və ya xüsusi qaydalara uyğun olaraq xəstəyə kömək göstərmək vəzifəsinin mövcudluğunu; zərərçəkmiş şəxsin tibbi yardıma ehtiyacının olmasını; tibb işçisinin üzrlü səbəblər olmadan xəstəyə tibbi yardım göstərməməsini; zərərçəkmiş şəxsin sağlamlığına zərər vurulması və ya onun ölümünü; tibb işçisinin hərəkətsizliyi ilə zərərçəkmişin sağlamlığına zərər vurulması və ya onun ölümü arasında səbəbli əlaqənin mövcudluğunu ehtiva edir.Bu isə o deməkdir ki,cinayət məsuliyyətinin yaranması tibb işçisinin hərəkətsizlikdə ifadə olunan əməlinin xəstənin ölümü kimi nəticəyə səbəb olması ilə şərtləndirilir.Buna baxmayaraq hazırki iş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki,Təqsirləndirilən şəxs Elburus qızı ona tibbi yardım üçün müraciət etmiş zərərçəkmiş şəxs mərhum Quliyeva Vüsalə Temur qızına müalicəsi üçün yetərli olmayan simptomatik müalicə (analgin, dimedrol, novokain əzələ daxili) aparılması ilə kifayətlənib işinə vicdansız və laqeyd münasibət göstərməklə üzərinə düşən xidməti vəzifə öhdəliklərini yerinə yetirməyərək və lazımi qaydada yerinə yetirməyib Quliyeva Vüsalə Temur qızında patologiyanın vaxtında aşkar edilməsi üçün xəstəni tam və hərtərəfli müayinə və müalicə etməmiş,yəni təqsirləndirilən şəxs tərəfindən xəstəyə tibbi yardım göstərilməsi hərəkəti edilmiş ,lakin göstərilmiş tibbi yardım qüsurlu olmuşdur.Belə olan halda isə təqsirləndirilən şəxsn əməlində CM-in 142.3-cü maddəsi ilə cinayət tərkibi olmamışdır. Beləliklə məhkəmə yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs öz işinə işinə vicdansız və laqeyd münasibət göstərməsi nəticəsində xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X7 ölümünə səbəb olmuş, həmin əməl isə Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsinin tərkibini yaradır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarın 23-cü bəndinə görə hökm çıxarıldığı vaxt şəxsin artıq müəyyən vəzifəni tutmaması və yaxud fəaliyyət növü ilə məşğul olmaması onun barəsində əlavə cəza kimi müəyyən vəzifə tutmaq hüququndan və yaxud müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə cəzasının tətbiq edilməsini istisna etmir. CM-nin 46.1-ci maddəsinə müvafiq olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə kimi alternativ qaydada təsbit edilən cəzalardan birincisi, yəni müəyyən vəzifə tutma yalnız dövlət orqanlarında və yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın qadağan edilməsi şəklində tətbiq edilə bilər. Digər orqanlarda müəyyən vəzifə tutma hüququndan məhrum etmə qismində əlavə cəzanın təyin edilməsinə yol verilmir. Bu cəzalardan ikincisi, yəni müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə isə konkret orqanda, konkret vəzifənin tutulmasını deyil, bu və ya digər fəaliyyət növü ilə (misal üçün tibb sahəsində, pedoqoji sahədə) məşğul olmanı ehtiva etdiyi üçün bu və ya digər sahə üzrə fəaliyyətə qoyulan qadağa da yalnız dövlət və yerli özünüidarə orqanları ilə (onlara aid olan müəssisələrlə) məhdudlaşa bilməz və təqsirkar şəxsə müəyyən olunmuş zaman ərzində istənilən yerdə (o cümlədən istər dövlət, istərsə də özəl tibb və yaxud tədris müəssisələrində) konkret fəaliyyət növü ilə məşğul olmanın qadağan edilməsi şəklində tətbiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin, cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin qadın olmasını,iş və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, cinayət əməlinin ehtiyatsızlıqdan törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini nəzərə alır. Eyni zamanda məhkəmə iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, üzərinə daimi yaşayış yerini müəyyən vaxtlarda tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdikləri müddətdə Göyçay rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən orqana iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulmalıdır. Məhkəmə törədilmiş cinayətin ictimai təhlükəliliyini nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsinin sanksiyasında əlavə cəza nəzərdə tutulmasa da, təqsirləndirilən şəxsə təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim vəzifəsini tutmaq hüququndan məhrum etmə əlavə cəza növü təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.3.2-ci maddəsinə görə maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki,o,aşağıdakı xərclər şəklində özünü göstərir:zərərçəkmiş şəxsin dəfninə. Mülki iddiaçı X17 mülki iddia verərək mərhum Quliyeva Vüsalə Temur qızının dəfn edilib 40 günlük yas mərasiminin keçirilməsinə görə 10000 manat,məzarın mərmər daş örtüklə tikintisinə görə 2500 manat,mənəvi zərərin əvəzi olaraq 20000 manat,cəmi 32500 manat və ödənilmiş 176 manat 40 qəpik məbləğində pulun tutulmasını tələb etmişdir. Mülki iddiaya Göyçay rayon İHB-ın Qaraməryəm kənd İƏD üzrə nümayəndəsi Nicat Mahmudovun 29 sentyabr 2023-cü il tarixli arayışını əlavə etmişdir. Mülki iddianın həlli ilə əlaqədar başqa sübutlar təqdim edilməmişdir. İşə əlavə edilmiş Göyçay rayon İHB-ın Qaraməryəm kənd İƏD üzrə nümayəndəsi Nicat Mahmudovun 29 sentyabr 2023-cü il tarixli arayışından görünür ki,X17 vətəndaşların dediyinə əsasən onun təxminən 10000 manat dəfn xərclərini özü çəkmişdir.Həmçinin baş daşı və sinə daşının 2500 manat civarında olan xərci öz şəxsi hesabına həyata keçirmişdir. Məhkəmə hesab edir ki,mülki iddiaçı X17 dəfn xərclərinin məhz 10000 manat məbləğində olmasını təsdiq edən sübutları təqdim edə bilməmiş,bununla mülki iddiasının əsası kimi istinad etdiyi halı sübut edə bilməmişdir.Təqdim edilmiş 29 sentyabr 2023-cü il tarixli arayışda 10000 manat xərcin vətəndaşların dediyinə görə göstərilməsi,həmin vətəndaşların kimliyi müəyyən edilmədən,bu barədə müvafiq akt tərtib olunmadan,bununla da məlumatın fakt kimi qeyri-müəyyən şəxslərə istinad olunması ilə göstərilməsi yazılı sübut anlayışına uyğun gəlmir,halbuki yazılı sübutlar iş üçün əhəmiyyətli hallar barədə məlumat verən,faktı təsdiq edən sənəd və material olmalıdır. Belə olan halda məhkəmə hesab edir ki,mülki iddianın 10000 manat hissəsi təmin edilməməli,2500 manat məbləğində tutulması hissəsi isə təmin olunmalıdır. Mənəvi zərərin ödənilməsi hissədə isə məhkəmə hesab edir ki,mülki iddia qismən təmin olunmalıdır. Belə ki,»Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 6-cı bəndinə görə mənəvi zərərin ödənilməsi tələbi bu tələbin irəli sürülməsinə səbəb olmuş iddia ilə birlikdə və yaxud belə iddia olmadan müstəqil,habelə cinayət mühakimə icraatı zamanı irəli sürülə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə görə mülki prosessual qanunvericiliyinin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icaatda zəruri olan qaydalar Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulmadıqda mülki prosessual normaların tətbiqinə yol verilir. Məhkəmə mənəvi zərərin baş verməsinə səbəb olmuş Təqsirləndirilən şəxs Elburus qızının cinayət əməlinin təhlükəlilik dərəcəsini, cinayət nəticəsində mülki iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığını, təqsirləndirilən şəxsin əməli ehtiyatsızlıqdan törətməsini və əmlak vəziyyətini nəzərə alıb, hesab edir ki, mənəvi zərərin məbləği 5000 manat məbləğində müəyyən olunmalı,mülki iddia mənəvi zərərin tutulması hissədə qismən təmin olunmalı,beləliklə də mülki iddia qismən təmin olunmalıdır. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri 176 manat 40 qəpik məbləğində ödənilmiş dövlət rüsumundan ibarət olduğundan və mülki iddianın 23 faizi təmin edildiyindən, məhkəmə xərclərinin 23 faizi- 40 manat 50 qəpik hissəsi təqsirləndirilən şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs aid edilməlidir. İş üzrə maddi sübut olan Göyçay RMX-nın təcili yardım şöbəsində qeydə alınmış video görüntülər olan CD disk, habelə səsyazısı olan DVD disklər iş materiallarında saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353, 384-cü maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 1 il 6 ay müddətinə təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim vəzifəsini tutmaq hüququndan məhrum edilməklə 3 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasının əvvəli yaşadığı yer üzrə Göyçay rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Üzərinə daimi yaşayış yeri olan Göyçay şəhəri, M.Mirzəyev küçəsi, ev 12-ni hər gün saat 23.00-dan saat 07.00-a qədər tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Göyçay rayonu ərazi hüdudlarını tərk etməmək,müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Göyçay rayonu üzrə İcra və Probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddia qismən təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs maddi zərərin əvəzi olaraq 2500 manat, mənəvi zərərin əvəzi olaraq 5000 manat, cəmi 7500 manat məbləğində pul alınaraq mülki iddiaçı X12 verilsin. Məhkəmə xərclərinin 23 faizi mülki cavabdehə aid edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs 40 manat 50 qəpik məbləğində pul alınaraq mülki iddiaçı X12 verilsin. Qalan hissədə mülki iddia təmin edilməsin. İş üzrə maddi sübut olan Göyçay RMX-nın təcili yardım şöbəsində qeydə alınmış video görüntülər olan 1 ədəd CD disk,habelə səsyazısı olan DVD formatda olan 2 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən 20 gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar